Pensiyaların dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ünvanlı dövlət sosial yardım almaq üçün edilən mürac iətlərə verilən imtina cavablarının tərkibində Ailə tərkibinin düzgün göstərilməməsinə görə edilən imtinaların həcmi 25-30 faizi təşkil edir.
Bu il üçün kişilər və qadınların pensiya yaşı AÇIQLANDI
BAKU.WS xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Bununla da Azərbaycanda 1 iyul 2020-30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021-30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.
Pensiyaların dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ünvanlı dövlət sosial yardım almaq üçün edilən mürac iətlərə verilən imtina cavablarının tərkibində Ailə tərkibinin düzgün göstərilməməsinə görə edilən imtinaların həcmi 25-30 faizi təşkil edir.
Milli.Az bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, bəzən ünvanlı dövlət sosial yardım üçün müraciət edildikdə ailənin tərkibi barədə düzgün məlumat verilmir:
“Aztəminatlı ailə dedikdə iki məfhum ayrı-ayrılıqda götürülməlidir. Birinci aztəmantlılıq meyarı nədir, ikincisi isə aztəminatlı ailə meyarı nədir. Çünki bəzən vətəndaşlar ünvanlı dövlət sosial yardım üçün müraciət edən zaman bu iki məfhumu bir-biri ilə qarışdırırlar. Bu il ehtiyac meyarı 170 manat həcmində müəyyən edilib. Əgər şərti olaraq, bir ailədə 3 nəfər varsa, onda ailənin ehtiyac meyarı 510 manat müəyyən olunur. Ailənin bir ay ərzində gəliri 510 manatdan aşağıdırsa, bu ailə aztəminatlı ailə hesab edilir. Bəzən bir ailədə 5-10 nəfərin-ata-ananın, onun övladlarının yaşamasına baxmayaraq, ailənin bir övladı ünvanlı sosial yardım almaq üçün müraciət edir və o da ailə dedikdə öz həyat yoldaşını, uşaqlarını nəzərdə tutur. Amma ünvanlı sosial yardım üçün müraciət edildikdə ailə münasibətlərinə nikah prizmasından yanaşılmır. Ünvanlı yardım ailə məsələsinə ailə təsərrüfatı prizmasından baxılır. Yəni bir ailədə necə yaşayırsa, onun hər bir üzvü onun tərkib hissəsi sayılır”.
H.Məmişov qeyd edib ki, əgər ailə üzvləri eyni həyətdə ayrı-ayrı evlərdə yaşayıb eyni işıq, su sayğacından istifadə edirlərsə, onlar bir ailə təsərrüfatı kimi nəzərdə tutulur: “Onların kommunal xidmətlərə görə xərcləri birdirsə, məntiqlə demək gəlirləri də birdir. Belə halda eyni həyətdə yaşayan bütün ailənin gəlirləri ünvanlı sosial yardım zamanı dəyərləndirilir”.
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”, – Himalay Məmişov deyib.
O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.
Milli.Az
Pensiyanı necə dayandıra bilərəm?
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə İqtisadiyyat Pensiyanın yenidən hesablanması təyinatı rəsmiləşəcək
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Yanvar 21, 2022 – 19:30
!Reklam – Yazi
Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın zamanlarda bu rəsmiləşəcək.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. O qeyd edib ki, işləyən şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, 6 il və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.