Press "Enter" to skip to content

Onun hərflərini bəstəkarda necə qura bilərəm

Texniki problemlər ilə əlaqədar [email protected] ünvanına yaza bilərsiniz

Quran həqiqi hicabın hansı şəkildə olmasını, onun hikmət və fəlsəfəsini necə bəyan edir?

Hicab İslamın vacib hökümlərindən, fərdi və içtimai baxımdan ən zəruri məsələlərindəndir. Örtük mənasını verən hıcab anlayışı geniş məfhuma malik bir məsələdir. Bu örtük həm əxlaq və mənəviyyat sahələrini, həm də bədənin zahirinin örütlməsi kimi sahələri əhatə edir.
Mənəviyyat hicabı insanın daxılı aləminin, iffət və hayasının formalaşması mənasındadır. Bədənin örtülməsi isə bir növ daxildə formalaşan bu hisslərin tələbidir.

Daxilində iffət və həya kimi müqəddəs hisslər formalaşan hər bir kəs zahirdə, əməl və rəftarında hisslərinin tələbinə yuğun davranır. Hicab dedidikdə ilk öncə insanın zehninə İslamın vacib etdiyi örtük və geyim məfhumu gəlir. İslam dini qadınlara hicabı (örtüyü) vacib edib. Bu örütük yalnız başı deyil, üz və əllər istisna olmaqla ümumilikdə bədənin örtülməsi mənasındadır. Daha dəqiq desək örtülməklə yanaşı bədən formasının bilinməməsi və iffətin qorunması mənasındadır. Çünki İslam dini iffət və həyaya böyük önəm vermiş, bu məsələni çəmiyyətin ən zəruri məsələlərindən hesab etmişdir.
Bu səbəbdən hicab, xüsusən də qadınların örtülməsi Allahın vacib hökümlərindəndir. Mütəal Allah bu hökümlə cəmiyyəti, xüsusən də qadını qoruyur.
Qurani Kərim hicabın necəliyini (keyfiyyəti), hansı şəkildə olmasını, hikmət və fəlsəfəsini necə bəyan edir?
Qurani Kərim hicabın zərurətini həm fərdi, həm də içtimai baxımdan dəyərləndirir. Örtünmənin şəklini, hikmət və fəlsəfəsini bir neçə yerdə bu şəkildə bəyan edir:
1) Beləki örtük insanın cismini də qoruyur, qəlbini və düşüncəsini də. Qadın hicab örtməklə sanki özü ilə cəmiyyətin digər fərdləri arasında bir fərdə çəkir. Bu pərdə onu artiq ünsiyyət və yersiz söhbətlərdən qoruyur. Quran bu məsələni peyğəmbərin (s) xanımlarını misal çəkmələ aydınlıq gətirir və deyir:
“Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər.” (Əhzab-53)
2) Quran hicabı əziyyətlərin qarşısını alan, qadının içtimai fəaliyyətində onu qoruyan bir sipər, öz iffətini qorumaq istəyən üçün möhkəm bir vasitə görür:
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə (qadınların) de ki, (evdən çıxdıqda) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.” (Əhzab-59)
3) İslam qaydalarına uyğun geyinmənin digər bir mühüm faydası da cəmiyyətdə əxlaqi dəyərlərin qorunmasına xidmət edir. İstər kişi olsun, istər qadın bu nizam-intizama, Allah qarşısında olan öhdəliyinə əməl etmədikdə içtimai fəsad yaranır.
Bir müddət sonra isə bu hal adiləşib əxlaqi dəyərlərin və iffət anlayışının aradan getməsinə səbəb olur. Qadın kişiyə, kişi qadına yalnış şəhvət və tamahla baxır. Quran bunun qarşısını almaq üçün buyurur:
“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (bədənlərini) qorusunlar… (Nur 30-31)
4) Hicab, örtünmək barədə digər bir mühüm məsələ isə bu örtüyün necə olamsı, hansı formada olması barədədir. Hicab barədə danışıldıqda önə çəkilən əsas məsələ saçın, bədən üzvlərinin örtülməsidir.
Lakin unutmaq lazım deyil ki, bu örtünmə qədər mühüm olan digər bir məsələ də bədən fornasının bilinməməsidir. Quran bu məsələni açıq şəkildə belə izah edir:
“Mömin qadınlara de ki,… öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (bədənlərini) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə (sinələrinə) çəksinlər. ” (Nur-31)
5) Quran hicabla bağlı ayələri qeyd etdikdən sonra daha bir mühüm mətləbə işarə edir. Yəni zahiri hicaba riayət etməklə vəzifə bitmir. Qadın gərək bütün hallarda Allahın ona bəxş etdiyi qadın izzətini qorusun:
“. gizlətdikləri bəzək şeylərini (bədən formalarını) göstərmək (aşkar etmək) üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. ” (Nur-31)

İslam qanunları insanı fərdi fəaliyyəti ilə yanaşı içtimai fəaliyyətində də məsul bilir. Bu qanunlar öz əzəməti ilə həm insanın daxili aləmini, həm də onun xarici mühitini nizama salaraq qoruyur.

Onun hərflərini bəstəkarda necə qura bilərəm

İxləs surəsi bütöv halda vəhy edilən ilk surələrdən biridir

(Əvvəli ötən sayımızda)

“Cinləri Allah yaratdığı halda, (kafir və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğul və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur. Allahın necə övladı ola bilər ki, onun heç bir rəfiqəsi yoxdur. Hər şeyi o yaradıb” (Ənam, 100-101).

Əslində erkək və dişilik acizlik və möhtac olmanın ifadəsidir. Uca Allah hər şeyi cüt yaratmaqla göstərir ki, kainatda bir-birinə möhtac olan varlıqlar, o cümlədən, insanlar bir-birini yaratmaqda acizdirlər. Erkək və dişilikdən uzaq olan Allah buyurur: “Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə bir düşünüb ibrət alasınız!” (Zəriyyət, 49).

Göründüyü kimi, ayədəki ibrət alınası məqamlardan biri də, insanın erkək və dişi yaradılmasını önə çəkib, bəşərin acizliyini göstərməkdir.

Haşiyə: Bütpərəstlər “Zevs, Avqust, Prometey” və b., yəhudilər “Üzeyir”, xristianlar “Məsih”, kafir və cahillər “cinlərdən olan bəzi erkək və dişilər” Allahın oğul və qızlarıdır deməklə, həmin tarixi və mifik şəxsləri, doğrudan da Allahın övladları hesab edib, onları Allaha şərik qoşurdular. Yaradılan hər bir varlığın, o cümlədən, insanın zəif, aciz, möhtac və fani olduğunu onə çəkən həz. Əli isə, Allah-insan münasibətlərindəki maddi və mənəvi əlaqəni belə səciyyələndirib: «Onu vəsf etmək istəyən Onu başqa birisi ilə bərabər tutmuş olur. Başqasını Ona bərabər sayan ikiliyə düşmüş olur. İkiliyə düşən Onun bölünə biləcəyinə nail olandır.

O yaradılmayıb, var olandır. Yoxdan var olmadan mövcuddur. Hər şeylə bərabər deyil. Hər şeydən qeyridir. Heç bir Varlığa möhtac deyil, birdir. Düşünür fikir etmədən. Hər şeydə bir istedad və təbiət yaratdı. O, hər şeyin gizli və açıq tərəfini biləndir. Azaltmaq, verməmək Onun nemətini çoxaltmaz; vermək və səxavət göstərmək isə xeyirini, lütfün azaltmaz. Çünki Ondan başqa hər verənin neməti azalar və Ondan başqa hər verməyən pislikdə qalar. Nemətləri bəndələrə bağışlayan Odur, nemətlərin faydalarıyla onları faydalandıran Odur. Xalq onun övladı sayılır. Elə bir əvvəldir ki, Ondan öncə heç bir varlıq yoxdur; elə bir axırdır ki, Ondan sonra heç bir varlıq yoxdur.

“Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur!”.

Yəni şərəf və dəyər baxımından da Ona mane və Ona bərabər ola biləcək iqtidarında heç bir mövcudat yoxdur. Onun nə zatı, nə ismi və sifətləri, nə də fellərinin heç bir yoldaşı, şəriki olmadığı kimi, elə bir varlıq da yoxdur ki, Ona müxalif olsun. Zira mütləq hakim və xaliq Odur. Və bu mütləqlik əzəldə olduğu kimi, əbəddə də var. Yaradan O olduğu üçün, hər yaradılan da keçici və müvəqqətidir. Bütün kainat və onun içindəkilərinin ağlasığmaz cəmləri də, Ona bərabər və Ona tay ola bilməz. Çünki bütün mövcudat yox ikən, O var idi. Və onları da O yaratdı və O var etdi. Və necə də var etdi.

Buxari (e.ə.870) İxləs surəsinin təfsirində yazıb: “Allahu-Təala belə buyurub: “Adəm oğlu mənə inanmadı. Halbuki buna onun haqqı yox idi. O: “Allah məni yaratdığı kimi, təkrar dirildə biməyəcəkdir” deməklə, mənə inanmadı. Ey qafil insan! Məgər yoxdan yaradan təkrar yarada bilməzmi? Və təkrar yaratmaq yoxdan yaratmaqdan çətindirmi?”. Məni təhqir etməsinə gəlincə, o, “Allah özünə övlad götürdü” dedi. Lakin Mən Təkəm. Samədəm, övlad götürməyən, doğub, doğulmayanam”. Ümumiyyətlə, ən kamil bəşər qələmi belə Allahın zat və sifətlərinə tərif vermədə acizdir. Elə həmin səbəbdən, Rəbb, zat və sifətləri barədə mütləq bilgini Özü verib ki, insanlar şirkə uymasınlar. Məgər gecə qaranlığında işıq saçan böcəyin şüası ilə Günəşin nuru eynidirmi?

İxləs surəsinin fəzilətləri

“Peyğəmbər (ə) bu surənin Quranın üçdə birinə bərabər olduğunu xəbər verib. Onun “Bir gecədə Quranın üçdə birini oxuya bilərsinizmi” sualına, səhabə tərəddüd etdi. Bu zaman Allahın Rəsulu dedi: “Əgər bir kimsə “Qul huvəlləhu Əhad” surəsini oxusa, bu, Quranın üçdə birini oxumağa bərabər olar”. Peyğəmbər (ə)-nin bu kəlamını təfsirçilər və din alimləri iki istiqamətdə açıqlayıblar: Bir qisim alimlər hesab ediblər ki, “Surənin Quranın üçdə birinə bərabər olması”nı Peyğəmbər (ə) savab baxımından deyil, məna baxımından deyib. Çünki Qurandakı ayələr üçdür: a) Allahın birliyini göstərən ayələr – Təvhid, b) Əmr, qadağa, ibadətlərə aid ayələr, v) Qissə, elm və tarixə aid ayələr. İxləs, bu üç qrupdan birini, yəni Allahın birliyini, Onun Zat və sifətlərini xarakterizə edən surə olduğu üçün, o, Quranın üçdə birinə bərabərdir. Digər alimlər isə bunu savab baxımından qəbul ediblər.

Qeyd edək ki, İslam aləmində Quran surələrinin birinin digərindən daha fəzilətli olmasını qəbul etməyən inkarçılar da olub. Lakin sonralar onlar həz. Peyğəmbərin bu barədə dediyi çoxsaylı kəlamları qarşısında fıkirlərini dəyişiblər. Doğrudan da, əgər İxləs surəsindəki ana xətt Əhadiyyət, Samədiyyət və Vəhdaniyyət sifətlərini ehtiva edirsə, Təbbət və bəzi surələrdə həmin sifətlər önə çəkilməyib. Əhatə etdiyi məsələlərin möhtəşəmliyini çox yığcam şəkildə ifadə edən İxləs surəsinin namaz surələrindən olması da təsadüfi deyil. Ümumiyyətlə, Allahın zat və sifətlərini bəyan edən, Onun əzəmət və cəlalına həsr olunan ayələr, digər ayələrdən daha fəzilətlidir. Məgər Quran da daxil olmaqla, bütün səmavi kitabların xülasəsini özündə ehtiva edən Fətiha surəsini başqa ayə və surələrlə müqayisə etmək olarmı?

Qurani-Kərimin bəzi, xüsusilə Fətiha, İxləs, Yəsin, Cümə, Rahmən, Rad, Dəhr, Tövbə, Nəhl surələrini və Bəqəra surəsinin 255-ci ayəsini (ayətül kürsi) savab baxımından tez-tez oxunması Peyğəmbər (ə)-nin göstərişilə əlaqəlidir. Məsələn, ağır xəstənin, can verən adamın yanında, yaxud qəbir üstündə Yəsin oxunur. Bu surə barədə Peyğəmbər (ə) buyurub: “Yanında Yəsin oxunan xəstə sudan doyub vəfat edər və sudan doyub qəbir evinə gedər (Can verən insan susuzluqdan əziyyət çəkər)”.

İslam alimləri Yəsin oxunmasının bir neçə faydasını qeyd ediblər: 1. Bu zaman ac tox olar, yəni gözlənilməyən yerdən ruzi gələr. 2.Susuzluq aradan qalxar. 3. Əcəli çatan xəstə ölüm acısını duymaz. 4. Əcəli çatmayan xəstə şəfa tapar. 5. Can verən xəstəyə Cənnət mələkləri görünər. 6.İnsanın qorxusu, səksəkəsi aradan qalxar. 7. Qərib adam özünə həyan tapar.

Rad surəsi oxunduqda ruhun bədəndən çıxması asanlaşar. Rahmən surəsi insana təsəlli, Ayətül kürsi əmin- amanlıq və səlamatlıq bəxş edər və s. və i. İxləs surəsi barədə isə Peyğəmbər (ə) buyurub: “Kim ölüm yatağında İxləs surəsini oxusa, qəbir əzabı çəkməz. O, qəbrin təzyiqindən əmin olar. Mələklər onu qanadları ilə aparıb, Sirat körpüsündan keçirərlər”; “Evə girərkən İxləs surəsini oxuyan adam, sıxıntı görməz”; “Namazda İxləs surəsini qiraət edin. O sizi Cənnətə aparar”.

Özünün Əhad, Saməd və digər ixləsli isimlərini bəndəsinə İxləs surəsində tanıdan Rəbb, yaratdığı bəşərə də iman, elm və iradə verib ki, o, ixləs və sədaqəti ilə Rəbbin ləyaqətli xəlifəsi olsun. Fəqət, o da məlumdur ki, bu zirvəyə aparan yol nə qədər əziyyətli və şərəflidirsə, həmin zirvədə bərqərar olmaq ondan də şərəfli və çətin bir işdir. Çətindir ona görə ki, ixləsini zirvədə qeyb edən insanların oradan yıxılması əksər hallarda həmin şəxslərin və hətta bəzən bütöv bir xalqın mənəvi ölümü ilə nəticələnir. Əksinə, “düz yol”da gəzən insanların yıxılması isə onlar üçün elə bir problem yaratmaz. Əlbəttə, biz bu tezis ilə heç kəsi “düz yolda” yeriməyə təşviq etmirik. Və buna mənəvi haqqımız da yoxdur. Çünki Rəbbin möcüzəli əsəri olan insan, bu dünyaya mənəvi zirvələri fəth etmək üçün gəlib. Elə isə İxləs surəsinin nuru ilə Allahı razı salan zirvələri fəth edib, ixləslə orada bərqərar olmaq arzusu ilə.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Qurani-kərim oxumaq və dinləmək

Sual: Quranı Azərbaycan dilinə edilmiş tərcümədən oxumaq uyğundurmu?
CAVAB: Xeyr, uyğun deyil. Türkiyə Respublikası Diyanet işləri üzrə Başqanlığının hazırladığı “Quranı-Kərim məali”nin ön sözündə deyilir ki: “Quranı-Kərim yalnız Türkcəyə deyil, heç bir dilə haqqıyla tərcümə edilə bilməz. Qədim təfsirlərin işığı altında verilən mənalara da tərcümə deyil, “məal” demək uyğundur. Quranın yalnız mənasını ifadə edən sözləri Quran hökmündə tutub, namazda oxumaq caiz olmaz. Heç bir tərcümə əslinin yerini verə bilməz”.
Böyük İslam alimi İbni Hacəri Məkki həzrətləri buyurdu ki: “Quranı-Kərimi Ərəbcədən başqa hərf ilə yazmaq və Quranı-Kərim yerinə tərcüməsini oxumaq haramdır. Quranı-Kərimi tərcümə etmək başqa, edilən tərcüməni Quran yerinə qoymaq başqadır. Ərəbcədən başqa hərf ilə yazmaq və bu cür yazılmış olanı oxumaq haramdır. Quranı ərəb hərfləri ilə oxunduğu kimi yazmaq belə haramdır.) [Fətavai fiqhiyyə s.37]
Sual: Saytda deyilir ki: “Quranı ərəb hərfləri ilə oxunduğu kimi yazmaq surətiylə dəyişdirmək belə haramdır”. Belə olan halda latın hərfləriylə oxunduğu kimi yazmaq necə caiz ola bilər? Saytda İslam hərfləriylə yazıldığı kimi latın hərfləriylə də surələr yazılmışdır. Bu cür yazılış caizdirmi? Səudiyyəlilərin hacılara dağıtdığı Mushaf [Quranı-Kərim] oxunuşuna, yəni təcvid qaidəsinə görə yazılmışdır. Bu caiz olurmu?
CAVAB: Quranı oxunduğu kimi yazmaq başqa, bilməyən birisinə öyrətmək niyyətiylə oxunuş şəkli ilə yazmaq başqadır. Yanlış oxunmasın deyə saytda ayrıca səsli olaraq da verilir.
Səudiyyəlilərin dağıtdığı Mushafda oxunuşuna görə yazılmışdırsa, yəni bəzi hərflər əksik və ya artıq isə caiz olmaz.
Latın hərfləriylə yazmaq haramdır. Amma zərurət olduqda Mushafı deyil, bəzi surə və ayətləri latın hərfləriylə yazmaq caiz olur. Mushafı latın hərfləriylə yazmaq üçün bir zərurət, bir ehtiyacın olması mümkün deyil. Amma İslam hərflərini bilməyən namazda oxuyacağı surə və duaları latın hərfləriylə yazıb öyrənə bilər. Sonra bilən birisinə dinlətdirər və doğru tələffüz edirsə oxumağa davam edər.
Sual: “Quran oxuyan bir çox kimsə var ki, Quranı-Kərim onlara lənət edər” hədisi-şərifi alimlər necə açıqlamışdır?
CAVAB: Muhyiddini Arabi həzrətləri “Müsamərə” adındakı kitabında buyurur ki, Həzrəti Əbu Hüreyrənin xəbər verdiyi hədisi-şərifdə “Bir zaman gələr ki, müsəlmanlar bir-birlərindən ayrılar, parçalanarlar. İslamiyyəti buraxıb şəxsi düşüncələrinə, görüşlərinə tabe olarlar. Quranı-Kərimi mizmarlardan, yəni çalğılardan [musiqi alətlərindən] mahnı kimi oxuyarlar. Allah üçün deyil, keyf üçün oxuyarlar. Belə oxuyanlara və dinləyənlərə heç savab verilməz. Allahü təala bunlara lənət edər. Əzab verər!” buyruldu. Başqa bir hədisi şərifdə, “Quranı-Kərimi Ərəb şivəsi ilə, onların səsi ilə oxuyun! Fasiqlər, müğənnilər kimi oxumayın!” buyruldu.
Başqa bir hədisi şərifdə “Quranı-Kərim, oxuyanlarına ya şəfaət edəcək və ya düşmən olacaqdır” buyruldu. (Müslim)
Demək ki, Quranı-Kərim Allah Rzası üçün dinimizin bildirdiyi şəkildə oxuyana şəfaət edəcək, müğənnilər kimi oxuyana düşmən olub, ona lənət edəcəkdir. (Şir’a)
Qolu açıq Quran oxumaq
Sual: “Qadınların qolları və saçları açıq Quran oxuması asanlıqdır, yəni problemi yoxdur” deyilir. Halbuki, S.Əbədiyyə kitabında “Öz övrət yeri açıqkən və övrət yeri açıq olanların yanında Quranı-Kərim oxumaq məkruhdur” bildirilir. Qadınlara bu asanlığı kim vermişdir?
CAVAB: Qadınlara asanlıq verən yoxdur. Yəni heç bir kitabda mubah olduğu bildirilməmişdir.
Qadınların başı və qolları açıq Quran oxuması tahrimən məkruhdur. (İbni Abidin)
Kişilərin belə başı, qolları açıq Quran oxumaları tənzihən məkruhdur.
Sual: Nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında əzbərdən Quran oxumaq caizdirmi?
CAVAB: Bəli, caizdir. Hətta çox gözəldir.
Sual: Sidikli yataq xəstəsinin yanında Yasini-şərif oxumaq caizdirmi?
CAVAB: Bəli.
Sual: Quran oxumağı bacarmıram. Bir mollaya Yasin oxudub maqnitofona yazdım. Bu maqnitofonu atamın qəbrinə aparıb açıram. Maqnitofondan oxunan Yasini atama dinlətmək ilə öz oxumağım arasında fərq varmı?
CAVAB: Çox fərq vardır. Maqnitofondan oxunan Quranı-Kərimin, Yasini-şərifin ölüyə faydası olmaz. (M.Ərbəa)
Sual: Namaz qılınan bir evdə heç Quran oxunmasa, yəni Quran oxumağı bilən heç kimsə olmasa günah olarmı?
CAVAB: Bir evdə namaz qılan varsa o evdə Quranı-Kərim oxunulur deməkdir. Əzbər oxunduqda belə Quranı-Kərim oxunmuş olur. Bir evdə əzbər də olsa Quranı-Kərim oxunmursa o ev qəbir kimidir. Hədisi-şərifdə buyruldu ki: “Evlərinizdə Quran oxumağı artırın! Quran oxunmayan evin xeyri azalır, şərri çoxalır, o ev xalqına darlıq gəlir.” [Darə kutni]
Sual: Müəyyən üzrü zühur edən qadın evdə ərinin, oğlunun və ya qızının oxuduğu Quranı-Kərimi, xətmi dinləyə bilər?
CAVAB: Quranı-Kərimə toxunmamaq şərti ilə xətm dinləməkdə problem yoxdur. Ancaq üzürlü qadın xətm dinləmək üçün məscidə gedə bilməz. Məscidə girməsi haram olur. Hətta məscidə dəstəmazsız da girə bilməz. (Məvkufat)
“Evdə xətm oxumağın savabı olmaz” deyənlər dinimizə iftira atırlar. Qadınların məscidə getməyib, evdə qadın bir xocanın oxuyacağı xətmi dinləmələri çox savabdır.
Sual: Qadın evdə geniş kişi pijaması geyinmiş olduğu halda Quranı-Kərimi oxuya bilərmi?
CAVAB: Oxuya bilər.
Sual: Quranı-Kərimi iş görənlərin yanında oxumaq olar?
CAVAB: Ucadan oxunmaz. Onlar eşitməyəcək qədər yavaşca oxunar.
Sual: Məsciddə Quran oxunarkən istəyən çıxıb gedə bilərmi?
CAVAB: Çıxıb gedə bilər. Orada durarsa dinləməsi lazımdır.
Sual: Maqnitofondan, kasetdən, radiodan oxunan Quranı-Kərimi dinləmək, təkrar etmək günahdır? Yoxsa iş görərkən dinləmək uyğun deyildir?
CAVAB: İş görərkən dinləmək uyğun olmaz. İş görmədən dinlənilər. Təkrar etməkdə və öyrənmək üçün dinləməkdə problem yoxdur.
Sual: CD-dən Quran dinləmək caizdirmi? Dinləməklə xətm olur?
CAVAB: Öyrənmək niyyətiylə dinləmək olar. Amma dinləməklə xətm olmaz.
Sual: “Təfəkkürsüz Quran oxumaqda xeyir yoxdur” sözü ayətdir, yoxsa hədis-qüdsidir?
CAVAB: Nə ayətdir, nə də hədisdir.
Sual: Quranı-Kərim oxuyarkən bardaş qurub oxumaq ədəbə ziddirmi?
CAVAB: Bəli ziddir. Lakin yorulduğu zaman bardaş qurub oxumaqda problem yoxdur.
Sual: Kasetdən Yasini-şərifi dinləyib öyrənmək olar?
CAVAB: Öyrənmək üçün dinləmək olar. İbadət üçün olmaz.
Sual: Cənazə qaldırılmadan öncə yanında Quran oxunar?
CAVAB: Cənazənin qarşısında oxunar.
Xəstə yanında Yasin surəsini oxumaq mühüm sünnətdir. Hədisi-şərifdə buyruldu ki: “Yanında Yasini-şərif oxunan xəstə suya doymuş olaraq vəfat edər və doymuş olaraq qəbrə girər.” Yəni can vermənin hasil edəcəyi susuzluğu duymaz. Yasini-şərifdə qiyamətdə olan şeylər, dünyanın keçici olduğu, Cənnət nemətləri və Cəhənnəmdəki əzablar bildirildiyindən, xəstə yanında oxunduqda iman ilə getməyə səbəb olan şeyləri eşitmiş olur. “Rad” surəsini oxumaq ruhun çıxmasını asanlaşdırır. İnsan öldükdə Hənəfidə nəcis olur. Quranı-Kərim yanında deyil qarşısında və səssiz oxuna bilər. Digər üç məzhəbə görə nəcis olmaz.
Sual: Qəbiristanlıqda Quran oxumaq caizdir?
CAVAB: Bəli, sünnətdir. (Halebiyi kəbir)
Sual: Yasində Selamün. deyə başlayan ayəti üç dəfə oxumaq lazımdır?
CAVAB: Elə bir şey yoxdur, amma oxunarsa da günah olmaz. Oxumaq lazımdır, deyərək oxumaq bidət olur.
Sual: Surə və ayət oxuyarkən əuzü bəsmələ oxunar?
CAVAB: Surə oxuyarkən əuzü və bəsmələ oxunar. Ayəti-kərimə oxuyarkən alimlərin çoxuna görə yalnız əuzü oxunar, bəsmələ oxunmaz. Məsələn, Ayətəl-kürsi, Amənərrəsulü, Hüvallahülləzi kimi ayətləri oxuyarkən bəsmələ çəkmək lazım olmaz. Sadəcə əuzü oxunar. Bəsmələ də çəkilərsə problem olmaz.
Əuzü Bəsmələ
Sual: Amənərrəsulü, Ayətəl-kürsi kimi ayətləri oxumağa başlayarkən Əuzü Bəsmələ oxumanın hökmü nədir?
CAVAB: Ayəti-kərimə oxumağa başlayarkən Əuzü oxumaq vacibdir. Bəsmələ çəkmək lazım olmaz. Bəzi alimlərə görə Bəsmələ də çəkilə bilər. Surə oxumağa başlayarkən Əuzüdən sonra Bəsmələ oxumaq sünnətdir. Oxumağa davam edərkən yeni surə gəldikdə Bəsmələ oxumaq yenə sünnətdir. Əuzü çəkilməz.
Fatihə oxuyarkən Bəsmələ
Sual: Fatihə oxumağa başlayarkən Bəsmələ çəkmənin hökmü nədir?
CAVAB: Fatihə oxumağa başlayarkən Bəsmələ oxumaq vacib, namaz içində Fatihədən öncə Bəsmələ oxumaq da sünnətdir. Şafii məzhəbində isə hər zaman Fatihə oxuyarkən bəsmələ çəkmək fərzdir.
Sual: Avtobusda, marşrutda musiqi çalınarkən səssizcə Quranı üzünə baxaraq oxumaq günahdır?
CAVAB: Günah olmaz, savab olur. Musiqi eşitməz olur. Ancaq fasiqlər yanında oxuyub fitnəyə, məsxərəyə səbəb olmamalıdır. Bələdiyyə avtobuslarında bəzən görürük, pis kimsələrin məzxərəli baxışlarına, hətta sataşmalarına səbəb olurlar. Belə məsxərəyə səbəb olmaq günahdır.
Sual: “Təfəkkürsüz Quran oxumaqda xeyir yoxdur” sözü doğrudur?
CAVAB: Təfəkkürsüz Quran sözü hər kəs üçün deyildir. Ərəbcə və digər İslamı elmləri bilən üçün doğrudur. Fəqət ərəbcə bilməyənə “Quran oxumağın faydasızdır” demək də çox yanlışdır. Çünki Allahü təala: “Anlamadan da Quran oxuyan mənim rizama qovuşar” buyurur.
Sual: Quranı-Kərim oxuyarkən Tam Elmihaldakı ibni Kamal həzrətlərinin durmaqlarını öyrəndim. Buradakı məd, səktə nə deməkdir?
CAVAB: “Məd” uzadılacaq deməkdir. “Səktə” durmaq deməkdir, bir miqdar durulur.
Sual: Quranı-Kərim oxunduqdan sonra və ya duanın ardınca “Əl Fatihə” deyilir. Burada oxunan nədir?
CAVAB: Fatihə oxunur. Fəqət oxumaq şərt deyildir, oxunarsa yaxşı olar. Hətta salavatı-şərifə gətirib oxumaq daha yaxşıdır.
Sual: Evimizdə Quran var, amma oxuyan yoxdur. Sıxıntılarımızın bir səbəbi də bu ola bilər?
CAVAB: Hər gün az da olsa Quranı-Kərim oxuyan birisi olmalıdır! Hədisi-şərifdə buyruldu ki: “Quran oxunmayan evin xeyri azalar, şəri çoxalar, ev xalqına darlıq gələr.” [Darə Kutni]
Sual: Quranı-Kərimi oxuyarkən stulda və ya divanda oturaraq oxumaq (ayaqları aşağı sallayaraq) ədəbə ziddir?
CAVAB: Ədəbə zidd deyildir. Oxuna bilər.
Sual: Quran oxuyarkən dünya kəlamı danışıb sonra oxumağa başlayarkən Əuzü çəkmədən sadəcə“Əstəizü billah” demək olar?
CAVAB: Bəli, olar.
Sual: Birisi “Mənim Mushafımı (Quran kitabı) kimsə oxumasın” desə, onun Mushafından Quran oxumaq caizdir?
CAVAB: Xeyir.
Sual: Quran kursunda hər kəsin yüksək səslə oxuması caizdir?
CAVAB: Bəli.
Sual: Latın hərfləriylə qarışıq əlifba ilə Quran öyrənmək caizdir?
CAVAB: Qarışıq olmayan ilə xocadan öyrənmək lazımdır!
Sual: Gizli oxuyarkən də məddi lazım dört əlif miqdarı çəkilir?
CAVAB: Bəli.
Sual: Əlifba oxuyarkən “qaf” hərfinə koyun başlı, əlifə dirək kimi demək caizdir?
CAVAB: Bəli.
Sual: Quranı-Kərim oxuyanı gözəl oxuduğu üçün alqışlamaq caizdir?
CAVAB: Caizdir və yaxşıdır.
Sual: Göz ilə Quran oxumaq caizdir?
CAVAB: Göz ilə oxunmaz. Baxma savabı qazanılar.
Sual: Lafzatullah (Allahü təalanın adı) yerləri qırmızı olan Mushafları oxumaq caizdir?
CAVAB: Bəli caizdir.
Məsciddə namaz qılarkən
Sual: Məsciddə namaz qılarkən Quranı-Kərim oxuyanlar olur. Mushaf beldən aşağıda qalır. Bunun problemi varmı?
CAVAB: Oxuyanın yanında deyil, bir az uzaqda qılınarsa problem olmaz.
Sual: Təcvidə uyğun oxumaq üçün Mushafa işarət qoymaq caizdir?
CAVAB: Bəli.
Sual: Qul əuzüləri uşağa üfləyərkən özümə də üfləsəm olar?
CAVAB: Ayrı-ayrı oxumaq əfdaldır (yaxşıdır).
Sual: Muhamməd surəsini oxuyub bitirdikdən sonra, yoxsa Muhamməd adı keçincə salavat gətirmək lazımdır?
CAVAB: Bitirdikdən sonra.
Sual: Ayətəl-kürsiyə Allahüla demək caizdir?
CAVAB: Xeyr.
Sual: Quranın latın hərfli yazılışını dəstəmazsız oxumaq caizdir?
CAVAB: Dəstəmazlı oxumaq da caiz deyildir.
Sual: Yusif surəsindəki Təvəffəni dua üçün Təvəffəna oxumaq olar?
CAVAB: Xeyir.
Sual: Qonşunun oxuduğu Quranı-Kərimi bizim evdən rahatlıqla eşidirik. Həmin an ehtiyac səbəbi ilə tualetə getməyimiz caizdir?
CAVAB: Bəli. Günah yüksək səslə oxuyandadır.
Sual: Quran oxunarkən bəzi adamlar fərzi-kifayə deyib danışırlar. Caizdir?
CAVAB: Günaha girirlər.
Sual: Haşr surəsinin sonu haradan başlayır?
CAVAB: “Hüvallahülləzi”dən başlayır. “Ləv ənzəlnə”dən və ya “Lə yəstəvi”dən oxumaq daha yaxşıdır.
Sual: Quran oxumağı bacarmayan sadəcə səhifəsini açıb baxsa savab qazanar?
CAVAB: Quran oxumağı bacarmayanın da bərəkət üçün evdə Mushaf saxlaması çox yaxşıdır. Açıb səhifəsinə baxmaq savabdır. Hədisi-şərifdə buyruldu ki: “Beş şey ibadətdir. Az yemək, məsciddə oturmaq, Kəbəyə, Mushafa və alimin üzünə baxmaq.” [Deyləmi]
Quranı-Kərimi öyrənmək çətin deyildir. Öyrənib oxumaq çox savabdır. Hədisi-şərifdə: “Ümmətimin etdiyi ibadətlərin ən qiymətlisi Quranı-Kərimi Mushafa baxaraq oxumaqdır” buyruldu. (Şira)
Sual: Almaniyadakı məscidimizin imamı hər axşam Yasin oxuyurdu. O getdikdən sonra yerinə gələn imam “Yasin oxumaq bidətdir” deyərək oxumur. Yasin oxumaq bidətdir?
CAVAB: Bidət deyildir. Ola bilər imam tənbəlliyindən oxumur. Hər zaman Quranı-Kərim və Yasini-şərif oxumaq savabdır. Hədisi-şəriflərdə buyruldu ki: “Gecə vaxtı Yasin oxuyan bağışlanmış olaraq sabaha çıxar.” [Buxari]
“Hər gecə Yasin oxumağa davam edən şəhid olaraq ölər.” [Tabərani]
Yasini-şərif oxumaq bu qədər fəzilətli olmasına baxmayaraq, oxuma məcburiyyəti yoxdur. İmam oxumursa oxu deyə onu sıxışdırmaq doğru olmaz.
Sual: Hədisi şərifdə: “Sabah-axşam Haşr surəsinin son üç ayətini oxuyan şəhid olaraq ölər” buyrulduğu üçün sabah-axşam Haşr surəsinin sonunu oxuyuram. Məsciddə namaz qıldığım zaman imam oxuyur və biz dinləyirik. Mən oxumasam belə yenə eyni savaba qovuşaraq şəhid olaraq ölə bilərəm?
CAVAB: Quranı-Kərimi oxumaq sünnət, dinləmək fərzdir. Dinləyən oxuyandan daha artıq savab aldığı üçün ayrıca oxuması lazım deyil. Hər gecə “Əmənərrəsulü”nü imamdan dinləyənin onun da yenidən oxuması lazım olmaz. (Şir’a)
Sual: Hər gecə Təbərakə surəsi ilə Əmənərrəsulü surəsini oxuyuram. Təbərakəni və Əmənərrəsulünü işa namazında zəmmi surə olaraq oxuyan eyni fəzilətə qovuşar?
CAVAB: Hədisi-şərifdə buyrulur ki: “Namazda oxunan Quranı-Kərim namaz xaricində oxunan Quranı-Kərimdən daha savabdır.” [Camiussagir şərhi]
Zəmmi surə olaraq oxunduqda eyni savaba artıqlamasıyla qovuşulduğuna görə namazda oxumaq daha savabdır.
Sual: Quləuzüləri oxuduqdan sonra ovuca üfləyib əlləri vücuda sürmənin faydası varmı?
CAVAB: Rəsulullah əfəndimiz bəzi ayətləri oxuyub mübarək ovuclarına üfləyər və ovucları ilə mübarək vücudlarını məsh edərdilər. Bir çox xəstəlik üçün faydalıdır.
Sual: İki şəxsin səsli olaraq bir otaqda xətm oxumaları caizdir?
CAVAB: Bir-birlərini çaşdırmaq ehtimalı olduğuna görə məkruhdur.
Sual: Xətmi dinləyən yavaşca özü də oxusa xətm olar?
CAVAB: Bəli.
Sual: Hər səhifə 2 dəfə oxunub Quran xətm edilsə 2 xətm kimi sayılmış olar?
CAVAB: Bəli.
Sual: Xətmdə bəziləri “İnşirah” surəsindən etibarən, bəziləri də “Duha” surəsindən etibarən Bəsmələdən öncə Allahü əkbər deyərək təkbir oxuyurlar. Belə oxumaq caizdir, yoxsa bidətdir?
CAVAB: Caizdir, bidət deyildir. Hətta təkbir ilə birlikdə təhlil və tahmid, yəni Allahü əkbər, Lə iləhə illallah vəl hamdülillah demək də caizdir. (Sarihin Nas)
Sual: Ramazan ayında ölülərimizin ruhuna xətm oxumağa başladım. Sonra da başqa insanlar gəldi ağlıma və Ramazanda tanıdıqlarımızdan da ölən oldu. Oxumağa başlayarkən onlara niyyət etməmişdim. İndi başqa mərhumları da xətmimə əlavə edə bilərəm?
CAVAB: Bəli. Onlara da, hətta Adəm əleyhissəlamdan bu günə qədər gələn hər müsəlmana hədiyyə edə bilərsiniz və hər birinə bölünmədən eynisi gedər.
Sual: Bir nəfər “Oxuduğun xətmi təhlili ölmüş anama bağışla” dedi. Bağışladım. İki ay sonra başqasına da bağışlasam caiz olarmı?
CAVAB: Bəli. Bütün müsəlmanlara bağışlamaq da yaxşıdır.
Sual: Quranı nə qədər vaxta xətm etmək lazımdır? Namaz qəza borcları olan üçün bu vaxt dəyişir mi?
CAVAB: Üç gündən az olmaz. Həftədə bir olar, ayda bir olar, ildə bir olar. Vəziyyətə görə olur. Qəzası olan öncə qəzalarını ödəməyə çalışmalıdır.
Sual: Xətmi-şərif bitincə Quranı-Kərimin sonundakı duanı dərhal oxuyub yeni bir xətmə başlanılsa, sonra da məsciddə birlikdə xətm duasında iştirak edilsə uyğun olar?
CAVAB: Xətm duası sonra da oxuna bilər. Xətm bitər-bitməz dərhal yeni bir xətmə başlamaq yaxşıdır.
Sual: Toplu olaraq xətm duası caizdir?
CAVAB: Caizdir. Dua üçün toplanmaq məkruhdur.
Sual: Quranı-Kərimi xətm edən kimsə bilmədən bəzi yerlərdə məna dəyişəcək şəkildə səhv etmişsə xətm savabı alarmı?
CAVAB: Ala bilməz. Doğru oxuduğu yerlərin savabını alar.
Sual: Xətm oxununca ruhlarına hədiyyə edilən şəxslərin hamısına xətm savabı hasil olur. Bu halda təsisin fəziləti nədir?
CAVAB: Peyğəmbər əfəndimizin ruhuna göndərmək duanın qəbulu üçün şərtdir. Ad ilə təsis edilincə filankəs tərəfindən göndərilmişdir deyə mərhuma bildirilir. O da göndərənə təvəccüh edər. Qəflətdə deyil isə ruhundan o anda istifadə edər. Feyz alır. Digərlərinə savab ümumi olaraq paylanır. Kimin göndərdiyi bildirilməz.
Sual: Ölən xocam əshabı-kiramın bəzilərinə dil uzadardı. Oxuduğum Quranın savabını onun ruhuna bağışlamağım caizdir?
CAVAB: Xeyr. Quranı-Kərimdə hamısının Cənnətlik olduğu bildirilir. Cənnətlik kimsəyə söyülməz. Söyənə də Quran oxunmaz.
Sual: Quranı-Kərimi xətm etdikdən sonra necə bir dua edilməlidir?
CAVAB: Fərqli bir dua yoxdur. Hansı dua bilinirsə o oxunar. Mushafların sonunda olan dua da oxuna bilər.
Sual: Quranı-Kərimi üç gündən öncə xətm etmək caiz olmadığına görə imam Azam həzrətlərinin bir namazda xətm etməsinin səbəbi nədir?
CAVAB: Caiz olmaz fitvası bizim kimi avamlar üçündür.
Quranı doğru oxuya bilməmək
Sual: Quran oxuyarkən bütün səylərimə baxmayaraq kəlmələri tam tələffüz edə bilmirəm. Quran oxumağım səhih olur? Oxumağa davam etməliyəm, yoxsa tərk etməliyəm?
CAVAB: Cənabı Haqq heç kimsəyə gücü yetə biləcəyindən artıq bir şey etməyi əmr etməz. Hər kəsə edə bildiyindən soruşar. Bilənlərdən öyrənməyə çalışaraq oxuya bildiyiniz qədər davam etməlisiniz. Bir hədisi-şərif məali belədir: “Quran üçün vəkil edilən bir mələk ərəb olmadığı üçün doğru oxuya bilməyən kimsənin xətasını düzəldər və doğru olaraq yüksəldər.” [Şirazi]
Yataqda Quran oxumaq
Sual: Yataqda Quran oxuyarkən ayaqları uzatmaq caizdir?
CAVAB: Yorğan altında və ayaqlar bitişik, sayğılı bir vəziyyətdə əzbərdən oxumaq caizdir. Ayaqları toplayaraq oxumaq daha uyğundur.
Sual: Quran oxuyarkən barmağı tüpürcəklə isladıb sonrakı səhifəni açmaq caizdir?
CAVAB: Bəli.
Sual: Kompüterdən Quranı-Kərim oxuyarkən dəstəmazlı olmaq lazımdır?
CAVAB: Ayətlərə toxunulmadıqca haradan olursa olsun Quranı-Kərim oxuyarkən dəstəmazlı olmaq lazım olmaz. Fəqət dəstəmazlı oxumaq yaxşı olar.
Sual: Quran oxuyarkən qaldığımız səhifəyə təqvim parçası qoya bilərikmi?
CAVAB: Yazısız sadə kağız qoyulmalıdır.
Radio və TV-dən Quran dinləmək
Sual: Bir hədisdə belə deyilir: “Bir zaman gələcək Quran çalğı alətlərindən oxunacaq.”[Tərqibüs salat] Burada bildirilən çalğı aləti hansı mənanı kəsb edir? Radio və TV-dən Quran dinləmək caiz deyildirmi?
CAVAB: Səs çıxaran hər cür alətə mizmar [çalğı aləti] deyilir. (Müncid)
Mikrofonlar da mizmardır. Radio, TV və kompüterdən öyrənmək niyyəti ilə Quranı-Kərim dinlənilə bilər. İbadət niyyəti ilə dinləmək caiz olmaz. “Almalılı” təfsirində deyilir ki: “Mikrofonlardan çıxan səsə qiraət deyil, zəng, zırlamaq deyilir. Buradan səcdə ayəti eşidilsə tilavət səcdəsi etmək lazım olmaz.(cild 3 səhifə 2361)
Fəqət bu səs Quranı-Kərimin əsli deyilsə də bənzəridir. Buna da hörmətsizlik etməməli, əgər söndürülmürsə hörmətlə dinləməli və başqa bir işlə məşğul olunmamalıdır.
Quranı-Kərimi xətm etmək
Sual: Bir kimsə Quranı başdan-axıra qədər oxusa, “İxlas surəsi”nə qədər gəlsə, son iki surəni də başqa birisinə oxutsa Quranı xətm etmiş olar?
CAVAB: Quranı-Kərimi Fatihədən başlayıb Fil və ya İxlas surəsinə qədər oxuyub, sonra bir neçə surəni başqasına əmr edib oxutsa, o da birinciyə vəkil olaraq qalan surələri oxusa xətm olmaz. Heç biri xətm savabına qovuşa bilməz. Xətm olması üçün bir nəfərin tamamını oxumuş olması lazımdır.(Bəhcətül fətava)
Xətm dinləmək
Sual: Xətm olaraq Quranı başdan sona qədər dinləsək xətm etmiş olarıq?
CAVAB: Quranı-Kərimi dinləmək oxumaqdan daha çox savabdır. Oxumaq sünnət, dinləmək fərzdir, lakin dinləməklə xətm olmaz. Xətm dinləmək çox savab olmasına baxmayaraq, TV-dən, radiodan və ya diskdən dinləmənin insan səsi olmadığı üçün heç savabı olmaz. Bunu ibadət deyə etmək bidət olur. Yalnız öyrənmək niyyətiylə dinlənilə bilər.
Latın hərfləriylə qarışıq yazmaq
Sual: Ərəb dili kursuna gedirəm. Ərəbcə olan kitablarda, ayət, hədis və İslam hərfləriylə yazılan digər yazıların altına Latın hərfləriylə mənalarını yazmaq caiz olarmı?
CAVAB: Ayət və hədislərin altına yazmaq caiz olmaz. Oraya nömrə və ya başqa bir işarət qoyub mənalarını başqa bir səhifəyə yazmaq lazımdır. İslam hərfləriylə yazılan digər yazıların altına yazıla bilər.
Quranı-Kərim oxunarkən
Sual: Məsciddə Quran oxunarkən qibləyə, yoxsa Quran oxunan tərəfə dönmək lazımdır?
CAVAB: İkisi də olar. Quranı-Kərim oxunan tərəfə dönmək əfdaldır (yaxşıdır).
Sual: Mineral müalicəvi su dolu vannada dizlə göbək arası örtülü ikən təsbeh çəkmək və əzbərdən Quran oxumaq caizdir?
CAVAB: Kişinin o şəkildə təsbeh çəkməsi caiz, Quranı-Kərim oxuması tənzihən, qadının o vəziyyətdə Quran oxuması tahrimən məkruhdur.
Sual: Əli İmran 144, Əhzab 40, Muhamməd 2 və Fəth 29-cu ayəti-kərimələrdə Peyğəmbər əfəndimizin ismi-şərifləri keçir. Quran oxuyan kimsə bu ayətləri oxuyarkən Peyğəmbər əfəndimizə salavat gətirməsi lazımdır?
CAVAB: Oxuyarkən gətirməsi lazım olmaz. Oxuyub bitirdikdən sonra söyləməsi yaxşı olar. (Rəddül muxtar)
Fatihə oxumaq
Sual: Quran oxunub əl-Fatihə deyilincə Fatihə oxumaq vacibdir?
CAVAB: Xeyir. Oxunarsa yaxşı olar.
Quranın hərflərini dəyişdirmək
Sual: Quranı-Kərim təcvid qaydasına görə oxunduğu kimi yazılsa caiz olar?
CAVAB: Caiz olmaz. Quranı-Kərimi İslam hərfləriylə oxunduğu kimi yazmaq sözbirliyi ilə haramdır. Belə etmək Sələfi salihinin (əshabi-kiram, tabiin, təbəi-tabiinin böyükləri) etdiklərini bəyənməmək, onları cahil bilmək olar. Məsələn, Quranı-Kərimdə “Ribu” yazılı isə də “Riba” oxunur. Bunu oxunduğu kimi“Riba” yazmaq caiz deyildir. (Səadəti-Əbədiyyə)
Alimlərimiz sözbirliyi ilə bildiriblər ki, Quranı-Kərimdə olmayan bir hərfi əlavə edən və ya bir hərfini dəyişdirən kafir olur. (Kitabüttibyan fi adabi hamələtil Quran , Hazinətül əsrar)
Xətm savabı
Sual: Xətmi dinləməklə xətm savabı olar?
CAVAB: Dinləməklə xətm olmaz. Dinləmə savabına qovuşular. Xətm oxuyanı Mushafdan gözlə izləmək daha uyğundur, gözlər də ibadət etmiş olar. Xətm oxunarkən başqa iş görməyib sadəcə dinləmək lazımdır. Radiodan, TV-dən və ya internetdən dinləyərkən savab olması üçün özünün oxuması şərtdir. Cihazdan dinləməklə savab olmaz. Başdan sonuna qədər özü də oxuyarsa xətm savabı alar.
Fərz savabı üstün görülür
Sual: Məsciddə hər səhər Quranı-Kərim oxunur. Sübh namazının sünnətini evdə qıldığım zaman məscidə gecikdiyim üçün Quranı-Kərimi dinləmə imkanım olmur. Quranı-Kərimi dinləyərək fərz savabı qazanmaq üçün sünnəti evdə qılmayıb məsciddə qılmağım daha da yaxşdır?
CAVAB: Bəli.
Quranı-Kərim oxunarkən
Sual: Oxunan Quranı-Kərimi dinləmək daha savabdır, yoxsa Mushafdan izləmək?
CAVAB: Quranı-Kərim dinləmək fərzi-kifayədir. Heç kim dinləməsə hamısı haram işləmiş olur. Dinləyərkən Mushafdan gözlə izləmək isə yaxşı olar və gözlər də ibadət etmiş olar.
Quranı-Kərim oxuyarkən
Sual: Oxunan Quranı-Kərimi dinləmək daha savabdır, yoxsa Mushafdan izləmək?
CAVAB: Quranı-Kərim dinləmək fərzi-kifayədir. Heç kim dinləməsə hamısı haram işləmiş olur. Dinləyərkən Mushafdan gözlə izləmək isə yaxşı olar və gözlər də ibadət etmiş olar.
“Ha-mim”lərin şəfaəti
Sual: “Ha-mim” surələrini oxuyan Cənnətlik olar deyilir. Belə bir şey varmı?
CAVAB: Sadəcə “Ha-mim”lər deyil, Quranı-Kərimin hər surəsi şəfaət edər. İki hədisi-şərif məali belədir:
“Allah qatında Qurandan daha üstün şəfaətçi yoxdur. Nə Peyğəmbər, nə mələk, nə də başqası.” [Tabərani]
“Quran oxuyun! Çünki qiyamətdə şəfaət edər.” [Müslim]
Quranı-Kərimin şəfaət etdiyi kimsə də əlbətdə Cənnətlik olar. Bir hədisi şərif məali də belədir:
“Ha-mim”lər yeddidir. Cəhənnəmin qapıları da yeddidir. Hər biri Cəhənnəmin bir qapısına gəlib gözləyər, “Ya Rabbi, mənə inanıb da məni oxuyanı bu qapıdan keçirmə!” deyər.” [Beyhəki]
Bu hədisi-şəriflər şərtsız bildirildiyi üçün şərtlərini də bilmək lazımdır. İlk öncə Quranı-Kərimi oxuyanın Müsəlman və Əhli sünnət olması şərtdir. Qeyri müsəlman və ya bidət əhli isə heç faydası olmaz. Bidət əhlinin və digər yolunu azmışların oxuması öz əleyhilərinə dəlil olacaqdır. Bir hədisi-şərif məali belədir:
“Quranı-Kərim oxuyanlarına ya şəfaət edəcək və ya düşmən olacaqdır.” [Müslim]
Quranı-Kərim oxuyanlarına niyə düşmən olacaq? Çünki Quranı-Kərim oxuyanın oxuduğuna inanması və onunla əməl etməsi şərtdir. İnanmayana və bidət əhlinə şəfaət etməz, əksinə hədisi-şərifdə bildirildiyi kimi düşmən olacaqdır.
Namaz xaricində Quran oxuyarkən
Sual: Namaz xaricində Quran oxumağa başlayarkən “Əuzü” oxumaq sünnətdir, yoxsa vacib?
CAVAB: Bu xüsusda fərqli qövllər vardır. Sünnət, müstəhəb və vacib olduğu da bildirilmişdir. Vacib olan qövlü seçmək daha ehtiyatlı olar. Surə və ya ayət oxumağa başlayarkən “Əuzü” oxumaq vacibdir. (Şiratül İslam, S.Əbədiyyə)
Quranı-kərim oxumaq
Sual: Surə və ya ayətləri əzbərdən oxumaq, yoxsa Mushafa baxaraq oxumaq daha savabdır?
CAVAB: Mushafa baxaraq oxumaq əzbərdən oxumaqdan daha savabdır. Namazda oxumaq isə Mushafa baxaraq oxumaqdan da savabdır. (Kitabüt tibyan)
İki hədisi-şərif məali belədir:
“Namazda oxunan Quran namazdan kənar oxunan Qurandan daha xeyirlidir.” [Xəzinətül əsrar]
“Ümmətimin etdiyi ibadətlərin ən qiymətlisi Quranı-kərimi Mushafa baxaraq oxumaqdır” [Şira şərhi]
Həzrəti Əli buyurdu ki: “Namazda oxunan Quranı-kərimin hər hərfi üçün yüz savab verilir. Namazdan kənar dəstəmazlı oxuyunca hər hərfi üçün iyirmi beş savab, dəstəmazsız oxuyunca on savab verilir. Yeriyərkən və iş görərkən oxuduqda savabı daha az olur.”
Bilən kimsənin mənasını düşünərək bir ayət oxuması, başqa şey düşünərək bütün Quranı xətm etməsindən daha çox savabdır. (Şira şərhi)
Quranı-kərimi oxumadan öncə Allahü təalanın böyüklüyünü, kimin kəlamı olduğunu düşünmək lazımdır. Mushafa toxunmaq üçün təmiz əl lazım olduğu kimi, onu oxumaq üçün də təmiz qəlb lazımdır. Allahü təalanın böyüklüyünü bilməyən Quranı-kərimin böyüklüyünü anlaya bilməz. Allahü təalanın böyüklüyünü anlamaq üçün də Onun sıfatlarını (xüsusiyyətlərini) və yaratdıqlarını düşünmək lazımdır. Bütün məxluqatın sahibi, hakimi olan bir şəxsin kəlamı olduğunu düşünərək oxunmalıdır. Oxuyarkən başqa şeylər düşünməməyə çalışılmalıdır. (Kimyai-Səadət)
Mülk surəsinin sonu
Sual: Mülk surəsinin sonu sual şəklindədir. Məalən, “Suyunuz yerin dibinə çəkilsə, söyləyin, sizə kim təmiz bir axar su gətirə bilər?” deyilir. Bu surə oxununca “Sadaqallahül azim” deyilməzmi?
CAVAB: Əlbəttə deyilər. “Sadaqallahül azım” demək, “Azım olan Allah doğru söylədi” deməkdir.
Haşr surəsinin sonu
Sual: Haşr surəsinin sonunu oxuyarkən, yəni “Ləv ənzəlna” və ya “Hüvallahülləzi”ni oxuyarkən “Bəsmələ” çəkmədən üç dəfə “Əuzü billahissəmiıl alimi minəş şeytanirracim” demək sünnətdir?
CAVAB: Bəli, sünnətdir. Alimlərin çoxuna görə “Bəsmələ” ayrıca çəkilməz. Çəkilməsinə caizdir deyən alimlər də olmuşdur, yəni problem olmaz. “Əmənərrasulü”“Ayətəl kürsü” kimi ayətləri oxuyarkən de yalnız Əuzü… çəkmək vacibdir, fəqət Bəsmələ çəkilməz. Çəkilməsinə caizdir deyənlər də olmuşdur.
Nəfəs alıb-verərkən oxumaq
Sual: “Nəfəs alıb-verərkən Quran oxunmaz. Namaz pozulur” deyirlər. Belə bir şey varmı?
CAVAB: Nəfəs alıb-verərkən düzgün oxunarsa problem olmaz.

Ən Son Yenilənənlər

Ən uca elm həddini bilməkdir..

Hirsini məğlub etmək..

Gözəl əxlaq..

Feyz nədir.

Emali qəsidəsi..

Ən Son Əlavə Olunanlar

Ən uca elm həddini bilməkdir..

Gözəl əxlaq..

Nemətlər nə zaman artar..

Qeybətdən çəkinmək lazımdır..

Utanmayan hər şeyi edər..

Mövzulara hər gün yeni sual və cavablar əlavə olunmaqdadır

Son yenilənmə:

Texniki problemlər ilə əlaqədar [email protected] ünvanına yaza bilərsiniz

© Copyright © 2022. Bütün huquqlar qorunur

В корзине: 0 шт.

Comments are closed, but trackbacks and pingbacks are open.