Press "Enter" to skip to content

Ev telefonunu mobil nömrəmə necə yönəldə bilərəm

(055) 666 66 66 – 30 min manat,
(055) 311-11-11 – 5000 manat,
(055) 848-48-48 – 1000 manat,
(055) 211-00-33 – 12000,
(055) 545-55-55 – 10000 manat.

İnternet vasitəsilə mobil telefon nömrələrini necə yaza bilərəm?

Artıq heç bir hərəkətləri ilə təəccüb yaratmayan Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri bu dəfə 2 milyon dollara mobil telefon nömrəsi almaqla dünyanı yenidən heyrətləndirdilər. Yəni dünyanın əksər ölkələrində olduğu kimi, barmaq boyda nömrəyə gözüyumulu bir ev qiymətinə pul sayan zəngin azərbaycanlılar da az deyil.

Modern.az prestijli mobil telefon nömrələrin qiymətlərini araşdırıb.

Heç kimə sirr deyil ki, bir çox siyasətçi, deputat və iş adamlarının telefon nömrələri 211-lə başlayır. 211-lə başlayan nömrələrin ən ucuz qiyməti 5000 manatdan başlayır. Yəni belə nömrələrin “qızıl nömrə” sırasına aid olduğunu deyilir. Məsələn, (050) 222 00 20 nömrəsinin qiyməti 4 min manatdır.

Bahalı nömrəyə imkansızlar da maraq göstərir, hətta borca girirlər.

Mobil operatorlar satışda olan bahalı nömrələrin qiymətini adi nömrələrin qiymətindən fərqlənmir və bütün nömrələr adi nömrələrin qiyməti ilə sənədləşdirilir. Təbii ki, burda bir məqsəd var – vergidən yayınmaq. “Azercell”, “Bakcell” və “Azərfon” bunu nə qədər inkar etsələr də www. nomrem. az və digər nömrə satışı ilə məşğul olan saytlara baxmaq kifayətdir ki, tamam başqa mənzərə ilə rastlaşasan. Orada mobil şirkətlərin nömrələri kifayət qədər baha satılır.

Məsələn, onlardan bir neçəsini təqdim edirik.

(050) 363-00-00 – 2200 manat,
(050) 224-66-66 – 2200 manat,
(050) 768-88-88 – 2000 manat,
(051) 755-55-55 – 3000 manat,
(050) 210-76-00 – 4000 manat,
(050) 207-07-07 – 6000 manat,
(050) 256-0000 – 5000 manat.
(050) 255-35-55 – 8000 manat

Platinium nömrələr isə daha bahadır:

(050) 210-06-00 – 12000 manat;
(050) 210-05-05 – 11000 manat,
(050) 433-33-33 – 20000 manat.

211-lə başlayan mobil nömrələr isə bir neçə min manat arasındadır. Bu rəqəmlə başlayan nömrələri isə əsasən yüksək cinli məmurlar və iş adamları işlədir. Onların qiyməti 10-15 min manatdan yuxarıdır.

“Cin” nömrələr arasında da bahalı siyahısına daxil olanlar var.

(055) 666 66 66 – 30 min manat,
(055) 311-11-11 – 5000 manat,
(055) 848-48-48 – 1000 manat,
(055) 211-00-33 – 12000,
(055) 545-55-55 – 10000 manat.

“Azərfon” şirkəti isə nömrələr arasında fərq qoyulduğunu etiraf edir. Şirkətdən bildirildi ki, “gümüş” və “qızıl” nömrələrin qiyməti digərlərindən fərqlənir. Araşdırma zamanı “Nar” nömrələrin qiymətlərinin digərlərindən geri qalmadığını öyrəndik:

(077) 606-66-66 – 2000 manat,

(070) 304-00-00 –1200 manat,
(070) 600-66-66 – 1000 manat,

Ekspertlər isə adi nömrəyə minlərlə manat verməyi sadəcə ağılsızlıq sayır.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, belə nömrələrin satış mexanizmi olmadığından bəziləri bundan sui-istifadə edir: “Cəlbedici nömrələrə xərclənən pullar qeyri-rəsmi vəsait hesab edildiyi üçün ayrı-ayrı şəxslərin cibinə gedir”.

Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin satışından gələn gəlir mobil operatorların gəlirində əks olunmursa, deməli, vergidən yayınma halı var. Amma mobil operatorlar dilerlərə nömrələri hansı qiymətə satırsa, bu məbləğin vergisini ödəyirlər.

(050) 211-42-07 – 5200 manat,
(050) 288-13-31 – 3000 manat,
(055) 256-55-55 – 3000 manat,
(055) 211-22-33 – 6000 manat,

Digər VİP nömrələrin qiyməti 10 000 ABŞ dollardan başlayır. Azərbaycanda satılan ən baha 10 mobil nömrənin siyahısını təqdim edirik.
Siyahıdan göründüyü kimi, elə nömrələr var ki, onların qiyməti 40 000 AZN təşkil edir.

(050) 222-00-22 – 9.999 manat,
(050) 211-59-55 – 10.000 manat,
(055) 700-00-07 – 12.000 manat,
(050) 211-02-08 – 12.000 manat,
(050) 232-22-22 – 12.000 manat,
(050) 210-93-49 – 17.000 manat ,
(050) 211-06-11 – 20.000 manat,
(077) 755-55-55 – 25.000 manat,
(050) 455-55-55 – 27.555 manat,
(055) 700-00-00 – 40.000 manat.

Gültəkin ƏLƏSGƏR

Ev telefonunu mobil nömrəmə necə yönəldə bilərəm

Ev telefonunu mobil nömrəmə necə yönəldə bilərəm ki evə zəng gələndə məndə əl telefonunda nömrə göstərsin .

Sualı verdi: Ramin200 ( 12/04/2017 )
Kateqoriya: Sual . ev telefonu. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

salam ev telefonunun mobil telefona yonlendirmek ucun shexsiyyet vəsiqəsi ilə poçta gedib xidmeti açdirmaq lazimdir shef elemiremse ayda 3 manatdir orda size kod verecekler

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

gul56 cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (2 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (5 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (13 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (24 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (27 gün əvvəl)

E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (38 gün əvvəl)

İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır

Bu gün mobil telefonlar olmadan həyatımızı təsəvvür edə bilmirik. Telefon hardasa sağ əlimizi, gözümüzü, qulağımızı əvəz etməyə başlayıb. Mobil nömrələrin alınması , mobil telefonların əldə edilməsi ölkəmizdə mürəkkəb prosedur olmadığına görə istənilən adam istədiyi sayda telefona və mobil nömrəyə sahib ola bilir.

Bəs uzun müddət istifadəsiz qalan nömrələrin taleyi necə olur? Bir nəfər tərfindən satın alınmış nömrə uzun müddət istifadəsiz qaldığına görə, mobil operatorlar tərəfindən başqa bir şəxsə satışa çıxarılırmı? Bu mülkiyyət hüququnun pozulması hesab edilə bilərmi? Bu kimi suallarla ölkəmizin ən məşhur mobil operatorlarının nümayəndələrinə üz tuturuq.

Bakcell-in ictimaiyyətlə əlaqələr korporativ kommunikasiya departametindən verilən məlumata görə, sistemdə birtərəfli bağlanan nömrələr bir ay ərzində aktivləşdirilmədiyinə görə ikitərəfli bağlanır : “Sistemimizdə ikitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərimizə 150 (yüz əlli) gün vaxt verilir və müvafiq nömrə həmin müddət ərzində də aktivləşdirilmirsə, sistemdən kənarlaşdırılır. Bundan əlavə, müştəri məmnuniyyəti prinsipinə əsaslanaraq, nömrənin sistemdən kənarlaşdırılması tarixindən sonra onun dublikatını alıb bərpa etmək üçün abunəçilərə 90 (doxsan) əlavə gün verilir. Habelə, abunəçilərlə bağlanan müqavilələrin şərtlərinə əsasən, abunəçinin istifadəsinə verilmiş nömrənin 6 (altı) aydan çox müddət ərzində bağlı qalması abunəçi tərəfindən müqaviləyə birtərəfli xitam vermə kimi qiymətləndirilə bilər və şirkət üçün həmin nömrə üzrə başqa abunəçi ilə yeni müqavilənin bağlanmasına əsas verir. Məlumat üçün həmçinin bildiririk ki, Azərbaycan Respublikasında bütün nömrə resursları dövlətə məxsusdur və onlardan səmərəli istifadənin təmin edilməsi telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorun birbaşa öhdəliyidir”.

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

“Azərcell” şirkətindən isə bildirildi ki, nömrənin saxlanılması özü şirkət üçün hansısa bir məbləğə başa gəlir, buna müəyyən maliyyə yatırılır. Hər kəs istədiyi sayda nömrə alıb, onu istifadəsiz saxlamaq istəsə, bu, mobil operatorlara ciddi ziyan vura bilər. Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə iki həftəlik və ya müvəqqəti nömrələr satışa çıxarılır ki, vətəndaş bu ölkədə olduğu müddətdə həmin nömrələrdən istifadə edir, sonra nömrə avtomatik bağlanır. İstifadə olunmayan “Azərcell” nömrələri 6 aydan sonra bağlanır. Bunun üçün müəyyən prosedur həyata keçirilir, sonra nömrə yenidən satışa çıxarıla bilər. Mülkiyyət hüquqlarının pozulması məsələsinə gəlincə, bütün bunlar nömrə alınarkən şirkətlə vətəndaş arasında bağlanan müqavilədə öz əksini tapır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.