Press "Enter" to skip to content

Azərbaycanlı aparıcı 22 kiloqram arıqladı (FOTO)

İnsanların üzdən arıqlayıb, qarın nahiyyəsindən kökəlməsinin səbəbləri

Üzdən arıqlayıb, qarın nahiyyəsindən kökəlməyin səbəbləri – Dietoloq açıqlaması

Day.Az medicina.az-a istinadən dietoloq Leyla Zülfüqarlının arıqlamaq istəyən insanlara tövsiyələrini təqdim edir.

Arıqlamağı düşünənlər ilk öncə orqanizmlərini tanımalıdırlar. Dəb üçün deyil, özlərini sevdikləri üçün arıqlasınlar və bu prosesi həkim nəzarətində keçsinlər. Kilosunu qorumaq istəyənlər ağ çörək, şəkər yeməsinlər. Çörəklə kartof yemək olmaz. Gündə 5 pay az porsiya ilə qida qəbul etsinlər. Qara çay deyil, bol-bol su içsinlər.

İnternətdən götürülən diet proqramları

Aneroksik dietlər çoxdur. İnsanın bədəni tanınmadan, hesablanmadan, daxili xəstəlikləri müəyyənləşdirilmədən o insana diyet proqramı necə hazırlana bilər? İnsanın bədəninin antioksidantlar səviyyəsi, onun da öz düsturu var. Hər kəsin bədəni özəldir. Xəstəliyi olmayan şəxs də ilk olaraq müayinədən keçməlidir. İnternətdən götürülən diet proqramları ilə arıqlamaq olmaz. Detoks içkilər geniş yayılıb, insanlarımız onlara üz tutur. Bizim xalq asana qaçmağı sevir, biz “çay içib, arıqlayım” deyən cəmiyyətik. İnsanlar forum çaylardan, yaşıl kofedən uzaq olmalıdırlar.

İdmansız diyet olarmı?

Diyet sözü yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Həyat tərzi bədən tərbiyəsiz necə ola bilər? Mən idman demirəm, çünki idman geniş anlayışdır. İnsan aktiv fiziki hərəkətlərdə olmalıdır. Mənim arıqlama proqramımda idman yoxdur, konsepsiyam fərqlidir. Mən insanı arıqlatdığım müddətdə idmanla məşğul olmasını tövsiyə etmirəm, proqram bitəndən sonra pasiyentimə düzgün qida, su və bədən tərbiyəsi proqramı verirəm.

İnsanların üzdən arıqlayıb, qarın nahiyyəsindən kökəlməsinin səbəbləri

Bu, əslində qeyri-düzgün müdaxilədən xəbər verir. İnsanın istənilən nahiyəsini arıqlatmaq mümkündür. Əvvəlcə pasientin bədən tipini tapmaq lazımdır. Bu yaxınlarda Mələkxanım Əyyubova mənə müraciət etmişdi, bildirdi ki, kilosunun dəyişməsini istəmir, ancaq qarın nahiyəsinin arıqlamasını arzulayır. Biz də istəyini nəzərə alaraq, onu 2,5-3 kilo arıqladaraq, 12-14 sm belini incəltdik. Dietologiya elmi çox qəlizdir, insan bədəni üzərində individual iş getməlidir. İnsanlar kor-təbii, hər gördüyü dietə aldanmamalıdır.

İnsanların kortəbii vasitələrə müraciət etməsinin səbəbi

Biri var, ödənişsiz resept, bir də var proqram. Lakin onun ağrı acısını sonradan çəkirlər. İnsanlar təbii ki, öz seçimlərini edir. Mən heç yerdə demirəm ki, gəlin sizi arıqladım, 5 ildir ki, bu sahədə ciddi işlər görüb, mediada bu sahənin təbliğatı ilə məşğulam, amma kimsə efirdə telefon nömrəmin səsləndirildiyini görməyib. Lakin buna baxmayaraq ölkə xaricindən də yanıma gəlirlərsə, deməli, insanlar ciddi araşdırma edib, təbii seçmə nəticəsində bu problemlərdən bir dəfəlik qurtulmaq istəyirlər. Yanlış yol seçənlər də sonda peşəkarlara üz tutur. Keyfiyyətli iş ucuz ola bilməz. İnsan doğru yolla arıqlayarsa, ömür boyu çəkisini qoruya bilər. Düzgün proqramla 6 ay ərzində 100 kq kilo atmaq belə, mümkündür. Ona görə də insanlar yanlış yollara əl atıb, həm vaxtlarını, həm pullarını heyf etməsin.

Limon, xiyar, nanə qarışığı insanı arıqladırmı?

Bu detoks içki kimi təqdim olunur. Lakin o ərzaqlar mayeyə verilən ekstra dadlar üçündür. Əhali olaraq suyu az içirik. Biz su içək deyə bu vasitəyə əl atırıq. Lakin bu içkinin də ziyanlı tərəfləri var, fiziologiya çox önəmlidir. Əgər insan ciddi animik xəstədirsə, böyrəklərində problem varsa, ac qarına bu içkini içmək düzgün deyil. Bədənini tanımayan, xəstəliyini bilməyən insan kortəbii bu içkini içə bilməz. Biz çox xəstəlikdən əziyyət çəkən xalqıq. Heç bir sağlamlıq problemi olmayan şəxslər hər gün olmamaq şərti ilə bu içkini içə bilərlər. Soda ilə suyun qarışığı olan dietlər var, onlar lap dəhşətlidir. Soda möcüzəvi qida deyil. İnsanlar normal qidalanmalıdır ki, sağlam həyat tərzi olsun. .

Şirin çayın insan orqanizminə təsiri

Sübh tezdən hormonların ayıldığı vaxtda bədəni şəkərlə yükləyirik. Şəkərli diabetdən əziyyət çəkən xalqıq. Bunun da səbəbindən biri şirin çaydır, səhərlər bədəni şəkərlə yükləmək olmaz. Buna stop etməliyik. Avropada səhər çox yüngül qidalar qəbul edirlər. Bizim də öz səhər yeməyi menyumuz olmalıdır. Alkoqola olduğu kimi, “Şirin çaya da stop” kampaniyası olmalıdır. Şirin çay spirtli içki və siqaret qədər təhlükəlidir.

Arıqlamaq və ya kökəlmək istəyən şəxsin psixologiyası bu prosesə necə təsir edir?

Kökəlmənin növləri var. Bunlardan biri də psixoloji aspektdən olan bulimiya, anareksiya xəstəlikləridir. Anareksiya arıq olduğu halda özünü kök hiss edən insanın bilə-bilə qidalardan əl çəkməsidir. Bulimiya xəstəsinin isə yanlış qida alışqanlığı olur. Hipofizde-hipotalamusda aclıq mərkəzi var ki, orada yanlış aktivləşmə olarsa, insan həddindən artıq yeyir. O cür xəstələrin ilk öncə psixoloji durumunu düzəldirik.

Yaxşı dietoloq arıq olmalıdır?

Dietoloq incə olsa, yaxşıdır. Amma “mütləq arıq olmalıdır” fikri yanlışdır. Dietoloqun genetikasında olan problemləri, diabetdən əziyyət çəkib-çəkməməsini bilmirik. Ötən il Endokrinoloqlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edən zaman orada kilolu dietoloqlar vardı, onlar normal qarşılanırdı. Lakin heç bir xəstəlikdən əziyyət çəkməyən dietoloq arıq olmalıdır. Bir də arıqlığı dəb bilib özünü anoreksik vəziyyətə salan yerli dietoloqlar da var. Bu məsələ məni narahat edir. Hər kəsin bədən tipi – Skandinaviya, Asiya və s. var. Məsələn, mən Şərq bədən tipinə aidəm, orta-iri bədən tipi kateqoriyasındayam. Özümü Skandinaviya tipinə heç vaxt salmaram, çünki bu işin təməl bilgilərini bilirəm. Dünya ulduzu Monika Belluci 52 yaşındadır, hələ də kişilər ona heyrandır. O da iri bədən tipinə aiddir və heç vaxt arıq olmayıb, sadəcə çalışıb ki, bədənində yağ olmasın. Bu işi bilməyənlər isə Monikanın, Cenifer Lopezin kök olduğunu deyə bilərlər. Əsas odur, bədən tipinə uyğun formada olasan.

Sağlamlığı qorumaq üçün hansı qidalardan imtina edilməlidir?

Üç ağ qidaya – un, şəkər, duza stop desinlər. Duz az miqdarda olar. Kilomuzu nəzarətdə saxlamaq öz əlimizdədir. İlk öncə yedikləri yeməklərə diqqət etsinlər, ev yeməklərinə üstünlük versinlər. Kortəbii arıqlama və ya kökəlmə üsullardan uzaq dursunlar. Bu prosesi həkim nəzarətində etsinlər. Çünki hər şeydən öncə insanın sağlamlığıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Azərbaycanlı aparıcı 22 kiloqram arıqladı (FOTO)

BAKU.WS xəbər verir ki, aparıcı “İnstagram” bloqunda paylaşdığı fotosu ilə hamını çəki atması ilə təəccübləndirib.

“Bir il ərzində 22 klioqram arıqladım. Buna görə özümü mükafatlandırdım. İradəmə görə özümü gözəl yeməklərlə mükafatlandırdım. Amma mədəm çox kiçildiyi üçün çox yemək mümkün deyil. Bir məqamı da deyim ki, kök olanda da xoşbəxt idim. Hamı eyni olmaq məcburiyyətində deyil. Necəliyindən asılı olmayaraq, insan özünü sevməlidir. Lazım gələndə, güzgünün qarşısına keçib, özünə xoş sözlər də demək lazımdır. Çünki biz qadınların əhvalı, ruh halı, xoşbəxtliyi, sevilən olması burdan başlayır .Bəs o zaman mən niyə arıqlamaq istədim? Çünki qarşıma məqsəd qoydum. Necə arıqladım? Hər şeydən qədərində yeməklə bu nəticəni əldə etdim. Dərim niyə sallanmadı və sellülitlərdən necə azad oldum? Müxtəlif massajlarla istədiyim formaya düşdüm. Mütəmadi olaraq, idmanla etməyi sevmirəm, amma həvəskar tennislə məşğul oluram (ayda bir neçə dəfə). Hazırda isə pilateslə məşğul olmağa qərar vermişəm”- deyə, aparıcı qeyd edib.

Qeyd edək ki, aparıcı Günel Hümbətova Firuz Soliyev adlı şəxslə nikah masasına oturub. Uzun müddətdir xaricdə olan aparıcının toyu Las-Veqasda baş tutub. Cütlüyün Jozefina adlı qızı var.

Azərbaycanda zəlzələ oldu

Sonxeber.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 3,9 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

3 ayda 22 kq necə arıqladım? – Hər gün. 3 ayda 22 kq necə arıqladım? – Hər gün.
Əczaçılar ifşa olundu: 10 ölümcül xəstəlikdən 8-ini. Əczaçılar ifşa olundu: 10 ölümcül xəstəlikdən 8-ini.
Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar?Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar?
Prostatit və cinsi zəiflik? – 28 gün ərzində xilas olunProstatit və cinsi zəiflik? – 28 gün ərzində xilas olun
Dizdəki ağrılar 3 günə keçəcək – Hər gün. Dizdəki ağrılar 3 günə keçəcək – Hər gün.
Cinsi zəifliyi aradan qaldıran sınanmış vasitə – Həkimlər. Cinsi zəifliyi aradan qaldıran sınanmış vasitə – Həkimlər.

Hadisə Baxılıb: 7327 Tarix: 16 fevral 2020

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda gənc qız yoxa çıxdı

Bakıda 23 yaşlı qız itkin düşüb. xəbər verir ki, fevralın 11-də paytaxtın Nərimanov rayonu A.Alı küçəsində yaşayan 1997-ci il təvəllüdlü S.Qurbanova evdən gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır

Bakının “20 Yanvar” dairəsi yaxınlığında yol qəzası baş verib

Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsinə çatmamış, “20 Yanvar” dairəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bu səbəbdən də qeyd edilən ərazidə sıxlıq müşahidə olunur

Bakıda bir qrup şəxs intihara cəhd etdi

Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib. APA-ya istinadən xəbər verir ki, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayo

Gəncədə sərxoş sürücü DƏHŞƏT SAÇDI: eyni vaxtda üç qəza törətdi.

Gəncə şəhərində sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub. Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi “QAZ-24” markalı avtomobilini qarşıdan gələn “VAZ-2106” markalı avtomobilə çırpıb. Sərxoş sürücü hadis

Bakıda nənə öldü, onunla yaşayan əqli qüsurlu nəvələri üç gün xəbər tutmadı

Bakıda evdən meyit tapılıb. APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1930-cu il təvəllüdlü Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib. Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyənləşdirilib. Belə ki, qadın evdə nəvələr

Zaqatalada “Mercedes” yanıb

Zaqatala rayonunun Aşağı Tala kəndində “Mercedes” markalı minik avtomobilinin salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda gecə klubunda dava

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə gecə klublarının birində qeydə alınıb. 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rəfael oğlu tanımadığı şəxslərlə mübahisə zamanı döyülüb. Ağır bədən xəsarətləri alan G.Vəliyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Nişan mərasimindən qayıdan ailə qəzaya düşüb: Ölən və yaralananlar var – VİDEO

Ağstafada minik avtomobilinin aşması bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnib. bildirir ki, hadisə Saloğlu yolunda qeydə alınıb. Belə ki, “VAZ21-06” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək minik maşınını aşırıb. Nəticədə avtomobildə olan sərnişin İsmayılov

Yol ortasında dayanan piyadanı avtomobil vurub – VİDEO

Bakının Nizami rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına əsasən, hadisə İlqar Musayev küçəsində qeydə alınıb. Qəza zamanı Qənbər Atayev idarə etdiyi “Opel” markal minik maşını ilə piyada Səbziyev Minəxan Aslan oğlunu vurub. Nəticəd

Comments are closed, but trackbacks and pingbacks are open.