Press "Enter" to skip to content

Fərqinə varmalı insan | Can Yücel

Doğuş sancısı 40-50 saniyə cəmi davam edən, yəni bu sizi narahat edəcək səviyyədə bir ağrı verən qarnınızda sərtləşmə, daşlaşma kimi bir hiss verən bir ağrıdır.

Şizofrendən ona verilən suallara 13 TÜKÜRPƏDİCİ CAVAB

Şizofreniyanın necə bir xəstəlik olduğu və şizofrenlərin gündəlik həyatlarında nələr yaşadığı haqqında bilmədiyimiz bir çox şey var. Bu xəstəliyin sirrinə olan marağımızsa bir çox filmə və kitaba dəfələrlə mövzu olmuşdur.

Şizofreniyayla bağlı Redditchr(“39”)də yaşanan bir söhbət internetin ən maraqlı hadisələrindən biri oldu. ErosPram adlı yazar Redditchr(“39”)də AMA (Ask Me Anything) başlığı altında ona ünvanlanan sualları cavablandırdı. Hadisənin maraqlı tərəfi isə ErosPramchr(“39”)ın şizofreniyalı bir qadın olması və hallüsinasiyalar görməsidir. Şizofreniyalı olduğunu, gördüklərinin hallüsinasiyadan ibarət olduğunu bilən və eşitdiyi səslərin gerçək olmadığının fərqində olan yazar şizofreniyanın necə bir şey olduğuyla bağlı bir çox sualı cavablandırdı. ErosPram içində olduğu şizofrenik şəxsiyyətlərdən də soruşulan sualları cavablandırdı.

ErosPramchr(“39”)dan soruşulan ən maraqlı sualların və yazarın/digər şəxsiyyətlərinin verdiyi maraqlı və qorxuducu cavablar:

1. Eşitdiyin daxili səsləri və gördüyün şəxsiyyətləri təsvir edə bilərsənmi? Hamısı qadındırmı? Gündəlik həyatında onlarla necə qarşılıqlı ünsiyyətə girirsən?

– Eşitdiyim daxili səslər mənim içimdə yaşayır. Tək bədəndə yaşayan fərqli insanlar kimidirlər. Mən də bədənə sahib olan adamam. Bir şey söylədiyim, ya da etdiyim zaman bu şəxsiyyətlər dərhal hərəkətə keçir. Lakin bədənin sahibi mən olduğum üçün fikirlərini səssizcə və mənə hörmət edərək bildirirlər. Blank/Boşluq və Little/Kiçik adlı iki qadın iç səs var. Bir də Şeytan (Demon) adlı biri var. Ona insan deyə bilərəm, amma insan kimi görünmədiyi və insan kimi hərəkət etmədiyi üçün onu sadəcə olaraq insan kimi təsvir etmək istəmirəm. Şeytanı həm görür, həm də eşidirəm. Qalib gəlməsi ən çətin olan da odur. Onu görməməzlikdən gəldiyim zamanlarda bağırır, amma məndən başqa heç kim onu eşitmir. Axşamlar da varlıqlarını qəbul edir, onlarla danışıram. Amma bunu cəmiyyət içində etmirəm.

2. Bu üç şəxsiyyəti ilk nə vaxt eşitməyə və görməyə başlamısan?

– 2 yaşımdaykən fərqli şəxsiyyətlərimin olduğunu xatırlayıram. Anamla köhnə evimizdə gəzərkən iki fərqli səs eşitmişdim. Biri kiçik bir qız səsi (Little/Kiçik), digəri də gənc bir qızın səsi idi (Blank/Boşluq 16 yaşlarında). Bir də qaranlıq və böyük bir görüntü xatırlayıram. Hesab edirəm ki, o da Demon/Şeytan idi.

3. Gördüyün şəxsiyyətlər sənə bir şeylər etməyini söyləyirlərmi?

– Şeytan mənə tez-tez özümü öldürməyimi söyləyir. Digərləri də mənə davamlı olaraq bir şeylər etməyimi söyləyir, amma edib-etməməyi yenə mən seçirəm. Azad iradəmlə qərar verirəm.

4. Gördüyün və eşitdiyin şeylər bir gün yox olsa, üzülərsənmi?

– Bunu uzun müddət düşünmüşəm. Hesab edirəm ki, onlar üçün darıxaram, hətta Şeytan üçün belə. Çünki onlar hər zaman mənimlə birlikdə idi. Bir səhər oyandığım zaman qulaqlarım, ya da burnum yox olmuş kimi hiss etdirər. Məndən bir parça itmiş kimi olar.

5. Şeytandan və digər şəxsiyyətlərindən bir sual soruşarsanmı? Əgər tək bir dilək haqları olsaydı, nəyi diləyərdilər?

Şeytan: Cəhənnəmdə ölməyini istəyirəm.
Little: Bənövşəyi və çəhrayı poni istəyirəm. Bir də özümə aid bir bədən. Beləcə, Eros (bədənin sahibi) üzərkən, ona nəfəsini daha uzun tutması lazım olduğunu söyləmək məcburiyyətində qalmaram.
Blank: Gözəl bir avtomobil, bir bədən və bir milyon dollar istəyərəm. Beləcə, bir daha heç kimlə danışmaq məcburiyyətində qalmaram.

6. Şeytanın necə göründüyünü çəkə bilərsənmi?

7. Şeytandan soruşarsanmı çəkdiyin şəkillə bağlı nə düşünür?

Şeytan şəkil qabiliyyətimin özüm kimi acınacaqlı olduğunu söyləyir.

8. Şeytandan niyə sənin yanında olduğunu soruşa bilərsənmi? Sadistlikdən həzz aldığı üçünmü səninlə birlikdədir? Yoxsa həqiqətən sənə bağlı olduğu üçün səndən ayrıla bilmir?

– Şeytan mənimlə birlikdə doğulduğunu söyləyir. Həyatımın nə qədər bərbad olduğundan əmin olmaq üçün o da ortaya çıxmışdır. Özümü öldürənə qədər də mənimlə birlikdə olacağını söyləyir ki, bunun olmayacağına zəmanət verə bilərəm.

9. Little sən böyüdüyün üçün kədərlənirmi? Hər ikinizin də 5 yaşında olduğunuz dövrdə nə qədər yaxşı dost olduğunuzu xəyal edə bilirəm.

– Mən böyüməyə davam edib o böyüməyincə çox kədərləndi. O da böyüməyi çox istəyirdi, amma böyüməyəcəyini bilirdi. Həqiqətən də əvvəllər çox yaxşı dost idik və hələ ona dərin bir maraq duyuram. Mənim üçün bacı kimidir.

10. Şeytana hakim ola bilmənin səncə, bir yolu varmı? Özünü kəsməsi və ya öldürməsi üçün onu razı salmağa çalışsan, nə olar?

– Şeytan hər kəsin ondan nifrət etdiyini bilir. Nifrətə yol açmağın onun işi olduğunu söyləyir. Bildiyim qədəriylə onu yox etməyin bir yolu yoxdur. Daha əvvəl yoxlamışam, lakin bu, yalnız onun daha çox bağırmasına və daha çox güclənməsinə səbəb olmuşdu. Ondan xilas ola biləcəyimi düşünmürəm.

11. Xüsusi bir sual verdiyim üçün üzr istəyirəm, amma cinsi əlaqə zamanı nə baş verir? Onları görməməzlikdən gələ bilirsənmi?

– Little cinsi əlaqədə olmağımı xoşlamır. Bir küncə gizlənir və ağlayır. Amma yenə də bunun böyüməyin bir parçası olduğunu bilir və vəziyyəti qəbul edir. Blank isə əhəmiyyətsiz hesab edir və görməməzlikdən gəlir. Şeytan da qışqıraraq nə qədər günahkar olduğumu və cəhənnəmə gedəcəyimi söyləyir. Mənsə onları görməməzlikdən gəlirəm.

12. Blank, Little və Şeytana hallüsinasiya olduqlarını söylədiyin zaman necə reaksiya verirlər?

– Blank gerçək olmadığını bilir, Little gerçək və hallüsinasiyanın fərqini anlamır. Şeytan isə uydurma olmadığını, gerçək olduğunu və mənim kabusum olduğunu söyləyir.

13. Gördüyün şeylərin gerçək olmadığını və şizofrenik olduğunu nə zaman anlamısan? Necə bir hiss idi?

– Bağçaya gedərkən fərqinə varırdım artıq. Məndən başqa heç kimin xəyali dostlarının olmadığını öyrənirdim. Kimsəsiz və çox tək idim. Heç kim mənimlə birlikdə yemək yemək istəmirdi və heç dostum yox idi. Şeytan isə təkliyimin və ağrı-acımın hər saniyəsindən çox xoşbəxt olurdu. Orta məktəb dövründə evdə təhsil aldım və mənim kimi insanlar haqqında araşdırma apardım. Necə biri olduğumu anladıqdan sonra da müalicəyə getməyə başladım (lakin bir köməyi olmadı). Gedərək daha depressiv oldum. İndi isə sevgilimin də köməyilə daha xoşbəxt biriyəm.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Fərqinə varmalı insan | Can Yücel

Fərqinə varmalı insan. Fərqin fərqinə varmalı, fərqinə vardıqlarını da bildirməməli bəzən.

Bir damla sudan necə yaradıldığını fərq etməli. Ana qarnına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda dar qəbirə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli. Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə ana qarnı kimi olduğunu fərq etməli.

Hələ körpəykən «Dünya mənim! „-deyirmiş kimi ovuclarının sıx bağlı olduğunu, ölərkən də eyni ovucların “Hər şeyi buraxıb gedirəm daha! „deyirmiş kimi açıq qaldığını fərq etməli. Və kəfənin cibi olmadığını da fərq etməli.

Əzraillin hər an sürpriz edə biləcəyini, necə yaşasa elə öləcəyini fərq etməli insan. Heyvanların yolda, səkidə, zibillikdə, amma özünün gözəl hazırlanmış mükəlləf bir süfrədə yemək yediyini fərq etməli. Yaradılmışların ən gözəli olduğunu fərq etməli və ona görə yaşamalı.

Gülün çox yaxınlığındakı tikanı, tikana da çox yaxın olan gülü fərq etməli.

Evində pişik, it bəslədiyi halda uşaq sahibi olmaqdan qorxmanın məntiqsizliyini fərq etməli.

Həyat yoldaşına “Səni çox sevirəm» deməyin xoşbəxtlik yolundakı möhtəşəm gücünü fərq etməli.

Şkafında asılı 25 köynəyinin yalnız üçünü geydiyini, amma arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu fərq etməli.

Zənginliyin və bərəkətin süfrədəykən qarşısında yığılan çörək qırıntılarını yeməkdə gizləndiyini fərq etməli.
Anasından doğularkən tərtəmiz təslim aldığı gırtlağını və həddindən artıq qidalanma səbəbindən sallanan göbəyini fərq etməli.

Fərq etməliyik çox gec olmadan .
Ömür dediyin üç gündür, dünən gəldi keçdi sabah məchuldur. O halda ömür dediyin bir gündür, o da bu gündür!

Təbii doğuşun başladığını necə bilərik?

Normal doğuşun başladığını necə bilərik? Normal doğuş başlayıbsa, nə zaman həkimə getməliyik? Ən çox verilən suallardan biri budur.

Xüsusilə də 37 həftəsini keçmiş qadınlar sürəkli narahat olurlar ki, “Birdən doğuş başlayar, mən həkimə gecikərəm, yolum uzaq olar, yolda başıma bir şey gələr”. Bu gün bu suallara aydınlıq gətirmək istəyirik.

Öncəliklə, onu demək istəyirəm ki, əziz xanımlar, özəlliklə ilk hamiləliyi olan qadınlar, ilk dəfə həyatında doğacaq insanlar burada qorxacaq, təşvişə düşəcək bir şey yoxdur. Normal doğuş elə bir prosesdir ki, bunu öncədən bilməmək, hiss etməmək, o ağrıları başa düşməmək mümkün deyil. Yəni bu həyatınızda yaşayacağınız fərqli bir duyğudur və mütləq siz doğuşun başladığını hiss edəcəksiniz.

Sadəcə normal doğuş, özəlliklə, ilk doğuşda sancı sürəsi o qədər uzun bir müddətdir ki, sizin təşvişə düşüb o dəqiqə həkimə getməyinizə ehtiyac yoxdur.

Özəlliklə, əgər sizin ciddi bir qanaxmanız yoxdursa, su gəlişiniz yoxdursa, uşağın hərəkətləri normaldırsa, sadəcə həkiminizə məlumat verə bilərsiniz: “Mənim bu şikayətlərin var, gözləməliyəm, yoxsa mütləq xəstəxanaya gəlməliyəm?”

Bizim üçün xəstəxanaya gəlməyinizi gərəkdirən təcili hallar var. Bu nədir?

  1. Əgər sizin aktiv su gəlişiniz varsa. Yəni bildiyimiz normal su gəlişiniz var, suyunuz gəlirsə, təcili xəstəxanaya getmək lazımdır.
  2. Qanama varsa. Qanama az və ya çox fərq etməz bizim üçün önəmlidir.
  3. Uşağın hərəkətlərini hiss etmirsinizsə, böyük hərftədə. Bu çox vacibdir və təcili həkimə getmək lazımdır.

Bunlara daxil olmayan… Əgər sizdə çox az da olsa, bir vaginal ləkələnmə olubsa, qan qrupunuz neqativ deyilsə, narahat olmağa gərək yoxdur. Həkiminizə məlumat verirsinizsə, əgər sancılarınız başlayıbsa, həkiminiz zatən sizə izah edəcək.

Bizim üçün doğuş sancısı nədir?

Bizim üçün doğuş sancısı nədir?

Doğuş sancısı 40-50 saniyə cəmi davam edən, yəni bu sizi narahat edəcək səviyyədə bir ağrı verən qarnınızda sərtləşmə, daşlaşma kimi bir hiss verən bir ağrıdır.

Amma normal doğuş ağrısı uzun çəkmir, cəmi 40-50 saniyə çəkir və bir neçə dəqiqədə bir təkrarlanması lazımdır. “İndi oldu, bir də axşam oldu” – bu doğuş sancısı deyil, bundan narahat olmayın.

Bizim üçün doğuş sancısı əvvəlcə başlayar, məsələn, 20 dəqiqədə bir hiss edirsən ki, qarnın aşağı hissəsində bir küt bir ağrı var, amma get-gedə bu ağrı güclənir və səni narahat etməyə başlayır. Amma müddətinə baxmaq lazımdır.

Mən həmişə öz xəstələrimə deyirəm ki, “Mütləq dəqiqə tutun o periodda. Baxın görün neçə dəqiqədə bir olmağa başlayıb”. Normal doğuşu başladacaq ağrılar – bizim 10 dəqiqədə, heç olmasa, 2-3 dəfə o ağrını hiss etməyimiz lazımdır. O zaman biz deyirik ki, “Hə, bu doğuş ağrılarıdır. Başlamış ola bilər”.

Ancaq yenə vurğulayım ki, doğuş ağrılarımız başlasa belə, biz onu sizin daha çox evdə çəkməyinizi istəyirik. Bunun da bir tərəfdən psixoloji bir tərəfi var ki, xəstəxanaya gələn hamilə birbaşa düşünür ki, “Mən gedirəm, doğuram” və bir yandan da xəstə yaxınları “Nə oldu, nə oldu?” havasına girirlər.

Və əgər həmin dönəmdə xəstəxanada keysəriyyə əməliyyatı ilə doğacaq bir qadın da varsa, buradakı qadın normal doğuş ağrılarını çəkərkən, sancıları çəkərkən, əlbəttə, orada bir ağrılı period var… Yanındakı hamilə gəlir və bir anda gedir uşağı qucağında çıxır və psixoloji olaraq o dəqiqə “mən də keysəriyyə əməliyyatına getmək istəyirəm, artıq mən doğmaq istəmirəm, normal doğuş istəmirəm” psixologiyasına gedir və bu xəstəni fikrindən daşındırmaq çox çətin olur.

Biz maksimum xəstələrimizə başa salırıq ki, “Normal doğuşun sancılarını mütləq evdə çəkin”. Əgər dediyim kimi uşağın hərəkətlərində bir problem yoxdursa, su gəlişi yoxdursa, qanaxma yoxdursa, doğuş sancılarını evdə çəkmək, evdə sevdiklərinizin, yaxınlarınızın yanında… Çünki xəstəxanaya gəldikdə, əlbəttə ki, yaxınlarınız da yanınızda olmur və bu səfər təklik psixologiyasına girib bir az daha əməliyyata meyillənir bizim xəstələrimiz.

O vaxt biz onu xəstəxanaya çağırırıq ki, əgər ilkin doğuşdursa, 5 dəqiqədə bir artıq şiddətli ağrı hiss edir qadın, mütləq xəstəxana çıxarmalıyıq.

Digər bir tərəfdən əgər sizin 2-ci, 3-cü doğuşunuzdursa, o zaman isə daha erkən gəlməyiniz lazım ola bilər. Çünki artıq təkrari doğuşlarda sancı periodu o qədər uzun çəkmir və daha sürətli irəliləyir doğuş prosesi. Ona görə 10 dəqiqədə bir ağrı hiss etdikdə artıq xəstəxanaya gəlməyiniz lazım ola bilər.

Əlbəttə ki, bunu mütləq güvəndiyiniz, başından bəri yanına getdiyiniz həkiminizlə hər şey danışaraq… Çünki sizin elə bir özəl durumunuz ola bilər ki, siz xəstəxanaya çox erkən getməli olmalısınız. Bunu sizin həkiminiz bilir, sizin uşağınızda bəzi bəlkə bir problem var, bəlkə sizin üçün pediatriya komandasının erkən gəlməyi lazımdır. Bunu mütləq şəkildə öz həkiminizə danışmağınız lazımdır.

Mən bu məlumatları sadəcə mənim olmayan hamilələrin də məlumatlanması üçün paylaşıram, faydalı olmaq üçün. Təşəkkür edirəm.

  • Tags doğuş sancıları, normal doğuş, təbii doğuş, yalançı sancılar

Comments are closed, but trackbacks and pingbacks are open.