Press "Enter" to skip to content

Orfoepiya lüğəti 2019

Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqrám və s.

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilib.

21 İyun , 2021 17:02
https://static.report.az/photo/aa224394-19f1-3c08-9e8a-25ef44ec6ed4.jpg

  1. İxtisarların və qısaltmaların tələffüzü
    1. İxtisarlar onları təşkil edən hərflərin sayından, sait və samit hərflərin yerləşməsindən, yalnız samit və ya sait hərflər əsasında formalaşmasından asılı olaraq aşağıdakı kimi tələffüz olunur:
      1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX

      [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s .;

          1. sait və samit hərflərdən ibarət olan ixtisarlar sait hərflərin yerləşməsindən asılı olaraq aşağıdakı kimi tələffüz olunur:
          1. sait hərf ixtisarın ortasında və ya sonunda olduqda, ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur: Yeni Azərbaycan Partiyası – YAP, Bütöv Azərbaycan Birliyi – BAB, Dünya Azərbaycanlıları Konqresi – DAK, Xəzər Dəniz Gəmiçiliyi

          Texniki İstehsalat Birliyi – XDGTİB [Xe-De-Ge-TİB], Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti – KHVTİC [Ke-He-Ve-TİC] və s.;

          1. tərkibində iki və daha artıq sait hərf olan ixtisarlar əsasən, heca tələffüzü ilə deyilir: NATO [NA-TO], ATƏT [A-TƏT], AMEA [A-ME-A], Kama avtomobil zavodu – KAMAZ [KA-MAZ] və s.;

          5.1.3. tərkibində L, M, N, R hərfləri olan ixtisarlarda, həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur: Birləşmiş Millətlər Təşkilatı – BMT [Be:M-Te], AFR [A-Fe:R], Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – ƏƏSMN [Ə-Ə-Se:M-eN], Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi – BŞMŞBİ [Be-Şe:M-Şe-Bİ] və s.

          5.2. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur: Azərnəşr

          [Azərnəşr], Azneft [Azneft] və s.

          6. Vurğunun tələffüzü

          6.1. Azərbaycan dilində vurğu əsasən, sözün son hecasına düşür. Bu, keçici sabit vurğudur: kitáb – kitablar – kitablarím – kitablarımdán, gözə´l – gözəllə´ş – gözəlləşdi´r – gözəlləşdiri´l ‒ gözəlləşdiriləcə´k və s.

          6.2. Rus və Avropa mənşəli sözlərdə vurğu əsasən, mənbə dilə uyğun olaraq işlədilir: angi´na, apelyásiya, arxitéktor, fáktor, fantáziya, kuri´kulum, qaleréya, qálstuk, li´der, lóbbi, lokál və s.

          Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqrám və s.

          6.3. Tələffüz zamanı vurğusu dəyişməklə mənası dəyişən sözlər nəzərə alınır: akadémik (isim) – akademi´k (sifət), antibiótik (isim) – antibioti´k (sifət), eléktrik (isim, kim?) – elektri´k (isim, nə?), klássik (isim) – klassi´k (sifət), xü´lasə (modal söz) – xülasə´ (isim), mü´tləq

          (zərf) – mütlə´q (sifət), nə´hayət (modal söz) – nəhayə´t (isim), ritórik (isim) – ritori´k (sifət), qaça´raq (feili bağlama) – qaçaráq (zərf) , çapáraq (feili bağlama) – çaparáq (zərf) və s. 6.4. Bəzi son şəkilçilər vurğusuz tələffüz olunur:

          6.4.1. isim düzəldən -gil, -ov (-ova), -yev (-yeva) şəkilçiləri vurğusuz tələffüz olunur: qardaşímgil, əmi´mgil; Ağáyev, Sultánov və s.;

          6.4.2. zərf düzəldən -la 2 [-nan 2 ], -ca 2 , -casına 2 , -ən şəkilçiləri vurğusuz tələffüz olunur: inádla, qəhrəmanlíqla, cəsarə´tlə, ingili´scə, tü´rkcə, yáşca, xai´ncəsinə, namə´rdcəsinə, qəhrəmáncasına, insáfən, qə´flətən, dáxilən və s.;

          6.4.3. xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur:

          1. 1-ci şəxs -am 2 (-yam 2 ), -ıq 4 (-yıq 4 ) : azádam, azádıq, oxumalíyam, oxumalíyıq və s.;
          2. 2-ci şəxs -san 2 , -sınız 4 , -ın 4 : azádsan, azádsınız, oxumalísınız, oxúyun və s.;
          3. 3-cü şəxs -dır 4 , -dırlar 4 , -lar 2 : azáddır, azáddırlar, oxumalídır, oxumalídırlar, oxuyúrlar və s.;

          Qeyd. Feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən şəxs sonluqları vurğulu tələffüz olunur (oxusaníz, oxusalár, oxudunúz, oxudulár və s.), əmr şəkli şəxsə görə dəyişərkən 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (oxuyúm, oxusún, oxuyáq, oxusunlár və s.).

          6.4.4. feil şəkillərinin hekayəti idi (-dı 4 ) , rəvayəti imiş (-mış 4 ) , şərti isə (-sa 2 ) şəkilçi kimi sözə bitişik yazıldıqda vurğu qəbul etmir: oxuyacáqdı, oxuyacáqmış, oxuyacaqsa və s.;

          Qeyd. Müasir Azərbaycan dilində -arkən 2 , -mışkən 4 feili bağlama şəkilçisinin formalaşmasında iştirak edən -kən (-ikən) hissəciyi vurğusuz tələffüz olunur: oxuyárkən, oxumúşkən, deyə´rkən, demi´şkən və s.

          6.4.5. -ma 2 , -mə 2 , -m inkar şəkilçisi vurğusuz tələffüz olunur:

          oxúmadı, bi´lmədi; oxúmayacaq, bi´lməyəcək, oxúmur, bi´lmir və s.;

          Qeyd. Xəbər şəklinin indiki zamanından fərqli olaraq, qeyri-qəti gələcək zamanda inkar şəkilçisi (-m) işlənmiş heca vurğulu tələffüz olunur: oxumáram, bilmə´rəm; oxumázsan, bilmə´zsən və s.

          6.4.6. ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş -la 2 [-nan 2 ] forması, -mı 4 sual ədatı vurğusuz tələffüz olunur: torpağímla, ölkə´mlə, atámla anám; oxudúnmu, bildi´nmi; oxuyúrmu, bili´rmi və s .

          6.5. Sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər: Azərbaycán – Azə´rbaycan, Vətə´n – Və´tən və s.

          ORFOEPİYA

          ORFOEPIYA dilçilik elminin ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Orfoepi-ya- yunanca “düzgün”, “dürüst” mə’nasında olan orthos sözü ilə “danışıq”, “nitq” mə’nasında olan eros sözünün birləşməsindən əmələ gələn bir termindir.
          Dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məs: kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) və s.
          “Fonetika” bölməsində bə’zi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü, sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü barədə müfəssəl mə’lumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.
          1. “Y” samiti özündən əvvəl gələn açıq saitləri qapalı saitlərə çevirə bildiyindən şəkilçilərdə “y” samitindən əvvəl gələn (a) və (ə) səsləri tələffüz zamanı (y) səsinin tə’siri ilə qapalı (ı) və (i) səs-lərinə çevrilir. Məs: arabaya (arabıya), almayacaq (almıyacax), dəvəyə (dəviyə), dinləyər (dinliyər) və s.
          2. “Q” samiti sözün ortasında kar samitdən əvvəl yanaşı gə-ləndə, təkhecalı sözlərin sonunda, çoxhecalı alınma sözlərin so-nunda kar qarşılığı olan (k) kimi tələffüz olunur. Məs: rəqs (rəks), məşq (məşk), məqsəd (məksəd), irq (irk), aşiq (aşik), natiq (natik), filoloq (filolok) və s.
          Çoxhecalı əsil Azərbaycan sözlərinin, eləcə də dilimizin fonetik sisteminə uyğunlaşmış bir sıra alınma sözlərin sonunda (q) səsi (x) çalarında tələffüz olunur. Məs: uzaq (uzax), torpaq (torpax), çanaq (çanax) və s.
          3. Söz ortasında kar samitdən əvvəl gələn (ğ) səsi karlaşmış hal-da, (x) çalarında tələffüz olunur. Məs: bağça (baxça), sağsa-ğan (saxsağan) vəs.
          4. “K” samiti söz ortasında kar samitlə bitən hecadan son-ra gələn heca başında cingiltili qarşılığı olan “g” kimi tələffüz olu-nur. Məs: təşkil (təşgil), küskün (küsgün), ötkün (ötgün), bitki (bitgi) və s.
          Söz ortasında “f”, “h” samitləri ilə bitən hecadan sonrakı he-canın başındakı (k) səsi yazıldığı kimi tələffüz olunur. Məs: möh-kəm (möhkəm), məhkum (məhkum), əfkar (əfkar) və s.
          Söz ortasındakı örtülü hecadan əvvəlki, qapalı hecalı sonundakı (k) səsi “y”-nın kar qarşılığı olan (x) kimi tələffüz olunur. Məs: kəklik (kəxlik), Əkbər (Əxbər), təklif (təxlif) və s.
          5. “G” samiti söz ortasında iki sait arasında (saitlərdən biri və ya hər ikisi incə olmalıdır) “y” məxrəcində tələffüz olunur. Məs: igid (iyid), əgər (əyər), məgər (məyər) və s.
          Söz sonunda “n” samiti ilə birlikdə gələn “g” samiti bir qədər kar, “k” çalarında tələffüz olunur. Məs: zəng (zənk), tüfəng (tüfənk), qəşəng (qəşənk), külüng (külünk) və s.
          6. “T” samiti əsil Azərbaycan sözlərinin, eləcədə dilimizin fo-netik xüsusiyyətlərinə uyğunlaşmış alınma sözlərin daxilində kar samitdən sonra yanaşı gələndə (d) kimi tələffüz olunur. Məs: axtar (axdar), usta (usda), dəftər (dəfdər), müxtəsər (müxdəsər) və s.
          Rus və Avropa dillərindən dilimizə keçən sözlərdə isə “t” sa-miti yazıldığı kimi, öz məxrəcində tələffüz olunur. Məs: aktiv (aktif), traktor (traktor) və s.
          Geri assimilyasiya (uyuşma) nəticəsində söz kökünün axırında gələn “t” samiti bə’zən “ç” samiti kimi tələffüz olunur. Məs: cütçü (cüççü), növbətçi (növbəççi) və s.
          7. Sonu “d” ilə bitən sözlər bu sözlərdən sonra samitlə baş-la-nan şəkilçi və ya söz gəldikdə (d) səsi (t) kimi, karlaşmış halda tələffüz olunur. Məs: polad (polat), söyüdlər (söyütdər), palıd kötüyü (palıt kötüyü) və s.
          Bə’zən irəli assimilyasiya nəticəsində şəkilçinin birinci səsi olan (d) (n) səsi ilə əvəz olunur. Məs: əlimdən (əlimnən), səndən (sənnən), yerindən (yerinnən), gedəndən (gedənnən) və s.
          8. “Z” samiti aşağıdakı məqam və şəraitlərdə bir qədər kar-laşmış çalarlıqda (s) kimi tələffüz olunur:
          – təkhecalı sözlərdə “z”-dən əvvəl yanaşı kar samit olarsa. Məs: məhz (məhs), ləfz (ləfs) və s.
          – çoxhecalı sözlərin sonunda. Məs: almaz (almas), bəkməz (bəkməs), ayaz (ayas) və s.
          – sonu “z” ilə bitən çoxhecalı sözlərə samitlə başlanan şəkil-çi və ya söz qoşulduqda. Məs: almazdan (almasdan), Araz ça-yı (Aras çayı) və s.
          – geri assimilyasiya nəticəsində “-maz” şəkilçisinin sonunda gələn (z) səsi karlaşır və çox zaman (s) kimi tələffüz olunur. Məs: satmazsan (satmassan), görməzsən (görməssən) və s.
          9. Söz ortasında samitlə başlanan hecadan əvvəlki hecanın so-nundakı “ç” samiti azacıq “ş” çalarında tələffüz oluna bilər. Məs: qaçqın (qaşqın), keçdi (keşdi), qaçdı (qaşdı) və s.
          10. Sözün ortasında “c” ilə bitən hecadan sonrakı heca cingiltili samitlə başlanarsa və təkhecalı sözlərin sonunda “c”-dan əvvəl sait varsa, (c) səsi (j) səsi kimi tələffüz olunur. Məs: vicdan (vijdan), əcdad (əjdad), səcdə (səjdə), gic (gij) və s.
          “c” samiti çoxhecalı sözlərin sonunda, təkhecalı sözlərin sonunda “c”-dan əvvəl samit səs olanda, sonu “c” ilə bitən çoxhecalı sözlərə samitlə başlanan şəkilçi və ya söz qoşulduqda karlaşmış halda, (ç) kimi tələffüz olunur. Məs: ağac (ağaç), çəkic (çəkiç), tunc (tunç), künc (künç), əlacsız (əlaçsız), qorxunc hadisə (qorxunç hadisə) və s.
          11. “N” samiti geri assimilyasiya nəticəsində sözün ortasında və axırında (m) səsi ilə əvəz olunur. Məs: zənbil (zəmbil), sün-bül (sümbül), şənbə (şəmbə), günbəz (gümbəz), bəyənmir (bəyə-m-mir) və s.
          12. “T”, “d”, “s” , “z”, “ş” samitləri ilə bitən sözlərə (l) səsi ilə başlanan şəkilçilər qoşulduqda (l) səsi (d) səsi ilə əvəz olunur. Məs: atlar (atdar), adlı(addı), arvadlar (arvaddar), səslər (səsdər), qızlar (qızdar), qışlaq (qışdağ), quşlar (quşdar) və s.
          “R” samiti ilə bitən sözlərə “l” samiti ilə başlanan şəkilçi qoşulduqda (l) səsi (r) kimi tələffüz olunur. Məs: varlı (varrı), narlar (narrar), şəhərli (şəhərri) və s.
          “N” samiti ilə bitən sözlərə “l” samiti ilə başlanan şəkilçi qo-şulduqda (l) səsi (n) kimi tələffüz olunur. Məs: oğlanlar (oğ-lan-nar), aydınlıq (aydınnığ), kinli (kinni) və s.
          13. Fe’lin indiki və qeyri-gəti gələcək zamanının III şəxsin cəmində –lar2 şəkilçisindən əvvəl gələn (r) səsi (l) kimi tələffüz olu-nur. Məs: alırlar (alıllar), gələrlər (gələllər), bilərlər (biləllər) və s.
          14. Orfoepiya qaydalarına görə sözdə iki kar samit yanaşı işlə-nəndə samitlərdən ikincisi cingiltili çalarda tələffüz olunmalıdır. Buna görə də söz ortasında qoşa “ff” və ya “f”-dan əvvəl yanaşı kar samit olduqda (f) səsini cingiltili çalarda, (v) kimi tələffüz etmək olar. Məs: kəşfiyyat (kəşviyat), şəffaf (şəfvaf), asfalt (asvalt), məxfi (məxvi) və s.
          15. “V” samiti çoxhecalı sözlərdə söz ortasında kar samitdən əvvəl gələndə, təkhecalı sözlərdə kar samitdən sonra və əvvəl yanaşı işləndikdə karlaşır və (f) kimi tələffüz olunur. Məs: avtobus (aftobus), tavtologiya (taftologiya), sövt (söft), məhv (məhf), səhv (səhf) və s.
          İki və ikidən artıq hecalı alınma sözlərin sonundakı – tiv morfemindəki “v” samiti (f) kimi tələffüz olunur. Məs: aktiv (aktif), kollektiv (kollektif) və s.
          16. “B” samiti aşağıdakı məqam və şəraitdə azacıq karlaşmış, yə’ni “p” samiti çalarlığında tələffüz olunur:
          – çoxhecalı sözlərin sonunda. Məs: kitab (kitap), məktəb (məktəp) və s.
          – təkhecalı sözlərin sonunda samitlə yanaşı işlənəndə. Məs: kəsb (kəsp), qəsb (qəsp), qəlb (qəlp) və s.
          – söz ortasında kar samitlə başlanan hecadan əvvəlki hecanın sonunda. Məs: mübtəda (müptəda), ibtidai (iptidai) və s.
          – söz ortasında və söz sonunda kar samitdən əvvəl onunla yanaşı gələndə. Məs: abstrakt (apstrakt), absis (apsis), həbs (həps) və s.
          – sonu “b” ilə bitən sözlərə samitlə başlanan şəkilçi və ya söz qoşulduqda. Məs: kitablar (kitaplar), məktub yetişmədi (mək-dup yetişmədi) və s.
          17. İkinci şəxsin cəm şəkilçisi olan –sınız4 şəkilçisinin yazılışı ilə tələffüzü fərqlidir. Məs: qardaşımsınız (qardaşımsız), gedə-cək-siniz (gedəcəksiz) və s.
          Qeyd: Yuxarıda qeyd olunanları mənimsədikdən sonra həmin qaydaları şəkilçilərin tələffüzünə tədbiq etməklə şəkilçilərin bütün növlərini düzgün və asanlıqla tələffüz etmək olar.
          18. İLƏ (-la, -lə) qoşması yazılışından fərqli olaraq samitlə bitən sözlərdən sonra –nan (-nən), saitlə bitən sözlərdən sonra isə –ynan (-ynən) şəklində tələffüz olunur. Məs: nə ağılla (nə ağılnan), at ilə (atnan), quzu ilə (quzuynan) və s.
          19. ÜÇÜN qoşması yazılışından fərqli olaraq tələffüzdə qoşulduğu sözlə bitişik halda, -çın4 şəklində tələffüz olunur. Məs: onun üçün (onunçün), özüm üçün (özümçün), sənin üçün (səninçin) və s.
          20. İDI, IMIŞ hissəcikləri samitlə bitən sözlərə artırıldıqda tələffüz zamanı –dı4 -mış4 şəklində saitlə bitən sözlərdə isə –ydı4,
          -ymış4 kimi deyilir. Məs: müəllim idi (məllimdi), ağac imiş (ağacmış), döyüşçü idi (döyüşçüydü), tələbə imiş (tələbəymiş) və s.
          Qeyd: Sözün yazılışı və tələffüzü, hərf və səs tərkibi fonetik təhlilin əsas həlqələrindən birini təşkil etdiyindən orfoepiya qaydalarının öyrənilməsi vacib və zəruri tələblərdən biridir.

Comments are closed, but trackbacks and pingbacks are open.