Məktəblilərin vurulması ilə bağlı YENİ XƏBƏR: RƏSMİ AÇIQLAMA – VİDEO
– Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin hərəkət səthindən qalmış izlərin basmaları.
Nəqliyyat ekspertizası
Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki – iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.) praktiki vərdişlər əldə edir. Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır. Peşə coğrafiya ilə maraqlananlar üçün uyğundur.
İxtisasın tarixi
Antik dövrdə logistika ərzaqları, təczihatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyazi hesablama alqoritmlərinin məcmusu kimi başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular.
Napoleon Bonopart da oz ordusunun hərəkəti zamanı hərbi sursat ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsi də logistik yanaşmalaradan istifadə etmişdir.Ötən əsrin 50 – ci illərdən başlayaraq hərb sahəsinə aid olmayan elmi və praktiki işlərdə logistikadan istifadə olunmağa başlandı.1980 – ci illərdə amerikan, 1990 – ci illərdə isə logistika termin kimi rus dilinə daxil oldu və iqtisadi sahələrdə geniş tətbiq olunmağa başlandı.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Beynəlxalq bazarları incələmək və xüsusiyyətlərini müəyyənləşdirmək;
- ➝ Sənaye üçün lazım olan məhsulların hansı ölkələr və şirkətlərdən alına biləcəyini araşdırmaq;
- ➝ Satış şöbəsi ilə birlikdə optimal alış prosesinin proqnozlaşdırılması;
- ➝ Satılacaq mallar üçün müxtəlif bazarlar tapmaq;
- ➝ Malların təhlükəsiz vəziyyətdə daşınması üçün alıcı və satıcı firmalar arasında əlaqələr qurulması;
- ➝ Gömrük xidməti ilə qarşılıqlı əlaqə qurulması;
- ➝ Anbarların və nəqliyyat xidmətlərinin işini əlaqələndirilməsi;
- ➝ Malların anbarda saxlanılmasını və uçotunun təşkil edilməsi;
- ➝ İşlərin beynəlxalq qayda qanunlara uyğunlaşdırılması;
- ➝ Bazarların müqayisəsi və tədqiqatı;
- ➝ Sifariş çatdırılması və müştərilərlə iş;
- ➝ Texnoloji prosesə nəzarət;
- ➝ İlkin sənədləri hazırlanması, sistemləşdirilməsi və qeydlər aparılması;
- ➝ Sənədlərin lisenziyalaşdırma orqanlarına təqdim edilməsi.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- ➝ Azərbaycan Texniki Universiteti
- ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
- ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
- ➝ Bakı Mühəndislik Universiteti
- ➝ Milli Aviasiya Akademiyası
- ➝ Sumqayıt Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
- ➝ Dövlət Gömrük Komitəsi kimi dövlət müəssisələrində,
- ➝ Özəl logistika şirkətlərində,
- ➝ Limanlarda,
- ➝ Karqo şirkətlərində işləmək mümkündür.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Stress altında işləmə bacarığı;
- ➝ Yüksək ünsiyyət bacarıqları;
- ➝ Komandada işləmək bacarığı;
- ➝ Səbrli olmaq;
- ➝ Operativ və aktiv olmaq;
- ➝ Yeni beynəlxalq normativlərə uyğunlaşa bilmək;
- ➝ Xarici dil bilikləri (xüsusilə ingilis dili);
- ➝ Microsoft Ofis Proqramlarında işləyə bilmək ;
- ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
- ➝ Dəqiqlik;
- ➝ Məsuliyyətlilik;
- ➝ Analitik və strateji düşüncə bacarığı;
- ➝ Təşkilatçılıq bacarıqları;
- ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığı;
- ➝ Təşəbbüskalıq;
İxtisasın gələcəyi
Yaxın gələcəkdə bu sahədə rəqabətin artması gözlənilir. Müasir logistik infrastrukturun yaradılması dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək ixtisaslı logistlərin hazırlanması şərti ilə reallaşa bilər. Azərbaycanda bu sahənin inkişafı, ölkə ərazisində regional logistik mərkəzlərin yaradılması, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində logistikanın inkişafı yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da yüksəldəcəyi gözlənilir.
Əmək haqqı
İxtisas üzrə maaşlar dövlət sektorunda 500 -1200 AZN, özəl sektorda isə 500 -2500 AZN arasında dəyişməkdədir.
Məktəblilərin vurulması ilə bağlı YENİ XƏBƏR: RƏSMİ AÇIQLAMA – VİDEO
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Bakıda məktəblilərin vurulması ilə bağlı ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, məlumatın mətbuatda yayılmasından sonra polis orqanları məsələ ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.
Hadisə nəticəsində məktəblilərdən biri yüngül, digəri az ağır bədən xəsarətləri alıb (sümük sınıqları).
Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat –istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib.
Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.
Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.
Qanunvericiliyə uyğun olaraq, toplanmış materiallar üzrə başlanmış cinayət işinə xitam verilib.
Nəqliyyat ekspertizası
Məhkəmə-trasoloji ekspertizası iz qoya biləcək predmetlər qrupunun (konkret obyektin), iz əmələ gəlməsi mexanizminin müəyyən edilməsi, həmçinin, tamın hissələrə görə və predmetin soyuq silahlara aid olub-olmamasının müəyyənləşdirilməsi üçün aparılır.
1. Papilyar naxış izlərinin ekspertizası üzrə
Papilyar naxış izlərinin daktiloskopik ekspertizası izlərin yararlı olub-olmamasını və izi qoyan şəxsin əl izləri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək məqsədilə aparılır.
Daktiloskopik ekspertizaya üzərində iz aşkar edilən və ya izin olması ehtimal edilən predmetlər (onların hissələri) göndərilir.
Əgər ekspertiza üzərində iz olan predmeti (onun hissəsini) göndərmək mümkün deyildirsə (predmetin böyük ölçülərə malik olması səbəbindən onun daşınması mümkün olmadıqda), həmin izləri iz köçürən plyonkalarla götürmək və ya miqyaslı fotoşəkilçəkmə üsulu ilə fotoşəkillərini çəkmək, yaxud da basma götürərək (həcmi izlərdən) ekspertizaya göndərmək lazımdır.
Müqayisəli materiallar qismində ekspertə yoxlanılan şəxsin (şəxslərin) eksperimental əl izləri təqdim edilməlidir.
Barmaq falanqasının izlərini götürmək üçün həmin hissələr qara tipoqrafiya rəngləri ilə rənglənir və daktilokarta, yaxud da hamar ağ kağız üzərində sıxılaraq fırladılır. Eksperimental əl izləri aydın olmalı və papillyar xətlərin təsvirlərini tam əks etdirməlidir.
Ekspertizaya göndərilən maddi sübutlar səliqə ilə qablaşdırılmalı, möhürlənməli və üzərində müvafiq izahedici yazılar əks olunmalıdır. Qab maddi sübutların bütövlüyünün pozulması və izlərin zədələnməsi mümkünlüyünü istisna etməlidir.
Ekspertə təqdim edilən bütün müqayisəli materiallar qərarda göstərilir və əl izlərinin harada və kimdən (soyadı, adı və atasının adı) götürüldüyü göstərilməklə müstəntiq (hakim) tərəfindən təsdiq edilir.
2. İnsan ayaq izlərinin ekspertizası üzrə
Bu ekspertiza hadisə yerində iz qoymuş (ayaqqabı ilə, corabla, yalın ayaqla) şəxsin müəyyən edilməsi üçün aparılır.
İnsanın ayaq izlərinin məhkəmə-trasoloji ekspertizasının keçirilməsi üçün ekspertə aşağıdakılar təqdim edilməlidir:
-izlərin fotoşəkilləri (miqyaslı fotoşəkilçəkmə üsulu ilə çəkilmiş), həcmi izlərdən götürülmüş və gipsdən, «K», «SKTN» və s. pastalardan hazırlanmış basmalar, üzərinə səthi izlər köçürülmüş iz köçürən plyonkalar, mümkün olduqda predmetin özü və ya üzərində ayaq (ayaqqabı) izi olan hissəsi təqdim edilir;
-müqayisəli materiallar: ayaqqabı izinin tədqiq edilməsi üçün ayaqqabı təqdim edilir və onun müəyyən şəxsə mənsub olması aydınlaşdırılır; əgər hadisə yerində yalın ayaqdan qalmış həcmi izlər aşkar edilirsə, onda şübhəli şəxsin eksperimental ayaq izlərindən götürülmüş 2-3 (iki-üç) basma təqdim edilir; əgər ekspertizanın obyekti yalın ayaqdan qalmış səthi izlərdirsə, onda ayağın tərlik hissəsindən götürülmüş eksperimental izlər təqdim edilir (bu izlər ayağın tərlik hissəsinin tipoqrafiya rəngi ilə rənglənərək ağ kağız üzərinə sıxmaqla götürülür).
Əgər iz corabda olan ayaqla qoyulmuşdursa, onda corabda olan ayağın eksperimental izlərindən götürülmüş basmalar təqdim edilir.
Əlavə olaraq iz qoyulan anda şübhəli şəxsin ayağında olması güman edilən corabların özləri də təqdim edilir.
Tədqiqat obyektlərinin yeriş yolu izləri olduğu hallarda şübhəli şəxsin yeriş yolunun 2-3 (iki-üç) analoji izi alınmalıdır. Bunun üçün həmin şəxsin ayağının tərlik hissəsinə tipoqrafiya rəngi çəkilir və kağız lent üzərində yerimək təklif edilir.
Ekspertizanın təyin edilməsi barədə qərarda müstəntiq (hakim) aşağıdakıları göstərməlidir: ekspertizaya göndərilmiş ayaqqabı, corab hadisədən nə qədər sonra götürülmüşdür, onlar götürülən ana qədər istifadə edilmişlərmi (nə qədər müddət ərzində), təmir olunmuşlarmı və təmizlənmişlərmi və s.
3.İnsan dişi izlərinin ekspertizası üzrə
İnsan dişi izlərinin ekspertizası ilə maddi sübut üzərində olan və hadisə yerində aşkar edilən diş izlərinin konkret şəxsə mənsub olub-olmaması müəyyən edilir.
Üzərində izlər aşkar edilmiş predmetin özü ekspertizaya təqdim edilməlidir. Əgər göstərilən predmetin (onun hissəsinin) götürülməsi və təqdim edilməsi mümkün deyildirsə, ekspertizaya izlər, onların hazırlanması mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri göndərilməlidir.
Eksperimental materiallar qismində ekspertə aşağıdakılar təqdim edilməlidir:
-şübhəli şəxsin plastik materiallar (plastilin, mum) üzərində alınmış eksperimental diş izləri;
-şübhəli şəxsin hər iki çənəsinin stomatoloq, diş texniki tərəfindən hazırlanmış modelləri.
Ekspertizaya göndərilmiş maddi sübutları, nümunələri elə qablaşdırmaq lazımdır ki, onların üzərində olan izlərin tamlığı pozulmasın.
4. Şəxsin paltarlarının (əlcəklərinin və s.) ekspertizası üzrə
Bu ekspertizanın əsas məqsədi konkret obyektlərin üzərində olan paltar izlərinin, həmçinin paltarlar üzərində olan zədələrin yaranma mexanizminin müəyyən edilməsi və eyniləşdirilməsindən ibarətdir.
Ekspertizaya predmetin özü, yaxud onun üzərində paltar izi olan hissəsi, bunlar mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri, müəyyən edilmiş şəxsin paltarları, həmçinin mexaniki zədələrin yetirildiyi alət (predmet) təqdim edilməlidir.
5. Sındırma alət və vasitələri izlərinin ekspertizası üzrə
Bu ekspertizanın əsas məqsədi hadisə yerindəki izlərin qoyulmuş olduğu alət və vasitələrin eyniləşdirilməsi, iz yaranmanın mexanizminin müəyyən edilməsidir.
Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:
– üzərində alət və vasitələrin izi olan predmet;
– hər hansı bir səbəbdən predmetin özünü bütövlükdə təqdim etmək mümkün olmadıqda, əvvəlcədən obyektin bütöv vəziyyətdə miqyas fotoşəklini çəkməklə və onun üzərində olan izlərin yerləşmə sahələri, ölçüləri göstərilən sxem tərtib etməklə həmin predmetin iz olan hissəsini təqdim etmək olar;
– izləri götürmək mümkün olmadıqda, onların basmaları;
– hadisə yerindən və ya şübhəli şəxsdən götürülmüş alət və vasitələr;
– hadisə yerinin müayinəsi və maddi sübutlara baxış keçirilməsinə dair protokollar.
Ekspertə iz qoymuş alət və vasitələrin saxlanılması şəraiti; cinayətin törədilməsindən sonra onlardan istifadə edilib-edilməməsi; həmin alət və vasitələr hadisə törədilməsi anından sonra düzəlişə məruz qalıb-qalmaması barədə məlumat verilməlidir.
Alət və vasitələr üzərində kənar predmetdən qalmış hissəciklər aşkar edildikdə, müstəntiq onların qorunub saxlanılması üçün tədbir görməli və bu hissəciklərin mənşəyi və növünün müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasından başqa digər kriminalistik ekspertiza təyin etməlidir.
Ekspertizaya qıfılların özləri, onları açmaq və ya sındırmaq üçün istifadə edilə bilən predmetlər, həmçinin bu qıfılların açarları təqdim edilməlidir.
Qıfılların üzərində olması güman edilən izləri qorumaq və əlavə izlərin yaranmasının qarşısını almaq məqsədi ilə ekspertizaya göndərilənə qədər bu qıfılların açar yuvalarına açar və ya digər predmet salmaq qəti olaraq qadağan edilir.
Ekspertizaya tədqiqat obyektləri, həmçinin relyef işarələrinin məhv edilməsi (dəyişdirilməsi) üçün dəyişdirilə biləcək predmetlər təqdim edilməlidir.
6. Kütləvi istehsal məmulatlarının ekspertizası üzrə
Kütləvi istehsal məhsullarının məhkəmə-trasoloji ekspertizasının əsas məqsədləri ayrı-ayrı obyektlərin oxşar obyektlər qrupuna məxsusluğunu, təqdim edilən obyektin hazırlanma üsulunu və mənbəyini müəyyən etmək üçün aparılır.
Kütləvi istehsal məmulatlarının məhkəmə-trasoloji ekspertizasına tədqiq edilməli olan məmulatlar, qəliblər və ştamplar və s. təqdim edilməlidir. Əgər sonuncuları ekspertizaya göndərmək mümkün deyildirsə, onda müqayisəli tədqiqat üçün həmin qurğularda məmulatların eksperimental nümunələri alınmalıdır.
7. Tamın hissələrə görə müəyyən edilməsi ekspertizası üzrə
Bu ekspertiza tədqiq edilmiş obyektin (qırıntıların, qəlpələrin və s.) eyni bir predmetin, bütöv bir tamın hissələri olub-olmamasını aydınlaşdırmaq üçün aparılır.
Ekspertizaya eyni predmetin hissələri olması ehtimal edilən bütün obyektlər təqdim edilməlidir. Onların bir-birinə qarışmasının və əlavə olaraq zədələnməsinin qarşısını almaq məqsədi ilə hər biri ayrı-ayrılıqda qablaşdırılmalıdır.
8. Soyuq silahın ekspertizası üzrə
Soyuq silahın ekspertizası tədqiq edilən obyektin soyuq silahlara aid olub-olmamasının növünü və hazırlanma üsulunu müəyyən etmək məqsədilə aparılır.
9. Nəqliyyat vasitələrinin izlərinin ekspertizası üzrə
Bu ekspertizanın məqsədi nəqliyyat vasitəsinin izlərinin olmasını, onların əmələ gəlmə mexanizmini müəyyən etməkdən, zərərçəkənin paltarları üzərində olan zədələrə, nəqliyyat vasitəsinin ayrı-ayrı detallarına və s. görə nəqliyyat vasitələrinin diaqnostik və eyniləşdirmə tədqiqatlarını aparmaqdan ibarətdir.
Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:
– Nəqliyyat vasitəsi və ya onun detalları;
– Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin detalları (bolt, qayka, fara çərçivəsi, fara şüşəsinin qırıqları, rəng-boya örtüyünün hissəcikləri və s.);
– Əgər piyada nəqliyyat vasitəsi ilə vurulmuşdursa, onun paltarları;
– Məhkəmə-tibb ekspertizasının rəyi;
– Cinayət işinin materialları;
– Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin hərəkət səthindən qalmış izlərin basmaları.
Müqayisəli tədqiqat üçün nümunələr qismində aşağıdakılar təqdim edilməlidir:
– Şübhəli avtomobilin şininin protektor naxışının sıxmasının bir neçə nüsxəsi;
– Şübhəli avtomobilin zədələnmiş detalları;
– Şübhəli avtomobildə olan zədələrin miqyaslı fotoşəkilləri.
Ekspertə aşağıdakılar barədə məlumat verilməlidir: yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsi təmir olunmuşdurmu; nəqliyyat-vasitəsi rənglənmişdirmi; onun detalları dəyişdirilmişdirmi və s.
10. Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə
Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə aşkar edilən izlərin heyvan izləri olub-olmamasını, həmin izlərin konkret heyvana məxsusluğunu müəyyən etmək üçün aparılır.
Ekspertizaya aşağıdakılar təqdim edilir:
– Tədqiq edilən izlərin basmaları;
Müqayisəli tədqiqat üçün nümunələr qismində barəsində suallar qoyulmuş heyvanın eksperimental izlərinin basmaları təqdim edilməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.