Nişatinin şühdanam
Ol s ә hiq ә d, püst ә l ә b gülş ә n ә olsa r ә van,
Нистатин вагинал суппозиторий
Ёрдамчи моддалар: бутилгидроксианизол, бутилгидрокситолуол, лимон кислотаси, суюқ парафин, қаттиқ ёғ.
Таърифи: Сариқ рангли, цилиндрконик шаклли суппозиторийлар. Кесимида ҳаволи ва ғовак ўқи ва воронкасимон чуқурчаси бўлишига йўл қўйилади.
Фармакотерапевтик гуруҳи: Гинекологик касалликларни даволаш учун антисептиклар ва микробларга қарши препаратлар. Антибиотиклар.
АТХ коди: G01AA01.
Фармакологик хусусиятлари
Candida тури ачитқисимон замбуруғларга қарши юқори фаолликка эга замбуруғларга қарши полиен антибиотикдир.
Фунгистатик, катта дозаларда эса – фунгицид таъсир кўрсатади.
Таъсир механизми замбуруғларнинг стероллари билан боғланиб, хужайра мембранасига тизилиб олиб кўп сонли каналларни ҳосил қилиши билан боғлиқ бўлиб, бу цитоплазматик мембранани ўтказувчанлигини бузилишига, электролитларни назоратсиз ташилишига, замбуруғ хужайрасидаги моддаларни йўқотилишига ва уни нобуд бўлишига олиб келади. Толерантлик жуда секин ривожланади.
Фармакокинетикаси
Интравагинал қўлланганда шиллиқ қаватлари орқали деярли сўрилмайди.
– узоқ муддатли микробларга қарши даволашда (шу жумладан интравагинал) замбуруғли асоратларни олдини олишда қўлланади.
Қўллаш усули ва дозалари
250000-500000 ТБ дан кунига икки марта (эрталаб ва кечқурун, гигиеник муолажалардан кейин) қўлланади. Даволаш курси давомийлиги 10-14 кун.
Даволаш давомийлиги ва такрорий курсларни ўтказиш заруратини касалликнинг оғирлик даражасига қараб, шифокор белгилайди.
Ножўя таъсирлари
Маҳаллий реакциялар: кам ҳолларда – қин шиллиқ қаватини таъсирланиши, аллергик реакциялар.
Қўллаш мумкин бўлмаган ҳолатлар
Препаратга ўта юқори сезувчанлик, ҳомиладорликнинг биринчи уч ойлиги.
Дориларнинг ўзаро таъсири
Нистатин ва клотримазол бир вақтда қўлланганда, клотримазолнинг фаоллиги пасаяди.
Махсус кўрсатмалар
Педиатрияда ишлатилиши: препаратни қиз болаларда қўллаш мумкин эмас.
Ҳомиладорлик ва лактация даврида қўлланиши
Ҳомиладорликнинг II ва III уч ойликларида ва лактация даврида, фақат она учун потенциал фойда, ҳомила ва бола учун бўлиши муикн бўлган хавфдан устун бўлган ҳоллардагина қўллаш мумкин.
Автомобилни ёки механизмларни бошқариш қобилиятига таъсири
Препаратни қўллаш автотранспортни ҳайдаш ва потенциал хавфли механизмларни бошқариш қобилиятига таъсир қилмайди.
Даволаниш даврида жинсий алоқалардан сақланиш тавсия қилинади.
Реинфекцияни бартараф этиш мақсадида бир вақтнинг ўзида жинсий шерикни хам даволаш тавсия қилинади.
Препарат болалар олаолмайдиган жойда сақлансин ва яроқлилик муддати ўтгач қўлланилмасин.
Дозани ошириб юборилиши
Ҳозирги вақтгача препаратнинг дозасини ошириб юборилиши ҳоллари тўғрисида хабар берилмаган.
Чиқарилиш шакли
250000 ТБ ва 500000 ТБ нистатин сақловчи вагинал суппозиторийлар. 5 суппозиторийдан ПВХ/ПЭ плёнка контур уяли ўрамда. 2 контур уяли ўрамдан №5 қўллаш бўйича йўриқномаси билан бирга картон ўрамда.
Сақлаш шароити
Қуруқ, ёруғликдан ҳимояланган жойда, 25°С дан юқори бўлмаган ҳароратда сақлансин. Музлатилмасин.
Яроқлилик муддати
Дорихоналардан бериш тартиби
Nişatinin şühdanam
Nişat Şirvani Ağamәsihin müasiri imiş. Şirvan şairlәrinin mötәbәrlәrindәn birisi hesab olunur, Nişat hәqiqәt әhli olduğu üçün zahiri zöhdü tәqvanı vә riyai ibadәti sevmәz imiş vә şerlәrinin çoxunda xudbin vaizlәrә vә müdәmmәq abidlәrә dolaşarmış. Heyfa ki, Nişatın tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik.
Ağamәsihlә onun hәmәsr olduğu әşarından görünür. Mәlum olduğuna görә, hәr iki şair ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә sәyyahlıqla keçiriblәr vә sәyahәt etdiklәri vilayәtlәrin әksәri İran mәmlәkәtindә olan vilayәtlәr olubdur vә İran şüәra vә ürәfasından tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat qürbәt vilayәtlәrdә kamal vә tәcrübә kәsb edibsә dә, xeyli mәşәqqәt vә zәhmәtlәrә dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә yazır:
Qürbәtdә rәhi-sәbdә әsbabi-sәfәr tәk
Asudәliyim olmadı hәr mәnzilә düşdüm.
Gәr misli-hübab özgә hәva başıma düşdü,
Bir dәmdә evim tikdimü yıxdım, yola düşdüm.
Üz görmәdim әzbәs ki, Nişat, әhli-vәtәndәn,
Bu vәch ilәdir kim, baş alıb hәr elә düşdüm.
Aşağıda yazılan qәzәl Ağamәsihin diqqәtini cәlb edib, ona cavab yazmağa şairi vadar etmişdir.
Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.
Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.
Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.
Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.
Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir bel ә bazard ә kim ona qiym ә t verir?
Bunun cavabında Ağam ә sih yazmışdır:
Aşiq ә t ә limi-yar feyzi-b ә şar ә t verir,
Nec ә ki, gül bülbül ә d ә rsi-f ә sah ә t verir.
Ol s ә hiq ә d, püst ә l ә b gülş ә n ә olsa r ә van,
Qönç ә ni dilgir ed ә r, s ә rv ә x ә cal ә t verir.
Ә mm ә y ә mümkün ola g ә r l ә bi-dildard ә n,
Çeşmeyi-heyvan kimi gör nec ә l ә zz ә t verir.
Vaiz özü huril ә r v ә sfi il ә zövq ed ә r,
T ә rki-meyü eşq edin–x ә lq ә n ә sih ә t verir.
Duz ә x özü söyl ә nir şidd ә ti m ә şhurdur,
Canda f ә raq at ә şi özg ә h ә rar ә t verir.
Ç ә rx ә v ә fa bağlama, eyş ed ә gör v ә qt ik ә n,
V ә d ә irişs ә , ә c ә l sanma ki, fürs ә t verir.
Gövh ә ri-n ә zmin, Nişat, düşs ә M ә sih ә lin ә ,
Rayici-bazar ed ә r, al ә m ә şöhr ә t verir.
Ağam ә sihin axırkı beyti Nişatın xoşt ә b v ә şirink ә lam bir şair olduğunu göst ә rir. Nişatın öz ә s ә rl ә ri d ә xi onun fünuni-şerd ә mahir v ә qabil olduğunu bildirir. O ә s ә rl ә rd ә n bir neç ә si burada yazılır.
Q ә z ә li-Nişat:
S ә nin f ә rşin ki, zahid, buriyadır,
H ә qiq ә t m ә nzilind ә bu riyadır.
Riyadır zahidin g ә rçi namazı– �
V ә lakin x ә lq içind ә xoş ә dadır.
Nigahından ol ahuçeşmin, ey dil,
Özün saxla kim, ol eyni-x ә tadır.
Düş ә r güzgüy ә daim ә ksi-canan,
Könül saf olsa, h ә r m ә tl ә b r ә vadır.
Ә c ә b yox, türr ә sind ә n olmuşam şad,
M ә nim b ә xtim ki, var başdan qaradır.
Nişatın könlünü incitm ә , ey şux,
S ә n ә nifrin ed ә r, ә hli-duadır.
Yen ә q ә z ә li-Nişat:
Qönç ә t ә k eld ә n kişi sirrin nihan etm ә k g ә r ә k,
Aşiqi-yekr ә ng olan bağrını qan etm ә k g ә r ә k.
Müşkül işdir d ә rdi h ә r bid ә rd ә izhar eyl ә m ә k,
D ә rdi bir d ә rd ә hlin ә ş ә rhü b ә yan etm ә k g ә r ә k.
X ә lqd ә n q ә ti- ә daq ә eyl ә yib ә nqa kimi,
Bir q ә na ә t guş ә sind ә aşiyan etm ә k g ә r ә k.
Yaxşı günd ә bilm ә k olmaz kim, d ә yan ә t kimd ә dir,
Yaxşı yoldaşı yaman gün imt ә han etm ә k g ә r ә k.
Ey Nişat, ox t ә k sözümd ә n h ә r kim ә s ә hm eyl ә nir,
Böyl ә dir, doğru sözü xatirnişan etm ә k g ә r ә k.
Nişatın bu q ә z ә li hikm ә t v ә t ә crüb ә üzü il ә deyilmiş şerl ә rdir. Şair h ә r nak ә s ә sirri-z ә miri açıb söyl ә m ә kd ә n insana ariz olan z ә r ә ri t ә crüb ә il ә müşahid ә edib n ә sih ә t üzü il ә tövsiy ә edir ki, kişi olan g ә r ә kdir qönç ә t ә k sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğ ә mb ә rimiz M ә h ә mm ә d ә l-Mustafa d ә xi buyurmuşdur ki, “h ә r k ә s ә sirri ә yan etm ә k olmaz”. Nec ә ki, Molla Rumi “M ә sn ә vi”sind ә bu babda yazmışdır:
Ta t ә vani pişe-k ә s m ә gşay raz,
B ә r k ә si in d ә r m ә kon zinhar baz.
Çon ke ә srar ә t n ә han d ә r del ş ә v ә d,
An morad ә t zudt ә r hasel ş ә v ә d.
Qoft peyğ ә mb ә r ke, h ә r ke ser n ә hoft,
Zud g ә rd ә d ba morade-xiş coft.
Dane çon ә nd ә r z ә min penhan ş ә v ә d,
S ә re-u s ә rs ә bzeye-bustan ş ә v ә d.
Z ә rro noğre g ә r n ә bud ә ndi n ә han,
P ә rv ә reş key yaft ә ndi zire-kan. [1]
Bacardığın q ә d ә r heç k ә sin yanında sirr açma,
Amandır, bu qapını heç k ә s ә açma!
Ә g ә r sirrl ә rin ür ә yind ә gizl ә n ә rs ә ,
O muradın tezlikl ә hasil olar.
Peyğ ә mb ә r demişdir: h ә r kim ki, sirri gizl ә ts ә ,
Tezlikl ә öz muradına çatar.
Toxum torpaqda gizl ә n ә rs ә ,
Bostan bitkil ә rinin başı olar.
Qızıl v ә gümüş ә g ә r üstüörtülü olmasaydılar,
Onlar m ә d ә nd ә n ә vaxt p ә rv ә riş tapardılar?!
Vә bu babda yenә әbәs deyilmәyibdir ki: “Sәr vermәk olar, sirri әyan elәmәk olmaz!” Doğrudan da insanın qәlbi karvansara deyil ki, yol ilә hәr ötüb keçәn onda özü üçün mәqam bulsun vә onun içindә olan yaxşı-yamanı görüb alәmә faş qılsın.
İnsan gәrәkdir sirrlәrini vә fikirlәrini sevsin vә cani-dil ilә onları ürәyindә bәslәyib hәddi-kәmala yetirsin vә sonra faş etmәyi lazım isә, faş elәsin vә bundan maәda hәr naәhlә vә hәr bidәrdә dәrdi-dili izhar etmәyin nә faydası? Bir kәs ki, sәnin dәrd vә qәminә şәrik olmayacaqdır vә sәnin xiffәt vә küdurәtini azaltmayacaqdır, ona daha dәrdi söylәmәkdәn nә hasil? Kişi dәrdini söylәsә dә, gәrәkdir dәrd әhlinә söylәsin vә bilmәk istәsin ki, dәrd әhli vә dusti-hәqiqi kimdir. Lazımdır dost adlandırdığı şәxsi yaman günündә, yәni sәnә bir yas vә müsibәt üz verәn halda imtahan edәsәn.
Hәr gah dostun yaman günündә dәyanәt göstәrib öz dostluq vә sәdaqәtindә möhkәm vә sabitqәdәm olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә, әldә var vә dövlәt olan zamanı hamı sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair deyir:
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
Amma Nişatın bir arzu vә xahişini haqq vә savab görә bilmәdik. O isә xalqdan qәti-әlaqә edib әnqa kimi qәnaәt kuşәsindә aşiyan etmәkdir. Nişatın bir tәrәf-dәn kuşәnişin abidlәri vә riyakar zahidlәri tәn vә mәlamәt edib, digәr tәrәfdәn özü guşәnişinlik arzu etmәsi bir növ qәribә gәlir vә bir dә islamda röhba-niyyәt olmadığı üçün müslüm gәrәkdir xalq içindә, hәmçinsi arasında dolanıb, onlar ilә müaşirәt elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din vә vәtәnә hüsni-xidmәtlәr göstәrib hәr ikisinin tәrәqqi vә tәalisi yolunda sәrfi-himmәt etsin. Guşәnişinlik böyük bir hünәr deyil ki, onu arzu edib, әmәli qeyrilәrә dәxi töv-siyә olunsun.
Nişat Şirvaninin yuxarıda zikr olunan qәzәllәrindәn başqa daha da bir çox gözәl müxәmmәslәri vә mürәbbeatları vardır ki, cümlәsinә mәcmuәmizdә yer yoxdur.
Nişatinin şühdanam
Necə Həqdən bu aləm ayru düşdi.
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərindəki bəzi
türk mənşəli arxaizmlərin digər əski türk mətnlərində işlənməsi haqqında məşhur qaynaqlarda heç bir qeydə rast gəlmirik. Bu qəbildən olan sözlər daha çox Nişatinin “Şühədanamə”sində işlənib. Məsələn: əyğağ – casus; həcərçi – bələdçi, yol göstərən, kölük – minik atı, kutəl- yedək atı; qəytul-hərbi düşərgə qonğay – tədbir sahibi ağsaqqal, tabın – nökər, qulluqçu, təvacı – hərbi dəstə başçısı, ulca – əsir və s. Bu sözlərin monqol mənşəli olmasını da istisna etmək olmaz.
Yuxarıda qeyd olunan orta əsr tərcümə örnəklərindəki arxaizmlər sırasında semantik qrup baxımından ən çox hərbi anlayışları, heyvan adlarını və dini anlayışları bildirən sözlər çoxluq təşkil edir. Hərbi leksikologiyaya aid arxaizmlər: bəglərbəgi – baş komandir, çalış – çarpışma, əlbəyaxa döyüş; çəri – qoşun, ordu; qol – ordunun yan tərəfi; tip – ordunun mərkəzi; tuqçı – bayraqçı, bayraqdar; uğraş – çarpışma; döyüş və s. Əyğağ – casus, qəytul – hərbi düşərgə, təvacı – əsgəri dəstə başçısı, ulca – əsir sözlərini də bu qrupa aid etmək olar.
Heyvan, həşərat və quş adlarını bildirən arxazimlər: dəvləngəç-çaylaq, çaylaq cinsindən alıcı quş; keyik – maral, qulan – vəhşi at; qarçağay – şahin, qartal; kölük – minik atı; kutəl – yedək atı; üyəz – milçək və s. Sonuncu söz Türkiyə şivələrində üvez şəklində işlənir. Peşə və sənətlə, məişətlə bağlı sözlər: qancuğə – yəhər qayışı, qazuğ – dirək, çadır dirəyi, uzun mıx, sadaq – ox qabı, ükək – kəcavə və s. Dini anlayışlarla bağlı sözlər: Çələb – Allah, damu/tamu – cəhənnəm, uçmağ/uçmaq – cənnət və s. Bu sözlərə klassik Azərbaycan ədəbiyyatı nümunələrinin çoxunda rast gəlirik.
Əski tərcümə nümunələrinin ən gözə çarpan dil özəlliklərindən biri də türk mənşəli sinonimlərin qoşa işlənməsidir. Məsələn: al-götür, bitun-qamu-varı, doy/toy-dügün, qızıl-altun, düş-uyqu, gecə-dün, geyəsi-don, qum-qayır, oxranmaq-kişnəmək, sağ-əsən, sınmak-ufanmaq, uyumaq-yatmaq-ımızğanmaq, ün-səs, sürmək-çıxarmaq, varmaq-getmək və s. Bu xüsusiyyət İmadəddin Nəsimi əsərlərinin dili üçün də səciyyəvidir. Maraqlıdır ki, mütərcimlər, bir qayda olaraq bu cür sözləri eyni beyt və cümlə daxilində işlətmişlər. Məsələn:
Al-götür anı kim azad eyləyim,
Mən özümçün ol gunə zad eyləyim.
Ləşker-i İslam həzimet buldı çün,
Qeyser-i Rumiyə doy oldı dügün.
Kim kızıl-altunmidir, yoksa gümiş,
Ya nükrəmidir, dəmürmi, nə imiş.
Gər ağaclar yaprağınca ola həm,
Dəxi qumü qayır sanı, ey kərəm.
(“Hədisi-ərbəin” tərcüməsi)
Türk mənşəli sözlərin qoşa işlənməsi Dədə Qorqud dastanlarının və xalq danışıq üslubunda qələmə alınmış “Dastani-Əhməd Hərami”, Yusif Məddahın “Vərqa və Gülşah”, Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvilərinin dili üçün də səciyyəvidir. Bu məsələyə diqqət yetirən tədqiqatçılar bu xüsusiyyəti tayfa dilləri ilə əlaqələndirirlər.
Klassik tərcümə mətnlərində biri türk mənşəli, digəri isə ərəb və fars dillərindən alınma sinonimlərin də qoşa işləndiyi hallara da tez-tez rast gəlirik. Məsələn:
Söylədi kim, Məkkədür yerim əyan
Həm Bəni Haşimidən bəllü-bəyan.
Kiçisi qoydı əlin od üstin,
Parmağın yandurdı ol dəm dəstinə.
Çün ola məhşər güni sorğu-hesab,
Kimə rəhmət verilə, kim əzab.
(“Hədisi-ərbəin” tərcüməsi)
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərində antonimlərin də qoşa işlənməsi halları diqqəti çəkir. Bu cür sözlərin çoxu türk mənşəlidir. Məsələn:
Vermiş idim Həq yoluna azü çox,
Leyk bu igitden özgə dəxi yox.
Lütfi ilən ol Xudayi-dadgər
Dan-ahşam yerlərə əylər nəzər.
Dəxi Allah qorqusunun fikridir,
Bu fikir dün-gün könlümün zikridir.
(“Hədisi-ərbəin” tərcüməsi)
Ortaçağ tərcümə əsərlərinin səciyyəvi dil xüsusiyyətlərindən biri də onlarda frazeologizmlərə geniş yer verilməsidir. Klassik mütərcimlər bir çox hallarda frazeoloji birləşmələri orijinaldan asılı olmayaraq müstəqil şəkildə işlədib, bəzən isə orijinaldakı bu qəbildən olan birləşmələri onların ana dilindəki qarşılıqları ilə ifadə etməyə çalışıblar. Məsələn, Əhmədi Təbrizi “Əsrarnamə”nin farsca orijinalında işlənmiş aşağıdakı fars frazeologizmlərini çox ustalıqla onların türkcə qarşılıqları ilə verib: dər çeşm amədən – çöpünə almamaq, dəst əfşandən – əl yumaq, sər baxtən – baş qoymaq və s. Bu birləşmələrdən birincisi çöpə saymamaq şəklində digər klassik türk mətnlərində də işlənib. İkinci ifadəyə isə eynilə həm Nəsiminin, həm də Füzulinin dilində rast gəlirik. Sonuncu frazeologizm isə həm “Kitabi-Dədə Qorqud”da, həm də Nəsiminin dilində işlənib.
Fars frazeoloji birləşmələrinin türkcə qarşılıqları ilə tərcüməsi baxımından “Şühədanamə” daha çox zəngindir. Məsələn, Nişati farsca mətndə olan aşağıdakı fars frazeologizmlərini bu şəkildə çevirib: zəhr ab şodən – bağrı yarılmaq, kar əz dəst rəftən – iş işdən keçmək, kin xastən – qanını almaq, təəlloğ vərzidən – könül bağlamaq və s.
“Şühədanamə”də Nişatinin orijinaldan asılı olmayaraq sərbəst şəkildə işlətdiyi frazeologizmlər də var. Məsələn, ayağ kəsmək, bel bağlamaq, fikir atına minmək, könlin almaq, qanı qaynamaq, söz qapusı bağlamaq, səbr qalxanı yüzinə çəkmək, sözündən dönmək və s. Şirazi də “Gülşəni-raz” tərcüməsində orijinaldan asılı olmayaraq bir sıra frazeoloji birləşmələri çox ustalıqla işlədib. Məsələn:
Yenə gündüz ilə gecə qarışdı,
Bu yerdə kim od ilə su barışdı.
Xilas eylər səni kəndüligindən
Görürsin anı kim keçməz ogindən.
Necə Həqdən bu aləm ayru düşdi,
Fəna adın takındı, sayru düşdi.
Birinci beytdə iki frazeoloji birləşmə işlənib: gündüz ilə gecə qarışdı və od ilə su barışdı. Bu birləşmələrin heç biri müasir ədəbi dilimizdə işlənmir: onlardan birincisi “erkən səhər çağı” anlamında, ikincisi isə “imkansız bir şeyin baş tutması” mənasında işlənib. İkinci beytdəki “keçməz ogindən” frazeologizmi isə “ağlına bir şey gəlməmək” anlamındadır. Üçüncü beytdəki ayru düşmək, sayru düşmək frazeoloji birləşmələrinə gəldikdə isə, onlar müasir ədəbi dilimizdə də işlənir, sadəcə olaraq ikinci ifadədəki “sayru” əvəzinə onun sinonimi – fars mənşəli “xəstə” sözü işlənir: xəstə düşmək.
Yuxarıdakı nümunənin ilk beytindəki “od ilə su barışdı” frazeologizmi ilə bağlı qeyd edək ki, bu ifadəni böyük Azərbaycan şairi-dramaturqu Hüseyn Cavid bir şeirində bu şəkildə işlədib:
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İstiyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Orta əsrlər Azərbaycan-türk tərcümə nümunələrində fars dilindən hərfi şəkildə tərcümə olunmuş frazeoloji birləşmələrə də rast gəlirik. Məsələn, nam bordən – adın aparmaq (ad çəkmək), xəşm foru bordən – acığ yudmaq (hirsini basmaq), təngdəst şodən – əli dar olmaq (əliaşağı olmaq), peşimani xordən – peşimanlığ yemək, fetne əngixtən – fitnə sıçratmaq (fitnə törətmək), zəxm xordən – zəxm yemək (yaralanmaq) və s. “Şühədanamə”də işlənən bu frazeoloji birləşmələrin hərfi yolla tərcümə olunması göz qabağındadır.
Ortaçağ tərcümə əsərlərində fars dilinin təsiri bəzi cümlələrin quruluşunda da özünü göstərir. Məsələn: “Böyük qərdaşı ki adı Məhəmməd idi, uyxudan oyandı və kiçi qərdaşı ki adı İbrahim idi, dedi. Ol nəstəyə ki, ana buyurmış idilər, məşğul oldı. Qasım bir çadıra ki, anası ilən gəlin anda idilər, gəldi. (“Şühədanamə”). Nişati bu cümlələrini eynilə farsca mətndəki kimi qurmuş və sözlərin sırasını olduğu kimi saxlayıb.
“Şühədanamə”də hərfi tərcümənin təsiri ədəbi dilimizin qrammatik normalarına uyğun gəlməyən digər cümlə tiplərində də özünü göstərir. Məsələn: “Biz səni təxtü cah içün yaratmışuz, nə quyınun dibi üçun”. Qeyd edək ki, fars mənşəli nə bağlayıcısının köməyi ilə qurulmuş bu cür cümlələrə Füzulinin “Hədiqətus-süəda” əsərində də rast gəlirik. Məsələn: Ey Adəm, bu müddəa əsəri – məhəbbətindür, nə ki müqtəzayi-şəriətin. Maraqlıdır ki, “Şühədanamə”də bəzən nə, nə ki əvəzinə onun türkcə qarşılığı olan yox/yoq sözləri də işlənib. Məsələn: bizim müddəamız oldur ki, sənün boğazundan qan axıtdırauz, yox ki, boğazuna su tokəüz.
Orta əsr mütərcimləri tərcümə prosesində söz yaradıcılığı sahəsində də səmərəli fəaliyyət göstərərək bir sıra yeni sözlər yaratmışlar. Məsələn: aldayıcı (aldadan), diləci (alan), qayrıc (hami), saqlayıcı (gözətçi), oquyıcı (oxucu), yol kəsici (yol kəsən, oğru), ırlayıcı (xanəndə, müğənni), pambıq atıcı (həllac), gözə dərman salıcı, günlük (pərdə) və s.
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərinin dilində nadir hallarda çığatay dilinin təsiri də özünü göstərir. Məsələn: andin (ondan), yüzidin (üzündən), nuridin (nurundan), canumğə, könüllarğə, quşlarğə və s. Bu xüsusiyyət daha çox Nişatinin “Şeyx Səfi təzkirəsi”ndə nəsr arasında verilən nəzm parçalarında özünü göstərir. Məsələn:
Günəşin nuridin qayğularumuz cümlə nur oldı,
Qaranğu gecələr sübh oldı, zülmət qamu dur oldı.
Qarçağay çün avinə açsa qanat,
Yolda özgəlarğə pərva eyləməz.
Beləliklə, orta əsrlər Azərbaycan-türk tərcümə nümunələri haqqındakı bu qeydlərimiz sübut edir ki, sözügedən mətnlər ədəbi dil tarixinin hərtərəfli araşdırılması baxımından olduqca dəyərli qaynaqlardır.
Möhsün Nağısoylu,
filologiya üzrə elmləri doktoru
Comments are closed, but trackbacks and pingbacks are open.