Press "Enter" to skip to content

Nəqliyyat çirklənməsi

Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına təhlükə törədən, heyvanların və bitkilərin sağlığına və ya təbii həyat fəaliyyətinə ziyan vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran, arzu olunmayan iy və qoxu yaradan qazaoxşar, maye və ya bərk maddələrlə çirklənməsi başa düşülür.

Nəqliyyat çirklənməsi

Nəqliyyat vasitələrinin sıxlığı havanın çirklənməsini daha intensiv və həcmli edir

2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti

Qloballaşan dünyada bəşəriyyəti narahat edən problemlərdən biri planetin ekoloji vəziyyətinin getdikcə pisləşməsidir. Davamlı insan inkişafı proqramı çərçivəsində beynəlxalq ictimaiyyət bu dünyəvi problemin həllinə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərir. Uzun illərdir ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və sağlam ətraf mühitin yaradılması istiqamətində genişmiqyaslı, əhəmiyyətli tədbirlər həyata keçirilir. Ətraf mühitin qorunması sahəsində strateji proqramlar müvəffəqiyyətlə icra edilir. �Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı�nın qəbul edilməsi, ölkəmizdə mövcud ekoloji problemlərin aşkarlanmasına və həllinə yönəlmiş böyük işlərə güclü təkan vermişdir.

Xüsusilə əhalinin daha sıx yaşadığı Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin və layihələrin icrasına önəm verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2010-cu il fevralın 18-də keçirilmiş ekoloji problemlərə həsr olunmuş müşavirədə respublikada ekologiya sahəsində görülən işlər ətraflı müzakirə edilmişdir. Prezident İlham Əliyev geniş proqramlı nitqində dövlətin ekologiya istiqamətində 2010-cu ildə və ondan sonrakı illərdə həyata keçirəcəyi proqramını açıqlamış və bu sahədə qarşıda duran prioritet vəzifələri müəyyənləşdirərək bir sıra tapşırıqlar vermişdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin nəinki Bakı şəhəri və Abşeron yarımadasında, eyni zamanda ölkəmizin bütün şəhər və rayonlarında həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Dövlət başçısı ekoloji problemlərə həsr edilmiş müşavirədə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşlarının sağlamlığının daha da möhkəmləndirilməsi, Xəzər dənizinin çirklənmədən qorunması, ölkədə yaşıllaşdırma, ağacəkmə kampaniyasının davamlılığının təmin edilməsi istiqamətləri üzrə mühüm vəzifələrin həllini qarşıya qoymuşdur. Toplantıda ölkə Prezidenti İlham Əliyev tərəfindən qeyd edilən vəzifələrin yerinə yetirilməsinin optimal müddətləri göstərilməklə, Avropa standartları səviyyəsində yerinə yetirilməsi ücün müvafiq dövlət strukturlarına tapşırıqlar verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiyanın yaxşılaşdırılması sahəsində aparıcı struktur kimi geniş fəaliyyəti qarşıda qoyulan bəşəri əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir.

Ölkəmizdə atmosfer havasının mühafizəsi istiqamətində ciddi tədbirlər görülür. Bu il martın 6-da Nazirlər Kabinetinin avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə qərar qəbul etməsi və 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə �Avro-2� ekoloji normalarının tətbiq edilməsi qarşıya qoyulan vəzifələrin icrası baxımından əhəmiyyətlidir. Bu məsələnin ekoloji vəziyyətin yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq məsələnin elmi-nəzəri və praktiki təhlilini verməklə, dünya ölkələrinin təcrübələri əsasında fikir və mülahizələrimizi bölüşmək istərdik.

Bizi əhatə edən təbiət, o cümlədən atmosfer havası insanların yaşamasına və fəaliyyət göstərməsinə xidmət edir. Eyni zamanda məhz insanlar öz fəaliyyəti ilə, öz ehtiyaclarını ödəmək məqsədi ilə gördüyü işlərlə bilavasitə ətraf mühiti, ekologiyanı pisləşdirən yeganə varlıqdır. Ekoloji vəziyyətin pisləşməsi ilk növbədə atmosfer havasının çirklənməsində özünü göstərir. Atmosfer havasının çirklənməsi – insanların iqtisadi, sosial-məişət qayğılarının ödənilməsinə yönəldilmiş tədbirlərin, fəaliyyətinin ikincili təsirinin nəticəsidir. Böyük şəhərlərdə fəaliyyət göstərən fabrik və zavodların atmosferə buraxdığı, insan həyatı üçün təhlükəli qazların, avtomobillərin işlətdikləri qazların atmosfer havasını çirkləndirən mənbə olduğu məlumdur.

İnsanların fəaliyyəti nəticəsində havanın ümumi çirklənməsinin 51 faizi nəqliyyatın payına düşür. Bu çirklənmənin 10-30 faizinin avtomobil nəqliyyatının payına düşdüyü də məlumdur Təbii ki, istifadə edilən avtomobillər, avtobuslar və digər qaz və neft məhsulları ilə işləyən texniki və nəqliyyat vasitələri atmosferə müəyyən miqdar zəhərli qazlar buraxmalıdır. Bunsuz mümkün deyil. Amma dövlətin, cəmiyyətin marağı ondadır ki, bu qazlar qoyulmuş normativ hədləri aşmasın. Bu normativləri beynəlxalq səviyyədə müəyyənləşdirən standartlara görə atmosferə avtomobillər tərəfindən buraxılan işlənmiş qazların tərkibində ən təhlükəli və ziyanlı sayılan CO � karbon oksidi və CH � karbohidrogenlər təşkil edir.

Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına təhlükə törədən, heyvanların və bitkilərin sağlığına və ya təbii həyat fəaliyyətinə ziyan vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran, arzu olunmayan iy və qoxu yaradan qazaoxşar, maye və ya bərk maddələrlə çirklənməsi başa düşülür.

Avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı (CO), karbohidrogenlər (HC), azot oksidləri (NOx) daxildir. Məlumata görə, 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun (Pb), 40,75 kq azot oksidləri (NOx), 234 kq karbohidrogen (HC) və 765 kq dəm qazı (CO) buraxır. Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz qalır və zərərli maddələrin siyahısı aşağısəviyyəli, troposferli ozonla (O3) və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Məsələn, havanın çirklənməsinin ən ciddi təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Smoq – ingilis sözündən olub, tüstü (smoq) və duman (fog) deməkdir. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gəlir. Bu, xüsusilə böyük sənaye şəhərlərində, nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun klassik və fotokimyəvi növləri vardır. Fotokimyəvi növ günəşin ultrabənövşəyi şüalarının avtomobillərin dəm qazının yaratdığı klassik smoqa təsirindən əmələ gəlir və daha zərərli formaya keçir. Fotokimyəvi smoq havada sarı rəngli duman əmələ gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamların səhhətini pisləşdirir. Bu çevrilmələr üzvi yanacağın, məsələn benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi parçalanması zamanı baş verir. Reaksiyanın məhsullarına ozon, aldehidlər, keton, asetilnitrat, üzvi turşular və başqa parçalanma məhsulları daxildir. Bundan başqa avtomobillərin buraxdığı dəm qazı (CO) smoqun tərkibində olan ən zəhərlisi hesab olunur. Smoq nəticəsində havada zərərli maddələrin şiddətli konsentrasiyası bəzən ölüm hallarına səbəb olur. Məsələn, 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər ölmüşdür. Smoq həmçinin minlərlə insanın ağır xəstələnməsinə səbəb olmuşdur. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Fotokimyəvi smoq gözü və quzeyli qişasını qıcıqlandırmaqla yaş axmasına səbəb olur, eyni zamanda bitki örtüyünü də müxtəlif dərəcədə zədələyir.

Hava mühitinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi və azaldılmasına yönəlmiş tədbirlər emissiya mexanizmlərini və zərərli tullantıların yayılma mexanizmlərini öyrənməyi tələb edir. Emissiya – atmosferi çirkləndirən tullantıların və maddələrin atılması, ayrılması və şüalanmasıdır. Emissiya nəqliyyat vasitələrinin hərəkət rejimindən, sürətindən və qət etdiyi yoldan asılı olmaqla, avtomobilin ümumi yürüşündən (yeyilmə dərəcəsindən), markasından, kütləsindən, yanacağın təmizlənmə dərəcəsindən və temperatur rejimindən asılıdır.

Nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə, yəni Bakı kimi şəhərlərdə havanın çirklənməsi daha intensiv və həcmli olur. Məlumata görə hazırda Bakıda 549 min 511 avtomobil qeydiyyatdadır. Və nəzərə alsaq ki, respublikanın regionlarından və Bakıətrafı kəndlərdən hər gün şəhərə minlərlə avtomobil girir və küçələrdə sutka ərzində hərəkət edir, onda Bakıda havaya atılan zərərli maddələr haqqında daha dolğun məlumat əldə etmək olar. Digər tərəfdən istifadə edilən avtomobillərin böyük əksəriyyətinin istismar müddətini başa vurmuş olduğunu nəzərə alsaq, vəziyyətin hansı xəritə alacağını təsəvvür etmək çətin deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya 200-dən çox zəhərli və zərərli maddə ixrac edir. Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır. Verilən rəqəmlərə istinad etsək gün ərzində Bakıda atmosferə 1920 ton karbon oksidi, 120-180 ton digər mürəkkəb tərkibli tullantı atıldığı qənaətinə gəlmək olar. Bir ayda atmosferə təxminən 57600 ton karbon oksidi və 3600-5400 ton digər zərərli maddələr, bir ildə isə 691200 ton karbon oksidi � dəm qazı ötürülür. Bunun fəsadlarını hesablamaq üçün məşhur riyaziyyatçı, yaxud həkim olmaq lazım deyil. Adi vətəndaş başa düşür ki, bir il ərzində bir insanın orta çəkisindən 13-14 min dəfə çox dəm qazı atmosferə ötürülürsə, bundan ancaq insanlar, ətraf mühit, təbiət zərər çəkir.

Azərbaycana indi böyük miqdarda xaricdə istehsal olunmuş avtomobillər gətirilir. Təkcə 2000-2008-ci illər ərzində ölkəmizə 400 min avtomobil gətirilmişdir. Ölkə Prezidenti ekoloji problemlərə həsr edilmiş müşavirədə bu həyati vacib məsələyə münasibətini çox kəskin bildirmişdir: �Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz �Avro-2″ və ondan sonra �Avro-3″, �Avro-4″, �Avro-5″ səviyyəsinə çatmalıyıq.� Dövlət başçısının bu tələbləri hər bir vətəndaş mövqeli insanı düşünməyə vadar edir. Ölkəmizə xaricdən gətirilən avtomobillərin əksəriyyəti �Avro-2� standartlarından da aşağı parametrlərə malikdir. Bu maşınları gətirən iş adamları öz maliyyə maraqlarını reallaşdırır, amma Bakıda, Gəncədə, Sumqayıtda və digər böyük şəhərlərdə olan avtomobil parklarında köhnəlmiş avtomobillərin sayını artırırlar. Görəsən, maşın gətirən şəxsləri belə bir fikir düşündürürmü ki, işlənmiş maşınları aldıqları xarici ölkədə bu maşınları niyə istifadə etmirlər? Həmin maşınlar məhz o ölkələrdən gətirilir ki, orada ən yüksək standartlar, məsələn �Avro-5� və s. tətbiq edilir. Deməli, bu maşınların texniki göstəriciləri bu standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu maşınları ən yaxşı halda satmaqla həm öz ölkəsində ekoloji problemlərin həllinə çalışır, həm də müəyyən qazanc əldə edirlər. Həmin maşınlar isə bizdəki maşın biznesi ilə məşğul olanlar tərəfindən ucuz qiymətə alınır və 5-10 dəfə baha qiymətə özümüzə satılır. Texniki parametrləri, normativlərdən aşağı olan avtomobillərin böyük şəhərlərdə ekologiyanın çirklənməsinə etdiyi zərərli təsiri faktlarla təhlil edək: Avtomobilin işindən avtmosferə atılan zərərli tullantıların 74 faizi dəm qazı (CO), 22 faizi karbohidrogenlər (HC), 4 faizi azot oksidləri (NOx) , 0,07 faizi qurğuşun (Pb) təşkil edir.

Azərbaycan Dövlət Aqrar Universitetinin

Maşınların istismarı və yerüstü nəqliyyat

vasitələri kafedrasının professoru,

texnika elmləri doktoru

Xalq qəzeti.- 2010.- 11 aprel.- S. 3.

İqtisadiyyat

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.

Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.

Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.

Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.

Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.

Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində aşağıdakı mühüm layihələrin icrası üzrə işlər aparılır.

Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən, Azərbaycan MDB məkanında 1-ci yer olmaqla ən yüksək nəticə göstərib. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb (2021).

Hazırda İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

2020-ci ilin il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Strateji əhəmiyyəti ilə seçilən digər bir layihə, Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə bağlı işlər davam edir. Bu yolun ümumi uzunluğu 124 kilometrdir və 4-6 zolaqdan ibarətdir. Başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürən və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da tikintisinin icrasına başlanılmışdır. Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Bundan əlavə, uzunluğu 29 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası həyata keçirilib.

Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrdən biri də dəmir yollarıdır.

Hal-hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.

Son illər dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə dəmiryolu şəbəkəsinin bərpası istiqamətində işlər aparılır.

Uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin işğaldan azad olunmuş torpaqlara gediş-gəlişində mühüm rol oynayacaq və ən vacibi gələcəkdə Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına imkan verəcək.

Bundan əlavə, ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xətti də yenidən qurulur.

Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür.

Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir.

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən gəmidən ibarətdir.

Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində Respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Hal-hazırda Azərbaycanda altı beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala ) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. Hazırda azad olunmuş ərazilərdə biri beynəlxalq olmaqla daha 3 (Füzuli, Zəngilan və Laçın) aeroportun istifadəyə verilməsi nəzərdə tutulur.

Səs Çirklənməsi nədir?

Səs çirklənməsi, ətrafdakı normal səsi pozan istenmeyen səslər olaraq təyin olunur. Səs çirklənməsi tez -tez dəmir yollarından, yol trafikindən, təyyarələrdən, yüksək səsli musiqidən, inşaat sahələrindən və sənaye fəaliyyətlərindən qaynaqlanır. Buna baxmayaraq, səs -küyün tərifi subyektivdir, çünki bir fərddən digərinə dəyişir. Əksər hallarda səs -küyə fərdi reaksiya yüksəklikdən, vaxt modelindən və tezlikdən təsirlənir.

Digər amillər arasında səs -küy yaradan fəaliyyətin xarakteri və başqa daha yüksək səs tezliyi tətbiq edilməzdən əvvəl fon səsi səviyyəsi var. Səs-küy, həmişə mövcud olan, lakin mənfi təsirlərinə baxmayaraq nadir hallarda fərqlənən yeganə çirklənmə növüdür. Yaddaş itkisinə, karlığa və ya bəzi hallarda psixi pozğunluqlara səbəb ola bilər. Fərqli səs tezliklərinə həssaslıq A ağırlıqlı desibel şkalası (dBA) ilə ölçülür.

Səs çirklənməsi nisbi bir şeydir. Bir şəhərdə havaya qalxan bir reaktiv təyyarədir. Bir monastırda cızıqlayan bir qələmdir.

Səs səviyyəsinin məqbul miqdarı, təxminən 60-65 dBs -dir və bu, normal söhbətə bərabərdir. 85 dB -dən yüksək səs səviyyələri, məruz qalma müddətinə və eşitmə qorumasına sahib olub -olmamasına görə zərərlidir. 140 dBA -dan yuxarı səs -küy qalıcı eşitmə itkisinə səbəb ola bilər. Burada səs -küy çirklənməsinin müxtəlif mənbələri və qarşısının alınması üçün tövsiyələr verilmişdir.

Müxtəlif səs -küy çirklənməsi mənbələri

Səs çirklənməsi mənbələri iki böyük kateqoriyaya bölünür: Daxili və xarici səs -küy çirklənməsi mənbələri.

1. Xarici çirklənmə mənbələri

Ətrafdakı səs -küy çirklənməsinin əsas mənbələri bunlardır. Nəzarət etmək olduqca çətin olan mənbələrdir. Bunlara daxildir.

  • Sənaye mənbələri. Sənayeləşmə səs -küyün artması ilə nəticələndi. Sənayelərə tekstil fabrikləri, maşınqayırma zavodları, çap maşınları və metal sənayesi daxildir. Əksər sənaye sahələri çox yüksək səs -küy istehsal edə bilən ağır maşınlardan istifadə edir. Ətrafdakı ümumi səs -küy səviyyəsini artıran kompressorlar, egzoz fanları, öğütmə dəyirmanları və generatorlar kimi avadanlıqlara malikdirlər. Bu mühitdəki işçilər, səs -küyün təsirini minimuma endirmək üçün qulaqcıq taxmaq kimi lazımi tədbirləri görmədikləri təqdirdə böyük sağlamlıq riskləri altındadır.
  • Nəqliyyat vasitələri. Avtomobil İnqilab şəhər bölgələrində böyük bir ətraf səs -küy mənbəyi oldu. Müasir dövrdə avtobus, qatar, yük maşını kimi nəqliyyat vasitələrinin sayının artması səbəbindən trafikdə artım var. Tıxacda qalan insanlar da tez -tez səbirsiz olurlar və qarşısındakı sürücünü hərəkət etməsi üçün xəbərdar etmək üçün davamlı olaraq buynuzlarını açırlar. Bu hərəkətlər qonşu bölgələrdə yaşayan insanlara, gedənlərə və ya yoldan keçənlərə və bütövlükdə ətraf mühitə dözülməz səs -küy yaradır. Təyyarələr də böyük şəhər şəhərlərində səs -küy problemini artırır. Əksər hava limanları yaşayış məntəqələrinin yaxınlığında yerləşir və bu səbəbdən belə ərazilərdə havaya qalxan və enən reaktiv təyyarələr normal olaraq yüksək səs səsi çıxarır.
  • Zəif şəhər planlaması. İnkişaf etməkdə olan ölkələrdə, adətən, sıx məskunlaşma, kiçik yerlər, kiçik sənayenin yayılması və kifayət qədər dayanacaq yerlərinin olmamasına səbəb olan düzgün şəhər planlaması yoxdur. Zəif şəhər planlaşdırması, döyüşlər və ya sosial və əsas şəraiti ilə ətraf mühitin səs -küyünə, kiçik istehsal sənayesindən gələn səs -küyə, dayanacaq yerindəki mübahisələrə, qonşu evlərdən ailə mübahisələrinə və uşaq oynayan səs -küyə səbəb olur.
  • İctimai ünsiyyət sistemləri. Mitinqlər, tətillər, seçkilər, dini və dünyəvi hadisələr kimi ictimai funksiyalar çox yüksək səslənən ünvan sistemlərindən istifadə edir. Bu cür tədbirlərin təşkilatçıları, ümumiyyətlə, dövlət tərəfindən səs -küyün çirklənməsinə qarşı qoyulan qaydaları pozurlar. Partiyalar və dini səlib yürüşləri kimi ictimai hadisələr zamanı ictimai ünsiyyət sistemlərindən və musiqi sistemlərindən gələn yüksək səs -küy, səs -küy çirklənməsinin başqa bir mənbəyidir. Açıq bazarlar da tez -tez alqı -satqı fəaliyyətləri və reklam mallarında və ya xidmətlərində səsgücləndiricilərin və meqafonların istifadəsi səbəbindən yüksək miqdarda səs -küy çirkləndirir.
  • Kənd təsərrüfatı maşınları. Bəzi təsərrüfatlarda ağır maşın və avadanlıqlardan istifadə edərək 90 dB -dən 98 dB -ə qədər səs -küy səviyyəsi qeydə alınmışdır. Bu avadanlıqlara xırdayıcılar, boru quyuları, traktorlar, qazma maşınları, elektrikli şumlayıcılar və biçin maşınları daxildir.
  • Hərbi texnika. Topçu tankları, raket atışları, hərbi təyyarələrin təlimləri, partlayışlar və atışma praktikası ciddi səs -küy çirkləndiriciləridir. Sağır təsirlər reaktiv mühərriklərin səsi nəticəsində əmələ gəlir və həddindən artıq hallarda, qalxma və eniş sahələrinin yaxınlığında yerləşən və ya bu cür tikililərin yanından uçarkən köhnə bərbad vəziyyətdə olan binaların pəncərə şüşələrinin qırılmasına və çatlamasına səbəb olur.

2. Daxili səs -küy mənbələri

Bir ev və ya bina içərisində insan fəaliyyəti ilə əlaqəli səslərdir. Həm də bina xidmətləri və ofis xidmətləri səbəbiylə meydana gəlir.

  • Bina daxili xidmətlər. Tikinti işləri, atelye və avtomobil təmiri səs -küyə səbəb olur. Bu cür işlərdə istifadə olunan avadanlıqlar narahatlıq yaradan və eşitmə qabiliyyətini çətinləşdirə biləcək çox səs -küy yaradır.
  • Ev işləri. Bunlar yüksək səslə qapıların döyülməsi, uşaqların oynamasından gələn səslər, mebellərin hərəkəti, körpələrin ağlaması, yüksək mübahisələr kimi fəaliyyətlərdir. Bir çox evin, həmçinin Hi-Fi Sistemləri, Televiziyalar və dinamiklər kimi əyləncə avadanlıqları da var ki, bu da ev təsərrüfatlarının fəaliyyətindən yaranan ümumi səs-küyə kömək edə bilər. Təzyiq ocaqları, elektrik süpürgələri, paltaryuyan maşınlar, tikiş maşınları, qarışdırıcılar, səhra soyuducuları, egzoz fanatları və kondisionerlər kimi məişət avadanlıqları eyni dərəcədə çox səs-küy yaradır.
  • Ofis avadanlığı. Ofislərdə, iş yerlərində və ətraflarında səs -küyün çirklənməsinə səbəb olan digər avadanlıqlar arasında printerlər, fotokopiler və yazı maşınları da var.

Səs çirklənməsinin qarşısının alınması üçün göstərişlər

1. Fərqli təşkilatlar tərəfindən standart qanunlar

Nəqliyyat sektorunun səs-küyə nəzarət etməsi, düzgün şəhər planlaması və rayonlaşdırma kodlarının istifadəsi, karayolunda səs-küyə nəzarət, səs-küyü azaldan memarlıq dizaynları və təyyarələrin səs-küyünün azaldılması səs-küyün çirklənməsinin qarşısını almaq üçün istifadə edilə bilən səs-küy azaltma tədbirlərindən biridir. Bunları həyata keçirmək üçün icazə verilən səs -küy səviyyələrinə dair müxtəlif qaydalar və ya daha doğrusu standart tövsiyələr mövcuddur:

  • Əməyin mühafizəsi və sağlamlıq siyasəti. Bu siyasətlər, işçilərin səkkiz saatlıq vaxt ağırlıqlı ortalamalar (TWA) müddətində 90 dBA-dan yuxarı olan səs-küy səviyyəsinə məruz qaldığı hallarda iş yerində inzibati və mühəndislik nəzarətləri tətbiq edir. Həmçinin, səs -küyün 140 dB -dən yuxarı olduğu yerlərdə Impulse və zərbə səs -küyə nəzarət tədbirlərinin tətbiq edilməsini tövsiyə edir. İstehsal sənayesi, ofis sahələri, inşaat sahələri, dəmir yolları və hava limanları da daxil olmaqla dünyanın müxtəlif sektorlarında tətbiq edilmişdir. Tədbirlərə səs -küyün təsirini və impulsunu nəzarət etmək daxildir.
  • Digər təşkilatlar. Bunlara Mina, Təhlükəsizlik və Sağlamlıq Təşkilatları daxildir. Fərqli ölkələrin mədənçıxarma, emal və elektrik istehsal müəssisələrində səs -küy çirklənməsi ilə bağlı beynəlxalq siyasətə uyğun olaraq səs -küy çirklənməsi ilə bağlı öz siyasət və qaydaları var.

2. Səs -küyün çirklənməsinə nəzarət etmək üçün məsləhətlər

Səs -küy çirkliliyinin idarə olunmasına kömək edə biləcək bəzi məsləhətlər daxildir

  • Qulaq tıxaclarının istifadəsi. Səs çirkliliyini azaltmaq üçün iqtisadi cəhətdən səmərəli məsləhətlərdən biri də qulaqcıq taxmaqdır. İş yerlərində və yatarkən ətrafdakı səs -küyün miqdarını azaltmaq üçün geyilə bilərlər. Sağlam yuxu vərdişləri və qulaq pərdəsinin zədələnməsinin qarşısını almaq kimi sağlamlıq faydaları var.
  • Səs izolyasiyası. Maşınlarından çox səs -küy çıxaran sənaye müəssisələri yüksək səs tezliklərini azaltmaq üçün səs keçirməyən materiallardan istifadə edə bilərlər. Evdə, səs -küyü və əlaqəli titrəmələri maneə törədən səs izolyasiya materialları quraşdırıla bilər. Məsələn, ikiqat şüşəli pəncərələr səs-küyün çirklənməsinin qarşısını almaq üçün təsirli bir üsul ola bilər.
  • Pəncərələrin bağlanması. İstənilməyən səs -küyün evə və binalara girməsinin qarşısını almaq üçün pəncərələri bağlamaq və kifayət qədər olduqda açmaq kifayətdir.
  • Jarring buynuzları. Trafikdəki fasiləsiz səs -küylə əlaqəli səs -küyü azaltmaq üçün nəqliyyat vasitələri səsi eşidilən buynuzları quraşdıra bilər. Egzoz borularının zədələndiyi hallarda təmir edilməli və səs -küylü yük maşınları qadağan edilməlidir.
  • Hüquq-mühafizə. Əyalət və yerli hökumətlərin yaşayış sahələri yaxınlığında səs -küy çirklənməsinin qarşısını alan qanunlar olmalıdır. Səs çirkləndiriciləri yoxlamaq səlahiyyətinə malik olan icma hüquq -mühafizə orqanlarına səlahiyyət verə bilərlər. Məktəblər, kolleclər, xəstəxanalar və yaşayış yerlərindən kənarda sənaye və ya səs-küy yaradan müəssisələrin qurulması və fəaliyyət göstərməsi kimi qanunların tətbiq olunduğu bir nümunədir.
  • Səs-küydən qoruyan qulaqlıqlar. İşçilər tərəfindən sənaye və inşaat işçilərində səs -küy çirkliliyini azaltmaq üçün istifadə edilə bilər. İstənməyən səs -küyü süzür və qulaqlara çatmasını maneə törədirlər.
  • Ağac əkərək maneələrdən istifadə edin və ya yaşıllaşın. Titrəmələri və güclü səs dalğalarını azaltmağın sadə yolu çitler və evin ətrafında ağac əkmək kimi maneələrdən istifadə etməkdir. Bu maneələr dalğaları udur və ətraf səs -küyünü əhəmiyyətli dərəcədə azaldır.
  • Maşınların yağlanması və daha yaxşı saxlanılması. Maşınların və mühərriklərin hərəkət edən hissələri yaxşı saxlanıldıqda və yağlandıqda, yalnız səmərəliliyi artırmır, həm də səs -küyü azaltmağa kömək edir. Bunun səbəbi yağlama və düzgün qulluq hərəkət edən hissələr arasındakı sürtünməni azaldır.
  • Yaradıcılığın ev və ofis dizaynında istifadəsi. Avadanlıqların yerləşdirilməsində yenilikçi olmaq səs -küy çirkliliyinin azaldılmasına əhəmiyyətli dərəcədə kömək edə bilər. Səs -küylü ev texnikası və ofis avadanlığı evin və ya ofisin ən uclarına yerləşdirilə bilər, buna görə də istirahət və ya iş sahələrinə çatan səs -küy səviyyəsini azaldır.

Comments are closed, but trackbacks and pingbacks are open.