Qazma məhlulları
vk.com/club152685050 | vk.com/id446425943 3.5.81. Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və ləğv edilməsinə dair tədbirlər işləməlidirlər. 3.5.82. Təmir-izolyasiya işləri aparıldıqda qaz və neftin təzyiqi ilə layların mümkün yarılması (axın yaratdıqdan sonra) və həmçinin məhsuldar olmayan keçirici layların intervalında qoruyucu kəmərlərin perforasiyası qadağandır. 3.5.83. Axıcılığa meylli süxurlar açılmış quyularda uzun müddətli fasilələr və ya boş dayanmalar zamanı qazma aləti qoruyucu kəmərin dabanına (başmağına) qədər qaldırılmalıdır; vaxtaşırı olaraq qazma aləti qaldırılıb-endirilməlidir (şablonirovka), lazım gəldikdə açıq quyu lüləsi quyu dibinə qədər işlənməlidir. Işlənmənin vaxtaşırlığı qazma müəssisəsinin texnoloji xidməti tərəfindən müəyyənləşdirilir. 3.5.84. Tutulmuş qazma alətinin, qoruyucu kəmərlərin azad olunması üçün partlayıcı materialların (detonator şnurları, torpedalar və s.) istifadə olunması ilə aparılan qəza işləri, qazma təşkilatı və bu işlərin aparılması üçün lisenziyası (hüququ) olan təşkilat tərəfindən 19 -a uyğun olaraq birgə işlənmiş və təsdiq olunmuş xüsusi layihə (plan) üzrə aparılmalıdır. 3.5.85. Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin profilaktikasına və ləğvinə dair tədbirlər hazırlamalıdır. 3.5.86. Qeyri-standart qəza alətini quyuya buraxmazdan əvvəl, lazımi ölçüləri göstərilməklə quruluşun uyğun eskizi hazırlanmalıdır. 3.5.87. Pilləli sementləmədə qıfılların (muftaların) daxili hissəsini, qoruyucu kəmərlərdə calaq (birləşmə) quruluşlarını və sement stəkanlarını qazmaq üçün AQB-lər qazma kəməri quruluşundan (komponovkasından) çıxarılmalı və yanları bərk çıxıntılarsız və yana kəsmə qabiliyyəti olmayan baltadan və ya yastıdaban, yanları armatursuz frezerdən istifadə edilməlidir.
Neft qazma məhlulu
Global Drilling Solutions – ən qabaqcıl texnologiyaları tətbiq edən, elmi-tədqiqat və təcrübə konstruktor işlərinin aparılmasına daim diqqət ayıran və avadanlığın ən qabaqcıl yüksək texnologiyalarla yenilənməsi üçün investisiya yatıran şirkətdir.
Daha ətraflı!
GDS haqqında!
Daha ətraflı!
GÜCLÜ GƏLƏCƏK ÜÇÜN HƏLLƏR ÜÇÜN HƏLLƏR
GDS təyinatı üzrə düzgün texnologiyaların tətbiqinə yönəlmiş maili istiqamətlənmiş qazma xidmətləri və iqtisadi effektiv həllərə çatmaq üçün səriştəli komanda təqdim edir.
MAİLİ İSTİQAMƏTLƏNMİŞ QAZMA
Bizim məqsədimiz sizin quyuların qazılmasına xərclərin azaldılması üçün kreativ həllər tapmaqdır.
QAZMA MƏHLULU XİDMƏTLƏRİ̇
Qazma məhlulları şöbəsindən olan mühəndislərimiz müxtəlif geoloji şərtlərdə 350-dən çox quyu qazıblar.
QUYULARIN TAMAMLANMA XİDMƏTLƏRİ
Biz neft və qaz quyularının tamamlanması üzrə tam çeşidli xidmətlər təqdim edirik.
Daha ətraflı!
Bütün xidmətlər
Daha ətraflı!
TAMAMLANMIŞ LAYİHƏLƏR
QAZILMIŞ QUYULAR
METR QAZILMIŞ DƏRİNLİK
BİZİM PORTFEL
Biz kompleks qazma həllərinin göstərilməsi üzrə uğurlu layihələr təhvil vermişik. Komandamız yatağın kəşviyyatından işlənməsinə, hasilatdan nəqliyyata qədər zəncir üzrə bütün proseslərdə iştirak edir.
Daha ətraflı!
Daha ətraflı!
Daha ətraflı!
Biznes modelimiz bizə rəqabətqabiliyyətli, çevik və dəyişən enerji problemlərinə qarşı dayanıqlı olmağa imkan verir. Biz maraqlı tərəflərin dəyişən tələblərinə uyğunlaşmaq üçün hər zaman yeni həllər tapırıq. Bizim modelimiz bizi Global Drilling Solutions edən amillərin əsasını təşkil edir.
Təhlükəsizlik
Global Drilling Solutions-sağlamlıq, təhlükəsizlik və ətraf mühitə münasibətdə ciddi siyasəti olan bir şirkətdir. İstifadə etdiyimiz avadanlıq və sistemin köməyi ilə təhlükəsizliyi artırırıq. Bunu vəsaitlərin planlaşdırılmasında ən yaxşı təcrübəni tətbiq edərək və təhlükəsizlik risklərini və onların azaldılmasını nəzərə alaraq, hər bir əməliyyatımızın hər mərhələsini planlaşdıraraq həyata keçiririk.
Biznes Etikası
Global Drilling Solutions komandamızı istiqamətləndirməyə yardım edən dəyərlərimizi və davranış məcəlləmizi istifadə edərək, biznesini etik və şəffaf qaydada aparmağa çalışır. Biz işçilərimizin bir-birinə uyğunlaşmasını, əməkdaşlıq etməsini və bir-birilərinə qarşı hörmətlə və ədalətli şəkildə davranmasını gözləyirik.
Qazma məhlulları
vk.com/club152685050 | vk.com/id446425943 sayəsində yüksək texniki-iqtisadi göstəricilərlə qəzasız qazma şəraitini və məhsuldar horizontların keyfiyyətlə açılmasını təmin etməlidir. 3.5.65. Qazneftsu doyumlu layları açdıqda qazma məhlulunun sıxlığı uyğun şəraitli intervalda lay təzyiqinin maksimal qradienti olan horizont üçün olan sıxlıqla təyin edilməlidir. 3.5.66. Uyğun şəraitli qazma intervallarında qazma məhlulunun sıxlığı quyuda qazma məhlulu sütununun yaratdığı hidrostatik təzyiqin lay təzyiqindən aşağıda göstərilən qədər artıq olması ilə hesablanır: – 10-15% – dərinliyi 1200 m-ə qədər olan quyular üçün (0-dan 1200 m-ə qədər intervallar üçün), lakin 15 kqq/sm 2 (1,5MPa) artıq olmamaqla; – 5-10% – dərinliyi 2500 m-ə qədər olan quyular üçün (1200 m-dən 2500 m-ə qədər intervallar üçün), lakin 25 kqq/sm 2 (2,5 MPa) artıq olmamaqla; – 4-7% – dərinliyi 2500 m-dən artıq olan quyular üçün (2500m-dən layihə dərinliyinə qədər intervallar üçün), lakin 35kqq/sm 2 (3,5 MPa) artıq olmamaqla. 3.5.67. Buraxıla bilən maksimal repressiya (hidrodinamik itkiləri nəzərə almaqla) qazma məhlulunun udulmasını və hidroyarılmaların mümkünlüyünü qazmanın uyğun şəraitli intervalının bütün dərinliklərində istisna etməlidir. 3.5.68. Gillərdən, argillitlərdən, gilli şistlərdən, duzlardan təşkil olunan, dayanıqlığın itirilməsinə və axıcılığa meylli olan intervallarda qazma məhlulunun kimyəvi tərkibi, sıxlığı, filtrasiyası quyu divarlarının dayanıqlığının (möhkəmliyi) təmin olunmasına əsasən təyin olunur. Bu zaman repressiya qazmanın uyğun şəraitli bütün intervalı üçün qoyulan həddi keçməməlidir. 3.5.69. Layihəçinin, sifarişçinin və podratçının birgə qərarı ilə qazma prosesində qazma məhlulunun udulması hallarında kollektorlar açılarkən quyudibi təzyiq lay təzyiqinə
vk.com/club152685050 | vk.com/id446425943 yaxınlaşdıqda bu Qaydaların 3.5.66 bəndinin tələblərindən kənara çıxmağa yol verilir. Belə şəraitdə quyunun dərinləşdirilməsi qazneftsu təzahürlərinin qarşısını alan kompleks tədbirləri olan xüsusi plan üzrə həyata keçirilməlidir. 3.5.70. Sirkulyasiyada (dövranda) olan qazma məhlulunun (qazdan azad olmuş) sıxlığının layihədə göstərilmiş miqdardan (qazneftsu təzahürlərinin ləğvi hallarından başqa) 0,02 kqq/sm 2 -dən artıq kənara çıxmasına icazə verilmir. 3.5.71. Qazma məhlulunun emalı quyunun layihəsinə və işlənmiş reseptə əsasən aparılır. Bu zaman kimyəvi reagentlərlə işlədikdə [240]-ın tələblərinə əməl olunmalı və qoruyucu vasitələrdən istifadə edilməlidir (zəruri hallarda). 3.5.72. Quyuda olan qazma məhlulunun ağırlaşdırılmış məhlulu ayrı-ayrı porsiyalarla vurmaqla sıxlığının artırılması qadağandır (neftqazsu təzahürlərinin ləğv olunması halları istisna olmaqla). 3.5.73. Karbohidrogen əsaslı qazma məhlullarını tətbiq etdikdə (əhəng-bitumlu, invert-emulsiyalı və s.) iş yerlərinin çirklənməsinə və hava mühitinin qazlaşmasına qarşı tədbirlər görülməlidir. Qazlaşmaya nəzarət etmək üçün rotorun yanında məhlul hazırlanan blokda (yerdə), vibroələyin yanında, nasosxanada mütəmadi olaraq hava mühitinin analizi aparılmalı, qazlaşma olduqda onun ləğvi üçün tədbirlər görülməlidir. Karbohidrogen buxarlarının havada qatılığı 300 mq/m 3 –dən artıq olduqda iş dayandırılmalı, adamlar təhlükəli zonadan çıxarılmalıdır. 3.5.74. Karbohidrogen əsaslı məhlulun buxarlarının özözünə alışma temperaturu, quyu ağzında məhlulun gözlənilən maksimal temperaturundan 50 0 C artıq olmalıdır. 3.5.75. Qazma məhlulunun qazılmış süxurlardan və qazdan təmizlənməsi, quyunun layihəsində nəzərdə tutulmuş kompleks vasitələrlə həyata keçirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943
Qazma kəmərinin quruluşu və istismarı
3.5.76. Qazma kəmərinin möhkəmliyə hesablanması, qazma üsulundan və quyu lüləsinin vəziyyətindən asılı olaraq deformasiyanın bütün növlərinə qarşı 247 -in tələblərinə müvafiq aparılır. Qazma kəmərinin möhkəmlik ehtiyatları ona dartıcı ox boyu yük, burucu (fırladıcı) moment, habelə əyici yük təsir etdikdə rotor qazması üçün 1,5-dən az olmamalı, turbin qazması üçün isə 1,4-dən az olmamalıdır. Qazma kəmərinin möhkəmlik ehtiyatı (axıcılığa qarşı), paz tutucularından istifadə etdikdə və boruya xarici və daxili izafi təzyiq təsir etdikdə – 1,15-dən az olmamalıdır. 3.5.77. Qazma borularına (komplektlərinə), aparıcı, AQByə, keçid borucuqlara (perevodniki) və qazma kəmərinin da- yaq-mərkəzləşdirici elementlərinə pasportlar qazma alətinin istismarına qədər yazılır və onların bütün istismarı dövrü hesabdan silinənə qədər doldurulur. 3.5.78. Qazma və aparıcı borulara protektorların qoyulması layihə ilə müəyyən edilir. 3.5.79. Qazma, aparıcı, AQB-nin, keçid borucuqların və qazma kəmərinin aşağı hissəsinin elementlərinin qıfıl yiv birləşmələrinin bağlanması istehsalçı-zavodlar tərəfindən tövsiyə olunan moment göstəricilərinə görə aparılır. 3.5.80. Qazma idarələrinin xidmət etdiyi hər bir region (sahə) üçün quyuda qəza işlərində qazma borularını “sol” istiqamətdə açmaq məqsədi ilə xüsusi vasitələr olmalıdır.
Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və ləğvi
vk.com/club152685050 | vk.com/id446425943 3.5.81. Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və ləğv edilməsinə dair tədbirlər işləməlidirlər. 3.5.82. Təmir-izolyasiya işləri aparıldıqda qaz və neftin təzyiqi ilə layların mümkün yarılması (axın yaratdıqdan sonra) və həmçinin məhsuldar olmayan keçirici layların intervalında qoruyucu kəmərlərin perforasiyası qadağandır. 3.5.83. Axıcılığa meylli süxurlar açılmış quyularda uzun müddətli fasilələr və ya boş dayanmalar zamanı qazma aləti qoruyucu kəmərin dabanına (başmağına) qədər qaldırılmalıdır; vaxtaşırı olaraq qazma aləti qaldırılıb-endirilməlidir (şablonirovka), lazım gəldikdə açıq quyu lüləsi quyu dibinə qədər işlənməlidir. Işlənmənin vaxtaşırlığı qazma müəssisəsinin texnoloji xidməti tərəfindən müəyyənləşdirilir. 3.5.84. Tutulmuş qazma alətinin, qoruyucu kəmərlərin azad olunması üçün partlayıcı materialların (detonator şnurları, torpedalar və s.) istifadə olunması ilə aparılan qəza işləri, qazma təşkilatı və bu işlərin aparılması üçün lisenziyası (hüququ) olan təşkilat tərəfindən 19 -a uyğun olaraq birgə işlənmiş və təsdiq olunmuş xüsusi layihə (plan) üzrə aparılmalıdır. 3.5.85. Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin profilaktikasına və ləğvinə dair tədbirlər hazırlamalıdır. 3.5.86. Qeyri-standart qəza alətini quyuya buraxmazdan əvvəl, lazımi ölçüləri göstərilməklə quruluşun uyğun eskizi hazırlanmalıdır. 3.5.87. Pilləli sementləmədə qıfılların (muftaların) daxili hissəsini, qoruyucu kəmərlərdə calaq (birləşmə) quruluşlarını və sement stəkanlarını qazmaq üçün AQB-lər qazma kəməri quruluşundan (komponovkasından) çıxarılmalı və yanları bərk çıxıntılarsız və yana kəsmə qabiliyyəti olmayan baltadan və ya yastıdaban, yanları armatursuz frezerdən istifadə edilməlidir.
SOCAR-ın “Kompleks qazma işləri” tresti yeni satınalma müsabiqəsi elan edib (R)
SOCAR-ın “Kompleks qazma işləri” tresti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.
Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilmiş və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.
Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.
“Kompleks qazma işləri” tresti qazma plan-qrafikinə müvafiq olaraq hazırda qazılmaqda olan, eləcə də gələcəkdə qazılması nəzərdə tutulan neft və qaz quyularında bütün proseslərin müasir standartların tələblərinə uyğun, yüksək keyfiyyət və qabaqcıl texnologiyalara əsaslanaraq həyata keçirilməsi üçün lazım olan mal-material,avadanlıqların və xidmətlərin satın alınması məqsədilə mütəmadi olaraq satınalma əməliyyatları təşkil edir.
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün əksər satınalma prosedurları “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.
Bəzi satınalma əməliyyatları haqqında aşağıda daha ətraflı məlumat əldə etmək olar :
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
“Kompleks qazma işləri” tresti
Su əsaslı polimer qazma məhlulu üçün kimyəvi reagentlər və mühəndis xidmətinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26016-21RA) elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);
- Müsabiqə təklifinin təminatı (forma əlavə olunur) ;
- Müsabiqə təklifi.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.11.2021-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır.
Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
- Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 12.11.2021-ci il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər Azərbaycan və ya İngilis dilində 2 nüsxədə (bir nüsxədə əsli və bir nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır. İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Satınalan təşkilatın Satınalmalar qrupu müsabiqəyə dəvət sənədlərinin (əsas şərtlər toplusunun) tələblərinə uyğun olaraq, texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan müsabiqə təklifinin bank təminatının təqdim edilməsini tələb edəcəkdir. Yalnız müvafiq qaydada təminat təqdim edən iddiaçının maliyyə təklifi zərfi açılaraq qiymətləndiriləcəkdir.
- Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcəkdir.
- Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
- Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər əlaqələndirici şəxsə iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət məktubunu (elektron və ya çap) təqdim etməklə əsas şərtlər toplusunu (elektron və ya çap) Azərbaycan və ya ingilis dilində əldə edə bilərlər.
- Qeyd olunmuş sənədlər elanın I paraqrafında göstərilmiş tarixədək iş günü ərazində saat 09:00-dan 17:30-a kimi təqdim və qəbul edilə bilər.
- İştirak haqqı 250 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutadır və Satınalan təşkilatın aşağıdakı bank hesabına ödənilməlidir:
AZN
Azərbaycan Beynəlxalq Bankı ASC,
Müştəri xidməti Departamenti,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
SWIFT BIK: İBAZAZ2Х
ABŞ dolları
Intermediary Bank:Deutsche Bank Trust Company Americas,New York
ACC USD 04-164-504
Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department
Beneficiary: State Oil Company of Azerbaijan Republic
TAX İD: 9900003871
Account \ IBAN AZ28IBAZ38110018409306332120 USD
AVRO
Intermediary Bank:Commerzbank AG, Frankfurt am Main
ACC # 400 88 660 3001
Beneficiary Bank: The International Bank of Azerbaijan Republic ” Customer Service Department
Beneficiary: State Oil Company of Azerbaijan Republic
TAX İD: 9900003871
Account No: AZ08IBAZ38110019789306332120 EUR
- İştirak haqqı heç bir halda geri qaytarılmır.
Müqavilənin icra müddəti:
- Xidmət müqaviləsinin cari il ərzində yerinə yetirilməsi tələb olunur.
- İddiaçının müsabiqə təklifinin bank təminatı tələb olunur.
- Müsabiqə təklifinin təminatı iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə tələb olunur. Bank təminatı yalnız texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan tələb olunacaq.
- Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.
- Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.
- Hazırki satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən iş və xidmətlərin yerinə yetirildikdən sonra fakt üzrə ödənişi nəzərdə tutulur.
- Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.
Satınalan təşkilatın ünvanı:
AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.
SOCAR, “Kompleks qazma işləri” tresti
Əlaqələndirici şəxs:
Maddi-texniki təchizat və marketinq şöbəsi, qrup rəhbəri
Telefon : (+99 412) 521-31-66
Faks : (+99 412) 521-31-66
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 12.11.2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 12:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:
Comments are closed, but trackbacks and pingbacks are open.