Press "Enter" to skip to content

Anatoli Zöhrabbəyov

Asar 1484-yilda yozilgan bo’lib, 59 bob, 5782 baytdan iborat. Bu mavzu aslida eski bo’lib, muayyan tarixiy shaxslarga borib taqaladi. 590-yilda taxtga chiqib, 628-yilda o’ldirilgan Eron shohi Xusrav Parvezning go’zal Shiringa bo’lgan muhabbati ko’pgina tarisiy asarlarda qayd etilgan. Tarixchi Tabariy(923-yilda vafot etgan) uni «Xusravning eng sevikli .

Bakıdan bəhs edən 12 kitab

Ceylanmumoglu.com saytı müxtəlif illərdə Bakı haqqında yazılmış 12 bədii və sənədli kitab təqdim edir: 1. Hüseynqulu Sarabski – “Köhnə Bakı” “Köhnə Bakı”da Azərbaycanın opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932), Azərbaycanın professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) inqilabaqədərki Bakı haqqında xatirələri verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində xurafata yuvarlanan digər bölgələr kimi paytaxt Bakı şəhəri də xalqı zülmü altında saxlayan fırıldaqçı din xadimlərinin, çar qulluqçularının, şəhər qoçularının və digər feodal ünsürlərin yazılmamış qanunları ilə idarə olunurdu. Daim təqib və təhqir edilən maarifpərvər, ziyalı insanlarsa bu cəhalətlə mübarizə aparmaqda aciz idi. “Köhnə Bakı” kitabında əsasən o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub. Bu kitab Azərnəşrin 1939-cu ildə çap etdiyi “H.Q.Sarabski. Köhnə Bakı” kitabının tam mətni əsasında nəşrə hazırlanıb. 2. Manaf Süleymanov – “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının kəşməkəşli günlərindən bəhs edir. Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şey­dən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövrü­n­dən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haq­qın­da bədii salna­mədir. O dövrün möhtəşəm sarayları, imarət­lər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çay­la­rı, ba­zarlar, karvan­saralar, yan­­ğınlar, tətillər, nümayişlər, qan­lı toq­­quşmalarını göstərən bir güz­gü­dür. Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır. Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir ki­tab yoxdur. 3. Əzizə Cəfərzadə – “Bakı-1501” Bakı 1501 — Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş romanıdır. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. 4. Vilayət Quliyev – “General Denstervilin Bakı Gündəliyi” Kitabda Bakı uğrunda mübarizənin şiddətli dövründə – 1918-ci ilin avqustunda eser-menşevik-daşnak alyansının – Sentrokaspi diktaturasının çağırışı ilə Azərbaycana gələn, ingilis işğal qüvvələri – Densterforsun və onun komandanı, general Lionel Denstervilin ölkəmizə və xalqımıza, Azərbaycan Cümhuriyyətinə qarşı çevrilmiş fəaliyyəti araşdırılır! 5. M.Ə.Rəsulzadə – “Bakı və Azərbaycan tarixinə dair əsərlər” M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. 6. Çingiz Abdullayev – “Baki bulvarı” Fəridə Vəliyeva artıq bir neçə ildir ki, ‘Britiş Petroleum’ kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyinbahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb… 7. Anatoli Zöhrabbəyov – “Odlu Diyar” “Odlu Diyar” romanı A.Zöhrabbəyovun natamam və yeganə əsəridir. Vaxtsız ölüm bu şübhəsiz istedadlı insanın yaradıcılığını, necə deyərlər, yarı yolda qoydu. XII əsr Bakısının olduqca maraqlı tarixi səhifələrindən birinin canlandırıldığı bu əsərdə son dərəcə bədii bir ahəngdarlıqla Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni müna­sibətlərdən, Şirvanşahlar sülaləsi nümayəndələrinin xa­rakterlərindən, o dövrün adət-ənənələrindən, bəsit bir təsadüf nəticəsində saray fitnə-fəsadının mərkəzinə düşmüş Səlim adlı gənc bir şairdən bəhs olunur. 8. Çapay Sultanov – “Bakı nefti dünya şahmat taxtasında” 2005-ci ildə müəllifin “Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?” adlı kitabı nəşr olunmuş, bu əsər özünə böyük oxucu auditoriyası qazanmışdı. Belə ki, kitabın elektron versiyası internet saytına yerləşdirilmiş və 2 milyondan çox ziyarətçi tərəfindən oxunmuşdu. Bundan əlavə, həmin əsərlə bağlı bir neçə internet-forum və çoxsaylı diskussiyalar keçirilmiş, müəllifin poçtuna xeyli şərh və təkliflər daxil olmuşdu. Təqdim olunan hazırkı “Bakı nefti dünya şahmat taxtasında. 1939-1945” adlı kitab bir növ “Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?” əsərinin davamı və daha çox onun yenidən işlənmiş variantıdır. Xatırladaq ki, bu kitabda II Dünya müharibəsinin müxtəlif aspektlərinə, ilk növbədə neftlə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Bu, II Dünya müharibəsinin əsas hadisələri kontekstində Azərbaycanın hərtərəfli rolu məsələsinə nəzər salan ilk kitabdır. Əvvəllər məxfi saxlanılan bəzi faktlar və fotoşəkillər də kitabda təqdim olunub. 9. İlqar Fəhmi – “Bakı tarixində kollaj” Bakı tarixindən kollaj” əsəri Bakının tarix və etnoqrafiyasına özünəməxsus müəllif baxışını əks etdirir. Əsərdə Bakının şəhər kimi formalaşması, inkişaf etməsi, Bakı tarixində baş verən əhəmiyyətli iqtisadi-siyasi, demoqrafik hadisələr bir qədər ironik üslubda təsvir edilmişdir. 10. Qılman İlkin – “Bakı və bakılılar” Azərbaycan xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri Sizi boş buraxmayacaq. Oxunaqlı dillə qələmə alınmış bu əsəri yaşı çox olan fotolar bəzəyir. 11. Həsən Həsənov – “Bakı və Qız Qalası” Həsən Həsənovun təqdim olunan monoqrafiyası Bakı Qız qalasının, Bakı bütpərəstlik kompleksinin, Qobustanın nadir qayaüstü təsvirləri kompleksinin hərtərəfli fənlərarası tədqiqinə ilk cəhddir. Əsərdə Qız qalasının bir çox gizli mənalarının açıldığını etiraf etməyə əsas verən tamamilə yeni konsepsiya təqdim olunur. Müəllif əvvəllər irəli sürülmüş versiyaların (Qız qalasının guya orta əsrlər – VI-XII əsrlər tikilisi olması; müdafiə və ya göz qalası olması; dünyagörüşü baxımından isə zərdüştilik ənənələrinə uyğun gəlməsi) tamamilə əsassız olduğunu sübut edir və öz nöqteyi-nəzərinin xeyrinə inandırıcı dəlillər gətirir. 12. Qurban Səid – “Əli və Nino” Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır. 13. Kənan Hacı – “Yaddaş Hacı” İndi çoxları öz nəsil şəcərəsini qurmağa çalışır, yeddi arxa dönənini axtarıb tapır, bəziləri bu nəsil şəcərəsinin budağını qəsdən əyərək aparıb gah Şah İsmayılın, gah imamların, gah da xan-bəy nəslinin üzərinə yönəldirlər və beləliklə, izi dolaşıq salıb gələcək nəsillər üçün problem yaradırlar. Guya bunlar xan-bəy nəvələridirlər, köklü nəsildirlər. Amma tarix bu saxtalığı qəbul eləmir. Gərək bunu unutmayaq. 14. Kənan Hacı – “Sonuncu dərviş” “Gerçək roman” kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı – ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır… Bu, xanənişin həyatın, bir epoxanın sonudur.

Anatoli Zöhrabbəyov

1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933).

Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin “İsgəndərnamə” mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. “Odlu diyar” tarixi* romanı “Drujba narodov” almanaxında, “Vətən uğrunda” jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir. Vaxtsız ölüm əsərin ikinci cildini başa çatdırmağa imkan verməmişdir.

1946-cı ildə Bakıda vəfat etmişdir.

Şeirləri

Odlu diyar tarixi romanı anatoli zöhrabbəyov

Asar 1484-yilda yozilgan bo’lib, 59 bob, 5782 baytdan iborat. Bu mavzu aslida eski bo’lib, muayyan tarixiy shaxslarga borib taqaladi. 590-yilda taxtga chiqib, 628-yilda o’ldirilgan Eron shohi Xusrav Parvezning go’zal Shiringa bo’lgan muhabbati ko’pgina tarisiy asarlarda qayd etilgan. Tarixchi Tabariy(923-yilda vafot etgan) uni «Xusravning eng sevikli .

.pdf «Sab’ai Sayyor» («Yetti sayyora») PDF 3 Feb 2021

Asar 1484-yilda yozilgan bo’lib, 38 bob, 5000 baytdan iborat. “Sab’ai sayyor” asari “hikoya ichida hikoya”usulida yozilgan. Asarning bosh qahramoni – Bahrom. Bahrom Sharqda Mars yulduzining nomi. Arabchasi – Mirrix. Asar voqealari 12 – bobdan boshlanadi. Bunda Bahrom Moniy aytgan va suratini ko’rsatgan Diloromga telbalarcha oshiq .

.pdf LAYLI VA MAJNUN PDF 3 Feb 2021

Bu asar ham 1484-yilda yozilgan bo’lib, u 36 bob, 3622 baytdan iborat. Bu doston sevgi haqidagi dostonlar orasida eng g’amgin va dardli asardir. Doston quyidagi misralar bilan boshlanadi: Men turkcha boshlabon rivoyat, Qildim bu fasonani hikoyat. Yozmoqqa bu ishqi jovidona, Maqsudim emas edi fasona. Mazmunig ‘a .

.pdf Hayrat ul – abror PDF 3 Feb 2021

Asar 7976 misra (3988 bayt) bo’lib, 64 bob, 20 maqolatdan iborat. Bulardan 21 bobi muqaddima, 40 bobi – 20 maqolat va 20 hikoya hamda masal, so’nggi uch bobi esa asar xotimasidir. «Hayrat ul – abror» 1483-yiida aruzning sari’ bahrida yozilgan bo’lib, an’anaviy muqaddima – “hamd .

Comments are closed, but trackbacks and pingbacks are open.