Press "Enter" to skip to content

Nəsimi-650 kitabının təqdimat mərasimi keçirilib

AzNews.az

“Nəsimi-650” kitabının təqdimatı oldu – FOTOLAR

Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.

Kitaba yerli alim və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib.

Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili müəllifi olduğu kitabın yazılma zərurəti və nəşri haqqında ətraflı məlumat verib.

O, sözügedən kitabın yazılmasında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb.

T.Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib.

Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüs böyük əhəmiyyət daşıyır.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.(apa.az)

AzNews.az

“Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib

“Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.

6 İyul , 2019 19:05

https://static.report.az/photo/daa48680-5565-4486-a932-3784319c9168.jpg

Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, kitaba yerli alim, araşdırmaçı və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib. Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili, müəllifi olduğu kitabın yazılması zərurəti və nəşrə hazırlanması barədə haqqında ətraflı məlumat verib. O, sözügedən kitabın yazılmasında prezident İlham Əliyev in 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb. T. Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək. Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib. Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüsün böyük əhəmiyyət daşıyır. Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «F.Köçərli adına Respublika Uşaq Kitabxanası» есть на Facebook. Войдите, чтобы связаться с F.Köçərli adına Respublika Uşaq Kitabxanası.

Страница «F.Köçərli adına Respublika Uşaq Kitabxanası» есть на Facebook. Войдите, чтобы связаться с F.Köçərli adına Respublika Uşaq Kitabxanası.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

@childlibazerbaijan

О пользователе F.Köçərli adına Respublika Uşaq Kitabxanası

Kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin (26.01.1863, Şuşa-1920, Gəncə) adını daşıyır. O, Azərbaycan ədəbiyyatşünası, pedaqoq və publisist Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Onun uşaqlar üçün yazdığı «Balalara hədiyyə» kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılmışdır.

Kitabxananın əsas fondu, biblioqrafiya, metodika, avtomatlaşdırma, komplektləşdirmə, kütləvi işlər və incəsənət, diyarşünaslıq və oxuculara xidmət şöbələri, böyük və kiçik oxu zalları, nağıl otağı vardır. Kitabxana “Göy qurşağı” jurnalını nəşr edir.

Comments are closed, but trackbacks and pingbacks are open.