Ənvər mete loğmanlar
Ənvər Həmidov 1937-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəllər Şəki Rayonlararası Mərkəzi Xəstəxanada cərrah işləmişdir. 1968-ci ildə Moskvada akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil olmuş, 1971-ci ildə sümük şişlərinə dair namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi vəzifəsidə işləməyə başlayır, daha sonra baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlərin Elmi Şurasının sədri, 1975-1980-ci illərdə isə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olur.
Ənvər mete loğmanlar
Mənalı həyat yolu
Dünyaya gələn hər bir insanın öz tale yolları vardır. Ulu Tanrı insanları xoşməramlı niyyətlə yaradır. Lakin bu niyyət öz-özünə reallaşmır. Bunun üçün insanın ağlı, zəkası, zehni , düşüncəsi, həyatın tələblərini və gedişatını dərindən dərk edib , qarşıya qoyduğu məqsəd və amalına nail olmaq uğrunda qabiliyyətini səbir, dözüm və təmkinlə sərf etməsi həlledici şərtdir .
Bütün bunlara əməl etməyi bacaranlar taleyin daşlı-kəsəkli yollarında istəklərinə nail olur , arzularının zirvəsinə ucalırlar. Onlardan biri də Azərbaycan ziyalıları sırasında öz mövqeyi , alimlik və dəyərli şəxsiyyət dəst-xətti olan tanınmış həkim-publisist Ənvər Mustafa oğlu Həmidov. Ədəbi təxəllüslə daha çox tanınmış – Ənvər Mete .
Onun ömrünün tale yolları çox rəngarəng, acılı-şirinli, kədərli-sevincli anlarla dolu olmuşdur . Ömür kitabını vərəqlədikcə həyatının səhifələri gözlərimiz önündə canlanır. O səhifələr ki , alimin uşaqlıq illərindən başlayaraq kamillik zirvəsinə qədər keçdiyi tale yollarını işıqlandırır, həyatın əsl mənasını bizə andırır. Məsəl var , deyirlər, ot kökü üstə bitər. O, 1937-ci ildə iyulun 17-də ölkəmizin dilbər guşələrindən birində – Şəki şəhərində sənətkarlar ailəsində dünyaya göz açmışdır. 10 saylı məktəbdə oxudu , ilk gündən çevikliyi , hazırcavablığı, iti hafizəsi ilə uşaqların içində seçildi . Balaca Ənvər özünün biliyi , qabiliyyəti və davranışı ilə müəllimlərin hörmətini qazandı, sevimlisinə çevrildi . Məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini respublikamızın mötəbər ali təhsil ocaqlarından biri olan N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verib , yüksək qiymətlərlə qəbul oldu .
1962-ci ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək müəllimlərinin xeyir-duası ilə Şəki şəhərinin Rayonlararası Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində böyük həvəslə işinə başladı. Çoxlu mütaliə edir , təcrübəsini artır ırdı, təşəbbüskarlığı ilə seçilirdi . Belə ki , xəstəxanada travmatologiya şöbəsini yaratdı və ona başçılıq etdi . Qısa zamanda , öz biliyi , davranışı ilə, xəstələrə məsuliyyət və vicdanla xidmət göstərməsiylə gənc Ənvər həkim və onun şöbəsi əhali arasında etimad və hörmət qazanır.
Stasionar klinikada altı ilə yaxın gərgin işləyəndən sonra istedadlı, bacarıqlı, sənətini sevən gənc həkim təhsilini davam etdirmək arzusu ilə 1968-ci ildə Moskvada , akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil oldu v ə 1971-ci ildə sümük şişləri mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi . Vətənə qayıtdıqdan sonra Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi , baş elmi işçi , Elmi Şuranın katibi və gənc alimlər elmi şurasının sədri işləmişdir.
1979-cu ildə ailə qurdu , bir oğlu , iki qızı dünyaya gəldi. Ənvər müəllim 1975- 1980-ci illərdə Azərbaycan Travmatologiya-Ortopedlər Elmi Cəmiyyəti idarə heyətinin məsul katibi olmuşdur . 1980-ci ildə Zaqafqaziya Travmatoloq-Ortopedlərinin IV qurultayında təftiş komissiyasının sədri seçilmişdi . O bir qayda olaraq elmin qarşısında duran və həllini gözləyən problemləri tədqiqat obyekti seçən, daim elmi axtarışlar eşqi ilə yaşayan alim idi . Elmə olan hədsiz vurğunluğu bir çox elmi nailiyyətlərin əldə olunmasında ona təkan vermişdir . 70-dən çox elmi əsərin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap edilmişdir . Həm elmi , həm də klinik-metodik cəhətdən zəngin təcrübə qazanan Ə.Həmidov 1976-1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə müdirlik etmişdir . Geniş savad , təşkilatçılıq qabiliyyətinə malik və göstərdiyi təşəbbüskarlıq xüsusiyyətinə görə 1987-ci ildə Bakı şəhər 26 saylı Birləşmiş Xəstəxanaya baş həkim vəzifəsinə təyin olunmuş və 15 ildən artıq bu böyük tibb müəssisəsinə uğurla r əhbərlik etmişdi . Daha sonra həmin xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini , travmatoloq-ortoped işləyirdi.
Tutduğu vəzifədən asılı olmayaraq , bütün həmkarlarına, xəstələrə, dostlarına, ona müraciət edənlərə qarşı olduqca diqqətli, xeyirxah və qayğıkeş bir insan idi . Öz bilik və təcrübəsini gənc nəslə çatdırmağı özünə borc bilirdi . �SSRİ səhiyyə əlaçısı� idi , dəfələrlə Bakı şəhəri, rayon və qəsəbə sovetlərinə xalq deputatı seçilmişdi .
Ənvər müəllim yaradıcı insan , həmişə axtarışda olan , hərtərəfli fəaliyyət zənginliyinə malik alim idi . O, uzun illər Azərbaycanımızın təbabət tarixinin , tibbi keçmişinin , çoxlarına məlum olmayan və məşhur tibb xadimlərinin təbabətin inkişafındakı rollarını və elmi fəaliyyətlərini hərtərəfli tədqiq etmişdir . İllərlə arxivlərdə çalışmış, arayıb-axtarmış, unudulmuş s ənədləri üzə çıxarmış, evlərdə yatıb-qalmış, toz basmış tarixi sənədlərə yenidən həyat vermişdir . Apardığı çoxillik gərgin elmi araşdırmaların nəticəsi olaraq 500 səhifəlik sanballı � Loğmanlar yurdu ” əsəri ərsəyə gəlib və 1991-ci ildə �İşıq” nəşriyyatında çap olunub . Tibb tariximiz , indiki və gələcək nəsillərə örnək olacaq şəxslər haqqında verilən məlumatlar, ekologiyanın sağlamlığa təsiri, müdrik kəlamlar və məsləhətlərin yer aldığı bu əsər, ulu loğmanlarımızın çoxəsrlik fədakar əməyinin öyrənilməsində m ühüm dərslik kimi istifadə olunur . Poeziyamızın patriarxı Bəxtiyar Vahabzadə ” Loğmanlar yurdu ” kitabını Azərbaycan təbiblərinin ensiklopediyası adlandırıb.
Ənvər Metenin � İblis xislətli erməni� kitabı 2009-cu ildə işıq üzü görmüşdür . Bu kitabda mənfur ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri vandalizmdən, soyqırımından və soydaşlarımızın doğma torpaqlarından qovulmasından, Qarabağ hadisələrindən geniş məlumat verilmişdir .
Alimin 2008-ci ildə ” Nurlan ” nəşriyyatında yenilənmiş ” Loğmanlar ” adlı kitabı işıq üzü görüb . Bu irihəcmli sanballı əsəri o , təbabətdə öz sözünü deyən, görkəmli oftalmoloq , akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr etmişdi . 2012-ci ildə ” Elm və təhsil” nəşriyyatında ” İntellektual ekologiya ” adlı çox dəyərli toplusu çapdan çıxıb. O, təbabətdə ilk dəfə olaraq ” İntellektual ekologiya ” terminini irəli sürür .
Ənvər Mete ailəsinə, uşaqlarına bağlı olduğu kimi , soykökünə, boya-başa çatdığı doğma yurduna bütün varlığı ilə bağlı bir şəxs idi . Bu sevginin bəhrəsi kimi uzun illərin gərgin zəhmətinin nəticəsi olan “O torpağın övladları” kitabı işıq üzü gördü . 2006-cı ildə ” Nurlan ” nəşriyyatında çap olunmuş 600 səhifəlik kitab Şəkinin həyatında görkəmli rol oynayan və artıq unudulmaqda olan məşhur şəxsiyyətlərin ə həsr edilmişdir . Burada əsrarəngiz gözəlliyi, tarixi abidələri ilə dünya şöhrəti qazanmış Şəki diyarı, xalqımızın fəxri olan , dövlətimizin mədəniyyətinin inkişafında, siyasi və iqtisadi həyatında mühüm rol oynamış şəxslər barədə ensiklopedik məlumatlar verilir . Ənvər Metenin bütün kitabları geniş oxucu kütləsi arasında böyük rəğbətlə qarşılanıb.
Onun həyat yolu alim-həkim-publisist-vətəndaş vəhdətində qurulmuşdu . O, zəngin dünyagörüşünə malik , dərdə üstün gəlməyi bacaran şəxsiyyət, sanballı elmi əsərlər yazan , vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi yanaşan və həyatda düzgün mövqe tutub yaşayan böyük ziyal ı kimi şərəfli ömür yolu keçmişdir . 2014-cü il martın 19-da amansız ölüm , həmişə axtarışda olan , xeyirxah və səmimi insanı aramızdan apardı.
Ənvər müəllimin xatirəsi həmişə əzizlərinin, dostlarının və tanışlarının yaddaşında silinməz bir xatirə olaraq qalacaqdır. Ulu Tanrımızdan ona qəni-qəni rəhmət diləyirik.
Nadir Əhmədov,
respublikanın Fəxri rabitəçisi
Mədəniyyət.- 2014.- 23 may.- S. 11.
Ənvər Mete
Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) — tanınmış həkim və yazıçı-publisist.
Ənvər Həmidov 1937-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəllər Şəki Rayonlararası Mərkəzi Xəstəxanada cərrah işləmişdir. 1968-ci ildə Moskvada akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil olmuş, 1971-ci ildə sümük şişlərinə dair namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi vəzifəsidə işləməyə başlayır, daha sonra baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlərin Elmi Şurasının sədri, 1975-1980-ci illərdə isə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olur.
1976–1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik etmişdir. 1987–2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında baş həkim olmuşdur. Daha sonra həmin xəstəxanada travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini işləyirdi. Səhiyyə əlaçısı idi. 70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap edilmişdir.
Onun “Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) əsəri tədris vəsaiti kimi istifadə edilir. “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı 2006) adlı iri həcmli əsəri Şəkinin görkəmli şəxslərinə həsr olunmuşdur. Bundan başqa “İblis Xislətli Erməni” adlı digər bir kita isə onun həmmüəllifliyi ilə (Nadir Əhmədovla birlikdə) işıq üzü görmüşdür.
Ənvər Həmidov (Mete) özü də haqqında sevə-sevə söhbət açdığı loğmanlar nəslinin layiqli davamçılarından biri idi.
Avqust 04, 2021
Ən son məqalələr
Honkonq Çin Universiteti
Honkonq Elm və Texnologiya Universiteti
Honkonq Universiteti
Honkonq bayrağı
Honkonq dolları
Honkonqdakı məscidlərin siyahısı
Honikulu boğazı
Honolulu
Honolulu (Havay)
Honlama
Ən çox oxunan
Hiperbola
Hiperbolik funksiyalar
Hiperion (mifologiya)
Hiperkalsemiya
Hiperlup
ənvər, mete, ənvər, mustafa, oğlu, həmidov, tanınmış, həkim, yazıçı, publisist, ənvər, həmidovənvər, mustafa, oğlu, həmidovdoğum, tarixi, 1937doğum, yeri, nuxa, nuxa, rayonu, azərbaycan, ssrivəfat, tarixi, mart, 2014vəfat, yeri, mərdəkan, bakı, azərbaycanvətən. Enver Mustafa oglu Hemidov Enver Mete taninmis hekim ve yazici publisist Enver HemidovEnver Mustafa oglu HemidovDogum tarixi 1937Dogum yeri Nuxa Nuxa rayonu Azerbaycan SSR SSRIVefat tarixi 19 mart 2014Vefat yeri Merdekan Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanAtasi MustafaTehsili N Nerimanov adina Azerbaycan Dovlet Tibb InstitutuFealiyyeti hekimHeyati RedakteEnver Hemidov 1937 ci ilde Nuxa Seki seherinde anadan olmusdur N Nerimanov adina Azerbaycan Dovlet Tibb Institutunun mualice profilaktika fakultesini ferqlenme diplomu ile bitirmisdir Evveller Seki Rayonlararasi Merkezi Xestexanada cerrah islemisdir 1968 ci ilde Moskvada akademik N Priorov adina Elmi Tedqiqat Merkezi Travmatologiya ve Ortopediya Institutunda sumuk patologiyasi uzre aspiranturaya daxil olmus 1971 ci ilde sumuk sislerine dair namizedlik dissertasiyasini mudafie etmisdir O hemin ilden Baki Elmi Tedqiqat Travmatologiya ve Ortopediya Institutunda kicik elmi isci vezifeside islemeye baslayir daha sonra bas elmi isci Elmi Suranin katibi ve genc alimlerin Elmi Surasinin sedri 1975 1980 ci illerde ise Azerbaycan Travmatologiya Ortopedler Elmi Cemiyyeti Idare Heyetinin katibi olur 1976 1983 cu illerde Baki seher 3 sayli klinik xestexanasinda ortopediya sobesine rehberlik etmisdir 1987 2000 ci illerde 26 sayli Baki Seher Birlesmis Xestexanasinda bas hekim olmusdur Daha sonra hemin xestexanada travmatoloq ortoped ve bas hekimin mualice isleri uzre muavini isleyirdi Sehiyye elacisi idi 70 den cox elmi isin 5 monoqrafiyanin muellifidir Bir elmi isi ABS da cap edilmisdir Onun Logmanlar yurdu Baki Isiq nesriyyati 1991 eseri tedris vesaiti kimi istifade edilir O torpagin ovladlari Baki Nurlan nesriyyati 2006 adli iri hecmli eseri Sekinin gorkemli sexslerine hesr olunmusdur Bundan basqa Iblis Xisletli Ermeni adli diger bir kita ise onun hemmuellifliyi ile Nadir Ehmedovla birlikde isiq uzu gormusdur Enver Hemidov Mete ozu de haqqinda seve seve sohbet acdigi logmanlar neslinin layiqli davamcilarindan biri idi Menbe https az wikipedia org w index php title Enver Mete amp oldid 6083458, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Hz. Loğmanın nəsihətlərindən
Hz. Loğman həm Quran, həm də digər dini mətnlərdə ən çox öz hikmətli nəsihətləri ilə tanınır. Onun (ə) adı demək olar ki, ancaq nəsihət etdiyi hallarda zikr olunur:
“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: ‘Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman-13)
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Hz. Loğmanın adı Quranda 2 dəfə zikr olunmuş, hətta Quranda 31-ci surə Hz. Loğmanın adı ilə adlandırılmışdır: “Həqiqətən, Loğmana: ‘Allaha şükür et!’ (deyə) hikmət verdik.” (Loğman-12)
Təfsir alimləri və islam tarixçilərindən bəziləri Hz. Loğmanı peyğəmbər, bəziləri isə hikmət və kəramət əhli kimi təqdim etmişlər. Çox təfsirçilərin qənaəti budur ki, o (ə) peyğəmbər yox, ilahi hikmət verilmiş saleh bəndələrdəndir.
İmam Sadiq (ə) Hz. Loğmanın dilindən bir nəsihət nəql edərək buyurur:
“Hz. Loğman oğluna təsihət edərkən dedi: Ey oğul! Gün ərzində, gecədə, gündüzdə, hətta ömrünün hər bir saatında elə vaxt ayır. Bunu etməsən ömrünü zay etmiş olarsan və həqiqətən bunun kimi (elmlə məşğul olmamaq kimi) ömrü zay edən ikinci bir şey tapa bilmərsən.”
(Məali Şeyx Mufid-293)
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.