Niyə belə deyirik kitabı yüklə
Zərdüşt belə deyirdi
Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” PDF
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Əsər fövqəlinsan və əbədi təkrarlanma anlayışları üzərində qurulub.
Əsərin dili şeir ilə adi yazı arasındadır. Ümumilikdə şeir xüsusiyyəti üstünlük təşkil edir. Nitsşe bu əsərdə alman dilinə uymayan fərqli bir danışıq tərzi seçmiş, öz tərzini yaratmışdır. Əsərlərindəki dilin qeyri-müəyyənliyi Nitsşenin fikirlərinin yanlış şərhinə gətirib çıxarmış, onun tərəfdarı olmadığı, hətta qarşı çıxdığı fikirlərə yol açmışdır. Buna görə də, Nitsşe özünü vaxtından əvvəl gəlmiş filosof hesab edir, insanların onu 1 əsr sonra anlayacağını demişdir. Bu yazı tərzi onun fəlsəfəsi ilə əlaqədardır. Nitsşe üçün fəlsəfə ilə yaşayış iç-içədir. Nitsşenin filosofu bir fərd olaraq, bir yaradıcı olaraq, dəyişməyən hər dəyərə qarşı bir döyüşçü olaraq bütlərin qarşısındadır.Filosof bu günə qədər dəyişmədən qalan hər şeyi dəyişdirən, doğru olduğuna inanılanların yanlışlığını, yanlış olduğuna inanılanların doğruluğunu göstərən, dəyərlərin yazılı olduğu lövhələri qıran insandır.
Nitsşe “inanmağa” qarşı çıxır. Hətta öz düşüncələrini belə imtahan edən Nitsşeyə görə, inanmaq araşdırmadan qəbul etməkdir.
“Zərdüşt belə deyirdi” əsərində Nitsşe özünə təmsilçi olaraq Zətdüştü seçir. O, bu adı, qədim İran peyğəmbəri olan Zərdüştün şərəfinə seçmişdir. Lakin Nitsşenin Zərdüştü tarixi Zərdüştün tam əksidir. O, peyğəmbər kimi dini yaymır, əskinə, ona qarşı çıxır. Əsərdəki Zərdüştə görə, insan heyvanla fövqəlinsan arasındakı ipdir. İnsanların hədəfi fövqəlinsana çevrilmək olmalıdır və bunun üçün bütün keçmiş dəyərləri, adətləri məhv etməlidir. Zərdüştün fikrincə, insanların nə tanrıya, nə Zərdüştün özünə ehtiyacı yoxdur. Onlar qanunları özləri yaratmalı və özləri-özlərini mühakimə etməlidirlər.
Əsərdən parça:
” “Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu – bir sabah şəfəqlə birgə oyandı, üzünü günəşə tutub belə dedi:
“Ulu ulduz! əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasər mənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığından doyar, təngə gələr və bu yol səni bezdirərdi.
Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik. Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır, mənə sarı uzadılmış əllər.”
Fridrix Nitsşe
Zərdüşt belə deyirdi
Niyə belə deyirik kitabı yüklə
27 дек 2015
В группе 2 890 участников
NİYƏ BELƏ DEYİRİK? 4. İT DƏFTƏRİNDƏ ADI YOXDUR Hörməti olmayan, sayılmayan insan haqqında mənfi çalarla deyilən ifadədir. Adın dəftərə düşməsinin(yazılmasının) tarixi qədimdir. Hələ 13-cü əsrdə Monqol hakimlərinin göstərişi ilə istilaçılar əhalini siyahıya alırdılar. Məqsəd əhalidən toplanan vergini tənzimləmək idi. Vergi dəftərinə bütün işləmək qabiliyyəti olan kişilərin adı düşürdü. Qadınların, qocaların və uşaqların adı dəftərə düşmürdü. Odur ki, adın dəftərə düşməsi bir bəla hesab olunurdu, çünki həmin adamlar vergi verməli olurdular. Ad dəftəri tutmaq Azərbaycanda çar Rusiyası dövründə tətbiq olunurdu. Ə.Haqverdiyevin “Mütrüb dəftəri” hekayəsində qəhrəmanlardan biri deyirdi: “Camaat! Biz indiyə qədər dövlətin heç bir əmrindən boyun qaçırmamışıq. hamısını öz vaxtında vermişik. Amma indi bir dəftər gətirib veriblər mollaya. Deyirlər gərək cəmi kənddə anadan olan bütün uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına “Mütrüb dəftəri” deyirlər”. Beləliklə, adın dəftərə düşməsinə uğursuz bir hadisə kimi yanaşıldığından ad dəftəri danışıq dilində kəskin mənfi məna kəsb edərək it dəftəri şəkli almışdır. Adın bu dəftərə yazılması, düşməsi bədbəxtlikdirsə, oraya düşməməsi daha da dəhşətli bədbəxtlikdir: yəni nə qədər zəlil, zavallıdır ki, adı heç it (ad) dəftərində də yoxdur.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 30 июля 2018 в 13:19
Məni xatırlama, özgə ol, yad ol, Oyuncaq olmasın məktublar bari, Ömründə bircə yol alicənab ol, Yandır xatirəmi- o məktubları.  Orda ürəyimin harayı, ahı, Qəlbimin utancaq sevdası yatır. Orda vugarımın sınma günahı, Kövrək bir nəğmənin sədası yatır.  Dağılar şöhrətin dumanı, çəni, Udar bir ac balıq incitək səni. Yazdığım sətirlər ac toxum kimi, Bir gün göz yaşını içəcək sənin.  Məktublar içində nəyim nələrim… Alovlu sətirlər gizli qəm kimi, Yandır məktubları… xatirələrim Yansın, külə dönsün qoy Kərəm kimi.  Sənə ümid dolu dikilən gözlər, Yenə xatirədə donub qalandır. Əlim əsə- əsə yazdığım sözlər, O zaman düz idi, indi yalandır.  Həyatın özündə sınadım səni, Demə bahar idim, i
Турецко-русский онлайн-переводчик и словарь
Обновите, пожалуйста, страницу. Набранный текст и перевод не потеряются.
Обновить страницу
Не удалось открыть подборки
Переводчик не смог соединиться с базой данных браузера. Если ошибка повторяется из раза в раз, пожалуйста, напишите в поддержку. Обратите внимание, что подборки могут не работать в режиме инкогнито.
Чтобы подборки заработали, перезапустите браузер
Яндекс.Переводчик — мобильный и веб-сервис, который переводит с турецкого на русский как слова, фразы и связные тексты, так и целые веб-страницы. Перевод сопровождается примерами использования и транскрипцией, есть возможность услышать произношение слов. В режиме сайта сервис переводит всё текстовое содержимое страницы, адрес которой вы укажете. Знает не только Турецкий и Русский , но и ещё 100 языков.
- Мобильная версия
- Справка
- Популярные переводы
- Разработчикам
- Участие в исследованиях
- Пользовательское соглашение
- Переводите в Яндекс Браузере
Comments are closed, but trackbacks and pingbacks are open.