Press "Enter" to skip to content

Nurəddin ədiloğlu şəhidlər anası pyesi

Kim bilir, bəlkə düşmənin başına mərmiləri, güllələri yağış kimi yağdıran Cəbrayıl anasına könüllü əsgərlərin qarşısında çıxış edib, güvən verdiyi günü, “mənfur düşmənin başına daş yağdırın” sözünü xatırlatmaq istəmişdi. Bəlkə də ovuc icinə sığışan o daş köksündə şəhid qanı çiçək açan işğaldan azad olunan Vətən torpaqlarının rəmzi idi. “Min oğul yoxluğu bilinməz anam, bir ovuc torpağın yoxluğu qədər. ”

Nurəddin ədiloğlu şəhidlər anası pyesi

. Hər birimizin qəlbində müqəddəs bir hiss – doğma Vətənə olan məhəbbət hissi yaşayır. Könüllü əsgər anası Fatimə Əli qızı qəlbində olan bu ülvi hiss nişanlı oğlunu Vətənin, xalqın müdafiəsinə təmtəraqla yolladığı gün dillərdə əzbər oldu. Sanki ana öz oğlunu müharibəyə yox, toy-düyünə yola salırdı. Həmin gün Fatimə xanım təkcə doğma oğlu Cəbrayıla deyil, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşına qalxan 415 nəfər könüllü əsgərə xeyir-dua verdi, ucadan onları cəsarətli olmağa, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməyə, mənfur düşmənin başına “daş” yağdırmağa səslədi: “Azərbaycan sizə dədə-babalarınızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər birinizin borcudur. Vətən sevgisi sizə ananızın südü ilə verilib. Mən Azərbaycan anasıyam, oğlum da Azərbaycan oğludur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandanımız İlham Əliyev. ”

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov könüllü əsgərləri fədakarlığa, qəhrəmanlığa çağıran çıxışına görə Fatimə xanıma təşəkkürünü bildirərək dedi: “Biz sizin kimi Azərbaycan anaları ilə fəxr edirik və qarşınızda baş əyirik.”

. Aradan çox keçmədi ki, ordumuzun əks hücumu nəticəsində bütün cəbhəboyu düşmənə layiqli cavab verildi, uzun illər işğal altında olan yaşayış məntəqələrimiz bir-bir erməni faşistlərinin tapdağından təmizlənməyə başladı.

Qısa tanıtım: Cəbrayıl Baloğlan oğlu Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub. 2002-2013-cü illərdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi xidmət edib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunub. 2020-ci il sentyabrın 29-dan Ermənistan işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. İştirak etdiyi hərbi əməliyyatlarda böyük şücaət göstərərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib. Oktyabrın 8-də Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub. 9 oktyabr 2020-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Oğlum mənim yarımçıq işimi tamamlayaraq şəhid oldu”

Cəbrayılın atası Baloğlan Cahangir oğlunu gənclik illərindən zəhmət adamı kimi tanıyıram. Birinci Qarabağ müharibəsində tank qoşunları tağımında döyüşərək 4 ilə yaxın qanlı-qadalı savaşın hər üzünü görmüşdü. Yeganə oğlu Cəbrayıl da uşaq çağlarından atasının müharibədə həlak olan silahdaşları barədə söhbətlərinə qulaq asa-asa qəlbində düşmənə qarşı nifrət hissi kök atmışdı.

. Anası deyir ki, Cəbrayıl qəlbindəki Vətən sevgisini, Azərbaycanın üç rəngli bayrağına olan ehtiramını ilk dəfə 6 yaşında ikən biruzə vermişdi. O gün kiçik toy məclisinin açılış lentini kəsmək ona təklif olunanda Cəbrayıl inadkarcasına etiraz etmişdi: “Əgər Bayrağımızı gətirməsəniz, lenti kəsməyəcəyəm.” O zaman 6 yaşlı uşağın Bayraq sevgisi təkcə ata-anasına deyil, bütün məclis əhlinə sevinc hissi yaşatmışdı.

Həqiqi hərbi xidmətdən sonra musiqi sənətinə həvəsi olan Cəbrayıl anasının boya–başa çatdığı qonşu Xırmandalı kəndindən sevib-seçdiyi qızla nişanlanmışdı. Rayon mərkəzindəki şadlıq sarayında təyin olunmuş toy gününə sayılı günlər qalırdı. Lakin Novruz bayramı ərəfəsində pandemiya səbəbindən mart ayının 16-dan toylar təxirə salındığından atası toyun tarixini noyabrın 15-dən sonraya dəyişməli olur.

. Azğın düşmənə qələbə çalmaq əzmi ilə Vətən müharibəsinə könüllü yola düşəndə nənəsi Sevil Yusubova ərklə nəvəsinə: “Ay Cəbi, nənə qurban, axı sən nişanlısan, getmə” deyəndə o, cavab verib ki, torpaq da namusdur, qeyrətdir: “İllərdir ki, yağı düşmənin tapdağı altında qalıb, getməliyəm, artıq bu xəcalətə son qoymağın vaxtı çatıb. Bir də ki, atamı müharibədə qoruyan Allah, məni də qoruyar. ”

. İndi şəhid oğlu barədə danışan atası belə deyir: ”Oğlum mənim yarımçıq qoyduğum işi tamamlayaraq şəhid oldu. Bütün şəhid valideynlərinə başınızı dik tutun, Vətən sağ olsun deyirəm. ” Şəhid atası ilə söhbətimizə Birinci Qarabağ müharibəsində doğmaları şəhid olan Ərəb kənd məscidi dini icmasının sədri axund Əhliman Hüseynov və qonşu Hacıtəpə kəndindən olan şair-publisist Əlizaman Baxış da qoşulurlar. Yeri gəlmişkən, hər iki ziyalı uzun müddət pedaqoji fəliyyətlə məşğul olublar. Deyirlər, Vətənə sevginin əsası həm ailədə, həm də məktəbdə qoyulur: “Elə bu sevginin gücünə Cəbrayıl kimi vətənpərvər cavanlarımız canlarından keçib xalqımızın 30 illik torpaq həsrətinə son qoydular. ”

Şəhid qanı çiçəkləyən Vətən torpağı, yaxud
bir cüt yadigar göyərçin və çaylaq daşı

Şəhid əsgərimizin bibisi Nazlı xanım deyir ki, qardaşım oğlu Vətəni ata – anasından, nişanlısından da uca tutdu. Qara libas geyinmiş bacıları Ulduzə, Firuzə və Ruziyə Cəbrayılın tez – tez təkrar etdiyi bir ifadəni dilə gətirirlər: “Oğul varsa Vətən var, Vətən varsa oğul var. ” Onlar yaxşı bilirlər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Şair demişkən, “oğul” sözündən şəhid, “şəhid” sözündən Vətən ətri gəlir. Vətən müharibəsinə yola düşdüyü gün bacıları ağlayanda Cəbrayıl gülə -gülə onlara belə deyib: “Siz fəxr etməlisiniz ki, mən Vətəni, sizi müdafiə etməyə gedirəm.”

. Bu gün Cəbrayılın cismən yoxluğu bacılarına ağır gəlsə də, onunla qürur duyurlar. Atası Baloğlan Cəbrayıldan yadigar qalan bir cüt göyərçini göz bəbəyi kimi qoruyur. Deyir ki, hər dəfə göyərçinlər qanad açıb səmaya qalxanda mənə elə gəlir ki, göy qübbəsində onlar oğlumun ruhu ilə görüşürlər.

Döyüş bölgəsindən Cəbrayılın anasına göndərdiyi hamarlanıb yuvarlanmış çaylaq daşını Fatimə xanım yadigar saxlasa da kövrələrək heyrətlə deyir: “Mən hələ də Cəbrayılın göndərdiyi bu daşın mənasını bilmirəm..”

Kim bilir, bəlkə düşmənin başına mərmiləri, güllələri yağış kimi yağdıran Cəbrayıl anasına könüllü əsgərlərin qarşısında çıxış edib, güvən verdiyi günü, “mənfur düşmənin başına daş yağdırın” sözünü xatırlatmaq istəmişdi. Bəlkə də ovuc icinə sığışan o daş köksündə şəhid qanı çiçək açan işğaldan azad olunan Vətən torpaqlarının rəmzi idi. “Min oğul yoxluğu bilinməz anam, bir ovuc torpağın yoxluğu qədər. ”

Xırmandalı kəndindən döyüş yoldaşı Əli Fərzəliyevin dediyinə görə, sinəsini Vətənə sipər edən Cəbrayıl düşmən qarşısından bir addım da geri çəkilmədən son damla qanına qədər vuruşmuş, qəhrəmancasına həlak olaraq, qanı ilə Vətən torpağında iz qoymuşdur.

“Şəklinlə bəzənib bəylik otağın. ”

Valideynləri Cəbrayılın müxtəlif illərdə çəkilmiş şəkilləri ilə bəzənmiş bəy otağını sanki kiçik xatirə muzeyinə çeviriblər. Taleyin qismətindən qaçmaq olmur. Şəhidin xatirə guşəsində bəylik kostyumu ilə əsgər paltarı yan-yana asılıb. Şəhid ata – anası üçün indi yeganə təsəlli torpaq uğrunda canını fəda edən Cəbrayılın adının unudulmamasıdır.

Şəhid valideynləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirirlər. Rayonun rəhbəri Şahin Məmmədov özünün ad günündə 1-ci müavini Məmmədhüseyn Hüseynovla birlikdə şəhid Cəbrayıl Qasımovun valideynlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Şəhidin ata-baba yurdu Ərəb kənd qəbiristanlığındakı məzarının ziyarətinə gələn gənclər ruhu qarşısında baş əyib deyirlər: “Səninlə fəxr edirik, Azərbaycan oğlu, məzarın and yerimiz, inam yerimizdir. ”

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, biz Qələbəni döyüş meydanında şəhidlər verərək qazandıq. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə də bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Azərbaycan xalqı sübut etdi ki, yenilməz, məğrur xalqdır.

Nurəddin Ədiloğlu, “İki sahil”

Nurəddin ədiloğlu şəhidlər anası pyesi

“Şəhidlik manifesti”nin müəllifi ilə – Müsahibə

14-10-2021, 17:03

Bu günlərdə “CBS-PP” nəşriyyatında “Şəhidlik manifesti” kitabı nəfis tərtibatla işıq üzü görüb. “AzadMedia” saytının əməkdaşı kitabın müəlifi yazıçı-publisist Nurəddin Ədiloğlu ilə həmsöhbət olub. Həmin söhbəti oxuculara təqdim edirik.

-Nurəddin müəllim, kitab haqda qısa məlumat verməyinizi istərdik.

-Kitaba Qarabağ uğrunda savaşda həlak olan 250 döyüşçü haqqında məlumat, o cümlədən tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsinin 61 şəhid əsgər və zabiti haqqında bədii- publisistik məqalələr və esselər daxil edilmişdir. Qeyd edim ki, döyüş yollarından bəhs etiyimiz şəhidlər Masallıda, Bakıda, Sumqayıtda və başqa bölgələrdə boya-başa çatsalar da, ruhən ata-baba yurduna bağlı olan doğma Azərbaycanımızın cəsur və və qeyrətli oğullarıdırlar. Ən böyük qəhrəmanlıqlar və fədakarlıqlar təbii ki, Vətən naminə edilir. Əminəm ki, orta məktəblərə və kitabxanalara hədiyyə ediləcək bu kitabda oxucular 61 şəhidin qısa, amma mənalı və igidliklərlə dolu həyat yolu ilə tanış olacaqlar.

Şəhidlərin həyat hekayəsini qələmə almaq həm məsuliyyətli, həm də mənəvi yükü ağır və çətin işdir. Bu kitabı yazarkən, bir qələm adamı kimi hansı hissləri keçirirdiniz?

-Əlbəttə, ömürləri yarımçıq qalmış şəhidlərdən yazmaq, onları yetirib tərbiyələndirən, Vətən uğrunda savaşa göndərən ata-anaların göz yaşı içində xatirələrini dinləmək çox çətin işdir. Övlad acısı dərdlərin ən böyüyü, ən ağrılısıdır. Amma nə qədər kədərli, hüznlü olsa da xalqımızın Zəfər salnaməsinin unudulmaz qəhrəmanları haqqında yazmaq bizim mənəvi borcumuzdur. Həm bədii, həm də sənədli üslubda qələmə aldığım “Şəhidlik manifesti” kitabı da şəhidlərimizin ruhu qarşısında mənim bir vətandaş və yazıçı olaraq öz hesabatımdır.

-Kitaba daxil etdiyiniz bədii-publisistik yazıların və esselərin demək olar ki, yarıdan çoxu bizim satımızda dərc olunub. Hətta həmin yazıların motivləri əsasında xalq teatrında virtual tamaşa -kompozisiyalar da hazırlanıb.

-Bəli, bu yazıların çoxu “AzadMedia”, “Cənub.az” saytlarında və əməkdaşı olduğum “İki sahil” qəzetində dərc olunub. Həmin yazıların motivləri əsasında Masallı Xalq teatrının aktyorlarının və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə hazırladığı “Kövrələn buludlar”, “Qanlı təpə”, “Ölümümə inanma, Ana!” adlı virtual tamaşa-kompozisiyalar və “Ruhların qisası” birpərdəli tamaşası nümayiş etdirilib. Onu da qeyd edim ki, Xocalı faciəsinə həsr olunmuş “Şəhidlər anası” pyesimin ilk tamaşası 1994-cü ildə göstərilib, 2017-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınıb və II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub.

– Siz bu günlərdə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında nümayiş olunan ilk Zəfər filmi – “Beşatılan” ikiseriyalı filminin ssenari müəlliflərindən birisiniz.

-Bu film tanınmış rejissor Elçin Məmiyevin gərgin zəhmətinin bəhrəsidir. O, filmində həm də baş rolu çox məharətlə canlandırıb. Azərbaycanın xalq artisti, tanınmış teatr rejissoru Firudin Məhərrəmov isə filmdə epizodik rol oynasa da, daha təcrübəli ssenaristdir. Bundan əvvəl 2010-2012-ci illərdə Elçin Məmiyevin çəkdiyi “Susmuş visdan” teleserialının bir neçə seriyasının ssenari müəllifi olmuşam. Amma həmin dövrdə nə qədər kitablar, ssenarilər yazılsa da, filimlər çəkilsə də sanki daxilimizdəki məğlubiyyət acısı meydana çıxarılan ən yaxşı işin üzərinə belə kölgə salırdı. Amma “Beşatılan” filminin 5 əsas qəhrəmanından 4-ü şəhid olsa da onların (eləcə də bütün şəhidlərimizin və qazilərimizin) QƏLƏBƏ ilə nəticələnən mübariz ruhu filmin yaradıcı heyətinin daxilinə işıq saçır, yaradıcılıq potensialını artırır. Bu işıq filmin finalında xalq artisti Alim Qasımovun ifasında və Qələbə Bayrağımızın fonunda daha effektli görünür. Təbii ki, bundan sonra daha gözəl əsərlər, ssenarilər yazılacaq, filmlər çəkiləcək.

-Yəqin ki, 380 səhifəlik “Şəhidlik manifesti” kitabının nəfis tərtibatla arayə-ərcəyə gəlməsində sizə mənəvi və maddi dəstək göstərən şəxslər də olub.

– Bəli. Əvvala, müəllifi olduğum bu kitabın yaranması ideyasına görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədova xüsusi minnətdarlığımı bildirirəm. Bu ideyanı geçəkləşdirmək üçün onun təşəbbüsü ilə yaranmış Masallı Təhsil Fondunun əməkdaşları, eləcə də millət vəkilinin köməkçiləri mənə çox yardımçı oldular. Məhz onların bələdçiliyi ilə rayonun ən ucqar kəndlərinə gedib şəhid ailələri ilə görüşə bildim. Millət vəkili M.Məmmədov özü də mütamadi olaraq şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, şəhidlərin anım və doğum günlərində iştirak edir, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlindən gələni əsirgəmir.

-Şəhid ailələri görüşlərdə sizi ən çox sarsıdan hansı məqamlar oldu?

-Bilirsiniz, Vətən uğrunda canından keçən şəhidlərimiz haqqında yazmaq bu gün vətənpərvər gənclərin formalaşması baxımından çox faydalı bir missiyadır. Təbii ki, mən övlad itkisini qəlbinə gömüb, başını dik tutaraq “Təki Vətən sağ olsun!” deyən atalar da gördüm, ovladının nişan üzüyünü, bəylik qiyafəsini bağrlna basıb ağlayan, işə gedəndə boş qalmış ev-eşiyini şəhid oğlunun şəklinə “etibar” eləyən analar da. Şəhid valideynləri övladları haqqında elə xatirələr danışdılar ki, onların hər biri ayrı-ayrılıqda böyük bir əsərin mövzusudur. Məsələn, Viləş kəndindən olan şəhid Balaqardaş Vəliyevin Azərbaycan bayrağına bükülmüş tabutunun arxasınca şahə qalxaraq kişnəyə-kişnəyə ağlayan atı, Banbaşı kəndində əslən qarabağlı olan Gülafər xanıma “Nənə, ürəyini sıxma, sənin ata-baba yurdunu mən azad edəcəyəm” deyən şəhid nəvəsi Elmir Akifzadənin Kazan şəhərində ali təhsilini yarımçıq qoyub Vətən müharibəsinə getməsi, Bakıda yaşayan əslən Masallının Öncəqala kəndindən olan şəhid Şahin Ağayevin anası Qətibə xanımın “Allah mənə qıldığım namazların, tutduğum orucların mükafatını verdi: -Oğlumu Behişt zəvarlarının cərgəsinə qoşdu” deyərək Şahinin sevdiyi və ona görə Bakıda qalan qızla vida səhnəsi, eləcə də onlarca başqa kövrək xatirələr yaddaşıma silinməz izlər salıb.

-Sir deyilsə hazırda hansı əsər üzərində işləyirsiniz?

-Müharibə mövzusunda bu günə kimi “Bakı açıq şəhərdi”, “Qara sarmaşıq” kino- romanlarım, “Adəm və Həvva”, “Bumeranq” kino-povestlərim nəşr olunub. Aprel döyüşlərindən bəhs edən “Vatan pervaneləri” kitabım ötən il Türkiyədə işıq üzü görüb. Pandemiyadan və Vətən müharibəsindən öncə iri həcimli kitab yazmağa başlamışdım. Ötən əsrin 37-ci illərindən ta 90-cı illərinə kimi böyük bir dövrü əhatə edən roman olacaq. Düzü, gündəlik nəşr olunan qəzetdə çalışmaq və getdikcə artan məişət qayğıları həmin kitabı tamamlamağa fürsət vermir. Amma əminəm ki, inşallah, gələn ilin ortalarına kimi həmin romanı başa çatdıracağam.

– Sizə yaradıcılq uğurları arzulayırıq və bu müsahibəyə görə təşəkkür edirik.

– Mən də “AzadMedia.az” saytının baş direktoru Xəlil bəyə və saytınızın yaradıcı kollektivinə təşəkkür edirəm.

Müsahibəni qələmə aldı C.Orucov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.

Nurəddin ədiloğlu şəhidlər anası pyesi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Şəhidlik manifesti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.