Press "Enter" to skip to content

Nizami gəncəvi qəzəlləri

Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:

Nizami Gəncəvinin qəsidələri

XII yü­zil ədə­biy­ya­tın­da mədh müx­tə­lif li­rik janr­la­rın baş­lı­ca möv­zu ob­yek­ti ol­sa da, əsas eti­ba­rı ilə qə­si­də­lər­də da­ha qa­ba­rıq ifa­də olun­muş­dur. Məd­hə əs­ri­nin par­laq zə­ka­sı, hu­ma­nist sə­nət­kar da­hi Ni­za­mi Gən­cə­vi də mü­ra­ci­ət et­miş­dir. Mə­lum­dur ki, da­hi şai­ri məhz sa­ray­da ol­ma­dı­ğı­na gö­rə, məd­hiy­yə qə­si­də­lə­rə az mü­ra­ciə­ti ba­xı­mın­dan əsr­lər uzu­nu çağ­da­şı ol­du­ğu şa­ir­lər­dən «ayır­mış­lar”. Ni­za­mi Gən­cə­vi­nin di­va­nın­da və „Xəm­sə”si bo­yu məd­hin ma­raq­lı ifa­də­si ilə rast­la­şı­rıq. Təd­qi­qat­çı­la­rın ək­sə­riy­yə­ti Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­dan bəhs edər­kən da­hi şai­rin mədh möv­zu­su­na bi­ga­nə ol­du­ğu­nu xü­su­si vur­ğu­la­mış­lar. Ni­za­mi­nin qə­si­də­lə­ri V.Fey­zul­la­za­də­nin, X.Yu­si­fo­vun, N.Aras­lı­nın və bu sə­tir­lə­rin mü­əl­li­fi­nin təd­qiq­lə­rin­də araş­dı­rıl­mış­dır. V.Fey­zul­la­za­də “Ni­za­mi­nin qə­si­də ya­ra­dı­cı­lı­ğı” ad­lı mə­qa­lə­sin­də onun dün­ya­gö­rü­şün­də az rol oy­na­ma­yan məd­hiy­yə­lə­rin təh­li­li­ni ver­miş­dir.

Mü­əl­lif, şai­rin ya­ra­dı­cı­lı­ğın­da cə­mi al­tı qə­si­də­nin möv­cud­lu­ğu­nu (üçü­nün əx­la­qi-di­dak­tik, bi­ri­nin fəx­riy­yə, di­gə­ri­nin məd­hiy­yə, baş­qa bi­ri­si­nin isə məş­hur „Qo­ca­lıq”qə­si­də­si) qeyd edir. Alim, haq­lı ola­raq, poe­ma­la­rın baş­lan­ğı­cın­da ve­ril­miş mi­na­cat, nət və məd­hiy­yə­lə­ri, sö­zün qüd­rə­ti və əzə­mə­ti haq­qın­da söy­lən­miş şe­ir par­ça­la­rı­nı da şai­rin qə­si­də ya­ra­dı­cı­lı­ğı­na aid et­mə­yin müm­kün­lü­yü­nü ya­zır. Poe­ma­lar­da­kı mədh­lə­rin qa­fi­yə sis­te­mi­nin məs­nə­vi şək­lin­də qə­lə­mə alın­dı­ğı­nı da gös­tə­rir .

Ni­za­mi Gən­cə­vi ya­ra­dı­cı­lı­ğın­da qə­si­də jan­rı­nın təd­qi­qi ilə bağ­lı X.Yu­si­fo­vun “Ni­za­mi­nin li­ri­ka­sı” ad­lı mo­noq­ra­fi­ya­sın­da ma­raq­lı fi­kir­lər irə­li sü­rül­müş­dür. Mü­əl­lif Ni­za­mi qə­si­də­lə­ri­nin ». möv­zu rən­ga­rəng­li­yi, ide­ya də­rin­li­yi və for­ma gö­zəl­li­yi ilə diq­qə­ti da­ha çox cəlb” et­mə­si­ni önə çə­kir [2, s.75-77]. Qə­si­də­nin ta­ri­xi­nə eks­kurs edən alim onu ədə­bi bir şə­kil ki­mi is­la­miy­yət­dən çox-çox əv­vəl ərəb şei­rin­də ya­ran­ma­sı­nı, son­ra­lar fars­dil­li poe­zi­ya­ya si­ra­yət edə­rək ge­niş şə­kil­də iş­lən­mə­si­ni ya­zır [2, s.75-77]. La­kin Ni­za­mi­nin Ca­han Pəh­lə­va­nın oğ­lu Əbu­bəkr Nüs­rə­təd­din ibn Mə­həm­məd Biş­ki­nə həsr et­di­yi qə­si­də­si­ni təh­li­lə cəlb edən X.Yu­si­fov onun «ta­ma­mi­lə sa­ray məd­hiy­yə­lə­ri ru­hun­da” ya­zıl­ma­sı­nı və „hə­qi­qət­lə heç bir əla­qə­si ol­ma­yan mü­ba­li­ğə­li tə­rif­lər­lə do­lu” ol­ma­sı­nı qeyd edir. O ya­zır: “. da­ha doğ­ru­su, Kə­bə­nin təs­vi­ri və şai­rin Həc­cə get­mək ar­zu­su­nu bil­di­rən gi­riş his­sə­si­ni çıx­maq şər­ti ilə qə­si­də bü­tün­lük­lə mü­ba­li­ğə­li tə­rif­lər yığ­na­ğın­dan iba­rət­dir” [2, s.75-77]. Mü­əl­lif da­ha son­ra qeyd edir ki, „Ni­za­mi məd­hiy­yə ənə­nə­lə­ri­nə sa­diq qa­la­raq mədh et­di­yi pad­şa­hı dün­ya mül­kü­nün sa­hi­bi, sə­xa­vət­də, şü­ca­ət­də, əda­lət­də ta­yı-bə­ra­bə­ri ol­ma­yan bir hökm­dar ki­mi təq­dim edir. Bu qə­si­də, cə­sa­rət­lə de­mək la­zım­dır ki, Ni­za­mi­nin özü­nün dö­nə-dö­nə tən­qid et­di­yi… heç bir mə­na və məz­mu­nu ol­ma­yan, an­caq dəb­də­bə­li tə­rif­lər yı­ğı­nın­dan iba­rət sa­ray şei­ri nü­mu­nə­si­dir” [2, s.76]. Ali­min Ni­za­mi­nin qə­si­də­si­nə mü­na­si­bə­ti tə­əc­cüb do­ğu­rur. Məd­hiy­yə­nin şa­ir üçün “al­çal­dı­cı” ol­du­ğu­nu zənn edən mü­əl­lif fik­ri­ni bu şə­kil­də da­vam et­di­rir: „Məd­hiy­yə­lər­də hə­qi­qə­tə ya­xın heç bir şey yox­dur, hət­ta mü­əy­yən ta­ri­xi ha­di­sə­lər­lə əla­qə­dar de­yil­miş məd­hiy­yə­lər­də be­lə re­al ciz­gi­lər yox də­rə­cə­sin­də­dir… Məd­hiy­yə­lər­də ca­hil, za­lım, qor­xaq, qan­tö­kən hökm­dar­lar mis­li-bə­ra­bə­ri ol­ma­yan alim, qəh­rə­man, adil, rə­iy­yə­tin qey­di­nə qa­lan şəxs ki­mi tə­rən­nüm olu­nur, ki­çik bir əra­zi­nin sa­hi­bi bü­tün dün­ya­nın hökm­da­rı ki­mi qə­lə­mə ve­ri­lir. Şa­ir­lər mədh et­dik­lə­ri şəx­si tə­rif­lə­mək üçün heç bir ya­lan­dan… çə­kin­mir­di­lər. Ay­rı-ay­rı sa­ray şa­ir­lə­ri­ni fərq­lən­di­rən məhz on­la­rın qə­si­də­lə­ri­nin gi­riş his­sə­lə­ri­dir. Ru­də­ki­nin, Ün­sü­ri­nin, Əsə­di­nin, Xa­qa­ni­nin, Fə­lə­ki­nin məd­hiy­yə­lə­ri bu­na mi­sal ola bi­lər. Məd­hiy­yə­lə­rin qa­lan his­sə­lə­rin­də isə şa­ir­lər ümu­mi sa­bit ənə­nə əsa­sın­da bir-bir­lə­ri­ni tək­rar et­miş­lər. Be­lə ki, hə­lə Sa­ma­ni­lər döv­rü­nün məd­hiy­yə­lə­rin­də möv­cud olan ide­al hökm­dar su­rə­ti son­ra­kı döv­rün məd­hiy­yə­lə­rin­də də ey­ni­lə qa­lır” .
Fik­ri­miz­cə, məd­hiy­yə­lə­rə bu gün bi­zim üçün nə qə­dər əhə­miy­yət­li ol­ma­sı ba­xı­mın­dan de­yil, döv­rü üçün han­sı də­yə­ri da­şı­ma­sı yö­nü­mün­dən ya­na­şıl­ma­lı­dır. Bu ba­xım­dan da X.Yu­si­fo­vun Ni­za­mi Gən­cə­vi­nin Nüs­rə­təd­din Əbu­bəkr ibn Mə­həm­mə­də it­haf et­di­yi qə­si­də haq­qın­da söy­lə­dik­lə­ri də şai­rin sə­nə­ti­nə, mü­əl­li­fin öz söz­lə­ri ilə de­sək, “if­rat mü­ba­li­ğə”li müa­sir ba­xı­şın tə­za­hü­rü ki­mi an­la­şı­lır. Be­lə ki, təd­qi­qat­çı ya­zır: »… bu qə­si­də Ni­za­mi­nin dö­nə-dö­nə tən­qid et­di­yi, Ən­və­ri­nin ba­til şe­ir ad­lan­dır­dı­ğı mə­na­sız və məz­mun­suz sa­ray şei­ri nü­mu­nə­si­dir” [2, s.76]. Ali­min «mə­na­sız və məz­mun­suz sa­ray şei­ri” ad­lan­dır­dı­ğı qə­si­də­yə diq­qət ye­ti­rək: 34 beyt­lik qə­si­də­də bö­yük sə­nət­kar nə­sib his­sə­ni Kə­bə­nin təs­vi­ri­nə həsr et­miş və ora get­mək ar­zu­sun­da ol­du­ğu­nu bil­dir­miş­dir. Ye­ri gəl­miş­kən, şai­rin Kə­bə­yə zi­ya­rə­tə get­mək ar­zu­su onun hə­lə 30 yaş­la­rın­da ikən qə­lə­mə al­dı­ğı baş­qa bir qə­si­də­sin­də də ifa­də olun­muş­dur:

چند گویی کعبه را کاینک به خد مت برسم
چون نخواندندت هنوز از دور خدمت برسان

(Nə qədər Kəbəyə deyəcəksən ki, indicə xidmətinə çataram
Hələ ki çağırmamışlar, uzaqdan xidmətini çatdır).

Nüs­rə­təd­din Əbu­bə­kr Mə­həm­mə­də həsr edil­miş qə­si­də­də 21 beyt mədh xa­rak­ter­li­dir. Düz­dür, da­hi sə­nət­kar məm­du­hu mü­ba­li­ğə ilə vəsf edir. Mə­gər şe­ir­də mü­ba­li­ğə iş­lət­mək gü­­nah­­dır­­mı­­? Şa­ir­lər hət­ta vəsf et­dik­lə­ri gö­zə­li be­lə mü­ba­li­ğə ilə təs­vir edir, „qa­şı­nı aya, göz­lə­ri­ni ba­da­ma, nər­gi­zə, saç­la­rı­nı ila­na və s.” bən­zə­dir­lər ki, şe­ir tex­ni­ka­sı ba­xı­mın­dan bu­ra­da qey­ri-adi, tə­əc­cü­bə sə­bəb ola bi­lə­cək bir şey yox­dur. Mə­gər bun­dan şei­rin bə­dii­li­yi əs­­ki­­lir­­mi­­? Ək­si­nə… Ni­za­mi Gən­cə­vi də tə­rif ob­yek­ti seç­di­yi ha­ki­mi “aləm mül­kü­nün sa­hi­bi”, „zə­fə­rə ha­kim as­lan”, “dö­yüş mey­da­nı­nın gü­nə­şi”, „təx­tü-tac sa­hi­bi”, “ta­ci­dar­la­rın və şəh­ri­yar­la­rın baş­çı­sı”, „İs­kən­dər ilə həm­rüt­bə” və s. ad­lan­dı­rır. Bir da­ha qeyd et­mə­yi va­cib sa­yı­rıq ki, bu­ra­da Ni­za­mi­yə “ki­çik­lik” gə­ti­rən, qey­ri-adi bir si­tua­si­ya nə­zə­rə çarp­mır, qə­si­də­nin tə­ləb et­di­yi klas­sik möv­zu çər­çi­və­sin­də bu ki­mi mü­ba­li­ğə­li ifa­də­lər məq­bul sa­yıl­mış­dır. B.Y.Şid­far da vax­ti­lə bu mə­sə­lə­yə diq­qət yö­nəlt­miş­di. Təd­qi­qat­çı bu şe­ir­lər­də məz­mun­dan do­ğan „şab­lon ifa­də­lə­rin özü­nə yer al­dı­ğı­nı” vur­ğu­la­ya­raq, məd­hiy­yə­lə­rin “ti­pik lek­sik qu­ru­lu­şa” ma­lik ol­du­ğu­nu gös­tər­miş­dir. Ali­min fik­rin­cə, şa­hı tut­du­ğu yük­sək möv­qe­yə gö­rə gü­nəş­lə, qüd­rət və əzə­mə­ti­nə gö­rə oke­an­la, sə­xa­və­ti­nə gö­rə ya­ğış­la və s. mü­qa­yi­sə et­mək ənə­nə­vi­lik­dən irə­li gə­lir [5, s.182]. Bu sə­bəb­dən də X.Yu­si­fo­vun „Əbu­bəkr Nüs­rə­təd­din heç vaxt la­yiq ol­ma­dı­ğı lə­ya­qət­lə­ri, gös­tər­mə­dik­lə­ri hə­rə­kət­lə­ri­nə gö­rə mədh olu­nur” [2, s.116] fik­ri tə­əc­cüb do­ğu­rur. Ni­za­mi Gən­cə­vi özü­nə­məx­sus bir şə­kil­də epik əsər­lə­rin­də təb­liğ et­di­yi əda­lət­li şah, ha­ki­miy­yət–rə­iy­yət prob­le­mi­nə bu qə­si­də­də də to­xun­muş­dur:

Sənin himayənlə ədalətin qolu güclənmiş,
Sənin köməyin nəticəsində zülmün vücudu arıqlamışdır.

Adıçəkilən qəsidədə aşağıdakı beytlər də, fikrimizcə, maraq doğurur:

Bundan qabaq da şahın ayağına çoxlu inci səpdim,
Ardınca o tərəzidə nə daş göründü, nə qızıl.

Şa­ir qə­si­də­lə­ri­ni “in­ci” ad­lan­dı­rır. Əli­mi­zə Ni­za­mi Gən­cə­vi­nin hə­min məm­du­ha həsr et­di­yi bir qə­si­də çat­sa da, şa­ir özü məm­du­hu­na „çox­lu in­ci” (qə­si­də) yaz­dı­ğı­nı xü­su­si ola­raq diq­qə­tə çat­dı­rır. O, hə­min “in­ci”lə­ri ya­za­raq „şa­hın aya­ğı­na” (ün­va­nı­na) “səp­miş” (yol­la­mış), la­kin əvə­zin­də məm­duh­dan heç bir mü­ka­fat al­ma­mış­dır. Bu­nu qə­si­də­də­ki „ar­dın­ca o tə­rə­zi­də nə daş gö­rün­dü, nə qı­zıl” mis­ra­sı da təs­diq­lə­yir. Qə­si­də­nin növ­bə­ti mis­ra­la­rın­dan bi­rin­də şa­ir ar­tıq bu qə­si­də­si­nin şah tə­rə­fin­dən qə­bul olu­na­raq mü­ka­fat­lan­dı­rıl­ma­sı­nı ar­zu­la­yır:

Səndən istəyirəm ki, Nizaminin bu bəxşişi rədd edilməsin.

Mə­lum bir hə­qi­qət­dir ki, Ni­za­mi Gən­cə­vi­nin ya­şa­yıb-ya­rat­dı­ğı dövr­də əsər ha­kim tə­rə­fin­dən qə­bul edil­dik­də, mü­əl­lif çox qiy­mət­li hə­diy­yə­lə­rə – at, qı­zıl, kənd, kə­niz və s. – la­yiq gö­rü­lür­dü. Ni­za­mi özü də şah­lar tə­rə­fin­dən hə­min hə­diy­yə­lər­lə də­fə­lər­lə mü­ka­fat­lan­dı­rıl­mış­dı və fik­ri­miz­cə, şai­rin El­də­niz­lər sü­la­lə­si­nin IV hökm­da­rı Əbu­bəkr ibn Mə­həm­mə­də xü­su­si rəğ­bə­ti və hör­mə­ti ol­du­ğun­dan “İs­kən­dər­na­mə” məs­nə­vi­si­ni də 1200-cü il­də ta­mam­la­ya­raq ona it­haf et­miş­dir. Ta­ri­xi mən­bə­lər də bu hökm­da­rın döv­rün­də əmin-aman­lı­ğın ol­du­ğu­nu təs­diq­lə­yir [6]. Hə­min qə­si­də­yə fi­kir yö­nəl­dən V.Fey­zul­la­za­də »… çox ori­ji­nal, la­kin şi­şir­dil­miş tə­rif­lər­lə məm­du­hu­nu göy­lə­rə” qal­dır­dı­ğı­nı vur­ğu­la­yır, «la­kin məd­hiy­yə­nin mü­ba­li­ğə­lə­ri içə­ri­sin­də də şa­ir əda­lət, əmin-aman­lıq, sə­xa­vət, şah və rə­iy­yət mə­sə­lə­lə­ri­nə” to­xu­nul­du­ğu­nu nə­zə­rə çat­dı­rır.
Ni­za­mi di­va­nın­da məm­du­hu mü­əy­yən olun­ma­yan, ay­rı-ay­rı təd­qi­qat­çı­lar tə­rə­fin­dən şər­ti şə­kil­də „məd­hiy­yə” ad­lan­dı­rı­lan qə­si­də­yə diq­qət ye­ti­rək: hə­yat, ya­ra­nış, döv­ran haq­qın­da fi­kir­lər­lə zən­gin olan nə­sib şai­rin bu ümum­bə­şə­ri məf­hum­lar­la bağ­lı dü­şün­cə­lə­ri­ni əks et­di­rir. Qə­si­də­nin mədh his­sə­si isə adi, ənə­nə­vi möv­zu­dan fərq­li ola­raq di­dak­tik sə­ciy­yə da­şı­yır. Bu his­sə­ni məd­hiy­yə de­yil, “nə­si­hət­na­mə” ad­lan­dır­saq, da­ha mən­tiq­li olardı. Məm­duh mə­lum ol­ma­sa da, o, qə­si­də­də „ta­mah­kar”, “mül­kü məz­lum­la­rın qa­nı­nı iç­mək­dən da­ğıl­maq­da” olan bir şəxs ki­mi təq­dim olu­nur. Şa­ir ya­ra­dı­cı­lı­ğı bo­yu irə­li sür­dü­yü əda­lət­li ha­kim ide­ya­sı­nı bu qə­si­də­də də önə çə­kir:

Darğa insaflı olsa, əmir məqamına çatar,
Əmir ədalətli olsa, ölkənin şahı olar.
Hamıya əl tut ki, hamı da sənə yar (dost) olsun.
Əgər bütün dostları öldürsən, kim sənə kömək olar?
Sənə qoşun lazımsa, çörək ver, bax ki, zəif qarışqa
Çörəklə yürüyəndə qoşun sahibi olur.
Qansoran qurd (zəli) olma ki, ömrün gödək olsun.
Kim ki çox yeyən olsa, yaşayan olmaz.
Badam qurdu (barama) ol, hər nə yesən, geri qaytar.
Çalış ki, ehtirasını gənclikdə qırasan.
Çünki ilan uzun ömür sürsə, əjdahaya çevrilər.
Sənin mülkün məzlumların qanını içməkdən dağılmaqdadır…

»Qu­ra­ni-Kə­rim”də də ad­la­rı çə­ki­lən bir sı­ra şəx­siy­yət­lə­ri xa­tır­la­yan şa­ir məm­du­hu­nu Xı­zır (ə), Mu­sa (ə), İb­ra­him (ə), İsa (ə), Da­vud (ə) pey­ğəm­bər­lər ki­mi xe­yir­xah iş gör­mə­yə, is­la­mın ikin­ci xə­li­fə­si Ömər bin Xət­tab ki­mi əda­lət­li ol­ma­ğa səs­lə­yir. Şa­ir fi­kir­lə­ri­ni da­vam et­di­rə­rək ya­zır:

Sən ki, yola çıxmaq (ölmək) qeydindəsən, anbara dən at,
Çünki hər ot bir salxımdan (sünbüldən) varlanar.
Vay o gündən ki, məzlumların çəkhaçəkində (üsyanında)
Başındakı hər tükün ucu bir xəncər ucuna çevrilə.
İki aləmdə heç kəs səninlə ikiüzlülük etməz,
Qoy öz insafın sənin əməlinə münsif olsun.
Bəhmənin qolunu ikiyə bölən bir əjdaha
Heydərin qoluyla ikiyə bölünər.

Qi­ya­mət gü­nü­nü məm­du­hun ya­dı­na sa­lan şa­ir onu töv­bə­yə də­vət edir, əda­lət­li iş­lər gör­mə­yə təş­viq edir, elə xe­yir­xah iş­lər gör­mə­yə səs­lə­yir ki, «axi­rət yo­lu­nun azu­qə­si ol­sun”. „Bəh­mən əsa­ti­ri Şərq qəh­rə­man­la­rın­dan bi­ri­nin adı­dır… Əf­sa­nə­yə gö­rə, əj­daha ilə dö­yüş­də bir qo­lu­nu itir­miş­dir. Di­ni rə­va­yət­lər­də de­yi­lir ki, hə­mən əj­daha Hey­də­rin, yə­ni Əli ibn Əbi­ta­li­bin qı­lın­cı ilə iki­yə bö­lün­müş­dür. Şa­ir bu əh­va­la­ta mü­ra­ci­ət­lə gös­tər­mək is­tə­miş­dir ki, hə­yat­da heç bir zülm, pis əməl cə­za­sız qal­mır, hər kəs öz işi­nin cə­za­sı­nı və mü­ka­fa­tı­nı al­ma­lı­dır” .
Ni­za­mi Gən­cə­vi­nin qə­si­də­lə­ri sı­ra­sın­da şər­ti ola­raq “Qo­ca­lıq” ad­lan­dı­rı­lan şe­ir­də şa­ir fi­zi­ki gör­kə­mi­nin də­yiş­di­yi­ni – be­li­nin, qəd­di­nin bü­kül­dü­yü­nü, tər müşk ki­mi saç­la­rı­nın ağar­dı­ğı­nı, ağ­zın­da­kı iki sı­ra in­ci diş­lə­ri­nin „fə­lə­yin cə­fa­sı ilə” tö­kül­dü­yü­nü, gü­nü­nün so­na çat­dı­ğı­nı, göz­lə­ri­nin su­la­na­raq ax­dı­ğı­nı, zə­if­lik­dən köl­gə ha­lı­na düş­dü­yü­nü, qol-qa­na­dı­nın “sın­dı­rıl­dı­ğı­nı” və s. qə­lə­mə alır. Qə­si­də­dən bir par­ça­ya diq­qət ye­ti­rək:

Cavanlıq dövrü şimşək kimi gözümdən itdiyi üçün
Həsrət gözümdən bulud kimi su (göz yaşı) çiləyirəm.
Mənim gəncliyimin nəğdi yolda düşüb (itmişdir).
Ona görə də belimi əyib ayağımın altına baxıram.
Ruzi (güzəran) ardınca yıxılıb qalxa-qalxa ki, yola çıxmışam,
Ağıl gözü ilə baxsan, dən daşıyan qarışqayam.
Qədir-qiymətimi qırmaq üçün hadisələrin daşı ilə
Bədgövhər fələk sərrafı gövhərimi qırdı.
Mənim ki, qəlbim mərifət nuru ilə işıqlanmış,
Halqaya dönmüş qəddimlə Ayın haləsiyəm.
Zəmanənin bağında varlıq ağacını yıxmaq üçün
Əyilmiş fələk ayağıma hey balta vurur…

Əv­vəl­dən axı­ra­dək qo­ca­lıq ilə ca­van­lı­ğın mü­qa­yi­sə­si əsa­sın­da qu­ru­lan bu şe­ir­də şa­ir hə­yat, onun mə­na­sı, ya­şa­maq uğ­run­da çar­pış­ma ki­mi fi­kir­lə­ri­ni ifa­də et­miş­dir. Bu şe­ir in­san hə­ya­tı­nın qü­rub ça­ğın­da­kı hiss və duy­ğu­la­rı­nın ifa­də­si­dir. Ni­za­mi­nin di­va­nın­da şər­ti ola­raq dör­dün­cü yer­də du­ran qə­si­də şai­rin ic­ti­mai-fəl­sə­fi fi­kir­lə­ri­ni bə­yan et­mək ba­xı­mın­dan əhə­miy­yət­li gö­rü­nür. Hökm­dar–cə­miy­yət, mü­hit-fərd, ağıl, elm, din, za­man ki­mi mə­sə­lə­lə­rə bu qə­si­də­də ca­vab ax­ta­rı­lır. Şai­rin bu qə­si­də­si 61 beyt­dən iba­rət­dir. Təd­qi­qat­çı­la­rın gəl­di­yi nə­ti­cə­yə gö­rə, bu şe­ir da­hi şai­rin hə­lə „Sir­lər xə­zi­nə­si” məs­nə­vi­sin­dən də ön­cə qə­lə­mə alın­mış­dır. Bu fik­ri şai­rin qə­si­də­də ifa­də et­di­yi aşa­ğı­da­kı beyt də təs­diq­lə­yir:

Ömründən otuz il keçdi, ey Nizami, dur, bir guşəyə çəkil,
Mən nəsihət etmişəm, qalanını sən bilərsən! Bax ha! [4, s.30]

Qəsidənin mətləsi:

Həm zəng çalındı, həm karvan hərəkətə gəldi,
Bu dü­şər­gə­dən can mül­kü­nün evi­nə sa­rı köç!

– ça­ğı­rı­şı ilə baş­la­nır. Qə­si­də zə­ma­nə­sin­də­ki haq­sız­lıq­la­rı əks et­dir­mək ba­xı­mın­dan ma­raq­lı­dır. Mət­lə beyt­də ifa­də olu­nan “zəng” şai­rin fik­rin­cə, zə­ma­nə­sin­də ya­şa­yan in­san­la­rın na­lə­si­dir. Ni­za­mi nəf­si boğ­ma­ğı, dün­ya­dan kön­lü çək­mə­yi, tə­kəb­bü­rü at­ma­ğı töv­si­yə edir. „Döv­lə­ti dün­ya­dan de­yil, din­dən ax­tar­ma­ğın” üs­tün­lü­yü­nü önə çə­kən şa­ir “bə­növ­şə­də Yu­sif ət­ri, ər­ğə­van­da onun köy­nə­yi­nin” ol­ma­dı­ğı­nı, „şəh­və­ti azal­da­raq di­ni ar­tır­ma­ğın” müm­kün­lü­yü­nü vur­ğu­la­yır. “Hik­mət yo­lu ilə yü­rü”mə­yin fə­zi­lə­ti­ni gös­tə­rən sə­nət­kar, bu­nun­la „qai­ba­nə sir­lə­ri bil­mə­yin” asan ol­du­ğu­nu nə­zə­rə çat­dı­rır. Qə­si­də­dən nü­mu­nə­yə diq­qət ye­ti­rək:

Əgər Qurana əl vursan, bu qrandan (hadisədən) asudə olar­san.
Quran beşiyini axtar ki, axır-zaman Mehdisi gəldi.
Hər nəyi ki, Quranla düzəltməmisən, onu biləyindən silkələ,
Hər nəyin ki büsatı (bünövrəsi) imandan deyil, astanandan kənar et.
Bu dünyada hər şey “Allahın dediyi” ilə quruldu.
Atını „Allahın peyğəmbərinin dedikləri” sayəsində çap…

Şa­ir aləm­də nə var­sa, Al­la­hın əm­ri, ira­də­si ilə ya­ran­dı­ğı­na işa­rə edə­rək, bü­tün iş­lə­ri, əx­la­qi nor­ma­la­rı Al­la­hın pey­ğəm­bə­ri­nin de­dik­lə­ri­nə uy­ğun­laş­dır­ma­ğın va­cib ol­du­ğu­nu söy­lə­yir. Bü­tün in­san­la­rın xa­siy­yət­cə ey­ni ol­ma­dı­ğı­na işa­rə edən sə­nət­kar in­san­la­rı düz­lü­yə, xe­yir­xah­lı­ğa səs­lə­yir:

İnsanla insan arasında çox fərq vardır.
Çünki bir dəmirdən nal qayırırlar, digərindən süngü.
Qara olmaqda hindunun bir nəsəbi (adı) vardır, lakin
Bir hindunu oğru görərsən, digərini keşikçi.

Ni­za­mi qə­si­də­ni əda­lə­tin hər şey­dən üs­tün ol­ma­sı ide­ya­sı ilə da­vam et­di­rir, “in­sa­nın uca­lı­ğı­nın, şə­rə­fi­nin qı­zıl­la ol­ma­yıb”, əməl­lə­ri ilə qiy­mət­lən­di­ril­di­yi­ni qeyd edir. O, ey­ni za­man­da „zülm­kar­lıq­dan əl çək­mə­yi, al­çaq­lıq et­mə­mə­yi” əsas sa­yır:

Ağıllısansa, heç kəsin çörəyini alma, heç kəsin suyunu apar­ma ki,
Mələk səni şeytanlardan cizyə alan adlandırmasın.
Bilirsənmi, su ilə çörək axırda Hüseynlə Adəmə nə etdi?
Bir ovuc su ilə çörək üçün hər ayağın torpağı olma!

Yu­xa­rı­da­kı beyt­lər­də “şa­ir in­san­la­rı əsas ya­şa­yış va­si­tə­si olan su və çö­rək üçün al­çal­maq­dan çə­kin­di­rir və məş­hur di­ni rə­va­yət­lə­rə işa­rə edir ki, çö­rək (buğ­da) ye­mək üs­tün­də Adəm (ə) be­hişt­dən kə­nar­laş­dı­rıl­mış və ya Hü­sey­ni yay za­ma­nı mü­ha­ri­bə mey­da­nın­da su­suz qo­yub, axır­da qət­lə ye­tir­miş­lər”. Su­yu da, çö­rə­yi də öz zəh­mə­ti ilə qa­zan­ma­ğı in­san­la­ra töv­si­yə edən şair ya­zır:

Tamamilə şərbət olsa da, kimsənin arxından su içmə,
Başdan-başa təsbih (dua) olsa da, kimsənin çörəyinin naxışını oxuma!
Hümmət aslanı ol, öz əlinin qazancından başqa şey yemə,
Qoy sənin ovuna çölün heyvanları qonaq olsun!

»Yəzd­gür­dün pa­pa­ğın­da xər­mən-xər­mən ti­ka­nın bit­di­yi­ni, Ənu­şi­rə­va­nın ba­şın­da ətək-ətək tor­paq ol­du­ğu­nu”, bu dün­ya­nın fa­ni­li­yi­ni” xa­tır­la­dan sə­nət­kar o cür cah-cə­lal­lı pad­şah­la­rın in­di­ki aqi­bə­ti­ni ya­da sa­la­raq «ba­lıq ki­mi cöv­şən, tıs­ba­ğa ki­mi döş­lük” gey­mə­yin ha­di­sə­lə­rin „bu­rul­ğa­nın­da” kö­mə­yə yet­mə­yə­cə­yi­nə işa­rə edir. Zə­ma­nə­sin­də is­te­dad­la­rın qiy­mət­lən­di­ril­mə­mə­si­nə fi­kir yö­nəl­dir:

Mənim kimi göz işığı (oğul) qarşısında zəmanənin gözü kor­dur,
Zəmanənin gözünün korluğundan mən özüm şadam.
Fəzli (idrakı) inkar edənlərin gözünə ağ gəlsin! .
Nə qədər ki bu torpaqdayam, susuzluğa qənaət etmişəm,
Göz yaşımda yuyunub, ağız suyumdan şərbət içirəm.

Şairin divanında toplanmış ictimai motivli qəsidələrdən biri də:

Könül çırağı gecəni işıqlandırır, ağıl gözü işıqlı
Be­lə göz və çı­raq­la giz­li xə­zi­nə ax­tar­maq da­ha yax­şı­dır.

mət­lə­si ilə baş­la­nır. Elə mət­lə beyt­dən şai­rin in­san­la­rı “giz­li xə­zi­nə” ax­tar­ma­ğa ça­ğı­rı­şı­nın şa­hi­di olu­ruq. Qə­si­də­nin son­ra­kı beyt­lə­rin­dən mə­lum olur ki, „bu giz­li xə­zi­nə­nin əsa­sı­na” çat­maq üçün “bə­dən til­si­mi­ni qırmaq” la­zım­dır. Şa­ir üs­tü­ör­tü­lü şə­kil­də nə­yə ey­ham vu­ru­r? Qə­si­də­nin son­ra­kı his­sə­lə­rin­də bu sua­la ca­vab ta­pı­rıq: əsl xə­zi­nə olan hə­yat hə­qi­qət­lə­ri­ni an­la­yıb var-döv­lət hə­ri­si ol­ma­ma­ğa ça­lış­maq la­zım­dır. İn­san „fır­la­nan do­lab­da” – dün­ya­da elə ya­şa­ma­lı­dır ki, “öm­rü­nün an­la­rı­na pe­şman­lıq en­mə­sin”.
Şai­rin qə­si­də­lə­rin­dən bi­ri də fəx­riy­yə­dir. „Mə­na­la­rın fə­zi­lə­ti ilə fəzl-hü­nər şah­la­rı­nın şa­hı”, “gö­yün fər­ma­nı ilə ye­ri və za­ma­nı tu­tan”, „qə­lə­mi dün­ya­nın fa­te­hi” olan şa­ir “in­cə ya­zı­la­rı” ilə məş­hur xət­tat İbn Müq­lə­ni, „na­dir mü­əm­ma­la­rı” ilə ərəb şai­ri İbn Ha­ni­ni “çaş-baş” qoy­du­ğu­nu ya­zır. Yaz­dıq­la­rı­nın ya­nın­da „Zə­bur”, “Zənd” oxu­yan şəxs­lə­rin sus­du­ğu­nu, „xal­qın ürə­yi­nin” hə­min şe­ir­lər­dən “tə­zə­lən­di­yi­ni” xü­su­si nə­zə­rə çarp­dı­rır. Axı­ra­dək öz şe­ir­lə­ri­ni öyən şa­ir qə­si­də­nin so­nun­da:

Bu qədər tərifdən sonra utanıram, xəcalətli və peşmanam,
Çünki özünü öymək içiboşluq əlamətidir.

– de­yə fi­kir yü­rü­dür. Bu da şai­rin tə­va­zö­kar­lı­ğın­dan irə­li gəl­miş­dir. N.Aras­lı da­hi şai­rin haq­qın­da söh­bət aç­dı­ğı­mız bu qə­si­də­si­nə diq­qət ye­ti­rə­rək ya­zır: „Şai­rin məş­hur fəx­riy­yə­si­ni gö­tü­rək. Fəx­riy­yə şei­ri­nin bü­tün sə­nət­kar­lıq xü­su­siy­yət­lə­rin­dən ba­ca­rıq­la fay­da­la­nan bö­yük sə­nət­kar bu­ra­da bir sı­ra bə­dii ta­pın­tı­la­rı ilə də oxu­cu­nun diq­qə­ti­ni cəlb edir. Bu da, hər şey­dən əv­vəl, qə­si­də­nin ori­ji­nal struk­tu­ru, di­na­miz­mi, sə­nət­kar­lıq­la ya­ra­dı­lan tə­zad­lı dü­şün­cə­lə­rin ey­ni məq­səd ət­ra­fın­da us­ta­lıq­la bir­ləş­di­ril­mə­si və mə­na bü­töv­lü­yün­də nə­zə­rə çar­pır. Şe­ir tə­sir­li mü­ba­li­ğə, mə­na­lı təş­bih və baş­qa mə­caz­la­rı ilə elə ilk beyt­dən oxu­cu­nu sehr­lə­yə bi­lir. Bu əsər­də ey­ni za­man­da möh­kəm bir vəh­dət, poe­tik bağ­lı­lıq, baş­lan­ğıc mis­ra­dan tut­muş son bey­tə qə­dər hər iki his­sə­də qa­ba­rıq du­yu­lan fi­kir tam­lı­ğı, mə­na ar­dı­cıl­lı­ğı möv­cud­dur.

Misranın dəqiq tərcüməsi belədir: Ağıllısansa, heç kəsin çörəyini alma, öz (üzünün) suyunu tökmə.

Nizami gəncəvi qəzəlləri

Yaxşı iş də görsən, pis iş də inan,
Unutmaz onları bu qoca dövran.

NİZAMİ GƏNCƏVİ

Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.

NİZAMİ GƏNCƏVİ

Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.

NİZAMİ GƏNCƏVİ

Poladdan dağ olsa yenə də inan,
Vurub parça-parça dağıdar insan.

NİZAMİ GƏNCƏVİ

Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.

NİZAMİ GƏNCƏVİ

El gözündə Nizami ucalıbdır düzlükdən.
İlhamına, qəlbinə güc alıbdır düzlükdən.

NİZAMİ GƏNCƏVİ

Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yandan qapı açar üzünə.

NİZAMİ GƏNCƏVİ

Boş durma, yaz, alışdır gözəl xəttə qələmi,
Yazmasan da, götürüb barı, qəddə qələmi.

NİZAMİ GƏNCƏVİ

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.

NİZAMİ GƏNCƏVİ

Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.

NİZAMİ GƏNCƏVİ

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
ədalət səadətlə abad eylər ölkəni.

NİZAMİ GƏNCƏVİ

Varkən sağlıq əldə, cavanlıq qəlbdə,
Sənindir hər murad, hər xoş əməl də.

NİZAMİ GƏNCƏVİ

Ülviyyət timsalı tək ucalmağa çalış sən,
Ülviyyət göylərindən öc almağa çalış sən.

NİZAMİ GƏNCƏVİ

Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan.

NİZAMİ GƏNCƏVİ

Gəncəm – Babilim mənim Harutu yandırmada,
Ən uzaq ulduzu da zöhrəm nurlandırmada.
Keçir öz ölkəmdə mənim hər günüm,
Qaçmaram, bağlıdır arxamla önüm.

NİZAMİ GƏNCƏVİ

Gəncə mənim yaxamdan möhkəm yapışıb hələ,
İraq xəzinələri yoxsa keçərdi ələ.
Bir səs gəldi cahandan: – ey qul, yetər əyləncə!
Axı kimdi Nizami, axı, hardadı Gəncə?

NİZAMİ GƏNCƏVİ

Körpü su üstündə olmasa, düşün,
Kimə xeyri vardır belə körpünün?

NİZAMİ GƏNCƏVİ

Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.

NİZAMİ GƏNCƏVİ

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!

NİZAMİ GƏNCƏVİ

Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə qəlb olurmu şən?

NİZAMİ GƏNCƏVİ

Sözünə düşmənin gözləriylə bax,
Onda yaxşı, pisi görərsən ancaq.

NİZAMİ GƏNCƏVİ

Dövlət quşu humaysan, qayən səadət olsun,
Az yemək, az danışmaq, nəciblik adət olsun.

NİZAMİ GƏNCƏVİ

Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.

Nizami Gəncəvi: Qəzəllər

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi: Qəzəllər» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию). В некоторых случаях присутствует краткое содержание. категория: Поэзия / на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале. Библиотека «Либ Кат» — LibCat.ru создана для любителей полистать хорошую книжку и предлагает широкий выбор жанров:

Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:

Азербайджанский
Рейтинг книги:
Добавить книгу в избранное
Ваша оценка:

  • Описание
  • Другие книги автора
  • Правообладателям
  • Похожие книги

Qəzəllər: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qəzəllər»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Nizami Gəncəvi: другие книги автора

Кто написал Qəzəllər? Узнайте фамилию, как зовут автора книги и список всех его произведений по сериям.

Comments are closed, but trackbacks and pingbacks are open.