Press "Enter" to skip to content

Qədr gecəsinin əməl və duaları

“Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”.

Sifətlərin quruluşca növləri

-lı 4-sız 4 şəkilçiləri bir-biri ilə qrammatik antonimlərdir.

Sonu saitlə bitən isimlərə -ı, -i leksik şəkilçiləri qoşularkən araya y samiti əlavə edilir. Məsələn: qəhvəyi, buğdayı, sürməyi, xurmayı və s.

  • -lıq 4aylıq, həftəlik, gündəlik, yaxşılıq, qurbanlıq və s.
  • -ki 4dünənki, gecəki, sabahkı, həminki, hazırkı və s.

Sifət düzəldən alınma şəkilçilər aşağıdakılardır:

  • -keşcəfakeş, zəhmətkeş, əzabkeş, qayğıkeş və s.
  • -darəməkdar, evdar və s.
  • -kartəmizkar, riyakar, xəyanətkar, xilaskar və s.
  • -xorrüşvətxor, müftəxor, çayxor və s.
  • -pərvərxəyalpərvər, vətənpərvər və s.
  • -pərəstxəyalpərəst, xalqpərəst, millətpərəst, şöhrətpərəst və s.
  • -amizibrətamiz, hikmətamiz və s.

Sifət düzəldən alınma şəkilçilərin bir qismi isə ön şəkilçilərdir:

  • nanaxoş, namərd, nainsaf, naşükür, nanəcib və s.
  • lalaməkan, laqeyd və s.
  • bibivəfa, bikef, bixəbər və s.
  • babaməzə, basəfa və s.
  • aanormal, asinxron və s.
  • antiantimillət, antidünya, antihumanist və s.

Fellərdən düzələn sifətlər.

Feldən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • -ıcı 4kəsici, boğucu, qıırucu, barışdırıcı və s.
  • -ıq 4 (-q, -k)sınıq, qırıq, kəsik, əzik, böyük və s.
  • -ınc 2qorxunc, gülünc və s.
  • -qın, -qun, -kin, -künsatqın, tutqun, kəskin, küskün və s.
  • -ğın, -ğun, -gin, -gündalğın, dolğun, gərgin, süzgün və s.
  • -qan, -kənçalışqan, sürüşkən və s.
  • -ağan, -əyənqaçağan, küsəyən, güləyən və s.
  • -caq 2utancaq, sevincək və s.
  • -aqqorxaq, ürkək və s.
  • -ma 2döymə, burma və s.
  • -gəndeyingən, əringən və s.

Feldən sifət düzəldən şəkilçilər öz dilimizə məxsus şəkilçilərdir.

Mürəkkəb sifətlər

Mürəkkəb sifətlər bir neçə sözün birləşməsindon əmələ gəlir. Məsələn: qaraqaş, enlikürək, ucaboylu, yekəbaş və s.

Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:

  1. İki sadə sözün birləşməsindən. Məsələn: alçaqdaban, göygöz, uzunsaç, şirindil və s.
  2. Bir sadə və bir düzəltmə sözün birləşməsindən. Məsələn: qaradinməz, beşmərtəbəli, çoxhecalı və s.
  3. İki düzəltmə sifətin (birincisi feldən, ikincisi isimdən düzələn) birləşməsindən. Məsələn: soyuqqanlı, açıqqəlbli, açıqürəkli və s.
  4. Mənsubiyyət şəkilçisi olan sözün iştirakı ilə. Məsələn: alnıaçıq, qəlbiqara, stolüstü, əliəyri, gözüyaşlı və s.
  5. Sadə və ya düzəltmə sifətlərin təkrarı ilə. Məsələn: acı-acı, uzun-uzun, dadlı-dadlı, qalaq-qalaq və s.
  6. Yaxın və ya əks mənalı sözlərin birləşməsindən. Məsələn: daşlı-kəsəkli, bağlı-bağatlı, ağlı-qaralı, böyüklü- kiçikli və s.
  7. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsindən. Məsələn: qara-qura, əyri-üyrü, xırda- mırda, kələ-kötür və s.
  8. Qeyri sözü ilə sifətin birləşməsi. Məsələn: qeyri- müəyyən, qeyri-adi, qeyri-aktiv, qeyri-fəal və s.

1-4-cü üsullarla yaranan mürəkkəb sifətlər bitişik, 5- 8-ci üsullarla yarananlar isə defıslə yazılır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Nece feysbukda qura bilerem ki, komentlerim gorunmesin

Tərcüməsi: “İlahi, endirdiyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər.

  1. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar:

“Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”.

Tərcüməsi: “İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz”.

Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: “Bikə ya Allah”, “bi-Mühəmməd”, “bi-Əliyy”, “bi-Fatimə”, “bil-Həsən”, “bil-Hüseyn”, “bi-Əliyy ibnil-Hüseyn”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Cəfər ibni Mühəmməd”, “bi-Musəbni Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Əliyy ibni Mühəmməd”, “bil-Həsən ibni Əliyy” və “bil-Hüccə”. Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin.

  1. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:”Allahümməl-ən qətələtə əmiril-möminin” (“İlahi, möminlərin əmirini öldürənə lənət et”).

Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur.

Bundan başqa, Qədir gecələrinin müstəhəb əməlləri rəngarəngdir. Daha artıq savab qazanmaq və bu gecənin haqqını vermək istəyən adam öz imkanı dairəsində aşağıdakı əməlləri də yerinə yetirə bilər. Məsələn, Quran oxumaq müstəhəbdir. Xüsusilə, 23-cü gecədə “Ənkəbut” və “Düxan” surələrini tilavət etmək, “Qədr” surəsini min dəfə (və ya bacardığı qədər) təkrarlamaq savab sayılır. Bu gecələrdə “Cövşəni-kəbir” duasını oxumağın da savabı var. Qədr gecələrində çoxlu istiğfar etmək, yəni “Əstəğfirüllahə rəbbi və ətubü ileyh” (“Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm”) demək də müstəhəbdir.

Ramazan ayının gecələrində üst-üstə min rükət namaz qılmaq müstəhəbdir; 19-cu, 21-ci və 23-cü gecələrin hər birində 100 rükət namaz qılınır. Əhli-sünnə məzhəbli müsəlmanlar ramazanın bütün gecələrində olduğu kimi, bu gecələrdə də təravih namazı qılırlar.

Qədr gecələrində sədəqə vermək, etikafa girmək (ən azı 3 gün məsciddə ibadətlə məşğul olmaq) də savab sayılır.

Qədr gecələrində oxunması tövsiyə edilən başqa irihəcmli dualar da mövcuddur ki, müvafiq kitablarda (məsələn, Məfatihül-cinan” kitabında) bunlar qeyd edilib.

Hazırladı: Zaur H.

Qurani-Kərimi belə oxumaq gərəkdir – QAYDALAR

Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.

Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.

Milli.Az İslam.az-a istinadən bildirir ki, Qurani-Kərimi oxumağa başlamazdan əvvəl bəzi şərtlərə riayət etmək lazımdır. Əvvəla, Quran oxuyan adamın cənabətdən pak olması məsləhətdir; boynunda qüsl olan şəxsin Quran oxuması məkruhdur (bəyənilməzdir). Amma Quranda vacib səcdə edilməsi lazım olan ayələrin yer aldığı dörd surəni oxumaq cənabətli şəxsə qəti surətdə haramdır. Bunlar Səcdə (32-ci), Fussilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələridir; bu surələrin istənilən ayəsini oxumaq günahdır. Amma Quranın bunlardan savayı ayələrinin 7-dən çoxunu oxumaq cünüb şəxsə məkruhdur.

Qurani-Kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-Kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır.

Quran tilavətindən qabaq ağzı yumaq və dişləri misvakla təmizləmək də bəyənilir. Peyğəmbər tövsiyə edirdi ki, Quranın yollarını pak edin. Soruşdular: “Quranın yolları nədir?” Həzrət cavab verdi: “Ağız”. Yenə soruşdular: “Ağzımızı nə ilə təmizləyək?” Peyğəmbər buyurdu: “Misvakla”.

Qurani-Kərimi oxuyarkən sakit bir yerə, diqqətin yayınmadığı bir mühitə çəkilmək, yerdə üzü qibləyə oturmaq, Qurani-Kərimi dizdən yuxarı müstəvidə qoymaq məsləhətdir. Müqəddəs Kitabı rəhilin üzərinə qoyub oxumaq daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, Quranı gəzdirərkən də beldən yuxarı səviyyədə tutmaq müstəhəb sayılıb.

Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.

Quranı gözəl səslə oxumaq çox bəyənilir. Hədisdə buyurulduğu kimi, hər şeyin bəzəyi var, Quranın bəzəyi də gözəl səsdir. Bu zaman hərfləri düzgün tələffüz etməyə çalışmaq, harada durub nəfəs almağı bilmək, sətirlərin yuxarı qismindəki təcvid işarələrinə riayət etmək lazımdır. Quranı məlum və məşhur qiraət avazlarından biri ilə oxumaq müstəhəbdir. Quran qiraətini musiqiyə çevirmək, yersiz zəngulələr vurmaq günahdır. Quranı düzgün oxuya bilmək üçün təcvid elmindən xəbərdar olmaq lazımdır. Qurani-Kərimin vacib səcdə ayələrinə çatanda səcdə etmək lazımdır.

Qurani-Kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.

Qurani-Kərimi evdə oxumadan saxlamaq bəyənilməz işdir. Adam ərəb hərflərini bilirsə, mütəmadi olaraq Quranı açıb oxumalıdır. Əgər ailə üzvləri içində bunu bacaran yoxdursa, onda heç olmazsa Quranı hərdən-bir oxuya bilən adamlara verib oxutdurmaq lazımdır. Hədislərdə deyilir ki, evin bir küncündə istifadəsiz qalıb toz basmış Quran qiyamətdə öz sahibindən Allaha şikayət edəcək.

Burada yazılan şərtləri Qurani-Kərimin tərcümə nüsxələrinə də tətbiq etmək müstəhəbdir. Ərəb əlifbasını bilməyən və Quranı orijinaldan oxumağı bacarmayan adam bunu öyrənməyə çalışmalıdır. Amma imkan yoxdursa, heç olmazsa, Quranın azərbaycan dilinə tərcüməsini oxuyub mənasını anlasa da savab qazanar.

Qurani-kərimin oxunuşunu dinləyən adam sakitliyə riayət etməli, Müqəddəs Kəlamın ehtiramını saxlamalı, ayələrin mənasını anlamağa çalışmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.