Uşaqlara evdə dərs keçiləcək – Gəncədə yeni layihəyə start verilir
Gəncədə 114 uşağa dərs evdə keçilir. Onlar, əsasən, fiziki məhdudiyyətli uşaqlardır. Gəncənin 45 nömrəli xüsusi məktəbi isə tam olaraq bu cür uşaqların, eləcə də əlil uşaqların təhsil alması üçün fəaliyyət göstərir. Yaxın gələcəkdə isə əlil uşaqların təhsilini asanlaşdırmaq üçün çox əhəmiyyətli bir layihəyə start veriləcək.
Bədii şüşə üzrə rəssam: “Əsərlərim ABAD-da üç dəfə çox satılır” – MÜSAHİBƏ – VİDEO
Bakı. 31 may. REPORT.AZ/ Sevinc Gəncəliyeva dekorativ-tətbiqi xalq sənətkarlığının şüşə üzərində rəngkarlıq istiqaməti ilə məşğuldur. O, şüşə qablar üzərində vitrajlar, portretlər çəkir. Bundan başqa, kətan üzərində işləyir, muncuqlardan istifadə edərək müxtəlif əl işləri hazırlayır. Sevinc Gəncəliyevanın “Report”a müsahibəsini təqdim edirik: – Hazırda işlədiyiniz yer emalatxananız sayılır? – Mən əvvəllər burada rəsm dərsləri keçirdim. Əslində isə rəsm təhsilim yoxdur və ixtisasca ibtidai sinif müəlliməsiyəm. Rəsm təhsili almaq istəsəm də, ailəm buna mane oldu. Dedilər ki, birini oxumusan bəsindir, get işlə. Yenə də ürəyimdə qaldı. – Bəs rəsm təhsiliniz olmadan necə dərs keçirsiniz? – Bir dəfə internetdə ABAD-la əməkdaşlıq edən Ülviyyə Xeyrullazadəni gördüm. O, əl işlərini yerləşdirmişdi və master-klasslar keçirdi. Mən də bu dərslərdə iştirak edərək rəsm çəkmək üsullarını öyrəndim. – Sizcə ali təhsil necə vacibdirmi? – Bir müddət əvvəl işlədiyim Ustad YFL (Yeni Fikir Laboratoriyası) üçün ali təhsilli rəssam axtarırdıq. Çünki müştərilərimiz çox vaxt diplom görmək istəyirdilər. Bir nəfər xanım gələrək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olduğunu söylədi. Əl işlərinə baxdıq, xüsusi bir şey görə bilmədik. Rəhbərimiz sual verdi ki, boya ilə işləyə bilirsinizmi? “Yox” cavabı verdi. Dedik sulu, yağlı boya ilə necə, dərs deyə bilərsinizmi? Bəs şüşədə necə işləyə bilərsinizmi? Yenə “yox” cavabları aldıq. Düzdür, bəzi qaydaları bilmək üçün təhsil vacibdir. Ancaq insanda istedadın olması da çox vacibdir. – Siz sırf şüşə üzərində rəsm çəkməyi öyrəndiniz? – Xeyr, mən, ümumiyyətlə, həmişə fərqli janrlarda rəsmlər çəkmişəm. Sadəcə, dərs keçməmişəm deyə işləyə-işləyə öyrənirəm. Mənim də şüşə üzərində işlər xüsusilə diqqətimi çəkdi. Ona görə də özüm üçün gələcəkdə nələrisə işləmək üçün iki dəfə master-klasslarda iştirak etdim. – Bəs işlətdiyiniz rənglərin fərqliliyi nədədir? – Mənim işlətdiyim rənglər lak əsaslıdır və buna görə də yuyulmur. Əgər su əsaslı olarsa, qablar yuyulanda rəngi getməsin deyə onu sobada bişiririk. Eyni zamanda qablardan lak qoxusu gəlməməsi üçün onlarda su əsaslı boyalardan istifadə edirik. Lak əsaslı boyalar tez quruyur, yəni rəngi yaymaq çətin olduğundan cəld işləmək lazım gəlir. Boyaların qiymətləri isə 3-4 manat arasındadır. – Bəlkə, bir az qabın sobada bişirilməsi hissəsindən danışasınız. – Burada qeyri-adi bir şey yoxdur, adi ev sobasında bişirilir. Qabı soyuq sobanın içərisinə yerləşdirib 180 dərəcədə bişiririk. Çünki stəkanlar dərhal isti sobaya qoyularsa, sına bilər, ona görə də soyuq sobaya qoyulmalıdır. Bəzən belə incəliklə işləmək üçün böyük səbr lazım olduğunu deyirlər. Ancaq mən heç də səbrli insan deyləm. Bəlkə, başqa işdə səbrsiz ola bilərəm, ancaq bu işdə tamam dəyişirəm və diqqətimi buna yönəldirəm. Əslində, bu vitraj kəsilmiş, rəngli şüşələrin birləşməsidir. Rəngli şüşələr xüsusi emal olunur, təmizlənir, hamarlanır və bir-birinə uyğunlaşdırılaraq kəsilir. Bundan sonra xüsusi bir forma çəkilir, həmin kəsilmiş hissələr mis lentlərlə birləşdirilir və daha sonra mis olan hissə qaynaq edilir. Mis əridikdə şüşələr bir-birinə yapışır. Biz isə şüşəni rəngləyirik. Konturla şüşəni bölürük. Bununla da rəngli şüşələrin birləşməsi görüntüsü yaranır. – Ümumiyyətlə, işinizdə ən çox nədə çətinlik çəkirsiniz? – Mən simmetriya, dəqiqlik sevən insan deyləm. Sxem çəkib onun üzərində işləməyi xoşlamıram. Məsələn, sifariş gələndə ki, standart bu naxışları etməlisən, onda iş mənim üçün çox gərgin olur. Çünki bu məndən fiziki olaraq çox güc tələb edir. Ən çox da armudu stəkanlarla işləmək çətindir. Onun səth əyri olduğundan hər dəfə boya çəkildikdən sonra qurumasını gözləmək lazımdır. – Bəs ABAD-la tanışlığınız necə olub və bu qurumla işləmək sizə nə qazandırıb? – Bir dəfə “Facebook”da gördüm, ancaq necə müraciət edildiyini bilmirdim. Daha sonra şagirdimin valideyni mənə yardım göstərdi. ABAD-da əl işlərimə baxdılar və problemsiz şəkildə işə qəbul etdilər. Mən hansısa əsərimi ayda bir dəfə satıramsa, ABAD-da ayda üç dəfə satılır. Sadəcə, ABAD irihəcmli əsərləri çox qəbul etmir. – İndiyədək satılan əsərlərinizdən ən çox hansı xatirinizdə qalıb? – Deməli, arxa hissəsi butalarla bəzədilmiş Azərbaycan Dövlət gerbini işləmişdim. Mən də əl işimi hansısa bir azərbaycanlının alacağını fikirləşirdim. Lakin gözlədiyimin əksi oldu, Çindən aldılar. Həqiqətən çox təəccüblənmişdim. Bəlkə də kimdirsə, müxtəlif ölkələrin gerblərini yığan bir kolleksiyaçıdır. – ABAD-da əl işlərinizin üzərinə adınız qeyd olunurmu? – Xeyr, ABAD üçün imza qeyd etmirik. Çünki yeni olduğumuzdan imzaya o qədər də əhəmiyyət vermirik, ancaq düşünürəm ki, gələcəkdə buna ehtiyac olacaq. Yoxsa xaricdə hansısa rəssamımızın əl işini, sadəcə, çərçivəsini dəyişməklə başqasının adından təqdim edə bilərlər.
Uşaqlara evdə dərs keçiləcək – Gəncədə yeni layihəyə start verilir
Tezliklə Gəncədə əlil uşaqların təhsilini asanlaşdırmaq üçün çox əhəmiyyətli bir layihəyə start veriləcək.
Gəncədə 114 uşağa dərs evdə keçilir. Onlar, əsasən, fiziki məhdudiyyətli uşaqlardır. Gəncənin 45 nömrəli xüsusi məktəbi isə tam olaraq bu cür uşaqların, eləcə də əlil uşaqların təhsil alması üçün fəaliyyət göstərir. Yaxın gələcəkdə isə əlil uşaqların təhsilini asanlaşdırmaq üçün çox əhəmiyyətli bir layihəyə start veriləcək.
Kəpəz TV (Region TV) xəbər verir ki, onlar evlərini tərk etmədən distant təhsilə cəlb ediləcəklər. Bu isə həmin uşaqlara müasir təhsilin bütün üstünlüklərindən tam yararlanmağa imkan verəcək.
İbtidai sinif müəlimi olan Nərmin Qurbanovanın 11 il pedaqoji təcrübəsi var. O, bu illər ərzində evlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dərs keçir. Pedaqoq həftə ərzində növbə ilə 3 uşağın evində olur və tədris proqramına əsasən, onlara dərs keçir. Belə uşaqlardan biri autizm xəstəliyinin yüngül formasından əziyyət çəkən 10 yaşlı Vahid Əmiraslanovdur. Bu cür uşaqlarla işləmək çətin olsa da, yeni texnologiyalar pedaqoqun köməyinə çatır.
Nərmin Qurbanova – müəllim: “Bir-birimizə alışırıq. Uşaqların maraq dairəsi artır. Yeni texnika olan kompüterlə yeni məlumatları çatdırırıq. Onlarda da maraq daha da artır. Qavrama dərəcəsi də fərqli olur. Yəni görüntü ilə istədiyimizə nail ola bilirik”.
Müasir texnologiya öz yerində, amma bəzən təcrübəli pedaqoqların məsləhətləri də əvəzsiz olur.
Aytən Abdullayeva – müəllim: “İlk olaraq, o uşaqları necə ələ almaq lazımdır, o uşaqlarla necə işləmək lazımdır izah olunur. Bəzən olur ki, müəllimlərlə ev dərslərinə də gedirik və uşaq müəllimə alışana qədər biz bu proses davam etdiririk”.
45 nömrəli xüsusi məktəbdə isə qismən sağlamlıq imkanı məhdud olan uşaqlar təhsil alır. Burada fizika, kimya fənlərindən başqa bütün fənlər uşaqların qavraya biləcəyi formada izah olunur. Fiziki tərbiyə, əmək təlimi, özünə xidmətlə bərabər, nitqi qüsurlu uşaqlara loqoped məşğələləri də keçirilir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.