Gənclərin peşə seçimi zamanı üzləşdiyi problemlər – ARAŞDIRMA
Tibbi, stomotoloji yaxud əczaçılıq sahəsində təhsiliniz və ya təcrübəniz varsa bu sahələrdə özünüzə yer tuta bilərsiniz. Katibə, kassir, ofisant və ya satıcı kimi başqa işlər də ola bilər.
Peşə seçimi
Özünüzə uyğun peşəni seçmək üçün necə insan olduğunuzu və maraqlarınızı müəyyən etməlisiniz. Münasib işlərin əksəriyyəti üçün təlim və təhsiliniz olmalıdır. Əksər işə götürənlər ən azı ali məktəb və ya kollec diplomu tələb edir. Baxmayaraq ki, müraciət formasını doldurduğunuzda görürsünüz ki, bir çox işlər həmin sahədə təcrübə tələb edir. Çalışın ki, özünüz üçün uyğun hesab etdiyiniz iş şəxsiyyətinizə, maraqlarınıza, biliyinizə və yaşınıza uyğun olsun. Cəsarət etməkdən və yeni şeylər etməkdən qorxmayın.
Tibbi, stomotoloji yaxud əczaçılıq sahəsində təhsiliniz və ya təcrübəniz varsa bu sahələrdə özünüzə yer tuta bilərsiniz. Katibə, kassir, ofisant və ya satıcı kimi başqa işlər də ola bilər.
Əgər tibbi sahədə çalışmağa çox həvəslisinizsə lakin təhsilsizsinizsə, bir neçə illik məktəb və yüksək təhsil haqqına hazırlıqlı olun. Əgər bunu etsəniz nə vaxt və harada istəsəniz işlə təmin olunma qarantiyanız ola bilər.
Əgər gülərüz və cazibədarsınızsa, model və ya kosmetik satıcı olmağı da nəzərdə tutun. Heç vaxt bilə-bilmərsiniz ki, bu gülümsəmə ilə necə irəliyə gedə bilərsiniz.
Əgər yenilikçi xüsusiyyətinə maliksinizsə, daha yaradıcı peşə seçin. İncəsənət, gül düzümü, daxili interyer bu kimi sənətlərdəndir. Əgər yaradıcı birisinizsə və bişirməyi sevirsinizsə, kulinariya ilə bağlı iş tam sizə görədir.
Nələrisə dizayn etməyə həvəsiniz varsa, rəssam ola bilərsiniz, yaxud mühəndis olmaq üçün məktəbə gedə bilərsiniz. Bir çox insanlar gün ərzində məşğul olduğundan axşam dərsləri verən məktəblərə gedə bilərsiniz
Utanğac və ya xasiyyətcə dəyişkən birisinizsə, yanlız ola biləcəyiniz işlər axtarın. Məsələn, yük maşını sürücülüyü, santexnika, dam ustası, ev işləri görən və s. Cəhd edə biləcəyiniz bir çox iş sahələri var.
Əgər uşaqlarla vaxt keçirməyi xoşlayırsınızsa, müəllim yaxud baxıcı olun. Adətən bu sahələrdə hər zaman vakansiya olur.
Tərcümə etdi: Nüşabə Kərimzadə
Gənclərin peşə seçimi zamanı üzləşdiyi problemlər – ARAŞDIRMA
Bakı. 1 mart. REPORT.AZ/ Hazırda ən aktual problemlərdən biri gənclərin peşə seçimidir. Peşə haqqında düzgün təsəvvürün olmaması, seçilən peşənin hansı şəxsi keyfiyyətlər tələb etməsinin nəzərə alınmaması, valideynlərin istək və arzularının təsiri yeniyetmələrin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır. “Peşəsini özü seçən gənc gələcəkdə işinə daha məsuliyyətli yanaşacaq” Demokratik İslahatlar Partiyas ı (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri, “Mənim təhsilim-mənim gələcəyim” kampaniyasını müəllifi, təlimçi Rövşən Nəcəfov “Report”a bildirib ki, gənclər ali məktəblərə hazırlaşanda ixtisas seçimi ya trendə uyğun, ya da valideynlərin arzusu ilə olur: “Ali məktəbdə təhsil alan gəncin ixtisasına sevgisi yoxdursa, yəni özü seçim etməyibsə, gələcəkdə peşəkar ola bilməz. Çünki öz karyerasını qurmaq istəyən gənclər yiyələndikləri ixtisasa uyğun çalışmayacaqlar, bacardıqları işlə məşğul olacaqlar. Məsələn, hansısa bir peşə sahibi digər sənət üzrə peşəkarlaşır. Ona görə də gənclərə mütləq seçim tanımaq lazımdır. Peşəsini özü seçən gənc gələcəkdə işinə daha məsuliyyətli yanaşacaq”. Onun sözlərinə görə, gənc özünü inkişaf etdirə, doğrulda bilmirsə, peşəsini dəyişməlidir: “Çünki hər bir gəncin peşəsini və bacardığı işi sevməsi vacibdir. Gənclər istədikləri peşəni tapana qədər seçimlərini tez-tez dəyişə bilərlər. Gənclər üçün peşə seçmək yox, istədikləri peşəyə yiyələnmələri önəmlidir. Onlara istiqamət vermək, yollar göstərmək, nümunələr təqdim etmək lazımdır. Gənclər uğur hekayələrini özlərinin yazacaqlarını bilməlidirlər. Onlara trendləri təbliğ etmək lazım deyil. Çünki trendlər müvəqqətidir. Hansı peşəyə sahib olacağımızdan asılı olmayaraq, insanlara xidmət etməyi bacarmalıyıq. Atalarımız yaxşı deyiblər ki, bir əldə iki qarpız tutmaq olmaz. Biz daha çox qarpız tuta bilmək üçün əllərimizi böyütməliyik, fikirlərimizi ifadə etməliyik və ideyalarımızın reallaşması üçün çox səy göstərməliyik. Çünki çəkilən əziyyət öz bəhrəsini verəcək”. “Bəzən gənclər öz istəyi ilə yiyələndiyi peşədə özünü doğrulda bilmir” Proqressiv Psixologiya Mərkəzinin rəhbəri Murad İsayev deyib ki, peşə seçimini düzgün etməyib sevmədiyi işdə çalışan insanın faydalılıq əmsalı heç vaxt yaxşı ola bilməz: “Gənclərin əksəriyyətinin yanlış ixtisas seçdiyi və nəticədə işsiz qaldıqları məlum məsələdir. Hər bir insanın öz sevdiyi, potensialı olan işdə çalışması daha yaxşıdır. Əks təqdirdə hədəfsiz və ruhsuz bir gənc formalaşır. Nəticədə gəncin beynində xaos yaranır və yaratdığı çətinlikləri aradan qaldırmaq çox çətin olur”. Onun sözlərində görə, valideynlər peşə seçimi zamanı mütəxəssizlərə müraciət etməlidirlər: “Biz daim valideynləri bu mövzuda məlumatlandırırıq. Ancaq yenə də onlar övladlarına təsir göstərirlər, hətta təzyiq belə edirlər. Valideynlər çox vaxt övladlarının potensiallarını, bacarıqlarını, komplekslərini nəzərə almadan öz arzu və istəklərinə yönəldirlər. Nəticədə gənc öz ambisiyalarından düzgün istifadə edə bilmir. Mən demirəm ki, valideynlər peşə seçimi prosesində övladlarına məsləhət verməsinlər. Ancaq mütəxəssislərə müraciət etməklə müdaxilələr edə bilərlər”. Psixoloq həmçinin qeyd edib ki, ixtisas və peşə seçməmişdən əvvəl gəncin yeniyetmə yaşlarında olan travmaları, kompleksləri öyrənilməlidir: “Bəzən gənclər potensialı olmasına baxmayaraq, öz istəyi ilə yiyələndiyi peşədə özünü doğrulda bilmir. Bunun səbəbi isə sosial komplekslərinin olmasıdır. Biz ixtisas seçimi zamanı gəncin xarakterini, qabiliyyətini, şəxsiyyətin özünün daxili resurslarını, temperamentini, sosial komplekslərini nəzərə alaraq faydalı iş əmsalını ortaya çıxarmaq üçün psixoloji hesabat çıxarırıq. Bunun üçün də psixoloqlarda xüsusi testlər olur. Həmin bu testlər vasitəsilə gəncin şəxsi keyfiyyətlərini ortaya çıxarırıq. Əgər uşağın daxili problemi varsa, silsilə metodikaların köməyi ilə şəffaf qərar qəbul edirik və valideynləri övladlarının əslində hansı ixtisasa uyğun olduğu barəsində məlumatlandırırıq. Amma yenə də qarşılıqlı anlaşma yolu ilə gəncin öz seçimi olmalıdır”. “Gənclərin seçdiyi peşə gələcəkdə həm onun ailəsini, həm də özünü xoşbəxt etməlidir” “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov vurğulayıb ki, peşə seçimi yalnız Azərbaycan deyil, dünya gəncliyi üçün də qlobal məsələdir: “Gənclərin seçdiyi peşə gələcəkdə həm onun ailəsini, həm də özünü xoşbəxt etməlidir. XXI əsr innovasiyalar dövrüdür və gənclərdə innovativ və kreativ ideyalar ola bilər. Ancaq onlar müəyyən qonorarla işləməyi yox, bacardıqları və peşəkar olacaqları peşə üzrə çalışmağı seçməlidirlər. Ona görə də indiyədək keçirdiyimiz 200 layihə, 1000-dən çox tədbir gəncləri həm maarifləndirmək, həm də düzgün istiqamətləndirmək məqsədi daşıyıb”. “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov Onun sözlərinə görə, bir çox gənc “ASAN xidmət”də könüllü olaraq fəaliyyətlərindən sonra işlə təmin olunub: “ASAN könüllüləri”nin xüsusi portalı var. Bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, 700 gənci işlə təmin edib. Təşkilatımızda könüllü olan gənclər bu portalda qeydiyyatdan keçir, daha sonra həmin portala daxil olan müxtəlif dövlət və ya özəl qurumlar oradan öz kriteryalarına uyğun şəxsi seçirlər. Bundan başqa, gənclər “ASAN xidmət”də müxtəlif proqramların, layihələrin iştirakçısı olaraq öz gələcək peşələrini də dəqiqləşdirirlər”. “Xəyallarımdan əl çəkmədim” 24 yaşlı Günel Həsənova isə peşə seçimi zamanı qarşılaşdığı problemlərdən danışıb: “Özüm dizayner olmaq istəsəm də, ailəmin təkidi ilə riyaziyyat müəllimi ixtisası üzrə təhsil aldım. Ancaq xəyallarımdan əl çəkmədim. Təhsil aldığım müddət ərzində dizaynerlik kurslarına, seminarlarına getdim və özümü bu sahədə inkişaf etdirməyə başladım. Hazırda bir şirkətdə dizayner kimi çalışıram. Ailəm hər nə qədər əvvəl razı olmasa da, lakin sonradan mənim uğurlarımı gördükcə dəstək olmağa başladılar. Mən artıq ailəmin dəstəyi ilə sevdiyim peşədə nailiyyətlər əldə edirəm”. Valideyn qismində müsahibə verən Yusif Həsənov ən böyük arzusunun qızının müəllim ixtisasına yiyələnməsi olduğunu söyləyib: “Çünki nəslimizdəkilərin əksəriyyəti bu sənətin sahibidir. Ona görə də qızım doğulandan onu daima müəllim kimi təsəvvür edirdim. Onun da ata sənətini davam etdirməyini arzuladığım üçün məhz bu peşə üzrə təhsil almasını istədim. Ancaq onun istəyi dizaynerlik idi. Mənim təkidimlə qızım riyaziyyat müəllimliyinə qəbul oldu. Lakin bir müddətdən sonra onun dizaynerlik sahəsində uğurlarını və nailiyyətlərini gördükcə fikrimdən daşınmağa başladım. Onun bu sənətdə peşəkar olacağına inanıram və hər zaman qızımın yanındayam”. Fəridə Həsənli
Comments are closed, but trackbacks and pingbacks are open.