Press "Enter" to skip to content

Nəriman bəy nərimanbəyli

Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil edib həqiqəti deyən N.Nərimanovun siyasi düşmənləri onu “Milli təmayülçülükdə” günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalışırdılar. Sarkis, Şatunovskaya və onların əlaltıları onun respublika rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. Bu xainlər N.Nərimanovun 1922-ci ilin axırı – 1923 – cü ilin əvvəlində SSRİ MİK sədrlərindən biri seçilməsi şansından hiyləgərcəsinə istifadə etdilər və o bu vəzifədə ömrünün axırına kimi Moskvada işləməli oldu.

Nəriman bəy nərimanbəyli

Elə bir ailədə dünyaya gəlmişdi ki, oxumağa meyil göstərməməsi, mükəmməl təhsil almaması mümkünsüz idi. Atası Haşım bəy Nərimanbəyov İrəvan Müəllimlər Seminariyasının müəllimi olmuşdu. Ömrünün xeyli hissəsi savad verməklə, elm öyrətməklə keçmişdi.

XIX əsrin sonlarından yeni tipli məktəblər açmaq üçün göstərilən böyük səylər az da olsa, bəhrəsini verirdi. O dövrdə yaradılan məktəblərdən biri də 1898-ci ildə fəaliyyətə başlayan İrəvandakı rus-tatar məktəbi oldu. Haşım bəy Nərimanbəyov İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin açılmasında, xeyriyyə cəmiyyətinin təşkilində fəallıq göstərdi. Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birgə “Ana dili” kitabı tərtib etdi. Bu kitab 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çap olundu. Dövrünün ziyalılarının bir çoxu kimi, Haşım bəy Nərimanbəyov da aktual mövzularda məqalələr yazırdı. O illərin mətbuat orqanlarında Haşım bəyin məqalələri, teatr tamaşaları haqqında resenziyaları dərc olunurdu. Ancaq müəllimlik onun əsas peşəsi idi. 1909-cu ildə “Kavkazskiy kalendar” məcmuəsində Haşım bəy Nərimanbəyovun rus-tatar məktəbinin müəllimi oldugu qeyd edilirdi. Sonralar o, Rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsini yerinə yetirdi.
Nəsildə elmə, təhsilə böyük maraq göstərən yalnız atası Haşım bəy Nərimanbəyov olmamışdı. O, Şuşada tanınmış nəsillərdən birinin nümayəndəsi idi. Ulu babası Nəriman bəy Qarabaği bu şəhərin nüfuzlu, savadlı, sayılıb-seçilən əsilzadələrindən olub. Onun Allahverən bəy və Nəriman bəy adında oğlanları vardı. Oğlanlarından biri – 1807-ci il təvəllüdlü Allahverən bəy mükəmməl mədrəsə təhsili aldı. Praporşik rütbəsi ilə rus ordusunda xidmət etdi. Sonralar isə dövlət idarələrində çalışdı.
Şuşanın bu soylu-köklü nəslindən sonralar da tanınmış ziyalılar, təəssübkeş vətənpərvərlər, fədakar milli mücahidlər yetişdi. Onlar Nərimanbəyov və ya Nərimanbəyli olaraq bu soyadı qürurla daşıdılar, ləyaqətlə yaşatdılar.
Belə bir nəslin övladı olan Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində dünyaya göz açdı. Ailəsi İrəvana köçdüyündən Nəriman bəyin uşaqlıq illəri orada keçdi. İrəvan gimnaziyasına daxil oldu. Gimnaziyanı bitirdi və təhsilini davam etdirmək üçün Rusiyaya yollandı. Moskva Universitetinin fizika-riyaziyyat, sonra isə Xarkov Universitetinin hüquq fakültələrində oxudu.
Nəriman bəy Nərimanbəylinin tələbəlik illəri inqilab havası ilə süslənmiş, siyasi iğtişaşların sədasına köklənmiş elə bir zamana düşdü ki, bu coşqun gəncin bir kənarda dayanıb hadisələrin izləyicisi olması mümkünsüz görünürdü. Nəriman bəy Nərimanbəyli dövrün səsinə səs verdi, gənclik arzusu, gələcəyə sonsuz ümidlərlə Rusiya imperiyasını bürümüş inqilabi hərəkata qoşuldu. Xarkov Universitetinin fəal tələbələrindən sayılan Nəriman bəy orada “Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti”nin rəhbərliyinə seçildi. Nəriman bəy Nərimanbəylinin iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı.
Təhsilini 1915-ci ildə başa vurdu. Vətənə qayıtdı. Vəkil işləməyə başladı. Yenə də ictimai həyatda fəallığı ilə seçildi. O, vəkillik etməklə bərabər, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən oldu.
O dövr Azərbaycanının Nəriman bəy Nərimanbəyli kimi qəlbi vətənə məhəbbətlə dolu gənclərinə böyük ehtiyacı var idi. Onlar millətin gələcəyini düşünənlər, məmləkəti işıqlı sabahlara aparacaq yenilməz güc, sarsılmaz qüvvələr idilər. Azərbaycan bu gənclərin çiyinləri üzərində nurlu gələcəyə yol gedirdi.
Dövrün qarışıq, təlatümlü siyasi-ictimai mənzərəsi, mürəkkəb, ziddiyyətli hadisələri mənəvi təbəddülata, milli oyanışa şərait yaradırdı. Millət üçün, vətən üçün belə məsuliyyətli zamanda yaxasını kənara çəkmək, şəxsi mənafeyini, mənfəətini düşünmək ən böyük xəyanət idi.
Azərbaycanın istiqlalı naminə çalışan Nəriman bəy Nərimanbəyli kimi vətənpərvərlər yaranmış siyasi-ictimai vəziyyətdən istifadə edərək milli düşüncələrdə kök salmış müstəqillik arzularını həyata keçirməyə can atırdılar.
O illərdə müxtəlif siyasi partiyalar yaranmaqda idi. Bu təşkilatların əksəriyyətinin proqramı kifayət qədər cəlbedici görünürdü. Amma ictimai-siyasi fikirlərin qarışdığı, bəzən kələf kimi bir-birinə dolaşdığı bir vaxtda gənc Nəriman bəy Nərimanbəyli üçün öz yolunu müəyyənləşdirmək çətin olmadı. Çünki məqsədi bəlli idi. Ona görə də o öz əqidə yoldaşlarının, məsləkdaşlarının sırasında yer tutmağa qərar verdi. 1917-ci ildə baş verən Fevral inqilabından sonra Nəriman bəy Nərimanbəyli “Müsavat” partiyasına daxil oldu. Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak etdi.
1918-ci il başlanğıcından Nəriman bəyin həyatına yeni ab-hava gətirdi. O il bir-birinin ardınca mühüm hadisələr baş verdi. 1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyli Zaqafqaziya Seyminin üzvü seçildi. Fevralın 28-də Seym tərəfindən təsdiq edilmiş Müsəlman fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü oldu. Həmin ilin 26 mayında Seymin Müsəlman fraksiyası, Zaqafqaziya Federasiyası süqut etdi. Bir gün sonra – mayın 27-də Azərbaycan Milli Şurasının üzvləri sırasında Nəriman bəy Nərimanbəyli də yer aldı. O, 1918-ci il 28 mayda qəbul edilən Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlardan biri oldu. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə ölkənin müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Milli Şuranın sədr müavini Həsən bəy Ağayev sədrlik etdi. Mustafa Mahmudovun katib olduğu iclasda Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak etdilər. İclasda bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqləndi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak birləşmələrinin işğalında idi. Bu səbəbdən Azərbaycan hökuməti Tiflisdən köçərək müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərdi.
Nəriman bəy Nərimanbəyli 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılan Azərbaycan parlamentinə üzv seçildi. Parlamentdə Müsavat fraksiyasının tərkibinə daxil oldu. Nəriman bəy Nərimanbəyli 1919-cu il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi cümhuriyyətin 4-cü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini yerinə yetirdi. Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə o da yaxından iştirak etdi.
1920-ci ilin 28 aprelində bolşeviklərin Azərbaycanı işğal etməsi, Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratması Nəriman bəyin də arzularını yarımçıq qoydu. Çətin günlər hələ qabaqdaydı. Amma aprel işğalından sonra Nəriman bəy Nərimanbəyli vətəni tərk etmədi. Sovet hökumətinin ilk vaxtlarında savadlı, geniş məlumatlı, bacarıqlı mütəxəssislərə ehtiyacı böyük olduğundan onları işlə təmin edirdi. Nəriman bəy də müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi çalışdı.
Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, fəaliyyətində sonsuz istəklə iştirak etmiş, bolşevik işğalına qarşı çıxmış şəxsiyyətlərə qarşı sovet hökumətinin kin-küdurəti, qəzəbi də heç kimə sirr deyildi.
Nərimanbəylilər nəslindən cümhuriyyət hökumətinin bərqərar olunmasında səylə çalışan isə təkcə Nəriman bəy Nərimanbəyli olmamışdı. Onun əmisi – Əmir bəy də, Nəriman bəy kimi, milli istiqlalımızın qorunması uğrunda səy göstərmişdi. Əmir bəy Nərimanbəyov ali təhslini Ukraynada Xarkov Universitetinin Hüquq fakültəsində almışdı. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra bir müddət Ukraynada pedaqoji fəaliyyətlə məşğul oldu. Daha sonra o, bir sıra dövlət idarələrində məmur işlədi. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əvvəlcə Naxçıvanın general-qubernatoru oldu. Sonra Azərbaycan Cümhuriyyəti daxili işlər naziri əvəzi general-mayor M.S.Ağabəyzadənin 2 sentyabr 1919-cu il tarixli əmri ilə 48 yaşlı Əmir bəy Nərimanbəyov Bakı şəhərinin general-qubernatoru vəzifəsinə təyin olundu. O, bu vəzifənin verdiyi səlahiyyətlərdən bəhrələnərək gənc azərbaycanlı kadrları vəzifəyə təyin etməyə, irəli çəkməyə çalışırdı. Bakı şəhərinin general-qubernatoru vəzifəsində Əmir bəy Nərimanbəyov 1920-ci ilin aprelinədək qaldı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir bəy Nərimanbəyov əsilzadə nəslindən olduğuna və Azərbaycan Xalq Cümhuriyyətinə xidmətinə görə repressiyaya məruz qaldı.
Əmir bəyin oğlu Fərman bəy Nərimanbəylini isə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Fransaya ali təhsil almağa göndərdi. O, Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana döndü. Fərman bəy ixtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində Elektrikləşdirmə bölməsinin rəisi işlədi. 1937-ci ildə həbs olundu. Həmin vaxtlar o, Bakı Sovetinin Energetika bölməsində çalışırdı. Fərman bəy ziyankarlıqda ittiham olunurdu. Ona 5 il iş kəsildi. 1938-ci ilin 11 sentyabrında cəzasını çəkmək üçün Kolımaya həbs düşərgəsinə aparıldı. Beş il sonra sürgündən qayıdan Fərman bəyə Bakıda yaşamağa icazə verilmədi. Mingəçevir şəhərinə getdi, orada SES-də işləməyə başladı. Ömrünü 72 yaşında həmin şəhərdə başa vurdu.
Sovet hakimiyyətinin nəzərində düşmən olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi və dövlət xadimi Nəriman bəy də daim təqiblərə məruz qaldı. Onu səbəbsiz yerə işdən çıxardılar. Bir müddət sonra yenidən vəkil işlədi.
1937-ci ilin amansız repressiya siyasəti Nəriman bəyin də faciəsini yaxınlaşdırdı. Onu həbs etdilər və bir qrup tanınmış müsavatçı ilə birgə məşhur Solovki həbs düşərgəsinə yolladılar. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından, 1918-ci il mayın 28-də Azərbaycanın Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 48 yaşında sovet hökumətinin qərarı ilə güllələndi.

Nəriman bəy nərimanbəyli

Şərqin ilk istiqlal mücahidləri

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinin çox əlamətdar bir dövrünün əsasını qoymuşdu. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqı bununla da dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bütün beynəlxalq aləmə bildirmişdi.

Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər çətin bir məsələ idi. Lakin xalqımız müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, yüksək intellektual potensiala və böyük ideoloji dəyərlərə malik olduğunu təsdiqləmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 99 il keçir. 1998-ci il yanvarın 30-da ümummilli lider Heydər Əliyev cümhuriyyətin 80 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda bu möhtəşəm hadisənin tarixi-siyasi əhəmiyyətini olduqca dəqiq şəkildə qiymətləndirmiş və xüsusi vurğulamışdır ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Doğrudan da Şərqdə demokratik dövlət quruluşunun meydana çıxması o zaman həm gözlənilməz, həm təqdirəlayiq, həm də böyük bir hadisə idi.

Prezident İlham Əliyevin bu il mayın 16-da imzaladığı �Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında� sərəncamında da cümhuriyyətin fəaliyyətinə yüksək dəyər verilir: �Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü�.

Xalq Cümhuriyyətinin qurucuları – Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görmüşlər. Respublikanın iqtisadiyyatında milli kapitalın rolunun artırılması, xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparmışlar.

İstiqlal hərəkatının fədailəri milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynamışlar. Azərbaycanın istiqlalı ideyası əksər ziyalıları bir amal altında birləşdirmişdi. �Türkləşmə, islamlaşma və müasirləşmə� ideyası irəli sürülmüş və onun qələbəsinə çalışılmışdı. Bu ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə yönəlmişdi, ən əsası isə azərbaycançılıq təlimi ilə qaynayıb-qarışmışdı.

Yeni qurulan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa zamanda öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanları son həddə çatanadək şərəflə yerinə yetirmişdi. Kiçik zamanda böyük işlər həyata keçirilmişdi.

İstiqlal mücahidlərinin tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin olduğunu görürsən. Talelələrindəki bənzərlik, hətta bu insanların mübarizələrində də öz əksini tapır. Moskvada, Sankt-Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, xüsusən Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə olan sevgisi, sədaqəti ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak edir, ictimai-siyasi xidmətləri ilə xalqın milli oyanışında misilsiz rol oynayırdılar. Vətənə, millətə xidmət missiyasında onları vahid bir amal – milli mənafeyin hər şeydən üstün tutulması birləşdirirdi. Zəngin və keşməkeşli mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış bu insanlar Azərbaycanın milli istiqlal hərəkatının iştirakçıları olmuşdular. 120 nəfər Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə çalışmışlar. Bir an belə dayanmadan işləmiş, öz dəstxətləri, xalqına sədaqətləri ilə fərqlənmiş, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşlar.

Müstəqil iqtisadi xəttin müdafiəçisi – Ağa Aşurov

Dövlətin müstəqil iqtisadi xəttini prinsipial mövqedən müdafiə edən və bunun uğrunda mübarizə aparanlardan biri Ağa Hacı Aslan oğlu Aşurov idi. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini əsasən Aşurov müəyyən etmişdir. Belə ki, Ağa Aşurov cümhuriyyətin ikinci hökumətində ticarət və sənaye naziri vəzifəsini tutmuş, 1918-ci il oktyabrın 6-dək eyni zamanda ərzaq naziri olmuşdur. Həmin vaxt, yəni oktyabrın 6-da Hökumət Kabinetində bəzi dəyişikliklər baş verdiyinə görə, Aşurov poçt və teleqraf naziri təyin edilmişdir.

Lakin onun fəaliyyəti yalnız ölkənin iqtisadi məsələlərinin həllindəki fəal işi ilə bitmir. Aşurov, ümumiyyətlə, dövrünün tanınmış ziyalısı, mütəxəssisi, ictimai-siyasi xadimi olmuşdur. Belə ki, 1880-ci ildə Bakıda dünyaya göz açan Ağa Aşurov burada gimnaziyanı bitirmişdi. Sonra Almaniyada ali təhsil almış və mühəndis-texnoloq ixtisasına yiyələnmişdi. Vətənə qayıtmış və Bakı şəhər bələdiyyə idarəsində çalışmışdı. Gənc olmasına baxmayaraq, şəhərin abadlıq-quruculuq işlərində fəal iştirak etmişdi. 1908-ci ildə 28 yaşlı mühəndisin rəhbərliyi ilə hətta yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdı. Aşurov eləcə də Bakıya şollar suyunun çəkilməsində geniş fəaliyyət göstərmişdi.

Almaniyadan qayıtdıqdan bir neçə il sonra Aşurov siyasi həyata qoşulur. 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən III qurultayında iştirak edir. Onu qurultayın rəyasət heyətinin tərkibinə seçirlər.

İllər keçdikcə bu istiqlal mücahidi milli hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. 1917-ci ilin fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edir. Həmin vaxt artıq səriştəli siyasətçi olan Aşurov 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilən Ağa Aşurov Müsavat və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün Hökumət Kabineti ilə birlikdə istefaya çıxıb.

Hökumətdə iki dəfə nazir kürsüsü tutan Aşurov cümhuriyyətin fəaliyyəti dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olub.

. 1920-ci il aprelin 27-si saat 12:00-da bolşeviklər AXC parlamentinə verdiyi ultimatuma cavab gözləyirdilər. Hakimiyyət Qırmızı Orduya keçməli, yaxud silahlı mübarizə başlanmalı idi. Qızğın müzakirələrdən sonra parlament hakimiyyəti dinc yolla təhvil vermək qərarına gəlir. Üç nəfər bitərəf qalmaqla qərar yerinə yetirilir.

Bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən isə bir nəfər olur – Ağa Aşurov. Elə buna görə də ertəsi gün bolşeviklər onun həbs edilməsinə göstəriş verirlər. Aşurovu ələ keçirmək mümkün olmur. O, Türkiyəyə mühacirət etməyə can atır, lakin buna nail ola bilmir. Rostov şəhərinə köçüb orada öz ixtisası üzrə mühəndis işləyir.

Deyilənlərə görə, Ağa Aşurovun məzarı Rostovun tatar qəbiristanlığındadır, orada 1936-cı ildə dəfn olunub. Lakin çox təəssüf ki, həmin qəbiristanlıqda onun qəbrinin dəqiq yerini indiyə qədər müəyyən etmək mümkün olmayıb.

Təəssüf doğuran cümhuriyyətin təkcə bu fədaisinin taleyi deyil.

�Xalq düşməni� kimi güllələnən azadlıq fədaisi – Nəriman bəy Nərimanbəyli

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri də Nəriman bəy Həşim bəy oğlu Nərimanbəyli idi. O, 4-cü Hökumət Kabinetində dövlət müfəttişi vəzifəsində çalışmışdı.

Milli İstiqlal hərəkatının fəal iştirakçısı, AXC Parlamentinin üzvü olan bu insan əslən şuşalı idi. O, bu şəhərdə anadan olmuş, sonra valideynləri İrəvana köçdüyü üçün orta təhsilini oradakı gimnaziyada almışdı. Əvvəlcə Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində oxusa da, sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdu. İnqilabi hərəkata da məhz o dövrdə qoşulmuşdu. �Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti� nin rəhbərlərindən olmuşdur.

Həmin cəmiyyətin üzvləri, o cümlədən Nəriman bəy də tamaşalar göstərir və əldə etdikləri gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylayırdılar.

1915-ci ildə N.Nərimanbəyli ali təhsilini başa çatdırıb vətənə qayıdır. O, Bakıda vəkil işləməklə yanaşı, bir qrup yoldaşları ilə �Müsəlman xeyriyyə cəmiyyəti�nə rəhbərlik edir. 1917-ci il Rusiya fevral inqilabından sonra �Müsavat� partiyasına daxil olur. Qafqaz müsəlmanlarının Bakı qurultayında və �Müsavat� partiyasının birinci qurultayında iştirak edir.

1918-ci ilin əvvəlindən Nərimanbəylinin həyatında bir-birinin ardınca mühüm hadisələr baş verir. Fevral ayında Zaqafqaziya Seyminin üzvü seçilir. May ayında seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvlüyünə qəbul edilir. Noyabrda Milli Şuranın �Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun�una əsasən seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil olur. Parlamentdə Müsavat və bitərəf fraksiyasının üzvü olan Nəriman bəy 4-cü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini tutur.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Nərimanbəyli müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi çalışır. Lakin Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi və dövlət xadimi kimi daim təqiblərə məruz qalır. Bu səbəbdən onu işdən çıxarırlar. Müəyyən müddət yenidən vəkil işləməyə başlayır.

Cümhuriyyətin bir sıra nümayəndələri kimi N.Nərimanbəylinin həyatı da acı sonluqla bitir. 1937-ci ildə 48 yaşlı Nəriman bəy Stalin repressiyasının qurbanı olur.

Qırmızı terrorun daha bir günahsız qurbanı – Heybətqulu Məmmədbəyli

1937-ci ilin burulğanları Azərbaycan Xalq Cümhuriyyətinin daha bir yadigarını – Heybətqulu Həbibulla oğlu Məmmədbəylini də aparır. O, 1888-ci ildə Bakının Şağan kəndində anadan olmuşdu. Kənd yerində böyüməsinə baxmayaraq, təhsilə maraq göstərmiş, əvvəlcə Bakı realnı məktəbini, sonra da texniki sənaye texnikumunu bitirmişdi. Fevral inqilabından sonra isə siyasi fəaliyyətə qoşulmuşdu.

H.Məmmədbəyli Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının tərkibinə daxil olub. AXC-nin 5-ci Hökumət Kabinetində dövlət naziri kimi məsul vəzifədə çalışıb. İstiqlal Bəyannaməsinin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.

Heybətqulu Məmmədbəyli �İttihad� fraksiyasının rəhbərlərindən idi. Bu fraksiya Cümhuriyyət Parlamentində �İttihad� partiyasını təmsil edirdi. Heybətqulu Məmmədbəyli parlamentdə həmin fraksiyanı təmsil edən 11 deputatdan biri idi. Bu deputatlar parlamentin ayrı-ayrı komissiyalarında iştirak edirdilər. Heybətqulu Məmmədbəyli təsərrüfat komissiyasının üzvü seçilmişdi. O, eləcə də Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi.

�İttihad� Qərb imperializminə qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırırdı. Həmin dövrdə �Müsavat� M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən geri qaytarmaq istəyirdi. �İttihad� isə baş nazir Nəsib bəy Yusifbəyliyə partiyalarla məsləhətləşməyi təklif edirdi. Ümumiyyətlə, ittihadçılar �Müsavat�ı, hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırdılar. Eləcə də hökumətin kommunistlərə qarşı gördüyü tədbirlərin də əleyhinə çıxırdılar. �Müsavat�ın hakimiyyətdən getməsinə çalışırdılar.

1920-ci ilin aprelində �İttihad� fraksiyası hakimiyyətin kommunistlərə təhvil verilməsi təklifini müdafiə etdi�.

Sovet hakimiyyəti illərində ittihadçı Heybətqulu Məmmədbəyli müxtəlif idarələrdə çalışsa da, daim güclü təzyiqlərə, təqiblərə məruz qalırdı. Bu təqiblər nəticədə 1937-ci ildə qanlı terrorla yekunlaşdı.

Xalqın tərəqqisi üçün mübarizə aparan müəllim – Mustafa Mahmudov

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin digər deputatı Mustafa Hacımusa oğlu Mahmudov silahdaşlarının bir çoxunun payına düşmüş tale yaşamışdır. 1920-ci ilin aprel işğalından sonra təqiblərə məruz qalmışdır. Sovet hökuməti onu �əksinqilabi� fəaliyyətinə görə ittiham etmişdir.

Lakin Mustafa Mahmudovu cümhuriyyətin digər siyasi nümayəndələrindən fərqləndirən cəhətlər də çox idi. 1878-ci ildə ovaxtkı Göyçay qəzasının Kürdəmir kəndində doğulan Mustafa Qori Müəllimlər Seminariyasını bitirməyə müvəffəq olmuşdu. 21 yaşında ikən Bakıdakı 1-ci rus-müsəlman məktəbində müəllimlik etməyə başlamışdı. Burada 1907-ci ilə qədər çalışmış, 1910-1920-ci illərdə həmin məktəbin müdiri olmuşdur. 1908-1910-cu illərdə daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur kimi işləmək onu müvəqqəti olaraq pedaqoji fəaliyyətindən ayırmışdı.

1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilməsi Mustafa Mahmudovun bir sıra potensial imkanlarını üzə çıxarır. Dumada müsəlman fraksiyasının, 9-cu şöbənin və 4 komissiyanın üzvü kimi fəaliyyət göstərir.

Mustafa Mahmudov hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxır. Fətəli Xan Xoyski və Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edir və Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə məsələ qaldırır. Eyni zamanda o, işçilərə yardım komissiyasının da üzvü kimi �Proqres� qəzeti vasitəsilə işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün oxuculara müraciət edir.

Mustafa Mahmudov müəllim idi və ömrü boyu çalışdığı bütün vəzifələrdə bu missiyanı unutmamışdı. O, Dumanın xalq təhsili komissiyasının da üzvü idi. Bu mövqeyindən xalq üçün istifadə edərək maarif nazirini müsəlman əhalinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirmişdi. Eləcə də müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin olduğunu və onların �kastalar�a bölündüyünü tənqid etmişdi.

1917-ci ildə Mustafa Mahmudov Zaqafqaziya Seyminin, 1918-ci ilin mayında Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. Onun 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı seçilməsi Milli Şuranın �Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu�na əsasən olmuşdu. İstiqlal mücahidi Müsavat fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü idi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mustafa Mahmudov bilavasitə öz sevimli peşəsi ilə məşğul olmuşdu. Bakıdakı 132 nömrəli məktəbdə dərs demişdi. Lakin onu daim təqib edirdilər. 1923 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırmışdılar. İstiqlal mücahidini rahat buraxmayaraq, nəhayət, həbs edib güllələmişdilər. Beləliklə, 1937-ci ilin qurbanları sırasına bir ad da əlavə olunmuşdu.

Cümhuriyyətin bu və digər nümayəndələrinin tərcümeyi halını vərəqlədikcə bir daha aydın olur ki, Azərbaycanın müstəqillik tarixində öyrənməli, üzə çıxarılmalı məqamlar hələ çoxdur. Odur ki, azadlıq, müstəqillik mübarizlərinin hər birinin həyatının, fəaliyyətinin ətraflı araşdırılması qarşıda duran mənəvi borc və müqəddəs vətəndaşlıq vəzifəsidir.

İradə ƏLİYEVA,

Azərbaycan.- 2017.-28 may.- S.7.

Nəriman Nərimanov

Nəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.O zaman Dağıstan və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların az – çox mədəni – maarif ocaqlarını idarə edən təşkilatlar burada yerləşirdi.

Odur ki, dövrün qabaqcıl fikirli ziyalıları burada yerləşən gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək qabaqcıl mədəniyyəti, dünyəvi elmləri yaymaqla məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün təşəkkülünə müsbət təsir göstərməyə bilməzdi. N.Nərimanov 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır.

1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər.

1894- cü ildə N.Nərimanov Azərbaycan ziyalılarının qabaqcıl dəstəsinin yaxından iştirakı ilə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyur.

N. Nərimanovun təşkil etdiyi bu qiraətxana – kitabxananın işində diqqət tələb edən cəhətlərdən biri buraya gələnlərin – oxucuların sayının digər şəhərlərdəki kitabxana – qiraətxanalara nisbətən xeyli çox olması idi.

1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olur və burada inqilabı işlə məşğul olur, fəhlə və tələbə hərəkatının fəal rəhbərlərindən biri kimi məşhurlaşır. 1905-ci ildə inqilab günlərində Nərimanov Odessada ilk inqilabi sınaqdan keçir və həmin ildə “Hümmət” partiyasına daxil olur.

I Rus inqilabı dövründə universitetdə oxuyan tələbələr inqilabi hərəkatda iştirak etdiklərinə görə çar hökuməti universiteti müvəqqəti olaraq bağladığı üçün N. Nərimanov Bakıya qayıdır. Daha sonra Universitetə qayıdaraq 1908-ci ildə təhsilini başa vurub Bakı şəhər xəstəxanasında həkim işləyir. 1909 — cu ilin əvvəllərində geniş ictimai – siyasi və inqilabi fəaliyyətə başlayır. Həmin ilin fevralında çar hökuməti tərəfindən nəzarətə alınan N. Nərimanov 1909-cu il martın 1- də Tiflisdə həbs olunur. 7 ay Metex qalasında saxlandıqdan sonra oktyabr ayında 2 il müddətinə Qafqazdan xaricə, Həştərxana sürgün edilir.

N. Nərimanov sürgündə olarkən xeyli yerli “Bürhani – tərəqqi”, “Astraxanski listok”, “Astraxanski kay”, “Astraxanski vestnik” və b. qəzetlərdə çoxlu məqalələrlə çıxış edir, inqilabi və həkimlilik fəaliyyətini davam etdirir. 5 illik sürgün həyatını başa vurduqdan sonra, 1913 – cü ildə Bakıya qayıdan N. Nərimanov “Bəsirət”, “Açıq söz”, “İqbal”, “Yeni inqilab” qəzetlərində qiymətli məqalələr dərc etdirir.N. Nərimanov 1917- ci ildə bolşevik “Hümmət” təşkilatının sədri, həmin təşkilatın eyni adlı qəzetinin redaktoru olmuşdur və bolşeviklərlə birlikdə Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda mübarizə aparmışdır.

1918-ci il iyun ayında N. Nərimanov ağır xəstələnir və Bakı kommunasının tapşırığı ilə müalicə üçün Həştərxana göndərilir. Onun müalicəsi başa çatanda artıq Bakı kommunası devrilmişdi. Odur ki, Həştərxanda qalıb fəaliyyətini davam etdirir.

1920 – ci il may ayının 16 – da Bakıya gələn Nərimanov əvvəlcə müvəqqəti Hərbi inqilab komitəsinin, sonra İnqilab Komitəsinin və Azərbaycan hökumətinin sədri olmuşdur. N.Nərimanov görkəmli ictimai-siyasi və dövlət xadimi idi. O, 1920-ci il sentyabrın 12-də Şərq xalqlarının Bakıda keçirilən birinci qurultayının çağırılmasının fəal təşəbbüsçüsü və təşkilatçısı olmaqla bərabər, Bakıda I türkoloji qurultayın çağırılmasında da böyük rol oynamışdır. Azərbaycan üçün münasib olmayan ərəb əlifbasından latın sistemli əlifbaya keçmək məsələsi ilə N.Nərimanov hələ 1922-ci ildən məşğul olmağa başlamışdır.

Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil edib həqiqəti deyən N.Nərimanovun siyasi düşmənləri onu “Milli təmayülçülükdə” günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalışırdılar. Sarkis, Şatunovskaya və onların əlaltıları onun respublika rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. Bu xainlər N.Nərimanovun 1922-ci ilin axırı – 1923 – cü ilin əvvəlində SSRİ MİK sədrlərindən biri seçilməsi şansından hiyləgərcəsinə istifadə etdilər və o bu vəzifədə ömrünün axırına kimi Moskvada işləməli oldu.

1925-ci il mart ayının 19-da Moskva vaxtı ilə axşam saat 8-də SSRİ MİK-nin sədri N.Nərimanov müəmmalı şəkildə vəfat etdi və Qızıl meydanda, kreml divarları yanında dəfn edildi.Onun tabutu üzərinə qoyulan əkilidə “Şərq xalqlarının inqilabi rəhbərinə və imperializm zülmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə” sözləri yazılmışdı.

N. Nərimanovun vəfatı ilə əlaqədar ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn günü – martın 23-ü matəm elan edildi. Hökumət binalarında, xaricdəki diplomatik və ticarət nümayəndəliklərinin binalarında, hərbi və ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirildi.

  • Teqlər:
  • böyük insanlar
  • , şəxsiyyətlər
  • , Nəriman Nərimanov

Comments are closed, but trackbacks and pingbacks are open.