Press "Enter" to skip to content

Elxan Elatlı İtmiş Qızın Axtarışı PDF

26.01.2014 / 05.47 p.m.

HAN library

2013-cü ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər – “İtmiş Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək üçün uğurlu seçimdir.
Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə bitir.
Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?

Mükəmməl qurulmuş süjet xətti ilə zövq verən kitab hadisələrin açılması ilə sevinc-kədər qarışıq hisslər oyadır oxucuda. Hər zaman Qanbay Qasımlının iştirakı ilə olan kitabları xüsusi bir həvəslə başlayıram oxumağa. “İtmiş Qızın Axtarışı” da belə kitablardan biri oldu. Zövq alaraq oxuduğum Elxan Elatlı əsərlərindən birinə çevrildi.

Sevgini, xəyanəti, dostluğu, sevinci, kədəri, qorxunu, şübhəni, inamı, xəyal qırıqlığını bir də bu müəllifin qələmindən oxumaq fərqli bir duyğudur. Son olaraq bunu da qeyd etməliyəm ki, hər yeni kitabını oxuduqca Elxan Elatlı marağını itirmir mənim üçün. Əksinə onun dəsti-xəttinə, dünyagörüşünə, təxəyyülünə marağım və heyranlığım daha da artır.
“İtmiş Qızın Axtarışı” sona qədər intizarda saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi üçün sadəcə 3 bal aldı.

26.01.2014 / 05.47 p.m.

Elxan Elatlı “İtmiş Qızın Axtarışı” PDF

Elxan Elatlının kitabda toplanmış dörd hekayə və iki povesti sırf detektiv janrdadır. Onlarada hüquq-mühafizə orqanlarının çətin və şərəfli işindən,qaranlıq cinayətlərin aglın və məntiqin gücü ilə açılmasından bəhs edilir.

1962 – Həyatdadır

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Elxan Elatlı “İtmiş Qızın Axtarışı” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

itmis-qizin-axtarisi.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.