Nece musiqi çala bilerem
De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (Qurani Kərim, əl-İsra surəsi 81-ci ayə).
Nece musiqi çala bilerem
Saz
Saz havası “Misri”. Dinlə:
Babası ozan, ulusu qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.
Küp-çanaq-çömçə, üz taxtası, üz-sinə taxtası, qol-bilək, beçə, aşıqlar – qulaq – burmanc, simçüyü, küpxərəyi, (çanaq xərəyi) keçirmə-qayış – bağ, baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim xərəyi, tazanə – mizrab, köynək-torba, sinə üz toxtada açılmış deşiklərdən ibarət müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə qoz ağacından hazırlanır.
Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı –lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.
Ud
“Şur” muğamından bir parça. Dinlə:
Ud musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.
Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Səfiəddin Urməvi özünün “Kitabi-əl-ədvar” (“Mahnılar kitabı”) adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir. Yarandığı gündən “boynu bükük” olan ud ana qoynuna, uşaqlıq beşiyinə qayıdaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən musiqi kollektivlərində özünəməxsus yer tutmaqda və ifa olunmaqdadır.
Tar
“Xaric segah” muğamı. Dinlə:
Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi bildirilir. Bu musiqi alətinin adına Nizami Gəncəvinin əsərlərində rast gəlinmişdir. Füzuli “Həft-cam” əsərində üçüncü qədəhi tar ilə qaldırır. O, tar nəğməsindən ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə Sadıq Əsəd oğlu səsini itirəndən sonra qəlbinin tellərini tara köçürərək Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə çıxarmışdır. Tarın təkmilləşdirilərək müasir şəklə salınması muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir alət kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.
Qanun
“Bayatı-şiraz” muğamından bir parça. Dinlə:
Vaxtilə Azərbaycan xalqı arasında geniş yayılan bu gözəl, incə qəlbli musiqi aləti yaxın illərədək demək olar ki, unudulmuş, musiqi səhnəsində görünməz olmuşdur. Əldə olan materiallar əsasında sübut edilib ki, Şərq ölkələrində işlədilən qanun musiqi aləti Azərbaycanda təxminən min ildən də çox bir tarixə malik olmuşdur. Musiqi alətinin adına Nizami Gəncəvinin “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini oxuyarkən rast gəlirik. XVI əsrdə isə bu musiqi alətinin daha geniş yayıldığı sübut olunmuşdur. Uzunluğu 80-90 sm, eni isə 30-40 sm olan müasir qanun musiqi alətinin cəmi 72 simi var. Onu çalmaq üçün şəhadət barmağa taxılmış metal üskükdən ibarət 2 “mizrabdan” istifadə olunur. Qanunun incə tellərindən qopan zərif musiqi sədaları bu gün də böyük konsert salonlarının və ansambllarının bəzəyinə çevrilib.
Kamança
“Şur muğamından bir parça. Dinlə:
Azərbaycanda bu yaylı – simli musiqi alətinin tarixi çox qədimdir. Uzun qola və dayanacağa malik olan kamança tək simli olub. Zaman keçdikcə kamançaya iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində az da olsa kamançanın adı çəkilir. Eramızın XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli musiqişünas Səfiəddin Urməvi, XIV əsrin məşhur musiqişünası və bəstəkarı Əbdülqadir Marağayi, XVI əsrdə yaşamış özbək xalqının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində başqa musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir. Buradan görünür ki, XVI-XVII əsrlərdə kamança Azərbaycanda daha geniş inkişaf etmiş və dövrünün musiqi alətləri içərisində xüsusi yer tutmuşdur.
Tütək
“Çoban bayatı”. Dinlə:
Nəfəsli alətlər qrupuna daxil olan tütək ney nəfəsli musiqi alətindən sonra yaranmışdır. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskar musiqiçilərin çalğı aləti olmaqla yüzlərcə peşəkar musiqiçinin əlindən düşməyən bu milli nəfəsli musiqi aləti tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütək musiqi alətinin çobanlar tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olduğu vaxtlarda – 10-12 min il bundan əvvəl icad edilmişdir. Barmaq dəlikləri olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan sümüklərindən və dişlərindən tütəklər düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar olaraq tütəkləri yandırılmış gildən düzəltmişlər. İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün əmələ gələn çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşdıqları zamanda boruda müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu səsi əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.
Minilliklər boyu insanların qəlbini riqqətə gətirən nəfəsli musiqi aləti olan tütək geniş texniki imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.
Tulum
“Tulumu” rəqs. Dinlə:
Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən – tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır.
Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. İlk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.
Zurna
“Cəngi” rəqsi. Dinlə:
Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir.
Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını zurnasız təsəvvür etmək qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Ola bilsin ki, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.
Qədimdə olduğu kimi , indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında və onların əhatə etdikləri kənd və qəsəbələrdə toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur, dinləyicilərdə nəcib duyğular oyadırlar.
Balaban
Xalq mahnısı “Sarı gəlin”. Dinlə:
Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya “Yastı” balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.
Qaval
“Azərbaycan xalq ritmləri”. Dinlə:
Qaval, dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.
Nağara
“Azərbaycan xalq ritmləri”. Dinlə:
Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına “Kitabi-Dədə-Qorqud”da da rast gəlirik. “Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı”. Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.
XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez “nağara” sözü işlədilir:
Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.
Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır. Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.
Musiqi notlarının tarixi
Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz onu məktəb sıralarından məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq, amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O, öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır.
Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu səbəblə məlumat sevən mənasındakı filosof sözcüyünü ilk olaraq o istifadə etmişdir. Pifagor bütün kainatın ədədlər və aralarındakı əlaqələrə görə qurulduğuna inanırdı.
Pifagorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilər. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifagorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.
Qərb musiqisini IX əsrin əvvələrinə qədər notalamadan xəbərsiz idi. Əsərlər qulaq yoluyla nəsildən nəsilə köçürülür, bu vaxt dəyişməyə uğrayır, zamanla unudula bilirdi. IX əsrin ikinci yarısında ilk notalama sistemi ortaya çıxdı. Guido d’Arezzo «Guid Arezzo» notalama sisteminin səslərin yüksəkliyini qəti olaraq ifadə etməyə başlamasıyla böyük bir irəliləmə qeyd edildi. XI əsrdə notların üzərinə düzüldüyü beş xəttdən ibarət yaranan portenin istifadə edilməsiylə notların yüksəkliyi do, re, mi,…və.s müddəti birlik, ikilik, dördlük,… qəti şəkildə təyin oluna bilər hala gəldi. Əslində musiqinin dörd parametri vardır
Yüksəklik, müddət, şiddət və tonu.
Bunlardan ilk ikisi zamanla ümumi qəbul görən bir sıra işarələr sayəsində kağız üzərinə tökülə bilmiş, şiddət və tonu isə notun yanında əlavə sözlərlə ifadə edilmişlər və qismən də şərhə açıq buraxılmışlar.
Müxtəlif səsləri ifadə etmək və bunların bir-birlərinə qarışmasını önləmək üçün səsləri təmsil edən notlara xüsusi adlar verildi. Do, re, mi, fa, sol, la, si. İngiliscədə və Almancada isə notlar hərflərlə göstərildi C do, D re, EMİ, F fa, G sol, A la, B si ing. H si alm.
Nota adlarından «do» nun əvvəlki adı «ut» idi. saitlə başlayan bu ad, notları sırayla söyləyərkən həbslik etdirdiyindən XII əsrdə «do» olaraq dəyişdirildi. Almaniya və bəzi ölkələrdə ut hələ istifadə edilər.
Siz xaric digər notaların ad atası Guido d’Arezzo . Arezzo bu adları Iohannes Battista ilahəsindəki misraların birinci hecalarından götürərək yaratmışdır. Yeddinci notun adı uzun zaman «B» olaraq qalmış, sonradan XIII əsrdə Sanete Iohannes sözlərinin baş hərflərindən meydana gələn «si» adını almışdır. Notalamanın kəşfi və inkişafı musiqi praktikasına fövqəladə bir inkişaf mühiti yaratmışdır. Notalama, icraçını əzbərdən qurtararaq həm musiqi parçalarının uzanmasına həm də müxtəlif dövrlərə və ölkələrə aid notlanmış əsərlərin qatılmasıyla repertuarın zənginləşməsinə və növlərə ayırılmasına imkan vermişdir. Not sayəsində bir musiqiçi bilmədiyi bir musiqi parçasını icra edə bilmək üçün tək başına kafi bir hala gəlmişdir.
- Teqlər:
- musiq notların tarixi
- , Pifagor
- , Guido d’Arezzo
İSLAM HAQQ DİN
De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (Qurani Kərim, əl-İsra surəsi 81-ci ayə).
BÖLMƏLƏR
- ƏSAS SƏHİFƏ
- İSLAM EVİ
- İSLAM HAQQ DİN
- ƏBUBƏKR MƏSCİDİ
- ƏKRƏM HƏSƏNOV
- BİZİMLƏ ƏLAQƏ
16 Mayıs 2011
Musiqi haramdır (Sünnədən dəlillər)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər”[ (Səhih əl-Buxari, 5590) Hədisdən göründüyü kimi, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) gələcəkdə musiqini halal biləcək insanların olacağını qabaqcadan bizlərə xəbər vermişdir.
Demək ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zamanında musiqi haram idi və bu da hər kəs tərəfindən haram olaraq qəbul olunmuşdu. Lakin hədisdə gələcəkdə elə bir insanların olacağı vəd edilir ki, onlar musiqini heç bir əsas olmadan halal kimi qəbul edəcəklər. Bu fikir öz təsdiqini artıq xeyli vaxtdır ki tapıb. Lakin, təəssüflə qeyd olunası bir məqam budur ki, musiqini elə bir çox dindarlar və din xadimləri halal olaraq qəbul edərək insanları bu harama dəvət edirlər.
Musiqi şeytanın insanları yoldan çıxarmaq üçün istifadə etdiyi ən güclü silahlardandır. Abdullah ibn Dinar (Allah ona rəhmət eləsin) rəvayət edir ki, o, Abdullah ibn Ömər lə (Allah onlardan razı olsun) bazara çıxmışdı. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) çalıb-oxuyan bir qız uşa ğının yanından keçdikdə (onu göstərib) dedi: “Əgər şeytan kimdənsə əl çək miş olsaydı, bundan əl çəkərdi” ( Buxari, «Ədəbul-Mufrad» kitabı, 784)
Abdullah ibn Ömərin (Allah onlardan razı olsun) azad olunmuş köləsi Nəfi (Allah ona rəhmət eləsin) rəvayət etmişdir: “Abdullah ibn Omər (Allah onlardan razı olsun) bir musiqi eşitdi, barmaqları ilə qulaqlarını qapadı, yoldan uzaqlaşdı və məndən soruşdu: «Nəfi! Bir şey eşidirsənmi?” Mən də: «Xeyr» – deyə cavab verdim. Sonra barmaqlarını qulaqlarından çəkdi və «Allahın elçisi ilə birlikdə idim. O da eynilə belə etdi» – dedi. (Sunənu Əbu Davud 4924.)
Ummu Əlqəmə rəvayət edir ki, Aişənin (Allah ondan razı olsun) qardaşı qız larına sünnət etdilər. Aişəyə (Allah ondan razı olsun) deyildi ki, bəlkə bunları əyləndir mək üçün bir adam çağıraq? Aişə (Allah ondan razı olsun): “Olar!”- deyib Adiyin yanına adam göndərdi. Onu evə gətirdilər. Aişə (Allah ondan razı olsun) evə gəldikdə onun başını əsdirə rək nəğmə oxuduğunu gördü. Bu adam şeirbaz idi. Aişə (Allah ondan razı olsun) dedi: “Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!”. (Buxari, «Ədəbul-Mufrad» kitabı, 1247)
Ömər bin Abduləziz (Allah ona rəhmət eləsin) əyləncə və musiqi haqqında belə demişdir: “Başlanğıcı şeytandandır, sonu Rahmənin qəzəbidir”. (Zəmmul Məlahi İbn Əbid-Dunya,)
İmam Əhməd bin Hənbəl (Allah ona rəhmət eləsin) belə demişdir: «Ney, zurna, tambur, ud, kamança və bənzərləri haramdır. (Təlbisul-İblis, 225) Abdurahman ibn Avf (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini söyləmişdir: «İki sərsəm və haram səsdən çəkindirildim: Musiqi anındakı səs və müsibət anındakı səs (ölüyə ağlama və ya musiqilər üçün yüksək səslə bağırıb-çağıraraq ağlama). (Durrul-Mənsur, 5/160)
Səhl İbn Səd demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ümmətimdə yerlə bir olmaq, daş yağması, və yer üzündən silinmək olacaqdır». «Nə zaman?» – deyə soruşuldu. “Çalğı alətləri zühur edib içkilərin bol içildiyi zaman» – dedi. (Durrarul-Mənsur, 2/324)
Comments are closed, but trackbacks and pingbacks are open.