Press "Enter" to skip to content

İngilis dilində özümü necə tanıda bilərəm

Yeni Çağ Media Qrupu – Fevral 17, 2019 – 17:00

Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?

Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.

Xüsusən yay aylarında hipotoniyası – zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.

Medicina.az hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.

Hər insanın özünün fərdi təzyiq göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.

Əgər hər gün görsəniz ki, təzyiq normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var.

Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.

Aşağı təzyiqin səbəbləri:
– Davamlı stress
– Yuxusuzluq
– Qalxanvari vəzi və hormonal pozulmalar
– B, C, E, maqniy və dəmirin azalması
– Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
– Qan dövranı pozulması
– Damarların tonusunun pisləşməsi
– İrsi, genetik
Əlamətləri:
Təzyiq düşdükdə orqanizm bu simptomları verir:
– Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
– Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
– Ümumi zəiflik və halsızlıq
– Soyuq əl-ayaqlar
– Dərinin avazıması, rəngin qaçması
– Başgicəllənmə
– Zəif ürəkbulanma
Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.

Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər.

Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.

Aşağı təzyiq üçün ideal müalicə düzgün qidalanma, yaxşı yuxu rejimi və aktiv həyat tərzidir. Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur.

Mütəxəssislər bildirir ki, yüksək təzyiqi olan insana idman, qaçış, ağır idman və s. nə qədər təhlükəlidirsə, aşağı təzyiqdə əksinə uzun müddətli qacış, gəzmək, trenajor, üzgüçülük, velosiped, idman çox yaxşı təsir edir.

Aşağı təzyiqdə yüksək təzyiqdə olduğu kimi bir tablet ataraq, vəziyyəti düzəltmək olmur və belə tabletlər yoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur.

Amma evdə əliniz altında olan vasitələrlə təzyiqi normallaşdır maq olur. Aşağı təzyiqi qaldırmaq asandır, nəinki yüksək təzyiqi endirmək.

Təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər. Bu vasitələr heç də hamıya təsir etmir, amma sınaya bilərsiz.

Təzyiq düşəndə kontrast duş almaq da kömək edir. İsti su ilə başlayıb, soyuq su ilə bitirirsiz.

Müalicə məqsədilə yaşıl çay, xüsusi təzyiq qaldırıcı bitki çayları, təzə meyvə şirələri, alma,kök, çuğundur içmək olar.

Müalicə üçün nevroloqa, eləcə də qan göstəriciləri üçün terapevtə müraciət edib, lazım gələrsə damarların vəziyyəti yoxlanılır.

İngilis dilində özümü necə tanıda bilərəm.

Həyatımızın hər anında yeni insanlarla tanışırıq. Gündəlik həyatda, iş görüşmələrində, sosial tədbirlərdə və ya xaricə səyahət kimi bir çox fərqli vəziyyətdə özünüzü İngilis dilində tanıtmaq lazım ola bilər. Bu səbəblə, özünüzü ingilis dilində tanıtmaq üçün istifadə edə biləcəyiniz və ya qarşı tərəfi daha yaxından tanımağa kömək edəcək cümlələri sizə təqdim edəcəm.

İNGİLİZCE ÖĞRENMENİN KOLAY YOLU

Wordly’nin kullandığı özel yöntemle kolayca kelime öğrenin. ŞİMDİ ÜCRETSİZ DENEYİN!

Nazrin Akhundova Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

✓ Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin

✓ Örnek cümle ve anlamlarını öğren

✓ Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma

Özümü tanışlıq xəttindən necə silə bilərəm?

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Bədənin titrəməsinin 5 SƏBƏBİ

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 17, 2019 – 17:00

!Reklam – Yazi

Öz-özlüyündə bədənin əsməsi, titrətməsi orqanizmin təbii mexanizmidir. İsti qanlı heyvanlarda, həmçinin insanın bədənində lazımi temperatur pozulduqda, daxildə orqanlara lazım olan hərarəti saxlamaq üçün orqanizmdə bu mexanizm işə düşür. İnsan üçün hərarətin kəskin qalxması və enməsi, hətta 5-10 dərəcə belə dəyişməsi təhlükəlidir. Ona görə həkimlər temperatur 38-dən yuxarı qalxdıqda,35-dən aşağı düşdükdə, bunu hansısa xəstəliyin simptomu kimi qəbul edirlər.

Bəzi hallarda titrəmə faydalıdır, bəzi hallarda isə yox. Bədənin titrətməsinin səbələri: 1.Soyuqdan donanda Əgər havanın temperaturu kəskin düşübsə, dəri və əzələlər soyuyur, onların hərarəti enir. Bu normaldır. Çünki orqanizm qanın əsas dövriyyəsini daxili orqanlara yönəldir, çünki dəri və əzələlər elə də vacib deyil. Bəzən insan donanda qeyri-ixtiyari sidik ifrazı olur. Soyuq diurezi deyilən bu hal ona görə baş verir ki, qan damarları yığılıb, təzyiqi artırır, bu da sidik kisəsini tez doldurur. İnsan çox soyuqda qalanda, donmaq təhlükəsi olanda əzələlər aktivləşərək, bədən titrəyir. Bu siqnalı hipotalamus vəzisi verir, orda temperatur mərkəzi yerləşir. Zərif, arıq, çəlimsiz insanlar soyuqda daha çox istilik sərf edir və tez donurlar. Piyli, iri cüssəli insanlar nisbətən daha gec donur, çünki piy sürətli istilik itkisinin qarşısını bir qədər alır. İdmançılar, əzələləri şişmiş insanlar da soyuğa davamlıdır, çünki əzələ kütləsi artıq peç deməkdir. Titrəmə əbədi olmur. Yəni bir neçə dəqiqə, saatmı çəkir, o vaxta kimi ki, əzələlərdə qlikogen ehtiyatı bitir. Bu zaman bədən əlavə istilik mənbəyi tapmasa, orqanizm daxildən donur və sonluq ölüm ola bilir. Amma körpə uşaqlar soyuqdan titrəmir. Çünki onlarda bu mexanizm hələ tam işə düşməyib. 2.Yüksək hərarət Orqanizmə patogn mikrob, virus, bakteriya düşdükdə, immun sistem müdafiə gücünü işə salır, bu metodlardan biri də daxili hərarəti qaldırıb, təhlükəli mikrobları öldürməkdir. Ona görə hərarət 39-a çatandan sonra qızdırma salan dərmanlar atmaq lazımdır. Bu rəqəmə qədər dözmək olar. Bəs istidirsə, insan niyə titrəyir? Çünki bədən hərarəti qalxdıqca, insanın bədənindən ətrafa istilik yayılır, orqanizm isə bunu soyuq kimi qəbul edir və titrətmə mexanizmi işə düşür. Ona görə ev isti olsa da, qızdırmalı insan donuram, soyuqdur deyə yorğan altına girir. Bədənin susuzlaşması da titrətmə yaradır. Ona görə xəstə bol maye içməlidir. 3.Stressdən titrətmə İstənilən ciddi hadisə zamanı, hətta xoş gün olsa belə insan stressdən, təşvişdən titrəməyə düşür. Bu titrəməni qana güclü adrenalin sıçraması yaradır. Bu zaman nə xaricdə, nə orqanizmin daxilində heç bir hərarət dəyişməsi baş vermir, hər şey normadadır. Amma adrenalin qana sıçradıqda, istilik yaratdığı üçün insan titrəyir və tərləyir. İnsanın bədənində ürpənmə, əllərdə uyuşma da ola bilər. Bu zaman insan üzünə su vurmalı, hərəkətlər edib adrenalini qovmalı, sakitləşdirici preparat və ya çay içməli, su qəbul etməlidir. 4.Narkozdan sonra titrətmə Buna postanestetik titrətmə deyilir. Buna səbəb xəstəyə vurulan anestetik, yəni narkoz preparatlarıdır. Onlar əməliyyat zamanı orqanizmin termotənzimləyici sistemini söndürür. Ona görə xəstə əməliyyatdan sonra soyuq hiss edir. Bu titrətməni adi isti odeyal və isti maye ilə azaltmaq olar. Əgər keçmirsə, dərman verilir. 5.Qanda şəkər çatışmaması Əgər insan uzun müddət susuz, yeməksiz qalsa, qanda qlükoza enir və bədən həyəcan təbili vuraraq titrəməyə başlayır. Buna tibbdə hipoqlikemiya deyilir. Bu zaman insan təcili olaraq qida və maye, həmçinin şirniyyat qəbul etməlidir ki, qlükoza tez qalxsın. Eləcə də qalxanvari vəzisində problemlər olan qadınlar tez-tez səbəbsiz titrətmə hiss edir. Çünki qalxanvari vəzi termotənzimləyici orqanlardan biridir. Hormon çatışmazlığı olduqda, insan bir qədər aşağı temperaturda belə sanki donur, titrədir kimi hiss edir./Medicina/

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.