Press "Enter" to skip to content

Nəsiman yaqublu azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır.

Nəsiman yaqublu azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

  • Zəmanət və qaytarılma
  • Sifariş üsulları
  • Ödəmə üsulları
  • Çatdırılma
  • Geyim, ayaqqabı və bəzəklər
    • Qol saatları
    • Çantalar
    • Pul kisələri
    • Çətirlər
    • Zərgərlik
    • Geyimlər
    • Ayaqqabılar
    • Təsbəhlər
    • İri məişət avadanlıqları
    • Xırda məişət avadanlıqları
    • Şirniyyatlar
    • Ət məhsulları
    • İçkilər
    • Meyvə və tərəvəz
    • Süd məhsulları
    • Un məhsulları
    • Yağlar və ədviyyatlar
    • Çərəzlər və quru meyvələr
    • Snacklər
    • Dənli məhsullar
    • Proyektorlar
    • Monitorlar
    • UPS və şəbəkə filterləri
    • Planşetlər
    • Komputer aksessuarları
    • Elektron kitablar
    • Şəbəkə avadanlıqları
    • Video izləmə sistemləri
    • Kompüterlər
    • Kompüter hissələri
    • Xarici yaddaş qurğuları
    • Printerlər və Kartriclər
    • Giriş-çıxış nəzarət sistemləri
    • Proqram təminatları
    • Mobil telefonlar
    • Radio telefonlar
    • Simli telefonlar
    • Mobil telefon üçün aksessuarlar
    • Naviqatorlar
    • Smart saatlar
    • GPS izləmə sistemləri
    • Radio
    • Akustik sistemlər
    • Televizorlar
    • TV avadanlıqları
    • Televizor altlıqları
    • Qulaqlıqlar
    • DJ avadanlıqları
    • Pleyerlər
    • Səsgücləndiricilər
    • Mikşerlər
    • Vinil oxuyucuları
    • Videokameralar
    • Fotokameralar
    • Optik avadanlıqları
    • Foto və Videokameralar üçün çantalar
    • Ştativlər
    • Oyun cihazları
    • Oyuncaqlar
    • İdman üçün hər şey
    • Körpələr üçün məhsullar
    • Nəqliyyat vasitələri
    • Balıqçılıq
    • İdman
    • Turizm
    • Səyahət
    • Çimərlikdə dincəlmə
    • Aktiv dincəlmə üçün oyunlar
    • Ətirlər
    • Kosmetika
    • Manikur və Pedikur
    • Güzgülər
    • Saçlara qulluq
    • Qoruyucu vasitələt
    • Avtomobil aləmi
    • Hidrosikllər
    • Kvadrosikllər
    • Elektromobillər
    • Qarda-quruda yeriyənlər
    • Motorlu qayıqlar
    • Giroskuterlər
    • Elektrosamokatlar
    • Monotəkərlər
    • Yol nişanları
    • Bağ üçün
    • Ev üçün
    • Təmir üçün alətlər
    • Kağız və kağız məhsulları
    • Ofis avadanlıqları
    • Ofis ləvazimatları
    • Yazı ləvazimatları
    • Dəftərlər və s.
    • Yaradıcılıq üçün
    • Ofis mebelləri
    • Çantalar
    • Çanta üçün arabalar
    • Bank ləvazimatları
    • Yuyucu aparatlar
    • Qoruyucu örtüklər
    • Tibbi avadanlıqları
    • İnşaat
    • Restoranlar, otellər üçün və diğər
    • Ticarət avadanlıqları
    • Məlumat lövhələri və etiketlər
    • Xüsusi geyimlər və uniformalar
    • Məktəb
    • Mebel
    • Qida
    • Gəzinti üçün
    • Oyuncaqlar
    • Zoo aptek
    • Qulluq üçün
    • Heyvan geyimləri
    • Kitablar
    • Musiqi alətlər
    • Siqaretlər
    • Oyunlar
    • Teleskoplar
    • Hədiyyələr
    • Suvenirlər
    • Güllər

    Kitab “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası”

    Anbarda yoxdur Artikul: KTBUA-70399

    Nağd alışda

    Gün ərzində pulsuz çatdırılma

    Bütün məhsullara rəsmi zəmanət

    https://megamart.az/_p/70399-kitab-azerbaycan-milli-azadliq-herekati-ensiklopediyasi

    2 aylıq 14.50₼
    3 aylıq 9.67₼
    6 aylıq 4.83₼
    9 aylıq 3.22₼
    12 aylıq 2.42₼
    Əsas
    Nəşriyyat Qanun
    Ad Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası
    Növ kitab
    Janr tarix
    Müəllif(lər) Nəsiman Yaqublu
    Xarici görünüş
    Rəng rəngarəng
    Kitab barədə
    Dil azərbaycan
    Xülasə Bu ensiklopediya Azərbaycan xalqının 1920-1991-ci illərdə sovet rejiminə qarşı apardığı mübarizə haqqındadır.

    Nəsiman yaqublu azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

    Nəsiman Yaqublu,
    Tarix elmləri doktoru


    Yeni nəşrə hazırladığım “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” (sovet dövrü: 1920-1991) kitabımdan 27 aprel işğalı haqqında olan məlumatları oxuculara təqdim edirəm.

    1920-ci ilin 27 aprelində Azərbaycanin işğal edilməsi. 27 aprel, yoxsa 28 aprel? Sovet işğalı –“yağmalama həftəsi”.bolşevik qətliamlari. Azərbaycanda ruslaşdırma siyasəti

    1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş) min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın Rusiya tərəfindən yeni işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).

    Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel” tarixinə üstünlük verilib. Bəs nə üçün?

    Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.

    Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional” zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.

    Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı” olaraq dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı.

    27 Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.


    SOVET İŞĞALI –“QRAB NEDELYA”

    (YAĞMALAMA HƏFTƏSİ)

    27 aprel 1920-ci ildə Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi.

    Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar.

    Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı.

    Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdılar.

    26 BAKI KOMİSSARLARININ ABİDƏSİ – İDEOLOJJİ

    İŞĞALIN BAŞLANMASI

    (BAKIDA İLK BOLŞEVİK ABİDƏSİ)

    1920-ci ilin sentyabrında Bakını azad etmiş Türk şəhidlərinə qoyulacaq abidənin açılış mərasimi olmalı idi. 1920-ci ilin 27 aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra həmin abidənin açılışı mümkün olmadı (abidənin müəllifi Zivər bəy Əhmədbəyov idi).

    Azərbaycan işğal edildikdən sonra 1920-ci ilin sentyabrında Bakıda Azərbaycanın azadlığına əks mövqedə dayanmış,31 Mart soyqırımında bilavasitə iştirak etmiş 26 Bakı Komissarlarının dəfn mərasimi oldu. İlk olaraq 1920-ci ilin sentyabrın 8-də onların təntənəli şəkildə dəfn mərasimi keçirildi. 1924-26-cı illərdə isə “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi (qranit, heykəltəraş S.D.Merkurov idi) və 26 Bakı Komissarları xatirə ansamblı (1968, memarlar H.Ələsgərov, Ə.Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov) yaradılmışdır.

    Sovetlər Birliyi dövründə 1918-ci ilin 31 Mart soyqırımında minlərlə günahsız azərbaycanlının qətlində iştirak etmiş 26-ların − S.Şaumyanın, S.Osepyanın, A.Əmiryanın, A.Boryanın, B.Avakyanın, A.Kostanyanın, T.Əmirovun və digərlərinin qəbri üzərinə gül-çiçək dəstələri gətirməyə insanları məcbur edir, buranı “müqəddəs” bir and yerinə çevirirdilər.

    1958-ci ildə həmin meydanda “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi qoyulmuş, 1968-ci ildə isə 26 Bakı Komissarı xatirə ansamblı yaradılmışdır.

    BOLŞEVİK QƏTLİAMLARI

    (İlk qurbanlar)

    1920-ci ilin Aprelin 27-dən 28-nə keçən gecədən başlayaraq, bolşeviklər Azərbaycanda amansız qətliama başladılar.

    Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin mayın 26-dan iyunun 4-nə qədər Gəncədə baş verən üsyanda 10 minədək Azərbaycan insanı həlak olmuşdu.

    İNSANLARI MƏHKƏMƏSİZ QƏTLƏ YETİRƏN

    “TROYKA”LAR (“ÜÇLÜK”LƏR)

    1920-ci illərdə Sovetlər Birliyində mövcud olan “Troyka”lar (“Üçlük”lər) minlərlə günahsız insanı sorğu-sualsız, heç bir istintaq işi aparılmadan güllələmək hüququna malik idi.

    VÇK-nın (Ümumrusiya Fövqəladə Komissiyası) tərkibində ilk dəfə belə “Üçlük” 1918-ci ilin əvvəllərində yaradılmışdı. “Üçlüy”ün tərkibinə aşağıdakılar daxil idi: F. E. Dzerjinski, V. A. Aleksandroviç və Y. X. Peterso. Bu “Üçlük” 1938-ci ilin sonlarına qədər mövcud olub.

    Bu “Üçlüy”ü yaratmaqda məqsəd: 1920-ci illərdəki cinayətkarlıq hallarının operativ şəkildə qarşısını almaq idi. Bundan ötrü formal məhkəmə proseduru olur və güllələmə hökmü yerinə yetirilirdi.

    1929-cu ildən isə onlar sosializm düşmənlərini, qolçomaqları, kollektivləşməyə mane olanları ölüm hökmünə məhkum edir, öldürülmələrini tezləşdirirdilər.

    1937-1938-ci illərdə belə “Üçlük”lərə daha çox səlahiyyətlər verilmişdi.

    Əslində bu qətliamlar Sovet dövlətinin banisi V. İ. Lenindən başlayırdı.

    Leninin dostlarına yazdığı məktublarda qeyd edilirdi: “Məsləhət görürəm ki, müvəqqəti olaraq öz içərinizdən rəislər təyin edəsiniz, heç kimdən soruşmadan və səfehcəsinə süründürməçiliyə yol vermədən qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. V. İ. Lenin”.

    AZƏRBAYCANDA RUSLAŞDIRMA SİYASƏTİ

    (1920-1930-CU İLLƏR)

    M. Ə. Rəsulzadə yazırdı: “Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər, buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirməyənlər kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”.

    Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Bu, ermənipərəst siyasətin davamı idi. Tbilisidə çap olunan “Zarya Vostoka” qəzetinin 140-cı sayında bildirilirdi ki, “Muxtar Dağlıq Qarabağ Vilayəti”ndə erməni kommunistlər daşnakları daim müdafiədə olmuş, hətta Qarabağda çıxan ermənicə qəzet daşnaklarla mübarizədən imtina etmişdi.

    Azərbaycan türklərinə qarşı isə Sovet dövlətindəki rəhbərliyin münasibəti fərqli idi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. Aşağıdakı məlumatlar Sovet hökumətinin “ruslaşma” siyasətinə əyani bir sübutdur:

    Azərbaycan türklərinin ümumilikdə nisbəti:

    1. Azərbaycan Baş İqtisad Şurasında – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 31, 1931-ci ildə isə yüzdə 22 olmuşdur.

    2. Sığorta İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 12, 1929-cu ildə yüzdə 16, 1931-ci ildə yüzdə 14.

    3. Azərbaycan Neft Komitəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 9, 1929-cu ildə yüzdə 7, 1931-ci ildə yüzdə 5.

    4. Dövlət Plan İdarəsində –1928-ci ildə Azərbaycan türkləri yüzdə 67, 1931-ci ildə yüzdə 39-a enmişdir.

    5. Baş Dövlət Məhkəməsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 66, 1937-ci ildə yüzdə 46.

    6. Maarif Vəkalətində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 65 ikən, 1931-ci ildə 104 məmurdan 50-ni ermənilər təşkil edirdi.

    7. Azərbaycan Dövlət Nəşriyyat İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 51, 1931-ci ildə yüzdə 43.

    Bakıda ruslaşmanın daha güclü aparıldığını “Zarya Vostoka” qəzetinin 1931-ci il 11 iyun sayındakı məlumatdan görmək mümkündür: “Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir (azərbaycanlılardır – red.).

    Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanında isə rusca aparılırdı.

    Qeyd edək ki, sonrakı dövrdə də Azərbaycanda müdhiş bir ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, sənədləşmələr rus dilində olurdu. Hətta ruslarla ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı.

    Bu “ruslaşdırma siyasəti”ni ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

    Nesiman Yaqublu – Wikipedia

    Yaqublu Nəsiman Qara oğlu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Nəsiman Yaqublu
    Nəsiman Qara oğlu Yaqublu
    “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatı, 17 may 2013
    Doğum tarixi 1962
    Doğum yeri Zəngilan rayonu, Azərbaycan SSR
    Vətəndaşlığı Azərbaycan
    Elm sahəsi Tarix
    Elmi dərəcəsi tarix elmləri namizədi
    İş yeri Bakı Dövlət Universiteti
    Təhsili Sankt-Peterburq Dövlət Universiteti
    Mükafatları Həsən bəy Zərdabi Mükafatı, Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafat

    Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır.

    BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublu iyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” yubiley medalı ilə təltif edilmişdir.

    • Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990;
    • Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991;
    • Xocalı qırğını. Bakı: Azərnəşr, 1992;
    • Müsavat partiyasının tarixi. Bakı: Ay-Ulduz, 1997;
    • Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə. Bakı: “TS” firmasının mətbəəsi, 2001;
    • Azərbaycan legionerləri. Bakı: Bakı Universitetinin Nəşriyyatı, 2002;
    • Azərbaycan legionerləri. Bakı: Çıraq, 2005;
    • Xarici ölkələrin jurnalistikası. Bakı: Adiloğlu, 2007 (həmmüəllif);
    • Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı: Adiloğlu, 2007;
    • Bakının qurtuluşu. Bakı: Adiloğlu, 2008;
    • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Adiloğlu, 2008;
    • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Abşeron Nəşr, 2009;
    • Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi. Bakı: Abşeron Nəşr, 2009;
    • Azərbaycanda yaşayan milli azlıqların nəşrləri. Bakı: Elm və təhsil, 2010;
    • Bakının qurtuluşu. Bakı: Elm və təhsil, 2010;
    • Azərbaycan mühacirət irsi. Bakı: Elm və təhsil, 2011;
    • “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. Bakı: Zərdabi, 2011;
    • “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. Bakı: Qanun, 2011;
    • Qafqaz İslam ordusu və Nuru paşanın Azərbaycanda izləri. Bakı: Adiloğlu, 2012;
    • Xocalı soyqırımı. Bakı: Elm və təhsil, 2012;
    • Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012;
    • Biz o yurdlara qayıdacağıq (material. topl. nəşrə haz. N. Yaqublu). Bakı: QHT Nəşriyyatı, 2013;
    • Azərbaycanın ilk qeyri-hökümət təşkilatları (materialları hazırlayan və elmi red. N. Yaqublu). Bakı: Elm və təhsil, 2013;
    • Qafqaz İslam ordusunun Azərbaycanda. Bakı: “OL” MMC, 2013;
    • Ermənilər türklərə qarşı (Rusiya arxivlərinin izi ilə). Bakı: E. L, 2013;
    • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu, 2013;
    • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: “OL” MMC, 2013;
    • Azərbaycan mühacirət mətbuatı (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2014;
    • Məhəmməd Əmin Rəsulzadə. Bakı: Mütərcim, 2014;
    • Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya (materialları toplayıb nəşrə haz., giriş sözün müəl. və red. N. Yaqublu). Bakı: Kitab Klubu, 2015;
    • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Kitab Klubu, 2015;
    • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: OL NPKT, 2017;
    • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Nurlar, 2018;
    • Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun, 2018;
    • Cümhuriyyət qurucuları. 100 il. Bakı: Nurlar, 2018;
    • Bakının qurtuluşu. Qafqaz İslam ordusu. Bakı: Qanun, 2021;
    • Polyakların Azərbaycanda fəaliyyəti. Bakı, 2022;
    • Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı, 2022;
    • Şuşa ziyalıları. Unudulmuş irs. Bakı, 2022;
    • Azərbaycan mətbuatı: gizli nəşrlər. Bakı, 2023.

Comments are closed, but trackbacks and pingbacks are open.