Qısqanclığı məğlub etmək üçün asan bir yol
4- Hirsli olduğu haldan başqa bir hala keçmək. Məsələn, oturarkən qalxıb getmək kimi. Xəlifə Məmun hiddətlənəndə, dərhal oranı tərk edərək hiddətini məğlub etməyə çalışarmış!
Hirsini məğlub etmək
Sual: Hər şeyə tez hirslənirəm. Hirslənməməyin yolu vardırmı?
CAVAB
Hər kəs hirslənir. Dinimizdə hirslənməmək deyil, hirsini məğlub etmək istənmişdir. Dinimizin əmrinə tabe olub, qadağan etdiklərindən qaçan hirsini məğlub edər, səbrə qovuşar. Dinimiz edilməsi qeyri-mümkün olan şeyi əmr etməz. Hədisi-şərifdə buyuruldu ki:
“Haqq təala, özünü səbr etməyə məcbur edəni səbr etməyə müvəffəq edər.” [Buxari]
Səbrin imanla əlaqəsi vardır. Peyğəmbər əfəndimiz Əshabı-kiramdan bəzilərinə, “İmanınızın əlaməti nədir?” buyurdu. Onlar da, “Varlıqda şükür edər, qıtlıqda səbr edərik və Allahu təalanın qəza və qədərinə razı olarıq” deyə cavab verəndə, “And içirəm ki, siz möminsiniz” buyurdu. Başqa bir vaxt, “İman nədir?” deyə soruşanlara, “Səbrdir” buyurdu. Yenə, “Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir. Başsız bədən olmayacağı kimi, səbrsiz iman da olmaz” buyurdu. Səbr etməyənin imanı zəif deməkdir. Hədisi-qüdsidə, “Təqdirimə razı olmayan, bəlaya səbr etməyən, nemətlərimə şükür etməyən, özünə başqa ilah axtarsın” buyurdu.
2. Din bilgilərini öyrənərkən və ibadətlərini edərkən səbr,
3. Günah işləməmək üçün səbr. Hədisi-şərifdə, “Bəlaya səbr edənə üç yüz, ibadət etməyə səbr edənə altı yüz, günah işləməməyə səbr edənə isə doqquz yüz dərəcə ehsan edilər” buyuruldu.
Bəlaya səbr haqqında hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala buyurdu ki: “Bədəninə, övladına və ya malına bir müsibət gələn, səbri-cəmillə qarşılayarsa, qiyamətdə ona hesab soruşmağa həya edərəm.” [Hakim]
“Nemətə qovuşduğu zaman şükür edən, bəlaya uğradığı zaman səbr edən, haqsızlıq etdikdə əfv istəyib, zülmə uğrayanda bağışlayarsa, bunlar əmniyyət və hidayətdədir.” [Tabərani]
“Xoşlanılmayan şeyə səbr etməkdə böyük xeyir vardır.” [Tirmizi]
“Bir gecə başı ağrıyan, Allahu təaladan gəldiyi üçün buna razı olub səbr edərsə, yeni doğulmuş kimi günahlarından təmizlənmiş olar.” [İbni Əbiddünya]
“Sevmədiklərinizə səbr etmədikcə, sevdiklərinizə qovuşa bilməzsiniz.” [İ.Maverdi]
Qurani-kərimdə məalən buyuruldu ki:
“Ey iman edənlər, səbr edin, səbr etməkdə bir-birinizlə yarışın!” [Əli İmran 200]
“Gözəl səbr et!” [Məaric 5]
Gözəl səbr, gələn bəlaya razı olub, aşkar etməmək və şikayət etməmək deməkdir. Gözəl səbr edən dünya və axirətdə qurtuluşa qovuşar. Hədisi-şərifdə buyurulur ki:
“Bəlaya səbr edib uğradığı fəlakəti gizləməsi və kimsəyə şikayət etməməsi, o şəxsin Allahu təalanı yaxşı tanımış olmasındandır.” [İ.Qəzali]
Hikmətli sözlər
Səbr, aşmayan nəqliyyat, qənaət isə bükülməyən qılıncdır.
Üzülmək istəmirsənsə, itirdiyin zaman səni üzəcək bir şeyi qazanmağa çalışma.
Hər müsibətin keçici olduğunu bilən, bəlaya məruz qaldığı zaman özünü təsəllidə müvəffəqiyyətli olar.
Müsibətə səbrsizlik göstərmək, ondan da böyük müsibətdir.
Bəlaya səbr edilməzsə, müsibət iki olar.
Müsibətə məruz qalıb gözü çıxan, qulağı kar olan və ya başqa üzvi yox olan möminin günahları əfv olacağı üçün axirətdə böyük mükafata qovuşar. Hədisi-şərifdə də, “Bir üzvü nöqsan olanın ağlı artar” buyuruldu. Əlbəttə, ağıl nöqsanlığı bədən nöqsanlığından daha pisdir. (Ədəb-üd-dünya)
Muhamməd Məsum həzrətləri buyurur ki:
İnsana gələn əzablar təqdiri-ilahi ilə gəlir, razı olmaq lazımdır. İbadətlərə davam, ələmlərə, xəstəliklərə səbr edə bilmək lazımdır. Allahu təalanın kərəmindən afiyət gözləmək lazımdır! Məxluqlardan bir şey gözləməmək, hər şeyin Haqq təaladan gəldiyini bilmək lazımdır! Dərtlərdən, əzablardan xilas olmaq üçün dua və istiğfar etmək lazımdır! Onun təqdiri, iradəsi olmadıqca, kimsə kimsəyə zərər verə bilməz. Bununla birlikdə səbəblərə sarılmaq Peyğəmbərlərin yoludur. Səbəblərin təsirini də Allahu təaladan tələb etmək lazımdır! (c.1, m.72)
Həzrəti Xızır buyurdu ki:
“Gülər üzlü ol, hiddətlənmə! Daima faydalı iş gör, az da olsa zərərli iş etmə! Gərəksiz gəzmə, boş yerə gülmə, heç kimi qüsurundan ötəri ayıblama, günahların üçün ağla!”
Səbr və namaz bütün çətinliklərin dərmanıdır. Qurani-kərimdə məalən buyurulur ki:
“Ey iman edənlər, Allahdan səbr və namazla kömək istəyin. Allahu təala əlbəttə səbr edənlərlə birlikdədir.” [Bəqərə, 153]
Sual: Hiddətlənmək, hirslənmək günahdırmı?
CAVAB
Qəzəblənməyən, yəni hirslənməyən insan olmur. Kimdəsə az, kimdəsə çox olur. Qəzəb də bıçaq kimidir. Yaxşı işlərdə istifadə edilərsə faydalı, pis işlərdə istifadə edilərsə zərərli olar. İnsandakı bütün xasiyyətlər belədir. İfrat və həddi aşmaq zərərlidir.
Rəsulullah əfəndimiz nəsihət istəyən bir şəxsə, “Hirslənmə, əsəbiləşmə!” buyurdu. Bir neçə dəfə soruşduğu zaman hamısında da “Hirslənmə, əsəbiləşmə!” buyurdu. (Buxari)
Kibrdən dolayı hirslənmək pisdir. İsa əleyhissəlam hirsin kibrdən irəli gəldiyini bildirir. Hədisi-şərifdə, “Hirslənmək imanı pozar” buyurulur. (Beyhəqı)
Qəzəbin [hirsin] çox olmasına təcavüzkarlıq deyilir. Belə insan hiddətli olur, özünə və başqalarına zərər verir. Bu hal küfrə apara bilər. Hədisi-şərifdə, “Qəzəb imanı pozar” buyuruldu. (Beyhəqı)
Qəzəbin lazımı olanına şücaət [qəhrəmanlıq, igidlik], lazımından az olmasına da qorxaqlıq deyilir. Hədisi-şəriflərdə, “İfrat və təfritdən [həddi aşmaqdan] çəkinin!”, “Həddi aşan həlak olar” və “İşlərin xeyirlisi orta olanıdır” buyuruldu.
Şücaət orta yoldur. Şücaət halında hirs yaxşıdır. İmam Şafii həzrətləri, “Şücaət lazım olan yerdə, qorxaqlıq göstərən uzunquluğa bənzəyər” buyurdu.
İslama və müsəlmanlara düşmənlik edənlərə, təcavüz edənlərə qarşı sərt olmaq lazımdır. Lakin, özünü təhlükəyə atmaq da caiz deyildir. Təhlükəli yerdə tək qalmaq, tək getmək günahdır. Düşmənlərə qarşı qorxaqlıq caiz deyildir. Qorxaraq qaçmaq Allahu təalanın təqdirini dəyişdirməz. Qorxaq zövcəsinə, qızına qarşı qeyrətsizlik və namussuzluq göstərər, onları qoruya bilməz. Zillətə və zülmə boyun əyər, xainlik edəni görüncə susar.
Qurani-kərimdə məalən buyurulur ki:
“[Əshabı-kiram] kafirlərə qarşı sərt, öz aralarında mərhəmətlidir.” [Fəth 29]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Ümmətimin xeyirlisi dəmir kimi sərt, dözümlü olanıdır.” [Beyhəqı]
“Hiddət ümmətimin seçilmişlərinə [yaxşılarına] gələn bir xüsusiyyətdir.” [Tabərani]
“Əməllərin, ibadətlərin ən qiymətlisi, Hubbi-fillah və Buğdi-fillahdır.” [İ.Əhməd]
[Hubbi-fillah Allah üçün sevmək, buğdi-fillah Allah üçün nifrət etmək, incik dayanmaq deməkdir.]
Allahu təala, hirsini məğlub edəni tərifləyir, lakin, heç hirslənməyəni tərifləmir. Hədisi-şərifdə buyuruldu ki:
“İgidlik, pəhləvanlıq rəqibini məğlub edən deyil, hirsini məğlub edəndir.” [Buxari]
İnsan, zövcəsini və uşaqlarını qəzəb sifəti ilə qoruyar. İslam düşmənlərinə qarşı, bu sifət köməyi ilə cihad edər. İslamiyyət qəzəbin yox edilməsini deyil, buna hakim olub, dinə uyğun istifadə edilməsini əmr edir. Allah üçün hirs din qeyrətindəndir. Tabəranidəki bir hədisi-şərifdə Ənəs ibn Malik həzrətləri, “Mən mübahisə edərkən Rəsulullah əfəndimiz gəldi. Bizə elə hirslənmişdi ki, onu heç belə görməmişdik” buyurur. Müslimdəki hədisi-şərifdə, “Mən də insanam, digər insanlar kimi hirslənirəm” buyurdu. Lakin, hirslənməsi onu haqdan ayırmazdı. Hirsini məğlub edər və əfv edərdi. Allahu təala yaxşıları belə tərifləyir:
“Onlar, bolluqda və qıtlıqda da infaq edər, hirslərini məğlub edər, insanları əfv edərlər.” [A.İmran 134]
İnsanlar hirslənmək, əsəbiləşmək baxımından fərqlidirlər. Tirmizidəki hədisi-şərifdə, “İnsanlar müxtəlif xarakterdirlər. Kimi gec hirslənər, hirsi tez keçər. Kimi tez hirslənər, tez sakitləşər, bu isə özünü düzəldər. Ən yaxşısı, gec hirslənib hirsi tez keçəndir. Ən pisi də tez hirslənib gec sakitləşəndir” buyuruldu. Bir hədisi-şərifdə də, “Mömin tez hirslənər, tez barışar” buyuruldu. Fəqət “Mömin heç hirslənməz” buyurulmadı.
Hirsi məğlub etməyin fəziləti ilə əlaqədar hədisi-şəriflərdən bir neçəsi belədir:
“Kim Allah rizası üçün hirsini məğlub edərsə, Allahu təalada ondan əzabını dəf edər.” [Tabərani]
“Hirsini məğlub edən Cənnətə qovuşar.” [Tabərani]
“Hirsini məğlub edəni Allahu təala qoruyar və düşmənini ona boyun əydirər.” [Buxari]
Rütbə həvəsini, kibr və ucbu yox edən qəzəbinə hakim olar.
Peyğəmbər əfəndimiz, daş qaldırıb qüvvətini sınayanlara soruşdu:
– Bu daşı qaldırmaqdan daha çətini nədir?
– Bildir ya Rəsulallah, dedilər.
– Hirsli ikən hirsini məğlub edər, sonra səbr yolunu tutarsa, sizin ən ağır daş qaldıranınızdan daha qüvvətlidir. [T.Qafilin]
Hiddəti məğlub etmək
Hiddətli vəziyyəti dəyişdirmək və əsəbilik alovlarını söndürmək beş şeylə mümkündür:
1- Belə bir vaxtda Cənabı Haqqın adlarını zikr etmək. Çünki Allahı xatırlamaq, Allahdan qorxmağa səbəb olar. Allah qorxusu da ibadət və əfv kimi gözəl xüsusiyyətlərin inkişafını təmin edər. Beləcə, Allahu təalanı xatırlamaqla hiddətin alovu sakitləşib sönər.
2- Günahkarı əfv etməyin və bağışlamayın savab olduğunu xatırlamaq lazımdır. Bu xatırlama adamı savaba sövq edər, günahkarı bağışlayanlara Cənabı Haqqın vəd etdiyi Cənnət nemətlərini əldə etməyə aparar, hirsi aradan qaldırar, itaətsiz nəfsi cəzalandıraraq sahibini huzurlu bir vəziyyətə gətirər.
3- Hirsini boğub, mülayim davranaraq bağışlayıcı olarsa, insanların ona sevgi bəsləyəcəyini düşünmək. Bu səbəblə insanların sevgisini əldə etmək və onlar arasında hörmətli bir şəxs olmaq istəyi, hirsinin soyumasına səbəb ola bilər.
4- Hirsli olduğu haldan başqa bir hala keçmək. Məsələn, oturarkən qalxıb getmək kimi. Xəlifə Məmun hiddətlənəndə, dərhal oranı tərk edərək hiddətini məğlub etməyə çalışarmış!
5- Hirsliliyin sonunda doğulacaq acı peşmanlığı, intiqam çirkinliyini və asanlıqla aradan qaldırılmayacaq acı nəticələr doğuracağını düşünmək. Yəni, qəzəbləndiyi şeyin bir müsibət olduğunu qəbul etsək, səbr edib, bunun sayını artırıb başqa müsibətlərə yol açmamaq lazımdır. Əlini qana bulaya bilər, həbslərə düşə bilər, ailəsi dağıla bilər və ya böyük maddi zərərlərə uğraya bilər. Bir müsibətə səbr etməməklə dünyasını, axirətini məhv edə bilər.
Sual: Şəhvət və qəzəbi yox etmək üçün aclıq çəkərək riyazət etmək uyğundurmu?
CAVAB
İslamiyyət, şəhvətin və qəzəbin yox edilməsini deyil, hər ikisinə də hakim olub, dinə uyğun istifadə edilmələrini əmr edir. Süvarinin atını və ovçunun köpəyini yox etmələri deyil, bunları tərbiyə edərək özlərindən faydalanmaları lazım olduğu kimidir. Yəni, şəhvət və qəzəb, ovçunun köpəyi və süvarinin atı kimidir. Bu ikisi olmadıqca, axirət nemətləri ovlana bilməz. Lakin, bunlardan faydalana bilmək üçün tərbiyə edərək, dinə uyğun istifadə edilmələri lazımdır. Tərbiyə edilməzlərsə, asi olub, dinin sərhədlərini aşarlarsa, insanı fəlakətə sürükləyərlər. Riyazət etmək, bu iki sifəti yox etmək üçün deyil, tərbiyə edib dinə riayət etmələri üçündür. Bunu təmin etmək də hər kəs üçün mümkündür.
Sual: Tez əsəbiləşirəm, böyük kiçik dinləməyib qarşımdakıları qırıb tökürəm. Hirsimə hakim ola bilmək üçün nə etməyim lazımdır?
CAVAB
Dinin əmrinə riayət etməli, bunun günah olduğunu bilmək lazımdır. İnsan bilə-bilə hirslənib əsəbiləşməz. Əsəbiləşsə də, hirsinə hakim olar. Onsuzda dinimiz hirslənməməyi deyil, hirsinə hakim olmağı əmr edir. Hər insan hirslənə bilər, amma hirslənəndə, dinin sərhədini aşmamaq, zərərli iş etməmək lazımdır.
Hiddətlənəndə, əuzü bəsmələ və iki qul əuzünü oxumaq lazımdır. Hirslənib əsəbiləşənin ağlı örtülər. İslamiyyətin xaricinə çıxar. Bir neçə hədisi-şərif məali:
“Hirslənən istədiyini etməyə gücü çatdığı halda mülayim davranarsa, Allahu təala da onun qəlbini əmniyyət və iman ilə doldurar.” [İbni Əbid-dünya]
“Hirs, şeytandandır. Şeytan atəşdən yaradılmışdır. Atəş su ilə söndürülər. Hirslənəndə dəstəmaz alın!” [Əbu Davud]
“Əsəbiləşən, ayaqdadırsa otursun. Hirsi keçməzsə uzansın.” [Əbu Davud]
Ayaqda olanın intiqam olması asandır. Oturanda azalar. Uzananda daha azalar. Əsəbiləşmək kibrdən doğulur. Uzanmaq kibrin azalmasına səbəb olar. Hirslənəndə, “Allahümməgfir li-zənbi və əzhib qayza qalbi və əcirni minəşşeytan” oxumaq, hədisi-şərifdə bildirildi. (İbni Sünni)
Mənası, “Ya Rəbbi, günahımı əfv et. Məni qəlbimdəki hirsdən və şeytanın vəsvəsəsindən qurtar” deməkdir.
Hirsləndiyi şəxslə mülayim davrana bilməyən, onun yanından ayrılması, ondan uzaq dayanmağa çalışması lazımdır.
Qısqanclığı məğlub etmək üçün asan bir yol
Qısqanclıq sevginin bir əlamətidir. Niyə o qədər tez-tez çaşqınlıq, partlama və boşanma səbəbi olur? Qısqanclıq bir norma deyil, bir patoloji, bir xəstəlikdir və bir mübarizə edə bilərik. Əlaqələrin hər iki tərəfi bu xəstəlikdən əziyyət çəkir: hər ikisi də qısqanc, qısqanc bir şəxsdir. Müasir qısqanc kişilər, Othello ədəbi qəhrəmanına bənzəyir, onların hərəkətləri, hissləri və səbəbləri üzərində nəzarətini itirirlər. Qısqanclığı məğlub etmək üçün asan bir yol varmı? Bunu anlamaya çalışaq.
Hər şeydən əvvəl, qısqanclıq insanın özünə güvənməsidir. Ona görə qarşılıqlı məhəbbətdən başqa heç bir şey tələb etmədən, heç bir səbəbdən ötrü heç bir səbəb olmadan sevilə bilməz. Bir qayda olaraq, qısqanclıq uşaqlıq dövründə valideyn sevgisini almayanlara, ya da dəfələrlə həyatında aldatma və xəyanətlə qarşılaşan kimsə üçün xarakterikdir. Bu insanlar özlərinə, güclərinə və imanına inanırlar. Bir dəfə yandırılaraq, gələcəkdə bir neçə dəfə yenidən təmin edilirlər. Bu vəziyyətdəki ən yaxşı seçim yaxşı bir psixoloqu ziyarət edir və bir mütəxəssislə məsləhətləşməklə yanaşı çalışır. Bu üsul qısqanclığı məğlub etməkdən ən asan biridir.
Uzun müddətdir ki, qısqanclıq səbəblərini və vəziyyətlərini etiraf edən şəxs dəlicəsinə qısqancdır. Sonra düşünün, bəlkə də sənin haqqında? Dəyişərək, tərəflər arasındakı əlaqələri quraraq, eyni və ortağınızdan şübhələnməyə başlayırsınız. Yəqin ki, buna görə sizə təşəkkür etmədiyiniz və başqasına həyat verdiyiniz əlaqələr lazım deyil.
Birincisi, anlayın, ancaq qısqanclıq səbəbləri və səbəbləri var? Bəlkə bütün bunlar qeyri-müəyyənliyinizdir? Əgər belədirsə, onda özünə qayğı göstərərək, özünə qayğı göstərin. Əgər həddən artıq qısqanclıq varsa, həm sizin, həm də sənin sevdiyi həyatın həyatını məhv edir. Həyatınızı yenidən nəzərdən keçirin. Özünü dəyişməyə çalışın. Özünüzə, nə tərəfdaşınıza, nə də ətrafdakı insanlara tə’sir etməyin.
Ancaq qısqanclığınızın əsl səbəbi varsa, belə bir etibarsız insana ehtiyacınız olub-olmadığını düşünün. Uzun müddətdir ki, onun intriqalarına və tərəfində flört verməyə hazırsınızmı? Bənzər hallarda belə bir şəxslə parçalanmaq və özünü mənfi hisslərdən və qısqanclıqdan qoruyan bir şeydir.
Əgər yaxın adamınıza güvənirsiniz, ancaq qısqanclığa davam etsəniz, ortağınızla danışın. Ona qısqanclığı izah edin. Ona güvəndiyinizə, ona çox qısqanc olduğunuzu, özünüzdə çalışmaq və qısqanclıqla mübarizə aparacağınızı söyləyin. Qısqanclığı məğlub etmək üçün, bu mənfi hissi ilə mübarizə apararkən, ona daha diqqətli olmalarını və hətta qısqanclıq üçün kiçik bir hadisə verməməsini xahiş edin. Əgər səni sevirsə, bu işdə başa düşəcək və kömək edəcək, qısqanclığa qarşı mübarizədə mənəvi dəstək verəcəkdir.
Eşinizə güvənmək üçün məlumat əldə edin. Əlaqələrinizi inkişaf etdirin, onlara iş edin. Kişi yaxşı olduqları qadınlardan uzaqlaşmır və onları dəyişmir. Amma daim ortağını çəksəniz, ən azından ziddiyyət ruhundan, o, ona görə ittiham etdiyiniz şeyi edər. Sizin və tərəfdaşınız haqqında dedikləri heç vaxt dinləməyin. Asanlıqla qısqanclığı məğlub etmək istəyirsənsə, onun meydana gəlməsini provoke etməyin: telefon kitabçasını, SMS-yazışmalarını, ciblərini, notebookları yoxlayın. Orada nə tapdığınızı sevməsəniz? Patoloji qısqanclıq, iki dostun böyük bir problemi şişirtmək üçün günahsız bir yazışmasından çıxa bilər. Qorxunun böyük bir gözü olduğunu deyirlər. Siz aldanmaqdan qorxursunuz, xəyanətdən qorxursunuz, buna görə də heç vaxt görmədiyiniz yerləri görə bilərsiniz.
Qısqanclıq bir əlaqəni pozmaq üçün ən sadə yoludur. Sevdiyini və sevdiyini düşünsəniz, səy göstərməyin və qısqanclığı asanlıqla məğlub etmək daha yaxşıdır. Eşinizə etibar edin və dedik və qısqanclıq üçün əlavə səbəblər verməyin.
Necə məğlub etmək.birini
“The New York Times”in tanınmış siyasi şərhçisi Tomas Fridmanın Rusiya-Ukrayna savaşından bəhs edən növbəti məqaləsini Qaynarinfo-nun tərcüməsində oxuculara təqdim edirik:
Tomas Fridman
Nəyi gözləyirik? Putini silahsız necə məğlub etmək olar?
Amerika bu fürsəti əldən verməməlidir.
Ukraynada müharibənin necə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Mən ürəkdən ümid edirəm ki, nəticədə azad, təhlükəsiz və müstəqil Ukrayna olacaq.
Amma dəqiq bildiyim budur: Amerika bu böhranı əldən verməməlidir. Bu, bizim neft diktatoru ilə son qarşıdurmamızdır, onun qəddarlığı və ehtiyatsızlığı ancaq yeraltından çıxardığı neft sərvətləri sayəsində mümkün olur. Ukraynada müharibə bitsə də, o, elə başa çatmalıdır ki, Amerika nəhayət, formal, qəti və dönməz şəkildə neftdən asılılığına son qoysun.
Amerikanın xarici siyasətini, insan haqlarına sadiqliyimizi, milli təhlükəsizliyimizi və hər şeydən əvvəl ətraf mühitimizi neftdən asılılığımız kimi heç nə təsir etməmişdir. Qoy bu, bizim və müttəfiqlərimizin hər iki tərəfi maliyyələşdirdiyi son müharibə olsun. Hazırda etdiyimiz məhz budur.
Qərb ölkələri NATO-nu maliyyələşdirir və vergilərimizdən Ukrayna ordusuna yardım edir. Eyni zamanda, Rusiyanın enerji ixracı onun dövlət büdcəsinin 40 faizini təşkil etdiyi halda biz, Vladimir Putinin ordusunu Rusiyadan neft və qaz almağımız hesabına maliyyələşdiririk.
Sadəcə olaraq sivilizasiyamız bunu özünə rəva görə bilməz. İqlim dəyişikliyi, Ukraynadakı müharibə səbəbindən “fasilə” götürmür. Son vaxtlar Şimal və Cənub qütbləri üçün hava proqnozlarına baxmısınızmı? Bu ay Antarktidanın bəzi hissələrini ekstremal isti dalğalar bürüyüb və temperatur ilin bu dövrü üçün orta hesabla Farengeyt üzrə 70 dərəcə (Selsi şkalası üzrə 21,1 dərəcə) artıqdır, Arktikada isə adi haldan 50 dərəcə (Selsi şkalası üzrə 10 dərəcə) çox istidir.
“Orada əks fəsillər olur, Siz Şimal və Cənubun (qütblərin) eyni anda əridiyini görə bilməzsiniz”, – “Qar və buz məlumatları üzrə Milli Mərkəz”in tədqiqatçısı Uolter Meyer bu yaxınlarda “Associated Press”ə bildirib. Bu, şübhəsiz ki, qeyri-adi bir hadisədir. Təəccüblü deyil ki, keçən cümə günü, elm adamları Şərqi Antarktidada bu qəribə istiləşmənin nəticəsində Nyu-York şəhəri boyda buz şelfinin çökdüyünü elan ediblər.
“Associated Press” qeyd edir ki, insanlar bu soyuq bölgədə buz şelfinin çökməsini ilk dəfə müşahidə ediblər və əlavə edib ki, Şərqi Antarktidada donmuş suyun hamısı əriyərsə, bu, dünya miqyasında dəniz səviyyəsini 160 futdan (48,76 metr – red.) çox qaldıracaq.
Yuxarıda göstərilən səbəblərə görə, Prezident Bayden və Dövlət Katibi Entoni Blinkenin bərpa olunan enerjinin miqdarını və səmərəliliyini üç dəfə artırmaq əvəzinə neftdən asılılığımızı ikiqat artırdığını görmək məni məyus etdi. Enerji siyasətinin benzin qiymətlərinin artmasına səbəb olduğuna dair Respublikaçıların saxta iddialarından qorxan Bayden komandası dünyanın ən böyük neft diktaturalarından bəzilərinə, xüsusən də Venesuela, İran və Səudiyyə Ərəbistanına müraciət edərək onları daha çox neft çıxarmağa və benzinin qiymətini aşağı salmağa məcbur edir.
Həqiqət budur ki, ABŞ neft şirkətlərinə hətta hər bir milli parkda neft axtarışına icazə versək belə, benzin qiymətlərinə qısamüddətli təsir o qədər də əhəmiyyətli olmayacaq. “CNN Business”in keçən həftə bildirdiyi kimi, son on ildə ABŞ-ın neft sənayesi, qiymətləri aşağı səviyyədə saxlamaq üçün ümumi istehsal artımını maliyyələşdirməyə tonlarla nağd pul xərcləyib, lakin “mənfəəti saxlamaq mümkün olmayıb. Neftin qiymətinin bir neçə dəfə düşməsi zamanı yüzlərlə neft şirkəti müflis olub və bu, investorları enerji rəhbərlərindən daha çox təmkin tələb etməyə sövq edib”.
Beləliklə, bu gün ABŞ-ın əksər neft rəhbərləri və investorları “qiymətləri aşağı salacaq başqa bir bolluq yaratmaq üçün təklifi kifayət qədər artırmaq istəmirlər. Səhmdarlar istəyirlər ki, şirkətlər gözlənilməz mənfəətləri artan istehsala investisiya etməkdənsə, dividendlər və satınalmalar şəklində qaytarsınlar”.
Səudiyyə Ərəbistanı – qısa müddətdə dünya neft qiymətlərinə təsir etmək üçün ən ucuz, ən sərbəst və ən çevik qabiliyyətə malik ölkədir. Amma Rusiya da əsas oyunçulardandır. Məhz bu səbəbdən cəmi iki il əvvəl prezident Donald Tramp Səudiyyə Ərəbistanı və Rusiyadan hasilatı kəskin şəkildə azaltmağı xahiş edib. Belə ki, dünya bazarlarında neftin barreli 15 dollar civarına düşən zaman, hasilat dəyəri 40-50 dollar arasında olan ABŞ neft şirkətlərinə ağır zərbə dəyib. Neftin qiymətinin kəskin düşməsinə səbəbi isə Səudiyyə Ərəbistanı və Rusiyanın, pandemiyaya görə bazar payının azalması nəticəsində qiymət müharibəsinə girməsi olmuşdur.
İndi isə Bayden, səudiyyəlilərə yalvarır ki, qiymətləri aşağı salmaq üçün istehsalı kəskin şəkildə artırsınlar. Lakin onlar səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Baydenin hiddətli reaksiyasına qəzəblidirlər və məlumatlata görə Baydenin zənglərinə cavab vermirlər.
Buna baxmayaraq Bayden və Tramp arasında ortaq məxrəc – “dilənçilik” sözüdür. Budurmu hədəflədiyimiz gələcək? Nə qədər ki, neftdən asılıyıq, biz həmişə kiməsə, adətən “pis oğlana” yalvaracağıq ki, qiyməti qaldırsın və ya aşağı salın, çünki biz öz taleyimizin sahibi deyilik.
Bunlar dayandırılmalıdır. Bəli, hələ də neftdən, qazdan və kömürdən istifadəni davam edəcəyimiz bir keçid mərhələsi olmalıdır. Bu məsələni bir göz qırpımında həll edə bilmərik. Ancaq gəlin, yer təkindən çıxan yanacağın miqdarını ikiqat artırmaqdansa, bu keçidin sürətini ikiqat artıracağımıza söz verək.
Putini bundan artıq heç nə ilə təhdid etmək mümkün deyil. Axı, 1988-1992-ci illər arasında, məhz Səudiyyə Ərəbistanının həddən artıq hasilatının səbəb olduğu dünya neft qiymətlərinin çökməsi Sovet İttifaqının iflasına və onun süqutunun sürətlənməsinə yardımçı oldu. Biz bu gün bərpa olunan enerjinin istehsalını artırmaqla və aksenti enerji səmərəliliyinə yönəltməklə eyni effekti əldə edə bilərik.
Təmiz enerji üzrə məsləhətçi şirkəti olan “Energy Innovation”nın Baş direktoru Hel Harvi bildirir ki, bunu etməyin ən yaxşı və sürətli yolu – energetika şirkətləri üçün təmiz enerji standartlarını yüksəltməkdən ibarətdir. Yəni, ABŞ-ın hər energetika şirkətindən dövriyyələrinin ildə 7-10%-nin bərpa olunan enerji mənbələrinə keçməsi ilə karbon emissiyalarını azaltmağı tələb etmək.
Bu utopiyadır? Məncə, yox. Bir vaxtlar tamamilə kömürdən asılı olan “American Electric Power” şirkəti indi əsasən təbii qazdan istifadə edərək 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı öhdəsinə götürüb. Otuz bir ştat artıq öz kommunal xidmətləri üçün davamlı olaraq artan təmiz enerji standartlarını müəyyən etmişdir. Gəlin bunu 50 ştatın hamısında edək, elə indi.
Eyni zamanda, hər bir istehlakçıya bu mübarizəyə qoşulmaq imkanı verən milli qanun qəbul edək. Bu, damdakı günəş qurğuları ətrafında tənzimləyici bürokratiyanı aradan qaldıran və eynilə Avstraliyadakı kimi, Amerikada hər bir evə bunu quraşdırmaq üçün vergi güzəştləri verən bir qanun.
Avtomobillər, yük maşınları, binalar, fabriklər və evlər elektrikləşdirildikcə və şəbəkəniz ilk növbədə bərpa olunan enerji ilə işlədikcə biz getdikcə mədən yanacaqlarından azad oluruq, Putin isə bundan getdikcə daha az dollar qazanır.
Amerikalılar bunu başa düşəcəklər. Elektrikli avtomobillər indi avtosalonlardan “uçur”. Ölkədə ən böyük külək istehsal edən ştat Texasdır, onun istehsal etdiyi elektrik enerjisi ondan sonra gələn üç ştatın (Ayova, Oklahoma və Kanzas) ümumi istehsalından çoxdur. Lakin bunun əsl milli missiyaya çevrilməsi bizə daha sürətli təmiz enerji iqtisadiyyatına keçməyə imkan verəcək.
İkinci dünya müharibəsi zamanı, ABŞ hökuməti, vətəndaşlardan öz meyvə və tərəvəzlərini yetişdirmək üçün Qələbə bağları yaratmağı, həmçinin əsgərlər üçün konservlər saxlamağı xahiş etmişdir. Təxminən 20 milyon amerikalı buna cavab olaraq həyətlərdən tutmuş damlara qədər hər yerdə belə bağlar saldı. O qələbə bağları bizim müharibə səylərimiz üçün nə idisə, indiki nəslin günəş panelləri də neft diktatorlarına qarşı mübarizədə eyni şeydir.
Bu gün benzinin qiymətini aşağı salmaq istəyirsinizsə, ən etibarlı və iqlimin müdafiəsinə yönələn uyğun üsul magistral yollarda sürət həddini saatda 60 milə (96,54 km-red.) endirmək və imkan daxilində işçilərin evdən işləməsinə icazə verməklə hər gün işə maşın sürməyin qarşısını almaqdır. Bu iki üsul dərhal benzinə tələbatı azaldacaq və qiyməti aşağı salacaq.
Bəyəm, Putin kimi neft diktatorlarına qarşı müharibədə qalib gəlmək üçün bu həddən artıq çoxdurmu? Nəticədə bizlər yanan tanklar deyil, təmiz hava görəcəyik.
“İndi təmiz alternativlər çirklilərdən daha ucuz başa gəlir.”, – Harvi qeyd edir. “İndi Yeri məhv etmək onu xilas etməkdən daha baha başa gəlir.” Bundan əlavə, “indi neft diktatorlarından qurtulmaq onların əsarətində qalmaqdan daha ucuzdur”.
Bəli, doğrudur. Bu gün texnologiya bizimlədir. İndi Putini neft çəlləyi ilə birlikdə kənara qoya bilərik. Bu, sadəcə olaraq liderlik və milli iradə məsələsidir.
Comments are closed, but trackbacks and pingbacks are open.