Azərbaycan Milli Elmlər Akademiyası
23-26 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Neft-qaz axtarışı v neft-mdn geologiyası
“Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək
16 Fevral 2023
23-26 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.
Konfransın əsas elmi istiqamətləri:
– Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi;
– Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları;
– Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası.
Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” mövzusunda elmi forumun keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə etmək olar.
Konfrans üçün tezislərin qəbulu 10 aprel 2023-cü il tarixinədək davam edəcək. Konfransın rəsmi dilləri: Azərbaycan, ingilis və rus dilidir. Məruzənin genişləndirilmiş tezisi bu dillərdən birində yazıla bilər.
Tezis təklif olunan şablonda tərtib edilməli və 4 səhifədən ibarət olmalıdır. Azərbaycan, ingilis və rus dillərində şablonları konfransın saytından endirmək olar. Şablondakı mətnlər tələblərə uyğun formatdadır, onları sadəcə öz mətninizlə əvəz etmək kifayətdir. Tezis annotasiya, açar sözlər və strukturlaşmış əsas mətn (giriş, metod və ya nəzəriyyə, müzakirə və nəticə bölmələri olmaqla) formasında tərtib edilməlidir. Tezisə ən azı 1 şəkil əlavə etmək mütləqdir. Tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı yerləşdirilməlidir.

VERGİLƏR
1 yanvar 2019-cu il tarixdən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir.
Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.
Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı-ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı aşağıdakılar rəhbər tutulmalıdır.
Neft-qaz sahəsində fəaliyyət:
Bu şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);
2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr;
3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.
Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.
4. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:
– mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;
– il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.
Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə:
Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.
Misal: “A” MMC müqavilə əsasında ARDNŞ-yə mal təqdim edir və bundan əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir.
“B” MMC isə müqavilə əsasında “A” MMC-yə malları təqdim edir. Bu halda “B” MMC-nin “A” MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.
Comments are closed, but trackbacks and pingbacks are open.