Vizaya dəvətnamə yazın
Salam.yoldasim bosanmaq ucun erzie verib.2usaqimiz var .boşanma zamanı uşaqlarin biri anada diğeri atada qala bilermi.usaqlarin yaşı 8 ve 5 yasdir
Hüquqi yardım
Boşanma ərizəsi necə yazılır? Boşanma prosesi neçə ay davam edir? Boşanmaq üçün iddia ərizəsi. Boşanmaq üçün lazım olan sənədlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, ər (arvad) nikahın pozulmasına razı olmadıqda və ya ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikah məhkəmə qaydasında pozulur.
Boşanma ərizəsi necə yazılır?
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən boşama ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilməlidir.
Boşanma ərizəsində növbəti məlumatlar göstərilməlidir:
- boşanma ərizəsinin verildiyi məhkəmənin adı
- iddiaçıya və cavabdehə dair məlumatlar (ad, soyad, ata adı, əlaqə vasitələri, ünvan və s.)
- tərəflər arasında ailə-nikah hüquq münasibəti barədə məlumat (nikahın nə zaman, harada bağlanması, birgə nikahdan uşaqların olub-olmaması, varsa onlar haqqında məlumat və s.)
- boşanmanın səbəbi
Bundan başqa, boşanma ərizəsində boşanmadan sonra birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması və onların saxlanması üçün cavabdehdən tələb edilən aliment, mediasiya prosesində iştirak edib-etməməyə dair məlumatlar qeyd edilməlidir.
Boşanmaq üçün lazım olan sənədlər:
- nikah haqqında şəhadətnamənin əsli
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- tərəflərin şəxsiyyət vəsiqələrinin surətləri
- işin ilkin mediasiya sessiyasında baxılmasını təsdiq edən sənəd
- medisiya xərclərinə dair qəbz
- dövlət rüsumunun ödənilməsi haqqında qəbz
Boşanma prosesi neçə ay davam edir?
Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.
Məhkəmə qaydasında boşanma prosesi işin hallarından asılı olaraq 2 aydan 5 aya qədər çəkə bilər. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Vəkil
Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
Şərhlər
İdris Vəliyev 2022-11-01 18:24:49
Salam. Zəhmət olmasa boşanma zamanı hansı rüsumlar ödənilir haqqında məlumat verərdiniz. Təşəkkürlər.
Salam. Nikahın pozulmasına iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndə 100 manat dövlət rüsumu ödənilir. Vəkil Qulam İsmayılzadə
Dilare Hesenova 2022-11-22 11:44:35
Salam.Bosnama olmadan usaqlarin saxlanmasi ucun Aliment baresinde mehkemeye muraciet etmek olarmi ve rusum ne qederdi??
NOVRUZOV Anar 2022-12-08 19:05:47
Salam men bosanmaq ucun bir basa mehkemeye muraciet ede bilerem.?
Salam. Xeyr, ilk önvə mediasiya təşkilatına müraciət etməlisiniz. Vəkil Qulam İsmayılzadə
Konul Aliyeva 2022-12-14 11:23:49
Mediasiya əlavə xərcdir. Nə ehtiyac var əgər insan boşanmağa qərar veribsə?
Salam. Mediasiya tərəfləri boşanma fikirlərindən daşınmasına, onları barışdırmaqa cəhd göstərir. Vəkil Qulam İsmayılzadə
Şüküfe Muradova 2022-12-17 02:25:53
Salam.men xarici vetandaşiyla evliyem indide boşanmaq istiyirem amma bizim nikahimiz burda olmuyub,öz ölkemde oturaraq men boşana bilerem ve bunun üçün ne etmek lazimdi
Salam. Bəli burda məhkəməyə müraciət edərək boşana bilərsiniz. Birəz vaxt aparan işdir amma mümkündür. Vəkil Qulam İsmayılzadə
Leyla Quliyeva 2022-12-17 23:00:00
Salam mənim yoldaşım hal hazırda xaricdədi.o olmadan boşanmaga müraciyət edə bilərəm.bizdə razılıqlı boşanmadı
Salam. Bəli edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
jale huseynova 2022-12-19 00:21:25
salam men bosananda evden haq teleb ede bilerem iki uşağım var
Salam. Əgər ev evlilik vaxtınızda alınıbsa onda edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Gülnar 2022-12-21 15:29:38
Salam biz bosanmaya ərizə vermisik Bakıda qaliriq ama iş Gəncədə gedir deyiblər gəlib burda qol cəkməlisiz yada pocta ərizə göndərməlisiz ki, biz sizsiz bosanmani həll edək. biz ərizədə nə yazmaliyiq birdə hara gondərməliyik?
Salam. Telefon vasitsəi ilə Gəncədə yerləşən məhkəmə ilə əlaqə saxlayın və soruşun nə ərizəsi yazmalısınız. Məhkəmə sizə bu barədə ətraflı məlumat verməlidir. Yazdığınız ərizəni isə poçt vasitəsi ilə göndərə bilərsiniz məhkəməyə. Vəkil Qulam İsmayılzadə
Aytac Cəfərova 2022-12-23 16:18:57
Salam,boşanma ərizəsində mediasiya ilə bağlı məlumat qeyd olunmalıdır?
Salam. Bəli. Vəkil Qulam İsmayılzadə
Esmira Ağayeva 2022-12-31 21:16:21
Salam biz ailə qurandan sonra atam öz həyətyanı sahəsinə mənə 2 sot torpaq verdi və ev tikildi indi biz boşanmaya qərar vermişik əgər boşanma olarsa onda evde onada pay düşürmü? Torpaq hal-hazırda atamın adınadı
Salam. Xeyr ərinizə pay düşmür. Vəkil Qulam İsmayılzadə
Vəfa Huseynli 2023-01-04 12:27:33
Salam mənim həyat yoldaşım boşanma üçün məhkəməyə müraciət edib Lakin men razı deyiləm..ayrılmaq istəmirəm..İndi mənə nə vaxt əlaqə saxlayacaqlar..Məhkəmə??
Salam. Məhkəməyə müraciət edildikdən sonra 45 gün ərzində hazılıq iclası təyin edilir və bu barədə tərəflərə rəsmi məlumat verilir. Vəkil Qulam İsmayılzadə
Ruslan Nuriyev 2023-01-09 00:51:15
Salam men boşanmağ istirem yoldaşımın iştirakı olmadan mehkemeye muraciyet ede bilerem
Salam. Bəli. Vəkil Qulam İsmayılzadə
Abdulla Abdullayev 2023-01-09 13:06:36
Menim yaşadığım ev ata mülküdür.Atam sağdır.həmən evden boşandıqdan sonra heyat yoldaşıma ne kimi pay düşür.ata evim bizim nigahdan evvel alınan evdir. Zəhmət olmasa cavablandırardız
Salam. Pay düşmür. Vəkil Qulam İsmayılzadə
elvin 2023-01-11 12:17:19
salam men tovuz rayon sakiniyem sumqayit mehkemesine muraciet ede bilerem bosanmaq ucun ede bilmeremse poct ve s ne ile muraciet ede bilerem zehmet olmasa deyersiz
Salam. İddianın verilməsi cavabdehin yaşadığı yer üzrə həyata keçirilir. Həm poçt həm elektron qaydada müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Abdulov Fərman 2023-01-15 23:24:40
Salam. Boşanma prosesində uşaqlardan imtina əruzəsi nə vaxt yazılır? Boşanma əruzəsi yazılanda ya proses zamanı? Bir də ana uşaqlardan imtina ərizəsi yazsa sonra onu geri çəkmək şansı varmı?
Shafag Babayeva 2023-01-18 18:42:08
Salam. Mən boşanmaq isteyirem 2 uşağım var. Bilmək istəyirəm yaşadığım ev qaynanamın adınadır boşanma olsa o evdən mənə pay düşür ?
Salam. Xeyr düşmür. Vəkil Qulam İsmayılzadə
Toğrul 2023-01-23 16:05:00
Salam. Medisaciyaya boşanmaq üçün hansı sənədləri vermək lazımdır?
Salam. Şəxsiyyət vəsiqəniz bir də ərizə. Vəkil Qulam İsmayılzadə
Lalə İbrahimova 2023-01-27 14:19:47
Salam vəkil.Məhkəməsiz,birgə razılaşma ilə boşanmaq olur?
Salam. Xeyr 1-ci məhkəmə iclasında boşamıllar. Cehizlərinizin götürülməsi üçün məhkəmə qərarının qəbul edilməsi şərt deyil. Vəkil Qulam İsmayılzadə
Əsgərova Mehri 2023-02-02 13:30:50
Salam,hörmətli vəkil.Yoldaşım boşanmaya ərizə vermək istəyir,mən də razıyam.Uşaq mənim ilə qacaq,razılaşmışıq,ev də bizə düşmür,evlilikdən əvvəl alınıb.Lakin,bu adam alimentdən də boyun qaçırmaq istəyir.Məhmkəmə zamanı hakim özü aliment qərarını çıxardır,yoxsa məhkəmədən sonra yenidən aliment ərizəsi verməliyəm?
Salam. Boşanma ilə birlikdə alimenti də təyin edirlər. Vəkil Qulam İsmayılzadə
Əlövsət 2023-02-05 09:01:36
Hörmətli Qulam müəllim bu sualın cavabını bilmək istəyirəm- Qadın boşanmaq istəyir’2 uşağı var.Yoldaşı Rusiyadadır.Uşaqlarına heç bir köməklik göstərmir.Bu halda Meditasiya müraciət olunacaqmı.Ümimiyyətlə bu məcburidirmi.Birbaşa.məhkəməyə.müraciət.eymək.mümkü’mü.
Salam. Bəli, müraciət olunmalıdır. Məcburidir. Vəkil Qulam İsmayılzadə
Polad Yusubov 2023-02-10 17:35:59
Salam. Boşan üçün qarşı teref mehkemeye muraciet edib. Mene ve qarsi terefe mediasiyadan kecmekle bagli sms bildiris geldi. Lakin vaxt edib mediasiyaya gede bilmedi her iki teref. İndi ise qarsi teref gedib mehkemeye ki iddia erizesini geri gotursun bildiribler ki is artiq mehkemededir erizenizi geri goture bilmezsiz. Bu durumda ne etmek olar.? Mehkeme hele nas tutmayib her iki teref bosanmaqdan imtina edir.
Qətnamə qəbul edilənə qədər ərizə yazaraq işin baxılmamış saxlanılmasını xahiş edə bilərsiniz və məhkəmə bu halda baxılmamış saxlayacaq. Vəkil Qulam İsmayılzadə
konul 2023-02-12 17:55:34
Salam Vekil men 4aydir ata evindeyem qaynanamgil yola vermedi incitdikleri ucun ata evime geldim 5ayliq qizim var yoldasimda qizimizla maraqlanmir hec bir komeklik etmir.Bele olan halda bosanmamis aliment duse biler?Zehmet olmasa cavablanirardiz.
Salam. Bəli düşə bilər. Vəkil Qulam İsmayılzadə
Nicat 2023-02-14 17:45:30
Salam. Bilmək istərdim ki, özümə vəkil tutmadan boşanmaq üçün (məhkəmə aliment kəsib) mediasiya və daha sonra məhkəməyə müraciət edə bilərəm ? Bu necə olur? Və hansı növ ərizə formalasından istifadə edə bilərəm? Yəni heç bir vəkilsiz özum işimi yekunlaşdırım. Xahiş edirəm ki, köməklik edəsiniz. Mümkünsə ərizə formasından qeyd etdiyim email adresime gondərədiniz zəhmət olmasa. Çox sağ olun.
Salam. Bəli edə bilərsiniz. Məqallədə bu proses barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
Gülnaz Oruczadə 2023-02-18 02:52:02
Salam mən boşanmaq istəyirəm 5ildi ailəliyəm övladım olmur.Evde qeydiyyatdayam bosanarken yaşamaq hüququ tələb edə bilərəmmi?
Salam. Bəli uşağınızla birlikdə yaşamaq hüququnuz var. Vəkil Qulam İsmayılzadə
Aynur Abdulxalıqova 2023-02-19 10:25:43
Salam men Aynur Abdulxalıqova boşanmada evse xeste 19 yaşlı ovladima mehkeme xesteliyine gore pul kesecek?
Salam. Əlil övladın saxlanılması üçün valdeyndən aliment tələb edilə bilinər boşanmadan asılı olmayaraq. Vəkil Qulam İsmayılzadə
Lale 2023-02-21 14:41:30
Salam,men bugun bowanma erizesi ucun mehkemeye muraciet eledim,mediasiya ile birlikde 300manat isdedindi,,dovlet rusumuda 100manat deyir men ,,ne etmeliyem,300manata imkanim catmir biwna abilmerem?
Salam. Rusum 100 manatdır, xidmət haqqı ilə birlikdə sizdən yagin istəyiblər bu da ki kifayət qədər aşağı məbləğdir. Əgər istəmirsinizsə ərizənizi kimsə yazsın onda özünz yazıb göndərə bilərsiniz məhkəməyə. Vəkil Qulam İsmayılzadə
Ayşən Qasımova 2023-02-21 23:43:39
Salam. Mən 5 ildi ailəliyəm. 1 yaş 5 ayliq bir qizim var. Yoldasim dənizci ozum isə muəllimə isləyirəm. Boşanmaq istəyirəm. Yoldasimla aramizda hec bir problem yoxdu. Ancaq evləndiyimiz gundən bu gunə qədər qaynanam mənə gun vermir. Xususilə yoldasim dənizdə oldugu 1 ay muddətində bu daha da kəskin hal alir. Nə qədər yoldasima ayri evə cixaq desəmdə ailəsini qoyub getmir. Ancaq bosanmaqda istəmir. Bilmək istəyirəm ki, mən yoldasimin raziligi olmadan bosana bilərəm? Və əsas məsələ mənim usagimi hər hansi bir yolla əlimdən ala bilərlər? Ümumiyyətlə bu kimi hallarda usaq kimdə qalir? Məndə qalacaqsa həftədə mecə gun atasigildə qalacaq?
Salam. Ərinizin razılığı olmasada boşana bilərsiniz, uşağın kimin yanında qalması məhkəmə tərəfindən müəyyən edilir uşağın yaşı və istəyi nəzərə alınmaqla. O ki qaldı uşaqla görüşə o boşanma prosesi zamanı müəyyən edilmir onun üçün ata ayrı qaydada məhkəməyə müraciət edir və məhkəmə yuxarıda özü görüş vaxtının müəyyən edir. Vəkil Qulam İsmayılzadə
Sadıqzadə səbinə 2023-02-24 16:44:41
Salam mən boşanmaq istəyirəm boşanma ərzəsinidə ərim verib mediyssıyaya 7 aydı evliyəm 7 aylxda hamiləyəm həmilə vaxdı boşama olur ərim uşağı əlimdən ala bilər 3 aydı ırzə verilib
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Vəkil Qulam İsmayılzadə
Səbinə sadıqzdaə 2023-02-26 23:06:49
Salam indi deyirsizki yəni hamilə hamilə boşanmaq olmaz
Siz istəyirsinizsə olar. İtəmirsinizsə yox. Vəkil Qulam İsmayılzadə
Sadıqzadə səbinə 2023-02-27 23:33:52
He isteyirem çünki ərimə qarşı sevgim yoxdu ərzədən sora ama bunu demək istiyirəmki mediysıyadan mesaj gəldi ərimnən ma məndə zəng elədim həmən yerə və oda dediki helə bildim uşaq var doğulub yəniki məndə soruşdumki otərəfdən gələn varsa gəlim oda dediki yoxdu məndə dedimki ərim ora gəlsə ma xayiş eliyirəm deyəsiz gəlim odu budu səs səmir yoxdu ta bir aydı
Sadiq Ismayilov 2023-02-28 12:41:09
salam.men mehkemeye bosanmaqla bagli erize versem,nece gunden sonra qarsi terefe melumat verilir? yeni qarsi terefin xeberi olur ki,men bosanmaq ucun mehkemeye erize vermisem
Salam.45 gün ərzindər. Vəkil Qulam İsmayılzadə
Sadıqzadə səbinə 2023-02-28 15:18:08
Salam sadiq bəy sizə yazıram siz biringi mediyasıyaya ərzə verəsuz 2 günən sora qarşı tərəfədə gedəjəy biri mediyasıyaya biridə arvadınıza uşağınız var maraxlandım ona götə yazdım çünki məndə boşanma ərzəsi vermişəm
Humay Əfsun1995 2023-03-02 17:40:41
Salam mən 2017ci ildə boşanmışam yenidən nigaha daxil olmaq üçün boşanma haqda olan kağızı istəyirlər özüm hal hazırda Bakıda yaşayıram boşanma Beyləqan rayonunda olub indi hamiləyəm həkim uzaq yol getməyə icazə vermir mən o sənədi başqa necə ala bilərəm?
Etibarnamə verin kimsə sizin əvəzinizə gedib gotursun. Vəkil Qulam İsmayılzadə
İnci məmmədova 2023-03-03 18:05:00
Salam men tək tərəfli boşanmağ üçün müraciət etmək istəyirəm ona ne qədər rüsum çıxacağlar ? Ve qızıllarımı döyüb əlimdən alıb ve yalandan deyillər ki aparmısan men qızıllarımı nece ala bilərəm?
Salam. Boşanmaq üçün dövlət rüsumu 100 manatdır, uşaqlarınızı məhkəmə vasitəsi ilə geri tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Qasımov Elgün 2023-03-03 20:13:06
Salam mən 2014 də ailə qurmuşam iki evladım var yoldaşım mülimədir məndə özüm özəl idardə işləyirəm əmək haqqım 518 m əlimə pul alıram 2015 də özüm ev tikimişəm 7 otaqlı evdə öz adıma deyil nə tormaq sahəsi nədə ev adımda heç bir mülk yoxdur bilmək istəyirəm boşansam uşaq nə qədər alment düşəcək və evdən onlara pay düşəcək anada 900 m maaş alır zəhmət olmsa yazardız cavab
Alimentin miqadarını məhkəmə müəyyən edir, evdən isə dediyiniz halda pay düşmür. Vəkil Qulam İsmayılzadə
Ayten.Eliyeva 2023-03-03 20:38:53
Salam men bosandiqdan sonra alimet.sosial ala bilerem. iki usagim.var.
Aliment teleb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Rəşad 2023-03-05 16:48:45
Salam.Biz Azerbaycanda yasamiriq ama her ikimiz men ve yoldasim Azerbaycan vetandasiyiq ve 2 az yasli usagimiz var. Bosanmaq ücün ne etmeliyik hara müraciet ede bilerik ? Her ikimiz bosanmaya raziyiq. Tesekkür edirem.
Salam. İkinizdən biri burda vəkilə etibarnamə verə bilər və o sizi siz olmadan boşatdıra bilər. Vəkil Qulam İsmayılzadə
Vüsalə qasımova 2023-03-05 23:07:55
Salam ərim məni boşuyur heşnədən ərzə verib 3 aydı 8 ay evliyəm 8 ayda hamiləyəm mən sadəcə uşağa görə boşamaq istəmirəm amma ərim heç uşağıda istəmir məndə aldıra bilmədim çünki məndə Allah qorxusu var amma onarda Allah qorxusu yoxdu məni heşnıdən boşuyur çoxsu onu anası elədi çox pis insandılar Allah heç kəsin başına gətiməsin ərim ərzəni mediyasıyaya verib mada mesaj gəldi ərmədə mediyasıyaya çağırdılar məndə zəng elədim deimki ordan gələn varsa ma zəng eliyingəlim amma gələn yoxuydu amma uşağa görə noşamaq istəmirəm
Ramin Novruzəliyev 2023-03-10 08:54:08
Salam. Mənim birgə nikah dövründə öz gəlirim ilə əldə etdiyim bir sıra daşınar və daşınmaz əmlakım olub. Ailə münasibətlərində əmlak şantajı ilə üzləşmişəm, buna görə yoldaşımın vaxtilə mənə verdiyi mülki etibarnamə əsasında həmin əmlakları qısa müddət ərzində notarial qaydada satmışam və ya bağışlamışam. (təbii ki bundan yoldaşımın xəbəri yoxdur.) İndi isə boşanma üçün müraciət edirəm. Mənə maraqlıdır, görəsən yoldaşım əmlakların qısa vaxtda gizli satılması və ya bağışlanmasını əsas gətirib satışları ləğv edib yenidən əmlak bölgüsü edə bilər? İndidən təşəkkür edirəm.
Bəli, ola bilər. Lakn tədbirli olsanız bunun qarşısını ala bilərsiniz. Təsüf ki bütün vəkil sirlərini burda sizinlə bölüşə bilməyəcəm. Vəkil Qulam İsmayılzadə
Xatire Heseni 2023-03-10 15:01:09
Salam boşanma üçün ümümi neqeder xerc çıxır.razılıq yolu ile boşanılır
Müqavilə bağladığınız vəkildən ərizəni yazdığınız hüquqşunasdan asılıdır. Vəkil Qulam İsmayılzadə
Shafag 2023-03-16 06:01:02
Salam mənim yoldaşım 14 ildir ki yoxdur Azərbaycanda uşaqlarda birdefe görüblər onu men bosaniram hal.hazirda sadəcə. Bilməy istəyirəm. Boşandıqdan sonra forma 14 ala bilərəm uşaqlara
Asan xidmətlə maraqlanın. Vəkil Qulam İsmayılzadə
Gunay 2023-03-22 12:21:30
Salam mən boşanmaq isdəyirəm 2014 2015 təvəlüdlü uşaqlarım var alimet filan isdəmirəm sadecə uşaqlarımı isdiyirəm yolaşım uşaqlarımı mənə gösdərmiyəcəyini deyib məni boşanmadan yayındırmaq isdəyir uşaqları məndən ala bilərmi əvəlcədən təşəkür edirəm ?
Uşaqların kimin yanında qalmasını yalnız məhkəmə müəyyən edə bilər. Vəkil Qulam İsmayılzadə
Gülnarə 2023-03-22 12:23:09
Salam boşanma üçün ilk hara ərizə vermey lazımdı yeni asan xidmətdə mümkündü birde mən nikah kebn kağızımi götürə bilməmişəm yeni vermiyibler tek sexsiyyet vesiqesile ərizə yazmaq olar ?
Məqalədə bu barədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə
Heyderova Asya 2023-03-26 10:54:42
Salam ev qaynimin adinadi isig su qaz kamullarda yoldasimin bosandigim zaman vu evden pay dusur mene?
Xeyr, düşmür. Vəkil Qulam İsmayılzadə
Sevinc 2023-03-29 02:25:42
Salam bosanmaq isteyirem yoldasim usaqlara qygi diqet gostermir odenislerini qarsilaya bilmir anamgil edirler 2 usagim var biri 13 biri 9 yas bosanma olsa onlari elimden ala bilerler?
Uşaqların mövqeyindən çox şey asılıdır, baxır onlar kimin yanında qalmaq istəyir. Vəkil Qulam İsmayılzadə
Tehmine 2023-03-31 02:00:36
Salam. Biz xaricdə yaşayırıq. Buranın məhkəmə qaydası ilə boşanmışıq. Ancaq Azerbaycan sənədlərinə görə hələ də evliyik, yəni Azərbqycandakı zaks qüvvədədir. Burdakı boşanma qərarını hara göndərərək Azerbaycan zaksını qüvvədən salmaq olar? Əvvəlcədən təşəkkürlər. Hörmətlər
Bunun üçün siz xaricdə barənizdə çıxan boşanma qərarını Azərbaycanda tanıdasınız. Vəkil Qulam İsmayılzadə
Esmira Cavadova 2023-04-02 20:20:04
Salam men 9 ildir evliyem hal hazirda bosanmaq isteyirem ,xeyanet ve siddetden dolayi. Bilmek isteyirem ki menim birinci erize vermeyim menim xeyrimedi? Yoxsa qarsi terefi gozlemeliyem?
Ərizənin kimin tərəfindən verilməsinin heç bir fərqi yoxdur. Vəkil Qulam İsmayılzadə
Niyazov Nicat 2023-04-05 13:54:43
Salam Men bosanmaq isdiyurem hara muraciyet edim
Qeydiyyat şöbəsinə və yaxud məhkəməyə. Vəkil Qulam İsmayılzadə
Efsane Ehmedova 2023-04-08 21:12:22
Salam.Men Baki ucotundayam ama indi anamla Bilesuvarda yasayiram. Burda mehkemeye muraciyet ede bilerem? bosanmaq ucun 5 yasinda 1oglum var. Onun atani ya anani secmek huququ var?
Beli Biləsuvarda da müraciət edə bilərsiniz əgər orda yaşamağınız haqqında arayış təqdim edə bilsəniz. Vəkil Qulam İsmayılzadə
Freddy 2023-04-09 16:15:39
Salam,boşanma prosesinde qarşı terefle qarşı qarşıya gelmek mecburidir? Mediasiyaya ve ya mehkeme proseslerinde şexsin özü iştirak etmeden vekile etibarname vererek onun iştirak etmesi mümkündürmü?
Bəli, mümkündür. Vəkil Qulam İsmayılzadə
Amil memmedov 2023-04-09 19:50:29
Salam evliliymizden 1 usaq var 4 yasinda autizm xesdesidi bilmek isdeyirem xesdeliye gore usagin atasiyla gorusu nece teyin olunacaq? Birde evliliy mudettinde avtomobil alinib hansi vaxta kimi basqa adamin adina kecirtsem bolunmeye biler mulk kimi.mes:qardasin adina kecirtmek olar?
Uşaqla görüşdə müəyyən çətinliklər ola bilər uşağın xəstəliyinə görə. Nikah pozulmamışdan əvvəl sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Aslanova Şərafət 2023-04-10 04:58:58
Salam,men bosanmaq istiyirem,mediasiyaya getmemis erize vermek olmur deye basa dusdum.Bes her ikimizde mediasiya istemesek nece?birbasa mehkemeye erize yaza bilerem?
Xeyr, birbaşa olmur. Vəkil Qulam İsmayılzadə
Aytac nemetli 2023-04-10 14:11:55
Men tek terefli bosanmaq isteyirem yoldasim terefden mecburen aile qurmusam sidet gölurem ona gore tek terefli bosanmaq mumkundurmu
Bəli, mümkündür. Vəkil Qulam İsmayılzadə
Aytac 2023-04-10 18:05:01
Salam yoldasim turmededir boşanmaq isdeyrem 2 usaqim var isdeyrem biri onunla qalsin bir menimle iş adamiyam mene aliment kesdire bilermi usaqin biri mende olsa.
Bəli boşana bilərsiniz uşağın biri atasının yanında qalsa sizdən alimet tutula bilinər. Vəkil Qulam İsmayılzadə
Sevinc Muxterova 2023-04-11 07:55:23
Salam.Men 10 illik evliyem 9 yasinda usagim var atasi men hamileyken atib gedib Rusyaya indiye kimi bir defe bele olsa usagi gelib gormeyib hecbir komeklikde etmir indi bosanmaq ucun muraciet etmek isteyirem.Ancaq biliremki mehkemeye gelmeyecek bu proses ne qeder zaman alacaq ve alimentin meblegi ne qeder teyin olunacaq? Evvelceden tesekkurler
Proses 3-4 ay çəkə bilər aliment çox güman ki, 220 manat təyin ediləcək. Vəkil Qulam İsmayılzadə
Arzu Rustemova 2023-04-11 14:58:17
Salam.men 2 aydirki ayri qaliram.mehkemeye bosanma ucun muraciet etmek isteyirem amma wexsiyyet vesiqem qaynanamgilde qalib.munasibet de ele pisdirki ora getmek imkanim yoxdu.men nece mehkemeye muraciet ede bilerem?yolu varmi?
Olar, vəkilə müraciət etsəz yardım edə bilər bu barədə. Vəkil Qulam İsmayılzadə
Emin 2023-04-17 01:24:12
Salam hervaxtiniz xeyirli olsun qarwi terefin xeberi olmadan bowanmaq mumkundu yoxsa yox
Məhkəmə hər bir halda məlumat veriri hər iki tərəfə. Vəkil Qulam İsmayılzadə
Aygul 2023-04-20 09:16:03
Salam. Men yoldasimdan 1 il əvvəl boşanmaq istəyirdim,qaynanam məhkəyə getmeye icazə vermədən bitəhər bizi barışdırdı. Məhkəməyə müraciət etsəm yenə mediasiya müddəti verilirmi? Şiddətli keçimsizlik boşanmaya səbəb göstərilə bilərmi? Bu nigahdan 2 körpə uşağım var və yoldaşıma nənəsi ev bagışlayıb,bu evdə qeydiyyatda olduğum üçün bizə pay düşürmü?
Mediaator sizi barışdırmağa çalışacaq, boşanmaq üçün səbəbin olması şərt deyil, evdən sizə pay düşmür. Vəkil Qulam İsmayılzadə
Hüseyneliyeva Nurane 2023-04-20 14:11:47
Xasiyyetimiz tutmadi
Faiq Memmedov 2023-04-22 20:00:39
Salam Bosanma haqqinda gonderilen erizenin geri cagirilmasi/xitam olunmasi proseduru necedir ? Onceden tesekkurler.
Yazılı qaydada ərizə yazaraq məhkəməyə müraciət edirsiniz. Vəkil Qulam İsmayılzadə
Aygul 2023-04-24 19:17:56
Bagislanan ev cixaris senedi ile yoldasimin adina oldugu haldada dusmur?
Sadiq Hesretov 2023-04-26 13:56:54
Salam.yoldasim bosanmaq ucun erzie verib.2usaqimiz var .boşanma zamanı uşaqlarin biri anada diğeri atada qala bilermi.usaqlarin yaşı 8 ve 5 yasdir
Bəli, qala bilər. Vəkil Qulam İsmayılzadə
Salam siz Mene bosanmaq ucun vekillik ederdiniz men ozum istirak etmeden men bosanmaq isdeyirem korpe usagin oldugu ucun gelib gede bilmirem, 2023-04-29 13:13:56
Menim mektubuma cavab verersiniz
Sualınızı sual bölməsində yazın z.o Vəkil Qulam İsmayılzadə
Fidan Abusova 2023-05-08 23:18:45
Salam.Mən yoldaşımdan boşanmaq istəyirəm 5ayliq qızım var.Yoldasim qızılları elimden alıb .Onu men məhkəmə əsasında tələb edə bilərəm?Ve tək tərəfli boşanmaq mümkündürmü?
Sizin halda uşağın 1 yaşı olanadək ata yalnız sizin razılığıvız ilə boşana bilər. Uşaq isə çox balacadır ona görə boşanmadan sonra sizinlə qalacaq. Vəkil Qulam İsmayılzadə
Aytən 2023-05-12 14:50:10
salam mən yoldasimdan boşanmaq ucuun muraciet etmek isdeyirem. 1 usagim var 1 yasinda ne qeder aliment duser mene ve usag menim yasadiqim yere qeydiyyatdi.usaga atasindan pay duse biler evlilik muddetinde 1 dene masin alib oda oz adina deyil ve evdede pullari var lakin hecne almayib kafede alib ama oz adina yox bunlar hamisin evlilik muddetdinde olub mene cvb yazin zehmetolmasa onceden tesekkurler
Alimentin miqadarını məhkəmə müəyyən edir amma minimum 220 manatdır ölkə üzrə uşağın saxlanmaq xərci. Vəkil Qulam İsmayılzadə
Maga 2023-05-12 15:57:51
Salam atamnan qalan evda otururam ovladim yoxtur boşamaq isteyirem arvadima pay duşurmu evdan 25 ildi evliyik heçna artirmamişik atamnan qalan kohne evdir
Zeminə 2023-05-13 05:52:30
Salam vəkil zəhmət olmasa deyərdiz. 20 gündür boşanmaq üçün ərizə verilib və heç bir irəlləyiş yoxdur məhkəmə olmayıb sizcə normaldır bele gecikməyi?
Məhkəmə ərizə daxil olduğu gündən 40 gün ərzində təyin edilir hazırlıq iclası. Vəkil Qulam İsmayılzadə
Nərgiz 2023-05-15 22:14:59
Salam .Boşanmağ üçün qeydiyatda olduğun yerdəmi ərizə verməlisən?Yoxsa hər hansı bir yerdə olan məhkəmə ola bilərmi ?
Vizaya dəvətnamə yazın
Əgər siz vətəndaş və ya qanuni rezidentsinizsə və ailə üzvü və ya dostunuz sizi ziyarət etmək istəyirsə, dəvətnamə yaza bilərsiniz. Məktub ABŞ-da tələb olunmur, lakin yenə də faydalı ola bilər. Məktubu sizə baş çəkəcək şəxsə ünvanlamalısınız. Dostunuzun bu müddət ərzində harada qalacağını və planlaşdırılan qalma müddətinin nə qədər olacağını qeyd etməyi unutmayın. ABŞ-dan başqa bir ölkəyə səfər etmək istəyən birinə məktub yazmaq istəyirsinizsə, başqa məlumatlara ehtiyac ola bilər.
hərəkət kurs
1-ci hissə Məktubu başlayın
- tam adı
- Doğum tarixi
- Ünvan və telefon nömrəsi
- İnsanla münasibət
- Səfərin səbəbi
- Ev sahibi ölkədə planlaşdırılan qalma müddəti
- Şəxsin qaldığı müddətdə qaldığı yer və ünvan
- İnsanın maddi imkanları
- Şəxsin ölkəni tərk etmə tarixi
- Əgər varsa, ölkənizin tələblər siyahısını nəzərdən keçirin. Bütün lazımi məlumatları verdiyinizə əmin olun.
- Öz dilinizdən və lüğətinizdən istifadə etdiyinizə əmin olun. Bu məqalədə istifadə olunan sözlər və idiomatik ifadələr yalnız illüstrasiya məqsədi daşıyır və dil nümunələridir. Öyrəndiyiniz kimi yazın və “rəsmi” səslənməməkdən narahat olmayın.
- Məktubu standart iş məktubu kimi qurun. Bir məktubun necə göründüyünü bilmirsinizsə, onlayn bir nümunə axtarın.
- Bəzi ölkələrdə məktub immiqrasiya idarəsinə göndərilə bilər. Ölkənizin tələblərini əvvəlcədən yoxlayın.
2-ci hissə Orta hissəni yazın
- Məsələn, yaza bilərsiniz: “Sizi 2018-ci il iyunun 1-dən iyulun 7-dək Almaniyada məni ziyarət etməyə dəvət etmək istərdim. Sizə necə yaşadığımızı göstərsəm çox yaxşı olardı; yeni həyat yoldaşımı da təqdim etmək istərdim. Şeron sizə, səfəriniz zamanı biz Berlinə səyahət edə bilərik, çünki siz həmişə onu görmək istəmisiniz”.
- Nümunə dildə oxuya bilər: “Mən bütün səyahət xərclərini, o cümlədən Los-Anceles, Kaliforniya və San-Fransiskoya səyahət və bütün yeməkləri və lazımi yerləşmə xərclərini ödəyəcəyəm. San Fransiskoya səyahətimiz üçün bütün rezervasiyaları rezerv edəcəm və rezerv edəcəm. .”
- Siz yaza bilərsiniz: “Siz bizimlə yuxarıda göstərilən ünvanda bizim otağımızda qalırsınız. Mən və Şeron lazımi yeməkləri və digər xərcləri öz üzərimizə götürəcəyik.”
- Məsələn, siz yaza bilərsiniz: “Mən sizi görmək üçün səbirsizlənirəm! Burada çox zövq alacaqsınız, sizi əmin edirəm! Sevgi ,”.
- Tam adınızı (ad və soyadınızı) verməyi unutmayın. Bu məktubun formal görünməsinə səbəb olur. Bundan əlavə, tam adınızdan asılı olmayaraq, viza ofisinin istifadəsi var, buna görə məktubun həqiqiliyinə əmin ola bilərsiniz.
Hissə 3 Məktubu tamamlayın
- Notariuslara əksər məhkəmələrdə və iri banklarda rast gəlinir. İnternetdə uyğun notariusları da axtara bilərsiniz. Yaxınlıqdakı notariusları tapmaq üçün poçt indeksinizi daxil edin.
- Notarius qarşısında özünüzü tanıya bildiyinizə əmin olun. Etibarlı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və ya pasport adətən kifayətdir.
- Kanadada anadan olmusunuzsa, doğum haqqında şəhadətnamənizin surəti
- Kanada vətəndaşısınızsa, Kanada Vətəndaşlıq Kartı
- PR kartınızın surəti və ya Kanadada daimi rezidentsinizsə, IMM 1000 sübutu
- Adınız və ünvanınız
- Doğum tarixiniz və yeriniz
- Əgər ABŞ vətəndaşı deyilsinizsə, naturalizasiya şəhadətnaməsi, vətəndaşlıq sertifikatı və ya digər məlumat Siz vətəndaşsınız
- Yaşınız və ABŞ-da nə qədər yaşadığınız
- Qohumların sayı
- Ziyarətçilərinizin adları və ünvanları
- Ziyarətçilərinizlə münasibətiniz
- Ziyarətçilərinizin fəaliyyəti haqqında məlumat və təfərrüatlar, məs. Ad və Ünvan
- Ziyarətçilərin illik gəliri (öz-özünə işləyən şəxssinizsə, vergi bəyannaməsini əlavə edin)
- Əmanətlər, şəxsi əmlak, səhmlər və istiqrazlar haqqında məlumat
- Bunu etmək niyyətindəsinizsə, ziyarətçilərinizə hansı töhfələr verdiyiniz haqqında məlumat
- Məktubun gəldiyinə əmin olmaq üçün onu sifarişli poçtla göndərin.
Kino tarixindən 30 maraqlı fakt
· Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.
· Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.
· Bir dəfə Çarli Çaplin “Çaplinin oxşarları” müsabiqəsində üçüncü olmuşdu.
· Silvester Stallone müəyyən dövrdə zooparkda şir qəfəsi təmizləyicisi işləmişdi.
· Aktrisa Lillian Entvistl Hollivud yazısının “H” hərfindən tullanaraq intihar etmişdi.
· 1916-cı ildə Çarli Çaplin həftədə 10 min dollar qazanırdı, bu isə o vaxta görə rekord göstərici idi.
· Merlin Monronun əsl adı Norma Jan Mortenson idi, sonradan onu Norma Jan Beyker adına dəyişmişdi.
· Aktyor Con Travoltaya “Çikaqo” (2002) filmində Billi Flann rolu təklif edilmişdi. Lakin rol Riçard Qirə qismət oldu.
· Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdi.
· Aktrisa Elizabet Teylor “Life” jurnalının üz qabığında ən çox çəkilən şəxsdir.
· Mikki Mausun yaradıcısı Uolt Disney ilk öncə onun adını Mortimer Mous qoymaq istəyirdi.
· Dünyada ən çox işlənən obraz Mikki Mausdur. 7500-dən çox müxtəlif növ firma və ya əşyada ona rast gəlmək olar.
· “Xaç atası” (“Godfather”) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda “portağal” görünür.
· “Küləklə sovrulanlar” (“Gone With the Wind”) filmində dialoqlardan birində “lənətə gələsən” (“damn”) sözü işləndiyinə görə filmin produserləri 5000 dollar məbləğində pulla cərimə olunublar.
· “Oz ölkəsinin sehirbazı” (“Wizard of Oz”) filmində baş rol ifaçısı Cudi Qarlend filmdəki roluna görə həftəyə 35 dollar məvacib aldığı halda, filmdəki iti Toto 135 dollar alırdı.
· “Kriminal qiraət” (“Pulp Fiction”) filmində bütün saatlar 4:20-ni göstərir.
· Oskara namizəd olan ilk animasiya filmi 1991-ci ildə Disneyin “Gözəl və Eybəcər” (“Beauty and the Beast”) filmi olub.
· Ən uzun Hollivud öpüşü 1941-ci ildə “Sən indi ordudasan” (“You‟re in the Army Now”) filmində olub. Bu səhnə 3 dəqiqə, 3 saniyə davam edib.
· Alfred Hitçkok “Psix” (“Psycho”) filmində bəzi səhnələrdə qan yerinə meyvə sirəsindən istifadə edib.
· “Kinq Konq” filmi Adolf Hitlerin ən sevimli kinosu idi.
· Stenli Kubrik “Ətriyyatçı” əsərini oxuyub demişdi ki, bu əsərə film çəkilməsi mümkünsüzdür.
· “Döyüş klubu” (“Fight club”) filminin çəkilişi zamanı Bred Pitin bir neçə dişi sınır. Filmin rejissoru Finçer aktyor dişlərini düzəltsin deyə, çəkilişləri saxlamaq istəyir, lakin Bred dişsizliyin obrazı olan Taylerə uyğun gəldiyini misal göstərərək çəkilişlər bitənə kimi dişsiz də gəzə biləcəyini bildirir və elə də edir.
· “Kriminal qiraət” (“Pulp fiction”) filmində “fuck” kəlməsi 257 dəfə işlənib.
· Tom Henks “Forrest Qamp” filmində bir şərtlə çəkilməyə razı olub. Filmdəki bütün hadisələr tarixi faktlara əsaslanmalıdır.
· “Dəmir gödəkçə” (“Full Metal Jacket”) filmində kazarmada bölük komandirinin əsgərlərlə tanışlıq dialoqları aktyorlar tərəfindən başdan ayağa improvizə olunaraq çəkilib.
· “Səmavi krallıq” (“Kingdom of Heaven”) filmindəki obrazına görə aktyor Orlando Blum 9 kq kökəlməli olub.
· “Kofe və siqaretlər” filminin üzərində Cim Carmuş 17 il (1986-2003) işləyib.
· “Benjamin Buttonu qəribə hekayəsi” (“The curious case of Benjamin Button”) filmi ekranlara çıxdıqdan sonra Denni Boyl “Solomon Grundy” filmini çəkməkdən imtina etdi. Çünki ssenarilər oxşar idi.
· Məşhur aktyor Həmfri Boqartın şahzadə Diana ilə əlaqələrinin olduğu iddia edilirdi.
· Şirli Templ “Oz ölkəsinin sehirbazı” (1937) filmində Doroti rolunu oynamaq üçün sınaqdan keçirilmişdi, lakin rol Cudi Qarlanda qismət oldu.
Müəllif:Ferat & Məcid Məcidov
Mənbə: “Film Fiction” jurnalı
Comments are closed, but trackbacks and pingbacks are open.