Press "Enter" to skip to content

Onomastik vahidlərin bədii əsərlərdəki rolu

10 Yanvar , 2019 09:21

Xülasə Onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında elm” mənasında işlənir

Onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında elm” mənasında işlənir. Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər də, bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil хalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil mənsub olduğu хalqın tariхi ilə bağlıdır

Açar sözlər antroponimika,onomastika,dil,bədii əsər

Onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında elm” mənasında işlənir. Antroponimika insan adlarının əmələ gəlməsini, inkişafını, təkmilləşməsini bir sözlə, adların
keçmişini və müasir vəziyyətini öyrənir. Mühitin təzahüründə bütün əşyalar kimi insanları da adlandırmaq, fərqləndirmək, cağırmaq, еhtiyacı yaranmışdır ki, buradan da zəngin хüsusi adlar sistеminə daхil olan adlar, ləqəblər, müхtəlif
cür adlandırmalar əmələ gəlmişdir.(2,24)Antroponimlər insan cəmiyyəti yarandığı gündən bir qədər sonra dilin yaranması, yəni ünsiyyətlə bağlı olaraq meydana gəlmişdir .Bəşəriyyətin yaranması və inkişafı ilə əlaqədar olaraq antroponimsiz keçinmək mümkün olmamışdır. Şifahi və yazılı mənbələrimizdə mövcud olan xüsusi adlar həmin fikri təsdiq edir. Azərbaycan mədəniyyyətinin və ədəbiyyatının qədim abidəsi kimi Kitabi Dədə Qorqud dastanından tutmuş müasir dövrümüzə qədər olan əsərlərimizdə öz əksini tapır . Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər də, bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil хalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil mənsub olduğu хalqın tariхi ilə bağlıdır. Dil еlə bir güzgüdür ki, хalqın tariхi bu və ya digər şəkildə öz əksini tapır.” (1,200). Antroponimlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır:

1. Antroponimlər vasitəsi ilə personajlar fərdiləşdirilir.

2. Antroponimlər əsərə millilik gətirir.

3. Obrazların mənəvi keyfiyyətləri çoх zaman adlarla səciyyələndirilir.

4. Sənətkar əsərin ideyasının təsirli çıxması üçün antroponimlərdən istifadə edir

5. Düzgün ad seçimi oxucunun marağını artırır.

6. Personajların antroponimləri onların yaşadıqları dövr haqqında məlumat verir.( 2,32)

ХХ əsrin sonu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də S.Əhmədli olmuşdur. S.Əhmədli yaradıcılığını şərti də olsa, iki hissəyə bölmək olar: sənətkarın sovet dövrü və müstəqillik dövrü ədəbiyyatı.Ədəbi yaradıcılığa hələ tələbə ikən başlayan S.Əhmədlinin ilk qələm məhsulu olan “Poçtalyon” hekayəsi “Pioner” jurnalında dərc edilmişdir. Bundan sonra ardıcıl olaraq “Bir payız axşamı”, “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Dünyanın arşını”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Yanvar hekayələri”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq” və s. kitabları işıq üzü görmüşdür. Sabir Əhmədli zamanın nəbzini tutan, onun qarşıya qoyduğu problemləri vaxtında duyan, hətta hardasa zamanı qabaqlayan bir yazıçı idi. Ona görə də keçən əsrin əllinci illərindən başlayaraq heç bir hadisə onun yazıçı nəzərindən uzaq düşmədi.

Yazıçıdan obrazın xarakterinə uyğun ad seçmək tələb olunur.Xarakterə uyğun olmayan bir ad oxucunu cəlb etmir, onu düşündürmür.S.Əhmədli bədii əsərlərində antroponim seçmək, antroponimi tanıtmaq üsulları müxtəlifdir, və üslubi məqsədə xidmət edir. ”Yaşıl teatr” romanının qəhrəmanı zooparkın xidmətçisi Şiraslan və sifarişlə evdə işləyən Kainatdır. İctimai sosial mühitin yetişdirdiyi Kişibəyov kimilərin diktatorluğu ilə bu mühitdə çabalayan Kainatın ağıllı və insanları sevən düşüncələri qarşılaşdırılır. Mühitin eybəcərliyindən yararlana Kişibəyov “Qadir Şeytanlar”adlı qeydləri ilə insanları da heyvanlaşdırmaq ,sosial mühitdə cansız insanlar yaratmaq istəyir. Romanda Kişibəyov çirkin, ifrat duyğularının və mənəvi diktatorluğunun cəzasını çəkir.S.Əhmədov bilərəkdən zərərli və təhlükəli antiqəhrəmana qarşı qarşı Kainat obrazını qoyur. Yazıçı müsahibələrinin birində bildirir ki, “Yaşıl teatr” jurnalda da bir xeyli qalmışdı. Onda “Azərbaycan” dərgisinin baş redaktoru Cəlal Məmmədovdu.
“Doroqoy” ayaması ilə bu kəs – qatı mürtəce kimi tanınırdı.
Qəribədir, bu adam roman barədə mənə elə məsləhətlər verdi, olduqca yetərli!
Romanı ilk dəfə oxuduqdan, cavabı yubatdıqdan sonra onunla görüşmüşdüm.
O mənə dedi: “Sən təsvir etdiyin adamların əməyini də gətir əsərə. Onlardan ötrü bir iş tap”. Ağlabatan məsləhətdi. Romandakı həyətdə özümüz kirayədə qalmışdıq. “Lermontov” küçəsində qaldığımız evdi.
O evin bir yanı “Yaşıl teatr”, bir yanı “Drujba” restoranı, Dağüstü park, bir yanı Bayılda zoopark, onun yaxınlığında Doğum evi və məhkəmə idi. Mən bu yerləri qovuşdurmağa, yalnız hadisə ilə deyil, içəridən, mənaca, mahiyyətcə bağlamağa çalışmışdım.
Buradakı insanları yaxşı tanıyırdım. Baş redaktor doğru tutmuşdu. Bu adamlar əsərin ilk variantında işsiz, əməlsiz, avara idilər. Bəs mən onların əmək səhnəsini haradan, necə tapım gətirim? Birdən yadıma düşdü.
Biz oradan, Çəmbərəkənddən mənzil alıb Yasamala köçdükdən sonra təzə binada qonşu, beşinci mərtəbədə bir iri ailə yaşayırdı. Balkonlarımız açıq, bir-birinə bitişikdi. Divarın o üzü onlar, bu üzü bizdik. Səmimi, yaxşı insanlardı, birevli təki qonşulardı. Arvadın beş qızı vardı.
Evin ağsaqqalı kişi də bizimlə yaxındı. Balkonda, yanaşı yaşamağımızla mehribanlaşmışdıq. Qonşular olduqca zəhmətkeş insanlardı. Qızlar anaları ilə birgə bütün günü eyvanda çalışırdılar. Gördükləri iş də bu idi: onlar “evə iş” sexindən mal götürürdülər.
Bu olurdu xalça, örtük, şal. Gətirib evdə onun qalan işlərini görürdülər, saçaq bağlayırdılar, tirmə çəkirdilər. Şal, xalça-örtük, süfrə onların üstəlik əməyilə tamamlanır, bitirdi. Lapca yerinə düşürdü. Elə mən orada “Yaşıl teatr”dakı Kainat xanımı bütünlüklə belə bir əməklə bağlaya bilərdim. Belə də elədim. Qonşuların gördükləri iş sonra mənə gərək olacaqmış. Onlar toxumuş, hörmüş, mən də öz eyvanımızda dayanıb, oturub onları izləmiş, öyrənmişdim.
Mənim əməkçi insana böyük rəğbətim var. Iş görən, zəhmətə qatlaşan, istehsalla bağlı neftçiyə, əkinçiyə, taxılçıya, kimin əlləri cibində deyilsə, işləyirsə, belə insanlara böyük ehtiramım var.
Deyirlər, yer kürəsi iki öküzün buynuzunda qərar tutub. Yox, yer kürəsi əməkçi insanın əlləri üstədir.
Yazıçının xüsusilə seçilən romanlarından biridə “ Kütlə” romanıdır.90-cı illərin ortasından etibarən Azərbaycan ədəbiyyatı yeni mövzularla tanış oldu və.s.S.Əhmədovun da yaradıcılığında yeni bir mərhələ başladı.Dövrün nəbzini tutmaqla yazıçı mürəkkəb və ziddiyyətli meydan hərəkatı haqqında yazdığı yeni romanıyla hadisələrə sadəcə bir ədəbiyyatçı gözü ilə baxmamış eyni zamanda bir vətəndaş kimi hadisələri təhlil etmək, qiymətləndirmək istəmişdir. S.Əhmədovun meydan hərəkatı , milli azadlıq mübarizəsi haqqında yazdığı “Kütlə” romanı bu baxımdan spesifikdir. Əsərin adının “Kütlə” qoyulması da çox mənalıdır. Yazıçı ,bununla bir millətin, bir xalqın hərəkatından deyil, mənafeələri birləşən, ancaq çox fərqli məqsədi, dünyagörüşü, ideologiyası, hətta təmənnaları olan insanların kütlə halında meydana çıxmalarını , ,meydanın əslində görünənlər tərəfində deyil,görünməyən qüvvələr tərəfindən idarə olunduğunu göstərmək istəmişdir. Ancaq bu kortəbii surətdə başlamış azadlıq hərəkatıdır, milli dirçəliş, milli özünəqayıdışdır. “Bədii əsərlərdə mənfi və müsbət surətlərə verilən ad birinci növbədə yazıçının həmin surətə münasibəti,əsərin janrı ilə bağlıdır.Bunu toponimər haqqında da demək olar.Bədii əsərlərdə onomastik vahidlərin seçilməsinə yazıçılar şüurlu münasibət bəsləyir,onları əsərin ideyası ilə uyğunlaşdırmağa çalışırlar. Sabir Əhmədlinin əsərlərinində onomastik vahidlərin işlənmə xüsusiyyətləri rəngarəngdir.S.Əhmədli həyati gerçəklikləri təqdim edərkən onomastik vahidlərin köməyilə oxucu üçün bədii mühitin tam şəkildə həqiqət kimi dərk olunmasına münbit şərait yaratmış.Azadlıq meydanı adlandırılan Meydan da böyük amallar uğrunda çarpışan insanların doğru –düzgün nicat yoluna çağırışlarını deyil,sadə insanların etiraz səsini yaymaq üçün tribuna vasitəsidir.Romanda surətlərin çoxu Meydan hərəkatından tanıdığımız Nemət,Sabir Rüstəmxanlı,o dövrün partiya işçiləri olan Ə.Vəzirov,M.Qorbaçov,Axundov kimi və.s konkret şəxsiyyətlərin obrazlarıdır. Onlar haqqında söylənən fikirlər sadəcə ayrı-ayrı şəxsiyyətlərin keyfiyyyətləri haqqında deyil,ümumiyyyətlə dövrün, mühitin səciyyəvi xüsususiyyətləri barədə təsəvvür yaratmağa kömək edir. Romanda işlənən toponimlər 90 -cı illər Azərbaycanın vəziyyətindən xəbər verirdi. Bu toponimər yazıçının yaxın tarixlə səsləşən problemləri həllini tapmaq yolunu göstərməyə xidmət edir.

  1. Ədəbiyyat siyahısı
  2. Aхundov A.A. Ümumi dilçilik. Bakı: Maarif, 1979. 256s
  3. Ə.N.Mikayılova. Onomastik vahidlərin üslubi imkanları Bakı, 2008, 302 s
  4. Əhmədov.S.Kütlə.Bakı.1999.274 s
  5. Əhmədov.S.Yaşıl teatr.Bakı.Yazıçı.1978.210s
  6. Hüseynova.H.Bədii əsərlərdə onamatik vahidlərin rolu.Bakı.2017.190 s
  7. Məmmədova.Z.Bədii ədəbiyyatda şəxs adlarının xarakterioloji əhəmiyyəti.Bakı.№1.2005.345s
  8. L.Cəbrayıllı”.525”-ci qəzet.23.04.2009

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Onomastik vahidlərin bədii əsərlərdəki rolu

“Bədii ədəbiyyatda onomastik vahidlər”

20-07-2021, 12:38

Dişünas alim, filologiya elmləri namizədi, dosent Əlirza Əliyevin bu yaxınlarda çapdan çıxmış yeni kitabı “Bədii ədəbiyyatda onomastik vahidlər” adlanır. Azərbaycan dilçiliyinin nisbətən az tədqiq olunmuş bu sahəsi ilə bağlı son illərdə aparılmış elmi araşdırmaların elmi yekunu olan kitabda şifahi və yazılı ədəbiyyatımızın müxtəlif bədii nümunələri və janrları əsasında onomastik vahidlərin linqvistik təhlilindən bəhs edilir.Müəllif bədii əsərlərdən seçmiş olduğu onomastik vahidləri təhlil edərkən həm də elmi paralellər aparmış, leksik semantik,qrammatik və uslub baxımından geniş aspektdə izahlı təhlilini vermişdir.

İki bölməyə ayrılan kitabın 1-ci bölümündə “Şifahi xalq ədəbiyyatında onomastik vahidlər”, 2-ci bölümündə isə “Yazılı ədəbiyyatda onomastik vahidlər” təhlil edilir. “Şifahi xalq ədəbiyyatında onomastik vahidlər”dən bəhs edərkən dilçi alim şifahi xalq ədəbiyyatının əsas janrlarının elmi təhlilini konkret misallar əsasında aparır, gəldiyi nəticələri oxucusu ilə bölüşür. “Qəhrəmanlıq dastanlarında onomastik vahidlər”dən söz açan dosent Əlirza Əliyevin “Koroğlu” və “Qaçaq Nəbi” dastanları əsasında onomaligiya ilə bağlı araşdırmaları tədqiqatçılar üçün yeni və maraqlıdır.
Kitabın ikinci bölümü həcmcə böyük olmaqla bərabər , mövzuca da rəngarəngdir.Dilçi alim “Klassik ədəbiyyatda onomastik vahidlər”, “Müasir poeziyamızda onomastik vahidlər”, “Dram əsərlərində onomastik vahidlər” dən söz açarkən klassik və müasir poeziyanın, dramarurgiyanın ən tanınmış nümayəndələrinin əsərlərini təhlilə cəlb edib, İ.Nəsiminin, M.Füzulinin, M.F.Axundzadənin, C.Cabbarlının, S.Rəhmanın yaradıcılıqlarında onomastik vahidlərdən necə istifadə olunmasını araşdırmaqla oxucuya bu sahə ilə bağlı maraqlı bilgilər verir.
Qeyd edək ki, kitabdan ali və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya müəllimləri, tələbələr və onomastika ilə maraqlanan hər kəs-geniş oxucu kütləsi bəhrələnə bilər.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.

Dilçilik İnstitutunun direktoru professor Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə məqalə yazıb

Dilçilik İnstitutunun direktoru professor Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə məqalə yazıb Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan” qəzetində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Dilçilik elmimizin parlaq siması” adlı məqaləsi dərc olunub. “Report” həmin məqaləni təqdim edir:

10 Yanvar , 2019 09:21

https://static.report.az/photo/1c130ad9-4caf-4971-a3ef-a3faf4fa0739.jpg

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan” qəzetində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Dilçilik elmimizin parlaq siması” adlı məqaləsi dərc olunub. “Report” həmin məqaləni təqdim edir: Bu günlərdə Azərbaycanın görkəmli dilçi alimi, əməkdar elm xadimi, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyası nın müxbir üzvü, filologiya elmlər doktoru, professor Afad Qurbanovun anadan olmasının 90 ili tamam olur. Afad Qurbanov çoxcəhətli və geniş diapazonlu elmi yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biri kimi tanınır, böyük ehtiramla və hörmətlə xatırlanır, yad edilir. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan bu görkəmli alim “Azərbaycan ədəbi və danışıq dili”, “Müasir Azərbaycan ədəbi dili”, “Ümumi dilçilik” (I, II cildlər), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cilddə), “Azərbaycan dilçiliyi problemləri” (3 cilddə), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası”, “Azərbaycan onomastika məsələləri”, “Dünyanın dilailələri”, “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan dilçiliyi problemləri”, “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) və digər monoqrafiya və dərsliklərin müəllifidir. Gərgin elmi axtarışların uğurlu nəticəsi olan bu sanballı əsərlərdə dilçiliyin aktual məsələləri araşdırılır, elmi anlayışlar dəqiqləşdirilir, dil və dilçilik tarixi ilə əlaqədar yeni müddəa və elmi təsniflər verilir. A.Qurbanovun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsaslar üzərində təşəkkül tapması, eləcə də elmlərin təsnifi və dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilmişdir. Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov 1962-ci ildə görkəmli dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “S.Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Afad Qurbanov 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1959-cu ildən ömrünün sonuna qədər – əlli il Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə isə bu ali təhsil ocağının rektoru olmuşdur. Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, həmçinin dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının fəxri akademiki, o cümlədən Türk Dil Qurumunun fəxri üzvü olmuşdur. 1990-1994-cü illərdə Milli Məclisin deputatı olan Afad Qurbanov Azərbaycan Əlifbası Komissiyasının sədri olmuşdur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Professor A.Qurbanovun elmi yaradıcılığı zəngin və çoxşaxəli, istiqamətli, mövzu dairəsi baxımından olduqca geniş və əhatəlidir. Alimin tədqiqat və maraq dairəsinə müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir. Məlum olduğu kimi, dilçiliyin son illərdəki inkişafının mühüm nailiyyətlərindən biri yeni bir dilçilik sahəsinin – onomastikanın yaranması və formalaşmasıdır. Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə uğurlu həlli və geniş tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Qeyd edək ki, onomastika bir elm sahəsi kimi xüsusi adları (insan adları, coğrafi adlar, tayfa adları və s.) öyrənir və tədqiqat obyektindən asılı olaraq antroponimika, toponimika, etnonimika və s. bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının özəl xüsusiyyətləri, onların mahiyyəti, sistemi, yaranması, mənşəyi, məna əsası, yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi, üslubi imkanları, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri məhz onun əsərlərində araşdırılmışdır. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dilfaktları ilə əsaslandıran da A.Qurbanov olmuşdur. A.Qurbanovun onomalogiya məsələlərinə dair 100-ə yaxın məqaləsi, eləcə də “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) adlı monoqrafiyaları orijinallığı ilə diqqəti cəlb edir. Bu əsərlərdə xüsusi adların qrupları və yarımqrupları türkologiyada ilk dəfə müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri əsasları hazırlanmışdır. Cəsarətlə demək olar ki, bədii əsərlərdəki antroponimlər, toponimlər, onların üslubi xüsusiyyətləri, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, ad yaradıcılığı, poetik onomastikanın ilk tədqiqatçısı AMEA-nın müxbir üzvü Afad Qurbanovdur. Azərbaycanşünaslıqda onomastik tədqiqatların geniş şəkildə aparılması türkologiyanın uğurlarındandır. Onomastik vahidlərin hər biri xüsusi sosial işarədir. Onları öyrənmək, tədqiq etməklə xalqın tarixi, dili və çoxsahəli həyatının bir sıra mühüm məsələlərini aşkara çıxarmaq, dilin lüğət tərkibinin bütövlükdə xarakteristikasını vermək, dil tarixi, dialektologiya və üslubiyyata dair mühüm qanunauyğunluqları aşkara çıxarmaq, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya və başqa elmlərin bəzi mühüm problemlərinin açılmasına yeni istiqamət verməsi müəyyənləşdirilir. Bununla yanaşı, onomastik vahidləri düzgün təhlil etmək, onları qorumaq, nəsildən-nəslə ötürmək ümumi mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru “Azərbaycan dilinin onomalogiyası” adlı monoqrafiyasıdır. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik təhlilinə həsr olunmuşdur. A.Qurbanov şəxs adları, ad və insan anlayışı, eləcə də onların sistemini ümumi dilçilik baxımından təhlil etmiş, əsl şəxs adlarının yaranma səbəbini, onların leksik-semantik qruplarını müəyyənləşdirmişdir. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Qeyd edək ki, alimin “Azərbaycan dilinin onomalogiyası” kitabı Dövlət mükafatına layiq görülmüşdür. Akademik Məmmədağa Şirəliyev yazırdı ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Onomastik problem laboratoriyası”nın yaradılması, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfranslarının mütəmadi olaraq keçirilməsi bilavasitə Afad Qurbanovun gərgin əməyi sayəsində baş tutmuşdur. Məhz Afad Qurbanovun rəhbərliyi ilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Onomastika sahəsində məktəb yaratmış görkəmli dilçi alimin elmi yaradıcılığında təkcə Şimali Azərbaycandakı onomastik vahidlər deyil, həm də Cənubi Azərbaycan və Qərbi Azərbaycandakı, eləcə də Gürcüstan və Dağıstandakı türkmənşəli onomastik vahidlər, xüsusilə toponimlər tədqiqat obyektinə çevrilmişdir. AMEA-nın müxbir üzvü A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti respublikamızda və ölkəmizdən kənarda yüksək qiymətləndirilmişdir. 1989-cu ildə İstanbulda nəşr edilmiş “Türk dünyası araşdırmaları” adlı sanballı elmi toplunun bir neçə səhifəsi məhz bu dəyərli əsərin elmi təhlilinə həsr olunmuşdur. Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikasının sistemli şəkildə tədqiq edilməsində A.Qurbanovun “Poetikonomastika” kitabının böyük rolu və əhəmiyyəti danılmazdır. A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri” kitablarında poetik onomastikanın ayrı-ayrı sahələrinin tədqiq edilməsinin dilçiliyimiz üçün təxirəsalınmaz vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır. Müəllif “Poetikonomastika” kitabında bu problemləri sistemli şəkildə araşdırmışdır. Kitabda bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə xüsusi ad yaradıcılığı kimi məsələlərdən bəhs edilmiş, onomastik vahidlərin üslubi imkanları, şifahi ədəbiyyatda onomastik vahidlərin üslubi xüsusiyyətləri aydınlaşdırılmışdır. Yazıçının onomastik vahidlərdən əsərin süjetinə, quruluşuna, ideya və məzmununa uyğun şəkildə istifadə etməsinin istiqamətləri müəyyənləşdirilmişdir. Müəllif göstərmişdir ki, yazıçılar real adlardan satirik və yumoristik ifadə vasitəsi kimi obrazlılıq, yüksək bədii keyfiyyət yaratmaq üçün istifadə edirlər. Ümumu dilçiliyin problemlərinin tədqiqində Afad Qurbanovun öz dəst-xətti, xüsusi çəkisi və konsepsiyası vardır. Bu ondan irəli gəlir ki, A. Qurbanov bir müəllim kimi 20 ilə qədər bu fənni tədris etmiş, ümumi dilçiliyin konsepsiyalarına dərindən bələd olmuşdur. 1976-cı ildə nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılır. Xüsusilə dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Aydın şərh, zəngin dil faktları, təhlil və ümumiləşdirmələr baxımından orijinal olan bu dərslikdən tələbələr uzun illərdir dəyərli mənbə kimi faydalanır, ədəbi dilimizin formalaşma tarixi, səs sistemi, orfoepiyası, leksika və frazeologiyası, semasiologiyası barədə biliklərə yiyələnirlər. Akademik Ağamusa Axundov yazırdı ki, Azərbaycan dilçiliyinin parlaq siması A.Qurbanovun ümumi dilçiliklə bağlı tədqiqatları bütövlükdə dilçiliyimizin uğurudur. Bununla yanaşı, türk dilləri qrupunun dəqiqləşdirilməsində yeni mülahizə və konsepsiyalar irəli sürülmüşdür. 1977-ci ildə çap olunmuş “Ümumi dilçilik” dərsliyi Azərbaycan pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir. Ali məktəblərin filologiya fakültələrində tədris olunan “Ümumi dilçilik” fənni filoloq kadrların hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Geniş elmi-nəzəri ümumiləşdirmələr aparma, dilçiliyin dinamik inkişafı prosesinə dialektik və obyektiv münasibət bəsləmə, şərh olunan hər bir dil hadisəsini konkret faktlarla əsaslandırma, orijinal fikirləri qətiyyətlə müdafiə etmə, tarixiliklə müasirliyi vəhdətdə götürmə və s. keyfiyyətlər bütün əsər boyu gözlənilmişdir. A.Qurbanov dünya dilçiliyinin ən vacib problemlərindən biri olan dil ailələrinin dəqiq müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirmək üçün XVIII əsrdən sonra meydana gəlmiş tədqiqatları nəzərdən keçirərək, Altay dillər ailəsini altı qrupa – 1. Türk dilləri (23 dil), 2. Monqol dilləri qrupu (3 dil), 3. Tunqus dilləri qrupu (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dili (1 dil) ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dillərinin təşkil etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri ailəsində 23 türk dilinin olduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik əlamətlər əsasında beş yarımqrupa – oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri, tukyuy dilləri yarımqruplarına bölərək təsnif etmişdir. Azərbaycan ədəbi dilinin materialları əsasında funksional üslubların növləri və adları (ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisistik üslub, epistolyar üslub) dəqiqləşdirilmiş və fonetik, lüğəvi, qrammatik və s. cəhətlərinə görə bir-birindən fərqləndirilmişdir. Bu, əslində, Afad Qurbanovun ilk kitabdan ümumi dilçilik sahəsində öz dəst-xətti, konsepsiyası olduğunun təsdiqi idi. Dilin əmələ gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xaricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir, dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhinin məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olması onun yaradıcılığında xüsusi qeyd edilir. Bütün bunlar göstərir ki, akademik Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Dərslikdə geniş yer verilən bölgü və təsnifatlar da yenidən işlənmişdir. Müəllif ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmişdir. Xüsusən Altay dilləri ailəsi ilə bağlı fikirlər türkoloji dilçilikdə yeni və orijinaldır. Afad Qurbanovun dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyaları Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyin inkişafına da öz töhfəsini vermişdir. Alimin dilçiliyin müxtəlif sahələri ilə bağlı 10-a yaxın monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur. Afad Qurbanovun çoxcəhətli yaradıcılığında bədii əsərlərin dilinin tədqiqi qırmızı bir xətt kimi keçir. O, elmi yaradıcılığa başladığı ilk günlərdən böyük şairimiz Səməd Vurğunun dramaturgiyasının, eləcə də bir çox klassiklərin poeziya nümunələrinin dilini tədqiq etmiş və onların sənətkarlıq xüsusiyyətlərini incəliyinə qədər müəyyənləşdirmişdir. Alimin “Bədii dilin linqvistik təhlili” əsəri dil hadisələrinin təhlilinə, onun elmi nəticələrinə əsaslanır. Afad Qurbanovun yaradıcılığında dialektologiya məsələləri də müəyyən araşdırma predmeti kimi diqqəti cəlb etmişdir. O, dialektoloji axtarışlarda öz sözünü demiş, bu sahədə düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir. Alimin 2001-ci ildə çap olunmuş “Cücəkənd şivəsi” və 2007-ci ildə işıq üzü görmüş “Qərbi Azərbaycanın Cucikənd şivəsi” kitablarında Cucikənd şivəsi təhlil olunaraq onun səciyyəvi xüsusiyyətləri açıqlanmış, bu şivəyə məxsus özəl dialektizmlərdən nümunələr verilmiş, həmin şivənin fonetik dil xüsusiyyətləri, leksik səciyyəsi aydınlaşdırılmışdır. A.Qurbanov nitq mədəniyyəti məsələlərindən də ayrıca olaraq bəhs etmiş və dilin ictimai funksiyasını, nitqin fərdi xüsusiyyətlərinin spesifikasını müəyyənləşdirmişdir. Görkəmli alim düzgün nitqdən danışarkən onun fonetik, orfoepik, leksik, onomastik, semantik, frazeoloji, dervitoloji, morfoloji, sintaktik və üslub normalarının hər birinin fərdi xüsusiyyətlərini təhlil etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanovun elmi yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə bağlı yazılar da xüsusi maraq doğurur. Dilimizin ulu türk – ilk türk dili bünövrəsi Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı, sabitləşmə dövrü, ədəbi dil tarixi, konkret dil faktları əsasında araşdırılmışdır. A.Qurbanovun altayşünas, türkoloq kimi fəaliyyəti sovet dövründə əhatəliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu illərdə SSRİ Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan həmin komitənin sədr müavini vəzifələrində çalışmışdır. Həmin dövrdə məşhur akademiklər: A.Kononov, E.Tenişev, A.Şerbak və digərlərinin sırasında A.Qurbanov da türk dünyasında tanınmış türkoloq kimi qəbul olunurdu. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun fəxri üzvlüyünə ilk azərbaycanlı kimi qəbul edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal iştirak edirdi. Afad müəllim AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafiə şuralarının üzvü olmuşdur. Görkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər, Nyu York akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər (2009) davam etdirmiş, beynəlxalq elmi məclislərdə, konfrans və simpoziumlarda yaxından iştirak etmişdir. O, dünyanın bir çox ölkələrində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə iştirak etmiş, həmişə doğma vətənimizi təmsil etmişdir. Xüsusilə Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. Alim 1992-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin üzvü kimi Yunanıstanda olmuş və Afinada keçirilən Beynəlxalq konqresdə elmi məruzə ilə çıxış etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanov çoxşaxəli və ardıcıl elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Alimin səmərəli elmi-pedaqoji fəaliyyəti sayəsində püxtələşən elmi pedaqoji kadrlar hazırda nəinki Azərbaycanın, eləcə də Türkiyənin, Almaniyanın, Gürcüstanın, Türkmənistanın, Qazaxıstanın təhsil və elm ocaqlarında uğurla çalışırlar. A.Qurbanov 50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. Azərbaycanda dilçilik elminin inkişafında və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xidmətlərinə görə A.Qurbanov dəfələrlə dövlət başçısının, respublika Ali Sovetinin, Azərbaycan Elmlər Akademiyası və Təhsil Nazirliyinin fəxri fərmanlarına, 1981-ci ildə isə Azərbaycan SSR-in əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli şəxsiyyətlər, böyük alim və mütəfəkkirlər elə insanlardır ki, onlar aparıcı qüvvə kimi daim cəmiyyətin, ictimai həyatın problemləri ilə yaşayır, xalqının, vətəninin rifahını əsas götürərək bu problemlərin həllində yaxından iştirak etməyə çalışırlar. Əsl vətəndaş, alim xalqın arzu və istəklərinin həyata keçməsində heç vaxt əməyini əsirgəmir, var qüvvəsi ilə işin həllinə xidmət göstərir. Bu cəhətlər məhz dilçilik elmimizin görkəmli siması Afad Qurbanovun başlıca keyfiyyətlərindən idi. Onun mənalı həyat yolu əsl ziyalılıq təcəssümüdür, öz biliyi, elmiliyi, alicənablığı, təmənnasız qayğısı, vətəninə xidmət göstərməsi ilə yaddaşlara həkk olmuşdur. Adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, elminə həsr etmiş, ana dilimizin inkişafına, ümumiyyətlə dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə dair sanballı, mükəmməl əsərlərlə töhfələr vermiş, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən biri olmuşdur. Dilçilik elmimizin bu parlaq simasının işıqlı xatirəsi onu tanıyanların, həmkarları və yetirmələrinin qəlbində əbədi yaşayacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.