Press "Enter" to skip to content

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Əyri ayaqlar neçə saata necə düzəldilir?

– Əyri qıç ayaqlarda dizin üst hissəsi ilə, dizaltı hissə arasında uyğunsuzluğun olmasıdır. Belə ki, dizin üst hissəsi qalın olur, dizin içində yağ kütləsi toplanır. Dizin altında, qıçlarda isə kifayət qədər toxuma olmadığından ayaqlar əyri, “O” şəklində görünür. Biz dizin üst qisminin toxumasını, həmçinin, dizdəki yağ kütəsini götürüb, dizin alt hissəsindəki toxumalara yerləşdirməklə qeyri-normal görüntünü aradan qaldırırıq.

– Əyri ayaq necə düzəldilir, əməliyyatla, yoxs, bu, əməliyyatsız da mümkündür?

– Ayaqlarda əyriliyi düzəltmək üçün həyata keçirilən əməliyyatlar, əsasən, 2 mərhələdə aparılır. Birinci mərhələdə diz ətrafında yağ götürmə əməliyyatı (liposuction – liposaksiya) ilə bu bölgə incəldilir. Növbəti mərhələd isə alınan yağlar baldırın iç tərəfinə vurulur. Yəni, xəstə öz yağ toxuması ilə əyrilikdən xilas olur.

Lazer sayəsində təkcə yağ toxuması əridilmir, həm də digər problemlər aradan qaldırılır. Məsələn, yağ toxuması üzərində dərinin dartılması təmin edilir. Mikro məsamələrdən heç bir iz qoymadan alınan yağ xəstənin öz yağ toxumalarından əldə edilən kök hüceyrələrlə zənginləşdirilir. Daha sonra toxumalara yeridilən yağ hüceyrələrinin aktivliyi artırılır. Xəstənin öz yağ toxuması kifayət olmadığı hallarda, arıq insanlarda dizin altına, yəni qışın iç tərəfinə, əzələ üstünə silikon implantasiya da yerləşdirilir.

– Bu əməliyyat kimlərə tətbiq oluna bilməz?

– Bu əməliyyatlar hər hansı ciddi bir sağlamlıq problemi olmayan hər kəsə tətbiq oluna bilər. Əyri ayaqlı kişi və qadınlar 18 yaşından sonra bu problemin həlli üçün əməliyyata girə bilər.

– Sağalma müddəti nə qədərdir?

– Xəstəyə silikon implant yerləşdirilibsə, həmin gün ayağa qalxır və 4-5 gün ərzində sosial həyatına qayıdır. Lazer lipoksiyası olunan xəstələr də elə həmin gün ayağa qalxırlar.

Xəstələr əməliyyat zamanı nə hiss edir?

– Qıç bölgəsindəki bu cür əməliyyatlar lokal anesteziya ilə aparılır. Xəstənin beldən aşağısı keyləşdirilir. Ümumi anesteziya istəməyən xəstələr bu yolla oyaq qalır və ağrı hiss etmədən əyri ayaqlardan xilas ola bilirlər. Yağ transferi edilən və ya slikon implant yerləşdirilən xəstələr 4 həftədən sonra hətta idman edə bilərlər.

– Ayaq incəltmə və ayaq qalınlaşdırma əməliyyatları necə aparılır?

– Ayaq incəltmə əməliyyatları da lazer liposaksiya üsulu ilə aparılır. Əməliyyatdan əvvəl mütənasib ayaq əldə etmək üçün yağ alınması lazım olan bölgələr işarələnir və əməliyyat zamanı məhz bu hissələrə yönəlik iş aparılır. Əməliyyat təqribən 1-1,5 saat çəkir, əməliyyatdan sonra xəstə xüsusi corab geyinir. Əməliyyat olunanlar elə həmin gün ayağa qalxsalar da, 1 həftəyə qədər ayaq üstə durmamaları tövsiyə olunur. Çünki uzun müddət ayaqlara ağırlıq düşməsi şişin çəkilməsini gecikdirir. Ayaqlar 1 aydan sonra istənilən formanı alır, amma tam sağalma, yəni, şişin tam çəkilməsi 3-6 aya qədər uzanır.

“Ayaq qalınlaşdırma” dedikdə, adətən, dizin aşağı hissəsi nəzərdə tutulur. Baldır nahiyənin iç qisminin nazik olması ayaqların əyri görünməsinə yol açır. Nazik nahiyəni qalınlaşdırmaq da iki yolla həyata keçirilir. Birincisi, xəstənin öz yağ toxumasından ədlə edilən yağlar bu nahiyəyə yeridilir. Xəstədə kifayət miqdarda yağ varsa, artıq yağ olan hissələrdən yağ hüceyrələri götürülür, xüsusi emaldan keçirilərək əskik olan hissəyə vurulur. Kifayət miqdarda yağ olmayan xəstələrdə əyri hissəyə silikon implant yerləşdirilir. Bu cür əməliyyatlardan sonra xəstə dərhal ayağa qalxır. Lakin ona uzun müddət ayaq üstdə qalmaması və 1 həftə istirahət etməsi təklif edilir.

– Topuqlar necə incəldilir?

– Topuğun qalın olması bir çox qadına problem yaradır. Bu nahiyədəki yağ toxuması, əsasən, arıqlayandan sonra da asanlıqla ərimir. Belə xəstələrdə yalnız lazer liposaksiyası sayəsində ayaq topuğu arıqlaya bilər.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Orqanizmin anotomik quruluşundan asılı olaraq insanların əksəriyyti ayaqlarının üşüməsindən şikayət edir. Ayaqların üşüməsi daban hissədə piy toxumasının olmaması və əzələnin az olması ilə əlaqədarr baş verir. Bu səbəblərə görə də insanlara soyuq aylarda isti ayaqqabı geymək məsləhət bilinir. Çünki, soyuq havalarda isti ayaqqabı geymədikdə ayaqlarda istilikitirmə baş verir. Bu da ayaqların tempraturunun düşməsinə və donmalara səbəb ola bilir. Bəzi insanlar vardır ki, onların ayaqları isti havalarda da soyuq olur. Bəs bunun səbəbi nədədir?

* Vegetativ damar distoniyası

Bu diaqnoz orta yaşlı insanların 80%-ə qoyulur. Patoloji əlamət simpatik və parasimtatik sinir sisteminin pozulması səbəbli baş verir ki, bu da damarlarda tonusun aşağı düşməsinə səbəb olur.Xəstəlik venaların tonucunun qaldırılması istiqamətində müalicə tələb edir.

* Arterial təzyiqin aşağı olması

Arterial təzyiqi aşağı olan adamların da ayaqlarında üşümələr olur. Onların topuqlarına və ayaqlarının altına toxundaqda soyuq olur. Qan dövranının yaxşılaşdırılması və təzyiqin noprmallaşması istiqaməıtində aparılan müalicələr əlaməti aradan qaldırır.

* Orqanizmin quruluşu

Arıq və döş qəfəsi uzun quruluşa malik olan adamların ayaqlar daima soyuq olur. Belə adamlar asteniklərdir. Onların ürəklərinin ölçüsü kiçik olur və bu səbəbdən də qan dövranlarında pozulmalar baş verir.

* Dəmir-defisit anemiya

Dəmir-defisit anemiya xəstəliyi hipoksiyaya səbəb olur ki, bu da ətrafların qanla yaxşı qidalanmamağına səbəb olur. Bu səbəbdən də ayaqlar oksigen aclığı yaşayır və daima üşüyür.

* Helmintozlar

Parazitlər orqanizmə toksin ifraz edirlər. Bu da damarların tonusunun aşağı düşməsinə səbəb olur və ayaqlar üşüyür.

* Siqaret

Siqaret çkənlərin damarlarında baş verən spazmlar ayaqların üşüməsinə səbəb olur.

* Oynaqların ateresklerotik dəyişilmələri

Xolesterin məhsullarının oynaqlarda yığılması damarların normal işləməməyinə səbəb olur və ayaqlarda üşümələr baş verir.

* Onurğa xəstəlikləri

Onurğada meydana gələn müxtəlif patoloji xəstəliklər ayaqları qidalandıran sinir uclarının fəaliyyətinin zəifləməsinə səbəb olur. Bu ayaqların həmişə soyuq olmasına gətririb çıxarır.

* Bəzi dərman maddələri

Beta adrenoblakatorlar sinir uclarına təsir edən dığərmanlardır. Bu dərmanları qəbul edən zaman ayaqlarda üşümələr baş verir.

Ayaq üşüdükdə nə etmək lazımdır?

  • * Ayaqlarınızı və pəncələrinizi hərəkət etdirin. Kontrast duş qəbul edin. Gah soyuq, gah da isti duş sizin ayaqlarınıza qanın yaxşı işləməsini təmin edəcək.
  • * İdmanla məşğul olun. Hər gün qaçmağa vaxt ayırırn.
  • * Pis vərdişlərinizdən uzaq dururn.
  • * Düzgün və sağlam qidalanın. Qida rasionunuzda dəniz məhsullarından çox istifadə edin. Qanın artmasına faydalı olan meyvə-tərəvəzlərlə qidalanın.
  • * Çəkinizi və qida balansınızı normada saxlayın.
  • * Düzgün ayaqqabı seçin.
  • * Ayağınızı isti yay günlərinə günəş şüalarının altında saxlayın.

Comments are closed, but trackbacks and pingbacks are open.