Press "Enter" to skip to content

Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib

https://static.report.az/photo/27e61d9b-da31-3f34-881b-40059ddcb33a.jpg

İş yerlərinin attestasiya olunmasi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixində qəbul etdiyi qərara əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş yerlərində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması məqsədilə bütün müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq keçirilməsi mütləqdir.

AR Əmək Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işəgötürənlər əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidirlər. Eləcə də, bildiririk ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyaları nəzərdə tutulmuşdur.

İş yerlərinin attestasiyası zamanı aşağıdakılara diqqət edilməlidir.

Hava çirkləndiriciləri – Tozlar, dumanlar, liflər, qazlar, aerozollar

Kimyəvi zərərlər – Qidalar, mayelər, qazlar, tozlar, dumanlar və buxar şəklində olan zərərli kimyəvi birləşmələrin inhalyasiyası, absorbsiyası və ya qəbulu.

Bioloji Təhlükələr – bədənə dəri vasitəsi ilə daxil olub aktiv və xronik infeksiyaya səbəb ola biləcək bakteriyalar, viruslar, göbələklər və digər canlı orqanizmlər.

Fiziki zərərlər – ionlaşdırıcı və qeyri-ionlaşdırıcı elektromaqnit radiasiyanın, səs-küyün, titrəmənin, işıqlandırma və temperaturun həddindən artıq çox olması.

Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib

Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilib.

14 Fevral , 2022 10:39

https://static.report.az/photo/27e61d9b-da31-3f34-881b-40059ddcb33a.jpg

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Dəyişikliyə əsasən, cari qiymətləndirmə zamanı tələbənin sərbəst işi nəzərə alınmayacaq. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır) və maksimum 20 bal nəzəri dərslərdəki nəticələrinə görə əldə edə bilər. Daha bir dəyişiklik yekun qiymətləndirmə ilə bağlıdır. Belə ki, bundan sonra yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanacaq və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən ediləcək. Tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulan aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunacaq. ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanacaq (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil ediləcək. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdiriləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.