Press "Enter" to skip to content

Li Rəcəbli vəfat etdi – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 823 688 nəfərin koronaviru

Numizmatika əli rəcəbli sikə və dövlətçilik

Professor Əli Rəcəblinin 95 illik yubileyinə ithaf edilir.

2 avqust 2022-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elm-fond şöbəsinin müdiri, tarix üzrə elmləri doktoru, professor Əli Rəcəblinin 95 yaşı tamam olacaqdır.

Azərbaycan numizmatikası ilk addımlarını Azərbaycan Cumhuriyyətinin dəvəti ilə 1919–cu ildə Tiflisdən Bakıya, ilk Azərbaycan Universiteti – Bakı Darulfununda dərs demək üçün gələn məşhur kolleksiyaçı, numizmat, arxeoloq alim, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeniy Aleksandroviç Paxomovun (1880-1965) sayəsində atmışdır.

Y.Paxomov Muzekskursda (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) işə başlayaraq, bir neçə sikkədən ibarət azsaylı numizmatik kolleksiyanın əsasını qoymuşdur.

Bu kolleksiya zaman keçdikcə zənginləşmiş və Azərbaycanın numizmatik irsinin toplandığı, qeydə alındığı, qorunduğu, tədqiq və təbliğ ediliyi respublika mərkəzinə çevrilmişdir. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinun Numizmatika Fondunda həm yerli, həm də xarici sikkələrdən ibarət 70 000-dən artıq sikkə qorunur.

Professor Y.Paxomov 35 il Numizmatika fondunun mühafizi olmuş və eyni zamanda Universitetin tarix fakültəsində numizmatika və arxeologiya fənnləri üzrə mühazirə oxumuşdur. O, Azərbaycanın və qonşu ölkələrin ərazisində aşkar olunan sikkə tapıntılarına xüsusi diqqət yetirmiş, onların qeydiyyatını aparmışdır.

Görkəmli alimin daimi axtarışları və müntəzəm elmi işi nəticəsində tarixi araşdırmalarda numizmatik faktların həqiqi yeri və önəmini sübut edilən əsərlərində Azərbaycan numizmatikasının çeşidli problemləri əksini tapmış, Azərbaycanda ilk dəfə aşkarlanmış sikkə dəfinələrinin topoqrafik və metroloji özəllikləri qeyd edilmişdir.

Professor Əli Rəcəbli elmi rəhbəri Yevgeni Paxomov ilə tanışlığını belə xatırlayır: “Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyəti zamanı professor Yevgeni Paxomov “Şərqşünaslıq” fakültəsi məzunlarının müdafiəyə təqdim olunacaq diplom işlərini nəzərdən keçirərkən mənim də diplom işimi yoxladı və daha sonra mənimlə maraqlanmağa başladı”.

Beləliklə, Əli Rəcəblinin yüksək elmi səviyyədə işlənilmiş diplom işini qiymətləndirən Yevgeni Paxomov, onun Şərq dillərini mükəmməl bildiyinə əmin oldu və ona numizmatik axtarışlarla daha ciddi məşğul olmağı tövsiyyə etdi.

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Şərqşünaslıq” fakültəsini fərqlənmə diplomu ilə bitirən Əli Rəcəbli görkəmli alim Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, tarix elmləri namizədi Saleh Qazıyevin (1893-1971) təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.

Həmin illərdə həm də muzeyin numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli müəllim numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm elmi tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.

1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli müəllimin nailiyyətləri nəzərə alınmış və iki il sonra o, böyük elmi işçi vəzifəsinə keçirilmişdir.

Əli Rəcəbli 1963-cü ildə “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1968-ci ildən Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri vəzifəsində işləyən Əli müəllim həm də pedaqoji fəaliyyət göstərərək respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənnlər üzrə mühazirələr etmiş, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifi olmudur.

Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir.

Dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və d. müəssisələr tərəfindən təşəkkürlər almış Əli Rəcəbli muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.

Onun müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahəni təmsil edən ilk dəyərli və təcrübi əhəmiyyətli əsərdir.

2000-ci ildə “Arxeologiya” və “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir.

Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, namizədlik və doktorluq dissertasiyalarına opponentlik edən, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli müəllim həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın eksperti olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş Əli Rəcəbli 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Professorun çoxillik elmi axtarışları və numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycan qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri” (Azərb., rus və ing. dillərində), “Sikkə və dövlətçilik” (Azərb. və rus dillərində), “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” (rus dilində), “Şirvanşahlar dövlətində sikkə zərbi – VIII – XVI əsrlər” (Azərb., rus və ing. dillərində), “Qafqaz pulları” (Azərb., rus və ing. dillərində), “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” (Azərb. və rus dillərində), “Sikkə dəfinələrinin izi ilə” kitablarında Azərbaycan numizmatikasının ən unikal faktları təmsil edilmişdir.

Onun “Azərbaycan” xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponomiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Poli-Araz, Hunan və s.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, “sikkə” və “xütbə” hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərrux Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI – XIII yüzillərdə baş vermiş “gümüş böhranı”nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır.

Onun şəxsi təşəbbüsü ilə çoxsaylı sikkələr və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar və MDB məkanında ən zəngin mərkəzlərdəndir.

Görkəmli mütəхəssis respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialın təyinatının edilməsi, qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyət göstərmişdir.

Respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq aktual mövzulara həsr edilmiş elmi məruzələrlə iştirak edən, mətbuat, radio və TV-də Azərbaycan tarixi və numizmatikası problemləri üzrə çıxışlar edən Əli müəllim müntəzəm olaraq xarici numizmatlarla fikir mübadiləsi aparmış, gənclərə bilik və təcrübəsini öyrətmişdir.

Professor Əli Rəcəblinin üç namizədlik dissertasiyasına elmi rəhbərlik etmişdir. Hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d, dosent Sənubər Qasımova, həmin muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova və Lənkəran Dövlət Universitetinin müəllimi, t.ü.f.d. Mayis Cəfərov professor Ə.Rəcəblinin yetirmələridir. Bir sıra yerli və beynəlxalq nəşrlərin müəllifi olan olan bu alimlər biliyini təbliğ edir, Rəcəbli irsini yaşadırlar.

Bundan əlavə professor Ə.Rəcəbli ali tədris ocaqlarında çalışdığı illərdə bir sıra dərs proqramları, metodik tövsiyyələrin tərtibatçısı olmuş və diplom işlərinə rəhbərlik etmişdir.

Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə A.A.Bakıxanov adına mükafatın laureatı adına layiq görülmüş, növbəti ildə isə V Filekspo sərgisi münasibətilə qızıl medalla təltif edilmişdir.

Öz iхtisasını sеvən, daim еlmi aхtarışlarda оlan, yeni mеtоdikaya əsaslanaraq numizmatika еlminin inkişaf tapmasına çalışan alim bacarıqlı, işgüzar muzеy işçisi оlan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının dərin hörmətini qazanmış və dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürlər almışdır.

Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyur. Alimin zəhmətkeş həyat yolu və fəaliyyəti gələcək nəsillərə nümunədir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti və bütün kollektivi adından ixtisasını sevən, qocaman muzey işçisi, əməkdar mədəniyyət işçisi, t.e.d., prof. Əli Rəcəblinin 95 yaşı münasibətilə təbrik edirik.

Şairə Şərafət Dağıstanlının professor Əli Rəcəbliyə həsr etdiyi “Yaxşıların yaxşısı” şeirindən bir hissəni təqdim edirik:

Keçib ömrün, həyatın,

Elin itmiş tarixini

Sən yenidən yaratdın!

Sən tarixin sirrini

Açan sənət vurğunu,

Qoy Allah yüz yaşatsın

Elin sən tək oğlunu!

Məmmədova Aygün Musa qızı,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru

Qasımova Sənubər Abbasağa qızı, Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d., dosent

visiontv.az

Əli Rəcəbli vəfat etdi – FOTO

Görkəmli alim-numizmat, professor Əli Rəcəbli vəfat edib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli 95 yaşında dünyasını dəyişib.

Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil olub.

Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.

1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə 07.00.06 – “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilib. Əli müəllim muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

Sosial Baxılıb: 3580 Tarix: 13 noyabr 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols

Balaca Aytənin sizin yardımınıza ehtiyacı var – FOTO-VİDEO

Gədəbəy rayonunun sakini, 7 yaşlı Qurbanova Aytən Şirin qızının sizin yardımınıza ehtiyacı var. -a müraciət edən ananın sözlərinə görə, uşaq anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir, axsayaraq yeriyir, onurğasında lordoz xəstəliyi var. Balaca Aytənin hər ik

Bu ərazidə həyət evləri söküləcək – Sakinlərə hündürmərtəbəli binadan mənzillər veriləcək – VİDEO

Yasamal rayonu Alatava 1 yaşayış massivindəki bəzi həyət evləri söküləcək. Sökülən evlərin yerində isə hündürmərtəbəli binalar inşa olunacaq. Söhbət Əbdülvahab Salamazadə və Şəfaət Mehdiyev küçələri arasındakı ərazidən gedir. Dar küçələri olan və bir-birinə yaxın tikilmiş evlərin gələn il söküləcəy

Daha bir Vətən müharibəsi iştirakçısının müraciəti təmin edilib – VİDEO

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçılarından biri də Əmrah Güləliyevdir. O, 2020-ci il sentyabrın 29-da döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Əmrah ordu sıralarından tərxis olunduqdan sonra işl

Rəşad Dağlının atası XAHİŞ ETDİ

“Heç bir valideyn istəməz ki, övladı bu yerə gəlib çıxsın. Allah İsgəndərə rəhmət eləsin, Rəşadın isə qapısını açsın. Biz onların dərdinə şərik olacağıq. Bir-birimizi yola verəcəyik. Aramızda kin ola bilməz”. Bu sözləri Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Rəşa

Özbək bloqçu: “Bakı o qədər gözəldir ki, getmək istəmirsən”

Özbəkistandan olan tanınmış bloqçu, Özbəkistan-Qazaxıstan-Azərbaycan-BƏƏ-Qətər beynəlxalq avtomarafonunun iştirakçısı Asal Saparbayeva Bakının gözəlliyinə heyran olduğunu bildirib. Milyonlarla izləyicisi olan bloqçu “Report”a müsahibəsində MDB ölkələrini tez-tez gəzdiyini və digər postsove

Oğuzda uzun illərdir təmir olunmayan yol yararsız vəziyyətə düşüb

Oğuz rayonunun Calut kəndinə qədər olan 4 km-lik yol uzun illər təmir edilmədiyindən yararsız vəziyyətə düşüb. Bu barədə Calut kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, sonuncu dəfə asfalt örtüklü yol keçən əsrin 90-cı illərində çəkilib:. “Asfalt örtüyü keyfiyyətini itirib və çalala

Azərbaycanda son sutkada nə qədər adam vaksinasiya olunub? – FOTO

Azərbaycanda son sutkada 665 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 136 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 276-dır. Poziti

Ölkədə koronaya yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 823 688 nəfərin koronaviru

Numizmatika əli rəcəbli sikə və dövlətçilik

” Sikkə çox vacib dövlətçilik rəmzidir “

����� Professor Əli Rəcəbli : ” Hansı dövlətin sikkəsi yoxdursa , onun dövlətçiliyindən danışmağa dəyməz “

Minillər boyu xeyli dövlətlər olub, onlardan çox az soraqlar qalıb. Bu mənada sikkənin tarixini öyrənən numizmatika elminin əhəmiyyəti böyükdür. Xalqlar, dövlətlər yaranır, bəzi xalqlar tarix səhnəsindən silinir, daha güclüləri isə yaşayır. Xalqlarla müqayisədə dövlətlərin yaranıb yox olması prosesi daha sürətlidir. Tarix elmləri doktoru, professor, 80 yaşlı Əli Rəcəbli hamının məşğul olmadığı nadir sahələrdən biri ilə məşğul olur. Bəli, elə elm sahələri var ki, onunla hamı məşğul olmur, ya da ola bilmir. Belə sahələrdən biri də numizmatikadır. Əli müəllim deyir ki, numizmatika yaşına görə nisbətən cavan elmdir: “Azərbaycanda bu elmin yaranması ötən yüzilin əvvəllərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə inkişaf tempini artırmaq məqsədilə xaricdən mütəxəssisləri, alimləri dəvət edirdilər. Bunlardan biri də o dövrdə tanınmış arxeoloq-numizmatik Paxomov olub. O, 1919-cu ildə Azərbaycana gəlib, İstiqlal muzeyində işləyib, universitetdə dərs deyib, Azərbaycanın tarixi, o cümlədən numizmatika və arxeologiyası ilə məşğul olub. Azərbaycanda numizmatikanın əsasını o, qoyub. Amma vaxtilə XIX yüzildə almanlar burada arxeoloji işlər aparıblar”.

Humizmatika ilə məşğul olmaq şübhəsiz, araşdırmaçının zəngin kolleksiyaya malik olmasından çox asılıdır. Əli Rəcəbli bu qənaətdədir ki, kolleksiya olmasa, numizmatika da olmaz: “Paxomov da kolleksiya toplayıb, məşhur kolleksioner olub. Bura gəlməzdən qabaq Gürcüstan pullarının tarixini araşdırıb kitab yazmışdı. Rusiya Arxeologiya Cəmiyyətinin 1910-cu ildə gümüş medalını da alıb. O, Azərbaycanın sikkə tarixini araşdıraraq “Monetı Azerbaydjana” adlı rusca kitab yazıb. Universitetin şərqşünaslıq fakültəsində dövlət imtahanı verdiyim zaman Paxomov məni aspiranturaya dəvət etdi. Sonra bu sahədə ardıcıl tədqiqatlar apardım. Bu vaxta kimi xeyli numizmatik nümunə toplanıb. Hazırda burada 150 mindən çox eksponat saxlanılır. Fondun materialları əsasında dissertasiyalar yazılıb, müdafiə edilib”.

Tarixən sikkələr hər bir dövlətin atributunu özündə əks etdirməyə çalışıb. Azərbaycan Tarixi Muzeyində toplanmış sikkələrin əksəriyyəti Azərbaycanın müxtəlif dövrlərinə məxsusdur: “O sikkələr bu ərazilərdə kəsilib, burada tapılıb, burada da saxlanılır. Sikkə dediyimizin latınca adı “”moneta”dır, ruslardan bizə “manat” şəklində dilimizə daxil olub. “Sikkə” “döymək” sözündəndir, onu təbii ki, döyərək hazırlayırdılar. “Sikkə” yalnız iqtisadi amil deyil. Hamı daha çox fikirləşir ki, sikkə dövriyyədə iştirak etmək, ticarət üçün buraxılır. Pulun 5 funksiyası var, bu amil də əsasdır. Hər şeydən əvvəl sikkə çox vacib dövlətçilik rəmzidir. Bizə məlum olan tarixin VIII-VII yüzillərində Yunanıstanda, kiçik Asiyada, Midiya çarlığında sikkələr buraxılıb. Tarixən sikkə zərbi ali hakimiyyətə mənsub olub, indiyə kimi də belədir. Əgər hansı dövlətin sikkəsi yoxdursa, onun dövlətçiliyindən danışmağa dəyməz”.

Tarixin yaşı çox qədimdir, keçmişdən bu günə, sabaha qalan soraqlar isə azdır: dövlətlə bağlı taxt-tac, möhür, bayraq. Ancaq bunların hamısından daha çox sikkələr qalıb. Bunun səbəbini açan Əli müəllim deyir ki, əvvəla, sikkələr çoxlu sayda, yəni minlərlə kəsilib. Nə qədər it-bata düşsə də, bizə gəlib çatıb. Digər tərəfdən də qızıl, gümüş sikkələr həmişəlik qalır, həmin dövlətin tarixi haqqında aydın təsəvvür yaradır. Ancaq mis pulların ömrü çox olmur.

Maraqlıdır, bu gün dövlət kimi döşünə döyən Rusiyada sikkə zərbi nə vaxtdan başlayır?

Müsahibim deyir ki, Rusiyada sikkə zərbi X yüzildə Kiyev knyazlığında başlayıb. Bundan sonra rusların 300-400 il sikkəsizlik dövrü olub: “Bu müddət ərzində onlar Şərq pulları, o cümlədən Azərbaycan pulları ilə tədavül edirdilər. Nəhayət, XV yüzildən sonra bunların öz sikkələri yaranır. M.Ə.Sabir yazır ki, bir vaxt Ağqoyunlu, Qaraqoyunlu olduq, biri-birimizi qırdıq, Teymurləng gəldi Bəyazidi əsir aldı, getdi, Toxtamışın başını əzdi, Moskva padşahının baxtı açıldı. XV yüzilin əvvəllərində Moskva Moskva oldu, Rusiya bundan sonra dirçəldi. Bizim sikkə tariximiz qədimdir.
Makedoniyalı İsgəndərin yürüşündən sonra burada o sikkələrdən istifadə olunub. Bu dövrə aid qiymətli dəfinələr tapılıb. Humizmatika tarixi baxımdan nə qazanırsa, dəfinələrin hesabına əldə edir. Bəzən o sikkələr dövrün tamamilə güzgüsü olur. Qabaqlar Azərbaycanda orta hesablamalara görə ildə 10-15 dəfinə tapılırdı, onların əksəriyyəti bizə gəlib çatırdı. Ancaq indi çox az gəlib çatır. Makedoniyalı İsgəndərin yürüşündən sonra Azərbaycanın ərazisində antik pul dövriyyəsi başladı. Azərbaycanda eradan əvvəl III yüzildən başlayaraq yerli sikkələr ləğv edildi”.

Eramızın III yüzilindən başlayaraq Atropatena, Albaniya ərazisində sikkələr kəsilib. Dövlətçiliyimizin tarixi XIX yüzilə qədər davam edir. Sonra Azərbaycanın Rusiyaya ilhaqı baş verir. Xanlıqlar dövründə Azərbaycanın xanlıqlarında sikkələr kəsilir. İlhaqdan sonra Azərbaycanın sikkə zərbi hüququ ləğv edilir. Azərbaycan Rusiya pul dövriyyəsi sferasına daxil olur . Hazırda pul vahidimizin adı ” manat ” dır . ” Lirə ” türklərin deyil , Fransadan gəlib . Türk lirəsindən əvvəl məcidiyyə , onluq , beşlik , otuzluq , altmışlıq kimi sikkələr , ondan da əvvəl axça adlı sikkə vardı . ” Axça ” türk sözüdür . Osmanlılar dövründə xırda gümüş sikkələr kəsilib , orta yüzillərdə bu sikkələr ” axça ” adı ilə məşhur olub . ” Rubl ” anlamını ruslar tapıblar : ” Dövlətsizlik dövründə rusların sikkələri yox idi , onlar gümüş ” qrivna ” dan istifadə edirdilər . Biz ona ” girvənkə ” deyirik . I Pyotrun atası öz dövründə istədi ki , ” qrivna ” nı iki yerə bölüb ” rubl ” yaratsın . Amma bu , keçmədi , ” Mis üsyanı ” qalxdı : rubl gümüşdən , yüz qəpiklər misdən kəsilmişdi . Əhalinin Moskvadakı üsyanından sonra bu , ləğv olundu . I Pyotr isə bunu ustalıqla həyata keçirdi : əvvəl başqa nominallar , sonda mis pullar buraxdı “.

Görəsən, “qəpik” sözünün kökü də ruslardan gəlir? Əli Rəcəbli deyir: “Rusların xırda gümüş sikkələrinin üzərində Qriqorinin təsviri var, əlindəki nizə ilə əjdahanı öldürür. “Nizə” rusca “kapyo”dur. O pullara “kopeyka” dedilər, bu, “kapyo” sözündəndir. “Qəpik” bunun dilimizə təhrif olunmuş formasıdır. Ərəblərdən sonra islam aləmində yeni pullar kəsildi: “dinar”, “dirhəm” pul adları bizdə də işlədilib. Teymurləng dövründə yeni bir sikkə buraxıldı – XIV yüzilin sonlarında buraxılan bu pul vahidinin adı “təngə” idi. “Təngə” hind sözüdür, “danq” sözündəndir, çəki vahidi olub. Hazırda qazaxlar təngədən pul vahidi kimi istifadə edirlər.

Şah İsmayılın dövründə pul islahatı ilə bağlı iri həcmli, ağır çəkili sikkələr buraxılıb. Bu sikkələr şahın adı ilə İransayağı “Şahi” adlanıb. Özbəkistanda hakimiyyət başında xanlar dururdu. Bu səbəbdən də onların pul vahidi “xani” adlanırdı – bir misqallıq gümüş sikkələrə belə deyilirdi. Türklər həmişə təəssüf ki, adlar məsələsində də kənara meyl ediblər. Səlcuqların dövründə Anadolu səlcuqlarının adlarına baxın: Keyxosrov, Keykavuş, Şirvanşahlarda Mənuçöhr, Axsitan və sair. Məhəmməd Xudabəndənin dövründə Səfəvilərin sikkəsinin çəkisi xeyli dəyişmişdi. Sikkə dövriyyəsinə aid tarixi hadisələr çoxdur. Xətainin nəvəsi II Şah İsmayıl şiəlik və sünnilik arasındakı nifaqı aradan qaldırmaq üçün yeni bir sikkə vurdurdu. Şah İsmayıl Xətayi hakimiyyətə gələndən sonra şiəlik dövlət dini kimi geniş təbliğ olunmağa başlamışdı. İslamın kəlmeyi-şəhadətinə şiəlik rəmzi də əlavə olundu, həmçinin imamların adları. II İsmayıl bunu aradan götürmək istəyinə düşdü ki, bütün islam aləmində barışıq yaratsın. Pulların üzərindəki yazını oxuyan təbii ki, şiəliyə meyl edirdi. II İsmayılın islahatını Məhəmməd Xudabəndə ləğv etdi, pula yenidən şiə rəmzləri həkk edildi. Sikkə “Məhəmmədi” adlanmağa başladı. Şah Abbas taxta çıxan kimi yeni islahat keçirdi və yeni pullar kəsdi. Bu iri gümüş pullar iki “Məhəmmmədi”yə bərabər idi, “Abbasi” adlandı. “Abbas” ərəb sözüdür, amma “i” fars sonluğudur”.

Pul vahidi uzun müddət ağıllardan çıxmır, çəki, pul vahidləri uzun müddət yaddaşlarda qalır: “Dirhəm” ərəbin deyil, “dinar” “dinarius”dandır, Romadan gəlib. “Pul” sözü “follis” sözündəndir. Ərəblər buna “pels”, türklər “pul” deyiblər. Bizansda qara , köhnə mis pula ” follis ” deyərdilər . ” Follis ” həm də ” mis ” deməkdir . Ruslar Qızıl Orda xanının qapazı altında olanda orada təngə pullar kəsilirdi . Rus knyazları altun , denqa , altun kimi pular kəsirdilər . ” Altun ” türk sözüdür . ” Bakır ” adlı pul vahidi də türkündür . ” Bakır ” – ” paxır ” sözündəndir , ” mis ” deməkdir . Mis pullara ” bakır ” deyirdilər . İndi dünya pulu avrodur , ABŞ dollarıdır , funt-sterlinqdir “.

Elçin Qaliboğlu

Xalq Cəbhəsi .- 2009.- 7 iyul .- S.14. ��� ����������

Comments are closed, but trackbacks and pingbacks are open.