Nəriman həsənzadə nuru pasa
Taleyimin dalısınca getdim Poyludan, –
Nuru Paşa Poema – Nəriman Həsənzadə
Azərbaycanın milli (və dövlət) müstəqilliyinin gücləndiyi, Türk dünyasının sosial-siyasi birliyinin qaçılmazlığı ideyasının geniş miqyas aldığı bizim günlərdə müstəqillik (və birlik!) məfkurəsinin ifadəsinə həsr olunmuş əsərlərin yaranması tamamilə təbiidir. Və qürurla etiraf etmək lazımdır ki, bu təbiiliyi daha da tə¬biiləşdirən tarixi-genetik əsaslar da vardır: Azərbaycan, ümumən Türk dünyası hər zaman milli müstəqilliyin (və birliyin) danıldıqca danılmaz olan, bügünkü ideoloqun, mütəfəkkirin, sənətkarın inamla istinad edə biləcəyi qəhrə¬manlarını yetirmişdir. .. Xalq şairi Nəriman Həsənzadə “Nuru Paşa” poemasında (əslində, poema-dastanında, yaxud poema-simfoniyasında) həmin qəhrəmanlardan birini – mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycanın köməyinə gələrək onu irticaçı qüvvələrin təsiri altına düş¬məkdən xilas edən türk-osmanlı sərkərdəsi Nuru Paşanı, ümumən onun çoxmənalı tarixi missiyasını tərənnüm edir : ….
The publishing year:
2010 (Anno Domini/AD)
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi
Nuru Paşa Poema – Nəriman Həsənzadə | |||
---|---|---|---|
Read دانلود Turuz hayatta kalmak için, Yardım Edin | |||
حجم: 2.07 MB | File Type : Pdf | دیده شده : 776 | Damage report |
Neman 2017/10/15
Mühteşem Teşekkürler
Online : 3144 Users
Registered : 31718 Users
Turuz Sitəsi
Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe’l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz
Nəriman həsənzadə nuru pasa
” Nuru Paşa ” dastanı poetik qardaşlıq abidəsidir
Nəriman Həsənzadə – 80
Ömrünün 80-ci ildönümü yenicə tamam olan xalq şairi Nəriman Həsənzadənin əsərlərində bitib-tükənməyən torpaq sevgisi, Vətən və millət məhəbbəti daim bahar təravəti saçır. Onun irihəcmli dram əsərlərində, poema və lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi, bu günü, sevinc və acıları əks olunmuşdur. Şairin “Atabəylər”, “Cavid”, “Nəriman”, “Midiya”, “Zümrüd quşu”, “Qaçaq Kərəm”, “Pompeyin Qafqaza yürüşü”, “Qafqaz” kimi əsərlərində Azərbaycanın müxtəlif dövrlərinin tarixi həqiqətləri bədii salnaməyə çevrilmişdir.
Nəriman Həsənzadənin bu yaxınlarda nəşr etdirdiyi “Nuru Paşa” poeması Azərbaycanın XX əsrin əvvəllərindəki çox mürəkkəb və kəşməkəşli tarixinin mühüm dövrünü əhatə edir. Poemaya AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov ön söz yazmışdır: Tarixin daha əvvəllərində yaranmalı olan, amma milli istəkdən asılı olmayaraq yarana bilməyən “Nuru Paşa” dastanı, yaxud simfoniyası çox gec yarandı. Ancaq yarandı. Və nə edək ki, bizim qəhrəmanlıq dastanlarımızın ömrü qəhrəmanlığımızın ömründən daha uzun olur. Hətta onu yaradan sənətkarın ömründən də . Yaşa, “Nuru Paşa”.
Tanınmış türk şairi İsmət Bora Binatlı “Nuru Paşa” poemasını Türkiyə türkcəsinə çevirmiş, əsər Türkiyədə bir neçə dərgidə yayımlanmışdır.
“Nuru Paşa” poeması Azərbaycan tarixinin XX əsrin əvvəllərindəki daha bir faciəli dövrünün əksidir. Bu dövr 16 mart 1918-ci ildən başlayaraq 15 sentyabr 1918-ci ilədək – daşnak-bolşevik quldurlarının törətdikləri soyqırımdan Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi gününədək olan hadisələri əhatə edir. Nəriman Həsənzadə bu qısa, lakin Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920) yaşaması üçün həlledici olan bir tarixi bədii şəkildə qələmə almışdır. Oxucu poemanın qəhrəmanı Nuru Paşanın hərbi yürüşünün dramatik epizodlarını əvvəldən sona qədər həyəcanla, nəfəs çəkmədən izləyir.
1918-ci ildə Çar Rusiyasının müstəmləkə zəncirindən qopub müstəqil dövlət qurmaq istəyən Azərbaycan və Dağıstan torpaqlarını işğal etmək, onlara sahiblənmək niyyətində olan, azərbaycanlıları kütləvi surətdə qıran bolşeviklərin və onların əlaltıları olan xain ermənilərin bu torpaqlardan qovulması yerli milli qüvvələrin gücü xaricində idi. O qanlı-qadalı günlərdə Osmanlı ordusunun köməyinə ehtiyac var idi. Bu məqsədlə Azərbaycan və Şimali Qafqaz liderləri o zaman Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşaya (1880-1922) müraciət etmişdilər. Ənvər Paşa qardaşı Nuru Paşanın (1889-1949) rəhbərliyi altında hərbi heyət təşkil edərək Qafqaza göndərmişdi. Türk hərbçilərindən təşkil edilən bu qoşuna “Qafqaz İslam Ordusu” adı verilmişdi.
1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru Paşa bolşevik-daşnak qüvvələrin Göyçaya qədər irəlilədiklərini görərək güclü bir qüvvəyə ehtiyac olduğunu və nizamlı bir bölmə göndərilməsini Ənvər Paşaya bildirmişdi. Beşinci Qafqaz diviziyasının Göyçay cəbhəsinə gəlməsi ilə bolşevik erməni-daşnak qüvvələrin qarşısı alınmışdı. Qafqaz İslam Ordusu bir ay müddətində düşmənləri geri sıxışdırmışdı. Nuru Paşanın Azərbaycana gəlişini – bu əzəmətli yürüşü Nəriman Həsənzadə belə mənalandırır:
Nuru Paşa at belində
Türkiyədən – Qarsdan gəlir .
Yaralanmış aslan gəlir .
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunda türk zabit və əsgərlərinin göstərmiş olduqları fədakarlıq və qəhrəmanlığa heyran kəsilən vətəndaş şair Nəriman Həsənzadə bu xilaskarlığı bədii sözün ucalığına yüksəldir :
Azərbaycan ! Səndən ötrü
gör neçə min şəhid gəlir !
Türkdən doğulan türk gəlir ,
Kərbəladan Kərkük gəlir ,
İzmirdən , Sivasdan gəlir .
Bakı döyüş meydanıdı
Hələbdən – savaşdan gəlir .
. Annəm ! Annəm !, – deyib gəlir .
Anasını Türkiyədə qoyub gəlir –
Azərbaycan anasının köməyinə .
Göyçayı , Salyanı , Ağsunu , Kürdəmiri , Şamaxını düşmən qüvvələrdən təmizləyən Qafqaz İslam Ordusu çoxlu şəhid verərək , 8 min osmanlı əsgəri və 6 min Azərbaycan qüvvəsi ilə 15 sentyabrda Bakını erməni və ruslardan azad etdi . Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qalib türk əsgərləri ilə birlikdə zəfərlə Bakıya girdi . Nuru Paşadan sonra isə Şərq orduları qrupu komandanı Xəlil Paşa şəhərə daxil oldu . Xilaskar orduları və komandanları yerli əhali təntənə və sonsuz təşəkkür hissləri ilə qarşıladı . Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski Nuru Paşaya ünvanladığı müraciətnaməsini ” Qafqaz İslam Ordusu ” komandanı sədaqətli Nuru Paşa həzrətlərinə ” – deyə başlamış və belə davam etmişdi : ” Əmriniz altında olan cəsur türk əsgərlərimiz tərəfindən Bakının düşməndən təmizlənməsi münasibətilə millətimə , Allaha və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumu bildirməklə iftixar edirəm “.
Poemada bu qalib türk sərkərdəsinə qardaş minnətdarlığı belə tərənnüm edilir :
Var ol səni , arxam mənim ,
Arxalı səs-sədam mənim .
Turanlı şahzadəm mənim .
Türküm mənim , irqim mənim .
Osmanlı ordusunun minlərlə şəhid verərək Azərbaycan torpaqlarını düşmənlərdən xilas etməsi qardaşın qardaşa zəruri yardımının ən yüksək nümunəsi idi . Nuru Paşa daşnak-erməni və bolşevik-rusların 1918-ci il martın 18-dən aprelin 1-dək həyata keçirdikləri soyqırımda on minlərlə Azərbaycan türkünün öldürüldüyünü ürək ağrısı ilə xatırlayaraq , Ənvər Paşaya göndərdiyi məktubda ” Bakının azad edilməsi əsnasında müsəlman xalqla ermənilər arasındakı çatışmaların baş verməsini , bir qism erməni və bir neçə rusun öldürülməsini , ancaq onların 18 martda öldürülən müsəlmanların yüzdə birini təşkil etmədiyini ” yazmışdı .
15 sentyabrda Bakı əsl sahiblərinin əlinə keçmişdi . Türk əsgərinin əzm və müharibə qüdrəti qarşısında məğlubiyyətə uğrayan ingilis qoşunları da xilas yolunu gəmilərə minərək Ənzəliyə qaçmaqda görmüşdülər . Bu qələbə , əslində , 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Demokratik Cümhuriyyətini xilas etmiş oldu :
Türk can qoydu bu torpaqda
Tarix ! Səni oxuyuram
Mən türkə “can” deyə-deyə .
Çox təəssüf ki , I Dünya müharibəsi hadisələrinin Osmanlı dövləti əleyhinə inkişaf etməsi türk ordusunun Azərbaycanda qalmasını imkansız hala gətirdi . Qəhrəman türk əsgərinin qanı ilə suladığı Azərbaycan torpağını bir müddət sonra , 1920-ci ilin 28 aprelində XI qızıl ordu , bolşeviklər işğal etdilər . Türk ordusunun o zaman Azərbaycanda tökülən qanları və şəhid məzarları unutdurulsa da , 70 il sonra haqq öz yerini tapdı . Bu məzarlarda yatanların ruhu qanad açdı . Nuru Paşa yenidən yaddaşlarda doğuldu , azad etdiyi hər qarış torpağın fəxri vətəndaşı oldu :
Bakı , Şirvan , Gəncə ,
Qədim Dərbənd , Mahaçqala
Uçurulmuş neçə Saray ,
Dağıdılmış neçə Qala Vətənidi .
Şair Nuru Paşa kimi cəsur sərkərdələrin tarixin hər zamanında doğulduğunu , bu gün də az olmadığını ümid və iftixarla söyləyir .
Nə qədər ki , sərhəd boyu
Hədələyir bizi yağı ,
Nə qədər ki , almamışıq
– deyən şair bu torpaqları azad edəcək türk oğullarının varlığına və qeyrətinə inanır . Poemada Nuru Paşa tarixi şəxsiyyət , yenilməz bir sərkərdə , qeyrətli bir türk qəhrəmanı kimi ucalır . Onun tərcümeyi-halından çox , fədakarlığı , cəsarət və şücaəti göz önündə canlanır :
Nuru Paşa Gəncəyə birbaşa gəlir ,
O fikir ki , başa gəlir ,
Deyirlər ki , fikirdən yox ,
Başdan keçər , Nuru Paşa .
İndi bildim , Paşa sözü
Daşdan keçər , Nuru Paşa .
Vətən səni şəhid verir ,
Girov qoyur , Nuru Paşa .
” Nuru Paşa ” poeması məfkurə tariximizin bədii əksi , milli tarixin heykəlləşmiş şeiriyyətidir . Bu poemada türk tarixinin cəsur sərkərdələrindən biri olan Nuru Paşa poeziya dili ilə dastanlaşmışdır . Bu əsər bu günlərdə 80 yaşı tamam olmuş Nəriman Həsənzadənin ciddi yaradıcılıq uğuru , oxucularına , Azərbaycan – Türkiyə qardaşlığına poetik töhfəsidir .
Maarifə HACIYEVA,
� filologiya elmləri doktoru ,
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 8.
N. HƏSƏnzadəNİN “atabəYLƏR” pyesiNİn təHLİLİ
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.
Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.
1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.
1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.
1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləmişdir. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmişdir.
N.Həsənzadənin yaradıcılığında tarixi şəxsiyyətlər mövzusu ayrıca bir tədqiqat əsəri ola bilər. Onun “Nəriman” və “Zümrüd quşu” epik-dramatik poemaları, “Nuru Paşa” poeması, “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın reallaşmasıdır. “Nuru Paşa” istisna olunmaqla adını çəkdiyimiz digər əsərlər Sovet dövründə yazılmışdır. Olsun ki, “Nəriman” poemasında o zamankı həqiqi tarixin unutdurulduğu dövrün məhsulu olan Azərbaycan tarixi kitablarından gələn müəyyən təsirlər var, amma N.Həsənzadə böyük Nərimanın Azərbaycan qarşısında xidmətlərinə heç bir kölgə salmamışdır.
“Nuru Paşa” poemasına gəldikdə isə, artıq bu əsərdə Şair Nəriman Həsənzadə ilə Tarixçi-tədqiqatçı Nəriman Həsənzadə birləşir. Əsərdə Qafqaz İslam Ordusunun komandanı, Osmanlı ordusunun general-leytenantı Nuru Paşanın Bakının azad olunması uğrunda (1918) Gəncədən Bakıya qədər keçirdiyi uğurlu döyüş əməliyyatından söz açılır. Ancaq poemada Nuru Paşanın bu tarixi missiyasının tərənnümü ilə yanaşı, istiqlal və azadlıq düşüncələri də öz əksini tapmışdır.
Nəriman Həsənzadə təzadlar şairidir. Həyatda, cəmiyyətdə, böyük dünyamızda baş verən hər hansı bir hadisə onun poeziyasında öz əksini tapır. Onun “Kimin sualı var?” adlı poemasında cəmiyyətdəki haqsızlıqlar, bu haqsızlıqların rişələri, kökləri araşdırılır. Poemada xoşbəxt olmağa çalışan iki insanın faciəsindən söz açılır, biri İlhamdır, biri Ağgün. Bu iki gəncin bir güclü rəqibləri var. Onun adı Ədalətsizlikdir ki, Ədalət adı ilə onların qarşılarına çıxır. Bəli, iki gözəl insanı həyatda bədbəxtliyə düçar etmək üçün bir adam da kifayət edərmiş. Bir adam. Amma görün, o bir adam necə arxalıdır, hər yerə şaxələnib. Bir şaxəsi ali məktəbə, biri nazirliyə, biri daha böyük yerə. Bu şaxələr uzandıqca istedadın yolunu kəsir, qəlbini yaralayır. Ağgün böyük sevgiyə layiq ikən fəlakət izləyir onu, nüfuzlu bir institut professorunun oğlu Ədalət onun saf və bakirə duyğularına xəyanət edir. Onu öz ailələrinə yaraşdırmayan professorun səyi ilə Ağgün institutdan çıxarılır, hardasa uşaq bağçasında işə düzəlir. İllər keçir. Ömrü tənhalıqda keçən Ağgün səhvlərini bir-bir xatırlayır. Amma ömrün bu anları onu adi bir qızdan düşünən insana çevirir. Özünü dərk etməyə başlayır.
Ağgün qız yatmışdı, gəlin oyandı.
Dünyada təzədən doğuldu Aygün.
Həyat çox sərtdir, mürəkkəbdir və elə olur ki, başdan-ayağa günah içində batanı da silkələyir, onu ADAM OLMAĞA səfərbər edir. Çünki təməli gözəlliklə yoğrulan, yaxşılıq, xeyirxahlıq üstündə qurulan bir həyatda həmişə günah içində yaşamaq, kimlərəsə pislik edə-edə yaşamaq da yaşamaq deyil. Poemada, bütün əsər boyu yaxşılıq-xeyir-gözəllik şəri-pisliyi-rəzilliyi mühakimə edir. Ən çox da ittihamçı İlhamdır. O, hörmətli professorunun səhvlərini üzünə deyir, onun elm aləmində yüksəkdə dura-dura bir insan kimi alçaldığını, mənən cılızlaşdığını çəkinmədən söyləyir. Öz kasıb, əlləri qabarlı anası ilə Ədalətin anasını müqayisə edir, məhəbbəti ucundan fəlakətə yuvarlanan Ağgünün çox təmiz, pak bir qız olduğunu söyləyir. Nəhayət, Ədalətin özündə də mənəvi bir tərpəniş başlanır. Başqa bir qızla evləndiyi günün səhərisi hiss edir ki, can atdığı səadət bu deyilmiş.
Bəzən şairlərin yaradıcılığından söz açanda “millət şairi”, “istiqlal şairi”, “azadlıq şairi”, “məhəbbət şairi”, “təbiət şairi” və s. bu qəbildən olan ifadələr işlədirlər. Təbii ki, belə bir bölgü və bu prinsip çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, bütün bu ifadələri bir kənara qoyub O, ŞAİRDİR deyirik. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək bütün bunlar onun missiyasına aiddir. Şair odur ki, o, bizim düşündüyümüzü deyə bilir və bununla da bizim üçün doğmalaşır. N.Həsənzadə 90-cı illərin o çətin, mürəkkəb, sarsıntılı günlərində bir çox şeirlər yazdı, sanki ürəyimizdən keçənləri poeziyanın etiraz nidalarına çevirdi. Şair 90-cı illərin əvvəllərində İranda oldu, “Cənub həsrəti” silsiləsi də bu zaman yarandı.
Keçdim Culfadakı dəmir körpüdən,
orda fars dayanıb, burda rus durur.
ikiyə bölünmüş Vətən,
bir Araz, bir namus durur.
Nəriman Həsənzadə dünyaya göz açdığı Poylu haqqında gözəl bir poema yazıb. Xatırlayıram ki, 2007-ci ilin dekabr ayında Nəriman Həsənzadə ilə birgə mən də onun doğulduğu həmin qəsəbəyə getdik. Həmyerliləri Nəriman müəllimi çox hərarətlə qarşıladılar. Televiziya çəkiliş aparır deyə nənələr, ağsaqqal kişilər, Poylunun cavan qızları, oğlanları onun pişvazına çıxdılar. Əsl el bayramıydı. Nəriman müəllim də şeirlər oxuyur, bu kənddə keçirdiyi uşaqlıq və gənclik illəri haqqında xatirələr söyləyirdi. Amma onun çıxışında bir nisgil də hiss elədim. Dedi ki, bu kənddə daha mənim yaşıdlarımın sayı azalıb. Onda hiss elədim ki, ömür keçib, gün keçib, Nəriman Həsənzadə daha axtardıqlarını tapa bilmir. Amma onu da hiss elədim ki, həmin iki günlük səyahətdə bütün Ağstafa, Qazax eli – qocalı, cavanlı – Nərimanı sevirlər. Bu sevgi isə Nəriman müəllimin bütün ömrünə yetər..
Bu dünyanın gözəl vaxtı Poyluda qaldı,
Bir qız mənə süzgün baxdı, Poyluda qaldı,
Göy üzündən ulduz axdı, – Poyluda qaldı,
Taleyimin dalısınca getdim Poyludan, –
Beşiyimin görüşünə döndüm sonradan.
Nəriman Həsənzadəni təkcə şair kimi tanımırıq, o, həm də gözəl publisist və dramaturqdur. Hər iki sahədə uğurları var.
“Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, “Nabat xalanın çörəyi”, “Kimin sualı var” – bu pyeslər onun bir dramaturq kimi uğurlarından xəbər verir. Akademik İsa Həbibbəyli “Müasirlik işığında bədii yanaşma” məqaləsində şairin dramaturji yaradıcılığı geniş təhlil olunur. İsa Həbibbəyli haqlı olaraq yazır ki, “Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyaya gedən yol lirikasındakı epik əlamətlərdən başlanır. Kiçik həcmə malik olmasına baxmayaraq “Ayaqqabılar” şeiri bir ailənin dramı təsiri bağışlayır. Bu qəbildən şeirlər Nəriman Həsənzadənin lirikasındakı dramatizmin tumurcuqlarıdır.gNəriman Həsənzadə Azərbaycan ədəbiyyatında “epik-dramatik” formatda poemanın əsas yaradıcılarından biridir. “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var” epik-dramatik poemaları “Arabaçı” və “Ayaqqabılar” şeirlərindən süzülüb gələn epik-dramatik əlamətlərin qanunauyğun məntiqi yekunudur”.
“Bütün Şərq bilsin” poeması Azərbaycan xalqının böyük oblu Nəriman Nərimanovun tale dramıdır – İ.Həbibbəylinin bu fikriylə biz də razılaşırıq. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” pyesləri isə tarixi mövzudadır. Onların hər ikisi şeirlə yazılmışdır. Hər iki pyes uzun müddət teatrlarımızın səhnəsində müvəffəqiyyətlə oynanılmışdır.
Nəriman Həsənzadənin bir ədəbiyyatşünas-tənqidçi və publisist kimi fəaliyyəti haqda söz açmaq olar. Doğrudur, o, bu sahələrdə qızğın fəaliyyət göstərməmişdir, amma nə yazıbsa, yaxşı yazıb, ürəkdən yazıb. Onun ulu öndər Heydər Əliyevlə görüşləri səmimiyyətlə xatırlanır: “Heydər Əliyev təkcə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə gəlməmişdi, həm də mənim və başqa sənət adamlarının ədəbi taleyini şər qüvvələrdən qorumağa sanki Haqdan göndərilmişdi. Təhlükəsizlik Nazirliyindəki ilk görüşümüzdən o mənim ürəyimə girmişdi”. Daha sonra yazır: “Heydər Əliyev “Ədəbiyyat və incəsənət” qəzetinin ideya müəllifiydi. Kimlərsə ayağımızdan çəkir, Heydər Əliyev əlimizdən tuturdu. gHeydər Əliyevi tanıyan yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, o, diqqətcil, möhkəm yaddaşa malik bir insan idi. Otuz-qırx il əvvəl bir rəqəm oxuyub, bir hadisənin şahidi olmuşdusa, hamısını olduğu kimi -yerli-yataqlı deyirdi. Tanrı vergisiydi”.
Bu yazıda təbii ki, Nəriman Həsənzadənin çoxcəhətli yaradıcılığını bütünlüklə təhlil etmək mümkün deyil. O, elə şairlərdəndir ki, tənqidçiyə söz demək, təhlil etmək imkanı verir. Mən isə sadəcə bir yubiley məqaləsi yazdım. Azərbaycan şeirinin Nərimanı isə artıq doqquzuncu onilliyini yaşayır. Bu yazını Xalq şairinin “Girov” şeiri ilə bitirirəm:
Bilmirəm, bir ömrü yaşamışammı,
ya heç yaşamağa başlamışammı?
Bəlkə yüz ilim var hələ qabaqda,
bəlkə bircə həftəm qalıb o vaxta.
Deyirlər, söz qalır dünyada yalnız,
gəldi-gedəriyik qalan hamımız.
Deyə bilmişəmmi qalan söz olsun,
adımla çəkilən filan söz olsun.
Adım Nərimanın adıdır, nə qəm,
o şöhrət qazanıb getdi bu ada.
Şöhrətli bir adı yaşadan mənəm,
şöhrətsiz olan da mənəm dünyada.
Adlar yolumuza çıraq olurlar,
yolların mənzili kəsə olmayır.
Bir söz qəzasında həlak olurlar,
bu ömür-hər ömrə nəsib olmayır.
Ürəkdir bu eşqlə qaynayıb-daşan,
sinəmdə çırpınır alışmaq üçün.
Bir insan ömrünü girov qoymuşam
bir şair ömrünü yaşatmaq üçün.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.