PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
Pedaqoji vəzifənin həll edilməsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək,onu dərk etməmək,uşaqların hərəkətlərinin arxasında nələr dayandığını duymamaq vəzifənin həllində səhvlərə gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesi harada, hansı şəraitdə baş verdiyini,şagirdlərin,tərbiyəçilərin xarakterini, onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən razı və ya narazı qaldığını onlara hiss etdirmək,bir daha belə hallara yol verməyəcəyini başa salmaq çox vacibdir.Bu başlanğıc məlumatların təhlili mərhələsidir,2-ci mərhələdir.Bunun nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin spesifikliyi dərk edilir.Yalnız özü haqda, öz mövqeyi barədə düşünən müəllim şagirdlərin davranışlarıının həqiqi motivlərini görməyə bilər.Xüsusilə, müəllimin şagirdlərə qarşı böhtan xarakterli tələbələrlə çıxış etməsi,etmədiklər hərəkətləri onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim bu mərhələdə şagirdin tərbiyəçilik səviyyəsini, estetik—mədəni duyumunu, genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökmən nəzərə almalıdır.
AZERBAYCAN
Ölkəmizin tarixindən bidiyimiz kimi, 1991-ci ildə Sovet Sosialist Respublıkaları İttifaqı (SSRİ) dağılmış, bu birliyə daxil olan digər xalqlar kimi Azərbaycan xalqı da müstəqillik əldə etmiş, öz suveren dövlətçiliyini ən demokratik prinsiplər əsasında qurub-yaratmağa və inkişaf etdirməyə nail olmuşdur. Bu yolda böyük çətinliklər, maneələr olsa da dövlətimiz inamla irəliləməkdə, möhlənməkdə davam edir. İnsanların həyata, cəmiyyətə, özünə, soykökünə, keçmişinə, bu gününə və sabahına münasibəti dəyişməkdə, yeniləşməkdədir. Ölkəmizin demokratiya, hüquqi dövlət, azad ticarət, özəlləşdirmə yolunda nəzərə çarpacaq müəyyən uğurlar qazandığı, iqtisadi inkişafa nail olduğumuz indiki yeniləşən şəraitdə köhnə qaydalar, tələbər, münasibətlər, meyarlar, keyfiyyətlər ilə işləmək, təlim, tərbiyə, təhsil işlərini ənənəvi, standart məzmunda, formada, səviyyədə aparmaq olmaz. Tədris planı, tədris proqramı, ümumiyyətlə təhsilin məqsədi, məzmunu, vəzifələri dəyişdiyi kimi, onun üsullarının, prinsiplərinin, vasitə, forma və yollarının istifadəsində köhnə stereotiplərdən uzaqlaşmaq, yaradıcılıq, yenilik nümunəsi göstərmək son dərəcə vacibdir. Bu milli ideologiyanın tələblərinə cavab verəcək hərtərəfli inkişaf etmiş yeni insanın formalaşdırılması kimi ən vacib bir işlə məşğul olan müəllim və tərbiyəçilərimizə daha çox aiddir. Müasir məktəb bizdən gənc nəslin təlim-tərbiyəsi ilə mükəmməl məşğul ola biləcək usta-müəllimlər, pedaqoji ustalığın zirvələrinə yüksəlmiş şəxsiyyətlər tələb edir. Bu isə müasir təlim-tərbiyə nəzəriyyəsi və praktikası üçün pedaqoji ustalıq problemini daha da aktual edir.
Rus və sovet pedaqogikasının klassikləri pedaqoji ustalığın formalaşdırılması problemini gələcək müəllimlərin hazırlanmasında həmişə vacib hesab etmişlər.Y.P.Azarov, F.N.Qonobolin, N.V.Kuzmina, A.N.Şerbakov, V.A.Slastenin, A.V.Petrovski kimi alimlərin əsərlərində pedaqoji ustalığın təkmilləşdirilməsi yolları geniş şəkildə işıqlandırılmışdır. Ayrıca götürülmüş pedaqogika, psixologiya, xüsusi metodika dərsliklərində bu məsələ lazımi səviyyədə verilmədiyi üçün, bu sahədə ayrıca fənnin – “Pedaqoji ustalığın əsasları” fənninin yaradılması ideyası ortalığa çıxdı. 1979-cu ildə Ukraynanın Poltava Pedaqoji İnstitutunda bu fənnin tədrisi ilk dəfə olaraq reallaşdırıldı. A.S.Makarenko, V.A.Suxomlinski kimi tanınmış pedaqoqlar yetişdirmiş bu institutda müəllim hazırlığını daha da yaxşılaşdırmaq, təsadüfi adamların bu sahəyə düşməsinə imkan verəmək üçün abiturient seçmək, onu nəzəri və əməli pedaqoji idraka hazırlamaq işinə ümumtəhsil məktəblərindən başladılar. Pedaqoji peşəyə daha çox marağı olan məktəblərin yuxarı sinif şagirdləri üçün “Gənc pedaqoq” fakultətiv məşğələləri təşkil olundu. Burada müəllimliyə xüsusi istedadı, qabiliyyəti, marağı olanlar bu peşənin mahiyyəti, məqsədi, xüsusiyyətləri, xarakerik cəhətləri, ictimai cəmiyyət orqanizmində onun rolu, əhəmiyyəti ilə ətraflı surətdə tanış edirlirdilər. Bu da gənclərin pedaqoji ixtisasa erkən hazırlanmalarında son dərəcə mühüm və əlverişli rol oynamışdır. Poltava Pedaqoji İnstitutunun 1-4 kurslarında “Pedaqoji ustalığın əsasları” fənninin öyrədilməsinə 108 saat ayrılmışdı. 1988-ci ildən isə “Pedaqoji ustalığın əsasları” fənni Azərbaycanda – Azərbaycan Pedaqoji Universitetində (keçmiş APİ) tədris olunmağa başlamışdır. Bu fənnin tədris proqramını və ilk dərsliyini istedadlı, pedaqoq Həmzə Əliyev işləyib hazırlamışdır.
“Pedaqoji ustalığın əsasları” fənni pedaqoji elmlər sisteminə daxil olan müstəqil bir elm kimi bu gün də ölkəmizdəki pedaqoji tədris müəssisələrində müxtəlif ixtisaslar üzrə müəllim kadrlarının hazırlanmasında daha böyük inamla və llhamla tədris edilməkdədir. Bu fənn, pedaqogika, psixologiya, xüsusi metodika, pedaqoji etika, pedaqoji estetika, tərbiyə işinin metodikası kimi fənləri əhatə edir, öz inkişafında digər elmlər kimi bu elmlərin də materiallarından istifadə edir.
“PEDAQOJİ USTALIĞIN ƏSASLARI” FƏNNİNİN MƏQSƏDİ, MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
Bildiyimiz kimi, pedaqogika elminin obyekti (yəni, orijinal) təcrübənin verilməsi prosesi, mövzusu ilə həmin obyektin pedaqoji baxımdan öyrənilməsi olduğundan, pedaqoji ustalığın mövzusu isə həmin obyektin daha məharətlə, kamilliklə öyrənilməsi prosesidir. Pedaqoji elmlər sisteminə daxil olan “Pedaqoji ustalığın əsasları” da öz obyektini pedaqoji müşahidə, pedaqoji müsahibə və pedaqoji eksperiment kimi tədqiqat metodları əsasında öyrənməli olur. Pedaqoji ustalıq səviyyəsinə yüksəlməyə səy edən müəllim-tərbiyəçi “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışları, onların komponentlərini- tərkibini, əhatə dairəsini ətraflı və dəqiq bilməlidir. Məhz bu zaman təcrübə anlayışına daxil olan biliklər sistemi, münasibətlər sistemi, bacarıq və vərdişlər sistemi, yaradıcılıq təcrübə sahəsində reallıqdan ideallığa çevrilməklə ustalıq zirvəsinə qalzmaq mümkün olur. Usta – öz işini məharətlə aparan şəxsidir. Usta müəllim şəxsiyyət psixologiyasını və onu öyrətməyin dərin bilicisi, təlim-tərbiyənin yollarına yiyələnmiş bir şəxsiyyətdir. Bütün peşə sahələrinin özünəməxsus xüsusiyyətləri olduğu kimi, pedaqoji peşənin də özünün səciyyəvi xüsusiyyətləri vardır. Bu isə onun ümumi qanunlarında öz ifadəsini tapmışdır. Belə ki, 1-ci tərbiyənin məqsədinin mövcud ictimai münasibətlərdən asılı olması, daha doğrusu, ictimai münasibətlərin xarakterinə, inkişaf səviyyəsinə, mütləq, uyğun qurulması, 2-ci təlim-tərbiyə materiallarının əvvəlki qanunun tələbləri əsasında seçilməsi, 3-cü məzmunun tələbinə uyğun olaraq tərbiyənin vasitələrinin seçilməsi,4-cü qanun vasitəsi ilə metodların arasında əlaqənin düzgün seçilməsi, 5-ci qanun tərbiyənin qolları və tərbiyəçilər arasındakı daxili əlaqənin ifadəsində özünü əks etmiş olur.
Pedaqpgikanın ümumi qanunlarından aydın olur kimi müəllim faəliyyətinin nəticələrinə görə azad deyildir. Onun fəaliyyəti mövcud cəmiyyətin bugünkü və gələcək inkişaf tələblərinə cavab verə biləcək ahəngdar formalaşmış, azad, təşəbbüskar, zəhmətsevər, milli qeyrətli, islami mənəviyyatlı, bəşəri mədəniyyət səviyyəli şəxslər yetişdirməyə istiqamətlənməlidir. İctimai münasibətlərin müasir və gələcək səviyyəsi ilə şərtləşən vəzifələri müəllimə hazır şəkildə vermək, diqtə etmək mümkün deyildir, bunu onun özü, fəaliyyət göstərdiyi mühit, kollektivin səviyyəsi, xarakteri, hadisənin sosial, siyasi, ictimai, iqtisadi və etik-estetik yönümü, pedaqoji ustalıq səviyyəsi diqtə etməlidir Pedaqoji məlumatlılıq, məharət, ustalıq məhz burada özünü göstərir. Müəllim bu gündə yaşayır, lakin gələcəyi qurur. Bu çox mürəkkəb bir işdir. Müəllimin məqsədi tərbiyə etdiyinin gələcəyində obyektivləşir. Uşaq isə bu günlə yaşayır, gələcək onun üçün çox uzaqdır. Bu ziddiyyət tərbiyənin faciəsinin əsasıdır. Usta müəllim uşağın gələcəyini qurmaqda ona kömək etməli, yol göstərməli, istiqamət verməli, onda öz gələcəyinə güclü inam yaratmağa çalışmalıdır. Bunlar olmadan xalqımızın gələcəyini tərbiyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyəti formalaşdırmaq mümkün deyildir. Ona görə də cəmiyyətimizə bu işlə məşğul ola biləcək usta müəllimlər həmişə lazımdır və onun hazırlanması işinə də vicdanla yanaşmaq çox vacibdir.
PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir: “Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.
Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.
PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ
Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin – məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq, özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.
Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət olduğunu qeyd edirlər:
- Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz
da tələb edir. L.V.Tolstoy bu barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil edən dəyər istiqamətləri bunlardır:
1)Özünə qarşı – özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi görsünlər.
2 ) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə – humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.
2. Müəllimin professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin köməyi ilə mümkündür.
3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.
4. Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər.
PEDAQOJİ SİTUASİYA VƏ PEDAQOJİ VƏZİFƏ, ONUN YERİNƏ YETİRİLMƏSİNİN MƏRHƏLƏLƏRİ
Pedaqoji vəzifə nədir? O əsas hüceyrəsi, mayasıdır və onun həll edilməsi müəllimin professionalizm səviyyəsini əks etdirir. Pedaqoji vəzifə – mövcud pedaoji situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, pedaqoji fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zırurətini daima dərk etməkdir. Çünki, bütün pedaqoji fəaliyyət pedaqoji situasiyalar zəncirindən ibarətdir. Bunların bəzisini müəllim özü yaratmalı olduğu halda, digərlərini isə şagirdlər təsadüfən yaradırlar. Pedaqoji fəaliyyətin fəlsəfəsi bunu tələb edir. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi, 2 şagirdin dərs zamanı söhbət etmələri və s.- bütün bunlar pedaqoji situasiyalardır. Müəllim bu situasiyaları dərk edir və özü üçün yerinə yetirəcəyi vəzifələri formalaşdırır:
1) strateji xarakterli vəzifələr (uşaqlarda məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı)
2) taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, billiklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması)
3) situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.)
Müəllimin ustalığı mövcud situasiyanı pedaqoji vəzifəyə çevirməyi bacaran, yəni,mövcud şəraiti münasibətlərin dəyişməsinə,qarşıya qoyulmuş pedaqoji məqsədə yaxınlaşdırmaqdan ibarətdir.Əgər müəllim onu görməzsə,əhəmiyyət verməzsə,situasiya vəzifəyə çevrilməyə bilər.Beləliklə,situasiya məqsədyönlü pedaqoji fəaliyyət şəraitində vəzifəyə çevrilir.(situasiya+məqsəd=vəzifə). Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edilir.Məhz burada pedaqoji ustalığın səviyyəsi özünü göstərir.Bu isə müəllimin məqsədyönlülüyündən, pedaqoji biliyindən, qabiliyyətlərindən, pedaqoji texnikaya necə yiyələnməsindən asılıdır.
Pedaqoji vəzifənin həll edilməsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək,onu dərk etməmək,uşaqların hərəkətlərinin arxasında nələr dayandığını duymamaq vəzifənin həllində səhvlərə gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesi harada, hansı şəraitdə baş verdiyini,şagirdlərin,tərbiyəçilərin xarakterini, onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən razı və ya narazı qaldığını onlara hiss etdirmək,bir daha belə hallara yol verməyəcəyini başa salmaq çox vacibdir.Bu başlanğıc məlumatların təhlili mərhələsidir,2-ci mərhələdir.Bunun nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin spesifikliyi dərk edilir.Yalnız özü haqda, öz mövqeyi barədə düşünən müəllim şagirdlərin davranışlarıının həqiqi motivlərini görməyə bilər.Xüsusilə, müəllimin şagirdlərə qarşı böhtan xarakterli tələbələrlə çıxış etməsi,etmədiklər hərəkətləri onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim bu mərhələdə şagirdin tərbiyəçilik səviyyəsini, estetik—mədəni duyumunu, genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökmən nəzərə almalıdır.
Situasiyanın son və 3-cü mərhələsi müvafiq hiöotezin, fərziyyənin irəli sürülməsidir. Burada müəllimdən aktiv təfəkkür, təxəyyül tələb edən öz bilik və təcrübə ehtiyatından ən səmərəli yolları seçmək istənilir. Usta müəllim kolletivi də cəlb etməklə mövcud situasiyanı ətraflı təhlil edib, qərar çıxarmağa cəhd göstərir.
Pedaqoji vəzifənin bütün mərhələri başa çatdıqdan sonra işləniləcək metodlar sistemi seçilib ayrılır. Çox yaxşı haldır ki, usta müəllimlər üsul və vasitələri seçərkən özlərində baş vermiş arzuolunmaz situasiyaların yaranması səbəblərini axtarır, buna görə də hər bir qərarı düzgün olur və öz fəaliyyətinin ahəngdarlığına, özünütərbiyəyə doğru aparır.
PEDAQOJİ USTALIĞIN MƏZMUNU VƏ ONU FORMALŞDIRMAĞIN, REALLAŞDIRMAĞIN YOLLARI
Müəllim sənətinə öyrətmək olmaz,lakin ona qədər çətin də olsa öyrənmək mümkündür.Usta müəllimin yetişməsi yalnız təhsil sistemindən asılı olmayıb,həm də hər şeydən qabaq öyrənənlərin cəhdləridən Ona görə prdaqoji tədris müəssisələrində pedaqoji ustalığın əsaslarının öyrədilməsi sistemi hər bir tələbənin imkanlarının real səviyyəsinə müvafiq olaraq gələcək müəllimə professional inkişafın əsas mərhələlərini görməkdə və dərk etməkdə kömək edir.Hər şeydən əvvəl pedaqoji institut və ya texnikum tələbəni təlim prosesində yüksək professional səviyyə əldə etməyə istiqamətləndirməlidir.Bunu nəinki ictimai cəhətdəm vacib bir tələb, həm də hər bir müəllim üçün subyektivcəsinə əhəmiyyətli bir qayda kimi dərk etmək lazımdır. Pedaqoji usatalığın inkişafı müəllim hazırlığının mərkəzi məsələsidir.Ona görə də bu məsələdə diqqət mərkəzində psixoloji-pedaqoji fənlərin öyrədilməsi durur.“Pedaqoji ustalığın əsasları”,psixologiya, pedaqogika tarixi kimi fənlərin öyrənilməsi tələbələrə professional hazırlığın formalaşmasının məntiqi mənası haqda aydın təfəkkür verməlidir. .“Pedaqoji ustalığın əsasları”nın öyrədilməsi ilə tələbələrdə gələcək sənət, onun incəlikləri, özünüdərketmə haqda təsəvvür yaradılır, ideala-pedaqoji texnikanın yollarına, ünsiyyətdə pedaqoji mövqeyə yiyələnməkdə, təlim-tərbiyə prosesinin idarə olunması ustalığının əsaslarına yiyələnməkdə kömək edir. Bu fənn tələbələri 1-ci pedaqoji təcrübəyə hazırlayır, pedaqoji fəaliyyətin elə ilk mərhələlərində professional vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə imkan verən pedaqoji mövqelərini inkişaf etdirir. “Pedaqoji ustalığın əsasları” fənninin öyrənilməsi bu prinsiplərə əsaslandıqda daha müvəffəqiyyətlə aparılır:
1) Təlimə kompleks yanaşma prinsipi. Bu prinsipə görə bilik praktiki cəhətdən yaşanılmış təcrübə kimi mənimsənilir, nəticədə bilik bacarıqlara çevrilir.
2) Fəal kommunikasiyanın təşkili prinsipi. Bu prinsip tələbələri fə,iuuuuuuuuuuuuuuuuallaşdırmağa doğru yönəldilmiş tapşırıqlar,rollu oyunlar, yarışlar,fəaliyyətin fraqmentlərinin nümayiş etdirilməsi və müzakirələri, tələbələrin dərslərinin gedişatının təşkilinə cəlb edilmələri və s.məsələləri nəzərdə tutur.
3) Pedaqoji hərəkətlərin parçalanması,bölünməsi prinsipi.
Bu prinsip hər bir tələbənin psixofiziki və pedaqoji treninq prosesində ardıcıllıqla ayrı-ayrı fəndlərə yiyələnmələrini nəzərdə tutur. Çox vacibdir ki, hər bir tələbə bu və ya digər təlim ilində yiyələncəyi hər bir anlayışın, bacarığın həcmi haqda məlumat əldə etsin.
4) Aspekt yanaşma prinsipi. Bu prinsip pedaqoji üzrə məşğələlərdə onların
ixtisaslarını da nəzər almağı tələb edir.
5) Bilik və bacarıqların baza məktəblərindəki pedaoji təcrübədə keçirilən
təcrübi məşğələlərlə əlaqələndirilməsi prinsipi.
Aydındır ki, tələbələr müəllimlərin rəhbərliyi altında mərhələlərlə şagirdlərin fəaliyyətini təşkil etməyə qoşulurlar.Müşahidədən dərsin fraqmentlərində iştirak, tərbiyə prosesində iştiraka və oradan da təlim və tərbiyə işlərinin müstəqil işlənib hazırlanmasına və yerinə yetirilməsinə doğru yol gedirlər.Professional ustalığın yaranması bütün tədris müəssisəsinin bütün həyatının maksimum pedaqojiləşdirilməsi ilə daha da müvəffəqiyyətlə aparılır.Tələbələrin dərnəklərdə,klublarda,studiyalardakı fəaliyyətləri bu cəhətdən daha faydalıdır.Kütləvi pedaqoji bayramların,Müəllim gününün,pedaqoji məsələlərn teatrlaşdırılmış həllinin,pedaqoji qiraətlərin keçirilməsi,qabaqcıl və yenilikçi müəllimlərin dərslərində, tədbirlərində iştirak etmək,pedaqoji ustalıq müsabiqəsi təşkil etmək və s. də gənclərin pedaqoji ixtisaslara meyllənməsində son dərəcə mühüm rol oynayır.
Yalnız bütün müəllimlər kollektivinin,tələbələrin qarşılıqlı təsiri, keçirdikləri birgə tədbirlər nəticəsində gələcək müəllimin pedaqoji ustalığın zirvələrinə doğru əhəmiyyətli irəliləyişini əldə etmək mümkün olur. Çünki, təlim ikitərəfli bir prosesdir və o qarşılıqlı tərəfdən də tam fəallıq tələb edir.
MÜƏLLİMİN ÖZÜNÜTƏRBİYƏSİ PEŞƏ USTALIĞINI FORMALAŞDIRMAĞIN ƏSAS YOLU KİMİ
Bildiyimiz kimi, tərbiyə kor-koranə deyil, idarəolunan gözlənilən nəticələri mövcuddur. Çünki, onun məqsədi, motivləri, funksiiyaları və gözlənilən nəticələri mövcuddur.Şübhəsiz, bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq olaraq təşkil etmək elə onun idarə edilməsi deməkdir. Tərbiyə həm daxili, həm də xarici idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə edənlərdən asılıdır. Daxili idarəetmə isə hər bir fərdin özündən asılıdır və özünütərbiyə prosesində həyata keçir, özünüidarə rolunu oynayır. Özünütərbiyə insanın şüurlu olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin və onun özünüdərketməsinin müəyyən inkişaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək qabiliyyətinin, eləcə də daim özünütəkmilləşdirmək göstərişinin olması tələb edilir. Şəxsiyyətin özünütəkmilləşdirməsi onun cəmiyyətdəki həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. İctimai həyata, eləcə də onu əhatə edən mühitin tələbatlarını, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünü şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. İnsanların özünütərbiyə ilə məşğul olmaları çox qədim tarixə malikdir. Hələ ibtidai icma dövründə adamlar özlərində ovçuluğa, atıcılığa, vuruşmağa aid müəyyən bacarıqlar yaratmaq üçün özünütərbiyədən istifadə edirdilər.İctimai məna daşıyan özünütərbiyə tərbiyə prosesindən doğur və ona qüvvətli əks təsir göstərir. Çünki, özünün həyata olan münasibətini başa düşdükdə onun əsil mənada özünütərbiyəsi başlayır. Özünütərbiyə işini düzgün təşkil etmək və istiqamətləndirmək üçün müəllim şagirdlərin fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli, onların “psixoloji tərcümeyi-halına” dərindən bələd olmalıdır. Bu işdə uşağın marağı, meyli, həvəsi, adətləri nəzərə alınmalıdır. Uşaqlara böyük şəxsiyyətlərin özünütərbiyə ilə nə cür məşğul olmaları haqda çoxlu misallar gətirmək lazımdır. Məsələn, böyük rus yazıçısı L.N.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuş, pedaqoq K.D.Uşinski isə bu iş üçün xüsusi proqram tərtib etmişdir. L.Tolstoy günah iş görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Luvorov düzgün iş tutmayanda özünü həbs edirdi.
Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə, səliqə-sahmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə çalışmalı, onu nüfuzdan sala biləcək hərəkətlərə heç zaman yol verməməlidir. Müəllim yadda saxlamalıdır ki, özünütərbiyə bu anlayışları əhatə edir və qanunauyğun bir hadisədir.
1) Özünü dərk etmək (özünümüşahidə, özünütəsdiq, özünütəhlil, özünütənqid, özünümühakimə, özünəqiymət, özünübəyənmə)
2) Özünü məcbur etmək (özünə qarşı tələbkarlıq, özünə amr vermək, özünəhesabat, özünütəlqin, özünü yoxlamaq)
PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir.
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir.
Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir:
“Sən bilməlisən, bacarmalısan, etməlisən”.
Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.
Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir
6.5. Pedaqoji prosesin mərhələləri
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji proseslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s.
Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil sisteminin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çevirmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sistemi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaşdırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaqnostikasız müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəvvür əldə etməkdir. Diaqnostika prosesində pedaqoq və şagirdlərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün informasiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticələri proqnozlaşdırılır. Proqnozlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proqnozlaşdırma mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prosesin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxaracağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sistemlərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı elementləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji prosesin digər proseslərlə əlaqəsini təmin etmək. Pedaqoji prosesin səmərəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onların istiqamətinin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mərhələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzimləyən sistemdir, çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə imkanına malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təhlil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şərtidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəlmirsə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-tikasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Belə proses şagirdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir.
6.6. Pedaqoji prosesin texnoloji əsasları
ASE-də belə göstərilir: “Texnologiya yunan sözü olub (yunanca techno – sənət, ustalıq, bacarıq, logos isə elm-nəzəriyyə mənalarını verir), istehsal prosesində hazır məhsul almaq üçün işlədilən xammal, material və yarımfabrikatların emalı, hazırlanması, aqreqat halının xassələrinin, formasının dəyişdirilməsi metodlarının məcmusu başa düşülür” 1 .
Aparılan təcrübələrin nəticəsi kimi belə bir fikir formalaşmışdır ki, ümumtəhsil sisteminin inkişaf istiqamətlərinin baş strategiyası şagird şəxsiyyətinin diqqət mərkəzində dayanmasından, təhsil prosesində pedaqoqun, psixoloqun şagirdə münasibətini dəyiş-məsindən, şagirdi mərkəzdə duran subyekt kimi görməsindən iba-rətdir. Heç də təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə təhsil “şagird – dərslik – müəllim” sistemində qurulmuşdur. Bu baxımdan aparılan tədqiqat işləri, öyrənilən qabaqcıl təcrübələr ilk növbədə təlim-tərbiyə prosesinin təşkilati-struktur vahidi olan dərsin keyfiyyətinin yüksəldilməsinə, dərsə verilən yeni tələblərin həyata keçirilməsinə yönəlməlidir. Dərsin yeniləşməsi yeni texnologiyaların prosesə tətbiqindən əsaslı surətdə asılıdır .
Tədris prosesində texniki vasitələrdən istifadə zəminində əvvəlcə təlimin texnologiyası anlayışı yaranmış, bu yanaşma tərbiyə sahəsinə nüfuz etmiş, getdikcə pedaqogikaya pedaqoji texnologiya kimi daxil olmuşdur. Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir. V.T.Lixaçova görə, pedaqoji texnologiya təlim-tərbiyə vasitələrinin pedaqoji-psixoloji quruluşunun forma, metod, üsul və yollarının məcmusu olub pedaqoji prosesin təşkilati metodik alətidir. V.P.Bespalko pedaqoji texnologiyanı tədris prosesinin reallaşdırılmasının texniki məzmunu hesab edir. İ.P.Volxov pedaqoji texnologiya təlimdə əldə olunmuş yüksək nəticələri planlaşdırma prosesinin təsviri kimi baxır. V.M.Monaxov isə pedaqoji texnologiyaya təlim prosesinin layihələndirilməsi, təşkili və həyata keçirilməsində birgə pedaqoji fəaliyyətin bütün detalları ilə hazırlanmış modeli kimi yanaşır. Burada müəllim və şagirdlər üçün komfort şəraitin yaradılmasının zəruri olduğunu qeyd edir.
Pedaqoji təcrübədə və tədris metodik ədəbiyyatda bəzən, pedaqoji texnologiya sistem anlayışının sinonimi kimi işlədilir və bu anlayışlar bəzən eyniləşdirilir. Sistem anlayışı texnologiya anlayışına nisbətən daha geniş məna daşıyır. Pedaqoji sistem öz daxilində çoxlu sayda texnologiyaları birləşdirir. İstənilən texnologiyaya sistem kimi baxılsa da, istənilən pedaqoji sistemə ayrıca texnologiya kimi baxmaq olmaz. Sistem anlayışı çox vaxt baxılan prosesin statistik, struktur xarakteristikası kimi istifadə olunursa, texnologiya həmin prosesdə subyekt və obyektin fəaliyyətində zaman və məkan daxilində gedən dəyişikliklərin, onların funksiyalarının müəyyən edilməsi və qabaqcadan planlaşdırılmış məqsədlərin yerinə yetirilməsinin təmin olunması üçün istifadə olunur.
Pedaqogikaya texnologiya ideyasının gətirilməsinin əleyhdarları belə hesab edirlər ki, pedaqoji proses yaradıcı prosesdir, odur ki, onu texnoloji proses hesab etmək olmaz, məharət, ustalıq intuisiyaya əsaslandığı halda texnologiya elmə əsaslanır. Hər şey ustalıqla başlayır, texnologiya ilə başa çatır.
Tədqiqatçılar pedaqoji texnologiyaların kütləvi tətbiqinin XX əsrin 60-cı illərindən başlandığını qeyd edirlər. Bu proses əvvəlcə Amerika, sonra isə Avropa məktəblərində həyata keçirilən islahatlarla bağlı olmuşdur.
Hazırda pedaqoji texnologiyalara insanşünaslıq texnologiyalarının bir növü kimi baxırlar. Pedaqoji texnologiyalar psixodidaktika, sosial psixologiya, kibernetika, idarəetmə və menecment (menecment sosial proseslərin, o cümlədən, təhsil prosesini idarəetmə üzrə prinsip, metod, forma və vasitələrin məcmusudur) nəzəriyyələrinə əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası ilə öy-rədici və pedaqoji texnologiya arasında fərq görmürdülər. “Pedaqoji texnologiya” termini təlimə uyğun olan bir sistem kimi işlədilirdi. Texnologiya isə texniki vasitələrin köməyi ilə aparılan təlim kimi başa düşülürdü. Hazırda pedaqoji texnologiya dedikdə, müəllimin pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyəti başa düşülür. Başqa sözlə desək, pedaqoji texnologiya qabaqcadan planlaşdırılmış pedaqoji prosesi planauyğun və ardıcıl olaraq praktikada həyata keçirməkdir.
Pedaqoji prosesdə texnologiya – nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Eyni zamanda, texnologiya təlim-tərbiyə prosesinin paradiqmalarını müəyyənləşdirən elə alqoritmlər sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir, təlim prosesinin layihələşdirilməsi, mərhələli diaqnostikasını, idarəçilik baxımından nəticələri korrektə etməyə imkan verir. Belə yanaşmada pedaqoji və təlim texnologiyaları anlayışı müəyyən mənada bir-birini tamamlasa da, tədris prosesi pedaqoji aspektlərdən başqa müxtəlif sosial, sosial-siyasi, idarəetmə, psixo-pedaqoji, tibbi-pedaqoji, iqtisadi, mədəni və digər aspektləri də özündə birləşdirdiyindən, “təlim texnologiyası” (təhsil sferasında texnologiya) anlayışının tutumu, “pedaqoji texnologiya” (pedaqogika sahəsində texnologiya) anlayışının tutumuna nisbətən fərqlidir. Eyni zamanda pedaqoji proses ənənəvi olaraq kamil insanın for-malaşması üçün həm təlim, tərbiyə, həm də inkişaf sahələrini əhatə etdiyindən pedaqoji texnologiya təhsilin bütün sahələrinə (məktəbəqədər, orta, ali məktəb, androqogika, ailə, xüsusi, korreksiyaedici, sənaye, sosial və s.) nüfuz edir. Təhsildə texnoloji yanaşma tədris prosesini demokratik prinsiplər əsasında idarə etməyə imkan verməklə bərabər təlim məqsədlərinin yüksək səviyyədə yerinə yetiril-məsinə zəmanət verən fəaliyyət sistemidir .
- metatexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahəsində sosial siyasəti həyata keçirməyə imkan verən ümumpedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır. Belə texnologiyalara misal olaraq inkişafetdirici təlim texnologiyalarını, regionlarda təlim keyfiyyətinin idarə olunması və konkret məktəbdə tərbiyə işinin təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar.
- makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya hər hansı təhsil sahəsini, təlim-tərbiyə prosesinin müəyyən istiqamətini, ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir. Belə texnologiyalara misal olaraq ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını, bərpaedici təlim texnologiyalarını göstərmək olar.
- mezotexnologiya və ya lokal-modul texnologiya təlim-tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik, metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı mə-sələləri həll etmək üçün tətbiq olunan texnologiyadır. Belə texnologiyalara misal olaraq təlim-tərbiyə prosesində ayrı-ayrı fəaliyyət sahələri, verilmiş mövzunun öyrənilməsi, dərsin gedişi, materialın mənimsənilməsi, təkrar olunması və keyfiyyətə nəzarətin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
- mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasındakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
Pedaqoji proses müəyyən prinsiplər sistemi üzərində qurulur, Pedaqoji texnologiya isə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi ilə bağlı xarici və daxili təsirlərin məcmusudur. Burada müəllim şəxsiyyəti özünü tamamilə təzahür etdirir. Pedaqoji texno-lo-giyaların tədris və tərbiyə işinin metodikasından fərqi də bundan ibarətdir.
Pedaqoji texnologiyalar təlim texnologiyaları və tərbiyə texnologiyaları kimi təqdim oluna bilər. Bu texnologiyaların ən əsas əlamətləri aşağıdakılardır:
1. Texnologiya konkret pedaqoji plan üçün işlənib hazırlanır. Məsələn, biliklərin verilməsi prosesinin texnologiyası, şəxsiyyətin inkişafı texnologiyası və s.
2. Pedaqoji işlərin, əməliyyatların, kommunikasiyaların texnoloji ardıcıllığı ciddi surətdə məqsədəuyğun olaraq düzülür.
3. Texnologiya müəllimlə şagirdin qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Bu fəaliyyət fərdiləşdirmə və diferensiallaşdırma prinsiplərini, insani və texniki imkanları, dioloji ünsiyyəti nəzərə almaqla, optimal şəkildə həyata keçirir.
4. Pedaqoji texnologiyanın elementləri hər bir müəllim tərəfindən bir tərəfdən təkrar olunmalı, digər tərəfdən planlaşdırılan nəticələrə (dövlət standartlarına) bütün şagirdlərin nail olmasını təmin etməlidir.
Pedaqoji texnologiya pedaqoji ustalıqla qarşılıqlı əlaqədardır. Pedaqoji texnologiyaya kamil yiyələnmək elə ustalığın özüdür. Digər tərəfdən, pedaqoji ustalıq pedaqoji texnologiyaya yiyələnməyin yüksək səviyyəsidir. Pedaqoqlar arasında belə bir fikir möhkəmlənmişdir: pedaqoji ustalıq sırf fərdidir, ona görə onu əldən-ələ vermək olmaz. Texnologiya ilə ustalığın qarşılıqlı əlaqəsi açıq-aydın göstərir ki, eyni bir texnologiya müxtəlif müəllimlər tərəfindən həyata keçirilə bilər.
Ümumi və pedaqoji texnologiyaları fərqləndirmək olar. Ümumi texnologiyalara aşağıdakılar aiddir: təlim prosesinin təşkili (qurulması) və həyata keçirilməsi texnologiyaları. Xüsusi texnologiyalara: şagirdlərin fəaliyyətinin pedaqoji stimullaşdırılması texnologiyası; stimullaşdırmanın nəticələrinə nəzarət və onu qiymətləndirmə texnologiyası; tədris situasiyasının təhlili; dərsin başlanmasının təşkili və s. aiddir.
Beləliklə, pedaqoji prosesi bir sistem kimi işləyib hazırlayanda və həyata keçirəndə onun bütün komponentlərinin üzvi birliyini (vəhdətini) təmin etməyə çalışmaq lazımdır. Çünki bu komponentdən birində baş verən dəyişiklik avtomatik olaraq o birilərində dəyişiklik əmələ gətirir. Metodikadan fərqli olaraq, pedaqoji texnologiya şagirdlərin fəaliyyətinin məzmunu və təşkili qaydalarını (üsullarını) işləyib hazırlamağı nəzərdə tutur.
Texnologiya və fənlərin tədrisi metodikası arasında olan əlaqələrin xüsusiyyətlərini də yeni yanaşmalar baxımından araşdırmaq çox əhəmiyyətlidir. Məlumdur ki, hər hansı fənnin tədrisi metodikası iki hissədən – xüsusi və ümumi metodikadan ibarətdir. Fənlərin tədrisi metodikasına, sahələr üzrə makrotexnologiya kimi baxsaq, ümumi metodika ümumdidaktik məzmuna malik olduğundan, ona metatexnologiya kimi baxmaq lazımdır. Ona görə də “Metatexnologiya – sahələr üzrə makrotexnologiya – mezatexnologiya (lokal – modul texnologiya)” məşhur “didaktika – ümumi metodika – xüsusi tədris metodikası” triadasının iyerarxik strukturunu müəyyənləşdirməyə imkan verir. Deməli, fənnin metodikası – öyrənənlərə tədris olunan fənnin məzmununun, onun qanun və qanunauyğunluqlarının öyrədilməsi və qazanılmış bilik və bacarıqların həyatda, əməli fəaliyyətdə tətbiqi üçün müvafiq vərdişlərin aşılanması, keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili üçün pedaqogika, psixologiya elmlərinin əsaslarından istifadə olunaraq tətbiq olunan xüsusi yanaşmalardır. Fənnin tədrisi metodikası, eyni zamanda müxtəlif formalı dərslərin və tədbirlərin təşkili və keçirilməsi metodikasını, şəxsiyyətin idraki qabiliyyətinin formalaşmasını, bilik, ba-carıq və vərdişlərin qazanılmasını, estetik və mənəvi, yaradıcılıq və şəxsin özünüidarəetmə keyfiyyətlərini, fiziki inkişafın təmin olunmasında tətbiq olunan xüsusi metodikaları da özündə birləşdirir. Belə müxtəlif yanaşmalar və baxışlar bəzən metodikanı texnologiyanın tərkibinə daxil etməyə, bəzən isə əksinə, hər hansı bir texnologiyanı tədris metodikasının tərkibinə daxil etməyə imkan verir. Məsələn, fizikada təcrübə xətalarının hesablanma metodikası laboratoriya işlərinin yerinə yetirilməsi prosesinin tərkibinə daxil edilsə də, laboratoriya işlərinin aparılması texnologiyasına həmin fənnin tədrisi metodikasının tərkib hissəsi kimi baxmaq lazımdır .
Pedaqoji texnologiya məktəblilərin şəxsiyyətinin inkişafına yönəldilmiş pedaqoji prosesə obyektiv nəzarəti tələb edir.
Pedaqoji prosesin təşkili texnologiyası prosesin müvəffəqiyyətlə keçməsinin həlledici şərtlərindən biridir. Buraya fəaliyyətin təhlili, diaqnostikası, proqnozun müəyyənləşdirilməsi və layihənin işlənib hazırlanması daxildir.
Pedaqoji prosesin təşkili texnologiyası özü bir-birilə vəhdətdə olan üç texnologiyadan ibarətdir:
- məzmunun yaradılması texnologiyası;
- maddi vasitələr texnologiyası;
- fəaliyyətin texnologiyası.
- informasiyanı vermək texnologiyası;
- tədris-idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət
- şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası;
- pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası;
- pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi
- pedaqoji prosesin nəticələrinin əvvəlcədən yüksək dəqiqliklə
Təhsil və tərbiyə texnologiyalarında iştirak edən bütün komponentlər – məqsəd, vəzifə, məzmun, metod, vasitə, forma – öz funksiyalarını daim müasirləşdirməyə möhtacdır. Məqsəd üç pilləlidir: məxsusi, ümumi, ən ümumi. Məxsusi və ümumi ən ümuminin həyata keçirilməsinə xidmət göstərir. Ona görə də onlar daha mütəhərrik olurlar. Vəzifə bir neçə toplanandan ibarətdir: 1) bilik, bacarıq və vərdişlər vermək; 2) təmiz əxlaqlı, saf mənəviyyatlı, ədalətli, səxavətli, sadə insanlar yetişdirmək; 3) böyüyən nəsli hərtərəfli, harmonik inkişaf etdirmək. Məzmun təhsil, tərbiyə prosesinin mayasıdır. Bunsuz yerdə qalan parametrlər öz əhəmiyyətini itirir. Onun seçilmə, düzülmə mexanizmi “Təhsil standartları” ilə müəyyənləşir. Metodlar əsasən məqsəd və vəzifənin yerinə yetirilməsini təmin edən ən zəruri, çoxşaxəli və çoxtərkibli komponentdir. Bun-ların seçilməsi, komplektləşdirilməsi və tətbiqi müvafiq qanunauy-ğunluqlarla həyata keçirilir. Vəzifələr , metodların yardımçıları məz-munun daha mükəmməl mənimsənilməsinə xidmət göstərən parametrdir. Forma, bütün parametrləri məqsədyönlü və səmərəli həyata keçirmək, təhsilin iqtisadi tərəfinin daha optimal istifadə modelini təmin etmək vəzifələrini yerinə yetirir. Formanın üç toplananı var: 1) idarəetmə forması; 2) təlim-tərbiyənin təşkili forması; 3) təlim-tərbiyə prosesinə nəzarət və qiymətləndirmə forması. Əsas parametrlərə daxil olan alt parametrlərin dəyişməsi ilə bütün sistemdə daim təkmilləşmə, yeniləşmə baş verir. Nəzərə almaq lazımdır ki, həyatda hər cür şeyin ölçüsü var. İnsanı təlim etməyin, ona tərbiyə verməyin başlıca amalı da bu ölçüləri onlara öyrətmək, həmin ölçülər çərçivəsində davranmaq bacarıqları formalaşdırmaqdır. Dahi Nizami demişdir:
“ Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.”
Bütün bu texnologiyaların məcmusu pedaqoji prosesin həyata keçirilməsi texnologiyasını təşkil edir. Bunların içərisində fəaliyyətin təşkili texnologiyası mərkəzi yer tutur. Əslində bu, pedaqoji prosesin fəaliyyətinin əsasında qoyulan niyyətin və layihənin reallaşdırılmasıdır.
Pedaqoji prosesi həyata keçirmə gedişində ona pedaqoji rəhbərliyi uşaqların müstəqilliyini, təşəbbüskarlığını və yaradıcılığını inkişaf etdirməklə üzvi surətdə uyğunlaşdırmaq lazımdır. Bu zaman müəllimlərin idarəedici təsirini və şagirdlərin özünüidarə fəaliyyətini əlaqələndirməyin rasional ölçüsünü tapmaq olduqca vacibdir. Pedaqoji prosesin gedişində möhkəm əks əlaqənin yaradılması müəllimlərin təşkilatçılıq fəaliyyəti ilə şagirdlərin özünüidarəsini korreksiya etmək üçün lazımdır. Bu əks əlaqə təhlilləndirici vəzifələri effektli həll etmək üçün zəruridir.
Texnoloji yanaşma təhsil sahəsində konseptual problemlərin və müxtəlif xarakterli layihələrin, pedaqoji, psixoloji, sosial məqsədlərin yerinə yetirilməsində və aşağıdakı problemlərin həllində yeni imkanlar açır:
– qazanılmış praktik təcrübənin elmi əsaslarla təhlili, sistemləşdirilməsi və ondan səmərəli istifadə olunmasında;
– təhsil, təlim-tərbiyə və sosial problemlərin kompleks həllində;
– şəxsiyyətin hərtərəfli inkişafını təmin edən əlverişli şəraitin yaradılmasında;
– təhsil sistemində effektivliyi təmin etmək üçün ehtiyatlardan səmərəli istifadə olunmasında;
– təlim prosesində təhsil alanlara təsir edən qeyri-normal halların azaldılmasında;
– sosial-pedaqoji problemlərin həlli üçün yeni texnoloji yanaşmaların, modellərin işlənilməsində və daha effektli metodların seçilməsində.
Yapon pedaqoqu T.Sakomotonun fikrincə, pedaqoji prosesdə texnoloji yanaşmalara pedaqogika, sosial pedaqogika, psixologiya, sosiologiya, politologiya, elm və təcrübənin digər sahələrində elmi yanaşmaları zənginləşdirərək onun inkişafını təmin edən və keyfiyyətli təlim-tərbiyə prosesinin qurulmasına şərait yaradan, təlim-tər-biyə prosesində təfəkkürün, idraki prosesin sistemli inkişafı kimi baxılmalıdır.
6.7. Pedaqoji ünsiyyətin texnologiyası
Pedaqoji ünsiyyətin texnologiyası texnologiyalar içərisində bəlkə də ən mürəkkəbidir. Ünsiyyət elmlərarası kateqoriyalar sırasına daxildir. O, fəlsəfə, sosiologiya, ümumi və sosial psixologiya, pedaqogika və digər elmlərdə geniş təmsil olunur. Həmin elmlər ünsiyyəti öz bilik sahələrinin vəzifələri və spesifikası ilə əlaqədar öyrənir.
Psixologiyada ünsiyyətə belə tərif verilir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədi ilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qa-rşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin predmeti başqa adamdan ibarətdir. K.Marks yazırdı ki, insan həmişə “başqa insan kimi ən böyük bir sərvətə. ” tələbat hiss edir. Ünsiyyət tələbatı insan tələbatları içərisində xüsusi yer tutur. L.S.Vıqotski ünsiyyət tələbatına uşağın inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki tipini fərqləndirmək olar. Onlara birgə fəaliyyətdə ünsiyyət və şəxsi (şəxsiyyətə məxsus) ünsiyyət deyilir. Ünsiyyət (S – S) fəaliyyətlə (S – O) ilə təsvir olunur. Onları qarşılıqlı əlaqədə belə təsvir etmək olar:
Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. Bu zaman birgə fəaliyyəti həyata keçirmək üçün yolların axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.
Bir sıra hallarda isə insanlar bir-birinə birgə fəaliyyətin obyekti haqqında deyil, hər-hansı bir adam, onun münasibətləri haqqında informasiya verirlər. Bəzən adamın özü ünsiyyətin mövzusuna çevrilir: o başqalarına özü haqqında danışır. Adamların şəxsiyyətlərarası qarşılıqlı münasibətlərə aid müxtəlif hadisələri öz aralarında müzakirə etməsi hallarına da az təsadüf olunmur. Belə ünsiyyətə şəxsi ünsiyyət deyilir.
Şəxsi ünsiyyəti ən ümumi şəkildə belə təsvir etmək olar:
Burada S1 – haqqında danışılan, S2 – danışan, S3 – məlumat alan şəxsdir.
Müasir psixologiyada ünsiyyətin üç tərəfini – kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyət informasiya mübadiləsidir, ünsiyyət insanların bir-birini qavramasıdır, ünsiyyət qarşılıqlı təsirdir.
Fəaliyyətin psixoloji xarakteristikasını xatırlayaq: insanlar fəaliyyət prosesində işin məqsədini bir-birinə izah edir, ayrı-ayrı əməliyyatlarla bir-birini tanış edir, nöqsanları müəyyən edir, onları aradan qaldırmaq üçün məsləhətləşirlər. Bu prosesdə ünsiyyət ancaq və ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir .
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi bütün mühitlərdə ikitərəfli və çoxtərəfli əlaqələri isti, tam anlaşıqlı və tam səmimi qurma bacarıqlarını özündə cəmləşdirən vacib insani keyfiyyət ünsiyyət mədəniyyətidir.
Ünsiyyət mədəniyyəti tərbiyəsi şəxsiyyətin yüksək ünsiyyət mədəniyyəti sahibi olmasına yönəldilmiş təlim-tərbiyə sistemidir. Böyüyən nəslin hər bir üzvü yüksək ünsiyyət mədəniyyəti tələb edən çox mürəkkəb münasibətlər sistemi daxilində fəaliyyət göstərəcəyinin qaçılmazlığını dərk etməli və bu tərbiyəyə yiyələnməlidir.
Pedaqoji ünsiyyətin səciyyəvi cəhəti bu fəaliyyətin məqsədi ilə müəyyən olunur.
Pedaqoji ünsiyyət pedaqoqlar və şagirdlər arasında qarşılıqlı fəaliyyətin məqsəd və məzmunundan irəli gələn çoxplanlı prosesdir. O, kommunikasiyanın, qarşılıqlı anlaşmanın və qarşılıqlı təsirin yaradılması və inkişafı ilə xarakterizə olunur.
Göründüyü kimi, pedaqoji ünsiyyət təhsil prosesində mürəkkəb və çoxplanlı xarakter daşıyır. Pedaqoji ünsiyyətdə müəllimin və şagirdlərin “normativ statusu” əks olunur. Onların məzmunu nizamnamə sənədləri, tədris planları və proqramları ilə müəyyən olunur. Bu mənada, pedaqoji ünsiyyət müəllimlərin şagirdlərlə qarşılıqlı təsirinin sosial-normativ formalarıdır. “Müəllim-şagird” pedaqoji sistemi müəyyən mədəni bilik kimi çıxış edir. Burada sosial əhəmiyyəti olan davranış normalarının yerinə yetirilməsi böyük rol oynayır.
Pedaqoji fəaliyyətin məhsuldarlığı müəllimin pedaqoji texnologiyaya yiyələnməsi səviyyəsindən çox asılıdır. Pedaqoji praktikanın təhlili göstərir ki, təlim, təhsil, tərbiyə vəzifələrinin həllində yaranan bir çox ciddi çətinliklər müəllimin uşaqlarla ünsiyyəti düzgün qura bilməməsi nəticəsində əmələ gəlir. Ona görə də hər bir müəllimin qarşısında pedaqoji ünsiyyətin texnologiyasına yiyələnmək vəzifəsi durur. Uşaqlarla ünsiyyət prosesində pedaqoji yaradıcılıq, pedaqoji yaradıcılıq prosesində uşaqlarla ünsiyyət müəllimin peşə fəaliyyətinin spesifik xarakteristikasını ifadə edir. Pedaqoji ünsiyyət müəllimlərin və şagirdlərin qarşılıqlı sosial-psixoloji təsir sistemidir. Onun məzmunu informasiya mübadiləsi, tərbiyəvi təsir göstərmək, kommunikativ vasitələrin köməyi ilə qarşılıqlı münasibətləri təşkil etməklə bağlıdır. Bununla əlaqədar olaraq demək lazımdır ki, pedaqoji fəaliyyətdə ünsiyyət tədris vəzifələrini həll etmək vasitəsidir, təhsil prosesinin sosial-psixoloji təminatıdır, müəllimlərlə şagirdlərin qarşılıqlı münasibətlərinin təşkili qaydasıdır.
Beləliklə, pedaqoji ünsiyyət texnoloji planda yaradıcılığın xüsusi növüdür. O, informasiyanı vermək bacarığında, şagirdin vəziyyətini başa düşmək bacarığında, uşaqlarla qarşılıqlı münasibətləri qurmaq bacarığında, özünün psixi vəziyyətini idarə etmək bacarığında öz ifadəsini tapır.
Pedaqoji ünsiyyətin mərhələləri və onların həyata keçirilmə texnologiyası xüsusi əhəmiyyət kəsb edir. Həmin mərhələlər bunlardır: 1) pedaqoji ünsiyyətin modelləşdirilməsi; 2) pedaqoji ünsiyyətin bilavasitə təşkili; 3) pedaqoji ünsiyyətin idarə olunması; 4) pedaqoji ünsiyyətin texnologiyasının həyata keçirilməsinin gedişi və nəticələrinin təhlili.
Bu ardıcıllıq pedaqoji prosesdə yaranan ən tipik situasiyaları açıb göstərir. Pedaqoji ünsiyyətin üslubu müxtəlif olduğundan onların texnoloji xarakteristikası da, təbii ki, müxtəlif olacaqdır (avtoritar üslub, səhlənkar üslub, demokratik üslub, qarışıq üslub).
Pedaqoji cəhətdən məqsədəuyğun qarşılıqlı münasibətləri yaratmağın texnologiyası pedaqoji ünsiyyətlə qırılmaz surətdə bağlıdır. Belə münasibətlərin yaradılmasında müəllim şəxsiyyəti mühüm amildir. Müəllimlərlə şagirdlərin qarşılıqlı anlaşması yaranan münasibətlərin əsasıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.