Press "Enter" to skip to content

Allaha onu sevdiyinizi necə göstərmək olar

Təhsil almağımla bərabər, AKI Inter Ltd. şirkətini də inkişaf etdirirdim. Həmin dövrdə şirkət dinamik inkişaf edən müəssisələrin ümumi Avropa reyestrində yer aldı, Avropa Biznes Assambleyasının Təqdimat Komitəsi isə Sokrat Samitində Böyük Britaniyanın Oksford şəhərində mənə Avropanın ən nüfuzlu mükafatlarından birini – “Kraliça Viktoriya” adına eksklüziv Britaniya mükafatını (The International Award «Queen Victoria Commemorative Medal) verdi.

Özümü necə namizəd göstərə bilərəm?

Razi Nurullayev: “Rauf Arifoğlu ilə Əli Kərimli arasında vasitəçi olmuşam”

Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) ayrılan qrupun rəhbəri olaraq AXCP adına iddia edir. Modern.az saytının onunla müsahibəsində bu və digər məsələlərə toxunulub. Razi Nurullayevlə müsahibəni təqdim edirik:

-Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur.

-Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox görünməkdir. Çünki demək olar ki, hər gün ölkəni maraqlandıran problemlərlə bağlı ciddi yazılar yazıram. Müxtəlif internet televiziyalarında kifayət qədər müsahibələrim olur. Sizin dediyinizin əksinə olaraq, mən fəallıqdan əziyyət çəkirəm.

-Siz əvvəllər də maliyyə baxımından çox əziyyət çəkməməsiniz, maddi durumunuz elə də pis olmayıb. İndi isə “Cümhuriyyət” qəzetinə, cəbhə.info saytına rəhbərlik edirsiniz. Maliyyə vəziyyətinizdə axsama yoxdur ki?

-Hər kəsin Azərbaycanda maliyyə problemi var. “Cümhuriyyət” qəzeti və cəbhə.info-nun maliyyəsinə çalışıram ki, yardımçı olum. Ancaq bu media orqanları daha çox müstəqil qurum kimi fəliyyət göstərirlər. Onlar indi asılılıqlarını demək olar ki, azaldıblar. Bu, çox sevindiricidir. Azərbaycandakı siyasi partiyaların indiki siyasi şəraitdə maliyyə əldə etməsi çox çətin məsələdir. Buna görə də eyni problemi biz də yaşayırıq. Bizim partiyanın ofisi 3 otaqdan ibarətdir. Mən partiya sədri olmazdan öncə də bu ofisdə olurdum. Mən AXCP-ni yaradandan sonra da yeni ofis götürə bilmədim. Köhnə ofisdə fəaliyyət göstəririk.

-Dediniz ki, “Cümhuriyyət” qəzeti və cəbhə.info get-gedə asılılığını azaldır. Bu, özlüyündə yaxşı bir prosesdir. Bəs ideoloji çərçivədən, tam olaraq nə zaman çıxacaq? Daha doğrusu, sizdən asılılığa tam olaraq nə vaxt son qoyulacaq? Biz bu media orqanlarında Razi Nurullayevi tənqid edən materiallara rast gələcəyik?

Hesab edirəm ki, çox maraqlı mövzuya toxundunuz. Bu media orqanları təbii ki, məni tənqid edə bilərlər. Sizin mənə ünvanladığınız sualı gərək mən bu qurumların özlərinə ünvanlayım. Gərək sual edim ki, niyə mənim haqqımda tənqidi material verilmir? Mən əslində nə qəzetin, nə saytın işinə qarışıram. Onlar ayrı bir ofisdədirlər, mən isə başqa bir yerdə. Hərdən-birdən baş redaktor Rafael Becanovla söhbətlərimiz olur. Partiyanın gücü ilə qəzet və saytın daha oxunaqlı olması üçün onlara yardım etmək istəyirik. Onlar da bunu qiymətləndirirlər. Bəlkə də bu qiymətləndirməyə görə, bizi tənqid etmirlər. Buna baxmayaraq tənqid məsələsini onların qarşısında qaldıracağam.

-Söhbət zamanı müşahidələrim, bunun əsasındakı analizimindən doğan sualları səsləndirməyə çalışacağam. Amma obyektivliyimi qorumaq şərti ilə. AXCP-dən ayrıldınız və eyniadlı bir partiyaya iddia etdiniz. Olmazdımı başqa bir ad seçəydiniz?

-Bu suala çox cavab vermişəm. İndi isə qısa cavab verməyə çalışacağam. Burada bir sıra səbəblər var. Cəbhəçilər bir məsələdə həmişə Əbülfəz Elçibəy ideyalarına bağlı adam olublar. AXCP adı bu adamlar üçün həmişə müqədddəs olub. AXCP və Əbülfəz Elçibəy bir-birinə bağlıdır. AXCP olmasa Elçibəy, Elçibəy olmasa AXCP yoxdur. Bu baxımdan bizim AXCP yaratmağımız elə cəbhədən gələn bir sifariş oldu. Bilirsiniz ki, “Yurdçu”ların partiyasından zorla uzaqlaşdırıldıqdan sonra mənim tərəfdarlarım orada ciddi problem yaradırdılar. Açıq tənqidə keçmişdilər. Bu adamlar da oradan uzaqlaşdırıldı, onlar mənim yanıma gəldilər. Bu insanlar belə tələb qoydular ki, biz AXCP yaratmalıyıq. Bu sifariş yarandı ki, cəbhəçi AXCP-siz ola bilməz. Buna görə də bu adı özümüzə məcburən götürdük. Başqa cür ola da bilməzdi. Elçibəyə bağlılıqdan söhbət gedirsə, orada AXCP olmalıdır.

-Düşünürəm ki, addımınız hüquqi baxımdan da düzgün deyil. Azərbaycanda təcrübədə və hüquqi müstəvidə iki eyniadlı partiya olmayıb. Adlar bir-birinə bənzəyə bilər, amma eyniadlı deyil. Özünüz bəlkə də məndən yaxşı bilirsiniz ki, eyniadlı iki partiya ola bilməz. Buna görə də, məncə siz adınızı dəyişməli idiniz. Çünki siz sonradan AXCP adına iddialı oldunuz.

Bizim təşkilat yarananda mövqeyimiz bu idi: cəbhə bir olacaq. Sizin üçün bu gün AXCP iki dənə ola bilər. Amma bizim üçün bir AXCP var. AXCP-ni biz təmsil edirik. Biz qarşı tərəfə “Yurd” deyirik. Bizim üçün onlar “Yurd”dur. Məsələnin hüquqi tərəfinə gəldikdə isə, deyə bilərəm ki, bu, məhkəmə predmetidir. Məhkəmə nə qərar verəcəksə, o olacaq. Təbii ki, siz dediyiniz kimi eyniadlı iki partiya ola bilməz. Mən özümü kənara qoyuram. Bir çox siyasətçilər də Əli Kərimli və onun tərəfdarlarını “Yurdçu” adlandırıb. Bunun mənəvi tərəfini qazısaq, bizim haqlı olduğumuz görünür, nəinki “Yurdçu”ların.

-Amma Ədliyyə Nazirliyi də sizin AXCP-ni qeydiyyata almadı.

-Açığı, biz bu məsələdən yorulduq. Məhkəməyə müraciət olundu. Məhkəmə də iddiamızı təmin etmədi. Başqa instansiyaya müraciət etdik. İş yenə də məhkəmədədir. Yenə də cavab ala bilməmişik. Buna görə də, sonda belə bir mövqeyə gəlib çatdım ki, hakimiyyətə AXCP-nin havada qalması sərf edir. Hakimiyyət “biz AXCP-ni qeydiyyata almayaq, qoy havada qalsın” deyir. Bəlkə də, bizim havada asılı qalmağımızdan zövq alırlar. Bəlkə də, bu, hakimiyyətin siyasi kursuna uyğundur. Bu baxımdan artıq düşünürəm ki, məhkəmə prosesinin nəticələnməsi vaxt aparacaq.

-Bir zamanlar da AXCP-dən parçalanmalar olmuşdu, ayrı-yrı təşkilatlar AXCP adını özünə götürmək istəyirdi. Amma sonradan AXCP-nin şinelindən çıxanların yaratdığı partiyalar ayrı adla qeydiyyatdan keçdilər. Ədliyyə Nazirliyi də sizə adı dəyişməklə bağlı təklif versə, bunu yerinə yetirəcəksiniz?

-Biz heç bir zaman adımızın dəyişdirilməsi ilə bağlı gündəm müəyyənləşdirməmişik. Bu gün də gündəmimizdə bu məsələ yoxdur. Əgər Ədliyyə Nazirliyi belə bir təklif verərsə, bunu müzakirə edib dəyərləndirərik. Amma bəri başdan deyim ki, bizim bu qədər mübarizə və məhrumiyyətlərdən sonra AXCP adından imtina etməyimiz düz olmaz. Biz Elçibəyə bağlılıq üzərində fəaliyyət göstəririk. Biz bu ideyadan, bu varlıqdan güc, qüdrət alırıq.

-Mətbuta müsahibələrinizdən birində demişdiniz ki, sizin təşkilata güclü axın olacaq. Bu oldu, amma çox keçməmiş qopmalar da başladı. İndi bu boşluğu necə doldurursunuz?

Mən sizdən fərqli olaraq qopmaların olduğunu düşünmürəm. Partiyaya həmişə gələnlər də olur, gedənlər də. Partiya bir idiol deyil ki, ora gələn hər kəs bağlanıb burda qalsın. Bizim partiyadan gedənləri beş barmağın üzərində sadalamaq olar. Bu da heç çox cüzi bir rəqəmdir. Gedənləri itki saymıram. Bir neçə nəfərin getməsini itki saymaq nə dərəcədə doğrudur?!

-Deyək ki, mənim əlimə bir tikan batıb. Düzdür, bu orqanizmim üçün böyük itki deyil. Amma yenə də, bu tikanın niyə batdığını düşünərəm. Siz də qopmaların niyəsini düşünmüsünüz?

Yeni bir quruluş, təşkilat yarananda, yeni təşəbbüs ortaya atılanda ora yeni adamlar gəlir. Bəziləri də oturuşa bilmir. Bəziləri məqsədli şəkildə gəlir. Hətta bəziləri məqsədli şəkildə deyir ki, ora gəlib sonra çıxacağam. Açığı deyim ki, planlı şəkildə bura göndərilənlər də var idi. Onlar da aşkara çıxdı və partiyadan uzaqlaşdırıldı. Bunlar hamısı təbii proses idi. Bu, bir axın idi.

-Bəs onlar axın edəndə məqsədli şəkildə gəldiyini bilirdiniz?

-Bizim istihbarat orqanımız yoxdur ki, bunu əvvəldən araşdıraq və nəsə edək. Lakin hər kəs öz fəaliyyətində məqsədlərini büruzə verdilər. Biz də onlar barəsində lazımi tədbirlər gördük.

-Ad çəkə bilərsiniz?

-Ad çəkmək istəmirəm. Onlar böyük ajiotaj yaradan adlar deyil. Vaxtı ilə burda olanları uzaqlaşdırıldıqlarına görə tənqid etmək, adlarını çəkmək mənə yaraşmaz.

-Yaxşı, bəs hazırda nə qədər üzvünüz var?

Bu barədə rəqəm səsləndirmək istəmirəm. Partiya sistemində rəqəm səsləndirməyə qarşı olmuşam. Bir məsələ ilə bağlı rəqəm səsləndirə bilərəm. Biz yeni təşəbbüslə çıxış edəndə hardasa 4 minə yaxın insan partiyaya gəldi. Sonradan da bu, təbii ki, davam etdi.

Azərbaycanda bir çox insan içindəki enerjini boşalda bilmir. Çünki Azərbycanın siyasi şəraiti buna imkan vermir. Bəzi insanlar mitinq tərəfdarıdır. Bəziləri dövlət binalarını tutmağın tərəfdarıdır. Bu insanların hamısının tələbini yerinə yetirmək olmaz. Azərbaycanda da demokratik bir ab-hava yoxdur ki, cəmiyyət silkələnsin və hər kəs aid olduğu yerdə qərarlaşsın. Bu baxımdan üzvlərin sayını açıqlamaq mənə qəribə gəlir. Bəzən Müsavat Partiyası rəqəm səsləndirir ki, təqribən 90 min üzvü var. “Yurdçu”lar isə deyir ki, məsələn 70 min üzvü var. Bunların hamısı insanlarda gülüş doğurur. Mitinqləri olanda o insanların heç 2-3 faizi meydana çıxmır.

Düşünürəm ki, Azərbaycanda partiyaların üzvlərinin sayı siyasi gündəmi müəyyən etmir. Əslində, Azərbaycanda mütəşəkkil, formalaşmış komandaya ehtiyac var ki, bunlar müəyyən bir zamanda xalqa xitab etsinlər və xalqı tərəflərinə çəkə bilsinlər. Bu gün mən deyək ki, 100 min tərəfdar toplaya bilərəm. 2 aydan sonra 100 min tərəfdardan heç 10 mini qalmaz. Çünki onların məndən istəyi başqa şeylər – Azərbaycanda siyasi hakimiyyəti dəyişmək olacaq. Bu zaman isə polis zorakılığı, məhrumiyyətlər, üzvlərə olan təzyiqlər davam edəcək. Buna görə də, biz məqam gözləyirik. Azərbaycanda müəyyən siyasi açılım, islahat olandan sonra qurduğumuz fundamentin üzərində ciddi, böyük addımlar atacağıq.

-Yenə də nəticə olaraq Azərbaycan siyasi atmosferində üzvlərin sayı siyasi təşkilatların, partiyaların potensialının göstəricisi hesab olunur. İstəsək də, istəməsək də təfəkkürlərdə bu düşüncə hakimdir. Sualım isə belə olacaq. Siz bu potensialınızı mitinq çərçivəsində göstərə bilərsinizmi? Siz də mitinq keçirin, Əli Kərimli də. Sizin mitinqə çox adam gələcək, yoxsa o birisinə?

Düzü, heç bir zaman bu haqda düşünməmişəm. Sizin təklifiniz haqda düşünmək fikrim də yoxdur. Mənim “Yurd”, Əli Kərimli adında problemim yoxdur. Mənim problemim Azərbaycandakı durumla bağlıdır. Hər gün mən sərt yazılarla çıxış edirəm, təkliflər verirəm. Mənim ən çox zamanım müxtəlif sahələr üzrə partiyanın proqramını hazırlamağa gedib. Məlumunuz olsun ki, hal-hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) bizim verdiyimiz təklifləri yerinə yetirir. Mən o zaman təklif verəndə də demişdim ki, təki onlar həyata keçsin. Biz yeganə partiya olduq ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə konkret addımlar atılacaq praktik təkliflər verdik. YAP-da həmin şəkildə bizim proqramımızı yerinə yetirir. Qısqanclığımız da yoxdur. Yenə də təkliflərin üzərinə gedirik. Biz fəaliyyətimiz dövründə İctimai Fikir Akademiyası kimi böyük auditoriyası olan birlik yarada bildik. Burada ictimai-siyasi məsələlər aid debatlar təşkil edilir. Bu akademiyanı artıq bütün Azərbaycan tanıyır. “Talk TV” yaratdıq. İnsanlara kifayət qədər meydan verir və özünü inkişaf etdirir. Təsəvvür edin, burada 2 nəfər fəaliyyət göstərir. Onun biri könüllüdür. Çünki bu media qurumunun maliyyə problemləri var.

Biz bu işlər üzərində çalışırıq və digərlərindən fərqli olaraq nəticələr də var. Bir daha vurğulayıram ki, bizim verdiyimiz proqramlar YAP tərəfindən yerinə yetirilir.

-Düzü xəbərsizəm. Hansı proqramlardan söhbət gedir?

-Mingəçevirdə yüngül sənaye ilə bağlı nə işlər görülürsə, bu, bizim proqramımızın nəticəsidir. YAP hələ bu haqda yeni danışmağa başladığı vaxtlarda biz bu təklifi səsləndirmişdik. Bəzi nazirliklərdən bizim təklifə cavablar da gəlirdi. Pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı konkret təkliflər təqdim etmişdik. Kənd təsərrüfatının əksər sahələri, siyasi islahatlarla bağlı təkliflərimizi vermişdik. Biz Azərbaycanda turizmin inkişafı üçün hansı ölkələrdə təbliğ aparılmasının vacib olduğunu bildirmişdik. Hansı ölkələrlə viza rejimi ləğv olunmalıdır – bu barədə də təklif vermişdik. Bizim təkliflərdən sonra Azərbaycan prezidentinin sərəncamı oldu. Viza ilə bağlı cəmi iki ölkənin adı o siyahıda yox idi. Biz ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinə bu haqda təkliflər vermişdik. Deyirdik ki, Azərbaycan üçün turizm imkanı ərəb ölkələrindədir. Gedib ərəb dilində təbliğat aparılmalıdır.

-Bir yandan hakimiyyət sizin təşkilatı qeydiyyata almır. Digər tərəfdən isə deyirsiniz ki, sizin təklifləri həyata keçirdilər. Sual olunur, bu zaman hökumət Razi Nurullayevin təklifini qəbul etdi, yoxsa AXCP-nin?

-Onlar nə AXCP-nin, nə də Razi Nurullayevin təklifini qəbul etdilər. Onlar sadəcə bizim proqramdan istifadə etdilər. Bir dəfə YAP rəsmiləri Siyavuş Novruzov və Aydın Mirzəzadə bununla bağlı fikir söyləyib. Onlar deyib ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP YAP-ın ideyalarını oğurlayıb təzədən onların özünə göndərir. Onlar məsələni belə görürlər.

Lakin bizim üçün vacib o idi ki, təkliflərimiz, proqramımız həyata keçsin və Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşsın. Biz maraqlı deyildik ki, Razi Nurullayevin, AXCP-nin adı çəkilsin. Adımızı da qabartmağı istəmədik.

-AXCP-dən çıxandan sonra ölkədə siyasi gündəm dəyişdi. Partiya daxilində onsuz da Əli Kərimliyə etiraz edib getmişdinizsə, keçirdiyiniz mətbuat konfranslarına ehtiyac var idimi? Əbülfəz Qurbanlı da AXCP-dən ayrıldı, ancaq sizin kimi addım atmadı.

Hər kəsin öz metdou var. Mən bu gün olduğum yerdən, tutduğum mövqedən xoşbəxtəm. Düşünürəm ki, Azərbaycanda bir neçə siyasətçidən biriyəm ki, öz gedişimlə ölkənin siyasi gündəmini dəyişməyə nail olmuşam. 5-6 ay Azərbaycanın siyasi gündəminin əsas mövzusunu təşkil etmişəm. Hər bir siyasətçinin fərqli metodu var. Mənim də üsulum bu idi. Hər bir siyasətçi öz sözünü deməlidir, fikrini aşılamalıdır. Gedirəmsə, bunun səbəblərini açıqlamalıyam. Yoxsa pərdə arxasında gizlənib, hansısa çərçivələri gözləyim – bu metod mənlik deyil. Çünki gözləməyin xalq maraqları üçün bir xeyri yoxdur. Buna görə də bu məsələdə susqun qala bilməzdim. Televiziyalara da çıxmalı idim, mətbuat konfransı da keçirməli idim. Bu gün də nə lazımdırsa, onu etməyə hazıram.

Amma bir məsələyə diqqətinizi çəkmək istərdim. O zaman Azərbaycan televiziyalarının maraqlarında var idi ki, mənimlə bağlı müəyyən məsələlər gündəmə gəlsin. Mənə bir az meydan verdilər. Sonra isə mənim danışdıqlarım onlara sərf etmədi. Mən televiziyaya çıxırdımsa, gündəmim ancaq Əli Kərimli ola bilməzdi. Mən hakimiyyətdə müxalifətdə olan bir partiyanın sədriyəm. Həmişə iqtidara müxalifətdə olmuşam. Mən YAP-ın siyasətini bəyənmirəm və bəyənə də bilmərəm. Mövcud hakimiyyətin siyasətini Azərbaycan üçün düzgün hesab etmirəm. Təbii ki, mən televiziyada bunları da deməli idim. Ancaq televiziyalar mənə meydan vermədilər. Bu gün də belədir. Nə dövlət televiziyası, nə də özəl telekanallar.

Bununla belə Azərbaycan televiziyaları “Yurd” sədri Əli Kərimlini qəhrəman etməkdə çox maraqlıdırlar.

-Aprel müharibəsində 10 gün Əli Kərimli ilə bağlı televiziyalarda, mətbuatda nələrsə deyildi. Deyirdilər ki, Əli Kərimli guya Ermənistanı dəstəkləyib. Heç kim inana bilməzdi ki, Əli Kərimli Ermənistanın tərəfini tutsun. Təbii ki, heç kim buna inanmaz. Elə mən də inanmıram. Əli Kərimlinin ermənilərin tərəfində olması mümkün deyil. Ancaq televiziyalar “Əli Kərimli ermənilərin tərəfindədir” deməklə dolayı yolla onun təbliğatını apardılar. Bunu istənilən adam görə bilər. Hakimiyyətdəki hansı əllərdir Əli Kərimlini gündəmdə saxlayan? Bu sualı hər bir siyasətçi verə bilər.

Mən ilk dəfədən deyirdim ki, Əli Kərimlini hakimiyyətin içərisində saxlayan qüvvələr var. Əli Kərimlinin varlığından narahat olmayan qüvvələr var. Nəyə görə? Çünki hakimiyyət Əli Kərimlini yaxşı tanıyır, onu idarə edə bilir. Əli Kərimlinin vasitəsi ilə hakimiyyətdə də, beynəlxalq aləm də manipulyasiya edə bilir. Televiziyalar məni niyə tənaid etmirlər?

-Gündəmdə qalmaq deyirsiniz. Əgər elədirsə, bəs siz necə, belə gündəmdə qalmağı xoşlayarsınız? İstəyərsiniz ki, evinizin qarşısında o cür aksiyalar keçirilsin?

Bu şəkildə təbliğata ehtiyacım yoxdur. Heç bunu istəmərəm də. Təbii ki, heç kimin evinin qarşısında aksiya keçirilməsini dəstəkləmirəm. Bu, etikadan kənar məsələdir, belə addıma qətiyyən yol vermək olmaz. Sabah da mənim evimin qarşısında bu cür aksiya olarsa, bu məni xalqın gözündən salmaz. Əksinə, xalqın gözündə qaldırar. Buna görə də, bu aksiyanı təşkil edənlər düşünsünlər. Mən mədəni, sivil mübarizənin tərəfdarıyam.

-Uzun müddət AXCP-də, Əli Kərimlinin yanında olmusunuz. AXCP-nin mətbəxini bizdən də yaxşı bilirsiniz, buna şübhəm yoxdur. Deyirsiniz ki, hakimiyyətdəki müəyyən dairələr Əli Kərimlini dəstəkləyir. Belə bir şey varsa, bu, indinin məsələsi deyil. Bunu əvvəllər bilirdinizsə, nəyə görə vaxtında AXCP-dən getmirdiniz?

Mən niyə də getməli idim? Mən düşünürəm ki, siyasətçi müxtəlif formatlarda mübarizə apara bilər. Siyasətçi hakimiyyət içərisinə də sirayət edib orada kimlərisə ələ ala bilər. Məsələnin ikinci tərəfi budur ki, bəzən sən kimisə ələ almaq istəyəndə sənin özünü ələ alsınlar və idarə etsinlər. Bu, artq xalqın ziyanına işləyən prosesə çevrilir. Bir şəxs uzun illərdir müxalifətdə qala bilməz. Dəxli yoxdur ki, sən hansı səbəbdən seçkiləri uduzursan. Söhbət nəticədən gedir. Siyasətçi nəticədə uduzursa, deməli onun metodları işləmir. Deməli sən idarə olunursan, səni idarə edə bilirlər. Buna görə də, sən özün müəyyən mənada kənara çəkilməlisən. Bəziləri məni günahlandırır ki, Əli Kərimliyə qarşı çıxmamalı idim. Mən gedənə qədər neçə dəfə təklif etdim ki, Əli Kərimlinin lider olmasına razıyam. Təklif edirdim ki, sədrlikdən getsin, partiyada lider olsun. Lalə Şövkət Azərbaycan Liberal Partiyasının sədrliyindən getdi. Lalə Şövkətin xəncərinin qaşımı düşdü? Etibar Məmmədov da, İsa Qəmbər də eyni addımı atdı. Onlar lider oldular, bununla daha da çox hörmət qazandılar.

Yəni insanlar özündə güc tapıb yerlərini başqasına verə bildilər. Amma Əli Kərimli sədrlikdən getmək istəmir. Sual olunur: niyə getmək istəmirsən? Bunu necə əsaslandırırsan? Mən və başqaları bunun səbəblərini çox gözəl bilirik. Məsələ burasındadır ki, lider olmaq sədr olmaqdan yaxşıdır. Bəs Əli Kərimli niyə lider olmaq istəmədi? Mən qurultay da olanda təklif verdim. Dedim ki, mən sədrliyə namizədliyimi vermirəm. Əli Kərimli də verməsin. Amma mən Əli Kərimlinin lider olmasına razıyam. Belə bir səmimiyyətə imza atan Razi Nurullayevi başqa məsələlərdə günahlandırmaq nə dərəcədə ədalətlidir?!

Mən müxalifətin idarə olunmasının əleyhinəyəm. Mənim bildiyim çox məqam var, onları açmıram. Bu bildiklərimi desəm, ümumi müxalifətin xeyrinə olmaz. Mən özümü də, müxalifətə düşünüb belə addım atmıram. Mənim işim müxalifətin paxırını açıb tökmək deyil. Bizim əsas mübarizəmiz hakimiyyətlədir. Mən müxalifətin inteqrasiyasının tərəfdarıyam.

-Siz Əli Kərimlinin yanında olanda mübarizənizdə etik çərçivələrdən kənara çıxmırdınız. Amma belə düşünürəm ki, AXCP-dən ayrılandan sonra Əli Kərimliyə qarşı açıqlamalarınızda müəyyən çərçivələri aşdınız. Düzdür, ünvanına təhqiramiz fikirlər səsləndirmədiniz. Amma hər halda əvvəlki Razi Nurullayevlə sonrakını müqayisə edəndə mənim gözümdə başqa bir obraz göründü.

-Sualınız çox gözəldir. Aqşin bəy, bu, görünməli idi. Əgər mən partiya sədri oluramsa, məsuliyyətim minlərlə insanın qarşısında olursa, qarşımda tələb varsa, partiyamı hakimiyyətə gətirməliyəmsə, mən əvvəlki Razi Nurullayev kimi qala bilmərəm. Məcburam ki, metodlarımla istəmədiyim işləri də edim, xoşuma gəlməyən ifadələri işlədim. Siyasi həyatın təzahürü, sifarişi bunları məndən tələb edir.

Buna baxmayaraq mən mümkün qədər heç kimi təhqir etməmişəm, şəxsiyyətini aşağılamamışam. Elə “Yurd” sədrinin də şəxsiyyətini aşağılamamışam. Mənim mübarizəm onun siyasi məsələləri ilə bağlıdır. Mən təhqir səsləndirənlərə yaxşı baxa bilmərəm.

Amma Əli Kərimli mənim haqqımda nələr yazdırmayıb, nələr dedizdirməyib. Mən mətbəxin içərisindən gələn adamam, kimin nə dediyini gözəl bilirəm. Bilirəm ki, kimin əlindən tutulub, hansı yazı yazdırılıb. Bilirəm ki, o tezisi ona kim verib. Əli Kərimli öz göstərişi ilə mənə qarşı bu qədər həqarətlər yağdırıb. Əli Kərimli şəxsiyyətimi aşağılatdırıb. Mən isə bunların qarşısında dözümlülük nümayiş etdirmişəm. Əli Kərimli mənə olan təhqirlərin qarşısını almayıb.

Vaxtı ilə Əli Kərimlinin şəxsiyyətini aşağılayan insanların qarşısını almaq üçün mən çox vasitəçi olmuşam. Çox işlər görmüşəm. Əli Kərimli özü də bunu çox gözəl bilir. Mən partiyada əvəzsiz xidmət etmişəm. Heç zaman təmənna güdməmişəm. Mənim başqa məqsədim olsa idi, necə ola bilərdi ki, Əli Kərimlinin dediklərini rus, ingilis və fransız dillərinə tərcümə edirdim?!

-Dediniz ki, müxalifət haqqında çox şeyi bilirsiniz. Mən jurnalistəm, siz isə siyasətçi. Bilirəm ki, bununla bağlı nə qədər sual versəm də, detallı olaraq nəyisə açıqlamayacaqsınız. Amma mən istəyirəm ki, heç olmasa, ümumi bir təsəvvür yaradasınız.

-Mən partiyaların hansı yollarla və üsullarla maliyyələşdirildiyini bilirəm. Kimlərlə hansı söhbətlər aparıldığını yaxşı bilirəm. Hakimiyyətə gəlmək üçün hansı yerlərə qədər güzəşt oluna bilər? Nədən keçməmək olar? Hakimiyyətə gəlmək üçün xalqın hansı hissəsini qurban verə bilərik? Bu sualların cavabını gözəl bilirəm. Əslində siyasi mübarizə qurbansız olmur. Mən hakimiyyətə gəlmək istəyirəmsə və görürəmsə ki, bu yolda 4-5 nəfər öləcək buna razı olmuram. Ancaq bunun yüz qatına razı olanlar var.

Belə insanlar Milli Şuranın içərisində də var. Sonuc olaraq adlarını çəkmək istəmirəm.

-Bayaq söylədiniz ki, kuluarlarda aparılan danışıqlardan xəbərdarsınız. Normaldır, çünki uzun müddət Əli Kərimlinin müavini olmusunuz. Maraqlıdır, o söhbətlərin ən çox hansında iştirak etmisiniz? İstərdim səmimi cavab verəsiniz.

Azərbaycanda müxalifətin hakimiyyətə gəlmək şansı o qədər çox olmayıb ki, bu qədər kiçik detalları da müzakirə edək. Mən ümumi kluar danışıqları, ümumi siyasi müzakirələrdə olmuşam. Düzdür, bu söhbətlərdə kiminsə qurban verilməsi açıq şəkildə bildirilməyib. Amma söhbətdən çıxan nəticə budur. Eyni zamanda bir çox insanların dilindən eşitdiyim məsələlər var. Deyiblər ki, Misirdə, Liviyada, minlərlə insan ölüb. “Azərbaycan xalqı onlardan artıqdır?” deyiblər. Bildiriblər ki, dəyişiklik istəyən ölümə də hazır olmalıdır. Mənim gündəmimdə belə şey yoxdur. Mən insanları ölümə göndərə bilmərəm. Mən razı olmaram ki, kimsə gedib həbsdə olsun, mən isə sədr kimi azadlıqda gəzim. Buna dözə bilmərəm. Lakin bunu gözüyumulu edənlər var. Onlar düşünür ki, siyasi mübarizə varsa, burada ölüm də, həbs də olmalıdır. Bunu qəbul edə bilirəm, amma ürəyimdə bununla bacara bilmirəm. Ola bilsin ki, mənim zəifliyimdir.

-Bildirdiniz ki, Əli Kərimliyə hakimiyyətdə dəstək olan qüvvələr var. Bəs hakimiyyətlə AXCP-nin danışıqları olubmu? Olubsa, siz də iştirak etmisiniz?

Mən belə danışıqlarda olmamışam. Bununla bağlı bir şey deyə bilmərəm. Təbii ki, məndən öncə, AXCP parlamentə düşmək üçün danışıqlara gedib. Belə danışıqlar 2003-cü ilə qədər yüksək səviyyədə davam edib. 2003-dən 2005-ci ilə qədər isə müəyyən bağlar qalıb. 2005-ci ildə isə o bağ qırılıb.

Burada gizli məsələlər yoxdur. Diqqətlə araşdıranda görmək olar ki, kimə nə imkanlar yaradılıb, kim hansı yerə qədər irəli gedə bilib. Bunu məndən öncəkilər deyib. Mən də bunun əsasında deyirəm.

-Bir müşahidəmi deyəcəyəm. Siz hələ Əli Kərimlinin müavini olanda da “Azadlıq” qəzeti sizə çox az yer verirdi. O zaman da partiyada sizə qarşı bir aqressiya, qısqanclıq var idi?

Mən Əli Kərimlinin yanına gələndən 2 ay sonra mənə qarşı qısqanclıq yarandı. Müşahidəniz isə düzdür. “Azadlıq” qəzeti mənə yer vermirdi. Mən Əli Kərimlinin beynəlxalq məsələlər üzrə müavini idim. Deyək ki, prezident İlham Əliyev BMT-də çıxış edib və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunub.

Sonradan “Azadlıq”qəzeti mənə sual verir və İlham Əliyevin çıxışına şərh verməyimi istəyir. Bu zaman mənim cavabım politoloji yox, ideoloji olmalı idi. Deməli idim ki, Azərbaycan hakimiyyətini Qarabağ düşündürmür. Buna isə politoloq kimi fikir bildirmək olmazdı.

Çıxışa düzgün, obyektiv, fikir bildirmək politoloq kimi mənə daha maraqlı idi. Amma məndən başqa şey tələb edirdilər.

Əli Kərimli bəlkə də haqlı idi ki, mən politoloq kimi rəy bildirməli deyiləm, partiyanın mövqeyini ifadə etməliyəm.

Lakin hər şeyə tənqidi yanaşmaq – o pisdir, bu pisdir demək də düz deyil. İnsanlar da bundan bezirlər. Buna görə də “Yurd”da mənə qarşı münasibət birmənalı deyildi. Mən onların siyasətinə uyuşmurdum. Ona görə də məni sıxışdırırdılar.

Kənar siyasi partiyaların isə mənə münasibəti yaxşı, müsbət idi. Bəlkə də bu məqam mənim sevindiyimin kuliminasiya nöqtəsi idi. Ancaq AXCP-ni yaradandan sonra kənardakı neytral siyasətçilərin mənə olan münasibəti bir az dəyişdi. Çünki məni özlərinə rəqib, opponent gördülər.

-“Azadlıq” qəzeti bu gün ən çox maliyyə sıxıntısı olan mətbuat orqanlarından biridir. Buna baxmayaraq mən çox yerdə eşidirəm ki, AXCP heç zaman maliyyəsiz qalmır. Bunu, vaxtı ilə “Azadlıq”da çalışmış jurnalistlərin dilindən də eşitmişəm. Siz də AXCP-də olanda yəqin ki, “Azadlıq” ətrafında baş verənlərdən xəbərdar idiniz.

Birincisi, “Azadlıq” qəzeti digər mətbuat orqanları kimi KİVDF-dən pul alırdı. Son illərdə bu maliyyə dayandırılıb. “Azadlıq”ın KİVDF-dən aldıqları isə kifayət qədər böyük məbləğlər idi.

İkincisi, “Azadlıq” qəzetinə abunə olmağı çoxumuz özümüzə mənəvi borc bilirdik. Biz bu qəzetə yardım etmək istəyirdik. Mən özüm də “Azadlıq” qəzetinə çox yardım etmişəm. Təbii ki, “Azadlıq” qəzetinə kənardan maliyyə verən insanlar da var idi. Bir neçə dəfə xarici fondlar “Azadlıq”ın borcunun bağlanmasını təşkil etmişdilər. Buna görə də, mən deməzdim ki, “Azadlıq” maliyyəsi olmayan qəzetlər siyahısındadır. Əksinə, “Azadlıq” kifayət qədər maliyyəsi olan qəzet idi.

Bu media orqanı “Yurd” sədrinin göstərişlərini yerinə yetirir, onun maraqlarına xidmət edir. Bu baxımdan çoxların tərəfindən bəyənilmir. “Azadlıq”qəzeti digər tərəflərə yer vermir, birbaşa Əli Kərimlinin ruporu rolunda çıxış edir.

Bir dəfə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mənə zəng etdi. O zaman Əli Kərimli Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham edilrdi. O zaman Əli Əliyevin “Azadlıq” qəzetində 1 səhifəlik müsahibəsi getdi. Əli Əliyev sonra mənə dedi: “Razi bəy, mən bu müsahibəni verdim. Amma nə dərəcədə ədalətlidir ki, neçə illərdir bir yerdə olduğumuz qəzet mənə veto qoymuşdu? İndi isə Əli Kərimliyə lazım oldum ki, onu müdafiə edim, məndən 1 səhifəlik müsahibə götürdülər. 5 ildir ki, heç onlardan mənə zəng gəlmirdi”. İnsanlar bu şəkildə özlərini istifadə olunmuş hesab edirdilər. Amma mədəniyyətlərinə sığınaraq yenə də Əli Kərimlini müdafiə edirdilər. Əli Kərimli göstəriş verirdi ki, belə adamlardan onu müdafiə edən açıqlamalar alsınlar. Təbii ki, heç kim Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyinə inanmır.

Bu gün də kim Əli Kərimliyə yaxşıdırsa, “Azadlıq” qəzeti ona yer verir. Mənim isə rəhbəri olduğum media qurumlarında heç bir məhdudiyyət qoyulmur. İstəsə Əli Kərimli də gəlib burada müsahibə verə bilər. Heç kimə qadağa qoyulmayıb. Düşünürəm ki, qəzet plüralist olmalıdır.

Müsavat Partiyası da sizin təşkilatı tanımadı.

Mənim bununla bağlı Arif Hacılıya cavabım oldu. Daha bunu qurdalamaq istəmirəm. Düşünürəm ki, Müsavat Partiyası yanlış addım atdı. Onların yanlış addımını da “Yurd” sədri özlərinə göstərdi. Müsavatın addımı “Sən məni sevməsən də, mən səni sevəcəyəm” demək idi. Onların arasında qarşılıqsız sevgi mövcuddur.

-Bu qarşılıqsız sevgi Milli Şuranın prezident seçkilərində məğlub olmasından sonra pik həddə çatdı. Siz də o zaman hələ AXCP-də idiniz. Nə baş verirdi? Müsavat həqiqətənmi təqsirkar idi?

-Təbii ki, Müsavatla “Yurd” bir yerdə olan zaman Əli Kərimli və İsa Qəmbər rəqabəti başlayırdı. Kim burada başda görünəcək, kim buranın sahibi görünəcək uğrunda mübarizə başlayırdı. Müsavat Partiyası siyasi intriqalar, oyunlar qurmaqda o qədər mahir deyildi. Əli Kərimli isə bu işlərin ustasıdır. Onun üçün də onlar yola gedə bilmirdilər. Heç zaman da yola gedə bilməzdilər. Sadəcə bir neçə ay adi insanların, siyasətçilərin əsəbləri ilə oynayırdılar. İstənilən halda düşünürəm ki, Müsavat hər zaman öz ətrafında, Əli Kərimli də öz ətrafında orbit yaratmaq istəyib. Düşünürəm ki, artıq Müsavatla “Yurd” arasında liderlik probleminin həll edilməsinə ehtiyac yoxdur. Çünki 20 ildən çoxdur müxalifətdə qalan şəxslərin yenidən liderlik iddiasına düşməsi gülüncdür.

-Milli Şura yarananda oradakı favoritlər İsa Qəmbər və Əli Kərimli idi. Hər halda onlar arasında olan qapalı görüşlərdə siz də iştirak etmisiniz. İsa Qəmbər də, Əli Kərimli də soyuqqanlı siyasətçilərdir. Amma onlar arasında rəqabət həmişə hiss olunub. Bu görüşlərdə Əli Kərimli ilə İsa Qəmbər arasında hər hansı mübahisə olurdumu?

İsa Qəmbərlə bu tip görüşlərdə 2 dəfə olmuşam. Əli Kərimli məni elə görüşlərdə iştirak etməyə çox da imkan vermirdi. Mənim özümün İsa bəylə çox görüşüm olub. İsa Qəmbərə həmişə hörmətim olub. O, kifayət qədər səbirli və dözümlü insandır. İkincisi isə heç bir zaman xırda məsələlərə baş qoşmaz. İnsanlara azadlıq verməyin tərəfdarıdır. Kimisə sıxışdırmaz. Çünki İsa Qəmbərin özünə əminliyi var. Özü-özündən şübhələnmir. Buna görə də, ona həmişə hörmətim olub. Onun siyasətinin nəticəsinin olub-olmaması isə başqa məsələdir.

İsa Qəmbər kifayət qədər təcrübəli siyasətçidir. Heç zaman artıq cümlə işlətməz, artıq hərəkətə yol verməz. Siyasi mübarizədə, danışıqlarda Əli Kərimli İsa Qəmbərə qalib gələ bilməz. Bu, mümkün deyil.

Amma görüşlərdə İsa Qəmbərlə Əli Kərimlinin mübahisə etdiyinin şahidi olmamışam.

-Rauf Arifoğlu Müsavat Partiyasının üzvü olarkən “Yeni Müsavat” qəzetində AXCP, Milli Şura əleyhinə yazılar gedirdi. Razi Nurullayev isə AXCP funksioneri olaraq Rauf Arifoğluna etiraz etmirdi. Sizi qızğın müzakirələrdə görmürdük. Kənardasınız kimi bir təəssürat yaradırdınız.

-Mən Rauf Arifoğlu ilə bağlı olan məsələlərdə cəmi bir dəfə münasibət bildirmişəm. Mən bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışırdım. Bir çox məsələlərdə Rauf Arifoğlu ilə Əli Kərimli arasında vasitəçi olmuşam. Bir çox məqamlarda problemin dərinləşməsinin qarşısını almışam. Bunu çox adam bilmir. Bu rolumdan daha çox razı idim. Çünki müxalifət arasında bu cür mübarizənin getməsi, vətəndaşları da, siyasətçiləri də iyrəndirirdi. Rauf Arifoğlunun üzərinə gedib onu təhqir etmək heç mənim ağlımdan da keçmirdi.

-Milli Şurada birdən-birə nə baş verdi ki, Cəmil Həsənli qurumun prezidentliyə vahid namizədi oldu? Mən qərarın jurnalistlər üçün açıq olan hissəsinin elanını nəzərdə tutmuram. Mətbuat nümayəndələri üçün qapalı görüşlərdə nə baş verdi ki, Cəmil Həsənli vahid namizəd oldu?

Mən də Cəmil Həsənlinin vahid namizəd olmasına razılaşdım, səs də verdim. Bu, aydın məsələdir. Ancaq məncə, Cəmil Həsənlini Əli Kərimli müzakirə etdi. Hər kəslə razılaşdırdı. Bunun da yeganə bir səbəbi var idi – İsa Qəmbərin vahid namizəd olmasının qarşısı alınsın. Cəmil Həsənlinin namizəd olması İsa Qəmbərə qarşı qurulmuş bir oyun idi.

Cəmil Həsənliyə mənim hörmətim var. O, kifayət qədər səviyyəli bir ziyalıdır. Məncə Cəmil Həsənli ziyalı kimi olanda daha çox hər kəs tərəfindən qəbul olunurdu. Amma bu gün cəmiyyətdə Cəmil Həsənliyə olan münasibət fərqlidir. Amma mənim üçün ziyalı bir insan olaraq qalır.

Bununla belə Cəmil Həsənlinin Əli Kərimlinin yanında olması ona başucalığı gətirmir.

Mən 2013-cü ildəki prezident seçkilərindən sonra səhv qərar verdiyimi anladım. Düşünürdüm ki, kənar bir şəxsin, ziyalının vahid namizəd olması xalqı toparlayacaq. Amma bu baş vermədi.

Doğurdan da siyasətçi biri namizəd olsa idi, proseslər tamamilə fərqli ola bilərdi. Buna görə də, düşünürəm ki, kaş İsa Qəmbər vahid namizəd olaydı.

-Növbəti sualım şəxsi motivlidir, bəlkə də xoşunuza gəlməyəcək. AXCP-dən ayrılandan sonra sizi saqqallı gördük. Sizi əvvəllər isə belə görməmişdik. Sanki bir növ simvolik olaraq Əli Kərimlinin yanından getdiyinizə görə, yas saxlayırsınız.

-Nə simvolik, nə də gerçək mənada bunun yasa dəxli var. Azərbaycanda saqqal saxlamaq yasla əlaqələndirilir. Mən Əli Kərimlinin yanından ayrılandan bir neçə ay sonra saqqal saxlamağa başladım. Bu, şəxsi qərarımdır. İmicimi dəyişdim.

-Sonda: partiyanız qeydiyyata alınmasa və bununla bağlı yekun qərar verilsə, hansı addımı atacaqsınız?

-Bu barədə düşünməmişik. Bizim gündəmimizdə bu yoxdur. AXCP kimi təsdiqlənmək bizim gündəmimizdədir. Başqa variantlar üzərində düşünməmişik.

Müsahibə apardı: Aqşin KƏRİMOV

Allaha onu sevdiyinizi necə göstərmək olar

Allaha məhəbbət göstərmək yaxşı şeydir, çünki Allah olmasaydı, bizim heç bir şeyimiz olmazdı. Allahın sizə olan məhəbbətindən xəbərdar olmaq sizi daha güclü, daha yaxşı və özünə inamlı bir insan edə bilər. Ona görə də Allaha onu sevdiyinizi göstərmək üçün bu addımları izləməyə çalışın.

addım

  1. Dua etməkAllaha. Allaha de ki, onu sevirsən və onun yaratdıqlarını sevirsən. Ona sahib olduğunuz hər şeyi qiymətləndirdiyinizi söyləyin. Müqəddəs Kitab deyir ki, biz “dayanmadan dua etməliyik”.

İcma sualları və cavabları

Allaha məhəbbət göstərməyin yolları hansılardır?

Anlamalı olduğunuz bir şey budur ki, Müqəddəs Kitabda və ya heç bir yerdə sadalanan, “Budur. Bu, Allahı sevdiyinizi göstərən siyahıdır” deyən heç bir yol yoxdur. Bu belə işləmir. Bu sizin ürəyinizdən asılıdır. Etdiyiniz hər şeyi, əgər bunu Allahın izzəti üçün edirsinizsə və Məsihin məhəbbəti ilə edirsinizsə, onda siz Allaha Onu sevdiyinizi göstərə bilərsiniz. Bunu dünyanın ən təhlükəli yerlərindən birinə missioner olmaqla və ya qocalara qapı açmaqla göstərə bilərsiniz. Nə qədər ki, sən bunu ürəyinlə, Allahı sevən bir ürəklə etsən, bu, ona çox bəs edər. Heç bir əməl yoxdur, Allah sizin qəlbinizi görür və sadəcə olaraq onu bilir.

Mən Allahın məhəbbətini necə bölüşə bilərəm?

Əgər borcum varsa onda bir hissə verməliyəmmi və onu pastor ofisinə verməliyəmmi?

Günahı davam etdirəndə özümü necə bağışlayım?

Özünüzü dəfələrlə incitdiyiniz halda ailənizi necə bağışlayırsınız?

Allahı ümumiləşdirən üç sətir hansılardır?

İnancın fiziki hücuma məruz qaldığı bir vəziyyətdə, şərait imkan verirsə, fiziki olaraq da reaksiya verə bilərmi?

Allahın dualarımı eşitdiyini necə bilə bilərəm?

Günah işlətdikdən sonra özümü xilas etmək üçün nə etməliyəm?

Mən Allahın məhəbbətini praktiki şəkildə necə göstərə bilərəm?

Məsləhətlər

  • Əgər siz Allahı həqiqətən sevirsinizsə, O, bunu bilir.
  • Dua edərkən həmişə Allahla söhbət edin. Bu, həyatınızda daha müsbət təsirlərlə nəticələnir.
  • Unutmayın ki, siz Allahın məhəbbətinə xidmət etməyə çalışmamalısınız – ona xidmət etmək məcburiyyətində deyilsiniz. O, artıq sizin üçün pulsuzdur.
  • Ola bilsin ki, bütün bu addımları yerinə yetirməyə ehtiyac yoxdur, amma bəzilərini sınaya və bəlkə də Allaha yaxınlaşa bilərsiniz.
  • Bütün narahatlıq və narahatlıqlarınızı Rəbbə atın və O cavab verəcəkdir.

Oksford və Kembric məzunu Kənan Cəlilov deputatlığa namizədliyini Ucar rayonundan irəli sürüb – FOTO

– Mən üç gözəl uşağın atasıyam – mənim 11 və 10 yaşlı iki qızım var. Oğlumun isə mart ayında 6 yaşı olacaq. Peşəkar fəaliyyətimə gəlincə, AKI Inter Ltd. şirkətinin direktoruyam. AKI Inter Ltd. – xaricdə təhsillə yanaşı, həmçinin portfelinə əczaçılıq, tikinti, neft avadanlığı və mühəndislik, investisiya və səyahətlər üzrə konsultasiyalarla məşğul olan AKI Inter Group Ltd. şirkətinə daxildir.

– Bir qədər təhsilinizdən bəhs edərdiniz.

– 1980-ci ildə Gəncədə doğulmuşam. 1986-cı ildə oradakı 18 saylı dəmir yolu məktəbinə getmişəm. Və 1996-cı ildə orta məktəbi bitirmişəm. Məktəbdə təhsil aldığım zamanlarda paralel olaraq müxtəlif dərnəklərə gedərdim, idmanla fəal şəkildə məşğul olardım. Həmçinin şahmat məktəbində də təhsil almışam, ikinci dərəcəli şahmatçıyam. Bununla yanaşı, 2 nömrəli musiqi məktəbini qarmon ixtisası üzrə bitirmişəm.

Hər zaman məni riyaziyyat və rəqəmlər cəlb edib. 9-cu sinifdə oxuyarkən 11-ci sinifin riyaziyyat proqramını bilirdim. Rəqəmlərə olan həvəsim məni 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsinə gətirdi.

Hər zaman daha çox biliklərə yiyələnməyə can atmışam. Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi bitirdikdən sonra magistraturaya daxil olmaq qərarına gəldim. Və “Xəzər” Universitetinə daxil oldum, lakin orada cəmi 4 ay təhsil aldım. Çünki bir an anladım ki, burada İqtisad Universitetində öyrəndiklərimi yenidən öyrənirəm. Buna görə də ali təhsilimi Amerikada davam etdirərək University of Wisconsin-a daxil oldum.

Lakin bununla da kifayətlənmədim. 2003-cü ildə Vətənə qayıtdıqda Azərbaycan Dövlət İqtisad Universitetində yenicə açılan MBA-ya daxil oldum. Oranı 2005-ci ildə fərqlənmə diplomu ilə bitirdim. Aldığım ali təhsillərdən sonra bəlkə də dayanmaq lazım idisə, lakin hər zaman “böyük üçlükdə” – Harvard, Kembric və ya Oksfordda təhsil almaq arzusunda olmuşam. Bunlardan birinə daxil olmaq üçün hər il sənədlərimi göndərirdim. Və nəticədə 2007-ci ildə Kembricdə aspirantura pilləsi üzrə “Maliyyənin Strateji idarəetməsi” fakültəsinə daxil oldum. Dünyada maliyyə böhranı başlayanda, yəni 2009-cu ildə təhsilimi bitirdim.

Təhsil almağımla bərabər, AKI Inter Ltd. şirkətini də inkişaf etdirirdim. Həmin dövrdə şirkət dinamik inkişaf edən müəssisələrin ümumi Avropa reyestrində yer aldı, Avropa Biznes Assambleyasının Təqdimat Komitəsi isə Sokrat Samitində Böyük Britaniyanın Oksford şəhərində mənə Avropanın ən nüfuzlu mükafatlarından birini – “Kraliça Viktoriya” adına eksklüziv Britaniya mükafatını (The International Award «Queen Victoria Commemorative Medal) verdi.

Avropa Biznes Assambleyasının nümayəndələri elə həmin dövrdə şirkətimizi keyfiyyət və idarəetmə sahəsində əldə olunan nailiyyətlər, eləcə də təhsil sahəsində qüsursuz işgüzar nüfuza görə ali mükafata – “İlin ən yaxşı müəssisəsi” (“Best Enterprises of the Year”) adına layiq gördü. Mən isə rütbə və ad sertifikatına – “Avropada ilin ən yaxşı top-meneceri” adına layiq görüldüm. Bütün məqsədlərimə çatmağıma baxmayaraq, yenə də öz üzərimdə çalışmağı davam etdirdim. Qarşıma yeni-yeni məqsədlər və ödəliklər qoydum.

Nümunə üçün, 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində AKI Inter Ltd.-nin ofisinin açılışı oldu. Və biz də Ukraynanın ən böyük ali təhsil ocaqlarının nümayəndələrindən olduq. Bunların arasında hər kəsin can atdığı “qırmızı korpus”, Taras Şevçenko adına Kiyev Milli Universiteti kimi Ukraynanın ən əhəmiyyətli təhsil müəssisəsi hesab olunanlar da vardı. Burada qiyabi olaraq hüquqşunaslıq üzrə təhsil almışam – bu da mənim ali təhsillərimdən biridir.

2013-cü ilin martında Oksford Universitetində Accelerate Management öyrənməyə başladım. Burada bir illik tədris kursunu 3 aya bitirdim. Azərbaycanda aldığım MBA təhsilim məni qane etmədiyi üçün peşəkar ixtisasımı daha da artırmaq istəyirdim. Buna görə də MBA proqramı üzrə Anglia Ruskin University-yə daxil oldum. Təhsilimi bitirdikdə özünütəhsillə məşğul olmağa başladım. Bu günə qədər də hesab edirəm ki, təhsil – hər şeyin əsası, təməlidir, bunsuz müasir dünyada həyatı təsəvvür etmək mümkün deyil.

Həyatımın bir gününü kitabsız təsəvvür edə bilmirəm. Hətta iş qrafikimin həddindən artıq yüklənməsinə baxmayaq, mütaliə etmək üçün hər zaman vaxt tapıram. Evimdə və bağ evimdə də böyük kitabxanam var.

– Bu qədər çox təhsil almağa sizi nə təşviq edib? Axı müəyyən bir dövrdə aldığınız ali təhsillərlə kifayətlənə bilərdiniz.

– Hələ orta məktəbdə şagird olduğum zamanlarda həmyaşıdlarımın dərslərə hazırlıqsız gəlmələrini anlaya bilmirdim. Təəccüb edirdim ki, nə üçün yeni biliklərə yiyələnmək və ümumiyyətlə dünya onları maraqlandırmır. Bütün hər şeyi bilmək istəyirdim. Bu qədər çox təhsil almağıma mənə ilk və başlıca olaraq bilgisizliyim təhrik etdi.

Bilik bizi daha çox bilgisizliyə yaxınlaşdırır. Nə qədər çox bilsək də, mahiyyətcə biz bilikdən daha az bilirik. Hər zaman bilik almağı istəmişəm və istəyirəm də. Buna görə də bu gün də özünütəhsilimi davam edirəm.

– Təhsil artıq sizin peşəkar fəaliyyətinizin bir sahəsinə çevrilib. AKI Inter Ltd. xaricdə təhsil və xarici dil kursları ilə məşğuldur. Şirkət haqqında daha ətraflı bəhs edərdiniz.

– Əgər xaricdə təhsil almaq sizin ən əlçatmaz arzunuzdursa, o zaman 100% əmin olun ki, AKI Inter Ltd. bu arzunuzu reallığa çevirəcək. Şirkət olaraq başlıca məqsədimiz və əsas missiyamız – təhsil almağa yardımçı olmaqdır. 1998-ci ildən başlayaraq bunu uğurla həyata keçiririk. Bununla da ABŞ, Avropa, MDB və BƏƏ-nin ən yaxşı ali təhsil ocaqlarına göndərdiyimiz tələblərimizi parlaq gələcəklə təmin edirik. Razılaşın ki, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq gələcək uğurlu karyeranın açarıdır.

İlk olaraq konsultasiya aparırıq, daha sonra təhsil üçün ən yaxşı variantları təqdim edirik. Sevindirici məqam tələbələrimizin dünyanın ən yaxşı təhsil ocaqlarında Azərbaycanı layiqincə təmsil edərək Vətənə qayıtmaları və ölkəmizin inkişaf edərək çiçəklənməsində əllərindən gələni əsirgəməməsidir.

– Bəs rəhbər olaraq necə birisisiniz?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Ən yaxşısı əməkdaşlarımdan soruşun (gülür). Düşünürəm ki, pis rəhbər deyiləm. Kollektivimiz – böyük bir ailədir. AKI Inter Ltd.-də 10 ildən artıq çalışan əməkdaşlarımız da var. Bu isə, razılaşın ki, çox şeydən xəbər verir. Hər zaman əməkdaşlarımı dinləməyə, onlar üçün əlimdən gələn bütün köməklikləri göstərməyə hazıram. Onlardan hər biri mənim üçün dəyərlidir. Sevinirəm ki, kollektivim də mənim kimi əldə etdiyi nailiyyətlərdən kifayətlənməyir. Mənimlə birlikdə inkişaf edərək genişlənir.

– Əməkdaşlar, ailə, özünütəhsil – bütün bunların hamısına necə çatdırırsınız?

– Bəzən bu sualı özüm özümə də verirəm. Lakin bu, vərdiş işidir. Bəzən iş günüm saat 07.00-da başlayıb, gecə 12-yə qədər davam edə bilər. Əgər əvvəllər yorulurdumsa, zamanla buna öyrəşdim və yorğunluğu hiss etmirəm. Bütün bunlar təbii ki, zamanla yarandı. Lakin Amerikadakı həyatım və təhsilim bunda ən böyük rolu oynadı.

Yuxarıda bildirdiyim kimi, University of Wisconsin-da təhsil aldığım dövrdə dərk etdim ki, Bakıda bakalavr pilləsi mənə çox şeyi verməyib, eləcə də əla səviyyədə hesab etdiyim ingilis dili biliyim də lazımi səviyyədə deyildi. Tələbə yoldaşlarımdan fərqlənərək onlardan üstün olmağım üçün gecəm-gündüzüm kitabxanada keçirdi.

Həddindən artıq yükləndiyim üçün zamanla orqanizmin bunlara öyrəşdi. İndi mən az yataraq asanlıqla çox işləyə və kitab oxuya bilərəm. Bu, artıq adətimə çevrilib. Hər zaman özünütəhsillə məşğul olduğum üçün bunda da ən böyük rolu Amerikanın payına düşür. Orada qısa zamanda müstəqil olaraq bakalavr proqramına yiyələndim.

– AKI Inter Ltd. 21 ildir ki, təhsil bazarındadır. Rəhbərlik etdiyiniz şirkətin uğurunun sirri nədədir?

– Uğurun sirri çox sadədir – çalışqanlıq. Bu, hər bir şirkətin uğurunun əsasıdır. Hər zaman çox çalışmaq və çətinliklərdən qorxmamaq lazımdır. Nə çür çətinlik olmasına baxmayaraq, onların öhdəsindən layiqincə gəlmək lazımdır. Uğurun əsas faktorlarından biri də hər şeyə və hər kəsə, hətta ən xırdalıqlara belə ciddi yanaşmadır. Biznesdə qeyri-ciddi olmaq olmaz.

Daha bir vacib faktor – işə qohumluq və tanışlıq əlaqələri ilə deyil, peşəkar kadrların cəlb edilməsidir. Belə olan halda uğurlu biznes qurmaq olmaz. AKI Inter Ltd., kimi möhkəm kollektivimdə olduğu kimi, komandada dostlar və qohumlar deyil, peşəkarlar, işi “a”dan “z”yə qədər bilənlər olmalıdır. Zamanla işin gedişində dostlaşmaq olar. Lakin kimisə işə kiminsə himayədarlığı ilə götürmək olmayıb və heç vaxt da olmayacaq.

Əgər ümumilikdə uğurun sirrindən danışsaq, yuxarıda sadaladıqlarıma şansı da əlavə etmək istərdim. Onsuz mümkün deyil. Lakin bununla yanaşı, qeyd edim ki, hər kəs öz həyatını və bisnesini özü qurur. Burada da çətinlikdən deyil, asan qazanılan uğurdan çəkinmək lazımdır.

Nikbin ab-havanın qorunub saxlanılması da az əhəmiyyət kəsb etmir. Ən çətin anlarda belə hər şeydə müsbət məqamları tapmaq lazımdır. Əgər məsələni həll edə bilmirsinizsə, narahat olmayın, əgər həll edə bilirsinizsə, deməli narahat olmağa dəyməz (gülür).

Qarşılıqlı hörmət – bu da uğurun ən vacib faktorlarından biridir. Qarşılıqlı hörmətlə çox şey qurmaq olar və buna çox şey bağlıdır. AKI Inter Ltd.-nin hər bir əməkdaşına və tərəfdaşlarına böyük hörmətlə yanaşıram və bütün bunlar qarşılıqlıdır.

Əgər uğurdan danışırıqsa, qeyd edim ki, nəyinsə qaydasında olmamasından və ya işlərin pis getməsindən qəzəblənməmək və gileylənməmək də vacibdir. Belə olan halda özünü yaxşı tərəfə yönəltməlisən. Sən yaxşı tərəfə yönəldikcə, ətrafında hamı və hər şey də yaxşılığa doğru dəyişəcək. Hər zaman buna da can atıram və əməl edirəm.

– Bəs Kənan Cəlilov işdən kənarda, evdə uşaqları ilə necə biridir?

– Həddindən artıq dərəcədə uşaqlarımı sevirəm, onlar mənim əsas antidepressanımdır. İstənilən iş – müəyyən stressdir. Lakin addımımı evimin qapısından içəri atan kimi, işlə bağlı hər şey ofisdə qalır və mən yalnız müstəbə köklənirəm. Uşaqlarımla, xüsusilə də məni günbəgün öz dünyagörüşü və zəkası ilə heyran edən oğlumla keçirdiyim bütün asudə vaxtım mənim əsas həyat prioritetimdir.

– Sizin üçün ailə hansı əhəmiyyəti kəsb edir?

– Ailə hər şeydir! Ailə gücümdən üstündür. Həyatımda birinci planda hər zaman ailəm, sonra isə mən, daha sonra isə arzular, diləklər və planlar yer alır. Düşünürəm ki, hər kəs bu prinsipə uyğun yaşamalıdır.

– Bəs yaxın gələcəkdə planlarınız nədir?

– Müsahibənin əvvəlində qeyd etdiyim kimi, Gəncədə doğulmuşam. Orada çoxlu qohumlarım, doğmalarım, mənə əziz insanlar, çox sevdiyim sinif yoldaşlarım və dostluğuna çox dəyər verdiyim dostlarım da var. Lakin əslim Bakıdan 250 kilometr qərbdə,uşaqlıqda tez-tez getdiyim Ucardandır.

Və bu gün çoxhörmətli cənab prezidentimiz İlham Əliyevin ölkədə apardığı islahatları, gənclərə öz bacarıqlarını nümayiş etdirmək, Vətənimiz üçün faydalı olmaq imkanı verdiyini gördükdə qərara gəldim ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər zamanı deputat olmaq üçün öz namizədliyimi Ucar rayonundan irəli sürüm.

Ola bilsin ki, bir vaxtlar doğma diyarıma lazımi diqqət və zaman ayırmamışam. Və indi bunun əvəzini qarşılamaq üçün özümü Ucar rayonu və onun əhalisinin xeyrinə ləyaqətlə göstərərək burada həyat şəraitinin daha da yaxşılaşdırılması üçün əlimdən gələni etmək istəyirəm.

Özümü doğma ölkəmin taleyində müsbət dəyişikliklərin iştirakçısı olmağa hazır hiss edirəm. Beləki, bu gün burada gənc nəslin özlərini göstərmələri və hər cür yeniliklər üçün hərtərəfli şərait yaradılıb. Mənə gəldikdə isə, qazandığım təcrübəmə və aldığım təhsillərimə söykənərək özümü yalnız və yalnız yaxşı tərəfdən göstərməyə və səylərimi bütün qəlbimlə sevdiyim doğma Azərbaycanımın daha da çiçəklənməsi və inkişafı naminə yönəltməyə hazıram.

Kənan Cəlilovun Ucar rayonu üzrə seçki platforması:

GƏNC PARLAMENTƏ LAYİQ!

  • Parlamentin gənc üzvləri ilə ictimai nüfüz qazanaraq yenilənməsinin və islahatların aparıcı qüvvəsinə çevrilməsi
  • Parlamentin islahatlar və yenilənmə sahəsində ölkə prezidentinə dəstək verməsi
  • Yeni parlamentdə islahatçı fikirlərin və ideyaların irəli sürülməsi
  • Parlamentin Azərbaycanın aparıcı siyasi və intellektual elitasını özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması

QANUNVERİCİLİK FƏALİYYƏTİ

  • Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
  • Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması
  • Qanunvericilik fəaliyyətində Strategiya – Proqram – Qanun ardıcıllığının gözlənilməsi
  • Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

  • Seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verilməsi. Yəni müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və həyata keçirilməsi
  • Hər ay Ucarda seçicilərlə davamlı görüşlərin keçirilməsi
  • Ucar şəhərində daimi qərargahın yaradılması
  • Deputatın qeydiyyat kitabçasının tərtib edilməsi və müvafiq təhlilin aparılması
  • Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə problemləri lazımı üzrə yönləndirmək
  • Seçicilərə münasibətdə «İnanın, Seçin, Tələb edin» prinsipinin gözlənilməsi
  • Ucarda millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi

İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

  • Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
  • Rayonun sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi
  • Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması
  • Gənc kadrların irəli çəkilməsi

İQTİSADİYYATIN İNKİŞAFI

  • Ucarın sosial-iqtisadi inkişaf proqramının hazırlanması
  • Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
  • Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
  • Banklar tərəfindən regiona yönələn kreditlərin artırılması üçün tənzimləyici hüquqi normaların işlənib hazırlanması
  • Xarici sərmayənin bölgəyə cəlb edilməsinin həvəsləndirilməsi məqsədi ilə müvafiq qanunların təkmilləşdirilməsi
  • Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində bölgəyə yönəldilməsi üzrə təkliflərin müvafiq icra orqanlarına təqdim edilməsi

UCARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MALİYYƏ TƏMİNATI

  • Dövlət büdcəsindən rayona subsidiyaların artırılması
  • Xarici investisiyaların cəlb edilməsi
  • Beynəlxalq təşkilatların yardımları və kreditləri

AQRAR SEKTORUN İNKİŞAFI

  • Kəndin və kəndlinin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi
  • Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə hökumət qarşısında məsələ qaldırılması
  • Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
  • Kənd təsərrüfatının inkişafına həlledici təsir göstərən yeyinti sənayesi müəssisələrinin rayonda geniş şəbəkəsinin yaradılması istiqamətində konkret işlərin görülməsi
  • Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması
  • Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasını nəzərdə tutan müvafiq hüquqi bazanın yaradılması
  • Ucarda yeni taxıl elevatorunun tikintisi məsələsinin qaldırılması
  • Konserv zavodunun bərpası
  • Süd zavodunun bərpası
  • Ucarda kənd təsərrüfatı məhsulları üçün yeni soyuducu kameraların qurulması məsələsinin qaldırılması
  • Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması
  • Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi
  • Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması

İNFRASTRUKTUR

  • Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması ilə bağlı məsələ qaldırılması
  • Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması
  • Su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təklifin qaldırılması
  • Ucar kəndlərinin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə məsələ qaldırılması
  • Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin çəkilməsinə müvafiq qaydada köməklik göstərilməsi
  • Ehtiyac olan yerlərdə körpülərin salınması üçün təkliflərin müvafiq orqanlara təqdim edilməsi və onların reallaşdırılması

SOSİAL MƏSƏLƏLƏR

  • Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi
  • Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması
  • Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi

GƏNCLƏR SİYASƏTİ

  • İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla Ucar gənclərinin mənzil təminatının yaxşılaşdırılması
  • Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
  • İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası
  • Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi
  • Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən Ucardan olan gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi
  • Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması
  • Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması

TƏHSİL SİSTEMİ

  • Ucqar kəndlərdə dərs deyən müəllimlər üçün imtiyazların artırılmasının qanunvericiliklə təsbit olunması
  • Rayonda ali və orta ixtisas məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması
  • Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi
  • Təhsil sistemində əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması məsələsinin hökumət qarşısında qaldırılması
  • Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılması
  • Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi

SƏHİYYƏ SİSTEMİ

  • Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə dövlət vəsaitlərinin artırılması məsələsinin büdcənin müzakirəsi zamanı təklif etmək
  • Səhiyyə sistemi üzrə əmək haqqının səviyyəsini ölkə üzrə orta aylıq əmək haqqının səviyyəsinə çatdırmaq üçün təkliflərin hazırlanması
  • Ucarda dövlət vəsaiti hesabına müasir standartlara cavab verən diaqnostika mərkəzinin açılması məsələsinin müvafiq orqanlar qarşısında qaldırılması
  • Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Gigiyena və Epidemoloji Mərkəzinin inzibati binasının və Vərəm əleyhinə Mübarizə Dispanserinin tikintisi, tibb müəssisələrinin əsaslı təmiri məsələsinin qaldırılması
  • Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
  • Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə Ucar rayonuna olan diqqətin daha da artırılması
  • Ucarın ədəbi-mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi
  • Ucarın mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi

Ucar sakinlərinin və ümumiyyətlə bütün azərbaycanlıların ən böyük arzusu erməni separatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlı yorulmadan, usanmadan, əzmlə çalışmalıdır. İnkişaf edən Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Ucar lazımdır!
Kənan Cəlilov sosial şəbəkələrdə:

Comments are closed, but trackbacks and pingbacks are open.