Nıtq medenıyyetı
Sosial şəbəkənin imkanlarından müxtəlif məqsədlə istifadə edənlər cəmiyyətdə söz sahibi, mövqe sahibi olmağa çalışırlar. Onlar bəzən yanlış və təşviş yaradan məlumatları müxtəlif saytlarda paylaşırlar. Yanlış və təşviş yaradan məlumatlar sosial şəbəkələr vasitəsilə daha tez yayılır, insanlar arasında narahatçılıq, fikir çaşqınlığı əmələ gətirir. İnformasiya vasitələri içərisində televiziya, radio, qəzetlə müqayisədə sosial şəbəkələrin təcrübəsi azdır. Ona görə də bu sahədə peşəkarlığın zəifliyi bəzən çaşqınlıq yaradan informasiyaların yayılmasına şərait yaradır. Ona görə də insanlar üçün həssas olan mövzular sosial şəbəkələrin marağında olmaqla cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilir. Görünür ki, bəzi saytların özü də bu işdə maraqlı olur. Hər halda kütləvi informasiya vasitələrinə daxil olan televiziya, radio, qəzet sahəsində xeyli təmizlənmə, saflaşma prosesi gedibdir. Sosial şəbəkələrdə, saytlarda da bu prosesin gedəcəyinə ehtiyac var. Və bu proses sosial şəbəkələrdə, saytlarda zamanında, vaxtında öz həllini tapacaqdır.
Nıtq medenıyyetı
MÖVZU 1. Müəllim. Ağazadə Orxan
MORFOLOGİYA. NİTQ HİSSƏLƏRİ.
Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.
Əsas nitq hissələri
Buraya tammənalı sözlər daxildir:
1) Əşya adı bildirənlər – İsim
2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say
4) Əşyanın hərəkətini bidirənlər – Fel
5) Hərəkətin əlamətini bildirənlər – Zərf
6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır
Köməkçi nitq hissələri
7) Qoşmalar
8) Bağlayıcılar
9) Ədat
10) Modal sözlər
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.
MÖVZU 2.
İSİM HAQQINDA ÜMUMİ MƏLUMAT.
Əşyaların adlarını bildirən, kim? nə? və bəzən də hara? sualla-rından birinə cavab olan nitq hissəsinə isim deyilir. Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar isə iki cür olur: göz-lə görünməsi mümkün olan konkret varlıqlar(daş, su, çörək, qələm, ev, maşın və s.) və mücərrəd varlıqlar(xəyal, yuxu, fikir, tarix, elm və s.)
– İnsan bildirən isimlər kim? (ata, uşaq, Əli, bacım, müəllim və s.), cansız əşya və heyvan bildirən isimlər nə? (qələm, quzu, ceyran, ağac, dəftər, maşın və s.), məkan, yer bildirən isimlər isə hara?(Bakı, kənd, dəniz və s.) sualına cavab verir.
Qeyd: İsimlər cümlədə, əsasən, mübtəda və ya tamamlıq, bəzən də digər cümlə üzvü yerində işlənə bilir.
MÖVZU 3.
İSMİN QURULUŞCA NÖVLƏRİ.
İSMIN QURLUŞCA NÖVLƏRI. İsimlərin quruluşca üç növü olur: sadə, düzəltmə və mürəkkəb isimlər.
Sadə isimlər. Sadə isimlər yalnız bir kökdən, yaxud kök və qra-mmatik şəkilçidən ibarət olur. Məsələn: daş, daşın, daşda, ev, çörək, çay, su, məktəb və s.
3. Düzəltmə isimlər. Söz köklərinə leksik (jözdüzəldici) şəkilçilər artırmaqla yaranan isimlər düzəltmə isimlər adlanır. Mə-sələn: gəmi-gəmicçi,sənət-sənətckar, yaxşı-yaxşıclıq və s. Di-li-mizdə ən çox isimlərin özlərindən və fellərdən düzəltmə isimlər əmələ gəlir.
3. İsimdən düzələn düzəltmə isimlər. İsimdən isim düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur:
MÖVZU 4.
İSİM VƏ FEİLDƏN DÜZƏLƏN İSİMLƏR.
İsimdən düzələn isimlər bunlardır 1. –çı4. Bu şəkilçilərlə peşə, sənət, məşğələ və s. mənaları ifa-də edən isimlər düzəlir. Məs: əmək-əməkçi, dəniz-dənizçi, kömək-köməkçi, dil-dilçi, qulluq-qulluqçu və s.
2. –lıq, -lik, -luq, -lük. Bu şəkilçilərlə keyfiyyət, vəzifə, yer, əşya adı və s. ifadə edən isimlər düzəlir. Məs: rəhbər-rəhbərlik, daş-daşlıq, göz-gözlük, dərzi-dərzilik, qohum-qohumluq və s.
Qeyd: Bu şəkilçilər başqa nitq hissələrindən (sifət, say və əvəzliklərdən də) isim düzəldirlər. Məs: zərif-zəriflik, ağır-ağırlıq, gözəl-gözəllik, az-azlıq, bir-birlik, mən-mənlik və s.
3. –ça2. Bu şəkilçilər vasitəsilə kiçiltmə mənalı isimlər əmə-lə gəlir. Məs: dəftər-dəftərçə, meydan-meydança, bağ-bağça və s.
4. -cıq4, -cığaz4. Bu şəkilçilərlə kiçiltmə və əzizləmə məzmunlu isimlər yaranır. Məs: ev-evcik, ev-evciyəz, göz-gözcük, quş -quşcuğaz, daxma-daxmacıq və s.
5. –lı4. Bu şəkilçilər yer münasibəti, familiya, nəsil, sahiblik və s. məzmunlu isimləri yaradır. Məs: kənd-kəndli, at-atlı, Sultan -Sultanlı, sevgi-sevgili və s.
6. –daş. Bu şəkilçi ilə həmrəylik və iştirak bildirən isimlər düzəlir. Məs: yol-yoldaş, sirr-sirdaş, əmək-əməkdaş, məslək-məs-ləkdaş və s.
7. –dar. Bu şəkilçi vasitəsilə isimlərdən peşə, əqidə, vəziyyət bildirən isim düzəlir. Məs: əmək-əməkdar, ev-evdar, mal-maldar, hava-havadar və s.
8.-keş. Bu şəkilçi ilə peşə və əlamət məzmunu ifadə edən isim-lər düzəlir. Məs: zəhmət-zəhmətkeş, cəfa-cəfakeş, mala-ma-la-keş və s.
9. –stan. Bu şəkilçidən yer, ölkə bildirən isimlər düzəltmək üçün is-tifadə olunur. Məs: dağ-Dağıstan, gürcü-Gürcüstan, əfqan -Əfqanıstan və s. Qeyd: Dilimizdə nisbətən az işlənən –iyyət (hakim-ha-kimiy-yət, şəxs-şəxsiyyət), -iyyat (ədəb-ədəbiyyat, kəşf-kəşfiyyat), -at2 (məlum-məlumat, mühacir-mühacirət), -iyyə (nəzər-nə-zə-riy-yə, fərz-fərziyyə), -i, -vi (Qüds-Qüdsi, Gəncə-Gəncəvi), -izm (Ma-r–ks-Marksizm, material-materializm), -ist (real-realist, ideal-ide-a-list) şəkilçiləri də isimdən isim düzəldə bilirlər.
2. Feldən düzələn isimlər. Feldən düzələn isimlər, əsasən, aşağıdakı şəkilçilər vasitəsilə yaranır.
1. –ış4. Bu şəkilçi vasitəsilə hal-vəziyyət, hərəkət bildirən isim-lər əmələ gəlir. Məs: bax-baxış, gəz-gəziş, göstər-göstəriş, yaşa-yaşayış, yağ-yağış, çağır-çağırış və s.
2. –aq2, -q, -k. Bu şəkilçilər vasitəsilə fellərdən müxtəlif mə-nalı, əsasən əşya adı bildirən isimlər yaranır. Məs: yat-yataq, çök-çökək, döşə-döşək, dara-daraq, ələ-ələk və s.
3. –ıq, -ik, -uq, -ük, -q. Bu şəkilçilərlə yer, bölgü, bilik, ba-carıq bildirən isimlər əmələ gəlir. Məs: tapşır-tapşırıq, min-mi-nik, bil-bilik, qoru-qoruq, bur-buruq, böl-bölük və s.
4 –ım4. Bu şəkilçilər hadisə, ölçü, bacarıq bildirən isimlər ya-radır. Məs: yığ-yığım, biç-biçim, böl-bölüm, öl-ölüm və s.
5. –tı4. Bu şəkilçilərlə hadisə, əşya, əlamət və s. adları bildirən isimlər əmələ gəlir. Məs: bağır-bağırtı, qaral-qaraltı, göyər-gö-yərti, tullan-tullantı və s.
6. –qı, -qu, -ğı, -ğu, -kü, -ki, -gi, gü. Bu şəkilçilərlə alət, vəziyyət və mücərrəd məfhumları bildirən isimlər düzəlir. Məs: çal-çal-ğı, böl-bölgü, səp-səpgi, sor-sorğu, sev-sevgi, duy-duyğu və s. 7. –qın, -ğın, -qun, -ğun, -kin, -gin, -gün, kün. Bu şəkilçilərlə ha-disə və vəziyyət bildirən isimlər yaranır. Məs: bas-basqın, qır-qırğın, yan-yanğın, daş-daşqın, uç-uçqun və s.
8. –ı4. Bu şəkilçi vasitəsilə ölçü, xasiyyət bildirən isimlər yaranır. Məs: ölç-ölçü, qorx-qorxu, sür-sürü, yaz-yazı və s.
9. –ıcı4. Bu şəkilçilər peşə, sənət və s. bildirən isimlər əmələ gə-tirirlər. Məs: sat-satıcı, bil-bilici, qur-qurucu, at-atıcı, yırt-yır-tı-cı, sür-sürücü və s.
Qeyd: Bunlardan başqa nisbətən az işlənən –ar2 (aç-açar, yet-yetər), -caq, – cək (yellən-yelləncək), -ma2 (dol-dolma, vuruş-vu–ruşma), -ın, -in (səp-səpin, ək-əkin, gəl-gəlin), -id, -üd (keç-ke-çid, öy-öyüd), -ınc, -inc, -ünc (qax-qaxınc, sev-sevinc), -acaq, -əcək (çap-çapacaq, gəl-gələcək), -cə (düşün-düşüncə, əylən-əy-lən-cə), -gəc (süz-süzgəc, üz-üzgəc), -ır (gəl-gəlir (qazanc)), -ıc (ayır-ay-rıc), -ıntı4 (qaz-qazıntı, əz-əzinti) şəkilçiləri də fe’llərdən mü-x-tə-lif mə’na ifadə edən isimlər düzəldirlər.
Yadda saxlayın: Feldən isim düzəldən –ğı, -ğu,-gi, -gü, -ğın, -ğun, -gin, -gün şəkilçiləri so-nu cingiltili samitlə bitən fe’llərə (çal-çal-ğı, dur-durğu, sər-sərgi, yor-yorğun, yan-yanğın və s.), -qı, -qu, -ki, -kü, -qın, -qun, -kın, -kün şəkilçiləri isə sonu samitlə bitən fe’l–lərə artırılır (as-asqı, səp-səpki, sürt-sürtkü, seç-seçki, bas-basqın, küs-küskün və s.)
-stan şəkilçisi sonu saitlə bitən isimlərə artırıldıqda bir cür ya-zılır (Gürcü-stan, Qobu-stan və s.) Bu şəkilçi samitlə bitən isim–lərə qoşulduqda ahəng qanununa uyğun olaraq şəkilçinin əv–vəlinə ı,i,u,ü saitlərindən biri artırılır. Məs: kənd-i-stan, Monqol-u-stan, Bolqar-ı-stan, Kürd-ü-stan və s.
MÖVZU 5.
İSMİN HALLARI.
İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.
1) Adlıq hal. Bu halda olan isimlər əşyanın adını bildirir, şə-kilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s. İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
2) Yiyəlik hal. İsmin yiyəlik halı sahiblik, aidlik, yiyəlik mənalarını bildirir. Yiyəlik halda işlənən isim cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu, mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mən-subiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.
Yiyəlik halın iki forması var:
a) Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın4 (-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)
b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi və s. Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kən-din yolu və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
-ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).
3)Yönlük hal. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samit-lə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y» bitiş-di-ri-ci samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Sual-la-rın-dan birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s. Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-(dəriyə), Şuşaya-(Şuşuya), kölgəyə-(kölgüyə), torbaya-(torbıya) və s.
4)Təsirlik hal. Təsirlik hal hərəkətin obyektini, yəni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi, təsirlik halın da iki forması var:
a) Müəyyənlik bildirən təsirlik hal. Bu halda olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi? nəyi? bəzən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), ceyhunu (kimi?), Bakını (haranı?) və s.
b) Qeyri-müəyyənlik bildirən təsirlik hal. İsim təsirlik halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?) aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.
Qeyd: Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimlərlə adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
a) Təsirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?) çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər.
b) Təsirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə fel-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular topu (nəyi?) qapıya vurdular.
c) Təsirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı – Həsən bu kitabı (nəyi?) aldı.
5)Yerlik hal. İsmin yerlik halı əşyanın və ya hərəkətin yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə? harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?), kağızda (nədə?), dənizdə (harada?) və s.
6) Çıxışlıq hal. İsmin çıxışlıq halı hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab olur. Çıxışlıq hal mə-na-sına görə yönlük halın əksini ifadə edir.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan (dostumnan), səpindən (səpinnən) və s.
11. İSIMLƏRIN HALLANMASINA AID MISALLAR. A. qələm düyü kəpənək qonaq
Y. qələmin düyünün kəpənəyin qonağın
Yön. qələmə düyüyə kəpənəyə qonağa
T. qələmi düyünü kəpənəyi qonağ
Yer. qələmdə düyüdə kəpənəkdə qonaqda
Ç. qələmdən düyüdən kəpənəkdən qonaqdan Qeyd: Sonu «q» və «k» samitləri ilə bitən çoxhecalı əsl Azər–baycan sözləri hallanarkən yiyəlik, yönlük və tə’sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika» bəhsində mə’lumat verdiyimizdən, burada təkrara ehtiyac görmədik.
12. BƏ’ZI IKIHECALI ISIMLƏRDƏ SON SAITIN DÜŞMƏSI. Dilimizin lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir, səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi ərəb-fars mənşəli sözlər.
2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun kimi əsasən əsl Azərbaycan sözləri.
Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs: ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli, şəklim və s.
Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artır-dıqda köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal şə-kil-çi-ləri qəbul etdikdə söz kökləri dəyişməz qalır. Məs: Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi ilə
Beyin-in quruluşu Uşağın beyn-i
Boyun-un arxası Sənin boyn-un
Çiyin-in əzələsi Onun çiyn-i
MÖVZU 6.
SİFƏT HAQQINDA ÜMUMİ MƏLUMAT.
Ümumi qrammatik mənasına görə əşyanın əlamətini bil–dirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir.
Sifət xəbər yerində o zaman çıxış edir ki, isimdən əvvəl işlə-dil-məsin və müvafiq xəbərlik şəkilçilərini (gözələm, gözəlsən, gö-zəldir, gözəllik, gözəlsiniz və s.) qəbul etsin. Misallara diqqət edək. Yaxşı (necə?) adam, yaraşıqlı (nə cür?) qız, evdəki (hansı?) adam. Sevda gözəl qızdır. Sevda gözəldir.
Qeyd: Birinci növ ismi birləşmələrdəki birinci, yəni asılı tərəf isimlə ifadə olunduğu halda belə, cümlədə təyin rolunda çıxış edir və bu sözlər təhlil zamanı necə? nə cür? hansı? suallarına cavab olurlar. Bu tipli sözləri sifət saymaq olmaz. Bunlar isimdirlər. Məs: qızıl üzük, gümüş qaşıq, daş hasar və s.
Sifətlər rəng (ağ, qırmızı, qara, yaşıl və s.), dad (şirin, acı, turş və s.), həcm (iri, uzun, gödək və s.), keyfiyyət (çalışqan, ali-cə-nab, qoçaq və s.), zahiri görkəm (nurani, qoca, gənc və s.) bildirirlər. SIFƏTIN QURULUŞCA NÖVLƏRI. Dilimizdəki si-fət-lər quruluşca üç qismə ayrılır: sadə, düzəltmə, mürəkkəb sifətlər.
1) Sadə (əsli) sifətlər. Bir kökdən ibarət olan, sözdüzəldici şəkilçinin iştirak etmədiyi sifətlər sadə sifətlər adlanır. Məs: ağ, turş, yaxşı, pis, nəm, yaşıl və s.
2) Düzəltmə sifətlər. Ayrı-ayrı sözlərin sonuna leksik (söz-düzəldici) şəkilçilərin artırılması ilə düzələn sifətlərə düzəltmə si-fət-lər deyilir. Düzəltmə sifətlər, əsasən, isimlərin və fellərin jo-nuna leksik şəkilçilər artırmaqla yaranır. Buna görə də düzəltmə sifətlər iki qrupa ayrılırlar: 1) isimdən düzələn sifətlər; 2) feldən düzələn sifətlər.
3) İsimdən düzələn sifətlər. İsimdən sifət düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur. a. -lı4. Bu şəkilçilərlə keyfiyyət, dad, xasiyyət, əlamət və s. bildirən sifətlər yaranır. Məs: ağıl-ağılclı (adam), iradə-iradəcli (oğlan), duz-duzclu (xörək) və s.
b. -sız4. Bu şəkilçi ilə -lı4 şəkilçisindən yaranan sifətlərin mənfi məna çalarını ifadə edən sifətlər yaranır.Məs: dad-sız (xörək), iradə-siz (oğlan) və s.
c. -cıl4. Bu şəkilçilər vasitəsilə bacarıq, xasiyyət və s. bildirən sifətlər əmələ gəlir. Məs: qohum-cul (kişi), ölüm-cül (yara), qo-naq-cıl (adam) və s.
ç. –dakı2. Bu şəkilçilərin köməkliyi ilə keyfiyyət, hal-və-ziyyət və s. mənaları ifadə edən sifətlər yaranır. Məs: ev-dəki (adam), bağ-dakı (ağac), dəniz-dəki (balıq) və s.
d. -ı4 (-yı,-yi). Bu şəkilçi ilə əsasən, rəng və əlamət bildirən si–fətlər əmələ gəlir. Məs: palıd-ı (rəng), gümüş-ü (saç), armud-u (jtəkan), sürmə-yi (papaq) və s.
e. -i,-vi. Bu şəkilçilər nisbət və aidiyyət bildirən sifət dü-zəl-dir-lər. Məs: tarix-i (hadisə), inqilab-i (fəaliyyət), kütləv-i (tədbir) və s.
Qeyd: Dilimizdə az işlənən bi- (biədəb (uşaq)), na- (naxələf (öv-lad)), la- (laqeyd (rəhbər)), anti- (antifaşist (koalisiya)), -baz (kələkbaz (uşaq)), -pərəst (şöhrətpərəst (qadın)) və s. bu kimi başqa dillərdən dilimizə keçən şəkilçilər də isimdən sifət düzəldə bilirlər. Feldən düzələn sifətlər. Felərdən sifət düzəltmək üçün aşa-ğıdakı şəkilçilərdən istifadə olunur.
a. -ağan, -əyən. Bu şəkilçilər vasitəsilə xasiyyət bildirən sifətlər əmələ gəlir. Məs: küsəyən (uşaq), qaçağan (at) və s.
b. -qan, -kən. Bu şəkilçilərlə xasiyyət və keyfiyyət bildirən si-fətlər yaranır. Məs: çalışqan (tələbə), sürüşkən (yer) və s.
c.-qın, -kin, -qun, -kün, -ğın, -gin, -ğun, -gün. Bu şəkilçilər kar və cingiltili samitlə bitən fe`l kök-lərinə artırılır. Məs: tutqun (hava), coşqun (dəniz), kəskin (söz) azğın düşmən, yorğun adam və s.
ç. -ıcı4 (-yıcı4). Bu şəkilçilərlə vəzifə, bacarıq, keyfiyyət və s. bil-dirən sifətlər düzəlir. Məs: alıcı (quş), yuyucu (toz), keçici (bayraq), qurucu (adam) və s.
d. -ıq4 (-q,-k). Bu şəkilçilərlə əsasən, hal-vəziyyət və keyfiy-yət bildirən düzəltmə sifətlər yaranır. Məs: sök-ük (divar), böyü-k (qardaş), soyu-q (su), əz-ik (pul) və s.
e. -ınc4. Məs: qorxunc (iş), gülünc (hadisə) və s.
ə. –ma4. Bu şəkilçi ilə həm fellərdən isim, həm də sifət dü-zə-lir. Məs: vuruşma, dolma (isim), gəlmə (adam), hörmə (saç) – si-fət və s. Mürəkkəb sifətlərin əmələ gəlməsi və yazılışı. Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir və yazılır.
1. İki sadə sözün birləşməsindən əmələ gəlib bitişik yazılanlar. Məs: şirindil (uşaq), qaraqaş (oğlan) və s.
2. Birincisi feldən, ikincisi isimdən düzələn iki düzəltmə sifətin birləşməsi ilə əmələ gəlib bitişik yazılanlar. Məs: açıqqəlbli (in-san), soyuqqanlı (əsgər) və s.
3. Bir sadə, bir düzəltmə sözün birləşməsi ilə yaranıb bitişik yazılanlar. Məs: çoxhecalı (söz), üçtelli (durna) və s.
4. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə yaranıb bitişik yazılanlar. Məs: fakültələrarası (yarış), stolüstü (oyun) və s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə yaranıb əlamətin çoxluğunu bildirən və defislə yazılanlar. Məs: sərin-sərin (sular), dadlı-dadlı (meyvələr) və s.
6. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləş-məsi ilə yaranıb defislə yazılanlar. Məs: əyri-üyrü (küçələr), kələ-kötür (yol) və s. Yaxın və ya əks menalı sözlərin birləşməsindən əmələ gə–lib defislə yazılanlar. Məs: bağlı-bağatlı (kənd), irili-xırdalı (evlər) və s.
MÖVZU 7.
SİFƏTİN DƏRƏCƏLƏRİ.
IFƏTIN MÜQAYISƏ DƏRƏCƏLƏRI. Sifətin üç dərəcəsi var: adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi. Bun-lar əşyanın əlamətinin üç dərəcədə: normal, normadan az və normadan çox olması ilə bağlıdır.
1. Adi dərəcə. Əlamətin adi halda olduğunu bildirən dərəcəyə sifətin adi dərəcəsi deyilir. Adi dərəcə digər dərəcələr üçün ölçüdür. Azaltma və çoxaltma dərəcələri bu dərəcənin əsasında müəyyənləşdirilir. Bu dərəcənin heç bir xüsusi şəkilçisi yoxdur. Məs: qırmızı (alma), ağ (kağız) və s.
2. Azaltma dərəcəsi. Əlamətin adi halından az olduğunu bildirən dərəcəyə sifətin azaltma dərəcəsi deyilir. Bu dərəcəni düzəltmək üçün adi dərəcədə olan bə’zi sifətlərin sonuna –ımtıl4, -raq2, -ımtraq, -mtraq, -sov, -ımsov, -ümsov şəkilçilərindən biri artırılır. Məs: ağ-ım-tıl (kağız), uzun-sov (daş), yaxşı-raq (iş) və s.
Azaltma dərəcəsini düzəltmək üçün bezən açıq və təhər sözlərindən də istifadə olunur. Açıq sözü sifətin əvvəlinə artırılaraq ondan sonra defis (-) işarəsi qoyulur. Məs: açıq-sarı, açıq-qırmızı və s. Təhər sözü isə sifətdən sonra işlədilir. Məs: qırmızı təhər, sarı təhər və s. 3. Sifətin çoxaltma dərəcəsi. Əlamətin adi haldan çox oldu-ğu-nu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir. Çoxalt-ma dərəcəsi aşağıdakı üsullarla düzəlir:
a. Adi dərəcədə olan sifətlərə –ca2 şəkilçisi artırmaqla. Bu zaman sifətin leksik mənası qüvvətləndirilir. Məs: zorba – zorbaca (it), körpə – körpəcə (uşaq) və s.
b. Sifətin ilk hecasının son samiti m, p, r samitlərindən biri ilə əvəz edilir və eyni sifətin əvvəlinə artırılır. Əgər sifətin ilk he-ca-sının sonunda samit olmasa, saitlə bitən həmin hecaya (açıq he-caya) bu samitlərdən biri əlavə edilir. Məs: təmiz-tərtəmiz (paltar), qırmızı-qıpqırmızı (alma), təzə-təptəzə (ayaqqabı), yaşıl-yamyaşıl (yarpaq) və s.
c. Adi dərəcədə olan sifətlərin əvvəlinə daha, ən, lap, olduqca ədatlarından biri, düm hissəciyi və ya tünd sözü artırılır. Bunlardan düm bitişik, tünd defislə, qalanları isə ayrı yazılır. Məs: dümağ (parça), tünd-qırmızı (alma), ən gözəl (kitab), daha maraqlı (roman) və s.
MÖVZU 8.
SAY HAQQINDA ÜMUMİ MƏLUMAT.
Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sifət əşyanın əlamətini, say isə miqdar və ya sırasını bildirir. Sayın sifətlə bir neçə oxşar cəhəti var:
• Say da sifət kimi isimlə bağlı olur və sifət kimi isimdən əvvəl işlənır.
• Say da sifət kimi cümlədə ən çox təyin olur.
• Say da sifət kimi ismi əvəz edə bilir, yəni isimləşir.
• Say da sifət kimi quruiusca sadə, düzəltmə və mürəkkəb olur.
Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb saylar.
1. Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlii, səksən, doxsan, milyon və s.
2. Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. Isim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız saylarınözündən düzəlir.
Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-ınci, on-uncu, üç-üncü, altı-ncı, iki-nci. -la1 və -ca şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. Çoxlu sayı da quruluşca düzəltmədir.
3. Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.
Qeyd: Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
MÖVZU 9.
SAYIN MƏNACA NÖVLƏRİ.
Sayın mənaca iki növü vardır:
1. Miqdar sayları
2. Sıra sayları
Miqdar sayları özü də üç növə bölünür:
1. Müəyyən miqdar sayları
2. Qeyri-müəyyən miqdar sayları
3. Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdarsayları əşyanın konkret miqdarınıbildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və s. Dilimizdə quruluşca sadə olan müəyyən miq-dar saylan cemi 23-dür: bir, iki, üç, dörd, beş, altt, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlərdən yalnız sonuncu üçü alınmasözdür, qalanları əsl Azərbaycan (türk) sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn: on beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir. Sifətlərdən sonra gələn isimlər isə cəm şəkilçisi qəbul edir. məsələn: maraqlı kitablar, çalışqan şagirdlər, yeni binalar və s.
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Həmin sözlər aşağıdakılardır:
Nəfər — insan bildirən isimlərlə işlənir: iki nəfər şagird, on nəfər tələbə və s.
Baş — əsasən, heyvan bildirən isimlərlə işlənir: on baş öküz, yüz baş qoyun, iki bas keçi və s. (Danışıq zamanı baş sözü ailə üzvləri üçün də işlənir: iki bas ailə üzvü).
Ədəd, dənə — cansız əşya bildirən isimlərlə işlənir beş dana nar, iki ədəd qələm və s.
Cüt, dəst — qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: bir cüt ayaqqabı, iki dəst paltar (kostyum) və s.
Göz, tikə, parça, dəstə, top və s numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül bir top çit və s
Qeyri — müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn beş-altı (kitab), üç-dörd (uşaq) və s Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları aşağıdakılardır az. çox, xeyli, birqədər, bir çox, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki, on-on beş və s. Az və çox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az (otaq), lap çox (adam), daha çox (məhsul) və s.
Az sayından sortra gələn isim təkdə işlənır: az adam. Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdəişlənə bilir: çox uşaq, çox adamlar. onlarla şagird, yüzlərlə tələbə və s Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isim lər isə təkdəişlənir: xeyli adam, bir qədər odun və s.
Bir-iki, üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə, dəst, kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma, beş-altı dəstə gül və s.
Qeyd: Bir-iki, üç-dörd, bes-altı tipli saylara təqribi (təxmini) miqdar sayları da deyilir.
Kəsr sayları
Kəsr sayları ya tamın (bütövün) hissəsini, ya da tam və hissəsini bildirir və nə qədər? neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da1 şəkilçisinin köməyi ilə yaranır. Məsələn: beşdə üç (5/3), iki tam onda beş (2,5) və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb (tərkibi) olur.
MÖVZU 10.
Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu, dördüncü.
Kökü samitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: altıncı, ikinci və s.
Əvvəl, axır, filan, son sözləri də -ıncı4 şəkilçisi ilə işləndikdə sıra sayı məzmununu bildirir: əvvəlinci (sıra), axınnct (dərs), sonuncu (zəng), filanıncı (il) və s.
Sıra sayları bəzən hansı? sualına da cavab olur. Məsələn birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə, onuncu (hansı?) sinif və s.
Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisiqəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.
Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir (isimləşir).Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.
Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci), ya da mürəkkəb(on birinci, otuz ikinci) olur.
Sıra sayları üç cür yazılır:
1. Sözlə: birinci, altıncı, on beşinci və s.
2. Ərəb rəqəmləri və -ıncı şəkilçisinin ixtisar forması olan –cı şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s.
Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1.1) və s.
3. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I, V, X, L (50), C (100), D (500), M (1000) Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.
MÖVZU 11.
ƏVƏZLİK HAQQINDA ÜMUMİ MƏLUMAT.
İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Əvəzliyin quruluşca növləri
Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)
Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir.Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəmolur və şəxsə görə üç növə bölünür:
• I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
• II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
• III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir. Yaqut qiymətli daşdır O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada “şəxs” sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə-im şəkilçisini qəbul edir. Müqayisə edin: dən ismi yiyəlik halda dən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
Qeyri — müəyyən əvəzliklər
ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir.Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s.
Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).
Kim ısə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır.
Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıqolur. Məsələn. Hamı gülür (mübtəda). Hərənizə bır sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.
inkar əvəzlikləri
inkar əvəzliklərinin çoxu heç sözünün köməyi ilə düzəlir heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında).
İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıqolur.
Qeyd: Kimsə əvəzliyindən sonra gələn fel təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur.Məsələn:Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn fel inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı.
İşarə əvəzlikləri
İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir.O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir və s.
Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur.
Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.
Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.
Bu, oəvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu (nə?), uşağın kitabıdır. Bundan (kimdən?) muğayat ol. Onu (nəyi?) bura gətir. Təriflədiyim oğlan budur (kimdir?).
Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.
Sual əvəzlikləri
Sual bildirən sözlərə deyilir.Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?
Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?
Təyini əvəzliklər
Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, öz sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin bir eybi oiar. Mənim üçün bütün günlər gözəldir. Hər gülün öz ətri var. Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə tətəyin olur. Təyini əvəzliklər hallanmır.
Qayıdış əvəzliyi
Mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir:özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün.
Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s.
Əvəzliyin cümlədə rolu
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdışəvəzlikləri mübtəda, tamamlıqvə xəbər; işarəəvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləriisə bütün cümlə üzvləri olur.
Əvəzliyin təhlil qaydası
Əvəzlik aşağıdakı qaydada təhlil olunur:
1. Hansı nitq hissəsini əvəz etməsi və sualı
2. Quruluşca növü
3. Mənaca növü
4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
5. Cümlədə rolu
Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O — ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır.
Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.
MÖVZU 12.
FEİL.
Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq – yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.
Feilin mənaca növləri
1. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s.
2. Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s.
3. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s.
4. Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s.
5. Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s.
Feilin quruluşca növləri
1. Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
2. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.
3. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Dilimizdə elə feillər var ki, mürəkkəb feillərə oxşasalar da, bunlara mürəkkəb feil deyilmir. Bu feillərin bir qrupuna frazeoloji birləşmə (başa düşdü, qulaq asdı, başa saldı və s.), bir qrupuna isə tərkibi feil deyilir (yaxşı elədi, həll olundu, itib getdi və s.).
Tərkibi feilləri və mürəkkəb feilləri qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
1. Bütün mürəkkəb sözlər kimi mürəkkəb feillər də iki müstəqil sözün (köməkçi sözün yox) birləşməsindən əmələ gəlir (uçdu-getdi, deyir-gülür və s.). Tərkibi feillərdə isə sözlərdən biri müstəqil deyil, köməkçi vəzifə daşıyır. Bu səbəbdən də tərkibi feillərə (adam ol, yaxşı oldu, kömək et və s.) mürəkkəb feil demək olmaz.
1. Mürəkkəb feilləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir (asdı-kəsdi, atılır-düşür), tərkibi feillərdə isə yalnız ikinci (sonuncu) söz dəyişir (yaxşı oldu, yaxşı olur, yaxşı olacaq).
2. Birinci tərəfdə –a2 şəkilçisi, ikinci tərəfdə “bilmək” sözü işlədilən feillərə də tərkibi feillər deyilir. Məsələn: ala bildi, oxuya bilmək və s.
Düzəltmə feillərin əmələ gəlməsi
Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə həm başqa nitq hissələrindən, həm də feillərdən düzəltmə feillər əmələ gəlir.
1) Başqa nitq hissələrindən (isim, sifət, say, əvəzlik, zərf və yamsılamalardan) feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
–la, -lə: (isim, sifət, say, zərf, yamsılama, qismən də əvvəlki mənasını itirmiş sözlərdən feil əmələ gətirir). Məsələn: işlə(mək), boğazla(maq), salamla(maq) (isim); hazırla(maq), parçala(maq), arıqla(maq) (sifət); tamamla(maq), yarıla(maq), cütlə(mək) (say); parla, çırtla, mələ (yamsılama); qamarla, topala (əvvəlki mənasını itirmiş söz).
Qeyd: Ədəbi dilimizdəki –la, -lə şəkilçisi ilə bitən bütün feillər, əsasən, düzəltmə feillərdir.
–laş, -ləş: qucaqlaş, ayaqlaş, əlləş (isim); razılaş, çətinləş, tündləş (sifət); birləş, ikiləş, cütləş (say); yaxınlaş, uzaqlaş (zərf).
–lan, -lən: dillən, evlən, kədərlən (isim); qaralan, təmizlən (sifət).
–al, -əl, -l: boşal, sağal, qısal (sifət); çoxal, azal (say).
–ar, -ər: otar (isim); ağar, qızar, bozar (sifət).
–a, -ə: oyna, yaşa, ələ (isim); boşa, çilə (sifət).
–ı, -i, -u, -ü: bərk-i, turş-u (sifət).
–var: su-var (isim).
–imsə, ümsə: mən-imsə (mək) – əvəzlik.
–sa, -sə: su-sa(maq) – isim; qəribsə(mək) – sifət.
–ılda, -ildə, -ulda, -üldə: zar-ılda-maq, xır-ılda-maq, cing-ildə-mək (yamsılama-təqlidi sözlər).
–ıq (ıx), -ik, -uq (ux): yol-ux-maq (isim); dar-ıx-maq, pis-ik-mək (sifət).
–aş, -əş: yan-aş-maq, sav-aş-maq, öc-əş-mək, dar-aş-maq (isim, yamsılama və əvvəlki mənasını itirmiş sözlər).
–ış, -iş, -uş, -üş: çal-ış-maq, bar-ış-maq, qar-ış-maq, çaqq -ış-maq (əvvəlki mənalarını itirmiş söz kökləri və yamsılamalar)
–an,-ən: güc-ən-mək, hıqq-an-maq, uz-an-maq (isim və ya-msılama).
2) Feildən feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
–ıl, -il, -ul, -ül: yaz-ıl-maq, döy-ül-mək, vur-ul-maq.
–ın, -in, -un, -ün: al-ın-maq, bil-in-mək, döy-ün-mək.
–ış, -iş, -uş, -üş: yaz-ış-maq, gör-üş-mək, vur-uş-maq.
–aş, -əş, ş: tut-aş-maq, mələ-ş-mək.
dır, -dir, -dur, -dür: yaz-dır-maq, sök-dür-mək, böl-dür-mək.
MÖVZU 13.
FEİLİN QRAMMATİK MƏNACA NÖVLƏRİ.
Feilin qrammatik məna növləri danışan (yazan) şəxsin, yəni iş görənin üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətlərini əks etdirir. Bunlar aşağıdakılardır:
1. Məlum növ. Feilin məlum növündə iş görən məlum olur və bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə olunmur. Məsələn: yaz, oxu, gör, iç və s.
Məlum növ feillər həm təsirli (ye, aç və s.), həm də təsirsiz (dur, bax və s.) olurlar.
2. Qayıdış növ. Qayıdış feillər iş görənin işi öz üzərində icra etdiyini bildirir. Qayıdış növ feillər –ın, -in, -un, -ün, -ıl, -il, -ul, -ül, -n şəkilçiləri vasitəsilə təsirli feillərdən düzəlir, amma təsirsiz olur. Məsələn: Gül aç-ıl-dı. Qızlar yu-yun-dular. Sevda dara-n-dı. Azad gey-in-di və s.
Qeyd. Geyindi, soyundu feilləri müstəsnadır. Bu qayıdış feilləri təsirli (gey, soy) feillərdən əmələ gəlsə də, yenə də təsirli olaraq qalır. (Paltarını geyindi; çəkməsini soyundu).
Bəzən başqa nitq hissələrindən əmələ gələn qanad-lan-(maq), ruh-lan(maq), şikayət-lən(mək) və s. kimi feillər də qayıdış növ mənasını bildirir.
3. Məchul növ. Məchul növ feillərdə iş görən qrammatik cəhətdən məlum olmur. Məchul növ feilləri düzəltmək üçün təsirli feillərə –ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün, -n, -nil, -yil şəkilçilərindən biri artırılır. Məsələn: Kağız yaz-ıl-dı. Tarla şumla-n-dı. Zəng vur-ul-du. Düşmən izlə-nil-ir və s.
Məchul növ feillər qrammatik formasına görə qayıdış feillərə çox yaxındır (hər iki növ –ın, -in, -un, -ün, -n, -ıl, -il, -ul, -ül şə-kil-çiləri ilə yaranır), lakin məchul növ feillərdə iş görən məlum ol-madığı halda, qayıdış feillərdə iş görən məlum olur, yəni işi öz üzərində icra edir.
4. Şəxssiz növ. -ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün şəkilçilər təsirli feillərə artırıldıqda məchul növ, təsirsiz feillərə artırıldıqda şəxssiz növ əmələ gətirir. Məsələn: Məktuba bax-ıl-dı, diqqət ed-il-di, yanaş-ıl-dı və s.
Qeyd: Məchul feillərlə şəxssiz feilləri ayırmaq üçün aşağıdakı cəhətlərə diqqət etmək lazımdır:
Məchul feillər təsirli feillərdən (böl-ün-dü, yaz-ıl-dı), şəxs-siz feillər isə təsirsiz feillərdən (ged-il-di və s.) əmələ gəlir.
Məchul feillər –ın4, -n, -ıl4 şəkilçisi ilə yarana bildiyi halda, şəxssiz feillər, əsasən, –ıl4 şəkilçisi ilə əmələ gəlir.
Məchul feilli cümlələrdə mübtəda olur (Məktub yazıldı), şəxs-siz feilli cümlələrdə isə mübtəda olmur (Tapşırığa əməl olundu).
5. Qarşılıq-birgəlik növ. Bu növdə
olan feillər hərəkətin qarşı-qarşıya, ya da şərikli, müştərək icra edildiyini bildirir.
Qarşılıq bildirən feillər əsasən təsirli (yaz-ış-maq, vur-uş-maq, de-yiş-mək), birgəlik (müştərək) bildirən feillər isə təsirsiz feillərdən (gül-üş-mək, ağla-ş-maq, hür-üş-mək) əmələ gəlir.
Qarşılıq-birgəlik növdə olan feillər nəticə etibarilə təsirsiz olur.
Qarşılıq-birgəlik növü yaratmaq üçün aşağıdakı şəkilçilərdən istifadə olunur: -ış, -iş, –uş, -üş, -aş, -əş, -ş, -laş, -ləş.
6. İcbar növ. İcbar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. İcbar növ feillər təsirli feillərin sonuna –dır, -dir, -dur, -dür, bəzən də –t şəkilçisi artırmaqla düzəlir. Məsələn: yaz-dır, sil-dir, bil-dir, düzəlt-dir və s.
Qeyd: Yuxarıdakı şəkilçiləri təsirsiz feillərə artırdıqda icbar növ deyil, sadəcə təsirli feil əmələ gəlir. Məsələn: gül-gül-dür, otur-otur-t. Bu feilləri icbar növə çevirmək üçün onlara yenidən icbar növün şəkilçilərini artırmaq lazımdır. Məsələn: güldür-t, oturt-dur.
Qeyd: Vuruş, görüş tipli qarşılıq-birgəlik bildirən feillər isim də ola bilər. Məsələn: Görüş maraqlı keçdi. Vuruş baş tutmadı.
MÖVZU 14.
TƏSRİFLƏNƏN FEİLLƏR.
Feilin təsriflənən formaları: Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına təsriflənən feillər deyilir. Təsriflənən feillər feilin sadə şəkilləri də adlanır. Feilin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Feilin təsriflənən formaları, yaxud sadə şəkilləri aşağıdakılardır:
Əmr şəkli
Əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəkli feilin kökünə və ya başlanğıc formasına şəxs şəkilçisi artırmaqla düzəlir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Məsələn:
I Mən yazım, Biz yaz-aq, gəl-im, gəl-ək
II Sən yaz Siz yaz-ın gəl gəl-in
III O yaz-sın Onlar yaz-sınlar gəl-sin gəl-sinlər
Arzu şəkli
Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir və feillərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla düzəlir. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir. Məsələn:
I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q
II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-ya-sınız
III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar
Arzu şəklinin inkarını düzəltmək üçün –ma2 şəkilçisindən istifadə olunur.
Arzu şəklində III şəxsin təkində şəxs şəkilçisi olmur.
Vacib şəkli
Vacib şəkli icra ediləcək işin zəruri olduğunu bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla düzəlir. Məsələn:
I get-məli-yəm get-məli-yik bil-məli-yəm bil-məli-yik
II get-məli-sən get-məli-siniz bil-məli-dir bil-məli-siniz
III get-məli-dir get-məli-dirlər bil-məli-dir bil-məli-dirlər
Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s.
Lazım şəkli
Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla düzəlir. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məsələn:
I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik
II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz
III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər
Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.
Şərt şəkli
Feilin
şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn:
I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k
II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz
III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər
Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s.
Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan göründüyü kimi, feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı şəkillərdir. Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.
Xəbər şəkli
İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra ediləcəyini (və ya edilmədiyini) bildirən feil şəklinə xəbər şəkli deyilir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün müxtəlif feillərə zaman və şəxs şəkilçiləri artırılır.
Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.
Keçmiş zaman
Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli keçmiş.
Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məsələn:
I aldım aldıq gəldim gəldik
II aldın aldınız gəldin gəldiniz
III aldı aldılar gəldi gəldilər
Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.
Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi ilə yaranır. Məsələn:
I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik
II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz
III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər
Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, -ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məsələn:
II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz
III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar
Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə şəkilçisindən istifadə olunur. Məsələn: aldım-al-ma-dım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.
İndiki zaman
İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra edildiyini bildirir, feillərə -ır, -ir, -ur, -ür (-yır, -yir, -yur, -yür) şəkilçisini artırmaqla düzəlir. Məsələn: oxu-yur, gəl-ir, yaz-ır və s.
İnkar feillər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (-ma, -mə) saiti düşür (-a, -ə). Məsələn: al-ır -al-m-ır, qaç-ır – qaç-m-ır və s.
İndiki zaman feilləri şəxsə görə dəyişir. Məsələn:
I mən gəl-ir-əm biz gəl-ir-ik yaz-m-ır-am yaz-m-ır-ıq
II sən gəl-ir-sən siz gəl-ir-siniz yaz-m-ır-san yaz-m-ır-sınız
III o gəl-ir onlar gəl-ir-lər yaz-m-ır yaz-m-ır-lar
İndiki zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi yoxdur
Gələcək zaman
Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2) qeyri-qəti gələcək.
– Qəti gələcək feillərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məsələn:
I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəy-ik
II al-acaq-san al-acaq-sınız ək-əcək-sən ək-əcək-siniz
III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər
Qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi işlənmir.
– Qeyri-qəti gələcək zaman feillərə -ar, -ər (-yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və hərəkətin icrasının qəti şəkildə deyil, qeyri-müəyyən (şübhəli) olduğunu bildirir. Məsələn:
I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq
II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxu-yar-sınız
III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar
Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəkilçi işlənmir.
Qeyd:
1. Qəti gələcək zamanda inkar feillər dəyişərkən inkar şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq – al-ma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti gələcək zamanda isə inkar
şəkilçisinin saiti (-a,-ə) düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin (-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məsələn: gör-m-ər-əm; gör-m-əz-sən; gör-m-əz.
2. Feil –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir.
qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl “y” bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər);
və ya qeyri-qəti gələcək zamanın şəkilçisində olan sait düşür. Məsələn: başla-y-ar -başla-r; işlə-y-ər -işlə-r və s.
MÖVZU 15.
TƏSRİFLƏNMƏYƏN FEİLLƏR.
Feilin təsriflənməyən formaları. Şəxsə və kəmiyyətə görə dəyişməyən feil formalarına feilin təsriflənməyən formaları deyilir. Bu cür feillər feilin bəzi əsas əlamətlərini (təsdiq-inkar, təsirli-təsirsiz, növ bildirmə) saxlayır, feillərlə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır. Belə formalar 3-dür: məsdər, feili sifət, feili bağlama.
Məsdər
Həm feilin, həm də ismin əlamətlərinə malik olan sözlərə məsdər deyilir. Məsdər feilin başlanğıc forması üzərinə –maq2 bəzən də -ma2 şəkilçisi artırmaqla düzəlir. Məsələn: bağla-maq, gəl-mək, gülümsə-mək, sezmə, görmə, yazma və s. Məsdər hərəkətin adıdır. Feillər lüğətlərdə məsdər formasında qeyd olunur.
Məsdərin feilə aid əlamətləri aşağıdakılardır:
Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn: oxu-oxumaq, yaz-yazmaq, gəl-gəlmək və s.
Məsdər də təsdiq və inkar olur. Məsələn: gülmək-gülməmək, get-mək-getməmək, oynamaq-oynamamaq və s.
Məsdər də feilin müəyyən qrammatik məna növündə olur. Məsələn: geyinmək (qayıdış növ), yazdırmaq (icbar növ) və s.
Məsdər də təsirli və təsirsiz olur. Məsələn: oxumaq (təsirli), bax-maq (təsirsiz) və s.
Məsdər də feil kimi ətrafına söz toplaya bilir. Məsələn: kitabı oxumaq, evə getmək, çəpəri sökmək və s.
Məsdərin ismə aid əlamətləri aşağıdakılardır:
İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məsələn: oxu-maq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan (isim kimi hallanması); oxumağım, oxumağın, oxumağı, oxuma-ğı-nız, oxumaqları (mənsubiyyətə görə dəyişməsi).
III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edib cümlədə is-mi xəbər olur. Məsələn: Məqsədim yaxşı oxumaqdır.
Qoşmalarla işlənə bilir. Məsələn: yazmaq üçün, yatmaqdan öt-rü, baxmağa görə və s.
cümlənin mübtədası, tamamlığı, ismi xəbəri və zərfliyi ola bilir. Məsələn: Çalışmaq baş ucalığıdır. Bu hadisədən sonra yazmağı ona yasaq etdilər. Sənin işin oxumaqdır. Universitetə qəbul olmaq üçün çox çalışır.
Məsdər digər sözləri tabe edərək məsdər tərkibi əmələ gətirir və məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur. Məsələn: Yaxşılıq etmək insanın xislətində olmalıdır.
Feili sifətlər
Həm feilin, həm də sifətin əlamətlərini daşıyan sözlərə feili sifət deyilir. Məsələn: deyilmiş söz, oxuyan uşaq və s.
Feili sifətin feilə məxsus cəhətləri aşağıdakılardır:
Zaman mənası bildirir. Məsələn: yazılmış məktub (keçmiş zaman), yazılacaq məktub (gələcək zaman), yazılan məktub (indiki zaman) və s.
Təsirli və ya təsirsiz olur. Məsələn: yazan uşaq (təsirli), gülən uşaq (təsirsiz)
Növ bildirir. Məsələn: çalınan zəng (məchul növ), savaşan qoşunlar (qarşılıq növ) və s.
Təsdiq və ya inkar olur. Məsələn: yazılmış məktub (təsdiq), yazılmamış məktub (inkar).
Ətrafına sözlər toplaya bilir. Məsələn: İşinə vicdanla yanaşan mühəndis.
Feili sifətin sifətə məxsus cəhətləri aşağıdakılardır:
Əlamət bildirir
Necə? nə cür? hansı? suallarına cavab verir
Aid olduğu ismin əvvəlində gəlir
cümlədə təyin vəzifəsində işlənir
Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur.
Feili sifət düzəldən şəkilçilər. Aşağıdakılar feili sifət düzəldən şəkilçilərdir.
1. –mış4. Məsələn: yazıl-mış məktub, quru-muş ağac (mış4 şəkilçisi keçmiş zaman mənalı feili sifət əmələ gətirir).
2. –dıq4. Bu şəkilçi mənsubiyyət şəkilçisi ilə işlənir və keçmiş zaman mənalı feili sifət əmələ gətirir. Məsələn: yaz-dığ-ım məktub, gör-dü-yüm iş, oxu-duğ-u mahnı.
3. –an2. Bu şəkilçi vasitəsilə indiki zaman mənalı feili sifətlər əmələ gəlir. Məsələn: qaç-an at, oxu-yan bülbül və s.
4. –acaq2, -ası2, -malı2. Bu şəkilçilərlə gələcək zaman mə-na-lı feili sifətlər yaranır. Məsələn: deyil-əsi söz, gəl-əcək qonaq, yeyil-mə-li meyvə.
Qeyd.
5. a) Feildən düzələn sifətlər ancaq sifətin (gül-əyən uşaq, az-ğın düşmən, qorx-unc hadisə və s.), feili sifətlər isə həm sifətin, həm də feilin əlamətlərini daşıyır (deyil-əcək söz, gül-ən adam, yeyil-məli çörək və s.)
6. c) –mış2, -acaq2 şəkilçisi qəbul etmiş sözlər şəxs şəkilçisi qəbul etdikdə feil (yaz-mış-am, yaz-acaq-san və s.), qəbul edə bilmədikdə feili sifət olur (yazıl-mış məktub, yazıl-acaq məktub və s.)
7. Feili sifət onunla əlaqəyə girən sözlə birlikdə feili sifət tərkibi əmələ gətirir. Bu cür birləşmələr feili birləşmələr adlanır və cümlənin mürəkkəb üzvü olur. Məsələn: Gündəlik dərsləri oxu-yan-lar imtahanda çətinlik çəkməzlər.
8. Sifət və saylar kimi, bəzən feili sifətlər də isimləşə, substantivləşə bilir və bu zaman feili sifətlər sifətin suallarına deyil, ismin suallarına cavab verir. Ən çox –acaq2, -mış2, -an2, -malı2 şəkilçisi ilə düzələn feili sifətlər isimləşir.
Feili bağlamalar
Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feili bağlama deyilir.
Feili bağlamanın feilə aid xüsusiyyətləri aşağıdakılardır:
Feillə eyni leksik məna daşıyır, leksik məna dəyişmir.
Təsirli və təsirsiz olur: al-ıb (təsirli), otur-anda (təsirsiz)
Təsdiq və ya inkar olur: al-dıqda, al-ma-dıqda
Məna növlərində (məlum, məchul, qayıdış və s.) olur
Ətrafına söz toplaya bilir (səni görəndə, məktubu alanda)
Zərfə aid olan xüsusiyyətləri aşağıdakılardır:
1. Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
2. Zərfin suallarına (necə? nə zaman? nəyə görə? və s.) cavab olur.
3. Əlaqəyə girdiyi sözlə birlikdə cümlənin zərfliyi olur.
Feili bağlama şəkilçiləri:
–ıb2. Bu şəkilçi ilə düzələn feili bağlamalar işin əsas feildəki işdən əvvəl icra olunduğunu, eyni zamanda hərəkətin tərzini və səbəbini bildirir. Məsələn: Süleyman ali məktəbi bitirib, Zəngilan və Cəbrayıl rayonlarında bir neçə il işləmişdi. O, bardaş qurub taxtda oturdu və s.
–araq2. Bu şəkilçi ilə düzələn feili bağlamalar mənasına görə –ıb4 şəkilçisi ilə düzələn feili bağlamalara oxşardır. Hirslən-ərək, gül-ərək, yan-araq və s.
–a2, -a2. Eyni formanın təkrarı ilə düzələn belə feili bağlamalar daha çox tərz mənası bildirir. Məsələn: danış-a – danış-a, gör-ə – gör-ə və s.
–madan2. Bu şəkilçi ilə düzələn feili bağlamalar hərəkətin tərzini bildirir. Məsələn: hazırlaş-madan, düşün-mədən və s.
–anda2. al-anda, oxu-yanda
–dıqda2. al-dıqda, gəl-dikdə
–arkən2. al-arkən, gəl-ərkən
–ınca2. al-ınca, gəl-incə
–dıqca2. Al-dıqca, gəl-dikcə
–ar. -maz2. Qoşa işlənən feilin biri –ar2 (təsdiq), digəri –maz2 (inkar) şəkilçisi ilə işlənmiş olur. Məsələn: oxu-yar – oxu-maz, yat-ar – yat-maz və s.
Feili bağlama və onunla əlaqəyə girən söz feili bağlama tərkibi əmələ gətirərək cümlənin mürəkkəb üzvü olur. Məsələn: Məhinbanu dayananda Məmmədrəfi otaqdan çıxmışdı.
Feili bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül qoyulmalıdır. Məsələn: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.
MÖVZU 16.
İDİ, İMİŞ, İSƏ HİSSƏCİKLƏRİ.
İdi, imiş, isə hissəcikləri feillərin və adların üzərinə artırılır.
İdi, imiş, hissəcikləri əmr şəkli və şühudi keçmiş zaman istisna olmaqla, feilin digər şəkillərinə artırıla bilir.
İdi, imiş hissəcikləri sonu samitlə bitən feil şəkillərində həm ayrı, həm də bitişik yazılır: almış idi – almışdı, gələcək imiş – gələcəkmiş və s.
İdi,imiş hissəcikləri sonu saitlə bitən feil şəkillərində isə, əsasən, ayrı yazılır: kaş ala idi, alamalı imiş, alası idi, alsa imiş və s.
Şəxs şəkilçiləri idi hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-dı4) sonra (alası idik; gələcəkdiniz), imiş hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-mış4) isə həm sonra, həm də əvvəl (gedəsi imişsən; gələcəksinizmiş) artırılır.
İsə hissəciyi idi və imiş hissəciklərindən bir neçə
xüsusiyyətinə görə fərqlənir:
1. İdi və imiş hissəcikləri şühudi keçmiş zamanda olan feillərə qoşulmadığı halda, isə hissəciyi həmin zamana artırıla bilir.
Məsələn: yazdısa, gəldisə, oxudusa, gördünsa və s.
2. İdi və imiş hissəcikləri feilin arzu və şərt şəkillərinə qoşulur, isə hissəciyi isə feilin əmr şəklindən başqa, arzu və şərt şəkillərinə də artırıla bilmir.
3. İsə hissəciyi həmişə şəxs şəkilşilərindən sonra artırılır.
Məsələn: almışamsa, alasısansa, almalıdırsa və s.
İsə hissəciyi də İdi və imiş hissəcikləri kimi iki cür yazılır: ayrı və bitişik (qısa formada -sa2 şəklində):
Məsələn: almış isə – almışsa, gələcək isə – gələcəksə və s.
İdi ,imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4, və -sa2 zahirən şühudi və nəqli keçmiş zamanların -dı4, -mış4 şəkilçilərinə, eləcə də, feilin şərt şəklinin -sa2 şəkilçisinə oxşayır. Bunları qarışdırmamaq üçün nəzərə almaq lazımdır ki, idi, imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4 və -sa2 feil şəkilçilərinin əlamətlərindən sonra artırılır.
Məsələn: al-ır-dı, gəl-miş-di, al-ır-mış, gəl-ib-miş, oxu-yar-mış və s.
Feilin zaman şəkilçiləri olan -dı4, -mış4 və şərt şəklinin morfologi əlaməti olan -sa2 isə birbaşa feilə bağlanır.
Qeyd: isə (-sa2) hissəciyi idi (-di4), imiş (-miş4) hissəciklərinin üzərinə də artırıla bilir. Məsələn: gələcəkdisə, bilirmişsənsə vəs .
İdiç imiş və isə hissəciklərin adlarla işlədilməs
İdi, imiş və isə hissəcikləri adlarla da (isim, sifət, say və s.) artırıla bilər. Bu halda həmin hissəciklərlə bağlı bu xüsusiyyətlər yaranır:
1. İdi və imiş hissəcikləri isim, sifət, say, əvəzlik və zərflərlə birlikdə cümlənin ismi xəbəri olur. Məsələn: şagird imiş, çalışqan idi, beşinci idi, o idi, gecə imiş və s.
2. İsə hissəciyi müstəqil (baş) cümlədə xəbər əmələ gətirə bilmir. Buna görə də o, şəxs şəkilçilərindən sonra işlənir: həkiməmsə, yaxşısansa, gecdirsə, irəlidədirsə və s.
İdi və imiş hissəcikləri istərsə feillərlə, istərsə də, başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilən məlumatı bildirir. Məsələn: gəlirdi, gəlmişdi, gəlirmiş, gəlibmiş, usta idi, pis imiş, sonuncu idi, birinci imiş, irəlidə idi, geridə imiş və s.
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt məzmununu bildirir. Məsələn: gəlirsə, gəlmişsə, gələrsə, müəllim isə, yaxşı isə, birincidirsə, irəlidəyəmsə və s.
Bundan başqa, idi, imiş, isə hissəcikləri məsdər və bəzi feili sifətlərə də artırıla bilir. Məsələn: oxumaqdırsa, gələn idi, yaşamaq imiş və s.
MÖVZU 17.
ZƏRF HAQQINDA ÜMUMİ MƏLUMAT.
iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas dir. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar.
Zərf sintaktik baxımdan müstəqil və pronominal olurlar. İşlənməsi baxımdan zərflər adverbial və predikativ olurlar . Bəzən də təyin kimi çıxış edirlər.
Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur. Məsələn:
Maşın sürətlə gedir.
Biz sabah kəndə getməliyik.
Təyyarə yuxarı qalxdı.
Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:
Mən sakit danışmağı xoşlayıram.
Kişi təəccüblə mənə baxaraq dedi.
Ucadan danışan oğlan Turaldır.
Bu cümlələrdəki, sakit, təəccüblə və ucadan zərfləri felin təsriflənməyən formalarına – məsdər, feli bağlama və feli sifətə aiddir.
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s.
Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:
• ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s.
• casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s.
• yana², -anə: dostyana, dahiyanə, şairanə və s.
• dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
• la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
• akı²: yanakı, çəpəki və s.
• ən: daxilən, qəsdən, ruhən, qəlbən və s.
• da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s.
Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən vurğu qəbul etmir (vurğu altına düşmür). Məsələn: dostcasına, vüqarla, qəlbən və s.
-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – [ehtiyatnan], təəccüblə – [tə:ccübnən] və s.
Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:
1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. (Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir).
6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.
7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.
Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.
Zərfin mənaca dörd növü vardır:
1. Tərzi-hərəkət zərfi
2. Zaman zərfi
3. Yer zərfi
4. Kəmiyyət zərfi
Tərzi-hərəkət zərfi
Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.
Yer zərfi
Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.
Yer zərflərinin çoxu quruluşca sadədir.
Miqdar zərfi İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir, tamamilə, dəfələrlə və s.
Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur.
Zaman zərfi Zaman zərfi hərəkətin baş verdiyi zamanı bildirir.
MÖVZU 18.
KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ.
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır:
1. Əsas nitq hissələri həm qrammatik, həm də leksik mənası var. Lakin köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var.
2. Əsas nitq hissələri suala cavab verir, köməkçi nitq hissələrinin isə heç bir sualı yoxdur.
3. Əsas nitq hissələrinin sintaktik vəzifəsi var və cümlə üzvü ola bilir. Köməkçi nitq hissələrinin isə sintaktik vəzifəsi yoxdur və heç bir cümlə üzvü olmur.
4. Əsas nitq hissələri həm leksik, həm də qrammatik şəkilçi qəbul edir. Köməkçi nitq hissələri isə heç bir şəkilçi qəbul etmir.
Köməkçi nitq hissələri bunlardır: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.
MÖVZU 19.
BAĞLAYICI.
Bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Sintaktik funksiyasına görə (cümlədəki vəzifəsinə görə) bağlayıcılar iki yerə bölünür:
1. Tabesizlik bağlayıcıları
2. Tabelilik bağlayıcıları
Tabesizlik bağlayıcılar
Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri — cümlənin həmcins üzvlərini, eləcə də tabesiz cümlənin tərəflərini birləşdirir. Tabesizlik bağlayıcılarının 6 qrammatik məna növü var:
1. Birləşdirmə
2. Qarşılaşdırma
3. Bölüşdürmə
4. İştirak
5. İnkar
6. Aydınlaşdırma
Tabelilik bağlayıcıları
Tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir. Tabelilik bağlayıcılarının 4 qrammatik məna növü var:
1. Aydınlaşdırma
2. Səbəb
3. Güzəşt
4. Şərt
MÖVZU 20.
ƏDAT.
Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi ədat adlanır.
Ədatlar söz və ya cümlələri qüvvətləndirməyə xidmət etdiyi üçün onları işləndiyi cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna müəyyən qədər zəifləyə bilər.
Ədatların aşağıdakı məna növləri vardır.
1. Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, nə, belə, artıq, da, də, necə, hətta, ha, ki, –ca2 və s. Məsələn, Axı mənim günahım yoxdur. Siz lap həddinizi aşdınız. Mən daha qayıtmayacağam. Hətta sənin də olanlardan xəbərin yoxdur. Sən gələndə artıq gec idi. Yaxşı da, daha məni öldürməyəcəksən ki.
2. –ca2 ədatı sözlərə bitişik yazılır. Dəqiqləşdirici ədatlar: əsl, elə, belə, məhz. Məsələn, Bu əsl biz deyəndir. Elə mən də bunu bilmək istəyirəm. Bu işi məhz sən bacara bilərsən.
1. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, tək, təkcə, bir, bircə və s. Məsələn, Mən tək səni nəzərdə tutmuram. O ancaq bunu bacarır. Bircə Aysel vaxtında gəlib çıxdı. Bu işi yalnız sənə etibar edə bilrəm. Bəs, məgər ədatları bir-birinin sinonimidir. Sual ədatları: bəs, məgər, yəni, mı4 və s. Məsələn, Bəs ona niyə deməmisən? Məgər sənə bu işi tapşırmışdıq? Bunu sən edə bilərdinmi? Yəni doğurdan, bu işi bacarmırsan? Sual ədatı işlənən cümlənin sonunda sual işarəsi qoyulur. -mı4
2. Əmr ədatları: qoy, qoyun, qoysana, gəl, gəlin, gəlsənə, gör, görün, di, ha, -sana2 , bax və s. Məsələn, Qoy bir az dincəlim. Görün bu nə işlə məşğuldur.
3. -sana2 ədatı sözlərə bitişik yazılır. Arzu ədatları: kaş, kaş, ki, barı, təki, gərək və s. Məsələn, Kaş sənin kimi cavan olaydım. Barı sən belə demə. Gərək sən onu seçməyəydin. Kaş ki onu görəydim. Təki sən gələsən.
4. Təsdiq və inkar ədatları: bəli, xeyr, hə, yox, heç, heç də və s. Məsələn, Bəli, mən istədiyimə nail oldum. Xeyr, mən bunu bacarmayacam. Hə, Sən bu gün çox işləmisən. Yox, söylədiklərinin heç biri doğru deyil.
Ədatlardan sonra prinsipə görə vergül qoylmur. Lakin təsdiq və inkar ədatlarından sonra intonasiyanın tələbinə görə vergül qoyulur.
MÖVZU 21.
MODAL SÖZLƏR.
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi modal sözlər adlanır. Modal sözlər aşağıdakı mənaları ifadə edir:
1. Təsdiq bildirənlər: əlbəttə, əlbəttə ki, düzü, düzdür, doğrusu, doğrudan, doğrudan da, doğrudur, şəksiz, şübhəsiz, şübhəsiz ki, həqiqətən, sözsüs, təbil, təbil ki, yaxşı ki və s.Məsələn, Doğrudan da, bu gün əziz gündür. Düzü, səndən belə şey gözləmirdim. Təbil ki, Aytən doğru sözləyir. Bu xəbər məni, əlbəttə, sevindirdi. Yaxşı ki, tez gəlib çıxdınız.
2. Ehtimal və şübhə bildirənlər: gərək, gərək ki, yəqin, yəqin ki, görünür, görünür ki, ola bilsin ki, görən, görəsən, güman ki, ehtimal ki, bəlkə, bəlkədə, deyəsən, olmaya,olsun ki, demə. Məsələn, Görünür, bu qalmaqal hələ davam edəcək. Mən, ola bilsin ki, gəlməyəcəm. Yəqin ki, mən sabah gələ bilməyəcəm. Bəlkə də, sən onu tanıyısan. Deyəsən, bu gün yağış yağacaq.
3. Nəticə, ümumiləşdimə bildirənlər: demək, demək ki, ümumiyyətlə, deməli, xülasə, bir sözlə, nəhayət, qısa desək, beləliklə, axır ki, əvvəla, ümumən, qısası, müxtəsər, qərəz, əlqərəz və s. Məsəslən, Bir sözlə, nəticələr ürəkaçan deyil. Xülasə, hər, şey özümüzdən asılıdır. Sənin bu işdən, ümumiyyətlə, xəbərin yoxdur. Beləliklə, biz ora gedəsi olmadıq. Demək, dediklərim boşuna imiş. Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib, şəhadətnaməni aldım.
4. Bənzətmə və müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki, guya, guya ki və s. Məsələn, O, elə bil ki, yuxuya getmişdi. Sanki səni ilk dəfə idi ki, görürdüm. Guya sənin olanlardan xəbərin yoxdur.
5. Mənbə və isnad bildirənlər: məncə, səncə, fikrimizcə, bizcə, zənnimizcə, deyilənə görə, mənə görə və s. Məsələn, Fikrimizcə, hadisə tamam başqa cür olub. Deyilənə görə, Bakidan gələn olacaq. Qiyməyli əsərlərin itkin düməsi, məncə, sizin kimi böyük rəssamı daha çox maraqlandırmalıdır. Bizcə, bu məsələnin həlli çox da çətin deyil.
6. Təəssüf, kədər bildirənlər: təəssüf ki, heyif, heyif ki, əfsus, əfsus ki və s. Məsələn, Heyif ki, onu görə bilmədim. Təəssüf, sənin vəziyyətin acınacaqlı olacaq. Əfsus kimən məclisə gecikmişdim. Onların hara getdiklərini, heyif ki, görə bilmədim. Modal sözlər quruluşuna görə iki cür olur: sadə modal sözlər: beləliklə, xülasə, dogrusu, qısası, əlbəttə, əsasən və s.; mürəkkəb (tərkibi) modal sözlər. Mürəkkəb modal sözlər əsas nitq hissələri ilə ədatların, bəzən də qoşmaların birləşməsi yolu ilə yaranır: görünür ki, bir sözlə, söz yox, beləliklə də və s.
7. Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir və cümlə üzvlərindən vergüllə ayrılır. Sanki, elə bil modal sözlərində vergül qoyulmur. Bu iki modal söz bir-biri ilə qrammatik sinonimdir.
8. Modal sözlər cümlədə heç bir vəzifə daşımır. Modal sözlər cümlədə ara söz kimi işlənir. Məsələn, Onun belə danışması, doğrusu, mənim xoşuma gəlmədi. Bu cümlədə doğrusu modal sözdür, sintaktik baxımdan ara sözdür.
MÖVZU 22.
NİDA.
Nida danışanın hiss və həyəcanını, qorxu, təəccüb və kədərini ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hisslərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların leksik və qrammatik mənaları yoxdur. Ancaq onların konkret mənası cümlədə müəyyənləşir və intonasiya ilə fərqlənir. Ona görə də nidanın hansı hadisə ilə əlaqədar olması mətndən, deyiliş intonasiyasından bilinir.Nidaları mənaca, şərti olaraq, aşağıdakı qruplara bölmək olar:
1. Qorxu, narahatlıq bildirənlər: vay, oy, ox, ah, oh, uy, ax, of və s.
Məsələn: 1.Vay, yandım! 2. Oy! Bu nədir belə? 3. Ah! Mən hardan biləydim? 4. Uy başım! 5. Of! Məndən nə istiyorsun? (H. Cavid- “İblis”)
2. Şadlıq, sevinc, tərif bilirənlər: bəh – bəh, oxqay, mərhaba, ay can, afərin, ura, oho, paho və s.
Məsələn: 1. Bəh-bəh! Nə yaraşıqlı oğlan olub bu?! 2. Oxqay! Əllərinə qurban olum! 3. Mərhaba ey şanlı Vətən! 4. Ay can! 5. Afərin sənə! 6. Ura! Biz qalib gəldik! 7. Oho! Sən də gəldinsə iş tamamdır!
3. Qəm, kədər bildirənlər: of, ah, eh, ox, uf, oy, vay və s.
Məsələn: 1. Of! Dözmürəm bu dərdə! 2. Ah, Elçin ah! 3. Eh! Səndən dost çıxmaz! 4. Vay! Başımıza daş düşdü, evimiz yıxıldı!
4. Çağırış, yalvarış bildirənlər: ey, hey, ay haray, ay aman, a, huyy, ehey, ədə, dədə, ay qız, ay oğlan, ya və s. Məsələn: 1. Ay aman, kömək edin! 2. Ay qız, sən nə danışdığını bilirsən!?
MÖVZU 23.
SİNTAKSİS. SÖZ BİRLƏŞMƏLƏRİ. İSMİ BİRLƏŞMƏ.
Sintaksis dilin qrammatik quruluşu haqqında elm olub sintaktik vahidlər sistemini (söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik bütövlər) sintaktik vahidlərin qurulması və bağlanma vasitələrini öyrənir.
Sintaksis sözünün dilin sintaktik quruluşu mənası dedikdə söz birləşmələrinin və cümlələrin quruluşu başa düşülür. Son dövrlərdə mətn dilçiliyinin yaranması ilə bağlı olaraq mətn də sintaksisdə öyrənilir. Dilin sintaktik quruluşu dedikdə söz birləşməsi, cümlə ilə yanaşı, mətnin quruluşu da bura daxildir. Mətn cümlələrin bir-biri ilə əlaqələnməsi ilə yaranır. Sintaksis sözünün dilin sintaktik quruluşundan bəhs edən elm mənası dedikdə isə dilin sintaktik quruluşunu öyrənən dilçilik şöbəsi nəzərdə tutulur. Qrammatikanın bir şöbəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarından bəhs edən elmdir.
Qeyd: Mətn sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyidir. Mətnlər makro və mikro olmaqla iki yerə ayrılır. Mikromətnlərə sintaktik bütövlər də deyilir. Ümumiyyətlə, cümlələr sintaktik-semantik cəhətdən birləşərək mikromətnləri, yəni sintaktik bütövləri əmələ gətirir.
Söz birləşmələri- iki və daha atıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Köməkçi nitq hissələri də söz birləşməsində iştirak edə bilər, lakin söz birəşməsinin tərəfi ola bilməz. Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Sintaksisi söz birləşmələrinin quruluş modelləri, növləri, qrammatik əlamətləri, mürəkkəb söz və cümlə yaradıcılığında rolu ətraflı nəzərdən keçirilir.
Sintaktik əlaqələr – qrammatik vasitələrin ilkin istifadəsi dövründə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından istifadə olunmuşdur. Daha sonralar əlaqə üsulları təkmilləşmiş və qoşulma, uzlaşma, idarə əlaqələri meydana çıxmışdır. Lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif söz birləşmələri və cümlələr formalaşmışdır. Söz birləşməsi və cümlələr iki cür əlaqə ilə əlaqələnir.
Məna əlaqəsi
Sintaktik əlaqə
Sintaktik əlaqələrin də iki növü var: tabesizlik əlaqəsi və tabelilik əlaqəsi
Cümlə- bitmiş fikir ifadə edən söz və ya söz birləşməsinə deyilir
İntonasiyasına görə cümlənin 4 növü vardır: Nəqli, Sual, Əmr, Nida cümlələri.
Cümləni təşkil edən sözlər müəyyən cümlə üzvü olur. Mübtəda və Xəbər cümlənin baş üzvləri, Təyin, Tamamlıq, Zərflik isə cümlənin ikinci dərəcəli üzvləridir. Mübtəda və Xəbər cümlənin qrqammatik əsasını təşkil edir.
Cümlə quruluşuna görə sadə və mürəkkəb ola bilər. Mürəkkəb cümlələr də tabeli və tabesiz mürəkkəb cümlələrə ayrılır. Sadə cümlənin bir qrammatik əsası olur. Mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası ola bilər.
Söz birləşməsi — iki və daha artıq müstəqil sözün mənaca və qrammatik cəhətdən birləşməsi. Məsələn: ağıllı uşaq, ana laylası, dağ çiçəyinin ətri, Vətəni sevmək, Vətəni qoruyan əsgər, Vətəni qorumaq şərəfi, Vətəni şərəflə qoruyanda və s.
Söz birləşmələrinin quruluşu. Söz birləşmələri quruluşca iki cürdür: sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurd, əlaçı şagird, dəniz havası, yaz ayları, məktəb illəri, məktəbin həyəti, oxumaq həvəsi, kitabı oxumaq və s.
Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: qədim torpağın övladları, doğma yurdun gözəl mənzərələri, Vətənin azadlığı yolunda şəhid olanlar, Füzuli qəzəllərinin yeni şərhi və s.
Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.
Oxşar cəhətlər
1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.
2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
Fərqli cəhətlər
1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.
2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.
3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:
a) Söz birləşmələrinin tərəfləri müstəqil leksik mənasını saxlayır və onlara ayrılıqda sual vermək olur. Məsələn: incə (necə?) sənət (nə?), üç (neçə?) bucaq (nə?) və s. Mürəkkəb sözlərin tərəfləri isə bütövlükdə bir anlayışı bildirir və onlara ayrılıqda sual vermək olmur. Məsələn: incəsənət (nə?), üçbucaq (nə?) və s.
b) Söz birləşmələrində tərəflərin hər birinin öz müstəqil vurğusu olur. Məsələn: qara göz, uzun saç və s. Mürəkkəb sözlər isə bir vurğu ilə deyilir. Məsələn: qaragöz (inək), uzunsaç (qız) və s.
Söz birləşmələrində əsas və asılı tərəflər
Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.
Söz birləşmələrinin növləri
Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.
İsmi birləşmələri
İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.
Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı və s.
Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi adlarla ifadə olunur. Bu tipli söz birləşməsinin əsas tərəfi adətən adlarla ifadə olunur.Adlara feildən başqa bütün əsas nitq hissələrini aid etmək olar.İkinci tərəfi isə adətən isimlərlə və isimləşmiş digər nitq hissələrilə ifadə olunur. Birinci növ təyini söz birləşməsi adətən ayrı-ayrı təhlil olunur İstisna bu gün yeni il və s Məsələn:
gözəl,qız,ağılllı oğlan və.s-ni aid etmək olar. Lakin Vəlizadə Zahid və s tipli sözlər belə sözlər söz birləşmələri hesab olunmur,çünki bu tipli sözlər mürəkkəb adlardır .
İkinci növ təyini söz birləşməsinin asılı yəni birinci tərəfi qeyri müəyyən yiyəlik hallı isimlə ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur.
Bu sözlər cümlədə birgə təhlil olunur. Bir tərəf cəmlənəndə adətən digər tərəf təkdə qalır istisna elmlər namizədləri qocalar evləri və ilaxır .
Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi müəyyən yiyəlik halla ifadə olunur ikinci tərəfi isə mənsubiyyət şəkilçili söz ilə ifadə olunur.Hər iki tərəf eyi zamanda cəmlənə bilir.Məsələn:şagirdlərin kitabları, ölənlərin nalələri.
MÖVZU 24.
FEİLİ BİRLƏŞMƏ.
Əsas (ikinci) tərəfi felin təsriflənməyən formaları (məsdər, feli sifət və feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə feli birləşmələr deyilir. Məsələn:
məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir);
məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir);
məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feli bağlamadır).
Feli birləşmələrin əsas (ikinci) tərəfləri fellə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:
1.Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
2.Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
3.Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
4.Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
5.Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
MÖVZU 25.
SİNTAKTİK ƏLAQƏLƏR.
Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:
1. Məna əlaqəsi
2. Sintaktik əlaqə
Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:
Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:
1. Tabesizlik
2. Tabelilik
Tabesizlik əlaqələri
Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.
Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.
Birinci cümlədəki və bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.
Tabelilik əlaqələri
Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.
Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Məsələn: Dəmir peç otağı bəkr qızdırırdı – cümləsini belə göstərmək olar:
Tabelilik əlaqəsinin üç növü var:
1. Yanaşma əlaqəsi
2. Uzlaşma əlaqəsi
3. İdarə əlaqəsi
Yanaşma əlaqəsi
Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.
Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşə, sıx sözü duman sözünə yanaşır
Uzlaşma əlaqəsi
Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:
Mən böyüyürəm
Biz boy atırıq
Siz gəncləşirsiniz
Onlar işləyirlər
I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.
İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:
Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:
İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binası, sənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.
İdarə əlaqəsi
Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.
İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:
Evin qapısı – təsirlik
Evi təmizləyən – çıxışlıq
Evə gələndə – yerlik – birləşmələrində evin, evi, evə sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.
İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.
MÖVZU 26.
CÜMLƏ HAQQINDA ÜMUMİ MƏLUMAT.
Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.
Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Məsələn: Nəsrin kolu qızılgül koluna oxşayır. Mən dram əsərlər oxumağı sevirəm. Hər şeyin öz vaxtı var.
Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilən Gecdir, Yoruldum, Səhərdir sözləri bimiş fikir ifadə edərək cümlə kimi formalaşmşdır.
Cümlələr quruluşca sadə və mürəkkəb olur.
Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Məsələn: Uşaqlar oturdular. Müəllim ayaq üstə durub sinfə göz gəzdirdi.
Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur. Məsələn: Fırtına getdikcə şiddətlənir, gəmi ağır-ağır yırğalanırdı. Zəng təzəcə vurulmuş, müəllim sinfə daxil olmuş, dərs başlandı.
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.
Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cüçlələr üç qrupa ayrılır
Nəqli cümlələr
Sual cümlələr
Əmr cümlələr
1. Nəqli cümlə
Nəqli cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir. Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir qədər yüksəlir, sonra tədricən alçalaraq kəsilir. Məsələn: Dünyada əlli milyona qədər azərbaycanlı var. Onlardan doqquz milyonu Azərbaycan respublikasında yaşayır.
Nəqli cümlə başqa başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən nəqli cümlələr vasitəsilə ifadə edirlər.
Yazıda nəqli cümlələrin sonunda nəktə qoyulur. Hiss-həyəsac tələffüz edildikdə nida işarəsindən ( ! ) istifadə edilir.
2. Sual cümlələr
Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn: Ölkəmizin bayrağı neçə rəngdədir? Himnimizi kim yazıb?
Sual cümlələrin üç növü var:
1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məsələn: Qız qalası neçənci əsrdə tikilib? Ölkəmizin ilk paytaxtı hansı şəhər idi? Qarabağa hücum edən kim idi? Ata Türk haqqında nə bilirsiniz?
2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məsələn: Siz günəşin çıxmasını seyr etmisinizmi? Bəs batmasını? Getmək istəmirsən ki?
3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Məsələn: Sən şeri sevirsən? Himnimizi bilirsən? Qiymət almısan?
Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında ya həmin cümlələrin özləri (məsələn: Bu köhnə kitabdır? – sualına Bu köhnə kitabdır cavabını vermək olar) ya da onların bir hissəsini təkrar etmək (köhnə kitabdır deyə), yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən sözlərlə cavab vermək olar.
3. Əmr cümləsi
Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur.
Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöktə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. Məsələn adi tonla: bəri bax. Ynımda qal. Yüksək tonla: Düzünü de! Cavab ver! Dayan!
4. Nida cümləsi
Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Məsələn: Azərbayca, Azərbaycan!
Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:
1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər; Məsələn: böyüklərin sözünü kəsmək olmaz! Qoy bunu hamı bilsin!
2. Nidaların köməyilə əmələ gələnlər; Məsələn: Bəh-bəh necə ətirlidir! Oy, nə gözəl çiçəklənir, Çingiz!
MÖVZU 27.
CÜMLƏ ÜZVLƏRİ. BAŞ ÜZVLƏR.
Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.
Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.
Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır.
1. Baş üzvlər: mübtəda, xəbər.
2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.
1. Mübtəda
Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.
2. Xəbər
Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır
Feil və ismi xəbər
Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması
Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən oxuyuram, Biz oxuyuruq.
Sən oxuyursan, Siz oxuyursunuz.
O oxuyur, Onlar oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.
MÖVZU 28.
İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏRİ.
Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.
1. Tamamlıq
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.
Vasitəsiz və vasitəli tamamlıqlar
Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir. Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:
1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir.Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm. Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.
2. Təyin
Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.
3. Zərflik
Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.
Zərfliyin məna növləri
Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir.Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır.
1. Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.
Cümlə üzvlərinin əlavəsi
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur
MÖVZU 29.
QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ BAĞLI OLMAYAN SÖZLƏR.
Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, cümlənin heç bir üzvü ilə qrammatik əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü olmur. Xitab və ara sözlər bu cür söz qruplarına aiddir.
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir.
Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Insan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi — dövrani-kəcrəftarə bax və s.
Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifıni çox eşitmişam və s.
Xitab ismin adlıq halında olur və bu baxundan mübtədaya oxşayır. Lakin, o xüusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S. Vurğun məşhur «Ceyran» qoşmasında «ceyran» sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:
Əyilib su içir bir ana ceyran .
Şöhrətin yayılıb hər yana, ceyran…
Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.
Xitablar, müxtəsər və geniş olur. Bir sözdən ibarət olan xitablar müxtəsər, söz birləşmələrindən (I növ təyini söz birləşmələrindən) ibarət olan xitablar isə geniş olur. Məsələn: Dost, nə edirsən? (müxtəsər). Gənc dost, vətəni göz bəbəyi kimi qoru (genis).
Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergüL sonra isə nöqtə, nida işarasi və ya sual işarəsi qoyulur. Məsələn: Heydərbaba, dağlar yaman dumandı. Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbrizl və s.
Xitablardan əvvəl ay, ey, a nidaları işlənir. Məsələn: Siz necə gözəlsiz, yollar, a yollar. Ey vətən, torpağın əzizdir mənə və s.
Ara sözlər
Danışanın ifadə etdiyi fikrə münasibərini bildirən sözlərə və ya söz birləşmələrinə ara sözlər deyilir.
Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz və söz birləşmələri, bəzən də cümlə şəklində olur. Məsələn: Deyəsən, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. Mən, sözün doğrusu, sizi tanımadım.İndi, necə dəyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki deyəsən və sözsüz ki söz şəklində, sözün doğrusu söz birləşməsi şəklində, necə deyərlər isə cümlə şəklində olan ara sözlərdir.
Ara sözlər daha çox cümlənin əvvəlində və ortasında işlənir. bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir. Məsələn; Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. O xəstələnmişdir, məncə və s. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.
Ara sözlərin mənaca aşağıdakı növləri var:
• Yəqinlik bildirənlər: əlbəttə(ki,), şübhəsiz (ki), sözsüz (ki), düzü, dogrudan da, həqiqətən də. Məsələn: Əlbəttə, gündəlik dərslərini yaxsı oxuyan üçün imtahan asan olar. Doğrudan da, yasamaq gözəldir. Həqiqətən də, bu yerlər çox mənzərəlidir və s.
• Güman, şübhə bildirənlər: bəlkə (də), dəyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki. Məsələn: Bəlkə, onun bu işlərdən xəbəri yoxdur. Dostumuz, dəyəsən, buraları tanımır. Görünür, sən yorulmusan və s.
• Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf, təəssüf ki Məsələn: Əfsus ki, o bizi gec başa düşdü. Taəssüf ki, biz getməliyik və s.
• Fikrin mənbəyini, kimə aid olduğıınu bildirənlər: məncə, sənca, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə. Məsələn: Məncə, biz bir daha görüşəcəyik. Sənca, dostumuz niyə iclasda yoxdur. Fikrimizca, bu məsələni sülh yolu ilə həll etmək olar və s.
• Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhəyət,beləliklə, ümumiyyətlə, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə. Məsələn: Deməli, sabah yola düşürük. Nəhayət, gözlədiyimiz günləri gördük. Birincisi, biz bura başqa məsələ üçün yığışmısıq. Əksinə, Əli hamıdan ağıllıdır və s.
Əlavə (ara) cümlələr
Nitqdə fikri dəqiqləşdirmək və ya əlavə məlumat vermək məqsədi ilə işlədilən cümlələrə əlavə (ara) cümlələr deyilir.
Əlavə cümlələr də ara sözlər kimi, söylənilən fikrə münasibət bildirir və ya əsas fikri dəqiqləşdirir, izahedici xüsusiyyət daşıyır. Məsələn: Qardaşım deyir ki, Alikin (əsl adı Əlidir) atası yaxşı ədəbiyyatçıdır. Sol gözünə uşaqlıqdan ağ gəldiyinə görə — deyəsən, qızılca çıxardanda olmuşdu — onu əsgərliyə aparmadılar. Bir gün-həmin gün ədəbiyyat dərsi idi — sinifimizə televiziya işçiləri gəldilər və s.
Əlavə cümlələr aid olduqları sözlərdən sonra ayrıca bir söz qrupu kimi əlavə edilir və xüsusi intonasiya ilə onlardan fərqləndirilir. Əlavə cümlələr ya mötərizədə verilir, ya da hər iki tərəfdən tire ilə ayrılır.
Söz — cümlələr
Söz — cümlələr bir sözdən ibarət olub, üzvlənməyən cümlələrə deyilir.
Cümlə şəklində olan belə sözlər üzvlənmir, yeni cümlə üzvlərinə ayrıla bilmir. Bəli, hə, yox, xeyr, əsla ədatları; əlbəttlə bəlkə də, şübhəsiz, sözsüz modal sözləri, əsasən, dialoqda ayrılıqda işləndikdə söz — cümlə kimi formalaşır. Məsələn: Uşağı gördün? — Bəli. Məktəbə gedir? — Yox. Yaşı çatan kimi məktəbə qoy. — Sözsüz.
Bəzi nidalar da təklikdə söz — cümlə kimi işlənir. Məsələn: Uşaq əlifbanı bilir. — Əhsən,Anar bu il əlaçı oldu. — Afərin və s.
Söz — cümlələrdən sonra intonasiyadan asılı olaraq, müxtəlif durğu işarələri (nöqtə, üç nöqtə, nida və sual işarəsi) qoyulur.
Xüsusiləşmiş üzvlər
Xüsusiləşmiş üzvlər cümlədə məna və intooasiya cəhətdən fərqləndirilən üzvlərə deyilir. Cümlə üzvlərindən tamamlıq və zərflik daha çox xüsusiləşir.
Tamamlıqlar başqa, savayı, özgə, əvəzinə, əlavə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məsələn: Günaydan başqa, hamı əlavə məşğələyə gəlmişdi. Uşaq ev tapşırığım qələm əvəzinə, karandaşla yazır. Səndən savayı, kimə üz tuta bilərəm və s.
Zərfliklər baxmayaraq, halda, kimi, fərqli olaraq, asılı olaraq sözlərinin köməyi ilə xüsusiləşir. Məsələn: Müəllim yorğun olmasına baxmayaraq, dərsi maraqla danışırdı. Dünənkindən fərqli olaraq, bu gün yenə hava istiləşibdir. Ana həmişəki kimi, yenə də körpəsini layla ilə yatırdı və s.
Xüsusiləşmiş üzvlər xüsusi intonasiya ilə deyilir və onlardan sonra vergül qoyulur.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər
Bu və ya başqa üzyə aid olub, onun mənasını dəqiqləşdirən sözlərə dəqiqləşdirici xüsusiləşmiş üzvlər deyilir.
Dəqiqləşdirci xüsusiləşmiş üzvlər olan cümlələrdə əvvəl gələn üzv məzmunca çoxluğu bildirir, sonra gələn üzv (dəqiqləşdirici xüsusiləşmiş üzv) isə onun bir hissəsini ayırıb, xüsusi olaraq nəzərə çarpdırır. Dəqiqləşdirci xüsusiləşmiş üzvlər xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşır. Məsələn: Bütün kənd camaatı, xüsusih gənclər düsmənə qarşı igidliklə vuruşdular. Şagirdlərin çoxuna, o cümlədən Turala mükafat verdilər. Hər yer, hətta axar çay belə donmuşdu. Dəqiqləşdirici xüsusiləşmiş üzvlərdən əvvəl vergül qoyulur.
Qeyd: Dəqiqləşdirici xüsusiləşmiş üzvlər əlavələrə oxşayır. Əlavələr də aid oduğu üzvdən sonra gəlir və ondan fasilə ilə ayrılır. Lakin əlavə ilə onun aid olduğu üzv mənaca bərabər olur Məsələn:Anar — onuncu sinif şagirdi yarısın qalibi oldu. Dəqiqləşdirici xüsusiləşmis üzvlər isə ümumilik bildirən üzvün bir hissəsini xüsusi olaraq vurğulayır. Məsələn:Bütün onuncuları, xüsusilə də Anarı yarışda uğur qazandığına görə təriflədilər. Bundan başqa, əlavələrdən əvvəl yəni sözünü işlətmək olur. Dəqiqləşdirici xüsusiləşmis üzvlərdən əvvəl isə yuxarıda qeyd olunan sözlər işlənir.
MÖVZU 30.
SADƏ CÜMLƏNİN NÖVLƏRİ.
Baş üzvlərdən biri əsasında qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir. Təktərkibli cümlələr iki növə ayrılır: 1) Xəbər əsasında formalaşanlar; 2) Mübtəda əsasında formalaşanlar. cüttərkibli cümlələr kimi, təktərkibli cümlələr də müxtəsər və geniş olur.
1) Xəbər əsasında formalaşan təktərkibli cümlələr. Xəbər əsasında, yə’ni mübtədanın iştirakı olmadan formalaşan təktərkibli cümlələr aşağıdakılardır:
a) Şəxssiz cümlə. Qrammatikada şəxs dedikdə mübtəda nəzərdə tutulur. Mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-müm-kün olan təktərkibli cümlələrə şəxssiz deyilir. Şəxssiz cümlələrin xəbəri həmişə III (üçüncü) şəxsin təkində olur. Məs: Səhərdir. (müxtəsər cümlə). Əsmərə Qulunun yazığı gəldi. (geniş cümlə). Məktublara diqqətlə baxıldı. Şəxssiz cümlələrin xəbəri həm nitq hissələri, həm də fe’li fra-zeoloji vahidlərlə ifadə olunur. Məs: Səssizlikdir. Nərimanın həyəcandan rəngi qaçmışdı.
b) Qeyri-müəyyən şəxsli cümlə. Hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən təktərkibli cümlələrə qey-ri-müəyyən şəxsli cümlə deyilir. Məs: Bizi hərbi hissəyə gətirdilər. Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. sözlər işlənir və belə cümlələrdə icraçı qeyri-müəyyən deyil, qeyri-real olur. Məs: Sanki (elə bil, deyəsən və s.), Qəmərin başına bir vedrə qaynar su tökdülər. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III (üçüncü) şəxsin cəmində olur. Xəbərdəki şəxs şəkilçisinə əsasən, qeyri-müəyyən şəxsli cüm-lələrdə mübtəda kimi onlar sözünü artırmaq olar, lakin konkret mə’na ifadə edə bilmədiyindən həmin sözün artırılması düz-gün deyil. Məs: Onu nahaq yerə gözdən salıblar – Onlar onu nahaq yerə gözdən salıblar və s.
c) Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zaman-da hamıya aid olduğunu bildirən təktərkibli cümlələrə ümumi şəx-sli cümlə deyilir. Məs: Palaza bürün, elinən sürün. Əvvəl dü-şün, sonra danış. Bu cümlələrin xəbəri II şəxsin təkində olsa da, iş, hadisə, hökm təkcə II şəxsə deyil, hamıya – hər üç şəxsin təkinə, həm də cəminə aiddir. Ümumi şəxsli cümlələrin xəbəri III şəxsin cəmində olan qeyri-müəyyən şəxsli cümlələrdən fərqli olaraq bu cümlələrdə işin icrası bir və ya bir qrup qeyri-müəyyən şəxsə deyil, hamıya, bütün şəxslərə aid olur. Məs: Onu e’zamiyyətə göndərdilər (qeyri-müəyyən şəxsli cümlə). Pilləkanı pillə-pillə qalxarlar (ümumi şəxsli cümlə) və s. Ümumi şəxsli cümlələr ümumiləşmiş mə’nalar ifadə edir. Ona görə də belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən ibarət olur. Məs: Əvvəl arxı tullan, sonra bərəkalla de. İşləməyənə tənbəl deyərlər və s. Qeyd: Təktərkibli cümlələr də cüttərkibli cümlələr kimi təhlil olunur. Ancaq əvvəlcə onun mübtəda və ya xəbər əsasında əmələ gələn təktərtibli cümlə olduğunu qeyd etmək lazımdır.
2. Mübtəda əsasında formalaşan təktərkibli cümlələr. Adlıq cümlə mübtəda əsasında formalaşan təktərkibli cümlədir. Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən təktərkibli cümlələrə adlıq cümlə deyilir. Məs: Qışın ortaları… Axşam… Yenə həmin yer… və s. Adlıq cümlələr vasitəsilə hər hansı bir hadisənin danışılan vaxtda mövcud olduğu bildirilir, lakin həmin hadisə haqqında əlavə məlumat və ya hökm verilmir. Adlıq cümlələrdə baş üzv (mübtəda) isimlə, ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələr də müxtəsər və ya geniş olur. Məs: cəbhə bo-yu. Çöl. Sükut (müxtəsər). Dağın ətəyində gözəl bir ev. Ön tərəfdə bir hovuz (geniş).
3. Bütöv və yarımçıq cümlələr. Bütöv cümlələrdə fikrin ifadəsi üçün lazım olan bütün üzvlər iştirak edir. Məs: Zavodun direktoru iclasa gecikmişdi. Atlar yəhərlənmişdi. Dilimizdə elə cümlələr də var ki, onların bir və ya bir neçə üzvü buraxılmış olur. Məs: Bişirdiyin nədir? – Düyü. – Nə istəyirsən xala? – Oğlumu və s. Bu tipli cümlələr yarımçıq cümlə adlanır. Bir və ya bir neçə üzvü buraxılan, lakin asanlıqla bərpa edilən cümlələrə yarımçıq cümlələr deyilir.
Yarımçıq cümlələrdə buraxılmış üzvləri (həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər buraxıla bilər) əvvəlki cümlələrin köməyi ilə asanlıqla bərpa etmək olar. Məs: Bu oğlan kimdir? – Mənim dostumdur. Bunu kim deyir? – Mən. Misal göstərilən cümlələri aşağıdakı şəkildə asanlıqla bərpa etmək olar. Bu oğlan mənim dostumdur. Bunu mən deyirəm.
Yarımçıq cümlələrdən daha çox dialoqlarda istifadə olunur.
Qeyd: Yarımçıq cümlələr də bütöv (cüttərkibli və təktərkib-li) cümlələr kimi təhlil edilir. Bütöv cümlələrdən fərqli olaraq, belə cümlənin yarımçıq olduğunu və məhz hansı üzvlərin buraxıldığını göstərmək lazımdır.
MÖVZU 31.
MÜRƏKKƏB CÜMLƏ.
Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.
MÖVZU 32.
TABESİZ MÜRƏKKƏB CÜMLƏ.
Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.
Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri
Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:
1. Zaman əlaqəsi
2. Ardıcıllıq əlaqəsi
3. Səbəb-nəticə əlaqəsi
4. Aydınlaşdırma əlaqəsi
5. Qarşılaşdırma əlaqəsi
6. Bölüşdürmə əlaqəsi
1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.
2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.
3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.
4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.
5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.
6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.
MÖVZU 33.
TABELİ MÜRƏKKƏB CÜMLƏ.
Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
İkinci cümlədə isə budaq cümlə (İşğal olunmus torpaqlarımız azad olmasa) bas cümlənin ümumi məzmunu ilə bağlı olub, ondakı işin şərtini bildirir. Bu cür mürəkkəb cümlələri əvvəlkindən fərqli olaraq, sadələsdirmək olmur.
Tərkibindəki sadə cümlələrdən biri o birinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir.
Budaq cümləni baş cümləyə bağlayan vasitələr
Budaq cümlələr baş cümlələrə, əsasən, aşağıdakı vasitələrlə bağlanır:
1. Tabelilik bağlayıcıları ilə. Budaq cümlələrin bir hissəsi baş cümləyə ki, çünki, ona görə ki, ondan ötrü ki, odur ki, əgər,hərçənd, madam ki, və s. tabelilik bağlayıcılarının köməyi ilə bağlanır. Məsələn: Qərara alındı ki, buraxılış imtahanları test üsulu ilə olsun. Ana bu sözlərə inanmadı. çünki oğlu belə bir işi tuta bilməzdi. Əgər uşaqlar gəlsələr, mənə zəng edin və s.
Son üç bağlayıcı (əgər, hərçənd, madam ki) istisna olmaqla, qalan bağlayıcıların köməyi ilə baş cümləyə bağlanan budaq cümlələr, əsasən, baş cümlələrdən sonra gəlir.
2. Bağlayıcı sözlərlə. Budaq cümlələrin bir hissəsi də baş cümləyə kim, nə, hara, necə, hansı, nə vaxt, haçan, neçə, nə qədər və s. bağlayıcı sözlərlə (sual əvəzlikləri ilə) bağlanır. Bağlayıcı sözlər çox vaxt ki ədatı ilə birgə işlənir. Məsələn: Kim ki əməksevərdir, o, həyatda çox şeyə nail olur. Nə əkərsən, onu da biçərsən. Haraya demişdim, ora da gedib. Nə qədər tapşırmışdınız, bir o qədər kitab alınıb və s.
Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, cümlə üzvü olur. Məsələn: Yuxarıdakı cümlələrdə kim bağlayıcı sözü mübtəda, nə (nəyi) sözü tamamlıq, haraya sözü yer zərfliyi, nə qədər sözü isə kəmiyyət zərfliyidir. Bağlayıcı sözlər əsasında qurulan budaq cümlələr, bir qayda olaraq, baş cümlədən əvvəl gəlir.
Qeyd: Bağlayıcı sözlərlə işlənən ki ədatından sonra vergül qoyulmur.
3. -sa1 şəkilçisi və -mı4 ədatı ilə. Budaq cümlələrin az bir hissəsi də -sa1 şəkilçisi və -ma4 ədatı ilə baş cümləyə baglanır. Məsələn: Uşaqlar gəlsələr, müəllimə xəbər verin. Kəndə çatdınmı, evdəkilər mənə zəng etsinlər və s. Bu yolla qurulan budaq cümlələr də baş cümlələrdən əvvəl gəlir.
4. İntonasiya ilə. Budaq cümlələrin kiçik bir hissəsi də intonasiya ilə baş cümləyə bağlanır. Məsələn: İgid odur, basdığını kəsməsin. Adam var, heç nəyi bəyəndirmək olmur və s. Bu tipli budaq cümlələr isə baş cümlədən sonra gəlir.
Baş və budaq cümlələrdə əvəzliklərin rolu
Tabeli mürəkkəb cümlələrin baş cümlələrində bır sıra hallarda bu, o, buna, bunda, onda, elə, belə və s. işarə əvəzlikləri işlənir. Bu cür sözlər budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oynayır. Belə ki, həmin sözlər baş cümlədə hansı cümlə üzvü olursa, budaq cümlə də onun adı ilə adlanır. Məsələn: Bu da məlumdur ki, azadlıq asanlıqla əldə edilmir. Məruzəçionu da əlavə etdi ki, Qarabağ düyünü bu il açılmalıdır. Məsləhətim budur ki, əlavə ədəbiyyət oxuyasan və s. Birinci cümlədə bu əvəzliyi mübtəda, ikinci cümlədə onu əvəzliyi tamamlıq, üçüncü cümlədəki budur əvəzliyi isə xəbərdir. Deməli, birinci cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bu xüsusiyyətlərinə görə baş cümlədə işlənən belə əvəzliklər əvəzlik-qəlib adlanır.
Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə bir sıra əvəzliklər işlənir. Belə sözlər budaq cümlədəki bağlayıcı sözün qarşılığı kimi işlənir, buna görə də qarşılıq söz adlanır. Məsələn: Kim əlaçıdır, olimpiadada o iştirak edəcək- Kimə demişdiniz, ona da çatdırdım. Harada deyirsiniz, orada oturum və s. Birinci cümlədəki o qarşılıq sözü mübtəda, ürinci cümlədəki ona sözü tamamlıq, üçüncü cümlədəki orada sözü isə yer zərfliyidir. Deməli, birinci mürəkkəb cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə zərflik budaq cümləli mürəkkəb cümlədir.
Budaq cümlələrin növləri
Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə bir-birindən fərqlənir. Budaq cümlələr isə cümlə üzvlərinə uyğun gəlir və aşağıdakı növlərə bölünür:
l. Mübtəda budaq cümləsi
2. Xəbər budaq cümləsi
3. Tamamlıq budaq cümləsi
4. Təyin budaq cümləsi
5. Zərflik budaq cümləsi
Zərfliyin mənaca bir neçə növü olduğu kimi, zərflik budaq cümləsinin də müxtəlif növləri vardır:
1.Tərzi-hərəkət budaq cümləsi
2. Zaman budaq cümləsi
3. Yer budaq cümləsi
4. Kəmiyyət budaq cümləsi
5. Səbəb budaq cümləsi
6. Məqsəd budaq cümləsi
7. Şərt budaq cümləsi
8. Qarşılasdırma budaq cümləsi
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr
Mübtəda budaq cümləsi ya baş cümlənın buraxdmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir.
Mübtəda budaq cümləsi mübtədanın sualına (daha çox nə? sualına, bəzən də kim? sualına) cavab verir, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Ürəyimdən keçir ki, yayda doğma yurdumu görməyə gedim. Kənddə olarkən ona aydın oldu ki, camaatın buradan köçmək fikri yoxdur. Fərmanda o da göstərilirdi ki, elmə qayğı və diqqət artırılacaqdır. Məktubda bu da yazılmışdı ki, tezliklə kənddə ikinci məktəb də açılacaq.
Birinci və ikinci nümunələrdəki baş cümlələrdə mübtəda yoxdur, budaq cümlələr baş cümlələrdən doğan nə? sualına cavab verərək, buraxdmış mübtədanın əvəzində islənmişdir. Üçüncü və dördüncü nümanələrin bas cümləsində o, bu işarə əvəzlikləri (əvəzlik- qəlibləri) mübtəda vəzifəsindədir, ancaq məzmunları aydın deyil. Buna görə də baş cümlədən sonra gələn budaq cümlələr həmin əvəzlikləri izah edir, məzmunlarını aydınlaşdırır. Bu tipli mürəkkəb cümlələri sadələşdirəndə budaq cümlələr tərkib şəklində mübtəda yerində işlənir. Məsələn:
1. Doğma yurdumu görməyə getmək (nə?) irəyimdən keçir.
2. Kənddə olarkən ona camaatin burdan köçmək fikri olmadığı (nə?) aydın oldu.
3. Fərmanda elmə qayğt və diqqət artırılacağı (nə?) göstərilirdi.
4. Məktubda tezlikh kəndda ikinci məktəbin da açılacağı (nə?) yazılmışdı.
Mübtəda budaq cümləsi az-az hallarda baş cümlədən əvvəl də gəlir və ona əsasən, kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn: Kim əməksevərdir, o, həyatda istədiyinə nail olur. Kim ki halal zəhmətlə yaşayır, o, həmişə başıucadır. Mübtəda budaq cümləsi bəzən intonasiya ilə də baş cümləyə bağlana bilir.
Məsələn: İki gündür, bərk istidir. Birinci il idi, baba evdə tək yaşayırdı. Belə cümlələrdə baş cümlədən sonra ki bağlayıcısmı artırmaq mürnkündür: İkd gandür ki, bərk istidir. Birinci il idi ki, baba evdə tək yaşayırdı.
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr
Xəbər budaq cümləsi başcümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edir. Xəbər budaq cümləsı, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır.
Məsələn: İgid odur ki, basdığını kəsməsin. Arzum budur ki, tezliklə torpaqlarımız azad olunsun. Xəbər budaq cümləsi ismi xəbərin suallarına (nədir? necədir? neçədir? və s.) cavab verir. Baş cümlənin xəbəri daha çox odur, budur, elədir, belədir, o idi, bu idi, o oldu, bu oldu və s. sözlərlə ifadə olunur və budaq cümlə onların məzmununu aydınlaşdırır. Məsələn: Vəziyyəi elədir ki, daha geri çəkilmək olmaz. Fikrim belə idi ki, onunla açıq danışım Bir sıra problemlərimizin səbəbi bundadır ki, biz illərlə yalnız özümüzü düşünmüşük.
Xəbər budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn:Kim məsələni birinci həll etdi, bu kitablar onundur. Kim çiçəkləri sevir, bu güldan onundur. Qeyd: Xəbər budaq cümləsinin baş cümlədən əvvəl gələn növü mübtəda budaq cümləsinin oxşar növünə bənzəyir: hər ikisi kim, kim ki bağlayıcı sözlərinin körmyi ilə formalaşır. Lakin bunları asanlıqla fərqləndırmək olar Mübtəda budaq cümlələrində qarşılıq söz o əvəzliyi ilə ifadə olunan mübtəda olur ( va ya onu təsəvvür etmək mümkün olur), xəbər budaq cümlələrində isə qarşılıq söz — o xəbər vəzifəsində işlənir. Məsələn:Kim yarışda birinci oldu, o, Türkiyəyə gedəcək (mübtada budaq cümləsi). Kim yarışda birinci oldu. bu hədiyyə onundur (xəbər budaq cümləsi).
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
Tamamlıq budaq cümləsı ya baş cümlənin buraxılmış tamamlığınuı yerində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Tamamlıq budaq cümləsi daha çox baş cümlədən sonra gəlir və tamamlığın suallarına cavab verir. Məsələn: Hiss edirəm ki, təbiəti çox sevirsiniz, Əsgər onu da dedi ki, düşmənə layiqli cavab verməyə tam hazırıq. Birinci nümunənin baş cümləsində tamamlıq yoxdur, budaq cümlə bas cümlədən doğan tamamlığın sualına (hiss edirəm — nəyi?) cavab verir. İkinci nümunənin bas cümləsində isə tamamlıq işlənmişdir (onu), lakin onun izaha ehtiyacı vardır. Ona görə də budaq cümlə həmin tamamlığı izah edir, aydınlaşdırır.
Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur və ona ki bağlayıcısı ilə bağlanır. Bəzən tamamlıq budaq cümləsi yalnız intonasiya ilə də baş cümləyə bağlanır. Məsələn: Biz istəyirik, bu məsələ sülh yolu ilə həll olunsun. Mən bilirəm, o niyə dərsə gəlmir.
Mübtəda və xəbər budaq cümlələri kimi, tamamlıq budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kimi, kimə və s. bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə işlənən qarşılıq söz cümlənin tamamlığı olur. Məsələn: Kim ki dərsə gecikmişdi, onu məktəbə buraxmırdılar. Kimə ki məktub göndərmişdik, ondan cavab almışıq.
Tamamlıq budaq cümlələri həm vasitəsiz, həm də vasitəli tamamlığın suallarına cavab verə bilər. Məsələn: Müəllim onu da bilirdi ki, (nəyi?) bu şagirdlərin çoxu kasıb uşaqlarıdır. Müəllim əmin idi ki, (nəyə?) Tural yarışda birinci yeri tutacaq.
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr
Təyin budaq cümləsi baş cümlənin isimlə ( va ya isimləşmiş sözlərlə) ifadə olunmuş üzvünü təyin edir. Təyin budaq cümləsi baş cümlədən sonra gəlir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Baş cümlədə, əsasən elə, elə bir, bir, o qəlib sözləri işlənir və təyin budaq cümləsi vasitəsi ilə izah edilir. Məsələn: Bizə elə döyüşçü lazımdır ki, hər bir çətinliyə hazır olsun. Mən o tənqidi sevirəm ki, işin xeyrinə olsun. Müəllimlik elə bir sənətdir ki, xalqın taleyində mühüm rol oynayır və s. Bu nümunələrin hər üçündə budaq cümlə baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanmışdır. Birinci nümunədə budaq cümlə bas cümlənin mübtədasına(döyüşçü), ikinci nümunədə tamamlığına(tənqidi), üçünücü cümlədə isə cümlənin xəbərinə(sənətdir) aiddir. Nümunələrdəki budaq cümlələr baş cümlədəki elə, o, elə bir qəlib sözlərini izah edir. Bəzən baş cümlədə qəlib söz işlənmir, lakin təsəvvür edilir. Məsələn: Bu dağlarda otlar, çiçəklər var ki, min bir dərdin dərmanıdır. (Bu dağlarda, elə çiçəklər var ki. ). Adam var ki, adamların naxşıdır (Elə adam var ki, . )
Təyin budaq cümləsi nadir hallarda baş cümləyə yalnız intonasiya ilə də bağlana bilir. Məsələn: Kitab var, ələ almaq istəmirsən. Adam var, heç nəyi xoşlamır.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri baş cümlədəki hərəkəti müxtəlif cəhətdən izah edir və yuxarıda qeyd olunduğu kimi, bir neçə növə bölünür.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir və necə? nə cür? suallarına cavab verir.
Budaq cümlənin bu növü baş cümlənin feli xəbərinə aid olur və baş cümlədəki elə, belə işarə əvəzliklərini (əvəzlik — qəliblərı) izah edir. Tərzi-hərəkət budaq cürnləsi daha çox baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Elə yaz ki, hamı oxuya bilsin. İşini elə gör ki, tay-tuşdan geri qalma. Məruzəçi elə danışırdı ki, sözlərini yaxşı anlamaq olmurdu.
Tərzi — hərəkət budaq cümləsinin əvvəlində çox zaman elə bil, guya, sanki sözləri işlonir. Məsələn: Uşaq elə sevinirdi ki, sanki dünyanı ona bağışlamışdılar. Qız elə oxuyurdu ki, elə bil əsl artist idi. Budaq cümlənin bu növü daha çox müqayisə məzmunu bildirir.
Tərzi — hərəkət budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir. Bu halda budaq cümlədə necə, necə ki bağlayıcı sözləri, baş cümlədə isə elə, eləcə də, o cür qarşılıq sözləri işlənir. Məsələn: Necə dəyirsiniz, elə də edək. İşə necə həvəslə başlamışdı, eləcə də qurtardı.
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir və nə zaman? nə vaxt? haçan? suallarına cavab verir.
Zaman budaq cümləsi həm baş cümlədən sonra, həm də ondan əvvəl işlənir. Baş cümlədən sonra işləndikdə ona ki bağlayıcısı ilə bağlanır. Bu halda bas cümlədə o zaman, o vaxt, onda sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir.
Məsələn: Kəndə onda çatdıq ki, hava qaralmağa başladı. Birlik o zaman olur ki, hər kəs vətəni öz anası qədər sevir. Biz o vaxt rahat ola bilərik ki, doğma Şuşada, Laçında ay-ulduzlu bayrağımız dalğalansın.
Zaman budaq cümləsi baş cümlədən əvvəl işləndikdə baş cümləyə o zaman ki, o gün ki, elə ki, nə vaxt bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə, adətən, onda qarşılıq sözü işlənir.Məsələn: Elə ki müdir kürsüyə qalxdı, hamı susdu. Nə zaman ki yığışıb kəndə gəldin, onda mən rahat nəfəs ala bilərəm. O gündən ki oğlundan ayrı düşüb, onu gülər üzlü görməmişik. Nə vaxti sinifdə birinci olarsan, onda sənin də şəklin şərəf lövhəsinə vıırular.
Zaman budaq cümləsinin baş cümlədən əvvəl gələn bu növü baş cümləyə bəzən ki bağlayıcısı ilə də bağlanır. Məsələn: Evdən çıxmaq istəyirdim ki, qapı döyüldü. Film təzəcə başlanmışdı ki, işıqlar söndü.
Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və haraya? harada? haradan? suallarından birinə cavab verir.
Yer budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir və ona yer anlayışı bildirən müxtəlif bağlayıcı sözlərlə (haraya, haraya ki, harada, harada ki, haradan, haradan ki, o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerin ki) bağlanır. Baş cümlədə isə bağlayıcı sözlərə uyğun olaraq oraya, orada, oradan qarşılıq sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir. Məsələn: Hara gedirəm, orada səni görürəm. Haraya desən, ora da gedəcəyəm. Bir yerə ki səni dəvət etməyiblər, ora getmə. O yerdə ki ağsaqqalı eşitmirlər, orada din, bərəkət olmaz.
Baş cümlədəki qarşılıq sözlər bəzən işlənmir, lakin onları bərpa etmək mümkündür. Məsələn: Harada birlik var, dirilik də var (Harada birlik var, orada dirilik də var).
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin (bəzən də əlamətin) miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsi də yer budaq cümləsi kimi, həmişə baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlərlə bağlanır. Budaq cümlədə nə qədər, hər nə qədər, nə qədər ki bağlayıcı sözləri; baş cümlədə isə onlara uyğun olaraq o qədər, o qədər də, bir o qədər, bir elə qarşılıq sözləri işlənir. Budaq cümlə həmin qarşılıq sözləri izah edir, aydınlasdırır. Məsələn: Nə qədər dəsən, o qədər oxuyaram. Nə qədər ki tapsırmışdınız, bir o qədər odun yığmışıq. Yazda nə qədər işləmişdiksə, payızda iki o qədər işləməli olduq. Bu misallarda budaq cümlələr baş cümlədəki hərəkətin miqdarını bildirir. Kəmiyyət budaq cümləsi bəzən baş cümlədəki əlamətin miqdarını bildirir. Məsələn: Dağ nə qədər sərin idisə, aran bir o qədər isti idi.
Göründüyü kimi, bu cümlədəki budaq cümlə baş cümlədəki əlamətin (aranın isti olmasının) miqdarını bildirir.
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlədə qarşılıq söz (o qədər) işlənmir, lakin təsəvvür edilir və onu bərpa etmək mümkündür. Məsələn: Nə qədər çox oxusan, çox bilərsan (Nə qədər çox oxusan, bir o qədər çox bilərsən).
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur.
Səbəb budaq cümləsi həmişə baş cümlədən sonra gəlir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Məsələn: Uşaq sevinirdi, çünki atası bu gün uzaq səfərdən qayıdırdı. Şair fəxr edirdi ki, xalq ona ürəkdən inanır. O, məzuniyyətdən yarımçıq qayıtdı, ona görə ki, evdən teleqram almışdı. Buranın havası sərindir, çünki dənizə yaxındır. Birinci üç nümunədə budaq cümlə baş cümlədəki hərəkətin səbəbini, sonuncu misalda isə əlamətin səbəbini bildirir.
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir, niyə? nə üçün? nəyə görə? nə məqsədlə? suallarından birinə cavab olur.
Məqsəd budaq cümləsi də səbəb budaq cümləsi kimi, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə, adətən, ona görə, ondan ötrü bağlayıcıları (qəlib sözlər) işlənir. Məsələn: Ana ona görə məktəbə gəlib ki, oğlunu kəndə aparsın. Bu zəhməti ondan ötrü çəkirik ki, gələcəkdə xoşbəxt yaşayaq. Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, şagirdlər mövzunu daha yaxşı öyrənsinlər.
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində qəlib söz işlənməyə də bilər. Məsələn: Kəndə xəbər göndərdi ki, onu gözləməsinlər. İclasdan yarımçıq çıxdım h, qatarı qarşılayım.
Səbəb və məqsəd zərflikləri bir-birinə oxşadığı kimi, səbəb və məqsəd budaq cümlələri də bir-birinə yaxındır. Budaq cümlənin bu iki növünü fərqləndirmək üçün ilk növbədə mənaya diqqət yetirmək lazımdır. Belə ki, səbəb budaq cümləsi səbəb məzmunu, məqsəd budaq cümləsi isə məqsəd anlayışını bildirir. məlum olduğu kimi, məqsəd həmişə qarşıda durur, səbəb isə keçmişə aid olur.
Deməli, səbəb budaq cürnləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid olur. Məsələn: Uşaq sevinirdi, çünki sinifdə birinci olmusdu. Göründüyü kimi, uşaq əvvəlcə oxuyub birinci olub, sonra isə bu səbəbə görə sevinibdir. Məqsəd budaq cümləsinin ifadə etdiyi iş isə baş cümlədəki işdən sonraya aid olur. Məsələn: Uşaq ciddi çalışırdı ki, sinifdə birinci olsun. Bu cümlədə isə uşağm qarşısma qoyduğu məqsəd ifadə olunub — o hələ qarşıdadır, yəni baş cümlədəki işdən (çalışmaq) sonraya aiddir.Budaq cümlənin bu iki növünü aşağıdakı əlamətlərə görə də fərqləndirmək olar:
1. Məqsəd budaq cümləsinə nə məqsədlə? sualını vermək olur. səbəb budaq cüməsinə isə bu sualı vermək düzgün deyil.
2. Səbəb budaq cümləsinin xəbəri felin xəbər şəklində (müxtəlif zamanlarda),məqsəd budaq cümləsinin xəbəri isə daha çox felin əmr şəklində olur.
3. Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir. Məsələn, yuxarıdakı iki cümləni belə sadələşdirmək olar: Uşaq sinifdə birinci olduğu üçun (nə səbəbə?) sevinirdi. Uşaq sinifdə birinci olmaq üçün (nə məqsədlə?) ciddi çalışırdı.
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.
Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəlgəlir vəona əgər,hərgah bağlayıcıları və -sa2 şəkilçisi ilə bağlanır. Məsələn: Atan gəlsə, əminə zəng et. Yağış yağsa, məhsul bol olar. Əgər yaxşt oxusan, əlaçı olarsan.
Şərt budaq cümləsi bəzən baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanır. Bu halda baş cümlədə bu şərtlə,bir şərtlə, o şərtlə qəlib sözləri işlənir. Məsələn: Bir şərtlə razı olaram ki, işə vaxtında gələsən. Ana bu şərtlə oğlunu sənət məktəbində oxumağa icazə verdi ki, axşamlar evə gəlsin.
Şərt budaq cümləsi bəzən baş cümləyə yalnız intonasiyanınköməyi ilə də bağlanır. Məsələn: Bir gün azdır, iki gün qal
Şərt budaq cümləsi baş cümlənin ümumi məzmunu ilə bağlı olur və sadə cümləyə çevrilmir.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin məzmunu bir-biri ilə qarşdaşdırdır.
Budaq cümlə baş cümlədən əvvəl gəlir, ona –sa2 şəkilçisi və da, də ədatları və ya nə qədər bağlayıcı sözü ilə bağlanır. Məsələn: Nə qədər yalvarsaq da, qonaq yeməyə oturmadı. Qış girsə də, havalar xos keçirdi. Bu mənim üçün nə qədər ağtr olsa da, onu bağışlamalıyam.
Qarşılaşdırma budaq cümləsi baş cümləyə hərçənd, düzdür, doğrudur bağlayıcıları ilə də bağlanır. Bu halda baş cümlədə qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin) işlənir. Məsələn: Düzdür, o, dərsi yaxşı bilmirdi, ancaq mən ona «yaxşı» qiymət verdim.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələri xüsusiləşmiş zərfliklərin köməyi ilə sadə cümləyəçevirmək mümkündür. Məsələn: Müəllim yorgun olsa da, dərsi həvəslə danışırdı — Müəllim yorğun olmasına baxmayaraq, dərsi həvəslə danışırdı.
Mürəkkəb cümlənin təhlil qaydası
1. Cümlənin məqsəd və intonasiyaya görə novü (nəqli, sual, əmr, nida) müəyyən edilir.
2. Cümlənin quruluşu göstərilir. Əgər cümlə nıürəkkəbdirsə, tabesiz və ya tabeli olması müəyyən edilir.
3. Mürəkkəb cümlənin tərkib hissələri olan sadə cümlələr müəyyənləşdirilir. Cümlənin bağlayıcılı, yoxsa bağlayıcısız olması göstərilir. Cümlə tabesiz mürəkkəb cümlədirsə, onıtn tərkib hissələri arasındakı məna əlaqələrigöstərilir və hər bir tərkib hissə ayrıca — sadə cümlə kimi təhlil edilir. Əgər cümlə tabeli mürəkkəb cümlədirsə, baş və budaq cümlə müəyyən edilir, budaq cümlənin növü göstərilir, baş və budaq cümlə sadə cümlə kimi təhlil edilir.
Tabesiz mürəkkəb cümlənin təhlilinə aid nümunə
Torpaq qızır, qar əriyir, çaylar bulanır.
Nəqli, bağlayıcısız, üç tərkib hissədən ibarət səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir.
Torpaq qızır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.
Qar əriyir — nəqlı, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir
Çaylar bulanır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.
Tabeli mürəkkəb cümlənin təhlilinə aid nümunə
Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu.
Nəqli, bağlayıcılı, iki tərkib hissəli tabeli mürəkkəb cümlədir.
Uşaq məktəbə gecikmişdi — baş cümlə, avtobus yolda xarab olmuşdu — budaq cümlədir.
Uşaq nə üçün (nə səbəbə?) məktəbə gecikmişdi. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
Budaq cümlə bas cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır.
Uşaq məktəbə gecikmişdi — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
Avtobus yolda xarab olmuşdu — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
MÖVZU 34.
VASİTƏLİ VƏ VASİTƏSİZ TAMAMLIQ.
Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur (bax: yuxarıdakı nümunələrə). Söz birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunan tamamlıqlar quruluşca mürəkkəbdir. Məsələn: Elin sərvətini (nəyi?) göz bəbəyi kimi qoruyun. Vətənin keşiyində duranlara (kimə?) qayğı gərəkdir. Mətni düzgün oxumağı (nəyi?) öyrənin və s.
Tamamlığm iki növü var: vasitəsiz tamamlıq, vasitəli tamamlıq.
Vasitəsiz tamamlıq
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur və kimi? nəyi? nə? suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıq iki cür olur: müəyyənlik bildirən vasitəsiz tamamlıq, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz tamamlıq müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur və kimi? nəyi? suallarına cavab verir. Məsələn: İclasda şagirdlərimizi (kimi?) təriflədilər. Məktubu (nəyi?) yola saldım. Arazın qardaşını (kimi?) Türkiyəyə oxumağa göndərirlər və s.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur, nə? sualına cavab verir. Məsələn: Uşaq su (nə?) istəyir. Bağban gül (nə?) əkir. Arxeoloqlar qədim insan məskənləri (nə?) tapıblar. və s.
Substantivləşən (isimləsən) işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s.) də təsirlik halda olduqda cümlənin vasitasiz tamamlığı olur.Məsələn: Ana bunu hiss etdi. İçərini diqqətlə yoxla. Buranı kim təmizləyib və s.
Qeyd Təsirlik halında olan söz zaman anlayışı birdirdikdə (nə vaxt?, nə zaman? suallarına cavab verdikdə) cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı kənddə dincəlmişəm. Bu gecəni çox narahət yatmışam və s. Bu cümlələrdəki yayı və gecəni sözləri nə zaman? sualına cavab verdiyi üçün onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, vasitəsiz tamamlıq həmişə təsirli fellərlə əlaqəhnir. Bu cümlələrdəki yayı vəgecəni sözləri isə təsirsiz fellərlə əlaqələnmisdir.
Qeyd: Qeyri-müəyyənlik bildirən (nə? sualına cavab verən) vasitəsiz tamamlıq eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn: Quzu (nə?) su (nə?) içir. Quş (nə?) dən (nə?) yeyir. Lakin bu cümlələrdəki quzu və quş sözləri mübtəda, su və dən sözləri isə tamamlıqdır. Bu cür tamamlığı nə? sualına cavab verən mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik bildirən hal şəkilçisi artırmaq olur: Quzu suyu içir. Quş dəni yeyir. İkincisi isə, bu cür tamamlıq həmişə felin yanında işlənir və onun yerini dəyişdikdə (və ya əvvəlinə, o, bu işarə əvəzliklərini artırdıqda) həmin tamamlıq təsirlik halın şəkilçisini qəbul edir: Suyu quzu içir. Dəni quş yeyir (Quzu bu suyu içir. Qus bu dəni yeyir).
Vasitəli tamamlıq
Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir.
Məsələn: Anaya hədiyyə aldtq. Biz onunla fəxr edirik. Uşaq üçün dərslik alın. Dastanlar haqqında nə bilirsiniz? və s.
Tamamlığın hər iki növü daha çox feli xəbərlə bağlı olur. Lakin vasitəli tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir. Məsələn: O, yaşca məndən kiçikdir. Səninlə işim var. Onda gözəl qabiliyyət var. və s.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.
MÖVZU 35.
DURĞU İŞARƏLƏRİ.
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.[1]
Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:
1. ayırıcı işarələr;
2. fərqləndirici işarələr.
Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.
Durğu işarələrinin yazıda işlənməsi
Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.
Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır.
Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza – durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər. Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (. ), mötərizə [ ( )], dırnaqlar ( “”) ən çox işlənən durğu işarələridir.шаблоны для dle 11.2
Nıtq medenıyyetı
filologiya üzrə elmlər doktoru, professor
Nitq mədəniyyətinin yazılı qolu şifahi qolu ilə müqayisədə müasir dövrdə üstün cəhətləri ilə seçilir. Bu üstünlük ondan ibarətdir ki, sosial şəbəkələrdə aparılan danışıqlar həm fikirlərin paylaşması, həm də fikirlərə başqalarının münasibətini bildirmək baxımından önəmli rol oynayır. Bu, şərait yaradır ki, insanlar sosial şəbəkələrdə öz fikir və mülahizələrini bölüşə bilsinlər. Kimin mövqeyinin əsaslı və düzgün olmasını mövqelərin sərbəstliyi üzə çıxarır. Sosial şəbəkələr bu mənada öz rolunu oynaya bilir. Ancaq yenə də sosial şəbəkənin imkanlarından düzgün faydalanmağın əhəmiyyətini də unutmamaq lazımdır.
Sosial şəbəkənin imkanlarından müxtəlif məqsədlə istifadə edənlər cəmiyyətdə söz sahibi, mövqe sahibi olmağa çalışırlar. Onlar bəzən yanlış və təşviş yaradan məlumatları müxtəlif saytlarda paylaşırlar. Yanlış və təşviş yaradan məlumatlar sosial şəbəkələr vasitəsilə daha tez yayılır, insanlar arasında narahatçılıq, fikir çaşqınlığı əmələ gətirir. İnformasiya vasitələri içərisində televiziya, radio, qəzetlə müqayisədə sosial şəbəkələrin təcrübəsi azdır. Ona görə də bu sahədə peşəkarlığın zəifliyi bəzən çaşqınlıq yaradan informasiyaların yayılmasına şərait yaradır. Ona görə də insanlar üçün həssas olan mövzular sosial şəbəkələrin marağında olmaqla cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilir. Görünür ki, bəzi saytların özü də bu işdə maraqlı olur. Hər halda kütləvi informasiya vasitələrinə daxil olan televiziya, radio, qəzet sahəsində xeyli təmizlənmə, saflaşma prosesi gedibdir. Sosial şəbəkələrdə, saytlarda da bu prosesin gedəcəyinə ehtiyac var. Və bu proses sosial şəbəkələrdə, saytlarda zamanında, vaxtında öz həllini tapacaqdır.
Müasir dünyada insanlarla əlaqə qurmayan, danışmayan, duyğularını və istəklərini bölüşməyən adamlar da vardır. Onlar heç kəslə öz hisslərini, duyğularını bölüşmədən yaşayırlar. Özlərinə qapılaraq az qala cəmiyyətdən təcrid olunurlar. Belə adamlar unudurlar ki, sevdikləri, inandıqları, ehtiyac hiss etdikləri adamlarla ünsiyyət qurmaq onlara rahatlıq gətirə bilir. Hətta bir süfrə arxasında əyləşib çörək yeyə-yeyə, çay içə-içə söhbətləşmək həyatdan zövq almaq, ətrafdakıları və özünü tanımaq baxımından əhəmiyyətli bir işdir. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq insanların qohumları, tanışları və bir-biri ilə ünsiyyət qurmalarına daha çox ehtiyac var. Uzun müddət bir-biri ilə görüşməyən qohumlar, tanışlar bir yerə yığıldıqda bəzən bir-biri ilə ünsiyyət qurmaq əvəzinə onları psixoloji cəhətdən yükləyən, gərginliyə səbəb olan fəaliyyətə üstünlük verirlər. Məsələn, birisinin toy şənliyinin vidyosuna, başqa birisinin nişan mərasiminin çəkilişinə, digər birinin ad gününə və s.-yə baxmaqla yenə də ünsiyyət mədəniyyətindən uzaqlaşırlar. Halbuki indi insanların mənəvi cəhətdən rahatlıq tapması üçün onların hər birinin ünsiyyətə həddindən artıq ehtiyacı var. İnsanların ünsiyyət əlaqələrindən uzaqlaşması onların bir-birindən soyumasına, ögeyləşməsinə gətirib çıxarır. Bu hal son dövrlərdə qohumlar, tanışlar, dostlar və yaxınlar arasında da özünü göstərir. İndi insanların böyük əksəriyyəti öz fikirlərini bölüşmək üçün tərəf müqabili tapa bilmirlər. Ünsiyyətsizlik bu gün dünya insanlarının ən ciddi problemlərindən biridir. Ünsiyyətsizlik bu gün dünyada insanlara quru bir görkəm verir. Bu quruluğun içərisində insanların bəziləri az qala roborta bənzəyirlər.
Azərbaycanda nitq mədəniyyəti ilə bağlı mövcud olan belə bir reallığı da qeyd etmək yerinə düşər. Bu da ondan ibarətdir ki, indi vətəndaşlarımız öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Müstəqilliyimiz vətəndaşlarımızın öz fikirlərini ifadə etmək qabiliyyətini üzə çıxara bilibdir. Vətəndaşlarımızda nitq mədəniyyətinin formalaşması istiqamətində xeyli irəliləyiş yaradıbdır. İndi insanlar keçmişdən fərqli olaraq (Sovetlər İttifaqı dövründən) öz fikirlərini sərbəst şəkildə söyləyə bilirlər. Uşaqlar, yeniyetmələr, gənclər, orta və yaşlı nəslin nümayəndələri istənilən sosial-ictimai xarakterli sorğuya münasibət bildirməkdən çəkinmirlər. Hətta ucqar rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlar da müsahib ola bilirlər, istənilən bir məsələyə öz doğma dilində rəy, fikir söyləməyi bacarırlar. Onlara verilən suallara cavab verməkdən utanmır, çəkinmir və ehtiyat etmirlər. Əslində bunlar nitq mədəniyyətinin göstəriciləri kimi diqqəti cəlb edir. Halbuki keçmişdə (Sovetlər İttifaqı dövründə) insanların öz fikirlərini söyləmək bacarığı indi ilə müqayisədə çox zəif idi. Nəinki sıravi vətəndaşlar, hətta bir çox ziyalılar müstəqil danışmağı, onlara verilən hər hansı bir suala müstəqil cavab verməyi bacarmırdılar. Nitq mədəniyyətinin geriliyi açıq-aydın şəkildə hiss olunurdu. Tanınmış jurnalist Akif Cabbarlının təcrübəsinə əsaslanan mövqeyinə görə, o vaxt radioda, televiziyada fikrini sərbəst ifadə etməyi bacaran müsahibləri tapmaq çox çətin idi. Az qala müsahiblər hazır mətnləri əzbərləməklə fikrlərini ifadə edirdilər. Bəzən isə bunu əzbərləməyə vaxt tapmadıqları üçün özlərini də, onlardan müsahibə götürən jurnalistləri də minbir əziyyətə salırdılar. İndi müstəqiliyyimizin bizə verdiyi imkanlar – söz, mətbuat azadlığı, senzuranın ləğvi, özəl və regional radio, televiziya kanallarının yaradılması elə mühit formalaşdırıbdır ki, insanlar öz fikirlərini söyləyir, cəmiyyətə çatdıra bilirlər. Ancaq müstəqilliyimizin yaratdığı bu imkanlardan da düzgün faydalanmaq lazımdır. Yaradılan imkandan istifadə edərək nə istəyiriksə, onu da danışa bilmərik, nə istəyiriksə, onu da deyə bilmərik. Nə istədiyini deyən, danışan, yazan jurnalistlər, aparıcılar, qəzet, radio, televiziya işçiləri var. Onların əməlləri nitq mədəniyyətinin inkişafına maneçilik göstərir, nitq mədəniyyətinin uğurlu gələcəyinə kölgə salır. Qəzet, radio, televiziya belələrindən öz yaxasını qurtarmağın yollarını tapmalıdır.
Azərbaycan cəmiyyətində dövlət tərəfindən Azərbaycan dilinə və nitq mədəniyyətinə yüksək səviyyədə qayğı, diqqət göstərilir. Elə bunun nəticəsidir ki, Azərbaycanın bütün ali təhsil müəssisələrindəki fakültələrdə, ixtisaslarda “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Hazırlanan mütəxəssislərin Azərbaycan dilinin zənginliklərinə bələd olması və nitq mədəniyyətinin sirlərinə yiyələnməsi istiqamətində dərsliklər, dərs vəsaitləri yazılır. Belə kitablar içərisində filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Şiriyevin ali məktəblər üçün dərs vəsaiti kimi hazırladığı “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı kitabı (Nurlar Nəşriyyat – Poliqrafiya Mərkəzi, Bakı, 2014) nitq mədəniyyətinin 3000 illik yolunu, klassik Yunan və Roma məktəblərinin təcrübəsini, Şərq ritorikasının ilk nümunələrindən misallar verilməsini, Azərbaycan nitq mədəniyyətinin tarixini əks etdirmək baxımından olduqca dəyərlidir. Bu dəyərli dərs vəsaiti öz orijinallığı ilə həm də ona görə seçilir ki, burada ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. məsələlər geniş şəkildə, beynəlxalq təcrübəyə əsaslanmaqla verilir. Kitabda ritorikanın tarixinə, natiqlik sənətinin sosial hadisə olmasına, ritorikanın bir fənn olmasına geniş yer ayrılır. Və ritorika və nitq mədəniyyəti, məntiqin nitq mədəniyyətinin əsasını təşkil etməsi, nitq mədəniyyətinin növləri və üsulları, nitq etiketləri həm elmi-nəzəri, həm də praktik cəhətdən izah olunur. Müəllif ünsiyyət ritorikasının mahiyyətini tam şəkildə açmaq üçün ünsiyyət prosesinə, ünsiyyət vasitələrinə, həmsöhbətlərin tiplərinə, əlaqələrin yaradılması metodikasına və s. məsələlərə geniş izah və aydınlıq gətirir. Kitabda nitqin forma və janrları bir neçə istiqamətdə tədqiq olunur. Onun dialoq, monoloq formaları yüksək səviyyədə səciyyələndirilir. Bundan başqa, nitq fəaliyyəti və onun mərhələləri, nitqin obrazlılığı, emosional ifadəliliyi nümunələr əsasında izah olunur. Kitabdan nitq texnikasının komponentləri, natiqin jestləri və s. məsələlər barədə də geniş məlumat əldə etmək mümkündür. Müəllif şifahi nitq, polemika ustalığı, nitqin kompozisiya quruluşu, diskussiya, şifahi nitq bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı dolğun məlumat verir.
İşgüzar ritorika hər zaman öz aktuallığı ilə fərqlənibdir. İnsanlar arasında həmişə işgüzar ünsiyyət mədəniyyətinə böyük ehtiyac olubdur. Bu mənada Fikrət Şiriyevin kitabında işgüzar ritorika mədəniyyəti də diqqət mərkəzində saxlanılır. İşgüzar ritorika mədəniyyətinin tələbləri (nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq, mötəbərlik, təşəbbüskarlıq, səmimilik, açıqürəklilik, özünüdərketmə və s.) bir-bir nəzərdən keçirilir, işgüzar ünsiyyətin növləri (bilavasitə təmas, bilvasitə təmas) araşdırılır. Eyni zamanda işgüzar ünsiyyətin formaları (işgüzar söhbət, işgüzar danışıqlar, mübahisə, diskussiya, polemika, işgüzar müşavirə, kütlə qarşısında çıxış, telefon danışıqları, işgüzar məktublaşma) anlaşıqlı və aydın bir formada təhlil olunur. Kitabda nitq mədəniyyətinə aid nümunələrin, eləcə də nitq mədəniyyəti və ritorikaya aid terminlər lüğətinin verilməsi onun elmi dəyərini daha da artırır. Bir sözlə, nitq mədəniyyəti və ritorikaya aid son dövrlərdə çap olunmuş kitablar içərisində Fikrət Şiriyevin “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” kitabı dəyərli bir dərs vəsaitidir.
Son dövrlərdə ziyalıların, vətəndaşların nitqinin mədəni olması yolunda müsbət addımlar atılır. Beləliklə, hər bir kəs anlamalıdır ki, özünü mədəni hesab edən şəxs birinci növbədə nitq mədəniyyətinə dərindən yiyələnməlidir.
Nitq mədəniyyəti anlaşı. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi.
O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, qrammatik, leksik və s. qayda-qanunlarına əməl olunsun. Nitq mədəniyyətinin birinci şərti odur ki, nitq düzgün olmalidir. Məsələn, qapını vurmaq düzgün deyil, qapını döymək düzgündür.
Nitqin dəqiqliyi fiktin ifadəsi üçün tələb olunan sözü,ifadəni və ya cümləni tapmaqla müəyyən edilir. Məsələn, Qış gəlir düzgündür, ancaq dəqiq deyil. Qış düşür həm düzgün, həm də dəqiqdir.
Nitqin ifadəliliyi ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək deməkdir. Nitqin ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək çox da asan deyil. Məsələn, O, ömrünü boş-boşuna keçirdi cümləsi həm düzgün, həm də dəqiqdir, ancaq ifadəli deyil. O,ömrünü yelə verdi isə daha ifadəli və gözəldir.
Nitqin düzgünlüyü hamıdan tələb olunsa da, nitqin dəqiq olmsına hamı çalışsa da, nitqin ifadəliliyi, ilk növbədə, söz sənətkarlarına aiddir.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.