Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.
Gələn il bürcləri nə gözləyir: kimisi varlanacaq, kimisi də. – Astroloqdan 2021 PROQNOZU – – VİDEO
Növbəti ildə ulduzlar tərəfindən hansı dəyişikliklər proqnozlaşdırılır, bürclər necə qurulur? Astrologiya ilə xoşbəxtliyə necə nail ola bilərik? Peşəkar astroloqun keyfiyyətləri hansılardır? Üçüncü dünya müharibəsi yaxınlaşırmı? Müharibədən qalib çıxmış Azərbaycanı nələr gözləyir? Hansı bürclər növbəti il varlana biləcək?
Dünyanın 20-dən çox ölkəsini gəzən məşhur astroloq, metafizik, taroloq, Fenq Şui üzrə mütəxəssis Məryəm Teymur Publika.az-a müsahibəsində bütün bu suallara cavab verib.
– Məryəm xanım, əvvəlcə sizi yaxından tanıyaq.
– Vedik, klassik, kabbala və Çin astrologiyasını öyrənmişəm. Klassik astrologiya daha çox gənclərə yönələn istiqamətdir. Onu 13 yaşımda öyrənməyə başlamışam. 20 yaşımda Hindistanın Qua şəhərinə gedib vedik astrologiyanı öyrəndim. Moskvada psixologiya və sosiologiya ixtisası üzrə təhsil almışam. Hazırda Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin kriminal psixologiya fakültəsi üzrə onlayn təhsil alıram. Akupunkturanı da Çində öyrənmişəm.
– 13 yaşında astrologiyaya marağınız nədən başladı?
– Əqrəb bürcündənəm. Bir astroloq demişdi ki, doğma xəritəmə görə bəzi planetlər olmadığı üçün nə evlənə, nə də pul sahibi ola biləcəm. Bu sözləri mənə yetdi ki, o inadı içimdə oyadıb Tibetə qədər gedim və metafizikanı öyrənim. Bu uzun yol 20 il çəkdi və hələ də öyrənməyə davam edirəm.
– Demək olar ki, dünyanın ən sehrli yerlərini gəzmisiniz. Maraqlıdır ki, bu ölkələr arasında hüzuru ən çox dünyanın hansı bucağında tapa bilmisiniz?
– 20-dən çox ölkədə yaşamışam, hər dəfə deyirdim ki, şükür, mən buraya aidəm. Amma görürdüm ki, içimdəki ruh və səs heç bir yerə aid ola bilmir. Azərbaycanda doğulub böyüməsəm də, tez-tez bura dönürəm. Suyunu içib, havasını dərindən ciyərlərimə çəkdikdən sonra qanadlanıb gedirəm. Sözsüz ki, ən güclü enerji aldığım ölkə Azərbaycandır.
– 2020-ci il bir çox bəlalarla başladı. Nostradamusun öngörmələrinə görə, bu hələ başlanğıcdır və faciələr zənciri 2025-ci ilə qədər davam edəcək. Siz nə düşünürsünüz?
– 20 illik astroloji və metafizika təcrübəmə əsaslanaraq apardığım hesablamalara uyğun cavab verəcəm. 2020-ci il yüksələn və yeni dövrün 12 illik bir müddətidir. Bunun 60 illik də dövrü var. 2020-də 12 ilin enerjisi var. Klassik astrologiyaya görə, 2020-ci il böyük dövrdür, bu ildə biz bir neçə dəfə Ay tutulmalarını gördük. Ay tutulmalarının 2020-ci ildə üst-üstə olması ilin enerjisinə və dünyaya təsir etdi.
Dəyişiklik, transformasiya və təkamül əlbəttə ki, olacaq. Amma bu, Nostradamusun deyil, onu satanların iddialarıdır. Çünki keçmiş öngörücülərin proqnozlarının vaxtı çoxdan bitib, əslində təbiət heç kimə icazə vermir ki, kimsə gələcək əsrlərdə baş verəcək hadisələrdən danışsın. Belə proqnozları daha çox hər əsrin öz şuluqçuları dəyişdirir.
Astrologiya özü planet və ulduzlardır, kainatın enerjisi və onu idarə edən diri varlıqlardır. Kosmodiri və güclü varlıqlardır ki, hər şeyi istədiyi qədər dəyişdirir. Bu, bizim doğma xəritəmizdə görünür. Yəni hər şey insanın öz əlindədir, kiminsə öngörücülüyündə deyil. Hər insanın öngörücülüyü özündədir.
– Demək istəyirsiniz ki, astroloq olmaq üçün fitri istedada gərək yoxdur, bu elmi öyrənməklə onun sirlərinə yiyələnmək olar?
– Olar və lazımdır. Hər kəs bunu edə bilər. Dünvəyi proqnozlar əslində riyazi hesablamalar deməkdir, astrologiya onun içindədir. İnsanlar bilsin ki, astrologiya öngörücülük deyil. Metafizika, təbiət və enerjinin axını, psixoloji prinsiplərimiz və Fenq Şui texnikalarımız da riyaziyyatdır. Pifaqorun özü də riyaziyyatın bir teoremini çıxarmazdan öncə ulduzlara müraciət etmişdi, onların axınına əsasən də riyazi teoremləri ərsəyə gətirmişdi.
– Hesablamalarınıza əsasən, 2021-ci ildə həyat necə keçəcək? Azərbaycanda, eyni zamanda dünyada hansı dəyişiklik baş verəcək?
– Hər ilin çox aydın simvolları var ki, bizə bir istiqamət göstərə bilər. Məsələn, 2021 Buğa və ya Öküz ili üzərində təhvil verilir. Öküz torpaq elementidir, torpaq isə yer və güc-qüvvət deməkdir, hər kəsin öz yurduna sahib çıxmasıdır. Öküzün lüks planeti Veneradır. Venera isə eşqi və sevgini ifadə edir. Lakin Öküz çox ləng davranan, ağır, ciddi xüsusiyyətlərə malikdir. Öküzlər yalanı, boş sözləri, dağınıqlığı sevmir. Düşünürəm ki, gözəl bir il gəlir. Dünya yeni şüur transformasiyasına daxil olacaq, şüurumuz oyanacaq, inqilab edəcək. Tənbəllərə, mühafizəkar və köhnə stereotiplərlə yaşamağı sevənlərə, yeniliyi qəbul etməyənlərə, fərqlənməyən və öyrənmək istəməyənlərə çətin ola bilər. Ümumilikdə doğum xəritəsinə əsasən hər kəs dəyişəcək.
Çin astrologiyasına görə, 2020-ci ildə 7 nömrəli “uçan qara ulduz” gəlmişdi. Bu, dünyəvi böhran və virusun yayılmasına işarə idi. 2021-ci ildə dünyanın mərkəzinə 6 nömrəli ulduz gəlir. 6 nömrəli ulduz bu dövr üçün uğurlu və xeyirlidir, o, güclü ağlı, pul və sevgi axınını göstərir. Bütün bu əlamətlər gələn ilin yaxşı olacağından xəbər verir.
– Problemlərin fonunda hər kəsi maraqlandıran bir sual var: Gələn il kimlər varlana biləcək?
– Yenə də güc metalda olacaq. Metalın gücü qərb enerjisini göstərir, ya biz gücümüzü balta və qılınca çevirib ziyan görəcəyik, ya da ağıla çevirib pul qazanacağıq. Əslində, pul cibimizdə deyil, ağlımızda neyronların sayından asılıdır. Ağlımızda neyronların sayı çox olarsa, pulumuz da daha çox olar.
– Ulduzlar pandemiyanın gedişi barədə nə vəd verir? Bu bəla dünyanın yaxasından nə zaman əl çəkəcək və biz normal həyata qayıda bilmək imkanı əldə edəcəyikmi?
– Ulduzlar deyir ki, bədəninizi izləyin, anatomiyanızı yenidən öyrənin, çünki pandemiya bu il davam edəcək. 2020-ci il üçün metal ağır hesab oluna bilər. Xəstələnməmək üçün qorunmalı və özümüzü izləməliyik.
– İlin himayədarı gələn il böyük xətalara yol verməmək üçün nələrə diqqət etməyi tövsiyə edir?
– 2021-ci il torpaq və metal xüsusiyyətlərinə sahib olan Öküz simvolunda gələcək. Torpaq metalı bəsləyir. Bu da onu ifadə edir ki, işimizdə diqqətli olmalıyıq ki, uğur qazanaq. Səbirsizlik və aqressiya nümayiş etdirsək, itirəcəyik. Öküz həm də müdriklik rəmzidir. Odur ki, hər hansı işə başlamazdan əvvəl yaxşı-yaxşı araşdırma aparmalıyıq.
– Hazırda bir çox ölkələr münaqişə vəziyyətindədir. Həm bəzi politoloqlar, həm də astroloqlar iddia edir ki, üçüncü dünya müharibəsi uzaqda deyil.
– Metal dövrü davam etdiyi üçün o qılıncı simvolizə edir və mümkündür. Amma daha çox müasir və soyuq müharibə də ola bilər. Çin astrologiyasına əsasən, uçan ulduzların yönü şimal-qərbdir. 2020-ci ildə dünyanın mərkəzində dayanan 7 nömrəli ulduz bu il şimal-qərbə gəlir. Odur ki, bu, şimal-qərb ölkələrinin müəyyən təhlükədə olduğunu deməyə əsas verir. Onların neqativ enerjisi çoxalacaq.
O biri tərəfdən liderlərin, biznes insanlarının çökməsini və ya uğursuzluğa düçar olmalarını görəcəyik. 2021-ci ildə həm də saxta liderlər öz nüfuzunu itərəcək, fərqli düşüncələrə sahib olan liderlər önə çıxacaq. Məsələn, sülh və firavanlığı sevən Prezident İlham Əliyev bunu öz timsalında göstərdi. Gənclər onu çox sevir və anlayır. Bu da o deməkdir ki, yeni dövrün qanunlarına ayaq uydurub əl-ələ yaşayacağıq. 2020-ci il növbəti 12 illik dövrə güclü təsir edəcək. Bu il baş verənlər istər-istəməz növbəti illərdə öz izini qoyacaq.
– Azərbaycan Vətən müharibəsindən qalib çıxmış bir dövlətdir. Bu amil ölkənin gələcək taleyinə necə təsir edəcək?
– Gözümüz aydın. Canım Azərbaycanım. 20 ölkədə yaşamışam, həmişə arzum olub ki, vətəndə lazım olan anda olum. Keçən il öz xəritəmi hesablayanda bu il ən uğurlu, enerjili və sevimli ünvanın Azərbaycan olduğunu gördüm. Mənim üçün bu, bir lütf idi. Azərbaycana gələndə çox sevindim ki, insanlarla ünsiyyətim gözəl oldu.
Müharibə başlayandan güclü enerji duasını zikr edirdim. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, onların anaları müqəddəsdir, əllərini öpsək də, borcumuzdan çıxa bilmərik. Biz tarixə qalib adını çoxdan yazdırmışdıq. 41-45-ci illərə aid köhnə kitabları nəzərdən keçirirdim. Bir daha xatırladım ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftinin rolu danılmazdır. Həmin illərdə Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Məhz Azərbaycanın yanacaq məhsulları Sovet imperiyasını müharibədən qalib çıxarmışdı. Azərbaycanın təməli həmişə güclü idi, sadəcə heç bir zaman bunu üzə çıxarmamışdıq. İndiki gənclik var olsun, yazır-pozur, həqiqətləri üzə çıxarmağa çalışır və dünya təbii ki, gücümüz qarşısında baş əyir, əyəcək də.
– Neftdən söz düşmüşkən, qiyməti artacaqmı?
– Torpaqda olan bütün resurslar dəyərli olacaq. Lakin çalışmalıyıq ki, yeni və mükəmməl ağılla yeni işlərə başlayaq. Neftin qiyməti dövlətlərin həll etdiyi məsələdir, gücümüz yalnız ağlımız sayəsində artacaq. Gələcəyin kredosu inkişaf etmək və ağıldır, neft deyil.
– Dünyada krizis və ya böhran olacağını hesablamaq nə dərəcədə çətin və yorucudur?
– Heç bir şəkildə yorucu deyil, yetərincə tariximiz var. Vedik astrologiyası ilə baxanda reinkarnasiya dünyasına: ruhun dəyişdiyinə və yaşadığına inanırıq. Hipnoz zamanı insanlarla çalışanda NLP və ya reqressiya zamanı bilmədən şüuraltı fərqli durumları bizə anladırlar. Onda görürük ki, 100 il əvvəlki ruhlar yenidən doğulur və dəyişir, köhnə zamanları bizə anladırlar.
Köhnə stereotiplərdən, mühafizəkarlıqdan ağlımızı inşa edərək yeni dövrə keçid etdik. Ağlımıza əsasən həyatdakı davranış və axınımızı tapırıq. Bu, bizi böyüdür və yaşadır. Axtardığımız hər bir şey kənarda deyil, daxilimizdədir.
Qürur duyuram ki, 4 astrologiyanı 20 il ərzində öyrəndim. Bu gün bildiklərimi Azərbaycanda öyrənmək istəyən, başa düşən xeyli insan var imiş. Doğma ulduzlarımız onlara təsir missiyamızdan asılıdır. Daosların çox gözəl sözü var, biz sadəcə doğulduğumuz evi seçə bilmirik, amma doğulduğumuz və yaşadığımız dövrü dəyişdirə bilərik. Həyatımız rahatlıqla öyrənilə və hesablana bilər.
– Astroloqlar insanlara nəyi heç vaxt söyləmir?
– Astroloq bürc yazan deyil, xəritəni cızıb enerjilərin axınını düzüb-qoşaraq planetləri və ulduzları aktivləşdirib müsbət enerjisini insana deməlidir. Neqativ enerjisini örtməyin yollarını öyrətməlidir. Astroloq və ya başqa bir peşəkarın birinci işi maarifləndirməkdir. Seanslarım 2 saat davam edir, çünki proqnoz vermirəm, proqnozu öyrədirəm. Ulduzlarının hansı olduğunu və onu aktivləşdirib-passivləşdirməyin yollarını göstərirəm. Məlumat vermirəm, məlumatı öyrədirəm. Seansıma bir dəfə gələn insan ömür boyu öz-özünə yardım edə bilər. Qarşında nə qədər peşəkar bir professor olsa da, heç bir şəkildə kimsə başqa birinə yardım edə bilməz. Düzgününü sadəcə sənin təbiətin və ulduzların bilir. Odur ki, bunları bilmək vacibdir. Bölüşməyən astroloqun yəqin ki, özünün də heç nədən xəbəri yoxdur.
– O da həqiqətdir ki, neqativləri həyatımızdan birdəfəlik çıxara bilmərik. Onun təsirlərinə daha az məruz qalmaq üçün nə edə bilərik? Hamıya aid olan təcrübəni bölüşəsiniz bəlkə.
– Tanınmış psixiatr Karl Yunqdan bizə neyroqrafika deyilən çox gözəl bir texnika miras qalıb. Bu texnika daxildə olan neqativ hissləri xaricə çıxarmağa kömək edir. Ən güclü rəssamlar da içində hiss etdiklərini öz əli ilə kətana köçürə bilən insanlar olub. Bu, iç dünyasının simfoniyasını kağıza köçürməkdir. Neyroqrafika rəsmlər əsasında yaradılıb. Neyronlarımızda olan bütün inciklik və travmaları qələmlə kağıza çəkməklə onlardan xilas ola bilərik. Məsələn, üçbucaq problem, dördbucaq çıxılmazlıq, yuvarlaq forma isə həll etmək mənasını verir. Əlmotorika texnikası ilə hər şeyi şüurumuzdan keçirməklə barmaqların impulsunu kağıza ötürə bilərik. Kağızda o formanı dəyişdirərək içimizdən ağrını yox edirik.
İkinci sırada bioenerji təmizləmə gəlir. İçimizdə 7 çakra və bioenerji mərkəzi nöqtəsi var. Xaricimizi 7 qat aura təşkil edir. Beyin özü də 7 qat enerjilidir. Məsələn, psixika, emosiya, intellekt. Bunların hər biri üzərində çalışılmalıdır. Sadəcə bədənimizi izləyərək, hiss edərək içimizdəki vibrasiyaları hərəkətə gətirməklə təmizlənə bilərik.
Beynimizdə alfa, beta, qamma və teta dalğaları var. Teta yarımyuxu, yarımoyanış və trans halımızdır. Biz onun gücü ilə bütün bədənimizdə ağırlıqları ata bilər, ya da səhər oyanmazdan əvvəl içimizə pozitiv enerjini doldura bilərik. Ümumiyyətlə, həm aktiv, həm də passiv minlərlə texnika var. Bunlar insanın alma qabiliyyətinə əsasən təyin olunur. Daoslar deyir ki, yardım almaq istəyirsənsə, birinci yardımı özün ver. Biz də öyrətməklə məşğuluq, kimisə aldatmırıq. Neqativlərdən hər insan özü-özünü müalicə edə bilər. Bütün enerjini insan şüurundan keçirməlidir ki, özünü tapa bilsin. Əsasən insanı oyandırmaq və özü ilə tanış etməyə çalışıram. Astrologiya nöqtəsindən başlayaraq bionerji və bioritmlərə qədər təmizlənirik.
– Bioritm nədir?
– 3 bioritm var: emosional, fiziki və intellektual. Həftəsonları dincəlsək də, fiziki bioritm bizdə 23 gün sonra bitir. İnsanlar sevinməlidir ki, pandemiya ilə bağlı həftəsonları evdən çıxa bilmirik. Özümüzə qalsa, yenə də küçəyə çıxmağa davam edərik, amma evdə qalanda özümüzü dinləyir, sakitlikdə içimizin melodiyasını dinləyib tükənmiş hissləri yenidən doldururuq. Bu, çox önəmlidir. Fiziki ritm bitəndan sonra insan xəstələnə və virusa da yoluxa bilər.
İntellektual 28, emosional ritm isə 33 günə bitir. Emosional ritm bizi aldadır, odur ki, o tükəndikdən sonra uzun müddət depressiyaya düşürük. Bədənimizi izləsək, özümüz üçün bir çox əlac tapa bilərik.
– “Enerji oğruları”ndan özümüzü qorumaq üçün hansı müdafiə üsulu seçməliyik?
– Əvvəllər elə düşünürdum ki, kimsə mənə vampirizm enerjisini göndərir. Başa düşdüm ki, içimdə yetərincə əminlik, güc-qüvvət olmadığı üçün enerjimi “yeyə” bilir. Əgər özümüzü tanıyıb qoruma gücünü yüksəltsək, heç kim bizə vampirizm enerjisini göndərə, ya da ilgəyini ata bilməz.
Heç nə bilməyən insanın içində neqativ enerji blokları meydana gəlir. Bu incikliklər o dərəcədə yüksəkdir ki, onları başqalarına ötürməklə bəslənir. Buna rezonans və ya güzgü effekti deyirlər. Əgər içimdə müsbət emosiyalar varsa, sizə baxanda da çiçək görəcəm. Yox əgər neqativ enerjilərə köklənmişəmsə, sizi də zəhərləyib tikanlayacam.
Xəyal gücümüzə neqativ enerji yollayan insanın qarşısına güzgü qoyaraq görünməz divar, qabıq, kapsula və ya aura yarada bilərik. Eyni zamanda müxtəlif simvol və talismanlarla özümüzü qoruya bilərik. İçimizdəki boşluqları da doldurmalıyıq ki, heç bir neqativ bizdə yer tapmasın.
– Dində astrologiyaya münasibət necədir?
– Din ruhumu açıbsa, mənim üçün müqəddəsdir. Astrologiya elmdir və heç bir şəkildə bir-birinə ziyan vermədiyini bilirəm. Bir şey bizi yaşadır və sevindirirsə, işıqlandırırsa, ona Allahın göndərdiyi işıq deyə bilərik. Əgər məhv edirsə, qaranlıqdır. Hər bir bəndə onu duyduğu kimi yaşamalıdır. İkisini bir-biri ilə qarışdırmıram, mənə xeyir verəcək dərəcədə izləyirəm.
– 2021-ci ildə hansı bürclərin şansı daha çox gətirəcək?
– Öküz torpaq ünsürlüdür. Balıq, Əqrəb və Xərçəng bürcləri torpağı bulandıra bilənlərdir. Bu bürclər torpağı yumşaldan və bərkidib daş edənlərdir. Öküz nə qədər rahatdırsa, su elementində olanlar bir o qədər səbirsiz enerjili, səbirsiz və impulsivdir. Odur ki, ilin himayədarı onları harmoniya və balansa çağıracaq. Əks halda maliyyə məsələlərində ziyana düşə bilərlər. Elə bir durum yoxdur ki, doğulduğumuz ilimizdən və ya bürcümüzdən asılı olsun. İdarə edə bilmədiyimiz heç bir vəziyyət yoxdur. Bu gün hər bir insanın həyatı istəyi və düşüncələrinin gücünə bağlıdır.
Od ünsürünə Şir, Qoç və Oxatanlar daxildir. Qoçun planeti Marsdır. Bu planet asıb-kəsməyi, savaşı sevən, aqressiv və partlayandır. Öküz bunu sevmir, çünki səbrinin daşması daha böyük nəticələrə səbəb ola bilər. Mars qırmızı olduğu üçün Öküz qırmızını görəndə qıcıqlanır. Odur ki, ağ, gümüş və qızılı rənglərdən istifadə edin.
Oxatanlar Yupiter planetindədir. Yupiter xoşbəxtlik planeti olduğu üçün çox firavan yaşayacaqlar. Qaydaları gözləyən Şirlər üçün də il gözəl keçəcək.
Buğa, Qız və Oğlaq bürcü torpaq elementləridir. Bu bürclər qonşudur, planetləri isə fərqlidir. Oğlaqlarda Saturndur. Saturn planeti çox sabit və nizamlıdır. Bu xüsusiyyətlər Öküz ilə uyğun gəlir.
Qız bürcündə Merkuridir, o da ağıllı planetdir. Odur ki, Öküz Qız bürclərinə də gözəl il vəd edir.
Hava elementində olanlar üçün il gərgin və təlaşlı olacaq. Çünki külək əsəndə torpağı toz-duman, fırtına bürüyür, ya da vulkan yaradır. Hava elementinə daxil olan Əkizlər, Dolça və Tərəzilər bir-birinə bənzər və ikili xarakterə malik bürclərdir. Buğa isə ciddiliyi və dürüstlüyü sevir. Yeni bir dövrə girməyimizə baxmayaraq, Buğalar ağır və stereotiplidir. Hava elementində olanlar isə hər saniyə dəyişkəndir.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan saz vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Bu əsərləri yaradarkən xalqımız müxtəlif zamanlarda müxtəlif əlifbalardan istifadə etmişlər. Ərəb əlifbası yüz illər boyu müsəlman Şərqinin ümumi yazı sistemi kimi formalaşdığından Azərbaycan ədibləri, alimləri, səyyahları, şairləri bu əlifbadan istifadə etmişdir.
Dil bəşər tarixinin, insan dühasının ecazkar və hikmətli kəşflərindəndir. Milyon illər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf edib bugünkü mədəniyyət zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Yer üzündə insanın mədəniyyət yoluna qədəm qoyması əməklə və ilk sözü tapması ilə, danışması ilə başlayır. İnsanlar danışdıqları gündən bir-birini daha tez və rahat anlamaq, daha iti və aydın düşünmək yolunu tapıblar, əməkləri daha səmərəli olub, daha yaxşı işləməyə başlayıblar.
Hər bir xalq öz hisslərini və fikirlərini, təbiəti və cəmiyyəti idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir və başqa xalqlara çatdırır. Eyni zamanda onların kəşflərini dil vasitəsilə öyrənir. Beləliklə, dil xalqları yaxınlaşdırmış olur, xalqlar arasında mənəvi rabitə yaradır. Dil olmasaydı , bəşəriyyətin fəxri olan şifahi və yazılı ədəbiyyat xəzinəsi olmazdı. Dil olmasaydı, Homer, Esxil, Nizami, Füzuli, Dante, Şekspir, Şiller, Puşkin, Qorki, Arximed, İbn Sina, Nyuton, Lomonosov, Nəsrəddin Tusi olmazdı, onların sehirkar söz sərvəti, ecazkar elmi kəşfləri olmazdı, insanın mənəvi aləmi bir çox cəhətdən qapalı qalardı, təbiətin sirlərinə əl aparmaq nə qədər çətin olardı.
Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hər tərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək beynəlxalq nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır. Dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin böyük rolu olur.
Azərbaycan dili qədim tarixli dillərdəndir, uzun inkişaf yolu keçib. Azərbaycan dili fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadirdir. Dünyada elə mürəkkəb, elə çətin və dərin elmi, fəlsəfi, iqtisadi və s. əsər tapılmaz ki, onu dilimizə tərcümə etməkdə çətinlik çəkək. Təhsil ocaqlarında dilimizin məhəbbətlə öyrənən, dilin gözəlliyini incəliyini duyan, təmiz, səlis və qəşəng danışan, mühazirə oxuyan, məruzə edən, məqalə və kitab yazan gənclər yetişir.
Dil bütün vətəndaşların yalnız istifadə etdiyi bir xəzinə yox, həm də zənginləşdirməli olduğu bir xəzinədir. Dilimizin Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Sabir, Cabbarlı, Səməd Vurğun kimi söz ustadları var. O, zəngin, obrazlı, ahəngdar, ifadəli dildir. Onda çayların, bulaqların axar musiqisi yaşayır.
Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı dövlət dilinə çevrilməsi, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndərin fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildi.
Əlifbamızın ayrılmaz can dostu doğma ana dilimizdir. Heydər Əliyev bütün zamanlarda ana dilimizin xilaskarı kimi fəaliyyət göstərib.
Mənim ana dilim-ürəyim,odum,
Ey tarım, kamanım, qopuzum, udum,
Vaqifim, Füzulim, Dədə Qorqudum,
“Şur”umun, “Cəngi”min mayası dilim!.
Bu faktdır ki, Azərbaycan dilini vurğunluqla, məhəbbətlə, aydın nitqlə təbliğ edən Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində şəxsi nümunəsi ilə ana dilimizi qoruyub saxlamaqla, inkişaf etdirməklə öz məqsədinə çatmışdır. Dahi lider böyük məharətlə Azərbaycan dilini dünya arenasına çıxara bildi. BMT-də, Avropa Şurasında, eləcə də bir çox mötəbər məclislərdə Azərbaycan dilində etdiyi nitqlər həm əzəmətli səslənir, həm də dinləyicini cəlb edə bilirdi.
Heydər Əliyevin uzaqgörənliyi, doğma dilimizə övlad yanğısı və münasibəti təkcə Azərbaycanda deyil, bütün türk dünyasında rəğbətlə qarşılandı. Aydındır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, xalqın sərvətidir. Xalqımızın əsrlər boyu çəkdiyi əzab-əziyyətlər, ona edilən təzyiqlər dilimizdən də yan keçməmişdir. Ancaq bütün təzyiqlərə, hücumlara baxmayaraq xalqımız dilimizin saflığını, şirinliyini qoruyub saxlamış, bugünkü nəslə ərməğan etmişdir.
Mənim ana dilim-keçmişim, ulum,
Sonsuz gələcəyə uzanan yolum,
Sən adlı Vətənin qurbanı olum,
Ana Vətənimin anası dilim!
Gəlin , dilimizi qoruyaq, ona hörmət edək, onu yabançı sözlərlə korlamayaq. Dövlət dilimiz, ana dilimiz , Azərbaycan dilimiz dünyanın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik. dillərindəndir. Milli sərvətimiz olan Azərbaycan dilimizdə danışmaqdan fərəh duyaq, onu yayaq, təbliğ edək. Bizim bir doğma Vətənimiz, bir doğma dilimiz var. Ana vətənimizi və ana dilimizi eyni səviyyədə sevməli və qorumalıyıq.
Ana dilimizin zənginləşməsində, qorunmasında biz kitabxanaçıların üzərinə də məsuliyyət düşür. Oxucularda dilimizə, əlifbamıza, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə ehtiram və məhəbbət yaratmaq bizim borcumuzdur. Bununla bağlı kitabxanalarda sərgilər, söhbətlər, şeir müsabiqələri, ədəbi-bədii gecələr təşkil etməklə ana dilimizdə səlis danışmağı, dilimizin saflığını qorunmasını aşılama lıyıq.
1.”Ana dilim, doğma dilim”.
2.”Milli varlığımızın rəmzi”.
3.”Mənəvi xəzinəmiz”.və s.
1.“Ana dili-hikmət xəzinəmiz”.
2.”Ana dilim- doğma dilim”.
3.”Əcdadımızın həyat səsi” və s.
1.”Ana Vətənimin anası dilim” .
2.”Müqəddəs dilimiz –ana dilimiz”və s.
İstifadə olunan ədəbiyyat:
Hazırladı: Metodika biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Onu məhv olmaqdan necə qoruya bilərik
Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir.
Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır. Təkcə bu ilin 8 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Rəsmi statistika göstərir ki, daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyublar.
İki gəncin bəzən ani və keçici hislə qurduğu ailə, elə eyni minvalla da sonlandırılır. Olan isə taleyi ata və anasının münasibətlərindən asılı qalan körpələrə olur.
Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir. Aliment məbləği necə müəyyən olunur? Əgər aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa, alimenti kim verməlidir?
Modern.az təqdim etdiyi yazıda bu suallara aydınlıq gətirir.
Aliment öhdəliklərinə nələr daxildir?
Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Sabit aliment məbləği
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.
1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.
Dövlət Komitəsinin alimentlə bağlı mövqeyi
Məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir:
“BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaəsən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir”.
Aliment öhdəlikləri dünya təcrübəsində
Rəsmi məlumatda bildirilib ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür:
“Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.
Rusiya Federasiyasında uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilib.
Belə ki, Rusiya prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə “2012-2017-ci illər üzrə uşaqların maraqları naminə fəaliyyətin milli strategiyası təsdiq edilib. Qeyd olunan Milli Strategiyada uşaqların saxlanılması üçün kifayət edən alimentlərin mütəmadi ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən dövlət aliment fondunun yaradılması vasitəsi ilə aliment öhdəliklərinin icrası nəzərdə tutulub. Rusiya prezidenti yanında Milli Strategiyanın icrası üzrə Kordinasiya Şurası yaradılıb.
Latviya Respublikasında alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviya Respublikasının Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyət başlayıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.