Press "Enter" to skip to content

Nəriman həsənzadə poeziyası

oydu sevdiyim də,

Etiraflar poeziyası

Hər bir şairin oxucu ürəyində öz yozumu olur. Eləcə də ədəbi tənqidin şairlərə müxtəlif istiqamətlərdən yanaşması və münasibəti var. Adətən onların ünvanlarına söylənilən fikirlərdə belə sözləri tez-tez eşidirik: xəlqi, vətəndaş şairdir; istiqlal və azadlıq aşiqidir; fikir, məna, yaxud da məhəbbət tərənnümçüsüdür və s.

Nəriman Həsənzadə poeziyasını ürəkdən sevən, daim oxuyan və onun yaradıcılığını müntəzəm izləyən qələm adamı kimi mən bu şairi başqa aynada görürəm. Əlbəttə, yuxarıda qeyd etdiyim məziyyətlərin, demək olar ki, hamısını onun yaradıcılığının ayrı-ayrı nümunələrinə aid etmək olar. Yəni hansı şeirində Nəriman Həsənzadə xəlqi şairdir, hansında daha çox fəlsəfidir, yaxud azadlıq carçısıdır.
Bir oxucu kimi isə mənim qənaətim bambaşqadır. Nəriman Həsənzadə bütövlükdə etiraflar şairidir. Söhbətlərində də o, tez-tez öz xasiyyətini elə bu şəkildə dilə gətirir: «Bütün ömrüm boyu işim, peşəm üzr istəmək olub». Mənə elə gəlir ki, etiraf etməyi, bununla bərabər bağışlamağı da bacarmaq özü bir ucalıqdır və nə yaxşı ki, Nəriman Həsənzadə məhz bu möhtəşəmlikdə vüqarla dayanan, öz lətif, səmimi poeziyası ilə ürəklərdə lövbər salmağa qadir böyük sənətkarımızdır.
Əməkdar incəsənət xadimi, Xalq şairi, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü Nəriman Həsənzadə illərdir ki, oxucuların həqiqətən çox sevdiyi və müntəzəm oxuduğu xoşbəxt qələm sahiblərindən biridir.

Şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi ikisi bir vaxta düşür.

– deyən Nəriman Həsənzadəyə öz imzası ilə üz tutmaq istərdik ki, «Ağ saçın hər başda yoxdu qiyməti, saça da qiyməti baş qazandırır». Bu baxımdan bir şair kimi yaşadığı ömür də, poetik dünyası da elə dərin və maraqlıdır ki, mənalı yaradıcılığının gətirdiyi şöhrət bütünlükdə hər yaşa qalibdir. İllər boyu zəhmət və istedadla qurduğu «söz» adlı möhtəşəm qalanın ucalığında 80 kərpic nədir ki?! Şair demişkən, ən uğurlu və gözəl illər qarşıdadır. Bu, sadəcə könül pıçıltısı deyil, həm də çox sevdiyim şairə dilədiyim ən saf arzularımdır.
Vaxtilə Nəriman müəllimlə bir mərtəbədə ayrı-ayrı redaksiyalarda, amma qonşuluqda çalışmışıq. Baş redaktoru olduğu «Ədəbiyyat və incəsənət» qəzetində publisistik məqaləm dərc edilmişdi. Minnətdarlığımı bildirmək üçün yanına getdim. Elə qapının ağzındaca rastlaşdıq. Maraqlıdır ki, yazıma görə o, mənə təşəkkür etdi. Söz deməyə macal tapmamış «xahiş edirəm, bizə belə məqalələrdən tez-tez yazasınız» tapşırdı. Bəlkə də elə ilk baxışda burada elə də təəccüblü məqam yoxdur, amma əslində var və bu heyrəti də doğuran Nəriman müəllimin son dərəcə nəzakətli olması idi. Bəlkə də elə buna görədir ki, «ziyalı» sözü eşidəndə gözlərimin qarşısına həmişə birinci olaraq Nəriman Həsənzadə gəlir.
Xalq yazıçısı Mirzə İbrahimov vaxtilə onun haqqında yazırdı: «İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına, ruhuna hopduran bu şair daim axtarışdadır. Onun poetik fikri yorulmaq bilmir, oxucuya arası kəsilmədən yeni əsərlər təqdim edir».
Nəriman Həsənzadə içində Azərbaycan harayı olan şairdir. O, vətənə üz tutaraq övladı kimi öz məhəbbətini belə dilə gətirir: «Ruhum mənim, laylam mənim, Azərbaycan!». Şairin yaradıcılığında bir Cənub həsrəti də müntəzəm olaraq dilə gəlməkdədir. Xüsusilə də «Təbriz günləri» silsiləsindən yazdığı şeirlərində bir vətən aşiqinin ürək çırpıntısı eşidilir:

Keçdim Culfadakı dəmir körpüdən,
Orda fars dayanıb, burda rus durur.
Qarşıda – ikiyə bölünmüş Vətən,
Ortada – bir Araz, bir namus durur!

Dövlət müstəqilliyimizi qazandıqdan sonra şairin yaradıcılığında vətənlə bağlı nisgilli şeirlərin sayı daha da çoxaldı. Bədnam qonşularımız tərəfindən torpaqlarımız işğal edildi, vətən oğulları azadlıq yolunda şəhidlik zirvəsinə yüksəldi. Müəllifin çəkdiyi haraylarda oxucu ürəyinin çox nisgilləri misra-misra süzülür:

Dayanın, Şəhidlər xiyabanıdı,
Yas toya qarışıb, toy yasa burda.
Qızıl qumaşlarda qara xonçalar,
Nişan gətiriblər bir qıza burda.

Nəriman Həsənzadə nisgillər şairidir. Erkən atasını, şehli gəncliyində anasını, ömrünün təzətər günlərində ömür-gün yoldaşını itirib və bu dərdlər şeirlərində çəkilməz ağrıya dönüb:

Yetim bir uşaqdı kişi qadınsız,
Mən bir uşaq dedim. tək uşaq olmur.
Zaman qorxuludu, ömür vəfasız,
Dünyada tək qalıb yaşamaq olmur.

Xalq şairi Bəxtiyar Vahabzadə Nəriman Həsənzadə yaradıcılığını çox sevirdi. Bir çox kitablarına da ön söz yazmışdı. Unudulmaz Bəxtiyar müəllimin fikirlərindən çəkilən bir ləçəkdə həqiqətən də Nəriman Həsənzadənin poetik portreti görünür: «Bu şairin şeirlərindən mən həmişə böyük həzz almışam. Nəriman Həsənzadənin şeirlərində həmişə ürək döyünür. Oxucu ilə də o, ürək dilində danışır. Ürəyin dili nədir? Səmimiyyət! Yalanın dili qışqırıq, gerçəyin dili hıcqırıqdır. »
Nəriman Həsənzadənin elə şeirləri var ki, misralar özü bir hikmət dəryasıdır. Sanki uzun illər yol gələn atalar sözüdür. Dinlədikcə düşünürsən. Bu şairin mənəvi zənginliyi, ağsaqqallığı qarşısında həm heyrətlənirsən, həm baş əyirsən:

Düşmən yarasının bir qəmi yoxdu,
Vətən yaralansa, məlhəmi yoxdu.

* * *
Şairlə bir görüş, ya adi söhbət,
Allaha xidmətdi, bəndəyə hörmət.

* * *
Qılınc götürməsə tarixdə bir xalq,
Ayaqlar altında itib-batacaq.

* * *
Söz var, o, dillərə ağızdan düşür,
Ağız var – söz orda nüfuzdan düşür!

Nəriman Həsənzadə söyləyir: «Həmişə qarşıma yaxşı insanlar çıxıb. Bu qədər ağır itkinin, sarsıntının içində mən məhz o böyük insanların sayəsində yaşayıb, yaradıb bugünümə çatmışam. Ömrüm boyu Heydər Əliyevi, Nazim Hikməti, Mir Cəlalı minnətdarlıqla xatırlayıram. Onların mənə etdiyi yaxşılıqları, göstərdikləri qayğını bəlkə oğul atadan görər. Hələ Məmməd Arazla keçirdiyim günlər ömrümün ən bəxtəvər çağları idi. Məmmədə ünvanladığım şeirlərim də var». Onlardan birində deyilir:

İllər bir-birilə qol-boyun gedir,
Neçə qol ayrılır boyundan belə.
Dünyada dünyayla bir oyun gedir,
Baş aça bilmədim oyundan belə.

Filologiya elmləri doktoru Buludxan Xəlilovun bir fikri ürəyimdən xəbər verdi. Professor söyləyir ki, Nərimanın şeirlərinə Nizaminin, Füzulinin, Vaqifin, Yunis İmrənin, Sabirin, Cavidin, Hadinin, Vurğunun. ruhları sığal çəkir. Maraqlı fikirdir. Bəlkə də elə buna görədir ki, Nəriman Həsənzadənin şeirləri dillər əzbərinə çevrilir. Nəğmə libası geyinmiş misraları dillərdən düşmür:

. Məhəbbət.
Nə deyim bu ülvi ada,
Hamıya bir gözlə baxmayır o da.
Birinə ömür-gün yoldaşı verir,
Başqa birisinə göz yaşı verir.

Nəriman Həsənzadə həm də görkəmli dramaturqlardan biridir. Onun əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub: Bakıda, Sumqayıtda, Naxçıvanda və başqa yerlərdə. Haqqında dünyanın bir çox mətbuat orqanlarında maraqlı fikirlər söylənib. Uzun illər müxtəlif vəzifələrdə çalışan Nəriman Həsənzadə pedaqoji fəaliyyətlə də məşğul olub. Bir müddət Bakı Dövlət Universitetində müəllim işləyib. Hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiridir. Azərbaycanın görkəmli müğənniləri onun sözlərinə yazılmış mahnıları məhəbbətlə ifa edirlər. Xalq artisti Zeynəb Xanlarovanın böyük şövqlə oxuduğu «Sən bağışladın» şərqisi retro mahnılarından birinə çevrilib.
Etiraf edək ki, biz nəslin gənclikdə ən çox oxuduğu, bloknotlarımıza şeirlərini yazdığımız şairlərdən bir məhz Nəriman Həsənzadə olub. Bu şeirlərin qüdrəti duyğulu kəsləri tez-tez əlçatmaz günlərə çəkir. «Deyirlər, tanış ol», «Fikir eləmə», «Yalan de», «Yanına gəlmişəm», «Nağıl» və bu qəbil şeirlərindən duyğularımıza ələnən həzinlikdə, liriklikdə, gəncliyə uzanan arzularımızın, sevgilərimizin ünvanı görünür:

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bir hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol, nə qəribədir!

Flora Xəlilzadə

Nəriman həsənzadə poeziyası

�. NƏRİMAN OLDUQCA HƏSSAS BİR ŞAİRDİR. O BİR QARTALIN UÇUŞUNDA, BİR LALƏNİN DURUŞUNDA, BİR KÖRPƏNİN BAXIŞINDA BÜTÜN KAİNATI, İCTİMAİ ALƏMİ VƏ MƏNA DOLU HƏYATIMIZI GÖRMƏK İSTƏYİR.�

MİR CƏLAL PAŞAYEV

Xalq yazıçısı

�. NƏRİMAN HƏSƏNZADƏ DÜNYADA GÖZƏLLİK, NƏCİBLİK, ZƏRİFLİK AXTARIR VƏ BUNLARI BƏZƏN OLMAYAN YERDƏ DƏ GÖRÜR, ÇÜNKİ GÖZƏLLİK VƏ ZƏRİFLİK BU ŞAİRİN SƏNƏT İDEALIDIR. O, YALNIZ BU İDEYA EŞQİNƏ YAZIB-YARADIR. BAX BUDUR ONUN NƏĞMƏLƏRİNİN BAŞ MOTİVİ.�

BƏXTİYAR VAHABZADƏ

�BÜTÜN MÜRACİƏTLƏRƏ MÜSBƏT CAVAB VERMƏK, ÇOX MÜŞKÜL MƏSƏLƏDİR. MÜTLƏQ KİMSƏ NARAZI QALACAQ. ANCAQ ÜÇ-DÖRD ADAM TANIYIRAM Kİ, BU MƏSƏLƏDƏ İSTİSNADIR. ONLARDAN BİRİ DƏ NƏRİMAN HƏSƏNZADƏDİR. ELƏ BİR ADAM TAPMAZSAN Kİ, NƏRİMAN MÜƏLLİM ONU NAÜMİD GERİ QAYTARSIN.�

ÇİNGİZ ABDULLAYEV

Xalq yazıçısı

�NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA DANIŞMAQ ÜMUMƏN MÜASİR AZƏRBAYCAN POEZİYASI HAQQINDA DANIŞMAQ DEMƏKDİR. ŞAİRLİK NƏRİMAN HƏSƏNZADƏNİN STİXİYASIDIR- O, TƏKCƏ ŞEİRİNDƏ, NƏSRİNDƏ, DRAMATURGİYASINDA, PUBLİSİSTİKASINDA DEYİL, ADİ MƏİŞƏTDƏ DƏ ŞAİRDİR, YAZANDA DA, YAZMAYANDA DA ŞAİRDİR. �

NİZAMİ CƏFƏROV

Əməkdar elm xadimi, professor

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA SAF, XALİS LİRİKANIN YARADICILARI SIRASINDA NƏRİMAN HƏSƏNZADƏNİN XÜSUSİ YERİ VARDIR. ŞEİRLƏRİ TƏPƏDƏN DIRNAĞA QƏDƏR LİRİZM HADİSƏSİDİR. HƏTTA NƏRİMAN HƏSƏNZADƏNİN DANIŞIQ TƏRZİNDƏ DƏ LİRİK BİR HƏZİNLİK QABARIQ MÜŞAHİDƏ OLUNUR.

İSA HƏBİBBƏYLİ

Əməkdar elm xadimi, professor

ƏZİZ DOSTUMUN LİRİK DÜNYASI, TƏFƏKKÜR ASİMANI ÜMMANDIR VƏ HEÇ VAXT TÜKƏNƏN DEYİL.

SADƏCƏ ŞAİR DOSTUMA DEYİRƏM: NƏRİMAN MÜƏLLİM, 80-90 NƏDİR Kİ. SƏNİN BƏŞƏRİ POEZİYAN MİN İLLƏR BOYU AZƏRBAYCAN POEZİYA KƏHKƏŞANINDA ƏN PARLAQ ULDUZLARDAN BİRİ OLACAQ.

MUSA QULUZADƏ

nasir, dramaturq

UZUN MÜDDƏTLİ MÜALİCƏDƏN SONRA BAKIYA QAYIDAN GÜNÜ MƏNİ AEROPORTDAN EVƏ APARAN AVTOMOBİLİN RADİOSU İLƏ ŞAİR NƏRİMAN HƏSƏNZADƏNİN SÖZLƏRİNƏ YAZILMIŞ �MƏNİM DÜNYAM� MAHNISI SƏSLƏNİRDİ. MAHNI MƏNİ BƏRK KÖVRƏLTDİ. HEÇ VAXT BELƏ OLMAMIŞDIM. SANKİ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLMİŞDİM.

. NƏRİMAN İSTEDADLI ŞAİRDİR. ONUN YARADICILIĞI TƏRİFƏ LAYİQDİR.

MƏMMƏD ARAZ

MÖVZU MÜXTƏLİFLİYİ, İNSAN ARZULARININ, CƏMİYYƏT HƏYATININ VƏ ZƏMANƏNİN ÇOXCƏHƏTLİ, ZƏNGİN BOYALARLA İŞLƏNMƏSİ HƏR BİR POETİK ƏSƏRİN MƏZİYYƏTİDİR. NƏRİMAN HƏSƏNZADƏNİN POEZİYASI BU CƏHƏTDƏN DƏ OXUCUDA DƏRİN MARAQ OYADAN POEZİYADIR. İDEALA, GÖZƏLLİYƏ, MƏNƏVİ SAFLIĞA SADİQ OLAN İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİ ŞEİRLƏRİNİN CANINA, RUHUNA HOPDURAN BU ŞAİR DAİMA AXTARIŞDADIR, ONUN POETİK FİKRİ YORULMAQ BİLMİR, OXUCUYA ARASIKƏSİLMƏDƏN YENİ ƏSƏRLƏR TƏQDİM EDİR.

MİRZƏ İBRAHİMOV

Xalq yazıçısı

NƏRİMAN HƏSƏNZADƏ FİKİR VƏ MƏNA ŞAİRİDİR. HƏYATDA SON DƏRƏCƏ ZƏRİF, İNCƏ, HƏSSAS VƏ BƏZƏN HƏDDİNDƏN ARTIQ HƏLİM, YUMŞAQ TANIDIĞIMIZ NƏRİMAN HƏSƏNZADƏ BƏDİİ YARADICILIQ ALƏMİNDƏ KOMPROMİS TANIMIR. O, SON DƏRƏCƏ MƏRD VƏ PRİNSİPİALDI.

XƏLİL RZA ULUTÜRK

Şeirlər – Nəriman HƏSƏNZADƏ

Nizami muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük türk şairi Nazim Hikməti şəxsən tanıyan, ünsiyyətdə olan və haqqında yazan ziyalıların əksəriyyətini dəvət edib, yadda qalan, gözəl bir tədbir keçirdi.

Salon əl çalırdı Nazim Hikmətə,

Tanrı töhfəsiydi bu görüş ona.

Üz tutub Bakıdan bəşəriyyətə,

and içirdi türk dünyasına.

Natiqin imkanı olsaydı, inan,

Nazimi dünyayala barışdırardı.

dustaq dostlarını danışdırardı.

Dəyişdi səmtini söz də, şeir də,

ayrıldı yollardan o yolun, yolu.

O yolun yolçusu oldu gənclər də,

Hər könül havası bir səsdə keçdi,

bəlkə də çəkmədi, sonra heç aya, –

Vaqif Səmədoğlu sərbəstə keçdi,

Füzuli verdiyi salamı bir vaxt,

rüşvət deyil deyə alan olmadı.

Nazim Füzulidən salam alaraq,

Şəklinin önündə durdu farağat,

Nazimlə birlikdə dayandı zaman.

Beş yüz il sonraydı, bəli, sonradan!

Nazim sual verdi özü də o gün,

susdu Türkiyədən gələn bir qonaq.

mən özüm ordaydım, o zalda, o vaxt.

Nazim, Türkiyədən gələn o qonaq,

sənin salamını nə vaxt alacaq?

ürəyimdə deyirdim bunu,

bilmirdim dünyanın kar olduğunu.

Demə, ən ağır şey mənəvi yükmüş,

dahilərin səbri böyükmüş.

Təhsil illəriydi, çıxmır o yaddan,

gördüm Moskvanın buz nəfəsini, –

Biri də mən oldum

o canlı tarixin cənazəsini.

Oğlu gəlməmişdi onda Polşadan,

orda tələbəydi, bilmədik niyə.

Nazim bu dünyadan getdi nigaran,

oğlum Mehmet, – deyə,

Nazimi, Rəsulu unutmamışam,

iki canda bir ilahi məhəbbət.

İndi də Ərdoğan, İlham,

iki qardaş: bir millət, iki dövlət.

Orda Çanaqqala, burda Qarabağ,

qan-qana qarışdı, səngər-səngərə.

əbədi sancıldı o gündən yerə.

Burda xatırladım Ulu Öndəri,

sizə də qoy deyim

Füzulinin İraqdakı nəşini,

Nəsiminin Hələbdəki nəşini

Qoca Şərqin bu iki günəşini

gedib yazıçılar gətirsin gərək,

Vətəndə ziyarət edək.

Öndərin növbəti bir töhfəsiydi,

Yerdə gülümsəsin paklıq, gözəllik.

Səddam Hüseynin zəmanəsiydi,

özü asılınca qaldı,

Bakıya gələndə dəyişdi həyat,

boyu uca şair, ucaldı, getdi.

Ünvanı könüllər olan o ustad,

bir gənc şairə də,

Dünya maraqlıdır, nə xeyir, nə şər,

həyatın hər anı bir hikmət imiş.

Mən indi bildim ki, çoxdu görüşlər,

şairlə hər görüş

bir qismət imiş.

Yox, şair Bakıdan getdi, – deməyin,

onun hər addımda bir izi qaldı.

bir də Nazim Hikmət sevgisi qaldı.

Kişilər

“Kişiləri dəmir özü çağırır”

Homer

Kişilərin torpaq andı, şüarı

qəlbindədi bütün elin-ulusun.

Kişiləri dəmir niyə çağırır,

kişiləri Allah özü qorusun.

Kişilərdən nə istəyir bu dünya? –

tez açılsın qoy günəşli bir səhər.

Bayraq altda himn oxuya-oxuya,

gedir hərbi nümayişə kişilər!

Kişilərin – Vətən boyda səngəri! –

hər fəsilin qışı-qışdı, yazı-yaz.

Kişilərin sayı qədər, əsgəri, –

sərhəd boyda bir sərhəddi, basılmaz!

Ayağıyla yol axtardı kişilər,

əlləriylə Qalaya dırmaşdılar.

“Gözəl Şuşa, sən azadsan!” dedilər,

orda Vətən bayrağını sancdılar.

Kişilərin torpaq andı, şüarı,

qəlbindədi bütün elin-ulusun.

Kişiləri qılınc, qurşun çağırır,

kişiləri Allah özü qorusun.

“Şükriyyə. Şükriyyə. “

“. Mən yaza bilmədim, əllərim bağlı

yoxmu, bu dərdimi yazan, ay ellər?!”

Əhməd Cavad

1924-cü il, yanvar

Xalq artisti Azər Zeynalova

Mən, ağlım kəsəndən o nalə susmur,

“Şükriyyə. Şükriyyə. ” çağırır o səs.

Kimi çağırırsa, o qulaq asmır,

harda buza dönüb

Ayıla bilmədik biz hələ yerdə,

şair ürəyindən qopan o səsə.

Yeri silkələyir o nalə, yerdə,

göyə də üsyandı,

Mənim müasirim xəcalət çəkir

O səs – Diktatorun üstən xətt çəkir,

o səs – lənət deyir o birinə də.

Varaqla tarixi, haqq səsi susmur,

üz-üzə dursa da şər ilə xeyir.

Ekranda “Şükriyyə” naləsi susmur,

yerdə bir sağlığa,

kimsə “dost” deyir.

Bu dünya qəribə bir əyləncədir,

nə sevinci artıq, nə qəmi yersiz.

görürsən, gələndə gəlir, –

səndən xəbərsizdi, məndən xəbərsiz.

Deyirlər, şairin düşməni olmur,

yalnız qatili var – öz istedadı!

Misalmı göstərim: bax, biri budur,

Dünya yuxuydu

O necə sadəydi, necə mülayim, –

o qadın ölürdü məndən ötəri.

Gözü üstümdəyidi daima mənim,

özü də Tanrının

Hamıdan safıydı, hamıdan böyük,

mənlə danışardı mənim dilimdə.

Ona bağlanmışdım mən də ömürlük,

oydu sevdiyim də,

Mənim nəfəsimlə nəfəs alardı,

başı götürərdi səs-küyümü də.

Hər yerdə, hər zaman yada salardı,

unutmazdı ad günümü də.

O nəfəs olmasa, mən üşüyərdim,

düşmüşdüm o duman, o çən yollara.

Mən daş əvəzinə söz döşəyərdim

o gedən yollara,

Deyirdi ölərəm səndən ötəri,

o qədər dedi ki, söndü həyatı.

Qaçdım mən, dilimdə ana fəryadı.

Daha məndən ötrü ölən yoxuydu,

onda ayıldım ki, dünya yuxuydu.

“İslam”a töhfə

Deyirlər, sərtiymiş o ilki payız,

çöllər bürünübdü yağışa, qara.

Yüz il sonra gəlib dünyaya o qız,

Seyid Həmzə Nigaridən

Deyirlər, gözündən qaçıbmış yuxu,

gecəni-gündüzü o, unudubmuş.

Xədicənin, Ayişənin pak ruhu

qəlbində qərar tutubmuş.

Amaysa, Türkiyə, doğma bir ocaq,

demə kimdən ötrü, ya nədən ötrü? –

qızın fəhminə bax, diqqətinə bax,

yer seçib Türbədən ötrü.

Deyirlər, yuxuymuş onun əvəzi,

özü tək – həyatda öz yiyəsiymiş.

Amasyada Seyid Həmzə Türbəsi,

“İslam”a bir töhfəsiymiş.

Tökülüb gəliblər ziyarətgaha,

bu istək, bu sevgi hardandı, nəydi?

Türklərin dilində qədim bir dua, –

Həzrət Peyğəmbərin şərəfinəydi.

Səni dostun-yadın tanıyır, – desəm,

sözümə səpdiyin duz kəm olardı.

Mən səni özünə tanıda bilsəm,

“İslam”a töhfəm olardı.

Gördüm səadəti

Alməhəmməd – körpə nəvəm,

bu körpə Qibleyi-Aləm,

Bir damcı da kirpiyindən

Elə bildim, sarmaşıqdı,

sarılmışdı, o, çəpərə.

Qarşımda bir ata-bala

O körpənin əlindəydi,

Mən ilk dəfə gördüm, nədir

Arzum mənim

“O güllərin gülü hanı?”

Başımızın şərəf tacı,

Boyu-şah çinar ağacı.

Həm anadı, həm də bacı,

Gülnarədi qızım mənim.

Elə ki, gəlir, görünür,

Bir ətirli bağa dönür.

Qışım mənim, yazım mənim.

Gül ol, çiçək ol, bulaq ol,

Yatan görsən, sən oyaq ol.

Arifdən də göz-qulaq ol,

Bircə budur arzum mənim.

19.09.2022

Gör kimlərin varisiyik.

Mir Cəlalı xatırladım, Ələddin,

sənin əmin mənə ata əvəzi.

Onun sənə – bir doğmalıq ülfəti,

mən özüməm, töhfəsi.

Mən görmüşəm, götürmüşəm, Ələddin,

həyat məni silkələyib, əsdirib.

Sirrini də açıb şerin-sənətin,

Həyat nədir? Mən gördüyüm xeyir-şər,

İnsan nədir? Bir qayadır o mətin!

Sənə Miri, mənə Müşfiq deyiblər,

Alovlardan, tufanlardan keçdilər,

qərar qəti, mənzil uzaq, yol çətin.

Vaxtsız əcəl şərbətini içdilər,

Dünya gördü əsrimizə bu qəsdi,

mən də gördüm, sən də heyrət elədin.

“Bir gəncin manifesti”, –

bir nəsilin üsyanıydı, Ələddin.

Həyat nədir? Mən gördüyüm xeyir-şər,

İnsan nədir? Bir qayadır o mətin!

mənə Müşfiq deyiblər,

gör, kimlərin varisiyik, Ələddin.

Özünə tək demə

“Nəriman müəllim, siz atam Cümşüdün yasına da gəlmişdiniz. Onda sizi qardaşımla

qarşılamışdıq. İndi tək qaldım. “

Elçin

Özünə tək demə, tək demə, Elçin,

dünya elədir ki, xeyir-şər gəlir.

Yasa el tökülüb,

dilində, könlündə bir Mahir gəlir.

Allahım, bu qəmlər nəydi bu qədər,

candan can ayrılıb, neçə can gedib.

Yerdə, yerdəkilər oyana bilər,

onsuz da gedənlər

Nə deyim mən, Elçin, özün müdriksən,

deyirlər, taleyin bir əli qəsddi.

İnsan var, yanında həmişə təksən,

amma insan da var,

Bir tanış görəndə gülümsəyirdi,

gün kimi doğardı üzünə birdən.

Qardaşsız olana qardaş deyərdi,

qaldırardı o, yerdən.

Dost-tanış yanında başı ucaydı,

dünya çoxmu gördü bunu Mahirə?!

Püstə xanım, Rəna xanım bacıydı,

gah o, layla deyib,

Cümşüd müəllimin öz aurası,

sinəsi doluydu, deyərdi bəzən.

Farsdan tərcüməydi son əlyazması,

Bir elin-obanın ağsaqqalıydı,

dili şirin idi, üzü də gülər.

O səndən halıydı, məndən halıydı,

hayıf, o kişilər,

Özünə tək demə, tək demə, Elçin,

dünya elədir ki, xeyir-şər gəlir.

Yasa el tökülüb,

dilində, könlündə “bir Mahir” gəlir.

Seyid

Seyid, sənin Nigarın var,

mənim də Nərminəm, Seyid.

Onun Tanrı paklığına

yerdə mən əminəm, Seyid.

Durur Amasya dağları,

Türkiyə – qardaş diyarı!

Türbənin odur memarı,

şairi də mənəm, Seyid.

Körpə Həmzə nəvəsidi,

O da – sənə töhfəsidi,

sənə and içirəm, Seyid.

26 noyabr, 2022

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.