Azeringilisce Blog
Bu saytda imtahanlar, söz oyunları, söz tapmacaları, atalar sözləri, vulqar ifadələr, anaqramlar və s. kimi kompyuter vasitəsilə oynaya biləcəyimiz və dil öyrənmək üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyət var. Ən önəmlisi isə, online öyrənmə prosesinə mənfi təsiri olan reklamlar bu saytda yoxdur.
Lüğət azərbaycan dili – ingilis
Glosbe minlərlə lüğətin evidir. ingilis – Biz yalnız lüğət azərbaycan dili təmin lakin Dil hər bir mövcud cüt üçün lüğət – online pulsuz.
Lüğətdən tərcümələr azərbaycan dili – ingilis, təriflər, qrammatika
Glosbe sizi deyil bilərsiniz azərbaycan dili dən ingilis daxil yalnız tərcümə müxtəlif mənbələrdən gəlir. Tərcümələr ən ümumi olandan daha az populyar olana doğru sıralanır. Biz hər bir ifadənin fleksiya haqqında təriflər və ya məlumatlara malik olmasını təmin etmək üçün hər cür səy göstəririk.
Kontekstdə tərcümələr azərbaycan dili – ingilis, tərcümə edilmiş cümlələr
Glosbe lüğətlər unikaldır. Glosbe sizi deyil bilərsiniz. azərbaycan dili və ya yalnız tərcümə ingilis. Biz həmçinin onlarla tərcümə edilmiş cümlələri göstərən istifadə nümunələri təqdim edirik. Siz axtardığınız ifadənin təkcə tərcüməsini deyil, həm də kontekstdən asılı olaraq necə tərcümə olunduğunu görə bilərsiniz.
azərbaycan dili – ingilis dilləri üçün tərcümə yaddaşı
Glosbe sizi deyil bilərsiniz tərcümə cümlələr paralel corpora (tərcümə mətnləri ilə böyük məlumat bazaları) -dən gəlir. Tərcümə yaddaşı saniyənin kiçik bir hissəsində minlərlə tərcüməçinin dəstəyinə sahib olmaq kimidir.
Tələffüz, yazılar
Çox vaxt tək mətn kifayət etmir. Biz həmçinin ifadə və ya cümlənin necə səsləndiyini eşitməliyik. Glosbe sizi deyil bilərsiniz – azərbaycan dili-ingilis lüğət – online pulsuz, həm də audioyazı və yüksək keyfiyyətli kompüter oxuyucuları tapa bilərsiniz.
Şəkil lüğəti
Bir şəkil min sözdən daha dəyərlidir. Mətn tərcümələrinə əlavə olaraq, Glosbe sizi axtardığınız terminləri təqdim edən şəkilləri tapa bilərsiniz.
Avtomatik azərbaycan dili – ingilis tərcüməçisi
Daha uzun mətni tərcümə etmək lazımdırmı? Heç bir problem yoxdur, Glosbe sizi deyil bilərsiniz azərbaycan dili – ingilis sizə maraqlı olan məqalə və ya faylı asanlıqla tərcümə edəcək.
600.000-dən çox istifadəçiyə qoşulun və bizə dünyanın ən yaxşı lüğətini yaratmağa kömək edin.
Tərcümə əlavə edin
Ən böyük lüğət yaradılması bizim Kömək.
Glosbe yalnız sizin kimi insanlar tərəfindən yaradılan icma əsaslı bir layihədir.
Xahiş edirəm lüğətə yeni girişlər əlavə edin.
İngilis Dilini Öyrənmək Üçün ən Yaxşı Saytlar
Hər hansı bir dildə qrammatika öyrənmək heç də asan məsələ deyil. Əgər hər hansı bir imtahan üçün qrammatik biliklərinizi artırmaq və ya danışıq zamanı daha dəqiq olmaq kimi hədəfləriniz varsa, o zaman bu yazı sizin üçündür. Bu yazımızda İngilis dilinizi inkişaf etdirə biləcəyiniz ən mükəmməl saytları bir araya gətirdik.
Bəs bu saytlardan necə istifadə edək ki, daha da effektiv olsun? İlk olaraq, hansı səviyyədə olduğunuzu müəyyənləşdirin.
Əgər seçdiyiniz səviyyə sizin səviyyənizdən aşağı olarsa, o zaman dərslər çox asan olacaq ki, bu da öyrənən şəxs üçün sıxıcı olur. Yuxarı səviyyədəki dərs isə çox çətin olacağı üçün öyrənmək müşkül məsələ olacaqdır. Beləliklə, İngilis dilini onlayn öyrənməyə başlamazdan əvvəl səviyyənizi dəqiqləşdirin. Hansı formada daha yaxşı qavradığınızı müəyyənləşdirin. Sevdiyiniz metodu tətbiq edən saytları tapın. Bu zaman daha rahat formada öyrənəcksiniz.
Mikrofonlu kompyuter və ya telefon istifadə edin. Əksər dil öyrənmə saytlarında danışıq bacarıqlarını təkmilləşdirmək üçün fəaliyyətlər var. Bunun üçün də təbii ki, mikrofona ehtiyac duyacaqsınız.
Sizin üçün hansı mövzuların daha maraqlı olduğuna qərar verin. Çünki sevdiyiniz mövzuda oxuma, dinləmə, danışma və yazma digər mövzularla müqayisədə olduqca asan olur.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
Öyrənmək üçün hər gün vaxt ayırın. Daha yaxşı öyrənə bilmək üçün tez-tez və daimi olaraq məşq etməlisiniz. Hər günün müəyyən saatını İngilis dilini öyrənmək üçün ayırın və bu zaman telefonlarınızı söndürməyi unutmayın.
Real insanlarla danışın. Bu saytlardan hər nə qədər çox şey öyrənsəniz də real olaraq insanlarla ünsiyyətdə olmağı unutmayın. Beləliklə, keçək ən yaxşı saytlar siyahısına.
Azeringilisce – blog.azeringilisce.com Başlayaq elə Azeringilisce saytından (blog). Bu sayt İngilis dilini yeni öyrənməyə başlayanlar üçün nəzərdə tutulmuşdur. Məlum məsələdir ki, yeni başlayan şəxslər üçün bütün məlumatı İngilis dilində oxumaq müəyyən problemlər yaradır ki, bu da irəlidə dilə qarşı soyuqluğa səbəb olur. Elə bu məqsədlə də, bu sayt, yeni başlayanların işini asanlaşdırmaq məqsədi ilə bütün mövzu və qaydaları Azərbaycan dilində izah edir və İngilis dilindəki hər bir ifadənin Azərbaycan dilində qarşılığını göstərir. Yəqin ki, öncəki cümlədə Azərbaycan dilini niyə tünd rənglə göstərdiyimizi təxmin edirsiniz. Axı ana dilimizdə məlumat tapmaq müşkül məsələdir. Bu sayt isə hər bir yeni başlayan üçün lap göydəndüşmədir! ☺
Azeringilisce – azeringilisce.com
Bu sayt İngilis dili təhsilinə professional olaraq başlamaq istəyənlər, lakin kursa getməyə vaxt tapmayanlar üçün nəzərdə tutulmuşdur. Sayt vasitəsi lə online formada və ödənişsiz şəkildə hansı səviyyədə olduğunuzu yoxlaya bilərsiniz. Müəyyən edilmiş səviyyənizə görə sizə özəl dərs planı hazırlanır. Abunəliyiniz tamamlandıqdan sonra sizə məxsus olan tələbə panelindən 10, 20 və ya 30 dəqiqəlik danışıq dərslərinə qatıla bilərsiniz. Dərs sonunda isə sizə pedaqoqun sizinlə bağlı olan şərhləri göndərilir. Həftənin 5 günü canlı danışıq dərslərinin sonunda təbii ki, özünüzdə müsbət yöndə dəyişikliyi görəcəksiniz.
British Council – Grammar and Vocabulary
Proqram versiyaları: müxtəlif mobil proqramları var Qiymət: ödənişsiz Bütün dünyada məşhur olan British Council, online olaraq istifadə edə biləcəyiniz çox sayda qaynağa malikdir. Qısa və aydın qrammatik qaydalar və praktiki oyunlar ilə İngilis dilinin hər dörd skills-ini (bacarıqlar: danışıq, dinləmə, yazma, oxuma) təkmilləşdirmək üçün möhtəşəm saytdır. Bu sayt özəlliklə, böyüklər üçün nəzərdə tutulsa da, British Council-un web saytında fərqli yaşlar üçün üç fərqli bölmə vardır: uşaqlar, yeniyetmələr və böyüklər. Hər bölmədə danışıq, dinləmə, oxuma, yazma olaraq hər bir bacarığı inkişaf etdirmək üçün çox sayda dərslər, videolar, oyunlar, podcastlar var. Hansı səviyyədə olsanız da, hansı mövzu ilə maraqlansanız da, hər bir halda British Council saytında özünüzə uyğun bir şey tapacaqsınız. Dinləməyi və ya izləməyi bitirdikdən sonra həmin dərs üçün nəzərdə tutulmuş məşqləri edin. Bu şəkildə nə dərəcədə öyrəndiyinizi nəzarət altında saxlaya biləcəksiniz. Bundan əlavə, dərslərin çoxunda müzakirə hissələri var ki, bunlar vasitəsilə tələbələrlə öyrəndikləriniz haqqında danışa bilərsiniz. Dərslərin mobil versiyalarının olması isə yolda və ya ictimai nəqliyyat vasitələrində öyrənməyə davam etməniz üçün kömək olacaqdır.
BBC Learning English
Qiymət: Ödənişsiz BBC həmişə yüksək standartlarının olması ilə seçilib. Bu səbəbdən də bu standartları eyni zamanda BBC Learning English veb saytına da tətbiq edir. Təəssüf ki, bu yüksək standartlar, İngilis dilini yeni öyrənməyə başlayanlar üçün çətinliklər yaradır. Elə buna görə də bu sayt yeni başlayanlar üçün yox, müəyyən İngilis dili biliyi olan şəxslər üçün daha effektiv olacaqdır. BBC Learning English saytı, intermediate (orta) və advanced (irəli) səviyyədə olan şəxslər üçün nəzərədə tutulmuşdur və BBC tərzində video və radio yayımlarını özündə cəmləyir. Burada, xəbərlər, hekayələr, İngilis dilində olan söz və ifadələr, mükəmməl tələffüz kimi mövzulara diqqət yetirilir. Sayt interaktiv danışmaq üçün nəzərdə tutulmasa da, listening – dinləmələrdən sonra nə dərəcədə başa düşdüyünüzü yoxlamaq üçün müxtəlif testləri etməyinizi təklif edir. Bu sayt, Listening qabiliyyətini inkişaf etdirmək üçün əvəzsizdir.
Duolingo
Mobil versiyalar: iOS and Android Qiymət: Ödənişsiz Duolingo-nu onlayn olaraq istifadə edə bilərsiniz. İstifadəsi olduqca asandır. Sayt daxilində müxtəlif interaktiv oyunlar və imtahanlar var ki, bunlar vasitəsilə qrammatika və yeni sözləri öyrənmək mümkündür. Duolingo, hər dərsi kateqoriyalara ayırır. Məsələn; qida, ailə, iş və s. Kompyuterdən saytına daxil olduğu zaman isə mobil proqramına nisbətən daha çox məsləhət və qeydləri görə bilərsiniz. Ən sevilən xüsusiyyəti isə sözlərin tələffüzünə fokslanmış olmasıdır. Yeni sözləri öyrətdikdən sonra həmin sözləri tələffüz etmənizi istəyir. Əgər tələffüzünüz doğru deyilsə, doğru olana qədər tələffüz etməyə davam etmək məcburiyyətində olursunuz. Duolingoda eyni zamanda müxtəlif hədəflər var ki, sizə nə qədər yol qət etdiyinizi göstərərək motivasiyanıza da nəzarət edir. Yeni dərslərə keçmək üçün, həmin dərsə qədər olan bütün dərslərdə uğurlu olmalısınız. Bütün bunlar əlavə motivasiyaya ehtiyacı olan şəxslər üçün ən gözəl çıxış yoludur ☺
English Central
Mobil versiyalar: iOS and Android Qiymət: 15 $-dan başlayaraq/Ay English Central, yalnız videolar vasitəsi ilə öyrənməyə fokslanıb. Bu videoların hər birinin tərkibində eyni zamanda hələ ki, bilmədiyimiz sözlər və onların tərcümələri var. Hədəflərinizə və maraqlarınıza uyğun olaraq hansı videonu izləmək istədiyinizə siz qərar verirsiniz. İngilis dilində müsahibəyə hazırlaşırsan? Sözləri düzgün tələffüz etməyi hədəfləyirsən? Dost tapmaq istəyirsən? Bunların hər biri üçün saytda ayrı-ayrılıqda videoları tapmanız mümkündür.
Phrasemix
Mobil versiyalar: iOS and Android Qiymət: Bir neçə dərs ödənişsizdir, sonrasında isə 12 – 15 $ / ay (illik abunəlik $132) Phrasemix, dil öyrənmə prosesimizi simulyasiya etdiyi üçün çox sevilir. Yeni sözlər öyrətmək əvəzinə bütöv ifadələri və frazaları öyrədir. Sayt eyni zamanda real danışıqlarda istifadə edilən ifadələrə diqqət etdiyi üçün öyrənmə prosesini daha da sürətləndirir.
Livemocha
Qiymət: Ödənişsiz Online olaraq İngilis dili öyrənmə prosesində danışığı məşq etdirmək çətin olur. Livemocha, fərqli mövzular vasitəsilə oxumağınızı və danışığınızı inkişaf etdirə biləcəyiniz İngilis dilində olan dərslərə əlinizin çatmasına kömək edir. Səsli və görüntülü dərslərin məntiqi ardıcıllığı ilə öyrənmə prosesinizdə yaxından iştirak edir. Öyrəndiklərinizi tətbiq etmək üçün Livemocha-n tərəfindən hazırlanan sosial şəbəkə olan HelloLingo-nu istifadə edə bilərsiniz.
EnglishGrammar.org
İstər təməl qaydaları yeni öyrənməyə başlayan biri olsun, istərsə də, İngilis dilinin qarışıq qrammatik qaydalarını mükəmməlləşdirməyə çalışan bir tələbə olsun bu saytı istifadə edə bilər. Geniş məlumat mənbəyi var və tez-tez yeni və ya dəyişən məlumatları əlavə etmək üçün saytda yeniləmə işləri aparılır. Eyni zamanda dərsləri yükləyərək üzərində işləməyiniz də mümkündür.
English Club – Grammar
English Club-ın qrammatika, tələffüz, söz ehtiyatı, yazma və çox sayda digər mövzular üçün qaynaqları mövcuddur. Başlanğıc və orta səviyyədə olan şəxslər üçün idealdır. Qrammatik qaydalar və bəzi tətbiqetmələr haqqında rəhbər axtarırsınızsa, bu saytı ziyarət etməyi unutmayın.
Perfect English Grammar
İngilis dili qrammatikasını öyrətmək məqsədi ilə bir İngilis dili müəllimi tərəfindən hazırlanmış saytdır. Öyrənmək istədiyiniz qrammatik mövzunu seçin, izah və nümunələri oxuyun və sonra online məşqlərlə özünüz özünüzü yoxlayın.
EduFind English Grammar Guide
Çox sayda nümunələr ilə İngilis dilinin qrammatikasını öyrənmək istəyirsiniz? Bu sayt sizin üçündür!
Using English
Testlər, imtahanlar, arayış yazmaq haqqında təlimatlar, təcrübə edə biləcəyimiz bir sıra fəaliyyətlər, frazalar, fellər lüğəti və daha çoxunu bu saytda tapa bilərsiniz.
Purdue OWL: Writing & Grammar
Yazı yazarkən qrammatik qaydaları və durğu işarələrini doğru tətbiq etmək istəyirsiniz? İstinad kimi bir sıra mövzularda ən yaxşılardan sayılan bir saytdır.
English Grammar Secrets
Seçdiyin mövzuda qaydaların qısa izahını oxumaq, bundan başqa bir sıra fəaliyyəti tətbiq edə biləcəyimiz saytlardan biridir.
Easy World of English
Qrammatik qaydalar, tələffüz, oxuma və dinləmə təcrübələri edə biləcəyimiz, eyni zamanda şəkilli lüğətə malik olan istifadəçinin dostu olaraq qəbul edilən bir saytdır.
Many Things
Bu saytda imtahanlar, söz oyunları, söz tapmacaları, atalar sözləri, vulqar ifadələr, anaqramlar və s. kimi kompyuter vasitəsilə oynaya biləcəyimiz və dil öyrənmək üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyət var. Ən önəmlisi isə, online öyrənmə prosesinə mənfi təsiri olan reklamlar bu saytda yoxdur.
Dave’s ESL Cafe
Həm ESL müəllimləri, həm də dünyadakı tələbələr üçün bir forum. Tələbələr üçün viktorinalar, qrammatik izahlar və müzakirə forumları daxildir. Müəllimlər üçün, bütün mövzularda sinif fikirlərini və müzakirə forumlarını da əhatə edir
Activities for ESL Students
Bütün səviyyələr üçün qrammatika və söz ehtiyatını artırmaq üçün sözlər, o cümlədən yeni başlayanlar üçün çoxdilli viktorinalar mövcuddur. Dialoq qurmaq üçün müxtəlif növ suallar, oyunlar və bir çox başqa ideyalar mövcuddur. Xüsusilə İngilis dili müəllimləri tərəfindən istifadə edilir.
ABCYa – abcya.com
Bu uşaqlar üçün nəzərdə tutulmuş sayt olsa da, böyüklərin istifadə edə bilməyəcəyi mənasına gəlmir. Elə deyilmi? Saytda 1-ci sinifdən 5-ci sinfə qədər sinfin səviyyəsinə görə təşkil olunan təhsil oyunları var və orfoqrafiya, eyni zamanda doğru tələffüzü öyrənmək üçün effektivdir. Sait və samitlər, böyük və kiçik hərflər, sinonimlər, antonimlər və daha çoxunu öyrənmək üçün müxtəlif oyunlar da vardır.
TV 411 – tv411.org
Bu sayt, ana dili İngilis dili olan şəxslərin tənqidi videolarından ibarətdir. Bu videolar vasitəsi ilə, siz oxuma, müəyyən mövzunu qısa formada izah etmə kimi təməl məlumatları öyrənəcəksiniz. Eyni zamanda kirə müqaviləsi, dərman etiketi oxuma kimi gündəlik həyatda tətbiq edilən prosedurları izah edən dərslərdən ibarətdir. Hər videodan sonra anlayıb anlamadığınızı yoxlamaq üçün test tətbiq edilir.
GCF Learn Free
Bankomatı istifadə etmək qaydasından qida etiketlərini oxumağa qədər hər bir mövzu üçün interaktiv dərsləri olan möhtəşəm şəkildə hazırlanmış saytdır. Saytın ingilis dilini öyrənənlər üçün müxtəlif mövzularda məlumatları, o cümlədən dinləmək və oxumaq üçün hekayələri və şəkil lüğətləri də vardır.
Language Guide
Language Guide, əlifbadan tutmuş bədən üzvlərinə, heyvanlardan kənd təsərrüfatına qədər hər şeyi əhatə edən online bir şəkil lüğət üçün istifadə edilən saytdır.
Oxford University Press
Oxford University Press-in bu saytında imla, qrammatika, tələffüz və dinləmə qaynaqları mövcuddur. İrəliləmək bir az çətin olduğu üçün ən az orta səviyyədə olan və ya müəyyən biliyi olan şəxslər üçün daha uyğundur.
FluentU
Mobil versiyalar: iOS and Android Qiymət: 20$ / ay (bir müddət ödənişsiz istifadə imkanı) Əgər İngilis dilini əylənərək öyrənmək istəyirsinizsə, o zaman FluentU sizin üçün ən yaxşı saytdır. FluentU, musiqi videoları, TV şouları, xəbərlər, cizgi filmləri və sair kimi real dünyadakı İngilis videoları ilə əlaqəli olan saytdır. Yüzlərlər video içərisindən özünüzə uyğun və maraq dairənizə daxil olan videoları seçərək dinləyə bilərsiniz. Bu videoları nə qədər çox izləsəniz və dinləsəniz, real həyatdakı İngilis dili aksentlərini və danışıq qaydalarını o qədər tez və mükəmməl formada öyrənmiş olacaqsınız. FluentU-nun interaktiv altyazıları videoda deyilən istənilən sözün qarşılığı dərhal görməyə imkan verir.
Babbel
Mobil versiyalar: iOS and Android Qiymət: 8 $ – dan başlayaraq/ay Babbel, interaktiv imtahanlar vasitəsilə yeni öyrəndiyiniz söz və qrammatik qaydaları tətbiq etməyə imkan verir və mexanizması bir qədər Duolingo ilə oxşardır. Bununla birlikdə, Babbel tələbələrə sayta hər dəfə daxil olduqları zaman istədikləri mövzunu seçməkdə sərbəstlik verir. Dinləmə və danışma, oxuma və yazma, qrammatika və ya hətta tələffüz mövzusunda belə çox müxtəlif dərsləri seçə bilərsiniz. Babbel-in ən sevilən özəlliyi isə səyahət dialoqlarının olması və tələffüzlə bağlı təlimlərin olmasıdır. Səyahət dialoqları vasitəsilə səyahət və adres mövzularında bilməli olduğunuz sözləri öyrənə bilərsiniz. Tələffüz məşqləri üçün isə etməli olduğunuz tək şey mikrofonunuzun açıq olmasıdır. Babbel yeni sözləri düzgün formada tələffüz etmənizə kömək edəcəkdir.
BONUS: YouTube.
Həyatımızın olmazsa olmazı olan YouTube, İngilis dili öyrənmə prosesində ən yaxşı dostlarımızdan olacaqdır. İstər qrammatika, istər sözlərin düzgün oxunuşu, istərsə də digər mövzulardakı bütün suallarınızı bu sayta verə bilərsiniz ☺. Eyni zamanda Youtube vasitəsi ilə mütəmadi olaraq İngilis dilində olan və xoşunuza gələn mövzularda video izləməyi unutmayın. Hər gün 10 dəqiqə belə olsa, daimi olaraq izlədiyiniz İngilis dilində olan bu videoların, qrammatik qaydaların nəticəsini tez bir zamanda özünüz də fərq edəcəksiniz. Əvvəlcə altyazı ilə izləməyə başladığınız videoların altyazılarını bir müddət sonra lazımsız olaraq görəcəksiniz. Bu isə o deməkdir ki, siz artıq dinlədiyinizin çox hissəsini anlamağa başlamısınız. Son olaraq, unutmayın ki, qrammatika dilin sadəcə bir hissəsidir. Öyrəndiyiniz qrammatik qaydaları, dilin oxuma, yazma, dinləmə və danışmaq kimi 4 skills-nin (bacarıq) hər birinə daxil etməlisiniz. Ümid edirik ki, çoxsaylı saytlar içərisində özünüzə uyğun bir saytı tapmağınıza qismən də olsa kömək edə bilmişik. Elə isə, gecikməyin, elə indi öyrənməyə başlayın. Xoş mütaliələr!
Comments are closed, but trackbacks and pingbacks are open.