Press "Enter" to skip to content

Osmanlı İmperiyası: mənşəyi, yeri, xüsusiyyətləri və dini

Darılıqlar əsasən çoxlu sayda etnik və dini azlıqdan ibarət olan yunanlar, ermənilər və yəhudilər idi. Öz səlahiyyətlərinə sahib idilər və əhalinin qalan hissəsindən ayrıldılar.

Osmanlı dövlətinin yaranması və ilk işğallar

Səlcuq dövləti dağıldıqdan sonra ölkə bir sıra bəyliklərə parçalandı: Pərvanə oğulları, Sahib ata oğulları, Karasi oğulları, Germiyan oğulları, Saru­xan oğulları, Aydın oğulları, Çandar oğulları, Qaraman oğulları və dövlətin qərb ucunda yerləşən Oğuzun kayı boyundan olan kiçik Osmanlı bəyliyindən ibarət idi. Bu bəyliklər içərisində Osmanlılar qismən zəif hesab edilsə də, yüksək idarəçilik və döyüşkənlik qabiliyyətinə malik idilər. Faktiki olaraq bu bəyliklər nə monqollardan, nə də Konya hakimlərindən asılı deyildilər.

Aşık Paşazadənin (1400-1493-dən sonra) salnaməsinə görə kayı tayfasının bir hissəsi monqol təqiblərindən qaçaraq Orta Asiyadan (Xarəzmdən) Ana­doluya köç etmişdir. Osman qazinin atası Gündüz Alp oğlu Ərtoğrul dörd minlik ailəsi və əqrabaları ilə birgə Qərbə doğru hətəkət edərək 1221-ci ildə Van gölü kənarındakı Əhlət dağı ətəyində məskunlaşmışdı. Rəvayətə görə 1230-cu ildə Səlcuq sultanı I Əlaəddin Keyqubad Kiçik Asiyaya soxulan Xa­rəzmşah Məhəmmədin oğlu Cəlaləddinlə Yassı çəmən düzənliyində (Ərzin­canda) vuruşarkən Ərtoğrul sultan tərəfində döyüşə qoşulur və bunun sa­yəsində sultan qələbə çalır. 1231-ci ildə Ərtoğrul sultan tərəfində İznik Rum impe­ratorunun üzərinə də bir sıra müvəffəqiyyətli yürüşlər edir. Bu qəh­rəmanlıqlarına görə sultan Ərtoğrula Vifiniya ilə sərhəddə uc verdi. Ankara yaxınlığındakı Sögüt qəsəbəsi qışlaq, Domaniç ərazisi isə yaylaq olaraq verilir. Bundan sonra Ərtoğrul qəbiləsini Əhlətdən Anadolunun qərb sərhədlərinə apardı (400-500 çadır). Onlar Səlcuq dövlətinin şimal-qərb sərhədlərini qorumalı idilər. Digər uclar kimi bu uc da irsən keçirdi. Monqolların işğalından sonra səlcuqlardan asılılıq nominal xarakter daşıyırdı.

Ərtoğrul öz ərazisini Bizansın sərhəd rayonları hesabına genişləndirməyə başladı. Bu dövrdə Bizans çox zəifləmişdi. Onun tutduğu ərazilər haqqında dəqiq məlumat yoxdur.

Ərtoğrul 1281-ci ildə 96 yaşında, digər məlumatlara görə 1288-ci ildə vəfat edir. Ərtoğrulun 6 oğlu var idi. Onun yerini oğlu Osman tutur. Osman 1258-ci ildə Sögütdə anadan olmuşdur. Hakimiyyət Osmana verildikdən son­ra, Ərtoğrulun qardaşı Dündar Osmana qarşı çıxdı. Lakin Osmanın tərəfdarları çox idi. Bir neçə ildən sonra isə o, öldürüldü.

Osman bəy Səlcuq sultanı adından bir sıra müvəffəqiyyətli yürüşlər etmişdir. Ən əvvəl ətrafdakı türkləri özünə tabe edərək, Bizansın içərilərinə doğru irəliləmişdi. Osmanlıların ərazisi monqolların hökmranlıq etdiyi ərazilərdən uzaq idi, buna görə bəyliyin hakimləri özlərini monqol xanlarının vassalı elan etsələr də, demək olar ki, öz siyasətlərində müstəqil idilər. Güclü Karaman bəyliyi ilə Osmanlılar həmsərhəd deyildilər və Karamanlılar onlara mane olmurdular. Qonşuluqdakı güclü Germiyan bəyliyi isə o vaxt monqollarla və Bizansla müharibələr aparırdı. Osmanlılardan cənub-qərbdə yerləşən digər bəyliklər Karasi, Aydın, Saruxan bəylikləri isə çox zəif idilər və Balkanlara pirat yü­rüşləri etməklə məşğul idilər. Onların öz donanmaları var idi. Ərtoğrulun və Osmanın qələbələrinin səbəblərindən biri də Bizansla qonşuluq idi. Bu onlara Bizansa yürüşlər nəticəsində varlanmaq imkanı verirdi. Məhz buna görə də başqa bəyliklərin ərazisində məskunlaşmış digər türk tayfalarının nüma­yəndələri Ərtoğrulun və Osmanın dəstələrinə qoşulurdular. Belə ki, qeyri-müsəlman dövlətin ərazilərinin tutulması müqəddəs bir iş idi (cihad).

1291-ci və ya 1289-cu ildə Osman Bizansın Melandiya (Karacahisar) şəhərini tutdu. Bu kiçik Bizans şəhərini özünə iqamətgah seçdi. Karaca­hisardan qaçanların yerinə türklər köçürüldü. Kilsə camiyə çevrildi. Burada Osmanın adına xütbə oxundu. Bundan iki il əvvəl 1289-cu ildə Sultan Osman Qazini rəsmi şəkildə uc bəyi elan etdi və Əskişəhri onun hakimiyyətinə verdi. Məhz buna görə də, bəzi tədqiqatçılar bu tarixi Osmanlı dövlətinin yaranma tarixi kimi götürürlər.

1299-cu ildə Səlcuqların sonuncu sultanı Əlaəddin III Keyqubad ölkədən qaçdıqdan sonra Osman Qazi müstəqil şəkildə öz ərazilərini idarə etməyə başladı. Lakin Osman Qazi və onun varisi Orxan bəy Hülakilərin ali hakimiyyətini tanımış və Elxanilərin xəzinəsinə illik vergi ödəmişlər. Buna baxmayaraq, Hülakilərdən bu asılılıq nominal xarakter daşıyırdı və osmanlılar daxili və xarici siyasətdə tam müstəqil idilər.

Osman sərhədlərini genişləndirməkdə davam edirdi. 1301-ci ildə onun qoşunları Yundhisar və Yenişəhri fəth etdi, paytaxt Yenişəhrə köçürüldü. Yenişəhrdə idarə, iqtisadi və sosial müəssisələr inşa etdirərək, buranı mərkəz halına gətirdi. Dövləti 5 inzibati bölgəyə ayırdı. Hər bölgənin idarəsinə güvəndiyi adamlardan komandanlar təyin etdi.

Osman Bursanı tutmağa hazırlaşırdı. Ailəsini Biləcik qalasına yerləşdirən Osman Qazi buranın idarəsini qaynatası Ədəbalıya tapşırdı. Şeyx Ədəbalı “Əxi­lik” dini-siyasi-ictimai təşkilatın rəhbəri idi. Bu təşkilat Osmanı dəstəkləyirdi.

1302-ci ildə Köprülühisarı fəth edən Osman Qazi 1302-ci il iyulun 27-də Bizansın Bursa canişininin ordusunu məğlub edərək Qoyunhisar (Vafeya) qalasını tutdu. 1305-ci ildə Levke yaxınlığında döyüşdə məğlub olmasına bax­mayaraq, 2 ildən sonra 1307-ci ildə bizanslıları yenidən məğlubiyyətə uğratdı.

1308-ci ildə osmanlılar İzniki mühasirəyə aldılar, şəhəri tuta bilməsələr də, Mərmərə dənizinin sahilindəki Yalova qalasını tutaraq dənizə çıxış yolu əldə etdilər. Elə həmin il Mərmərə dənizindəki İmranlı adasını tutaraq, dəniz bazasına sahib oldular. Bununla da Bursa ilə Bizans arasındakı dəniz yolu nəzarət altına alınmış oldu. Bəzi Bizans knyazları Osmanlı himayəsinə keçdilər. Bu illərdə osmanlı türkləri Bizansın Avropa ərazilərinə Dardanel rayonuna da ilk yürüşlərini etmişlər.

Bundan sonra 1313-cü ildə Geyvə, Akhisar, Yolpazarı, Lüblücə, Levke, Hasarcıq, Tekfurpınarı, Yeniqala, Qaragöz, Yanıkcahisar qalaları fəth edildi və 1315-ci ildə Bursa türklərin əlində olan qalaların mühasirəsində qaldı.

1317-ci ildə Osmanın oğlu Orxan Qazinin qoşunları Sakarya və Qara dəniz istiqamətindəki bir sıra şəhərləri fəth edərək Şimali Anadoluda mövqelərini xeyli möhkəmlətdilər.

Osman Qazi ağır xəstə olduğundan 1321-ci ildən (bəzi tədqiqatçılara görə 1324-cü ildən) ölkənin idarə olunmasını oğlu Orxan Qaziyə tapşırmışdı. Orxan atasının siyasətini davam etdirərək mərkəzi hökuməti möhkəmləndirməklə yanaşı ərazilərini genişləndirməyə davam edirdi. 1326-cı ildə atası öldükdən sonra Orxan ölkəni müstəqil idarə etməyə başladı. Orxan Bursanın fəthini başa çatdırmaq istəyirdi. Hələ 1323-cü ildə o, Ağyazını, Ayanköyü, 1324-cü ildə Qaramürsəli, 1325-ci ildə Atrantosu (sonralar Orxaneli adlandırılır) tu­taraq Bursanı mühasirəyə aldı və hələ atasının sağlığında 1326-cı il aprelin 6-da Bursanı ələ keçirdi. Orxan paytaxtı Bursaya köçürdü. Bursa ilə yanaşı Bolu, Kandıra, Ermənibazarı, Dəvə Hisar fəth edildi.

Osman Qazinin 6 oğlu və bir qızı var idi. Orxan bəyliyin ərazisini qardaşlar arasında bölüşdürmədi. Onlara təklif etdi ki, bəyliyin çiçəklənməsi üçün birgə çalışsınlar. Böyük qardaşı Əlaəddinə vəzirlik təklif etdi. Orxanın və Əlaəddinin adı ilə bir sıra quruculuq işləri bağlıdır. Məs: 1327-ci ildə Bursada gü­müşdən ilk osmanlı akçasının zərb edilməsi onların adı ilə bağlıdır. Orta əsrlərdə öz adından pul zərb etdirmək müstəqilliyi, hər hansı bir dövlətdən asılı olmamağı göstərirdi.

Osmanlıların boğazlara və Qara dəniz sahillərinə doğru irəliləmələri Bizans imperatorunu narahat edirdi. O, türklərə qarşı yürüşə hazırlaşmağa başladı. Bu vaxt Orxan Qazi İznikin mühasirəsinə başlamışdı. Bizans imperatoru III Andronikosun ordusu 1329-cu ilin mayında Maltəpə (Relekanon) döyüşündə bizanslıları məğlub edərək, yeni qüvvə ilə İzmit üzərinə hücuma başladılar. Məşhur türk sərkərdəsi Ağca Kocanın qoşunları İzmit yaxınlığındakı Aydos və Semendere (Samandra) qalalarını ələ keçirdilər. Bu bölgəyə Kocaeli adı verildi. Bizanslıların məğlubiyyət xəbərini eşidən İznik təkfuru 1330-cu ildə şəhəri türklərə təslim etdi. Orxan yerli əhaliyə toxunmadı və 1331-ci ildə paytaxtı İznikə köçürdü. Buradakı böyük kilsə camiyə çevrildi.

Bundan sonra bir sıra qalaları da ələ keçirən osmanlı qoşunları İzmit (Nikomediya) üzərinə hücuma keçdilər. 1337-ci ildə Bizans imperatoru III Andronikosun qoşunları Orxanın qardaşı Əlaəddin tərəfindən İzmit yaxınlığında darmadağın edildi və İzmit şəhəri ələ keçirildi. İzmit yeni-yeni yaranmaqda olan osmanlı donanması üçün tərsanə və liman oldu. Bu onlara Frakiya sahillərinə yol açdı. Artıq 1338-ci ildə Frakiya torpaqlarına hücumlar etməyə başladılar. Orxan özü isə 30 gəmi ilə Konstantinopol divarları yanına yaxınlaşdı. 1337-ci ildə Hərəkə, Yalova və Armutlunun fəth edilməsi ilə Osmanlı dövlətinin sərhədi boğaz sahilinə dayandı. Bu fəthlər 1341-ci ildə müqavilə ilə Bizans imperatoru tərəfindən təsdiqləndi. Bir müddət Orxan Bizans üzərinə hücumları dayandırdı. Lakin Orxan Bosforun Asiya sahilindəki ərazilərə artıq öz ərazisi kimi baxırdı. 1352-ci ildə Mərmərə dənizindəki adalar zəbt edildi.

Az sonra Orxanla Bizansın münasibətləri yenidən kəskinləşdi. Orxan Bizansın Avropa ərazilərinə hücumlara başladı. Bu hücumları asanlaşdıran başqa bir amil var idi. XIV əsrin 40-cı illərində Karasi oğulları bəyliyində daxili qarışıqlıqdan, ara müharibələrindən istifadə edən Orxan bu bəyliyin Dardanelin şərq sahillərinə qədər gəlib çıxan ərazilərini 1345-ci ildə öz torpaqlarına birləşdirdi. Bəylik 1335-ci ildən osmanlılara tabe idi.

XIV əsrin ortalarında türklər şərqdə də fəaliyyətə başladılar. Orxanın bəyliyi Kiçik Asiyadakı monqol canişini Ertenin torpaqları ilə həmsərhəd idi. Orxan bəyliyin ərazisini xeyli genişləndirdi. 1354-cü ildə Ankara tutuldu.

Bu vaxt bolqarlar və serblər Bizans imperatoru Kantakuzenə qarşı üsyan qaldırmışdılar. Kantakuzen Roma papası ilə osmanlılara qarşı bağladığı ittifaqı pozaraq, 1352-ci ilin sonunda Orxan Qazidən yardım istədi. 1345-1348-ci illərdə Orxanın oğlu Süleymanşah Gelibolu yarımadasında və Frakiyada hərbi əməliyyatlar aparırdı. 1349-cu ildə o, Salonikidə (Fessalika) üsyanın yatırıl­masında Kantakuzenə yardım etmişdi. Orxan oğlu Süleymanşahın başçılığı ilə 10 minlik qoşunu üsyançılara qarşı göndərdi. Bunun əvəzində Orxan Gelibolu yarımadasındakı qalalardan birini tələb etdi. Süleymanşah burada üs­yan­çı­lara qarşı bir sıra zəfərli yürüşlər etdi. 1353-cü ildə Anadoluya dönərkən Sü­ley­manşah Bizans imperatorunun türklərə verdiyi Simpe qalasında müəyyən hərbi hissə saxladı. 1354-cü ilin martında Orxan Qazinin əmri ilə Süleyman şahın 20 minlik ordusu Çanakkaleni keçərək Gelibolu və Tekirdağ limanlarını ələ keçirdi. 1354-cü ildə bütün Gelibolu yarımadası türklər tərəfindən tutuldu. Gelibolunun ələ keçirilməsi ilə Balkan yarımadasının fəthinin başlanğıcı qoyuldu.

Səlcuq dövlətinin süqutundan sonra Kiçik Asiya ərazisində yaranmış bəyliklərdən Balkan yarımadasına daha yaxın olanlar – Karasi, Saruxan, Aydın bəylikləri Balkanlara pirat yürüşləri təşkil edirdilər. XIV əsrin II yarısından etibarən buraya osmanlıların planlı yürüşləri başladı.

Sonra Süleymanşahın qoşunları 1356-cı ildə Malkara, Keşan və Çorlunu tutdular və bununla da Ədirnə ilə Konstantinopol arasındakı əlaqə kəsildi. Ələ keçikilən ərazilərə türk ailələri köçürüldü və buralar türklərin daimi məskən­lərinə çevrilirdi. Süleymanşahın qoşunları Ədirnə istiqamətində irəliləməyə başladılar.

1358-ci ildə Süleymanşah ov zamanı atdan yıxılaraq öldü. Onun qardaşı Murad Frakiyada hərbi əməliyyatları davam etdirirdi. 1359-cu ildə Orxan Qazinin sağlığında Murad Osmanlı taxtına çıxdı. O, ölümünə yaxın sultan titulu qəbul etdi. I Murad atasının Avropadakı siyasətini davam etdirmək istəyirdi. Lakin Anadoluda baş verən qiyamlar buna mane oldu.

Osmanlıların hər an artmaqda olan gücünü özü üçün təhlükəli hesab edən Karaman bəyliyi onlara qarşı hücuma keçdi. Karamanlılara Muradın kiçik qardaşları İbrahim və Xəlil Çələbilər də qoşulmuşdular. 1360-cı ildə An­karada məskunlaşan İbrahim və Xəlil tutuldular. İbrahim öldürüldü. Xəlilin ölüm səbəbi müəyyən olunmamışdır. Karaman hökmdarı itaət edəcəyinə söz verdi.

Anadoluda öz hakimiyyətini möhkəmlədən I Murad yenidən Rumelinə qarşı hücuma keçdi. 1360-cı ildə Çorlu, Keşan, Dimetoka, Pinarhisar, Baba­əski, Lüleburqaz tutuldu. Orxanın ölümündən sonra 1361-ci ildə isə Ədirnə fəth edildi. 1362-ci ildə Bolqarıstanın Filippopol (Plovdiv) şəhəri ələ keçirildi və Bolqarıstan çarı Şişman özünü I Muradın vassalı elan edərək, vergi vermək öhdəçiliyi götürdü. O, bacısını sultanın hərəmxanasına verdi. 1365-ci ildə Murad müvəqqəti olaraq paytaxtı Ədirnəyə köçürdü.

I Muradın Rumelidəki müvəffəqiyyətləri Roma papası V Urban başda olmaqla Avropa dövlətlərini çox narahat edirdi. V Urban Macarıstan, Serbi­ya, Bosniya, Valaxiya və Bolqar krallıqlarından ibarət ittifaq yaratdı. Sultanın əsas qoşunlarının Kiçik Asiyada olmasından istifadə edən 60 minlik müttəfiq qoşunları hücuma keçdilər. Macar kralı Layaşun rəhbərliyi ilə onlar bir sıra əraziləri ələ keçirdilər. Maritsa (Meriç) çayını keçən müttəfiqlər Ədirnə üzərinə hücuma hazırlaşırdılar. Bu vaxt 1364-cü ildə 10 minlik türk akınçıları Hacı İlbəyin başçılığı ilə gecə ikən xaçlıların düşərgəsinə qəfil hücum etdilər. Xaçlı ordusunun bir hissəsi öldürüldü, bir hissəsi isə əsir alındı. Macar kralı Layoş qaçaraq canını qurtardı.

Türklərin Balkanlarda məşğul olmasından istifadə edən Bizans impe­ratorunun dayısı Savoya kontu (qrafı) Amadeo (1365 və ya 1366-cı ildə) Gelibolu yarımadasını tutdu. Bir il sonra I Muradın qoşunları onu Geliboludan qovaraq buranı yenidən ələ keçirdilər. 1368-ci ildə daha bir sıra ərazilər, o cümlədən Qırxkilsə (Kırklareli) ələ keçirildi.

Osmanlıların Balkanlarda müvəffəqiyyətlərindən təlaşa düşən Bolqar kralı Sişman Bizansın təhriki ilə türklərlə müqaviləni pozaraq Serb kralı ilə osmanlılara qarşı ittifaqa girdi və müharibəyə başladı. 1371-ci il iyulun 26-da müttəfiqlər ağır məğlubiyyətə uğradılar. Hər iki kral öldü. Bununla Makedo­niyanın qapıları osmanlıların üzünə açılmış oldu və 1386-cı ildək bütün Ma­kedoniya ərazisi türklər tərəfindən fəth edildi. I Muradın oğlu Savcı 1373-cü ildə sultana qarşı qiyam qaldırdı. O, Bizans taxt-tacının varisi, atası ilə hakimiyyət uğrunda mübarizə aparan Andronik ilə müqavilə bağladı. Savcı və onun tərəfdarları Dimetokada mühasirəyə alındılar. Savcı ələ keçirildi. 1387-ci ildə Muradın qoşunları qısa müddətə Balkanlardan aralanmalı oldular. Buna səbəb Karaman bəyliyi ilə konflikt oldu. I Murad Həmid oğulları bəyliyinin bir hissəsini tutmuşdu. O, bu torpaqları satın almışdı. Karaman bəyi Əlaəddin də bu torpaqlara iddia edirdi. Murad Konya düzənliyində onun qoşunlarını darmadağın etdi və Kon­yanı mühasirəyə aldı. Əlaəddin Karamanoğlu ilə sülh bağladıqdan sonra oradakı torpaqlarını 5 sancağa böldü. Bu sancaqların başına özünə sadiq əyanları qoydu.

Bu vaxt Serbiya çarı Lazar bosniyalılarla ittifaqa girərək türklərə qarşı yürüşə başladı. 1389-cu il iyunun əvvəllərində I Murad öz qoşunları ilə Ser­biyaya qarşı hücuma keçdi. 1389-cu il iyunun 15-də Kosovo çölündə (Cənubi Serbiya) serb-bosniya qoşunları ilə türklər arasındakı döyüşdə osmanlılar parlaq qələbə qazandılar. Serbləri və bosniyalıları albanlardan, hersoqovi­nalılar­dan, polyak və macarlardan ibarət kiçik dəstələr müdafiə edirdi. Lazar əsir düşdü. Miloş Obiloviç adlı bir serb I Muradı ölümcül yaraladı. Bu yaradan vəfat edən I Muradın yerinə böyük oğlu I Bəyazid sultan oldu. Sürətli hərbi qələbələrinə görə İldırım ləqəbi aldı. Taxta çıxdıqdan sonra I Bəyazid (1389-1403) ilk əvvəl Serbiyada başlanan əməliyyatı sona çatdırdı.

I Muradın ölümündən sonra Anadolu bəyləri yenidən osmanlılara qarşı qiyam qaldırdılar. 1389-cu ildə I Bəyazid Anadoluya keçərək Aydın oğulları, Saruxan oğulları, Germiyan oğulları, Menteşe və Həmid oğulları bəyliklərini tutaraq Kütahyanı bu bəyliklərin vilayət mərkəzi etdi. Bundan sonra Karaman bəyliyinə hücum edərək Konyanı mühasirəyə aldı. Karaman bəyliyi itaət edəcəyi haqda müqavilə imzalamağa məcbur oldu.

Sultan I Bəyazid Konstantinopol üzərinə hücum edərək 1391-ci ildə şəhəri mühasirəyə aldı. Lakin Anadolu bəylərinin qiyamını yatırmaq üçün Bizans imperatoru ilə müqavilə imzaladı və Anadoluya qayıtdı. 1392-ci ildə Kas­tamonuda Çandar oğullarını məğlub edərək, Sivas hökmdarı Kadi Bürha­nəddin üzərinə hücuma keçdi. Yaşıl İrmak, Amasiya Bəyazidin hakimiyyətinə tabe oldu. 1393-cü ildə Bəyazidin qoşunları Bolqarıstan paytaxtı Tırnova şəhərini tutdular. 1395-ci ildə Bolqarıstanın axırıncı şəhəri Vidin ələ keçirildi. Beləliklə, Bolqarıstan türklərin əlinə keçdi. XIV əsrin sonuna yaxın Bos­niyanın bir hissəsini tutdular, Albaniyaya daxil oldular. 1394-cü ildə osmanlılar Peloponnes yarımadasına daxil oldular. Yunan knyazları sultandan vassal asılılığını qəbul etdilər. 1395-ci ildə Yunanıstanda bir sıra şəhərlər fəth edilərək Konstantinopol yenidən mühasirəyə alındı. Bu mühasirə Balkanlarda Roma papasının və macar kralı I Sigizmundun başçılığı ilə yeni xaç yürüşünün başlanmasına səbəb oldu. Xaçlılar 100 minlik qoşunla – bu qoşunda macar­lardan başqa fransız, ingilis, alman və çex cəngavərləri də vuruşurdu – 1396-cı ilin yazında Vidini tutdular. Daha sonra Niqbolunu (Nikopol) mühasirəyə aldılar. 1396-cı il sentyabrın 25-də I Bəyazid Niqboluda xaçlılara ağır zərbə endirərək onları geri çəkilməyə məcbur etdi. Elə bu vaxtdan osmanlılar Valaxiyanı özlərinə tabe etdilər (1391-1396), 1397-ci ildə Attika və Peloponnesə daxil oldular. Bu qələbədən sonra I Bəyazid Konstantinopolu ələ keçirmək üçün 1397-ci ildə İstanbul boğazının ən dar yerində Anadolu tərəfdə “Gözəl­cəhisarı”( Anadolu hisarı) inşa etdirdi. Lakin o, yenidən Bizansla sülh bağ­ladı. Yunanıstanda fəthlərini davam etdirərək 1397-ci ildə dekabr ayında Moreyanı tutdu.

XIV əsrin sonunda İldırım Bəyazidin Balkanlarda olmasından istifadə edən Karaman oğulları yenidən Ankaranı tutaraq osmanlıları Anadoludan sıxışdırmağa başladılar. I Bəyazid Karaman bəyliyi üzərinə hücum edərək Ağçay ovalığında onları məğlub etdi, Konyanı tutub Karaman ölkəsini öz ərazisinə qatdı. 1398-ci ildə Samsunu, Sivası, Tokatı, Kayserini, Kırşehri, Ankaranı ələ keçirərək Anadoluda şimalda Qara dənizə və şərqdə Fərat çayına qədər olan əraziləri vahid türk dövləti halında birləşdirdi.

Bu qələbədən sonra I Bəyazid 1400-cü ildə yenidən Konstantinopolu mühasirəyə aldı.

Bütün bunlarla yanaşı Osmanlıların dövlət quruluşu da möhkəmlənirdi. Əgər Osman sülalənin başçısı və uc bəyi idisə Orxan əsl hökmdar idi. Orxanın dövründə dövlət təşkilatları formalaşmağa başladı, vəzir vəzifələri və onların rəhbərlik etdikləri sahələr müəyyən edildi. Sultan ölkənin ali rəhbərinə çevrildi.

Hökumət idarəsi 4 hissədən ibarət idi: baş vəzir, kadiəsgər, dəftərdar və nişancı.

Baş vəzir-sultanın müavini və ya hökumətin başçısı hesab olunurdu və dövlət gerbinin qoruyucusu idi. Baş vəzir dövlətin siyasi işlərinə rəhbərlik etməklə yanaşı, orduya da rəhbərlik etməli idi. Vəzirlər və adları çəkilən idarələr, bəylərbəy və sancaqbəyləri də baş vəzirə tabe idilər.

Kadiəsgər- baş ordu hakimi idi, ədliyyə və maarif işlərinə rəhbərlik edirdi.

Dəfdərdar-maliyyə işlərinə rəhbərlik edirdi.

Nişancı idarəsi – qanunlar verilməsinə nəzarət edir, qanunları sultan adından təsdiq edə bilərdi. XVII əsrin ortalarına qədər nişancı idarəsi xarici ölkələrlə əlaqələrə də rəhbərlik edirdi.

Sultanın yanında Ali Məsləhət Şurası-Divan yaradıldı.Bura baş vəzir, adı çəkilən idarələrin rəhbərləri və iri əyanlar daxil idi. Orxanın dövründə ilk dəfə ölkə ərazisi inzibati vahidlərə-paşalıqlara bölündü. Paşalıqlar öz növbəsində sancaqlara, sancaqlar isə daha kiçik inzibati vahidlərə bölünürdü. Paşalığın başında sultan tərəfindən təyin olunmuş və geniş səlahiyyətlərə malik olan paşa dururdu. Sancaqların başında isə sancaqbəyi dururdu və onlar bir sıra inzibati-siyasi səlahiyyətlərə malik olmaqla feodal ordusunun başçısı kimi də fəaliyyət göstərirdilər.

Osmanlı dövlətində məhkəmə funksiyasını yalnız hakimlər-kadilər həyata keçirirdi. Əsas hüquq normaları şəriətə əsaslanırdı.

Osmanlılar Orxanın zamanına qədər Konya sultanlığının sikkələrindən istifadə edirdilər. 1327-ci ildə Orxanın qardaşı baş vəzir Əlaəddinnin məsləhəti ilə Osmanlı sikkəsi zərb olunmağa başladı.

Osmanlı dövlətinin əsas dayağı hesab edilən Akıncı (süvari) ordusu müasir tələblərə cavab vermirdi. Xüsusən də qalaların alınmasında süvari ordusu özü­nü doğrultmurdu. Eyni zamanda akıncılar nizami ordu deyildi və hərbi yürüş ərəfəsində bunları yenidən toplamağa vaxt lazım idi. İlk dəfə Orxan baş vəziri Əlaəddinin məsləhəti ilə muzdlu piyada (yaya) və süvari (müsəlləm) orduları yaratdı. Yeni yaranan orduda güclü təşkilati qayda və idarəçilik aparatı yaradılmışdı. Ordu on, yüz, min bölümlərinə ayrılaraq onbaşı, yüzbaşı, minbaşı adlanan sərkərdələrin rəhbərliyinə verilirdi.

Osmanlı ordusunda baş verən yeniliklərdən biri də əsir alınan və müsəl­manlığı qəbul edən gənc xristianlardan təşkil edilən yenicəri qoşun hissəsi idi Əsası 1360-cı ildə (1361 və ya 1363 ildə) qoyulmuşdur.M.S.Meyer yazır ki, hələ Orxanın dövründə min nəfərdən ibarət ilk yeniçəri dəstəsi təşkil olun­muşdu. Yeniçəri-yeni çəri, yeni ordu deməkdir. Yeniçəri ordusu maaş alan, kazarmalarda yerləşdirilən, təsərrüfat və ailə qayğılarından azad professional, daimi ordu idi. Daha sonra yeniçərilər məcburən toplanan xristian uşaq­larından ibarət oldu. 8 yaşından yuxarı, hətta 20 yaşlı gənclər də toplanırdı. Müsəlmanlığa gətirilən, gənc əsgərlər uşaq yaşlarından hərbi işi öyrənir, müsəlman ruhunda tərbiyə olunurdular. Onlara evlənmək, ticarətlə və sənətkarlıqla məşğul olmaq qadağan edilmişdi. Yüksək maaş, sultanların qiymətli hədiyyələri, asan yolla yüksək hərbi və dövlət vəzifələrinə keçmək imkanı- bütün bunlar yeniçəriləri çalışqan əsgərə və sultan taxtının möhkəm dayağuna çevirirdi. Yeniçəri korpusu misalında azsaylı süvari korpusu-sipahi yaradılmışdı. Bunu lençi-sipahilərlə qarışdırmaq olmaz.

Yaradılan muzdlu qoşun hissələrinə ilk illərdə məvacib verilirdi. Sonralar məvacib əvəzinə qoşun bölmələrinə torpaq paylandı. Bu torpaqlar timar və ya­xud hərbi-len-pay torpaqları kimi təşəkkül tapdı. Bu torpaq sahibliyi Tür­kiyədə uzun müddət əsas feodal mülkiyyətlərindən birinə çevrildi. 1375-ci ildə I Murad qanun verərək ziyamət torpaq sahibliyini yaratdı. Timar (xırda len) və ziyamət (iri len) irsi deyildi, yalnız xidmət dövrü üçün qılınc haqqı olaraq verilirdi. Timar 3 min akçadan 20 min akçayadək gəlir verirdi və timar sahibi timarçı və ya timariot adlanırdı. 20 min akçadan 100 min akçayadək gəlir verən lenlər isə ziyamət adlanırdı, onun sahibi isə zaim adlanırdı. Lakin onların varisləri də orduda qulluq edərdisə həmin torpaq üzərində mülkiyyətçi hüququnu saxlaya bilərdi. Bir neçə lenin bir əldə toplanması qadağan idi.

Sultan bütün ölkənin siyasi başçısı olmaqla bütün torpaqların da sahibi idi. 1368-ci ildə qanunla təsdiqləndi ki, bütün tutulan torpaqlar dövlət mülkiy­yətidir. Lakin sultan ailəsinə və ümumən saraya məxsus torpaqlar xass adlanırdı. Buna sarayda xidmət edən yüksək rütbəli məmurlara verilən tor­paqlar da aid idi. Xasslar iri torpaq sahələri olub, illik gəliri 100 min akçadan artıq idi. Şəxsi torpaq sahələri mülk adlanırdı. Mülklər azlıq təşkil edirdi. Bütün müsəlman dünyasında olduğu kimi, Osmanlı dövlətində də dini torpaq sahibliyi inkişaf etmişdi və bu vəqf adlanırdı. I Muradın dövründə ilk dünyəvi qanunlar verildi. 1368, 1375-ci illər qanunları bunlara aiddir. Osmanlı dövlətində I Murad ilk qanunverici sultan sayılır.

XV əsrdə torpaq sahələrinin iri feodallar arasında bölüşdürülməsi prosesi təşəkkül taparaq Osmanlı dövlətində feodalizm quruluşunun əsas dayağına çevrilmiş oldu.

Torpağın əsas istifadəçisi kəndlilər idi. Hərbi-len torpaqları kəndlilərə yardarlığa verilirdi. II Mehmedin qanununa əsasən hər kəndli ailəsinə 6 hek­tardan 16 hektaradək çift (torpaq sahəsi) verilirdi. İlk dəfə torpağı alan kəndli feodala xüsusi vergi-tapu verməli idi. Tapu vergisi 300 akçaya bərabər idi. Bu torpaqlar irsi olaraq keçirdi. Kəndli öz payını yalnız istifadə etmədikdə itirə bilərdi.

Kəndlilər üç növ rentadan birini ödəməli idilər: işləyib ödəmə, məhsulla ödəmə, pulla ödəmə. Məhsulla ödəmədə uşr vergisi tətbiq edilirdi ki, bu da məh­sulun onda birini təşkil edirdi. Bundan əlavə kəndli bir sıra vergilər də ödəməli idi. Kəndli ildə 7 gün feodalın xeyrinə biyar işləri görməli idi.

Qeyri-müsəlman əhali bu vergi və mükəlləfiyyətlərdən başqa cizyə-can ver­gisi də ödəməli idi. Osmanlılar faktik olaraq tutduqları ərazilərdə vergi sistemini olduğu kimi saxlayırdılar. Məsələn, balkan xristianları üçün yeganə dəyişiklik cizyə vergisinin alınması oldu. Cizyə 16 yaşına çatmış kişilərdən alınırdı və əslində hərbi xidmətə çağırılmamaq müqabilində alınırdı.

Türk feodallar pay torpaqları becərmirdilər. Onlar torpağa ordunun saxlanılması üçün lazım olan vergilərin yığılması mənbəyi kimi baxırdılar.

XV əsrin sonundan fövqəladə mükəlləfiyyətlər – avariz yığılmağa başladı. Bu vergi müharibə dövründə tətbiq edilirdi. Avariz müxtəlif formada ödəni­lirdi: qalaların tikintisində, səngər qazılmasında, ərzaq hazırlanmasında və s.

Köçərilər yuryuk-tərəkəmə adlandırılırdı və onlar bir qayda olaraq qəbilə başçılarına tabe idilər.

Ümumiyyətlə, osmanlılar XIV-XV əsrlərdə bütün dövlət atributlarını for­malaşdırmaqla inkişaf etmiş feodal cəmiyyəti yarada bilmişdilər.

Osmanlı İmperiyası: mənşəyi, yeri, xüsusiyyətləri və dini

The Osmanlı İmperiyası Anadoludakı (Kiçik Asiya) Türk tayfalarının yaratdığı və indiki dövrün 15 və 16-cı əsrlərində dünyanın ən güclü dövlətlərindən birinə çevrilən bir imperatorluq idi.

1922-ci ildə sona çatana qədər altı yüz ildən artıq bir müddət mövcud olmuş, yerini Türkiyə Cümhuriyyəti və Cənub-Şərqi Avropa və Orta Şərqdə meydana gələn digər dövlətlər almışdı.

İmparatorluq, indiki Macarıstan, Balkan bölgəsi, Yunanıstan, Ukraynanın bəzi hissələri, Orta Şərq, Şimali Afrika və Ərəbistan yarımadasının bəzi hissələri də daxil olmaqla, Vyananın qapılarına qədər cənub-şərqi Avropanı əhatə edirdi. .

İmperiya Konstantinopolu ələ keçirməyi və digər ərazilərə nəzarət etməyi bacardıqda, özünü altı əsr boyunca həm şərq, həm də qərb dünyasında ticarət və mədəni qarşılıqlı əlaqələrin mərkəzində tutdu.

Millətin liderliyi ilə əlaqəli bir sıra problemlərdən sonra imperiya Birinci Dünya Müharibəsində iştirak etməyə qərar verdi. Nəticədə Osmanlıların məğlubiyyətinə başa gələn və sonda imperiyanın dağılmasına səbəb olan Almanlarla müttəfiq oldular.

Mənşəyi və tarixi

Osmanlı, sülalənin qurucusu

Səlcuqlu İmperiyası tərəfindən fəth edilmiş bir dövlət olan Ron Sultanlığı, 13-cü əsrdə hakimiyyətdə azaldı və “Anadolu bəylikləri” olaraq bilinən bir neçə müstəqil Türk bəyliklərinə bölündü.

Bizans İmperiyası ilə sərhəd bölgədə yerləşən yeni bəyliklərdən birinə Türk lideri Osman Osman rəhbərlik etdi. O, Türk qəbilələrindən və bəzi Bizanslıları qəbul edən bir qrup izləyicisi ilə birlikdə yaradılış kampaniyalarına başladı. İmperiya.

I Osman knyazlığı, Sakarya çayı boyunca Bizans şəhərlərindəki fəthləri sayəsində daha çox güc qazanırdı. Buna baxmayaraq, Osmanlı dövlətinin başlanğıcda genişlənməsinin mahiyyəti barədə dəqiq qeydlər yoxdur, çünki ilkin böyümənin tarixi mənbələri yoxdur.

I Osmanın ölümündən sonra Osmanlı hakimiyyəti Anadolu və Balkanlara yayıldı. Osmanın oğlu Orhan Qazi, Anadolunun şimal-şərqindəki Bursanı ələ keçirərək, buranı Osmanlı İmperiyasının paytaxtı halına gətirdi və Bizans nəzarətini azaltdı.

Oradan Osmanlı genişlənməsi yaxınlaşdı; Bölgədəki Serbiya gücünə son qoyuldu, keçmiş Bizans torpaqlarına nəzarət ələ keçirildi və Konstantinopol’u ələ keçirmək məqsədi qoyuldu.

Konstantinopolun fəthi II Mehmed

1402-ci ildə Bizanslılar, şərqdən Osmanlı Anadolusunu işğal edən Türk-Monqol lideri Teymurun görünməsi ilə müvəqqəti rahatladılar. Ankara Döyüşündən sonra Teymur Osmanlı qüvvələrini məğlub edərək imperiyanın təşkilatlanmasını sabitləşdirdi.

Bir müddət sonra, təxminən 1430 və 1450-ci illərdə Osmanlıya itirilmiş bəzi Balkan əraziləri Sultan II Murad tərəfindən bərpa edildi və imperiya yenidən sabitləşdi.

29 May 1453-cü ildə II Murad oğlu Fatih Mehmed, dövləti yenidən qurmağı bacardı, hərbi qüvvələrə əmr verdi və nəhayət Konstantinopol’u fəth edərək imperatorluğun paytaxtı etdi.

Mehmed, Pravoslav kilsəsinin Osmanlı muxtariyyətini qəbul etməsi müqabilində öz muxtariyyətini və torpaqlarını saxlamasına icazə verdi. Pravoslav Kilsəsi, Venesiya hökuməti ilə münasibətləri pis olduğundan muxtariyyət qəbul etməyi üstün tutdu.

XV-XVI əsrlər arasında Osmanlı İmperiyası yaxın bir genişlənmə dövrünə qədəm qoydu. Bu mərhələdə millət mütləq hakimiyyətin sultan tərəfindən bir neçə əsr boyu idarə olunduğu bir ata hökumət sisteminə çevrildi.

Coğrafi yer

Osmanlı İmperiyasının ərazi genişlənməsi

Osmanlı İmparatorluğu, 14 – 20-ci əsrlər arasında Cənub-Şərqi Avropanın, Batı Asiyanın və Şimali Afrikanın bəzi bölgələrini nəzarət altına almış, bu gün müstəqil xalqlar olaraq bilinən ərazilər toplusunu əhatə etmişdir. Möhtəşəmliyi elə idi ki, imperiya üç qitəyə yayıldı.

XVI-XVII əsrlərdə Osmanlı İmperiyası qərbdə Mərakeş Sultanlığı ilə, şərqdə Fars və Xəzər dənizi ilə, şimalda Habsburqların hakimiyyəti ilə və iki xalqın Respublikası (Polşa-Litva) ilə həmsərhəd idi. Sudan, Somali və Diriyah Əmirliyi əraziləri ilə cənub.

Osmanlı İmperiyası, digər vassal dövlətlərin yanında 29 vilayətə sahib idi. Bolqarıstan və Servia’ya əlavə Bizans İmperiyasından qalanları mənimsəyənə qədər Anadoludakı kiçik Türk dövlətlərindən biri olaraq başladı.

Digər tərəfdən, Bursa və Adranopolis Osmanlıların əlinə keçdi və Balkanlardakı qələbələr Qərbi Avropanı Osmanlı İmperatorluğunun ekspansionist təhlükəsi barədə xəbərdar etdi. Nəhayət İmperatorluq, İstanbul adı verilən Konstantinopolu ələ keçirdi.

Ümumi xüsusiyyətlər

Dil

İmperatorluğun rəsmi dili, fars və ərəb dillərindən çox təsirlənən bir dil olan “Osmanlı türkcəsi” idi. Osmanlı Türkcəsi, imperatorluğun başlanğıcından sonrakı illərinə qədər davam edən hərbi bir dildir.

Bununla birlikdə, imperiya ərazilərində çox sayda ləhcə var idi; bunlar arasında: Bosniya, Alban, Yunan, Latın və Yəhudi-İspan, köhnə İspan dilindən çıxan bir dil. Dövlət orqanlarına müraciət etmək üçün Osmanlı türkcəsindən istifadə etmək lazım idi.

Bundan əlavə, imperiyada böyük əhəmiyyətə malik iki əlavə dil mövcud idi. Bunlardan biri, yüksək təhsilli insanların danışdığı Fars dilidir və Ərəbistanda, İraqda, Küveytdə və Şimali Afrikanın bəzi yerlərində İslamçı namaz qılmaq üçün istifadə edilən ərəb dilidir.

Memarlıq

Osmanlı memarlığı Fars, Bizans, Yunan və İslam memarlığından güclü təsirlənmişdir.

Lalə dövründə Osmanlıların Qərbi Avropaya yönəlmiş bir hərəkəti, bu bölgələrin Barok, Rokoko və digər üslublarının təsiri altına girdi.

Bununla birlikdə, Osmanlı memarlığı şəhər planlaşdırılması və gündəlik icma həyatı üçün məscidlər tikməyə yönəlmişdir. Nümunə hal-hazırda İstanbulda olan Süleyman Məscididir.

Ədəbiyyat

Osmanlı ədəbiyyatındakı iki əsas axın şeir və nəsr idi, şeir hakim axın idi. Divan şeiri kimi türk populyar ədəbiyyatında analoji janrlar mövcud idi; müddət ərzində musiqiyə salınmış və səsləndirilən şeirlər toplusu.

19-cu əsrə qədər Osmanlı nəsri Divanın yüksək simvolik şeiri kimi tam inkişaf etməmişdir. Nəsrin qafiyəli nəsr qaydalarına riayət etməsi gözlənilirdi; ərəb dilindən gələn nəsrin bir növü, buna görə Osmanlı tərzi o qədər də populyarlaşmadı.

Fransa ilə tarixi əlaqələrə görə 19-cu əsrin ikinci yarısında Fransız ədəbiyyatı Osmanlı ədəbiyyatı üzərində mütləq təsir bağışladı; Qərbdə inkişaf edən romantizm, realizm və naturalizmin təsiri.

Musiqi

Osmanlı klassik musiqisi Osmanlı elitasının təhsilinin mühüm bir hissəsi idi. Əsasən Bizans musiqisi, erməni musiqisi, ərəb musiqisi və fars musiqisi qarışığından yaranıb.

İstifadə edilən alətlər Anadolu, Orta Asiya, Orta Şərq və daha sonra Qərb alətlərinin fortepiano və skripka kimi bir qarışığıdır.

Paytaxtla imperatorluğun digər bölgələri arasındakı coğrafi və mədəni bölgülər səbəbiylə Osmanlı musiqisinin iki üslubu meydana gəldi: Osmanlı klassik musiqisi və Osmanlı xalq musiqisi. Hər vilayətdə fərqli bir xalq musiqisi növü inkişaf etdirildi.

Dekorasiyalar

Osmanlı İmperiyası dövründə kitabələr və ya albomları təsvir etmək üçün çəkilən miniatür ənənəsi populyarlaşdı. Fars sənətindən və Bizansın işıqlandırma və rəngləmə ənənələrindən güclü təsirləndilər. Çin sənətinin aspektləri də önə çıxır.

Digər bir dekorativ üslub, saray müdirlərinin şəkilli əlyazmalarında və ya sultan əlyazmalarında istifadə olunan dekorativ formalarla təmsil olunan Osmanlı İşıqlandırması idi.

Bu parçalar İslam xəttatı ilə hazırlanmış və kağıza mərmər toxumasına bənzər bir toxuma vermək üçün bir texnika istifadə edərək bağlanmışdır.

Osmanlı xalçaçılığı Osmanlı İmperatorluğu sənətində əhəmiyyətli idi. Dini simvolizm və digər rəngli bəzək növləri ilə yüklənmişdilər.

Gastronomiya

Osmanlı qastronomiyası daha çox paytaxta yönəlmişdi; İmperator sarayında təcrübə və müxtəlif yeməklər yaratmaq üçün imperatorluğun müxtəlif bölgələrindən ən yaxşı aşpazları gətirərək mükəmməlləşdirildi.

Saraydakı qastronomik təcrübələrdən başlayaraq reseptlər Ramazan hadisələri ilə Osmanlı İmperiyasına yayıldı.

Osmanlı qastronomiyasının təsiri Yunan, Balkan, Erməni və Orta Şərq mətbəxinin tatlarının qarışığından qaynaqlanır.

idman

Osmanlıda ən populyar idman növləri ovçuluq, türk güləşi, ox atma, at sürmə, cirit atma və üzgüçülük idi.

XIX əsrdə Konstantinopolda futbol idman klubları oyunları ilə çox populyarlaşdı. Zamanın xronologiyasına görə əsas futbol komandaları bunlardı: Beşiktaş Jimnastik Klubu, Qalatasaray İdman Klubu, Fənərbaxça İdman Klubu və MKE Ankaragücü.

Mədəniyyət

Osmanlılar fəth etdikləri bölgələrdəki bəzi ənənələri, sənətləri və mədəniyyət qurumlarını mənimsəmiş və onlara yeni ölçülər əlavə etmişlər.

Memarlıq, qastronomiya, musiqi, əyləncə və hökumət kimi sahələrdə əvvəlki imperiyalardan gələn çoxsaylı ənənələr və mədəni xüsusiyyətlər Osmanlı türkləri tərəfindən qəbul edildi və fərqli bir Osmanlı mədəni kimliyi ilə nəticələndi.

Mədəniyyətlərarası evliliklər də xarakterik Osmanlı elit mədəniyyətinin yaradılmasında rol oynadı.

Din

İslam

Türk xalqlarının, demək olar ki, tamamilə İslamı qəbul etməzdən əvvəl, mənəvi aləmlə qarşılıqlı münasibət qurma mərasimlərindən ibarət olan şamanizm təlimlərini tətbiq etdiklərinə inanılır. Səlcuqlulardan və Osmanlılardan gələnlər tədricən XI əsrdən başlayaraq İslamı qəbul etdilər və dini Anadoluya gətirdilər.

Konstantinopolun fəthindən və Orta Şərqin ərəb bölgələrinin fəthindən sonra İslam imperiyanın rəsmi dini oldu.

İslamın ən yüksək mövqeyi xilafət tərəfindən quruldu; “Xəlifə” adlı İslami idarəçi. Osmanlılar üçün dindar bir müsəlman olaraq Sultan xəlifə vəzifəsinə sahib olmalıdır.

Xristianlıq və Yəhudilik

Müsəlman sistemi tərəfindən idarə olunan Osmanlı İmperiyasına görə, xristianlara ibadət və tərif haqqı kimi bəzi məhdud azadlıqlar təmin edildi. Bununla birlikdə silah daşımaq, at sürmək və digər qanuni məhdudiyyətlər qadağan edildi.

Osmanlı cəmiyyətindəki bütün təminatları təmin etmək üçün bir çox xristian və yəhudinin İslamı qəbul etdiyi deyilir.

“Darılar” həm pravoslav xristianlar, həm də yəhudilər üçün quruldu. “Mijo” ifadəsi müxtəlif dini icmaların qanunlarına hörmət göstərildiyi bir sistemə işarə edirdi.

Pravoslav darı siyasətdə və ticarətdə müxtəlif imtiyazlar aldı, lakin müsəlmanlardan daha çox vergi ödəməli oldu. Digər tərəfdən, Osmanlı ravvininin və ya başçısının tabeliyində olan Yəhudi icması üçün oxşar darılar quruldu.

İqtisadiyyat

İqtisadi inkişaf üçün miqrasiya

Sultan II Mehmed və xələfi II Bayezid, Bursa, Ədirnə, Konstantinopol və imperatorluğun əsas paytaxtlarının inkişafı üçün bir siyasət yürütmək üçün Avropanın müxtəlif bölgələrindən Yəhudilərin köçünü təşviq etdilər.

Avropanın müxtəlif yerlərində Yəhudilər xristianlar tərəfindən zülmə məruz qaldılar, bu səbəbdən Osmanlılar şəhərlərin inkişafı üçün bir çox immiqrantı qarşıladı.

Ticarət yollarının açılması

Osmanlı İmperiyası ilə Qərbi Avropa arasındakı əlaqə, Qərbi Avropanın dəniz yollarını açması sayəsində yaxşılaşdı. İngiltərə-Osmanlı müqaviləsindən sonra Osmanlılar Fransız və İngilis rəqiblərinə bazarlar açdı.

Ticarət mərkəzlərinin və marşrutlarının inkişafı şəhərləri beynəlxalq ticarətin yanında imperatorluqdakı əkin sahələrinin ərazisini genişləndirməyə təşviq etdi. Açıqlığın gətirdiyi üstünlükləri görən Osmanlılar kapitalist və ticarət sistemlərinin arzuolunanlığını təhlil etdilər.

Osmanlı sərbəst ticarət

Çin, Yaponiya və İspaniyanın proteksionizmi ilə müqayisədə Osmanlı İmperiyası xarici idxal üçün açıq bir liberal ticarət siyasətinə sahib idi. Buna baxmayaraq, Osmanlıların sərbəst ticarəti, İmperatorluqda sənayeləşməyə kömək etdi.

Tooman İmparatorluğu, 1536-cı ildə imzalanan ilk müqavilələrdən bəri həm idxal, həm də ixracat üçün tarifləri% 3-ə endirdi.

Siyasi təşkilat

Osmanlı İmperiyasının dövlət təşkilatı

19-cu və 20-ci əsrlərdəki islahatlardan əvvəl Osmanlı İmperatorluğunun dövlət təşkilatı hərbi idarəetmə və mülki idarəyə əsaslanırdı. Sultan mərkəzi hökumətin səciyyələndirdiyi ali hökmdar idi.

Mülki idarəetmə, yerli inzibati vahidlərin öz xüsusiyyətlərinə malik olduğu və mülki orqanlar tərəfindən həyata keçirildiyi bir əyalət sisteminə əsaslanırdı.

İmperator Hərəmi

İmperator Hərəmi sultanların arvadlarından, qulluqçularından, qohumlarından və ya sultanın cariyələrindən, ümumiyyətlə qadınlardan ibarət idi. Bu rəqəmin əsas məqsədi birbaşa enişin davam etməsi üçün Osmanlı taxtında kişi varislərinin doğulmasını təmin etmək idi.

Hərəm, Osmanlı sarayının ən mühüm siyasi güclərindən biri sayılırdı. İmperator Hərəmindəki ən yüksək səlahiyyət, evdəki digər qadınları idarə edən Valide Sultan (Ana Sultana) idi.

Divan

Osmanlı dövlətinin siyasətində Divan kimi tanınan bir sıra müşavir və nazirlər var idi. Əvvəlcə qəbilənin ağsaqqallarından ibarət idi; Bununla birlikdə, tərkibində hərbi zabitlər, dini məsləhətçilər və siyasətçilər daxil olmaqla dəyişdirildi.

Daha sonra, 1320-ci ildə, “Böyük Vəzir” rəqəmi, sultanın müəyyən vəzifələrini öz üzərinə götürmək üçün təyin edildi. Divan vəzirləri bir araya gələrək imperiyanın siyasətində mübahisə edən bir məclis idi. Sultan vəzirin tövsiyələrini nəzərə alsa da, divana tabe olmaq məcburiyyətində deyildi.

Sosial quruluş

Ulama

Üləma dini qurumlarda təhsil almış görkəmli müdriklər idi. Sünni İslamda Ulamalar İslami doktrinanın və qanunların dini biliklərinin tərcüməçiləri və ötürücüləri sayılırdı.

Yeniçərilər

Yeniçərilər sultanların daxili qoşunlarını təşkil edən elit piyada birlikləri idi. İlk korpusun I Murad komandanlığı altında 1362-1389-cu illər arasında qurulduğu deyilir.

Xristian inanclarına görə qaçırılan və sonradan könüllü olaraq İslamı qəbul edən gənc kölələrdən ibarət idilər. Qrupun əsas xüsusiyyəti sərt nizam və intizam idi.

Darı

Darılıqlar əsasən çoxlu sayda etnik və dini azlıqdan ibarət olan yunanlar, ermənilər və yəhudilər idi. Öz səlahiyyətlərinə sahib idilər və əhalinin qalan hissəsindən ayrıldılar.

Hər bölgədə özlərini idarə etdilər, öz dillərində ünsiyyət qurdular, öz məktəblərini, mədəni və dini qurumlarını idarə etdilər və digərlərindən daha çox vergi ödədilər.

Buna baxmayaraq, imperiya hökuməti onları qorudu və digər etnik qruplarla aralarında şiddətli qarşıdurmaların qarşısını aldı.

Ayan

Ayan varlı tacirlərdən, Yeniçəri qarnizon rəislərindən və əhəmiyyətli sənətkarlar gildiyalarının liderlərindən ibarət olan elit bir təbəqə idi. Həm də İstanbul hökuməti üçün vergi yığma haqqını alanlardan ibarət idi.

Bu yerli tanınmışlar, 16-dan 19-cu əsrin əvvəllərinə qədər Osmanlı İmperiyasındakı torpaq zolaqları üzərində müxtəlif dərəcədə inzibati nəzarəti davam etdirirdilər.

Eniş və düşmək

Osmanlı İmperiyasının tənəzzülü

Osmanlı İmperiyasının dağılması İkinci Konstitusiya dövrü ilə, 1876-cı il konstitusiyasının bərpası və Osmanlı Parlamentinin yaranması ilə başladı. Konstitusiya Osmanlılara dövlət qurumlarını modernləşdirmək və xarici güclərə qarşı möhkəm durmaq ümidi verdi.

Hərbi islahatlar müasir Osmanlı ordusunun yenidən qurulmasına kömək edərkən, 1911-ci ildə İtaliya-Türk müharibəsində İmperiya Şimali Afrikadakı bir çox ərazini və Oniki Oniki xalqı itirmişdi. Bundan əlavə, 1912-ci il arasında Balkan müharibələrində Avropa ərazilərinin demək olar ki, hamısını itirmişdi. və 1913.

Osmanlı İmperiyası, 1909-cu ildə Osmanlı reaksiyası da daxil olmaqla, Birinci Dünya Müharibəsindən əvvəlki illərdə davamlı qarışıqlıqla üzləşməli idi; Sultan II. Əbdülhəmid tərəfindən İkinci Konstitusiya Dövrünü və bunun yanında 1912 ve 1913 iki çevrilişini dağıtmaq cəhdi.

Osmanlı İmperiyası və Birinci Dünya Müharibəsi

Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsindəki iştirakı, Osmanlıların Rus limanlarına qəfil hücumu ilə başladı. Bu hücumdan sonra Rusiya və müttəfiqləri (Fransa və İngiltərə) Osmanlılara qarşı müharibə elan etdilər.

Almaniya və Avstriya-Macarıstan milləti ilə əlaqəli olan Osmanlı İmperiyası müharibənin ilk illərində bir neçə mühüm qələbə qazandı.

1915-ci ildə Osmanlı ermənilərin qruplarını məhv etdi və nəticədə təxminən 1,5 milyon erməni öldü. Erməni soyqırımı Birinci Dünya Müharibəsinə paralel olaraq və onun sonunda baş verdi. Ayrıca, “etnik təmizləmə” kampaniyası çərçivəsində Yunan və Assur azlıqlarını qırıblar.

O vaxta qədər Osmanlı İmperiyası ərazilərinin çox hissəsini Müttəfiqlərə itirdi. 1916-cı il ərəb qiyamı və bir neçə il davam edən Türk İstiqlal Müharibəsindən sonra sultanlıq ləğv edildi və son sultan VI Mehmed ölkəni tərk etdi. Xilafət 1924-cü ildə ləğv edildi.

İnsanlığa verdiyi töhfələr

Elm

1577-ci ildə İstanbul Rəsədxanasını bir Osmanlı polimatı Taqi əd-Din inşa etdirdi; əlavə olaraq günəş orbitinin eksantrikliyini hesabladı.

Həm də buxar pişiyi yaradaraq buxar enerjisi ilə təcrübələr apardı: ət qovurmasını buxar turbinləri arasında fırladan, bu cür maşınlardan ilk istifadə edənlərdən biri olan maşın.

19-cu əsrin əvvəllərində Məhəmməd Əli buxar mühərriklərini sənaye istehsalı, dəmirçilik, tekstil istehsalı və kağız istehsalı üçün istifadə etməyə başladı. Bundan əlavə, yağ buxar mühərrikləri üçün əsas enerji mənbəyi hesab olunurdu.

Osmanlı mühəndisi Hoca İshak Əfəndi, Qərbin elmi fikirlərini və inkişaflarını təqdim etməklə yanaşı, türk və ərəb elmi terminologiyasını icad etməkdə böyük rol oynayır.

Digər tərəfdən vaxtı dəqiqələrlə ölçən saat 1702-ci ildə Osmanlı bir saat ustası Meşur Şeyh Dədə tərəfindən yaradılmışdır.

Dərman

Osmanlı cərrahı Şerafeddin Sabuncuoğlu, İslam dünyasının ilk cərrahi atlasının və son böyük tibb ensiklopediyasının müəllifidir. Bundan əlavə, tibb dünyasında öz yeniliklərini tanıtdı.

Sultanlar

Murad I

I Murad 1360-1388 arasında hökm sürən bir Osmanlı sultanı idi. Murad dövründə Osmanlı İmperiyası ilk genişlənmələrdən birini (Anadolu və Balkanlarda) etdi. İdarəçiliyi sayəsində bu bölgələrdə Osmanlı hakimiyyəti möhkəmləndi.

Bundan əlavə, Bizans imperatoru John Palaleologus’u Bizans İmperiyasını özünə vassal etməsinə məcbur etdi. Adrianápolis, Edirne adı altında paytaxt oldu.

II Mehmed

II Mehmed, 1444 – 1446, ardından 1451 – 1481 arasında hakim olan bir Osmanlı sultanı idi. Konstantinopolu fəth etməyə başladı və Venesiya ilə Macarıstanın bitərəfliyini təmin etdikdə Bizanslıları təcrid etməyə müvəffəq oldu.

Hökmdarlığından başlayaraq Osmanlı İmperiyası sonradan uğurlu bir genişlənmə və dünyanın ən güclü bölgələrindən birini qarşıladı. Nəticədə Konstantinopolu Osmanlı İmperiyasının paytaxtı etdi.

Möhtəşəm Süleyman

Möhtəşəm Süleyman, 1520 – 1566 illər arasında hökm sürən bir Osmanlı sultanı idi. Cəsarətli hərbi yürüşlər aparmış, imperiyanı maksimum ərazi səviyyəsinə gətirməyi bacarmış və Osmanlı sivilizasiyasının hüquq, sənət sahələrində ən xarakterik nailiyyətlərinin inkişafına nəzarət etmişdir. ədəbiyyat və memarlıq.

İstinadlar

  1. Osmanlı İmperiyası, İngilis dilində Wikipedia, (nd). Wikipedia.org saytından götürülmüşdür
  2. Osmanlı İmparatorluğu, Malcolm Edward Yapp & Ensiklopediya Britannica üçün Stanford Jay Shaw, (ndd). Britannica.com saytından götürülmüşdür
  3. Murad I – Osmanlı, Osmanlı Veb Saytı, (nd). Theottomans.org saytından götürülmüşdür
  4. Osmanlı İmperiyası (1301 – 1922), BBC Portalı – Dinlər, (nd). Bbc.co.uk saytından götürülmüşdür
  5. Osmanlı İmperiyası, Tarix Veb Saytı, (nd). History.com saytından götürülmüşdür
  6. Osmanlı İmparatorluğundan bu günə qədər Türk Dili hekayəsi, Türkiyə ilə İş, (nd). Business-with-turkey.com saytından götürülmüşdür
  7. Osmanlı İmperiyasında İslam, İngilis dilində Wikipedia, (nd). Wikipedia.org saytından götürülmüşdür
  8. Osmanlı İmperiyasında xristianlıq, İngilis dilində Wikipedia, (nd). Wikipedia.org saytından götürülmüşdür

Omanlı tarixi

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə 3-cü-sektor Osmanlı tarixi türk miniatürlərində

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Mart 29, 2018 – 10:54

!Reklam – Yazi

Bakıda “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərgi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatşılığı ilə keçirilən sərgidə Osmanlı imperiyasının yaranmasından dağılmasına qədər bütün dövrləri əks etdirən görkəmli miniatür nümunələri sənətsevərlərə təqdim olunub. Sərgi 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın əziz xatirəsini yad etmək və Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə nikbin ruhda, tariximizdən nəticə çıxartmaq, milli birliyimizi və bərabərliyimizi daha da gücləndirmək məqsədilə təşkil olunub. Sərgiyə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, bəstəkar Gövhər Həsənzadə və bir sıra rəsmi nümayəndələr qatılıb. Cənab Erkan Özoral Osmanlı mədəniyyətinin inciləri barədə jurnalistlərə məlumat verib, bu əsərlərin Bakıda nümayiş olunmasından məmnunluğunu ifadə edib. Qeyd edək ki, 31 mart tarixinə qədər davam edəcək sərgiyə giriş sərbəstdir.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.