Press "Enter" to skip to content

HTML-in əsas elementləri

Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü? – FOTO

Ta qədim zamanlardan zəlzələ hökumətlərin qorxduğu ən güclü fəlakətdir. Çünki zəlzələlər sunamilər yaradır, yerin qatlarını dəyişir, saysız-hesabsız insan itkisinə, şəhər və kəndlərin çökməsinə, infrastrukturun tamamilə dağılmasına səbəb olur.

Lakin 30 ildən çoxdur ki, zəlzələlər siyahısına süni zəlzələlər də əlavə olunub.

Bakupost.az süni zəlzələ, eləcə də tektonik silahlarla bağlı məlumatları təqdim edir:

Süni titrəyişdən praktikada müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metod daha çox neft sənayesində kəşfiyyat işləri, neft və qaz mənbələrini aşkarlamaq üçün olunub. Metod belə tətbiq olunur: geofiziklər Yerin müəyyən qalınlıqda qatlarına seymsovibratorlarla dalğa göndərərək orda təzyiqi süni şəkildə qaldırır, bu da çox güclü dalğalar yaradaraq, daha dərinə təsir edir, dalğa yolu üstündəki müxtəlif tərkibli maneələrlə rastlaşdıqda fərqli titrəyişlər verir. Bu dalğalar yerin dərin qatlarındakı qaz, boşluq, su və ya neftlə zəngin laylarla və s. qarşılaşa bilər.
20 ildən artıqdır ki, dünyanın iri dövlətlərində zəlzələ modelləşdirilməsi tədqiqatları aparılır. ABŞ, Avropa, Yaponiyanın seysmoloji institutları fəlakət imitasiyaları və seysmoloji kəşfiyyat üçün avadanlıq, müasir cihaz və proqramlaşmaya malikdir.
Adətən, belə mərkəzlər seysmoloji cəhətdən aktiv ərazilərdə qurulur. Məsələn, Rusiyada bu mərkəz Baykal gölü yaxınlığındadır. Çünki burda yer nüvəsi daha nazikdir və maqma yer səthinə çox yaxındır. 2014-cü ildə bu ölkənin alimləri seysmlik halları imitasiya edən modelləşdirmə cihazını sınaqdan keçiriblər. 600 kq-lıq plitə təbii çatlarda yerləşdirilir, cihazla ona dalğa ötürülür və vibrasiya yaranır.
Belə təsiredici dalğa və ya zərbəni xüsusi mobil platformalardan idarə etməklə həssas yer qabığı sahələrində yaratmaq mümkündür. Sovet İttifaqında ilk belə seysmoloji sistem 1970-ci illərdə Ural platformalarında, daha çox Sibirdə quraşdırılmışdı.
Bu gün isə ən müasir, ən güclü seysmovibrator və proqramlaşma ABŞ-a məxsusdur. İndustrial Vehicles International (IVI), İNOVA şirkətləri bu sahədə birinci yerdədir. Fransanın Sercel kompaniyası isə Minivib, HEMİ və ATSİ kimi vibrasion avadanlıqlar üzrə ikinci yeri tutur. Təsəvvür edin ki, bu vibratorlar 12, 28 ton ağırlığındadır.
Planlaşdırılmamış süni zəlzələlər insanların neft, qaz və s. əldə etmək üçün yerin strukturunda etdiyi süni dəyişikliklərdən də qaynaqlanır. Belə zəlzələlər Rusiya və Hindistanda baş verib.
Amma insan əli ilə – xüsusi proqram və tektonik silah vasitəsiləa istənilən yerdə zəlzələ yaratmaq üçün yerin lazımi laylarına nüvə partlayışı gücündə təsir etmək tələb olunur. Belə bir mexanizm həm Sovet İttifaqı, həm də ABŞ, Yaponiya və Çində alimlər tərəfindən işlənib hazırlanırdı.
Bu texnologiyalar insanlığı, Yer kürəsini xilas etmək, müəyyən fəlakətlərin qarşısını almaq niyyəti ilə düşünülsə də, sonradan siyasətçilər və dünya güclərinin əlində siyasi məqsədlər üçün tektonik silaha çevrildi.
Yer kürəsinin fizikası üzrə laboratoriyanın üzvü Gennadiy Sobolyov bildirib ki, belə proqram və cihazlar uzaq məsafəyə təsir edə bilməz. Hansısa ölkədə zəlzələ yaratmaq üçün gərək həmin chiazlar o ölkənin tektonik yarıqlarında yerləşdirilsin, orda partlayış və dalğa yaradılsın.

Haiti və Yaponiyadakı zəlzələnin izi ilə.

Bir çox siyasətçilər bildirir ki, süni zəlzələləri təşkil etmək asandır. Amma bu maqnitudada zərbələr yaratmaq üçün meqaton gücündə nüvə yükü tələb olunur. Məsələn, 2010-cu ildə Haitidə baş vermiş yeraltı təkan son 30 ilin ən dağıdıcı zəlzələ idi. 7,5 bal gücündə zəlzələdə 15 təkan qeydə alınıb. Haitidə belə zəlzələ axırıncı dəfə 1751-ci ildə olmuşdu. 2010-cu ildəki zəlzələdə 200 min inan ölmüşdü. Paytaxtın 50%-i tam dağılmışdı.

Bu zəlzələdən dərhal sonra ABŞ gəmiləri humanitar yardım adıyla Haiti sahillərinə yan aldı, hərbi gəmilərdə 20-30 min hərbçidən ibarət ordu qüvvələri vardış OnlarPort-o-Prens hava limanını nəzarətə götürüb, limanları zəbt etmişdi. Bu hadisə Avropa, Braziliya və Fransanı narahat etmişdi.

Hətta avropalı nazirlər BMT-ni hərəkətə keçməyə çağıraraq, ABŞ-ın Haitini rəsmən işğal etməsinə göz yummamağa çağırmışdı.
Bundan sonra Haitidəki zəlzələnintektonik silahlar nəticəsində süni olaraq törədildiyi deyildi. Məhz Haiti zəlzələsi Amerika xüsusi xidmət orqanlarının təbii fəlakət ssenarisi üzrə ilk dəfə reallaşan tektonik hücumu kimi tarixə düşdü.

Siyasətçilərin fikrincə, süni olaraq yaradılan qlobal fəlakətlər Amerika hərbçilərinin digər ölkələri zəbt etməsini əsaslandırmağa imkan verir.

Amma digər tərəfdən, tektonik silahın həm də seysmoloqların hansısa ölkədə yaxın müddətdə baş verəcək zəlzələləri proqnozlaşdırması üçün də istifadə olunur. Əbəs yerə demirlər ki, xəbərdar olmaq xilas olmaqdır. Baş verəcək zəlzələləri öncədən bilmək ABŞ xüsusi xidmət orqanlarına imkan verir ki, onlar lazım olduqda hansısa ölkəyə “humanitar yardım aparıb” ordusuyla onun ərazisinə daxil olsunlar.

2011-ci il Yaponiya zəlzələsinin də hərbi texnologiya ilə tərədildiyinə dair təhlillər var. Yaponiyadakı zəlzələ təbii ssenaridən kənar idi və təkanlar indiyə kimi davam edir.

Bəzi mənbələr hesab edir ki, artıq nüvə hücumları yerüstü yox, məhz yeraltı aparıla bilər. Məsələn, iddia edilir ki, Yaponiya zəlzələsi faktiki olaraq ABŞ tərəfindən nüvə hücumu idi. Bu, həm də dünyanın mənzərəsini dəyişir.

Belə ki, High Frequency Active Auroral Research Programın (HAARP) rəsmi saytında 2,5 hers tezliyində siqnalın translyasiyasının zəlzələdən bir neçə saat öncə yox, 2 gün öncədən ötürüldüyünü görmək olar.

Alimlər bildirir ki, 2 gün əvvəl bu dalğaların ötürülməsinə baxmayaraq, həmin vaxt Yaponiyada zəlzələ baş verməmişdi. Zəlzələlərin təbii rezonans titrəşimi 2,5 Hers tezliyində olur. ABŞ-ın hərbi qüvvələrində xidmət edən alimlər Alyaskadakı HAARP antenlərini müşahidə etdikdən sonra 2,5 hers gücünü kəşf etmişdilər.

HAARP maqnitometrinin bazasındakı məlumatlar bir daha sübut edir ki, Yaponiyadakı 2011-ci il zəlzələsi və ardıyca dəhşətli sunami təbiət hadisəsi deyildi.

ABŞ-da HAARP-ın üzən platforması var, o platforma Sakit və Atlantik okeanında hərbi aviasiya daşımaq platforması kimi maskalanaraq istənilən yerə daşına, aparıla bilər.
Məsələ burasındadır ki, HAARP proqramı məxfi deyil, sirr saxlanılmır. O dünyaya açıq texnologiyadır və rəsmi saytı üzərindən orda aparılan tədqiqatlar nümayiş etdirilir.
Eyni zamanda Çin alimləri Yaponiyadakı zəlzələnin məxfi sualtı və yeraltı nüvə sınaqlarının uğursuz gedişı nəticəsində yarandığını da irəli sürüblər. Daha sonra “Fukusima-1” atom elektrik stansiyasındakı qəzanı isə səhnələşdirərək, əsl səbəbi bununla ört-basdır ediblər.

Сhina Value saytında onlarla ekspert bu zəlzələ barədə fikirlərini, sübutlarını gətirərək, onun təbii yox, texnogen mənşəli olduğunu sübut etmişdilər.

Seçkidən öncə tektonik xəbərdarlıq?

Tektonik fəlakətlər yaradan texnoloji sistemlərin olduğunu, iri dövlətlərdə elmi və seysmoloji araşdırma üçün yaradılmış proqramların hərbi güclərin əlinə keçdiyini nəzərə alsaq, Türkiyədə yaxın 5 il üçün dünyanın siyasi, hərbi mənzərəsinə təsir edəcək seçki öncəsi böyük masştabda təbii fəlakətin baş verməsi onun təbiətin işi olduğunu şübhə altına alır. Yaponiya və Haiti zəlzələsindən sonra seysmovibratorlar daha da inkişaf edib, daha güclü mexanizmlər yaradılıb.
Əgər tektonik silahla Yerin altından istənilən ölkənin müəyyən ərazisinin yerləşdiyi tektonik lövhələrə təsir etmək praktiki olaraq mümkündürsə, hər hansı siyasi məqsədlər üçün bundan istifadə ediləcək.

Türkiyədəki zəlzələlərin süni ola biləcəyini elə bu ölkənin seysmoloqları da istisna etmir. Onların fikrincə, amerikalı Nikola Teslanın 1900-cü illərdə kəşf etdiyi “aşağı frekanslı elektromaqnit dalğaları ilə yüksək enerji nəqli” metodu süni zəlzələ yarada bilir.

Nikola Teslanın müasir davamçısı isə İlon Maskdır. Bu işdə onun barmağı varmı? Bunu zaman göstərəcək. Bəs, süni zəlzələlərin törədildiyi ölkənin rəhbəri bununla hansı mesaları alır? Bu mövzunu isə siyasətçilər şərh edə bilər.

Milli.Az

HTML-in əsas elementləri

Qeyd etmək lazımdır ki bir teq eyni zamanda müxtəlif növlərə aid ola bilər.Məsələn və elementləri həm siyahıdırlar həmdə blok elementləridir.

HTML sənədinin əsas strukturu DOCTYPE,HTML,HEAD,BODY elemenləri və onların tərkibindən ibarətdir.Bu teqlər yuxari səviyyəli teqlərdir.

teqi konteynerdir və bütün səhifəni öz tərkibində saxlayır.

Teqi brauzerin işində kömək etmək lazım olan məlumatların saxlanılması üçün nəzərdə tutulmuşdur. Brauzer və axtarış sistemləri üçün nəzərdə tutulmuş informasiyanın saxlanılması üçün head teqinde meta teqler olur.Məsələn, axtarış sistemlərinin mexanizmləri saytın, açar sözlərin və başqa məlumatların təsvirinin alınması üçün metateqlərə müraciət edir.

Teqin tərkibi veb səhifədə birbaşa əks olunmur.İstisna title> teqini göstərmək olar.O veb səhifənin pəncərəsinin başlığının adını saxlayır.

konteynerin daxilində aşağıdakı elementləri yerləşdirmək olar. , , , , , .Bu teqlər sənədin başlığı teqləridir.

Head teqində bir və ya bir neçə meta teq istifadə eləmək olur.HTML və ya XHTML-də meta teqlərin sintaksisi demək olar ki eynidir.Bağlanma teqinə ehtiyac yoxdur.Məsələn

HTML-də  content=". ">  XHTML-də  content=". " /> 

Meta teqlərdə yazila biləcək atributlar aşağıdakılardır

  • charset Sənədin kodlaşdırmasını verir.
  • content Name-ın və ya http-equiv-in köməyi ilə verilmiş atributun qiymətini təyin edir.
  • httpequiv HTTP başlığına metateqin konvertasiya edilməsi üçün nəzərdə tutulmuşdur.
  • name Metateqin adı dolayısı ilə onun təyinatını göstərir
 charset="utf-8">  name="GENERATOR" content="Microsoft FrontPage 4.0">  name="ProgId" content="FrontPage.Editor.Document">

title teqi bilavasitə veb səhifədə nümayiş etdirilmir.O məsələn WINDOWS əməliyyat sistemində brauserin acıldığı pəncərənin başlığında nümayiş edilir.

base head konteyneri daxilində istifadə edilən teqdir.Cari sənədin baza ünvanı məlumatı ilə brauzeri təlimatlandırı. teqi nisbi ünvan istifadə edilən sənədlər üçün nəzərdə tutulmuşdur və bu sənədləri başqa qovluğa və ya əlaqəni itirmədən başqa kompyuterədə keçirmək mümkündür. Brauzer ilk öncə sənədin tam dolğun ünvanını müəyyən edib yükləmək üçün teqini axtarır. Məsələn, əgər sənədin ünvanı

göstərilmişdirsə onda şəkillərin əlavə edilməsi vaxtı nisbi ünvandan istifadə etmək kifayətdir .

 

Bu yüklənəcək şəkilin tam ünvanı

 http://www.test.com/hzchd/images/labuda.gif

olacaq və cari veb səhifənin harada olmasından asılı olmadan brauzerə həmin qrafik faylı tapmağa imkan verir.Həmçinin iki nöqtəylə yolun iyerarxiya sistemini tətbiq etmək olar . Beləki, əgər şəkil

 

təsvir edilibsə onda tam ünvan olaraq adres

http://www.test.com/images/labuda.gif

Teqin ikinci tətbiqi— cari səhifədə bütün istinadlar (linklər) üçün hədəf(target) pəncərənin təyin edilməsidir. Məsələn

>   charset="utf-8"> base teqi haqqinda  target="_blank">  

href="1.html">Bu linke klik elesez bu yeni sehifede acilacaq

body elementi veb səhifənin brauzerin pəncərəsində əks etdirilən məzmunun saxlanılması üçün nəzərdə tutulmuşdur. Sənəddə çıxarmaq lazım olan informasiyanı məhz body konteynerində göstərmək lazımdır. Belə informasiyalara mətnlər, təsvirlər, teqlər, JavaScript skriptləri və s. aiddir

teqindən həmçinin veb səhifədə istinadların (link) və mətnin rənglərinin təyini üçün tətbiq edilir. HTML 4-dən etibarən bu işlər üçün xususi stillər hazırlanıb onu body selectoruna təyin etmək tövsiyə edilir. Bununla belə, istifadə olunan atributların əksəriyyəti indiyə qədər müxtəlif brauzerlərlə dəstəklənir.

Tez-tez teqindən hadisələrin emalçısının yerləşdirilməsi üçün məsələn veb səhifənin yüklənib bitməsini bildirən onLoad hadisə emalçısını yerləşdirmək üçün istifadə olunur.

Body teqində istifadə oluna biləcək atributlar aşağıdakılardır

  • alink Aktiv istinadın (linkin) rəngini təyin edir.
  • background Veb səhifədə fon şəkili verir.
  • bgcolor Veb səhifənin fonun rəngi.
  • bgproperties Mətn ilə birgə fonunda sürüşdürülüb(scroll) sürüşdürməyəcəyini təyin edir .
  • bottommargin Brauzerin pəncərəsinin alt qırağından məzmuna qədərki boşluq(margin) .
  • leftmargin brauzerin pəncərəsinin sol kənarından məzmuna qədər ki vertikal boşluq(margin).
  • link Veb səhifədə istinadların (link) rəngi.
  • rightmargin Brauzerin pəncərəsinin sağ ucundan məzmuna qədər boşluq(margin).
  • scroll Sürüşdürmə(scroll) zolaqlarının əks olunub olunmayacağını təyin edir.
  • text Sənəddə mətnin rəngi.
  • topmargin Brauzerin pəncərəsinin yuxarı (üst) kənarından məzmuna qədərki boşluq(margin).
  • vlink Baş çəkilmiş istinadların (link) rəngi .

HTML-də body teqində təsvir edilə biləcək əsas elementləri blok elementləri,sətir elementləri,qrafiki obyektlər, formalar ,freymlər və başqalarıdır

Blok elementləri

Blok elementləri HTML-in əsas elementlərindəndir. Blok elementləri yerləşdikləri sətirin bütününü tutan elementlərdir.Elementin hündürlüyü tərkibindəki məlumatlardan asılıdır.Həmçinin bu elementlər həmişə yeni sətirdən başlayaraq təsvir edilir.Əsasən veb səhifənin məntiqli olaraq hissələrə bölünməsinə yardım edir.Məsələn səhifənin başlığı ,menyu,səhifənin en alt hissəsi(footer)

Paraqraf – Kitablarda mətnin digər parçalarından ayrılaması üçün adətən yeni sətirdən çap edilən bir və ya bir neçə cümlədən ibarət mətn parçasıdır.Paraqraflara bölünmüş mətnləri oxumaq daha rahat olur.Buna səbəb əsasən hər paraqrafda fərqli fikir və ya məntiqin bir hissəsi olur.

Beləliklə mətni paraqraflara ayırmaq üçün

teqindən istifadə olunur.Bu element blok elementlərindəndir.

Paraqraf teqinində öz növbəsində aşağıdakı atributları var

  • align –atributu vasitəsi ilə sətirdə yerləşmə vəziyyətini təyin etmək olar.Mümkün qiymətləri left,right,center,justify.Align bir qayda olaraq əgər dəyəri daxil edilməyibsə mətn sol tərəf üzrə yerləşdirir.Yəni susmaya görə butun elementlərdə align təyin edilməyibsə mətn align=”left” üzrə yerləşdirilir.
Paraqrafın sətrin mərkəzi üzrə yerləşdirmək:  align="center" >Hello World. Sol kənar üzrə:  align="left" > Hello World. Sağ uc üzrə :  align="right" >Hello World. Və ya sənədin hər iki kənarına görə:  align=" justify" > Hello World. 

Yuxarida qeyd etdiyimiz ümumi istifadə olunan teqlər həmçinin hadisələr

HTML başlıqlar(sərlövhələr) …

HTML özündən sonra gələn hissənin əhəmiyyətini göstərən müxtəlif səviyyəli altı başlıq təklif edir. Belə ki, teqi birinci səviyyənin ən əhəmiyyətli başlığını təşkil edir və altıncı səviyyənin başlığının işarəsi üçün xidmət edir və ən az əhəmiyyətlidir. Susmaya görə, birinci səviyyənin başlığı qalın şəkildə ən böyük şriftiylə əks olunur, Sonrakı başlıqlar isə müvafiq olaraq daha kiçik şriftlə göstərilir. ,…, teqləri blok elementlərinə aiddirlər, onlar həmişə yeni sətirdən başlanırlar, və onlardan sonra başqa elementlər növbəti sətirdə əks olunur. Bundan başqa, başlıqdan əvvəl (qarşısında) və ondan sonra boş sahə əlavə edilir.

. Lorem ipsum dolor sit amet Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diem nonummy nibh euismod tincidunt ut lacreet dolore magna aliguam erat volutpat. Ut wisis enim ad minim veniam Ut wisis enim ad minim veniam, quis nostrud exerci tution ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. .

Başlıqlar axtarış sistemləri çox sevdiyi teqlərdir.Onlar öz tərlkiblərindəki mətnin dəyərini artırırlar. Stillərin köməyi ilə istənilən mətni böyük ölçüdə təyin etmək və bununla onun başlıq etmək mümkün olmasına baxmayaraq bu teqlərdən istifadə etmək daha yaxşıdır.

Başlıq teqində istifadə olunan atributlar align,ümumi istifadə olunan atributlar və hadisələrdir.

Başlıq teqləri blok elementlərındəndir.

teqi müəllif haqqında informasiyanın saxlanılması üçün nəzərdə tutulmuşdur və istinadlar (link) kimi HTML-ın istənilən elementlərini özünə daxil edə bilər. Axtarış sistemləri saytların müəllifləri haqqında məlumatın yığılması üçün bu teqin tərkibini təhlil edəcəkləri nəzərdə tutulmuşdur.

Susmaya görə elementin tərkibinə daxil edilən mətn kursiv(maili,italic) şəkildə əks olunur. Əgər bu xüsusiyyət tələb olunmursa, şriftin şəkilinin dəyişikliyi üçün stillərdən istifadə etmək olar.

Başlıq teqində istifadə olunan atributlar ümumi istifadə olunan atributlar və hadisələrdir.

Başlıq teqləri blok elementlərındəndir.

Bu teq tərkibində olan hissənin yerləşdiyi ana elementdə nəzərən mərkəzə yerləşdirmək üçündür.Bu teqin istifadəsi ancaq HTML sənədində olaraq kecid sənəd növü seçilərsə doğrulanır.Bu teqdə block elementlerinə aiddir.

Bu teq vasitəsi ilə horizontal xətt çəkilir. Bu teq blok teqlerindəndir. HTML-də sintaksisi olaraq XHTML-də isə


olaraq qeyd edilir.İstifadə edilə biləcək atributlar aşağıdakılardır.

  • align xəttin horizontal yerləşməsini təyin etmək üçün istifadə edilir.
  • color xəttin rəngini təyin edir
  • noshade xətti 3 ölçülü effektlərsiz çəkmək üçün
  • size xəttin qalınlığını təyin etmək üçün
  • width xəttin uzunluğunu təyin etmək üçün istifadə edilir.

Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

elementi qabaqcadan format edilmiş mətnin blokunu təsvir etmək üçün istifadə edilir. Belə mətn adətən sözlərin arasındakı bütün boşluqlarla təsvir edilir. Susmaya görə, kodda ardıcıl olan boşluqlarının istənilən miqdarı, veb səhifədə bir boşluq kimi görünür. teqi bu xüsusiyyəti keçməyə və mətni olduğu kimi əks etdirməyə icazə verir. teqinin daxilində , , , , və teqlərindən başqa istənilən teqlər tətbiq etmək mümkündür.Bu teq üçün ümumi istifadə olunan atributlar və hadisələr istifadə edilə bilər.Bu teqdə blok teqlərindəndir.

elementidə blok elementlərindəndir.Bu teq əsasən əlavə xüsusiyyətlərə malik olmayan blok elementi tələb olunanda istifadə olunur.Bu teq haqqında irəlidə daha geniş danışacagıq.

Sənəd daxilində uzun sitatları qeyd etmək üçün istifadə edilən blok elementidir.Səhifədə təsvir ediləndə adətən sag və sol tərəfdən 40 piksel ölçüsündə ümumi mətndən ayrılmış olur.Həmçinin yuxari və aşağı tərəfdədə boş hissə əlavə edilir.

Sətir elementləri

Səhifədə sətir elementləri elə elementlərə deyilir ki həmin elementlər özləri bilavasitə başqa elementlərin tərkib hissəsi olur.Sətır elementinin eni məzmunun həcminə bərabərdir. Blok elementlərindən fərqli olaraq, brauzer xətt elementindən əvvəl və sonra boşluq artırmır, buna görə bir neçə sətir elementi ardıcıl olaraq bir xəttə yerləşdirilir və lazım olduqda başqa bir sətirə köçürülür. Çox hallarda, sətir elementləri içərisində digər sətir elementlərini yerləşdirmək olar amma sətır elementləri içərisində blok elementləri əlavə etmək qadağandır.

elementi HTML-in əsas elementlərindən biridir.Bu teqdən bir səhifədən başqa səhifəyə keçmək üçün istinad(link) yaradılması zamanı istifadə edilir. teqi arasına yazılmış yazı istinadın adı rolunu oynayır.Xarici görünüşdən ilk olaraq bu yazını başqa yazılardan ayırd etmək olur səhifədə.Susmaya görə bu yazı alt xətli olur və üzərinə gətirdikdə mouse-un işarəsi əl formasına cevrilir.İstinadlar (bağlantılar) brouzerdə əsasən aşağıdakı rənglərdə çıxır.

  • Klik olunmamış istinadlar –göy rəngdə mətnlə
  • Baxılmış istinadlar – çəhrayə rəngdə mətn
  • Klik olunarkən – qırmızı rəngdə

İstinad kimi tək mətn yox istənilən HTML elementi yerləşdirilə bilər.Bunun üçün həmin elementi a teqinin tərkibinə yazmaq lazımdır.İstinadların əsas cəhətlərindən biri odurki onlar ancaq başqa səhifələrə yönəlmək üçün istifadə olunmurlar.Hər hansı fayla da istinad edə bilərlər.Üzərilərinə klik olunduqda brouzer əgər həmin fayl növünü tanıyırsa o halda həmin sənədi özündə açır.Digər hallarda brouzer client-dən nə etməli olduğunu soruşur.Açsın və ya yadda saxlasın.

İstinadlar həmçinin yerləşdikləri səhifədəki digər elemenlərədə ola bilər.Bu zaman həmin elementlərin id atributlarının dəyərindən istifadə edilir.Məsələn bizdə belə bir başlıq varsa əgər

 id="a1">Basliq 

Onda bu elementə istinad düzəltmək lazımdısa?!

 href="#a1">istinad 

Əgər keçmək istədiyimiz element başqa səhifədədisa o halda

 href="httр://www.example.com#a1">istinad 

Məzmunu böyük olan səhifələrdə sahifə daxili istinadlarda istifadə eləmək istifadəçinin işini rahatlaşdırır.

Bu teq sətir elementlərindəndir.

  • download bu atribut klik olunarkən istinad olunan faylın endirilməsi üçündür
 href="sun.png" download>  href="sun.png" download="flower.png">

Endiriləcək fayla yeni ad verilməsi lazımdırsa onda 2-ci hal istifadə edilir

  • href kecmək istənilən resursun URL ünvanı.uzunluğu 255 keçməməsi lazımdır.Resursun ünvanı mütləq və ya nisbi formada verilə bilər.
  • hreflang istinad olunan sənəddəki mətnin dili məlumatı
  • rel yönəlmək tələb olunan səhifə ilə hazırkı səhifənin əlaqə növünü təyin edir .Dəyərləri
    • alternate – hazırkı səhifənin alternativ versiyasıdı digər səhifə
    • author — sənədin müəllifinin səhifəsi
    • help — səhifə ilə bağlı komək səhifəsi
    • license – müəllif hüquqları ilə bağlı səhifə
    • next – sıralamada digər səhifə
    • nofollow – google-un indeksləməyini istəmədiyimiz digər səhifə
    • noreferrer – brouzere bu səhifədəki HTTP başlıqları digər istinad olunan səhifəyə göndərməməsi üçün
    • prefetch – digər səhifəni keşlənsin deyə
    • prev – sıralamada bir əvvəlki səhifə

    Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

    teqi sətir elementlərindən olub tərkibində mətn saxlayan konteynerdir.Əsasən blok elementlərinə təsir etmədən daxilindəki mətn hissələrinin stilini dəyişmək üçün istifadə edilir.Bu teqin istifadəsi ilə bağlı bir neçə nümunə

    • mətnin bir hissəsinin rəng,ölçü və şriftinin dəyişməsi üçün
    • mətnin fonuna rəng və ya şəkill artırmaq üçün
    • mətn fraqmentinin çərçivəyə alınıb kölgə verilməsi üçün
    • skript vasitəsi ilə tərkibinin manipulyasiyası
     Pishiyin gözu  style="color: lightblue;">mavidir 

    Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

    teqi HTML –in sətir elementlərindən biridir.Bu teq vasitəsi ilə mətndə müəyyən söz və söz birləşmələri daha qabarıq oxunması üçün qalın şriftlə təsvir edilir.

    teqinin tərkibindəki mətn alt xəttli təsvir edilir.Bu teq də sətir elementlərindəndir.

    teqindən mətndə məsələn terminləri,başqa dildən frazaları təsvir etmək üçün istifadə edilir. Tərkibindəki mətn kursivlə(maili) təsvir edilir.

     Pishiyin gözu mavidir   

    HTML nişanlama dilidir

    Bu yazi xətalıdır

    teqi yazını yerləşdiyi sətrin baza xəttindən daha aşağıda təsvir edilməsi üçündür.Əsasən düsturların yazılması zamanı istifadə etmək olar

    teqi tam tersinə baza xəttindən daha yuxarıda təsvir eləmək üçün işə yarayır.Məsələn ədədlərin üstünü qeyd etmək üçün

    Hər iki teq sətir elementlərindəndir

     

    Ferma Teoremi

    X n + Y n = Z n

    hardakı n tam ededi > 2 СН 3 СНО + NH 2 OH= CH 3 C(=NOH)H + H 2 O

    HTML-də açılan siyahıların(combobox) yaradılması üçün istifadə edilir.Bu teq öz növbəsində 2 və daha artıq (açılan siyahının elementləri) teqinden ibaret olur.Siyahının eni elementlərin en uzunun ölçüsü ilə təyin edilir.

    • disabled—bütün siyanı passiv etmək üçün .əgər bu atribut daxil edilibsə siyahı açılmır
    • multiple—siyahıdan bir neçə element seçməyə imkan yaradır
    • size–acılan siyahının göstərə biləcəyi element sayı.Əgər siyahıda daha çox element varsa o halda avtomatik olaraq siyahının yanına sürüşdürmək(scroll) üçün alət yerləşdirilir.

    Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

      value="volvo">Volvo  value="saab">Saab  value="opel">Opel  value="audi">Audi 

    Digər sətir elementləri

    teqi çox sətirli mətn daxil edilməsi üçündür.

    Abreviatura kimi mətn müəyyən edir.

    Səs fayllarının səhifəyə əlavə edir.Brouzerlər bəzi audio fayl formatlarını dəstəkləmədikləri üçün bir neçə fayl formatında təsvir eləmək daha yaxşı olar. Bunun üçün source teqindən istifadə edilir.Teqin tərkibinə yazılan yazı ancaq və ancaq fayl formatı brouzer tərəfindən taninmadıqda təsvir ediləcək

    • autoplay– fayl yuklənməsi başa çatan kimi audio fayl ifa olunsun
    • controls-audio faylın ifası zamanı kontrol düymələrinin göstərilməsi üçün.pause play stop
    • loop-ifa bitdikdən sonra yenidən başdan başlasın
    • preload-autoplay atributu təyin edilməyəndə brouzerin ne edeceyini təyin edir dəyərləri
      • auto səhifə yüklənən kimi audio fayl yüklənəcək
      • metadata audio fayl haqqında meta məlumatlarının yığılması.faylın ölçüsü,audio səsinin uzunluğu,ilk kadr və s.
      • none audio faylın yüklənməsi ancaq və ancaq ifa et(play) düyməsi basılandan sonra baş verəcək

      Qeyd. autoplay və preload atributlarının eynni zamanda isitfadəsi zamanı preload atributu ignore ediləcək.

      • src-audio faylın ünvanını mütləq və ya nisbi ünvanla göstərir.

      Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

      controls="controls">  src="https://sharifov.wordpress.com/2017/09/09/87/song.mp3" type="audio/mp3"> sizin brouzeriniz mp3 mahni fayllarını desteklemir 

      Mətnin təsvirinin istiqaməti müəyyən edir.Əsasən sağdan sola oxunan dillərdə mətnlər təsvir eləmək üçündür.dir atributu vasitəsi ilə yazının istiqaməti təyin edilir.Dəyərləri ltr(left to right) və rtl(right to left)

       dir="ltr">Mən soldan saga oxunuram dir="rtl">marayaşxo ayizay masnuxo alos nadğas nəM 

      Düyməni yaradır.(bununla biz formalar bolməsində tanış olacağıq)

      Qrafikləri rəsm çəkilməsi üçün sahə (ərazi) müəyyən edir.Əsasən real rejimdə senari ilə(məsələn javascript ilə) səhifəd müəyyən şəkillər çəkmək ondan başqa online oyunlar saatlar animasiyaların hazırlanması zamanı istifadə edilir.HTML 5 də əlavə edilmişdir.

       id="test" width="600" height="200">

      Bu nümunədə hündürlüyü 200 eni 600 olan sahə təsvir edilmişdir.Javascriptdən bu sahəhə müraciət etmək üçün canvasın id-si istifadə edilir.Canvasın eni və ya uzunluğu dəyişən kimi sahədə təsvir edilmiş hər şey silinmiş olacaq.Bəzi köhnə versiya brouzerlər kanvası dəstəkləmədikləri üçün açılan və bağlanan canvas teqi arasına mətn yazib bunu cliente bildirmək olur.

      İşin mahnının kitabın filmin adını təsvir etmək üçün nəzərdə tutulmuşdur.Mətn kursivdə(maili) təsvir ediləcək teqi kimi

      Proqram kodunun təsviri üçün istifadə edilir.Bu zaman kod xususi şriftlə(məsələn Courier) çap edilir.

      Səhifədə səhv olan və ya silinməli olan mətn hissələrini təsvir etmək üçün istifadə edilir.Bu zaman mətn üstündən xətt çəkilmiş formada təsvir edilir.Əsasən teqi ilə birlikdə istifadə edilir.Bu teq düzəliş olunmuş yeni versiya mətni göstərmək üçündür.

      • cite – düzəliş və ya silinmə səbəbi yazılan resursun unvanı
      • datetime – duzəliş vəya silinmə tarixini qeyd edir .Formati YYYY-MM-DDThh:mm:ssTZD

      Mətn yeni bir termin göstərilərkən onu maili(italic kursiv) təsvir etmək üçün

      Mətndə əhəmiyyət kəsb edən bir hissənin təsviri üçün istifadə edilir.Görünüş olaraq teqi ilə eynidir.

      teqi GIF, JPEG və ya PNG qrafik formatlarında təsvirlərin veb səhifəsində təsviri üçün nəzərdə tutulmuşdur. Şəkil faylınım ünvanı src atributu vasitəsilə təyin edilir. Əgər şəkili başqa bir linkə yönəlmə kimi istifadə eləmək lazımdırsa onda teqi teqi arasına yerləşdirmək lazımdır. Bu halda təsvirin ətrafında çərçivə əks olunur.Çərçivəni götürmək və ya qalınlığını tənzimləmək üçün border atributunu əlavə eləmək lazımdır.

      Şəkil əgər hansısa qovluğun içində və ya bir üst direktoriyada və tamami ilə başqa saytdada yerləşə bilər.

      Bir üst direktoriyada —

       

      Şəkillərin yerləşdirilməsi zamanı istifadə edilə biləcək atributlar aşağıdakılardır.

      • align Şəkilin ətrafdakı elementlərə nisbətən yerləşmə vəziyyətini təyin edir.Dəyərləri top,bottom,middle, left,right,
      • alt Şəkilin qisa adı.Brouzer şəkili göstərə bilməyəyəndə bu yazını istifadə edir
      • vspace Vertikal olaraq şəkilin yuxarısında və aşağısında buraxılacaq boşluğun piksellə ölçüsünü vermək üçün
      • hspace Horizontal olaraq şəkilin sağında və solunda buraxılması tələb olan boşluğun piksellə qalınlığını vermək üçün
      • width Şəkilin enini pikselle təyin etmək üçün
      • height Şəkilin hündürlüyünü pikselle təyin etmək üçün
      • border Şəkil ətrafındakı çərçivənin qalınlığı bu atribut vasitəsi ilə tənzimlənir.
      • usemap Xəritələrin şəkillə əlaqələndirilməsi üçün.Bu atributu a və ya button teqinin tərkibində olanda istifadə eləmək olmaz
      • ismap Brouzere şəkilin serverdəki xəritənin bir hissəsi olduğunu göstərir.Şəkil üzərinə basılarkən basılma koordinatlari URL-də servərə göndərilir.Bu atribut ancaq və ancaq və button teqlərinin tərkibində olarkən istifadə eləmək olar.

      Şəkillərin eni və uzununun təyin edilməsi çox vacibdir.Əgər daxil edilməyibsə brouzer özü ölçünü götürməyə çalışır.Bu da internetin sürətinin zəif olduğu vaxtlarda gecikmə səbəbindən səhifənin dizaynını korrekt olmayan formada göstərir.

      Bundan başqa şəkili bütün səhifənin arxa fonu kimi istifadə etmək istədikdə həmin şəkili body teqinde background atributu olaraq göstərmək lazımdır.

      HTML sənəddə şəkillər yerləşdirib onun müxtəlif hissələrini bağlantıda(link) etmək olur.Bunun üçün teqindən istifadə olunur.Sintaksis

      Burda area teqleri vasitəsi ilə hazırlanacaq xəritədə koordinatlar daxil edilir. Area teqinin atributlari shape ,coords ,href,nohref,target,alt və s –dir.

      • shape xəritədəki sahənin növünü göstərir.Mümkün dəyərləri rect,circle,poly-dir.
      • coords isə sahənin koordinatlarını təyin edir. Məsələn
      • nohref həmin sahəyə mousla toxunduqda heç bir bağlantıya getməməsi üçün istifadə edilir.
      • target acılacaq səhifə harda acılacagını göstərir.Məsələn bu səhifədə yoxsa yeni bir səhifədə.Dəyərləri _blank,_self,_parent,_top
      • alt xəritədə sahənin üzərinə mouse ilə gətirdikdə cixacaq yazı daxil edilir.

      Xəritə hazırlandıqdan sonra həmin xəritəni səhifədəki şəkillə əlaqələndirmək olur.

      Planets

      Nümunədən göründüyü kimi planetMap adında xəritə daxil edildikdən sonra o img teqi ilə usemap atributu vasitəsi ilə əlaqələndirilir.

      məlumatların daxil edilməsi üçün müxtəlif formalı sahələr yaradır.Bu barədə formalar bölməsində danışılacaq

      teqində dediyimiz kimi silinməli və ya düzəliş olunmalı mətn əvəzinə yazılan mətnin təsviri üçün istifadə edilir.Brouzerlər bu mətnləri altdan xətt çəkilmiş formada təsvir edirlər.cite və datetime atributları vasitəsi ilə düzəlişin səbəbi resursunun ünvanı və düzəliş tarixləri təyin edilir.

      Klaviaturadan daxil edilən və ya klaviatura düymələrinin adlarını mətndə tsəvir etmək üçün istifadə edilir.Mətn xususi şriftlə(monospace) təsvir edilir.

      Mətndə mühim hissələri qeyd eləyir.Məsələn axtarışın nəticəsinə uyğun tapılmış hissələri,siyahıya yeni artırılmış elementi və ya kalendarda cari tarixi bu teq vasitəsi ilə qeyd etmək olar.Teq arasındakı mətn əsasən arxa fonu sarı rəngdə nümayiş etdiriləcək.

      Müəyyən diapazonda skalyar ölçünü təsvir etmək üçündur.HTML 5-də əlavə edilmişdir. Məsələn istifadə olunan disk həcmi ,sorğuların sıxlığı və s . başqa məlumatlar üçün istifadə oluna bilər

      • form– elementin aid olduğu formanı təyin edir
      • high– diapazonun böyük adlandırılan ölçüsü.Əgər daxil edilməyibsə o halda max dəyəri high olaraq götürüləcək
      • low– diapazonun kiçik adlandırılan ölçüsü.Əgər daxil edilməyibsə o halda min dəyəri low olaraq götürüləcək
      • max-diapazonun maksimal ölçüsü
      • min-diapazonun minimal ölçüsü
      • optimal –optimal ölçü
      • value – cari qiymeti

      Islerin vəziyyəti:

       100 ishden 10 hazirdir 

      Qısa sitatı müəyyən edir.Mətndə bəzən sitatların olmasın ehtiyac olur bu zaman “” əvəzinə bu teq istifadə olunur.cite atributu vasitəsi ilə sitatın götürüldüyü unvanı göstərmək olur.Bu ünvan adi brouzerlərdə görünmür.Ancaq sayt oxuyucular bu məlumatı təsvir edə bilir.Bir sətirdən artiq sitat olduqda isə blok sitatından istifadə olunur

      teqi dəstəkləmirsə brauzerə göstərmək üçün olan mətni müəyyən edir.

      elementinin tərkibində yuxuri indekslə və aşağı indekslə qeydləri təsvir edir.

      Hər iki teq elementinin tərkib hissələridir.Əsasən şərqi asiya dillərindəki heroqliflərin təsviri vı acıqlamasının verilməsi üçün istifadə edilir

      daha düzgün olmayan mətni müəyyən edir və bu mətn silinmişləri əks etdirir.Brouzer bu mətni üstündən xətt çəkilmiş formada təsvir edir.

      Kompüter proqramının nəticəsinin göstərilməsi və kod nümunələrinin numayiş edilməsi zamani istifadə edilir.Mətn xususi (monospace) şriftlə əks olunur.

      Kiçik ölçünün mətni təsvir edir.Əsasən böyük mətnlərdən sonra gələn kiçik qeydləri,müəllif hüquqları haqqında informasiyanı təsvir etmək üçün istifadə edilir.Şriftin ölçüsü səhifənin əsas şrift ölçüsündən müəyyən proporsiya ilə balaca olur.Bu teqi başqa small teqlərinin içindədə istifadə eləmək olar.Bu halda hər daxildəki small teqinin tərkibi bir üstəkindən mütənasib olaraq az olur.

      Çox əhəmiyyətli mətni qalına şriftlə təsvir edir.

      kompyuter proqramlarında istifadə olunan dəyişənləri əks eləmək üçün istifadə olunur. Mətn kursivlə(maili italic) təsvir edilir

      Video fayllarının səhifəyə əlavə edir.Brouzerlər bəzi video fayl formatlarını dəstəkləmədikləri üçün bir neçə fayl formatında təsvir eləmək daha yaxşı olar.Bunun üçün source teqindən istifadə edilir.Teqin tərkibinə yazılan yazı ancaq və ancaq fayl formatı brouzer tərəfindən taninmadıqda təsvir ediləcək

      • autoplay– fayl yuklənməsi başa çatan kimi video fayl nümayiş olunsun
      • controls-video faylın ifası zamanı kontrol düymələrinin,sürüşdürmə aləti(scrool),tam ekran formasında nümayiş düyməsi,səsin artırılıb azaldılması düyməsi və s göstərilməsi üçün.
      • loop-ifa bitdikdən sonra yenidən başdan başlasın
      • height– videonun ekran hündürlüyünu piksellə müəyyən edir
      • muted-videonun səssiz edir
      • poster-video yüklənənə qədər göstəriləcək şəklin ünvanı
      • width – video ekranının enini piksellə təyin edir
      • src-video faylın ünvanını mütləq və ya nisbi ünvanla göstərir.
      • preload-autoplay atributu təyin edilməyəndə brouzerin ne edeceyini təyin edir dəyərləri :
        • auto səhifə yüklənən kimi video fayl yüklənəcək,
        • metadata video fayl haqqında meta məlumatlarının yığılması.faylın ölçüsü,videonun müddəti,ilk kadr və s.,
        • none video faylın yüklənməsi ancaq və ancaq ifa et(play) düyməsi basılandan sonra baş verəcək

        (Qeyd. autoplay və preload atributlarının eynni zamanda isitfadəsi zamanı preload atributu ignore ediləcək)

        Həmçinin ümumi istifadə olunan atributlar və hadisələrdə istifadə edilə bilər

          

        Universal elementlər

        Bu elementlər istifadə edildiyi kontekstdən asılı olaraq həm blok elementləri kimi həmdə sətir elementləri kimi istifadə edilə bilər.Məsələn delins teqləri

        Səhifədə səhv olan və ya silinməli olan mətn hissələrini təsvir etmək üçün istifadə edilir.Bu zaman mətn üstündən xətt çəkilmiş formada təsvir edilir.Əsasən teqi ilə birlikdə istifadə edilir.Bu teq düzəliş olunmuş yeni versiya mətni göstərmək üçündür.

        teqində dediyimiz kimi silinməli və ya düzəliş olunmalı mətn əvəzinə yazılan mətnin təsviri üçün istifadə edilir.Brouzerlər bu mətnləri altdan xətt çəkilmiş formada təsvir edirlər.cite və datetime atributları vasitəsi ilə düzəlişin səbəbi resursunun ünvanı və düzəliş tarixləri təyin edilir.

        • cite – düzəliş və ya silinmə səbəbi yazılan resursun unvanı
        • datetime – duzəliş vəya silinmə tarixini qeyd edir .Formati YYYY-MM-DDThh:mm:ssTZD

        HTML –də rənglər

        HTML-də rənglər 2 üsulla verilə bilər.Rənglərin adına görə və ya 16-lıq kodlarla.16-lıq kodlarla verilməsi daha geniş imkanlar yaradır.16-lıq say sistemi 10 luq say sistemindən burda fərqi əlavə olunmuş latınca A B C D E F hərfləridir.10 luq və 16 lıq kodların qarşıqoyması aşağıdakı cədvəldə göstərilmişdir.

        10-luq 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
        16-lıq 1 2 3 4 5 6 7 8 9 A B C D E F

        15-dən böyük rəqəmlər 16 lıq kodlaşmada 2 rəqəmin birləşməsi ilə təyin edilir.

        10-luq 16 17 18 19 20 21 22 23 24 25 26 27 254 255
        16-lıq 10 11 12 13 14 15 16 17 18 19 1A 1B .. FE FF

        Qarışıqlıq yaranmaması üçün 16-liq kodların qarşısına # işarəsi qoyulur.HTML-də rəngin istifadəsinə nümunə olaraq

         bgcolor="#fa8e47"> 

        Burda fonun rəngi olaraq #fa8e47 göstərilmişdir.Rənglər RGB (RED GREEN BLUE)standartı ilə təyin edildinə görə ilk iki rəqəm qırmızı rəngi sonrakı iki rəqəm yaşıl rəngi sonuncu iki rəqəm isə mavi çaları göstərir.Bu model additiv modeldir.Hər üç rəngin tam qarışığı ag rəngi yaradır.Bir neçə qaydaya nəzər yetirək

        • Hər üç rəngin eyni dəyərlərində boz çalarlı rənglər alınır məsələn #D6D6D6.Rəqəm nəqədər böyük olsa rəng bir o qeder açıq olacaq.Rəqəmlər #000000 #FFFFFF arasında dəyişir.
        • Al-qırmızı rəng qırmızı komponent maksimal (FF) etməklə yaranır amma qalan komponentlər sıfırlaşdırmaq lazımdır. FF0000. Yaşıl və göydə vəziyyət analoji olur # 00FF00 # 0000FF
        • Digər rənglər daha yaxin rənglərin qarışdırılmasından əmələ gəlir.Rənglərin yaxınlığı aşağıdakı şəkildə təsvir edilmişdir.

        Hər 3 rəqəm 00-dan FF ə qədər yəni 256 calar özündə saxlayır yekun mümkun rənglərin sayı

        HTML-də ölçü anlayışı

        HTML-də elementlərin və ya məsafənin ölçüləri piksellərdə və ya faizlər təyin edilir. Piksel — bu monitorun ekranında elementar nöqtə, nisbi ölçü vahididir, onun ölçüsü ekranın təyin edilmiş ölçüsündən asılıdır məsələn, monitorun ölçüsü 1024×768 piksel olarsa və şəkildə eyni ölçüdə olarsa bu halda şəkil ekranın tam sahəsini tutur. Pikseli ölçü vahidi kimi istifadə etdikdə ölçü vahidi daxil edilmir. məsələn: width=” 380″

        img src="https://sharifov.wordpress.com/2017/09/09/87/colors.png" alt="Rengler" width="100" height="111" hspace="4" vspace="4" border="2">

        Bu nümunədə hündürlüyü 111 piksel eni 100 piksel olan şəkil kənar xəttinin qalınlığı 2 olan çərçivənin kənarlarından yuxarıdan aşağıdan və yanlardan 4 piksel aralı yerləşdirilmişdir.

        Ölçülərin faizlə ifadəsi də mümkündür.Bu halda ölçü hansısa ana elementin ölçüsünə nəzərən verilir.Məsələn brauzerin ölçüsü.Ölçünü faizlə vermək üçün rəqəmin sonuna % işarəsi qoyulur. Məsələn width=”40%”

        Sayt açmaq

        Sayt açmaq üçün nələr lazımdır gəlin nəzər yetirək. Əvvəla qeyd etmək lazımdır ki, əgər hər hansısa bir proqramlaşdırma bilginiz yoxdursa hazır platformlardan istifadə etməyinizi məsləhət görəcəyik. Yeni bir sayt açmaq üçün vaxtınızı buna geniş ayırmalısınız. Əgər vaxt məhdudiyyətiniz varsa saytların hazırlanması xidmətini bizə həvalə edə bilərsiniz və biz sizin üçün ən uyğun qiymətə bunu edəcəyik.

        Proqramlaşdırma bilgisi olmadan sayt açmaq

        Əvvəlcədən qeyd etdiyimiz kimi əgər hər hansısa bir proqramlaşdırma bilginiz yoxdursa sayt açmaq üçün hazır platformalardan istifadə etməyiniz məsləhətdir.

        WordPress ilə sayt açmaq

        Bəli, wordpress ilə bir sayt açmaq mümkündür! WordPress ilə düşünə biləcəyiniz hər hansı bir sayt modelini asanlıqla quraşdırmaq da mümkündür! Və işin ən yaxşı tərəfi bilirsiniz nədir? Yaradacağınız saytdan asılı olmayaraq wordpress ilə istənilən saytı açmaq mümkündür. Gəlin bunun necə edə biləcəyimizi bir yerdə öyrənək. Verdiyimiz keçiddən istifadə edərək dərsi uğurla tamamlayın. Ücretsiz WordPress Eğitimi – Uzmanından Ücretsiz WordPress Eğitimi

        Joomla ilə sayt açmaq

        Joomla bir mükafatlandırılmış Məzmun İdarəsi Sistemidir (CMS). Sizə imkan verir ki, güclü onlayn vebsaytlar hazırlayasınız . Eyni zamanda onun sadə istifadə üsulu və post yazma qabiliyyəti, Joomlanı ən populyar Veb-sayt skripti edir. Ən yaxşısı budur ki, Joomla açıq qaynaq proqramdır (Open source). Joomla-nın faydaları nələrdir:

        • Asan Quraşdırılma
        • Sadə vebsayt açmaq üsulu var
        • Təhlükəsiz və stabildir
        • Güclü əlavələr (ödənişsiz) və kommersiya üçün (əlavələri) var
        • Çoxlu sayda şablon seçimi vebsaytınızı daha müasir edəcək

        Yaxşı bəs joomlanı hardan öyrənə bilərəm deyirsinizsə aşağıdakı keçidə daxil olub kursu tamamladıqdan sonra asanlıqla joomla ilə sayt yarada biləcəksiniz Joomla Sistem Uzmanlığı Eğitimi

        Wix ilə sayt açmaq

        Wix ilə sayt açmaq bəlkədə dünyada ən asan işdir. Bunu haradan bilirik? Gəlin bir yerdə araşdıraq əvvəla wix.com saytına daxil olun Daha sonra wix – dən qeydiyyatdan keçin. Qeydiyyatdan keçdikdən sonra saytınızı bəzəmək üçün sizi çoxlu sayda alətlər qarşılayacaq. Bu alətlər ilə nələr edə bilərsiniz?

        Özəlləşdirilmiş anketlər əlavə edə bilərsiniz

        Ziyarətçilərinizin sizinlə əlaqə qurmalarını və fikirlərini form vasitəsi ilə daha asanlaşdıracaqsınız.

        Google üzərindən asanlıqla tapılacaqsınız

        Güclü SEO alətləri ilə saytınızı google və digər axtarış motorlarında asanlıqla müştərilərin tapmasını təmin edəcəksiniz.

        Məhsullarınızı yerləşdirəcəksiniz

        Virtual mağaza yaradın və hərtərəfli e-ticarət platformamızla məhsullarınızı satmağa başlayın.

        İstənilən vaxt görüş əlaqə yaradın

        Müştərilərinizə 7/24 çat əlavə edin. Daha çox pul qazanın və işinizi daha yaxşı idarə edin.

        Tədbirlərinizi təşviq edin

        Ziyarətçilərinizi güclü bir təqvimlə qarşıdan gələn hadisələr barədə məlumatlandırın.

        Daha çox abunəçi alın

        Müştərilərinizi artırın və asanlıqla bir klikə saytınıza abunə olunsun.

        Nəyə görə veb sayt açmaq bu qədər vacibdir?

        Smartfonların geniş yayılması nəticəsində insanlar indi internet üzərindən əldə etmək istədikləri məlumatları tez əldə etmək istəyirlər. Bir mövzu, məhsul, marka, müəssisə və ya şəxs haqqında məlumat əldə etmək istədikdə axtarış motorları vasitəsi ilə saytlara daxil olurlar.

        Sosial media hesablarından geniş istifadə olunsa da, etibarlı bir mənbə kimi veb saytlar daha təsirli bir üsuldur. Bu mənada veb saytı olan bir marka, şəxs və ya bir şirkət, peşəkar imic təmin etmək baxımından veb sayt olmayan rəqiblərindən daha üstündür. Prestij və ya peşəkarlıq baxımından daha yaxşı olduğu görüntüsünü təqdim edir.

        Yalnız hədəf auditoriyaya və ya potensial müştərilərə deyil, həm də qarşılıqlı əlaqədə olan hədəf auditoriyaya (cari müştərilər və ya izləyicilər) təklif olunan veb sayt nüfuz baxımından rəqabətdə xal qazanır.

        İndiki veb saytlar, müəssisələri, markaları, xidmətləri və ya şəxsləri virtual mühitdə təmsil etmək üçün ən təsirli vasitələrdən birinə çevrilmişdir. Məhsul satan bir mağaza üçün, fiziki mağazadan daha çox satan bir mühit yaratdı. Veb sayt açmaq, bir məkan və zaman məhdudiyyəti səbəbiylə fiziki olaraq çata bilmədikləri bir marka və ya bir şəxsi hədəf auditoriyaya çatdırmaq üçün təsirli bir vasitədir. Veb sayt açmaq həm hədəf auditoriyasına həm də axtarış sıralarında olmağı təmin edən ikitərəfli bir vasitədir. Üstəlik, veb saytında verilən məlumatlar veb sayta sahib olan qurumun və ya şəxsin təşəbbüsünə uyğun olaraq yaradılır. Məqsədləri və kimləri haqqında məlumat veb sayt vasitəsilə daha effektiv şəkildə izah edilə bilər.

        Bu gün bir çox müəssisə fərdi və ya marka veb saytları sayəsində hədəf auditoriyasını genişləndirir və SEO xidməti və internet reklamları vasitəsilə hədəf auditoriyalarına daha təsirli və az xərclərlə çatır.

        Bir Veb sayta sahib olmağın üstünlükləri; Klassik metodlardan (broşura, kataloq və s.) Nisbətən daha qənaətlidir. İnternetdə daha az xərclə daha çox insana çatmaq imkanı təmin edir. Saytda verilən məlumatlar, sayt sahibi məqsədəuyğun hesab etdiyi qədər tez-tez yenilənə bilər.

        Veb sayt sahibinin veb saytın domen adındakı genişləndirmə ilə (məs : info@development.az) e-poçt ünvanı açmaq imkanı olacaq. Bu şəkildə bir elektron poçt ünvanı açmaq, Hotmail, Gmail, Yandex kimi məşhur poçt xidmətləri tərəfindən təqdim olunan poçt ünvanlarından daha ciddi və korporativ bir görüntü təqdim edir.

        Sayt yaratmaq sizə gəlir gətirir

        Bir veb sayt yaratmaq lazım olduğunun vacibliyini başa düşmək üçün bir veb sayt yaratmaq istəyənlər tez-tez verdiyi suallar var. Bu suallardan bəziləri;

        • Veb saytın əhəmiyyəti nədir?
        • Niyə veb sayt yaratmaq lazımdır?
        • Niyə bir veb səhifə yaratmaq lazımdır?
        • Veb dizaynı niyə vacibdir?
        • Veb sayt açmaq niyə vacibdir?
        • web sayt açmaq niyə lazımdır?

        Bu suallarınızdan birinə cavab axtarmağınıza əsaslanaraq bir veb sayt yaratmaq istəyirsiniz və onun sizə verəcəyi faydalarla maraqlanırsınız.

        Bu yazıda ağlınızda qaranlıq heçnə qalmayacaq və veb sayta sahib olmağın gözəlliklərini tapacaqsınız.

        Veb saytın əhəmiyyəti nədir?

        Veb saytın əhəmiyyəti haqqında onlarla məqalə yazmaq olar, ən gözə çarpan səbəbləri sizinlə bölüşəcəyik.

        Veb sayt yaratmaq rəqəmsal dünyaya qədəm qoymaq deməkdir və rəqəmsal dünyada olmaq sizi hər yerdən əldə etmək imkanı yaradır. Bu, işinizi, məhsullarınızı və xidmətlərinizi hər kəsə asanlıqla təqdim etməyə imkan verir.

        Niyə veb sayt yaratmaq lazımdır?

        Niyə veb sayt yaratmaq bu qədər vacibdir? Sizin üçün 6 fərqli cavab və izahat hazırladıq. Bir veb sayt yaratmağın əsas səbəbləri budur;

        1. Onlayn olmaq
        2. Məhsul və xidmətlərinizi tanıtmaq
        3. Prestij və etibarın artması
        4. 7/24 əlçatan olmaq
        5. Rəqəmsal dünyada mövcudluq
        6. Xərcləri azaltmaq, gəlirinizi artırmaq

        1. Onlayn olmaq

        Bir veb saytın olması avtomatik olaraq onlayn mövcud olmağa imkan verir. İnternetdə axtarılmağaq və tapılmağa şərait yaradır. Beləliklə, dünyanın hər hansı bir yerindən görünə bilərsiniz.

        2. Məhsul və xidmətlərinizi tanıtmaq

        Məhsul və xidmətlərinizi veb saytınızda çox detallı bir şəkildə yayımlaya bilərsiniz və potensial müştərilərə sizi niyə seçsin deyə məlumat verə bilərsiniz.

        3. Prestij və etibarın artması

        Bir veb saytın olması sizə əlavə prestij və etibar verir. Kimin nə deməsindən asılı olmayaraq, veb saytı olan şirkətlər həmişə olmayanlardan 1-0 qabaqdadır. Şirkətinizə və ya markanıza xas bir veb saytın olması və özəl şirkət poçtu istifadə etmək, həmişə işiniz üçün müsbət bir dəyərdir.

        Sizi axtarmaq istəyən potensial müştərilər şirkət, məhsul və xidmət məlumatları, keyfiyyət siyasəti və sairəni veb saytınızdan öyrənə bilərsə, sizə və seçiminizə güvənərək veb saytı olmayan və ya düzgün hazırlanmamış rəqiblərinizdən sizi öndə tutacaq.

        4. 7/24 əlçatan olmaq

        Fiziki iş yerinizdə müəyyən iş saatları var. İş vaxtından qaçırdığınız imkanlar haqqında nə demək olar? Bu anda veb sayt insanların hər zaman sizinlə əlaqə qurmağını təmin edir. Mağazanız və ya ofisiniz bağlandığında veb saytınız sayəsində təklif etdiyiniz məhsullar / xidmətlər və şirkətiniz haqqında məlumat əldə edə bilərlər. Həm də poçt və ya mesajla sizinlə əlaqə qura bilərlər. Beləliklə, iş vaxtından kənarda olsanız da hər zaman mövcud olacaqsınız.

        5. Rəqəmsal dünyada mövcudluq

        İndi iki dünya var, fiziki dünya və rəqəmsal dünya. İnternetin yayılması ilə insanların çoxu öz ehtiyaclarını internetdən ödəməyə başladılar və indi demək olar ki, bazara da çıxırıq. Bu vəziyyətdə, veb saytınız yoxdursa, rəqəmsal dünyada deyilsiniz. Sosial media və s. Yolları olsa da, heç veb sayt qədər effektiv deyil. Bir veb sayt yaratmaq ilə, hətta dünyanın ən ucqar nöqtəsindən də insanlara əlaqə qura bilərsiniz.

        6. Xərcləri azaltmaq, gəlirlərinizi artırmaq

        Bəli, xərcləri azaltmaq və qazancınızı artırmaq, necə? Yəni, fiziki iş yeriniz olmadan evinizdən təklif edə biləcəyiniz məhsul və ya xidmətlərə sahib ola bilərsiniz. Məsələn; Hüquqşünas, Mühasib, Təlimçi, Təmirçi, Dizayner və s. İşinizi insanlara təqdim etmək üçün bir mağaza və ya ofis açmağınız lazım deyil, bunu evdə edə bilərsiniz.

        Beləliklə, əlavə vergi, faktura və s. Bənzər xərclərdən qurtula və gəlirinizi artıra bilərsiniz. Və ya şəxsi bir bloq yaratmaq ilə məqalə yaza, reklam gəlirləri qazanaraq saytınıza trafik yarada bilərsiniz. Bütün bunları veb saytınızdan edə bilərsiniz.

        Saydığımız və saya bilmədiyimiz bir çox üstünlüklərə sahib olaraq veb sayt yaratmaq xidmətini sizə təqdim edirik. Bir veb sayt yaratmaq və bütün bu imkanlardan faydalanmaq üçün indi sayt sifarişi edin. Development.az sizin üçün əla sayt paketləri yaradaraq 599 azn-dən başlayan qiymətlərlə sayt açmaq təklifləri edir.

        Niyə veb sayt yaratmaq lazımdır?

        Gördüyünüz kimi sayt açmaq bunlarla kifayətlənmir nəyinki prestijiniz baxımından əgər ayaqda qalmaq istəyirsinizsə mütləq və mütləq bir veb sayt yaratmaq lazımdır. Bir sayt yaratmaq üçün aşağıda sadalanlarada eyni zamanda sahib olmaq lazımdır
        Hostinq
        Domen adı

        Beləliklə sayt açmaq və sayt yaratmaq başlıqlı yazımızın sonuna gəldik hər birinizə xoş günlər arzu edirik 🙂 Hörmətlə : Development.az Team

Comments are closed, but trackbacks and pingbacks are open.