Press "Enter" to skip to content

Yerin 2000 metr dərinliyindəki təhlükəni hiss edən adam: “Nə baş verdiyini beynimdə canlandırıram” – REPORTAJ

– Quruda neftqazçıxarma sənayesində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əsas aspektlər, Bakı-2008 (təlim proqramı, 96 səh.)

Neft və qaz quyularının əsaslı təmiri 2013

Neft və qaz mühəndisliyi ixtisası neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları əhatə edir. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s. Bu ixtisasın tələbələri boru kəməri nəqliyyatını, neft və qaz yataqlarının işlənməsini öyrənir, neft və qaz quyularının istismarı ilə məşğul olur, qazma işlərində hidromexanikadan istifadə etməyi və s. öyrənirlər. Neft və qaz boru kəmərinin istismarı üçün mühəndisin əsas vəzifəsi magistral boru kəmərlərinin və onların üzərindəki avadanlıqların, neft nasosu, kompressor, qaz paylama və qaz stansiyalarının düzgün istismarıdır. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun sahədir. Demək olar ki, bütün sənaye və kənd təsərrüfatı öz işlərində qazlı və maye yanacaqlardan və digər neft və qaz emalı məhsullarından istifadə edir. Buna görə bu sahənin bütün səviyyələrində işləyən mütəxəssislərdən yüksək peşəkarlıq tələb edilir.

İxtisasın tarixi

Neft və qaz mühəndisliyi üzrə ilk akademik dərəcə 1915-ci ildə Pitsburq Universiteti tərəfindən verilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Ən səmərəli yolla neft və qazın çıxarılması üçün avadanlıqların qurulması;
  • ➝ Daha çox neft çıxarmaq məqsədi ilə suyu, kimyəvi maddələri və ya buxarı laylara yeritmək üçün üsulların müəyyənləşdirilməsi;
  • ➝ Neft-qaz yataqlarının qazılması və sonradan neft və qazı çıxartmaq üçün planların hazırlanması;
  • ➝ Yoxlama və araşdırma yolu ilə quyuların istehsalını qiymətləndirilməsi;
  • ➝ Bütün qazma işləri üzrə qeydlərin aparılması və məlumatların yenilənməsi;
  • ➝ Azərbaycan qaydaları və standartlarına uyğun olaraq yoxlamalar aparılması;
  • ➝ Neftlə zəngin olan daha geniş ərazini vahid quyu ilə əlaqələndirmək üçün kompüterlə nəzarət olunan qazma üsullarından və yaxud yarılmadan istifadə edilməsi;
  • ➝ Neft yataqlarında qurğuların düzgün formada quraşdırılmasının, istismar olunmasının və saz vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ➝ Neft və qaz obyektlərinin təmiri və yenidən qurulmasında qabaqcıl metodlarından istifadə;
  • ➝ Qazma ərazilərindən bütün tullantıların və istifadə olunmayan qurğuların çıxarılmasına nəzarət edilməsi və məhsuldar ərazilərin müəyyən edilməsi;
  • ➝ İqtisadi parametrlər nəzərə alınmaqla neft və qaz obyektləri və istehsalı üçün layihələrin hazırlanması;
  • ➝ Obyektin istismarı problemlərinin ümumiləşdirilmiş həllərinin hazırlanması, variantların təhlili, nəticələrin proqnozlaşdırılması, çox meyarlı mühitdə kompromis və optimal həll yollarının tapılması;

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət universitetləri:

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Bakı Ali Neft Məktəbi
  • ➝ UFAZ
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Azərbaycan Memarlıq və İnşaat Universiteti

Özəl universitetlər:

  • ➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsilini bitirən məzunlar:

  • ➝ Qazma, kəşfiyyat, neft və qaz hasilatı ilə məşğul olan böyük neft şirkətlərində;
  • ➝ Maye və qaz halında olan faydalı qazıntıların daşınması, boru kəmərlərinin tikintisi ilə məşğul olan təşkilatlarda;
  • ➝ Elmi-tədqiqat təşkilatlarında və digər bu kimi müəssisələrdə çalışa bilər.

Bu cür şirkətlərə misal olaraq ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri: SOCAR, BP, Halliburton, Schlumberger, TOTAL, Baker Huges və s. göstərmək olar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təhlil bacarıqları – Neft-qaz mühəndisləri müvafiq şirkət layihəyə maliyyə resursları və mütəxəssisləri cəlb etməmişdən öncə qazma ilə bağlı mürəkkəb planları qiymətləndirə bilməli və potensial nöqsan və mürəkkəbləşmələri əvvəlcədən görməyi bacarmalıdır.
  • ➝ Yaradıcılıq – Neft-qaz mühəndisləri neft və qazın çıxarılması üçün yeni üsullar fikirləşməlidirlər, çünki hər bir yeni qazılan quyu müvafiq çətinliklərlə müşayiət olunur. Onlar mümkün ola bilən neft və qaz yataqlarının tapılması üçün zəruri suallar verməyi bacarmalıdırlar.
  • ➝ Ünsiyyət bacarıqları – Neft-qaz mühəndisləri çox bahalı qurğu, avadanlıq və infrastruktur tələb edən layihələrdə digər insanlarla çalışmalıdır. Digər işçilərlə çalışmaq və ünsiyyət qurmaq şirkətlərin nəhəng maliyyə yatırımlarının qurunub saxlanılması baxımından hədsiz dərəcədə vacibdir.
  • ➝ Riyazi biliklər – Neft-qaz mühəndisləri iş prosesində təhlil, quraşdırma və nöqsanların aşkar olunması üçün hesablama prinsipləri və digər qabaqcıl riyazi mövzulardan istifadə edirlər.
  • ➝ Problemlərin həlli bacarıqları- Qazma planlarında problemlərin müəyyənləşdirilməsi neft-qaz mühəndisləri üçün əhəmiyyətlidir, çünki qazma əməliyyatları bahalı ola bilər. Onlar potensial məsələyə, problemə diqqətlə yanaşmalı və ən qısa zamanda onun həlli yollarını tapmalıdır.
  • ➝ Neft avadanlıqlarının, neft və qaz kəmərlərinin istismarı və təmiri prinsiplərini bilməli və biliklərini hər daim inkişaf etdirməlidir;
  • ➝ Təşkilatçılıq bacarıqlarına sahib olmalıdır;
  • ➝ İntizamlı olmalıdır və məsuliyyətlə yanaşmalıdır.

İxtisasın gələcəyi

Neft və qaz sənayesi daima inkişaf etməkdədir və bu səbəbdən hər ikisi inkişaf edən və inkişafda olan bölgələrin iqtisadiyyatına töhfə verən vasitə kimi qəbul olunur və belə qəbul olunması gözlənilir, çünki bu sənaye nəinki yeni neft və qaz yataqlarının tapılması, həmçinin yeni, daha təhlükəsiz və sərfəli enerji hasil edən mənbələrin tapılması istiqamətində davamlı tələblə daha böyük stimul alır. Dünyanın müxtəlif regionlarında tədqiqat işləri nəticəsində başlıca neft və qaz yataqlarının tapılması davam etsə də, onlardan istifadə getdikcə daha da çətinləşir və daha effektiv istismar və təchizat üçün mürəkkəb texnoloji həllərin olmasını tələb edir. Bundan əlavə, hazırkı qurğuların böyük həcmdə və getdikcə artmaqda olan istismar xərcləri müvafiq sektoru neft-qaz qurğularına aid dörd istiqamətdə (dəniz, quru, su altı və borular) əməliyyatları idarə edə biləcək və təkmilləşmə işlərini apara biləcək yüksəkixtisaslı mühəndislərin axtarılmasına məcbur edir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və şirkətdən asılı olaraq dəyişir. Həmçinin bu sahə üzrə maaşlarda yerli və ya xarici şirkətlər üzrə əhəmiyyətli fərq var. Başlanğıc əməkhaqqı yerli və xarici şirkətlər üzrə müvafiq olaraq: 600-2000 AZN aralığında dəyişir.

Yerin 2000 metr dərinliyindəki təhlükəni hiss edən adam: “Nə baş verdiyini beynimdə canlandırıram” – REPORTAJ

Hər il 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Bu bayram 1994-cü il 20 sentyabrda Azərbaycanla beynəlxalq şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulayır. Məhz, bu müqavilə ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu və Bakı nefti bütün dünyada dövr etməyə başladı.

Ümumiyyətlə, Bakını neft buruqları olmadan təsəvvür etmək qeyri-mümkündür. 1846-cı ildə Bibiheybətdə 21 metr dərinlikdə qazılan kəşfiyyat quyusu dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusudur. O gündən bu yana Bakı nefti müxtəlif dövrlərdə həm ən əhəmiyyətli proseslərə səbəb, həm də bu proseslərin iştirakçısı olub.

Bu gün neft sənayesi Azərbaycan iqtisadiyyatının onurğa sütünunu təşkil edir, burada hər saniyə doğru hesablanmalı və vaxtında qərar verilməlidir.

Neftçi olmaq – “Əhəmiyyətli bir iş gördüyümü düşünürəm, bu işin hər saniyəsi dəyərlidir və hər an təhlükəni hiss etməliyəm”.

“Azneft” İstehsalat Birliyinin Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsində quyuların əsaslı təmiri və qazma üzrə mütəxəssis Saleh Rəhmanovun fikrincə neftçi olmaq belə bir hissdir.

10 aprel 1995-ci təvəllüdlü gənc neftçi 2016-cı ildə Dövlət Neft Akademiyasından məzun olub və 2018-ci ildən etibarən SOCAR-da fəaliyyət göstərməyə başlayıb. İlk dəfə neftçi formasını geyinib işə başlamağın onda fərqli hisslər yaratdığını deyən Saleh işini sevərək icra etdiyini və bu işin faydasını gördüyünü deyir.

O, fəaliyyətində hər an təhlükə ilə qarşılaşa biləcəklərini də istisna etmir və əsas məsələnin hadisələri hiss etmək olduğunu vurğulayır.

“Əsas məsələ yerin 2000 metr dərinliyində nə baş verə biləcəyini hiss etməkdir. Bunu heç vaxt dəqiq bilə bilməzsən, yalnız ehtimalları təxmin edirsən.

Problemi həll edirsən və daha sonra problemin nə olduğunu tam olaraq anlayırsan. Sadəcə, beynində nə baş verə biləcəyini canlandırmalısan”.

Neft buruqları sahəsində iş prosesini izləyərkən buradakı ardıcılığı böyük orkestri idarə etməyə bənzətdim. Əgər hər kəs öz öhdəliyinə düşən vəzifəni yerinə yetirsə simfoniyada ahəng pozulmur. Lakin, əgər cəmi bir avadanlıq düzgün çalışmasa və ya bir şəxs yanlış qərar versə, dəhşətli bir xaos yaranar.

Salehin sözlərinə görə, bütün işçilər diqqətli olmağa çalışırlar ki, hadisələrə vaxtında müdaxilə edə bilsinlər, əgər ani diqqətsizlik edilsə bütün bir quyunun fəaliyyəti təhlükə altına düşə, hətta işçilərin həyatı belə risk qarşısında qala bilər:

“Neft qurğularının titrəyişi, proses nəticəsində yaranan səsin fərqliliyi və qazma prosesində dövrlərin sayı, neftin təzyiqi. Əgər nəsə düzgün getmirsə, deməli problem var”.

Buradakı neft quyularının xüsusiyyətlərindən və iş prosesindən danışan gənc neftçi hər gün işçilərin əmək mühafizə qaydaları ilə tanış olduqdan sonra işə start verildiyini qeyd edir. Hətta o, yalnız neftçilərin anladığı işarələrlə ifadə olunan və işin gedişinə nəzarət etməyə kömək edən şkala vasitəsilə fəaliyyətin bütün detallarını izləyə bilir:

“Bu şkala görülmüş işləri göstərir, sanki bütün fəaliyyətimizi özünəməxsus şəkildə kodlaşdırır. Əl ilə müdaxilə etmək isə mümkün deyil. Bununla yanaşı derlometr adlandırdığımız hidravlik çəki indikatoru ilə çəki ölçülür.

Qazma prosesinə davam edərkən ən vacib məsələ gözümüzü derlometrdən ayırmamaqdır. Çünki, buradakı göstəriciləri nəzərə almasaq normadan çox yüklənib qazmanı həyata keçirən baltanı (xüsusi avadanlıq) sındıra bilərik.

Həmçinin, quyunun dövriyyəsini də nəzarətdə saxlamaq lazımdır. Əgər quyunun debiti kəskin azalıbsa, buradakı ehtimal edilən qəza təyin edib onu aradan qaldırmaq lazımdır”.

Salehin ixtisaslaşdığı əsas iş qazma və təmirlə bağlıdır. Onun sözlərinə görə, XIX əsrin əvvəllərində əl ilə qazma üsulu ilə 30 metr dərinlikdə quyular qazılırdısa, bu gün rotor üsulu ilə 2500 metrə qədər də quru sahələrdə neft quyuları qazılır:

“Qazma prosesində gilli məhluldan istifadə edilir. Mütəmadi olaraq bu məhlulun miqdarını nəzarətdə saxlamalıyıq. Məhlulun azalması qəzalı vəziyyətin yarana biləcəyinə işarə edir. Həmin vaxt bir az gec “ayılsanız” qazma apardığımız yer uçula və avadanlıq orada ilişib qala bilər. Lap gec xəbər tutduqda isə avadanlığı oradan çəkib çıxartmaq mümkün olmayacaq. Bu cür tutulmaların aradan qaldırılması üçün bir neçə gün vaxt sərf olunur.

Bəzən elə vəziyyət yaranır ki, əsaslı təmir mümkün olmur. Qəza 1700-1800 metr dərinliyində olur və yan lülənin qazılmasına ehtiyac yaranır. Beləliklə, neft çıxarılması üçün nəzərdə tutulan kəmərə yeni bir pəncərə açılır, filter zonaları yaradılaraq neft axının gəlməsinə nail olunur. Bir neçə gün sonra yenidən həmin quyudan neft çıxarılır”.

Burada quyulardan toplanan neft yığım məntəqələrinə göndərilir, neft digər məhlullardan ayrılır və nasoslar vasitəsilə kəmərlərlə ötürülür.

Gənc mütəxəssis vurğulayır ki, qəzalı vəziyyət hər an yarana bilər, lakin mahir neftçi bu vəziyyətdən çıxmağı bacarmalıdır, ustalıq isə həmin anda qərar verə bilməkdir:

“Qəzalı vəziyyət qaçınılmazdır. Neftçinin işi bu cür vəziyyəti aradan qaldırmaqdır. Bunun üçün hər bir avadanlıq mövcuddur. Belə bir vəziyyət yaranarsa rəhbərlik əraziyə gələnə qədər neftçi özü qərar qəbul etməlidir. O, hiss etməyi bacarmalıdır.

Xüsusilə, işin ahənginə diqqət yetirməlisən. Məsuliyyətdən kənar hərəkət etməməlisən, əks halda işçilərin də həyatını təhlükəyə ata bilərsən.

Nəzərə almaq lazımdır ki, qəza nəticəsində quyunun bağlanması həm gündəlik ziyanla, həm də bura qoyulan vəsaitin batması ilə nəticələnə bilər”.

Gənc neftçi bildirir ki, bu gün sıfırdan qazmaq əvəzinə yan lülə qazma üsulu köhnə quyulara ikinci nəfəs gətirilir və hasilat da əvvəlkinə nisbətən artır, bununla da “ölü quyu”ları belə canlandırmaq olur.

Sahədəki istismarı dayandırılmış neft quyularını özünəməxsus şəkildə təsvir edən Saleh deyir:

“Necə ki, insan həyatını itirəndə dəfn olunur və ona baş daşı qoyulur, burada da istismarı dayandırılan quyuların səliqəli şəkildə üstü qapadılır və işarə qoyulur. Lakin bu, o demək deyil ki, həmin ərazidən bir daha neft çıxarıla bilməz.

Bildiyiniz kimi, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından sonra ən zəngin yataq “Qarabağ” yatağıdır. “Əsrin müqaviləsi” bağlandıqdan sonra “Qarabağ” yatağının ehtiyatları öyrənilməyə başlanıldı. Xarici mütəxəssislər bu yatağın o zaman səmərəli olmadığını bildirsələr də yerli mütəxəssislərimiz dördüncü dəfə qazma işləri aparıldıqdan sonra onun səmərəliliyinin təsdiq oluna biləcəyini açıqlamışdılar. İllər sonra qazıntılar nəticəsində 2020-ci ildə “Qarabağ”ın Azərbaycanın ikinci ən zəngin karbohidrogen yatağı olduğu təsdiqləndi. Prezident çıxışında 90-cı illərdə tərk etdiyimiz “Qarabağ” yatağına döndüyümüz kimi Qarabağ torpaqlarına da qısa zamanda geri qayıdacağımızın anonsunu vermişdi. Elə də oldu. ”.

Saleh Rəhmanov dostu, SOCAR-da birgə çalışdığı həmkarı və “Azneft” İB-nin şəhid olmuş əməkdaşı Şahgündüz Cabbarov ilə Vətən müharibəsində iştirak etmək üzrə könüllü olaraq hərbi xidmətə yazılıb:

“Mən və Şahgündüz SOCAR-da çalışmaq üzrə birgə hazırlaşdığımız, şirkətə birgə qəbul olduğumuz və burada birgə fəaliyyət göstərdiyimiz kimi elə çağırışlara da birgə qoşulmağa qərar verdik. Oktyabrın 10-da Şahgündüzün, oktyabrın 20-də isə mənim Vətən müharibəsində iştirakım təsdiqləndi. Döyüşlərə Qubadlıdan başladıq və bu mübarizəni uğurla davam etdirdik. Müharibənin son günlərində dostum Şahgündüzdən xəbər gəlmədiyini hiss etdiyimdə onun şəhid olduğunu anladım. O zaman bir dost kimi çıxdığımız haqq döyüşünü sona çatdırmalı olduğumu anladım və biz buna nail ola bildik, düşmənə qalib gəldik. Axırıncı döyüşlərimiz Laçında oldu. Nəhayət, düşmən üzərində qələbə çaldığımız elan olundu və dekabr ayında evə geri qayıtdım. Şirkət bizə istirahət etmək üçün vaxt ayırdı və bu dövrdə Şahgündüzün xatirəsinə onun şeirlərindən və xatirələrindən ibarət kitabın hazırlanmasında da iştirak etdim və kitab çap olundu”.

Saleh Rəhmanov Vətən müharibəsində göstərdiyi hərbi xidmətlərə görə “Laçının müdafiəsinə görə medalı” ilə təltif edilib. O, hazırda magistr təhsilini neft sahəsində nanotexnologiyalar üzrə alır və gələcəkdə yeni avadanlıqlarla hasilatda iştirak etmək istəyir.

“Bu gün Azərbaycan qitənin enerji təminatçısı rolunu oynayır. Neftçi olduğum üçün fəxr edirəm. Bundan sonra da bu sahədə xüsusi xidmətlərimin olmasını arzu edirəm. SOCAR rəhbərliyinin gəncləri dəstəklədiyini xüsusilə qeyd etməliyəm. Bu günə qədərki xidmətlərinə görə, “Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanı” ilə təltif edilmişəm və 26 yaşında bu mükafatı qazanmaq mənim üçün olduqca əhəmiyyətlidir”.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov

Q Ə B Ə L Ə – BU GÜN VƏ SABAH Qəbələni inkişaf etdirək-özümüzü tanıyaq! Qəbələni Azərbaycanın paytaxtına çevirək!

Bloqun yaradıcısı-NURLAN BAĞIROV haqqında məlumat Leave a comment

CV

Soyadı, adı, atasının adı: Bağırov Nurlan Aslan oğlu

Doğum tarixi: 30.06.1978

Ünvan: Qəbələ rayonu, Vəndam qəsəbəsi AZ3628, ev 58

Tel: (051) 326 66 32

Elmi dərəcəsi :

Müəllifi olduğu elmi işlər :

– Sağlamlıq və təhlükəsizlik üfüqdə (Böyük Britaniyada növbəti 30 ildə SƏTƏM üzrə dövlət tənzimlənməsinin perspektivləri (kitab, ingilis dilində, 134 səh, 2015);

– Böyük Britaniyanın fermer təsərrüfatlarda risklərin idarəolunmasının təkmilləşdirilməsi üzrə aspektlər (elim məqalə, 2014);

– Azərbaycanın iqtisadi rayonlarının yeni inkişaf strategiyası (2008-2013);

– Qəbələ rayonunun 2009-2013-cü illər üzrə kompleks inkişaf proqramı;

– Quruda qazma qurğularının təhlükəsiz istismarı, Bakı- 2010 (kitab, 641 səh.);

– Quruda neftqazçıxarma sənayesində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əsas aspektlər, Bakı-2008 (təlim proqramı, 96 səh.)

– 20 elmi məqaləsi və 9 təlim vəsaiti çap olunub.

İşlədiyi Müəssisələr: Vəzifəsi: Müddət:
KCA Deutag (dənizdə neft və qaz quyularının qazılması) Sağlamlıq, Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Ətraft Mühitin mühafizəsi üzrə məsləhətçi 01/2014-bu günədək
BP Exploration (dənizdə neft-qaz hasilatı) Sağlamlıq, Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Ətraft Mühitin mÜhafizəsi üzrə məsləhətçi 07/2012-01/2014
STRABAG LLC(beynəlxalq tikinti şirkəti) Texniki təhlükəsizlik üzrə mühəndis 08/2010-07/2012
“Qalf Drillinq Azərbaycan”(neft-qaz və su quyularının qazılması və əsaslı təmiri) Kadrların peşə hazırlığı və təlimlər üzrə mütəxəssis 07/2008-08/2010
“ŞirvanOyl” ƏŞ(quruda neft-qaz quyularının istismarı) Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin rəisi 06/2005-07/2008
“Consolidated Contractors” Beynəlxalq Şirkəti (Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi) Əməyin mühafizəsi və təlimlər üzrə mütəxəssis 07/2003-11/2004
“Caspian Modular Buildings” Şirkətinin Azərbaycan nümayəndəliyi (Dərin özüllər zavodunda tikinti) Keyfiyyətə nəzarət üzrə menecer 02/2003-07/2003
“Rövşən-Oğuz” Holdinq(BP Şirkətinin obyektlərinə texniki xidmətlər layihəsi) Layihə meneceri 12/2001 – 02/2003

TƏHSİLİ:

Portsmouth Universiteti (Böyük Britaniya)

Post Graduation (2013-2015),

Sağlamlıq və Təhlükəsizlik üzrə İdarəetmə Sistemləri

Sumqayıt Dövlət Universiteti

Aspirantura (11/2001 – 11/2004),

İqtisadiyyat və İdarəetmə fakultəsi

Sumqayıt Dövlət Universiteti

Magistratura (09/1999 – 06/2001)

İqtisadiyyat və İdarəetmə fakultəsi

Azərbaycan Sənaye İnstitutu

Bakalavr (09/1995 – 06/1999)

İqtisadiyyat fakultəsi

Bitirdiyi kurslar:

2001 – BP Entreprise Centre:

– İş yerində təhülkəsiz davranış qaydaları

2002 – Seaward Electronics Limited;

Böyük Briyaniya, New Castle şəhəri

– Elektrik qurğularının təhlükəsiz istismarı

2003 -VISION Safety Excellence-Böyük Britaniya:

– “BP” Şirkətinin sağlamlıq, təhlükəsizlik və ətraf

mühitin mühafizəsi üzrə standartları;

2004 -“CCIC” Şirkəti: İstehsalat hadisələrinin təhqiqi qaydaları, Texniki təhlükəısizlik üzrə audit və monitorinqin aparılması, Risqlərin qiymətləndirilməsi və “İşə icazə” sistemi, Qapalı tutumlarda işlərin təhlükəsizliyi, Nəqliyyat vasitələrinin təhlükəsizliyi, Yanğınla mübarizə sistemləri, Yükqaldırma işlərinin təhlükəsizlik qaydaları;

2005 -“CROSBY” Beynəlxalq Şirkətinin Təlim mərkəzi (Səngəçal terminalı):

Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi;

2006 -“ŞirvanOyl” Əməliyyat Şirkəti:

– Neft sənayesində əməyin mühafizəsinin “Vahid” idarəetmə sistemi;

– Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları.

2007 -Fövqəladə Hallar Nazirliyi (SİTG və DMN Dövlət Agentliyi):

– Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkili;

2008 -“SJ Petroleum” – Çin Xalq Respublikası, Cin-Cou şəhəri:

ZJ-30 tipli qazma qurğusunun istismarı qaydaları.

2011- ASR Training Group:

İSO9001/2008 – Keyfiyyətin İdarəedilməsi Beynəlxalq Standartı üzrə auditor kursu;

2012- OTİ (OPİTO) Dənizdə təhlükəsizlik və xilaestmə;

2012- OTİ (OPİTO) Dəniz platformalarında fövqəladə hallara cavab və yanğınların söndürülməsi üzrə çevik dəstənin idarə olunması;

2013– Neft-qaz sənayesində istifadə olunan kimyəvi maddələrin istifadəsində rsiklərin idarə olunması;

2013– Qəza və bədbəxt hadisələr zamanı hadisə yerinin idarə olunması, hadisələrin təhqiqi və qarşısının alınması qaydaları;

2013-Neft-qaz hasil edən dəniz platformalarında risklərin qiymətləndirilməsi və idarə olunması;

2014-Dənizdə neft-qaz quyularının qazılması qurğularında qəzaların idarə olunması;

2015– Bədbəxt hadisələrin təhqiqatı metodologiyası (Şotlandiya, Kelvin Top Set);

2015– Sənayedə texniki təhlükəsizlik və sağlamlığın mühafizəsi, sənaye gigiyenası və qəza hallarının idarə olunması (İngiltərə, Portsmouth);

Bildiyi xarici dillər: ingilis, rus, türk

Kompüter bacarığı: MS Office, Windows XP, Power Point, Corel Draw X-4, Visio, MS Access, Internet Explorer – 5

Sürücülük vəsiqəsi: AA № 435007

Hobbisi: idman, ictimai fəaliyyət

Comments are closed, but trackbacks and pingbacks are open.