Nitq mədəniyyəti və müasir gənclik
Ailəlidir, iki oğlu var.
NITQ Medeniyyeti
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib vəaparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı,yazı mədəniyyəti də da-xildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətinictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etməkimkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitqmədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qram-matik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəriaxtarışlar və təcrübi tədbirlər kompleksidir”.
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadəqaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoq-rafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunə-ləri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütöv-lükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sistemininformalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinininkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
. Adamları tanımaq, onlara bələd olmaqüçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrünböyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onungözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət ve-rilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həmsöz an-layan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiqola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Nitq mədəniyyəti və müasir gənclik
Azərbaycan dili dünyanin ən qədim və zəngin dillərindən biridir. Dilimizin imkanları olduqca genişdir və onun vasitəsilə istənilən fikri ifadə etmək mümkündür.Biz fəxr edirik ki, kökləri cox qədim dövrlərə bağlanan dilimiz müstəqillik əldə etmiş xalqımızın əsas ünsiyyət vasitəsidir.
Qrupumuzun üzvləri,ilk növbədə, nitq mədəniyyəti anlayışını və onun əsas şərtlərini araşdırdı.Müxtəlif mənbələrlə, xüsusən internet səhifələrində nitq mədəniyyəti ilə bağlı materiallarla tanış olduq. Bildik ki, nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir və müstəqillik əidə etdiyimiz bir dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin yetişməsində dil mədəniyyətinin rolu cox böyükdür.
Gələcəyin qurucuları olan biz gənclər dərin biliyə, hərtərəfli informasiyaya yiyələnməklə yanaşı, aydın və cəlbedici danışmağı bacarmalıyıq. İndi gözəl nitq qabiliyyətinə yiyələnməyi zaman özü tələb edir.
Apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafiq və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.Gözəl danışığa yiyələnmək həyatda qazanılır və bizim hər birimiz gözəl nitqə sahib ola bilərik. Bunun ücün dilimizi gözəl bilməli, zəngin söz ehtiyatına malik olmalı və ədəbi dilin normalarına yaxından bələd olmalıyıq. Bu işin öhtəsindən gəlmək ücün cox mütaliə etmək, radio və televiziyada gedən intellektual verilişlərə baxmaq, həmin verilişlərin iştirakcısına cevrilməyə calışmaq, fikir mübadilələrində fəallıq göstərmək, yazılı və şifahi şəkildə başqaları ilə əməkdaşlıq etmək lazımdır.
Nitq mədəniyyətinin əsas tələbləri bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, ifadəlilik və s. Aydınlıq- dinləyici və oxucunun nitqi asanlıqla başa düşməsi, yığcamlıq- fikrin qısa, aydın, lakonik şəkildə ifadəsi, təmizlik- ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidlərinin işlədilməməsi, düzgünlük- həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etmək, zənginlik- nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi və coxluğu, sadəlik- anlaşıqlı olmasıdır.Nitqin ifadəliliyi dedikdə isə üslub baxımından ən uğurlu dil vasitələrindən istifadə etmək bacarığı başa düşülür.Axtarışlarımız göstərdi ki, bu tələblərə əməl edən nitq sahibi gözəl nitq mədəniyyətinə malik olan şəxsdir.
Nitq mədəniyyəti
Sevinc Qəmbərova 1982-ci il dekabrın 18-də Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olub. 1990-2000-ci illərdə Xanlar (indiki Göygöl) şəhərinin 1 saylı orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr, 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında magistr dərəcəsi alıb. 2011-ci ildə Gəncə Dövlət Universitetində doktoranturaya qəbul olunub, 2015-ci ildə “Azərbaycan dilinin qərb şivələri və türk dilinin Qars şivələrinin leksikasının müqayisəli-linqvistik təhlili” mövzusunda dissertasiya işini tamamlayaraq təhvil verib. 20 iyun 2017-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın 25 may 2018-ci il tarixli (protokol №18) qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Sevinc Qəmbərova 2005-ci ildən 2014-cü ilə qədər Gəncə Dövlət Universitetinin Azərbaycan dilinin tədrisi kafedrasında laborant, 2014-cü ildən isə həmin kafedrada stajçı müəllim vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan dili kafedrasında müəllim yerinə seçilib. 2019-cu ilin iyun ayından həmin kafedranın baş müəllimi kimi çalışmaqdadır.
S.Qəmbərova 40-dan çox elmi məqalə və tezisin müəllifidir. Bir çox beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda məruzələr edib.
Ailəlidir, iki oğlu var.
“…Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır.O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmlətmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Ümimmilli Lider Heydər Əliyev
Dilimiz bizim ən böyük, ən dəyərli sərvətlərimizdəndir. Tarixin ən qədim qatlarından gələn mədəniyyətimiz, varlığımız bu dildə yaranmış mükəmməl xalq ədəbiyyatında, ən qaranlıq, çox vaxt kölgədə saxlanılan şanlı səhifələrimizdən gələrək milli kimliyimizi ifadə edən söz və ifadələr isə şivələrimizdə qorunub saxlanılmaqdadır.Biz də bu dili göz bəbəyimiz kimi qoruyaraq ən dəyərli bir miras kimi gələcək nəsillərə ərməğan etməliyik.Beşik başında analarımızın oxuduqları laylalarla iliklərimizə işləyib ruhumuza toxunan, süfrə arxasında böyüklərimizin öyüd və nəsihətləri ilə qanımıza, canımıza hopan bu dil bütün düşüncə və hissləri, bütün hadisə və yenilikləri dəqiqliklə incəliklərinə qədər ifadə edə bilmək qüdrətindədir.
Cəmiyyətin hər bir üzvünün öz ana dilində fikir və düşüncələrini səlis və aydın şəkildə ifadə edə bilmək ehtiyacı vardır. Bunun üçün ali təhsilli təbəqəyə mənsub olmaq mütləq deyildir. Yaşından, mövqeyindən, peşəsindən asılı olmayaraq, hər bir şəxs yaxşı nitq mədəniyyətinə yiyələnməyə çalışmalıdır. Belə ki, satıcısı qeyri-mədəni danışan mağazaya, sürücüsü kobudluq edən nəqliyyat vasitəsinə ikinci dəfə üz tutmaq istəmirik. Çünki, nitq insanın özününifadə şəklidir. Həzrəti Əli demişdir: “Hər bir kəs dilinin altında gizlənir”. Yəni insan danışarkən onun səviyyəsi də, mədəniyyəti də, tərbiyəsi də özünü onun nitqində göstərməkdədir.
Aparılan statistikalar da isbat etmişdir ki, yaxşı nitq qabiliyyətinə sahib olan insanlar həm iş, həm də şəxsi həyatlarında digərlərinə nisbətən daha uğurlu olurlar. Məlum olduğu kimi, bir neçə dil bilən insanların beyinləri bir dil bilən insanların beyinlərindən çox inkişaf etmiş olur, hadisələrə, problemlərə yanaşmaları da fərqli olur və rastlaşdıqları çətinliklərdən daha ağılla, məntiqlə çıxmağı bacarırlar. Amma unutmayaq ki, ikinci bir dili öyrənə bilməyin yolu da öz dilini yaxşı bilməkdən keçir. Dilinin səs sisteminə, qrammatikasına bələd olmayan bir yeniyetmə və ya gəncin ikinci bir dili öyrənməyi böyük bir çətinlik yarada bilər.
Hər bir şəxsdə yaxşı danışıq qabiliyyətinin formalaşdırılmasına ta kiçik yaşlarından başlanılmalıdır. Bu prosesdə əsas məsuliyyət ananın və eləcə də digər ailə üzvlərinin üzərinə düşür.Uşağa mümkün qədər çox zaman ayıraraq onunla birlikdə oyunlar oynayarkən, təmiz havada gəzərkən dialoqlar qurub yaxından ünsiyyət saxlamaq lazımdır. Hər bir yaş səviyyəsinə uyğun olaraq öyrədilən uşaq şeirləri də bu yöndə çox effektiv təsir göstərir. Belə ki, şeirlərin əzbərlənməsi ilə uşaqların beynində yaranan qəliblər onların düzgün cümlələr qurmasına, fikrini səlis ifadə edə bilməsinə kömək edir. Valideynlər, böyüklər tərəfindən danışılan, oxunulan nağılların da uşaqların diqqətinin, təxəyyülünün formalaşmasında çox böyük rolu vardır. Hələ ta qədim zamanlardan başlayaraq bir çox müdriklər də dönə-dönə qeyd etmişlər ki, uşağınızın böyüyəndə ağıllı olmağını istəyirsinizsə, ona kiçik yaşlarında çoxlu nağıl danışmalısınız. Buraya öz təcrübəmdən də bir şeyi əlavə edib xüsusi olaraq qeyd eləmək istəyirəm ki, bir nağılı uşağa bir dəfə danışıb keçməyin, əziz analar, eyni nağılı bir neçə dəfə danışıb onun buradakı motivləri yadda saxlamasına, obrazları beynində təsəvvür edə bilməsinə köməklik göstərin.
Kiçik yaşlarından uşaqlarınızın kitablarla dostluq etməsinə qayğıkeşliklə yanaşaraq xüsusi diqqət göstərin. Onlara başa salın ki, kitabları yazmaq, cırmaq, hara gəldi atmaq olmaz, onları göz bəbəyimiz kimi qorumalıyıq, çünki həyatda qazanmış olduğumuz hər bir şeydə kitablara borcluyuq. Kitablar bizim mənəviyyatımızı, şəxsiyyətimizi, arzu və xəyallarımızı ilmə-ilmə hörən, kərpic-kərpic tikənlərdir. Kiçik yaşlarından uşaqlarınız üçün kitabxana formalaşdırmağa başlayın. Bu onların gələcəyi üçün edə biləcəyiniz ən gərəkli, ən faydalı yatırımınız və ən düzgün seçiminizdir. Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri ilə, bütün dünya uşaqlarının tanıyıb sevdikləri nağıl, roman qəhrəmanları ilə yaxından tanış olmaqlarına çalışın. Hər bir yaş səviyyəsinə uyğun olaraq yazılan müxtəlif bədii ədəbiyyat nümunələrini mütaliə edərkən övladınız həm geniş dünyagörüşünə, həm rəngarəng, güclü təxəyyül gücünə və eyni zamanda da zəngin söz ehtiyatına sahib olacaqdır.
XX əsrin dilçiliyinin “atası” adlandırılan və dilçilik elminin tarixində ilk dəfə olaraq dil və nitq anlayışlarını bir-birindən fərqləndirərək hər birinin özünəxas bir çox xüsusiyyətlərini göstərən görkəmli İsveçrə alimi Ferdinand de Sössür riyazi dəqiqliklə göstərmişdir ki: “Dili möhtəşəm bir musiqi əsərinə bənzətsək, nitq bu əsəri ifa edən çalğı alətləri kimidir. Əgər ifa yaxşı deyilsə, demək ki nöqsanı alətlərdə axtarmalıyıq”. Yəni hər birimiz fərdi olaraq öz nitqimiz üzərində işləyib onu hər zaman inkişaf etdirməliyik. Yaxşı nitq qabiliyyətinə sahib olmanı müəyyən qədər xüsusi, fitri istedadla əlaqələndirənlər də az deyildir.Ancaq unutmayaq ki, qazanmış olduğumuz hər bir uğurda bir faiz istedadımıza, doxsan doqquz faiz isə zəhmətkeş və əməksevərliyimizə borcluyuq.Tarixə nəzər yetirəndə şahid oluruq ki, ən qüdrətli, ən böyük natiqlər əvvəldə qüsurlu, nöqsanlı nitqə sahib olan, kütlə qarşısında danışmağa çəkinən insanlar olmuşlar.Ancaq əzmlə çalışaraq özlərini inkişaq etdirmiş və natiqliyin zirvəsinə yüksəlmişlər. Bunu uğurlu idmançıların mütəmadi olaraq məşq edərək qələbə qazanmasına bənzətmək olar.
Mədəni nitqə bir çox tələblər verilir ki, biz öz nitqimizdə onlara əməl etməyə çalışmalıyıq. Biz bilməliyiik ki, nitqimizin aydınlığı üçün haqqında danışacağımız mövzuya dərindən bələd olmalıyıq, zənginliyi üçün çox mütaliə etməliyik, təmizliyi üçün yersiz alınmalardan və kobud sözlərdən istifadə etməməliyik, düzgünlüyü üçün sözlərin mənasını dəqiq öyrənib yerli-yerində istifadə etməliyik, sadəliyi üçün mürəkkəb cümlələrə üstünlük verib ümumişlək olmayan sözlərdən çox istifadə etməməliyik və s. Hər hansı bir auditoriya qarşısında da, gündəlik həyatda duyğu və düşüncələrimizi səmimi, özünəməxsus bir şəkildə sünilikdən, saxtakarlıqdan uzaq bir şəkildə ifadə eləməyə çalışmalıyıq. Bununla da öz kimliyimizi ən doğru bir şəkildə ifadə edə bilərək qəlblərə yol tapa bilərik. Hər biri dəyərli xəzinə olan atalar sözlərimizdən birində deyilir: “İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar”. Nitqimiz isə ağlımızın xarici təzahür formasıdır, özümüzü təqdimetmə vasitəsidir.Ona görə lap uşaqlıqdan başlayaraq ömürboyu nitqimizin inkişaf etdirilməsinə çalışaraq hər bir zaman bu yöndə faydalı addımlar atmalıyıq.
Prezident İlham Əliyev tərəfindən 9 aprel 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Prezidentin sərəncamı ilə artıq bütün qeyri-ixtisas fakültələr də “Nitq mədəniyyəti” fənni tədris olunmaqdadır. Çünki yaxşı nitq hər bir sahədən olan mütəxəssis üçün ən önəmli faktorlardan biridir.Dövlət Proqramının əsas vəzifələrindən biri də dil və nitq mədəniyyətinin yüksəldilməsidir.Bu istiqamətdə bir çox uğurlu işlərə imza atılmasına baxmayaraq, bu problem hələ də öz aktuallığını saxlamaqdadır.
Comments are closed, but trackbacks and pingbacks are open.