Press "Enter" to skip to content

Azərbaycan toxuculuq sənayesi

Azərbaycanın iri sənayeçisi H.Z.Tağıyev neft sənayesindən əldə etdiyi kapitalın bir hissəsini balıqçılıq, gəmiçilik və toxuculuq sahələrinə yönəltdi. O, 1897-ci ildə “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti”ni yaratdı. Rusiya hökuməti Azərbaycanda xammalı hazır məhsula çevirən müəssisənin açılmasına imkan vermək istəmirdi. Bununla ölkəmizin iqtisadiyyatının müstəmləkəçi mahiyyətini qoruyub saxlamağa çalışırdı. Milli sahibkar H.Z.Tağıyev isə iqtisadiyyatımızın gələcəyini düşünürdü. Hökumət nümayəndələri onun toxuculuq fabriki açmaq istəyinə mane olmağa çalışırdılar. Buna baxmayaraq, H.Z.Tağıyev 1900-cü ildə ilk toxuculuq fabrikinin açılmasına nail oldu. Bu fabrik Şimali Azərbaycanda hazır məhsul istehsal edən ilk böyük müəssisə idi. Fabriki işə salmaqla H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatının bir sahəsində Rusiyanın inhisarçı mövqeyini sarsıda bildi.

Azərbaycan geyim istehsalını artırıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 75,1 mln. manat dəyərində məhsul istehsal edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 2,7 dəfə, geyim istehsalında 20,3% artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 75,1% azalma müşahidə edilib. Beləliklə, cari ilin yanvar-avqust aylarında 31,5 mln. manatlıq toxuculuq məhsulu, 36,6 mln. manatlıq geyim, 7,0 mln. manatlıq ayaqqabı istehsal olunub. Rəsmi statistikaya əsasən, cari ilin yanvar-avqust ayları ərzində 302,8 min ədəd üst trikotaj, 160,9 min ədəd alt trikotaj, 1 263,2 min cüt corab, 222 068 ədəd kişilər üçün kostyum və komplekt istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə üst trikotaj istehsalında 2,4 dəfə artım, alt trikotaj istehsalında 23,4% azalma, corab istehsalında 10,6% azalma, kişi kostyumları istehsalında 53,1% artım qeydə alınıb. Emal sənayesində yanvar-avqust aylarında 5,7 mlrd. manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.

Azərbaycan toxuculuq sənayesi

Pambıqçılığın inkişafı pambıqtəmizləmə zavodlarının yaranmasına təkan verdi. İlk pambıqtəmizləmə zavodlarından biri Naxçıvanda fəaliyyətə başlamışdı. XIX əsrin sonunda pambıqtəmizləmə müəssisələrinin çoxu Bakı və Yelizavetpol quberniyalarında cəmləşmişdi.

H.Z.Tağıyevin toxuculuq fabriki

Azərbaycanın iri sənayeçisi H.Z.Tağıyev neft sənayesindən əldə etdiyi kapitalın bir hissəsini balıqçılıq, gəmiçilik və toxuculuq sahələrinə yönəltdi. O, 1897-ci ildə “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti”ni yaratdı. Rusiya hökuməti Azərbaycanda xammalı hazır məhsula çevirən müəssisənin açılmasına imkan vermək istəmirdi. Bununla ölkəmizin iqtisadiyyatının müstəmləkəçi mahiyyətini qoruyub saxlamağa çalışırdı. Milli sahibkar H.Z.Tağıyev isə iqtisadiyyatımızın gələcəyini düşünürdü. Hökumət nümayəndələri onun toxuculuq fabriki açmaq istəyinə mane olmağa çalışırdılar. Buna baxmayaraq, H.Z.Tağıyev 1900-cü ildə ilk toxuculuq fabrikinin açılmasına nail oldu. Bu fabrik Şimali Azərbaycanda hazır məhsul istehsal edən ilk böyük müəssisə idi. Fabriki işə salmaqla H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatının bir sahəsində Rusiyanın inhisarçı mövqeyini sarsıda bildi.

Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikinin inşası Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrik Bakının Əhmədli kəndində işə salınmışdı. Onun nəzdində fəhlə və qulluqçular üçün pulsuz evlər, elektrik stansiyası, ambulatoriya tikilmiş, yaşlı fəhlələr üçün məktəb və kurslar açılmışdı. H.Z.Tağıyevin bu fabriki məşhur memar İ.Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu, Bakıda xüsusi planla tikilmiş ilk fəhlə qəsəbəsi idi.

Hacı Zeynalabdin Tağıyevin sahibkarlıq fəaliyyəti haqqında əlavə məlumat toplayın.

XIX əsrin sonlarında Bakıda yeyinti sənayesinin unüyütmə və çəltiktəmizləmə sahələrində ilk kapitalist müəssisələri meydana çıxmışdı. Bakı və Yelizavetpol quberniyalarında tənbəki fabrikləri fəaliyyət göstərirdi. Cənubi Qafqazın bütün tütün fabrikləri, demək olar, Şimali Azərbaycanda yerləşirdi.

Azərbaycan toxuculuq sənayesi və Rəcəb amcanın fabriki.

“Bu ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 32,9 mln. manat dəyərində məhsul istehsal edilib”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, ölkədə adı çəkilən sahələrdə gündə cəmi 361 min manatlıq, yəni 213 min dollarlıq məhsul istehsal edib: “Yeri gəlmişkən 32,9 mln. manatın da 10 mln. manatı dövlət büdcəsi hesabına toxunan, arada dövlət büdcəsi hesabına alınıb qonaq-qaraya hədiyyə verilən xalçadır”.
N. Cəfərli bildirib ki, xalçanı çıxsaq yerdə 22,9 mln. manat, yəni günə 250 min manat, 148 min dollarlıq geyim, dəri və dəri məmulatları, ayaqqabı istehsal etmişik: “Təsəvvür edirsinizmi, 10 mln. əhalisi olan məmləkət günə bu sahədə cəmi 148 min dollarlıq mal istehsal edib.
Antaliyada yaşayan Receb amcanın ortabab dəri fabriki var, gündə 50 min dollarlıq mal istehsal edir. Tək bir firma, 100 işçi, 50 min dollar – bizdə 10 mln. əhalisi olan ölkə günə 148 min dollar, özü də tək dəri məhsulları yox a, həm də geyim, ayaqqabı da daxil…”

Похожие статьи

  • Azərbaycan ssr-in sənayesi

    Azərbaycan ssr-in sənayesi Şərti işarələrin izahı: « – » hadisə baş verməmişdir « . » məlumat əldə edilməmişdir « 0.0 » rəqəm istifadə olunan vahiddən…

  • Azərbaycan xarici iqtisadi əlaqələri

    AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ SUVARMA kənd təsərrüfatının inkişafını dəstəkləyir AZƏRBAYCAN SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ AİB Azərbaycanın zəngin…

  • Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

    Milli azadlıq və demokratik hərəkatlar Позвоните на номер Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası ВНИМАНИЕ! Убедительно обращаем Ваше внимание…

  • Azərbaycan iqtisadiyyati

    Azərbaycan iqtisadiyyatı 2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan…

  • Azərbaycan geyim mədəniyyəti tarixi s.s.dünyamalıyeva-

    Azərbaycan Geyim Mədəniyyəti Tarixi haqqında. Bakı, 1974, s.89; Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.l 13. Azərbaycan Milli Ж.Шарден….

Comments are closed, but trackbacks and pingbacks are open.