Perspektivlesdirme planlasdirma illik tehsil nazirliyi 2019 musiqi fenni
Şəkil 10. Strateji planlaşdırmada ardıcıllıq
Azərbaycan universitetlərində təhsil haqları – SİYAHI – CƏDVƏL
Azərbaycanda qəbul imtahanları yaxınlaşdıqca, ali məktəb seçimləri başlayır. Ali məktəb seçimində isə təhsil haqqı bəzən həlledici rol oynayır.
Day.Az-ın məlumatına görə, Fins.az bu mövzunun əhalinin böyük hissəsi üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdəki təhsil haqlarını açıqlayır:
Dillər Universiteti
Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir.
Ən yüksək təhsil haqqı olan fakültələr
Regionşünaslıq – 2,5 min manat
Beynəlxalq münasibətlər – 2,5 min manat
İngilis dili müəllimliyi – 2,5 min manat
İngilis dili filologiyası – 2,5 min manat
İngilis dili tərcümə – 2,5 min manat
Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır – 1000 manat.
Texniki Universiteti
Menecment fakültəsi – 1600 manat,
Avtomatika fakültəsi – 1600 manat,
Maşınqayırma fakültəsi- 1500 manatdır.
Qafqaz Universitetində
Təhsil haqları tələbələrin topladıqları ballara uyğun müəyyən edilir. İxtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.
Qafqaz Universiteti 2016-2017-ci tədris ili bakalavr səviyyəsi üzrə qəbul ixtisasları
toplanmış bala görə ödəniş və güzəştlər (manatla)
QEYD:1) Ixtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.
Dövlət İdarəçilik Akademiyası
Kompüter elmləri- 2000 manat
Politologiya – 2500 manat
Siyasi Elmlər- 2500 manat
Beynəlxalq münasibətlər -2500 manat
Hüquqşünaslıq – 2500 manat
Dövlət və bələdiyyə idarəetməsi – 2500 manat
Menecment- – 2500 manat
İqtisadiyyat – 2500 manat
Neft və Sənaye Universiteti
Kompüter elmləri ixtisası -1800 manat
Kompüter mühəndisliyi ixtisası – 1800 manat
İnformatika texnologiyası ixtisası – 1800 manat
Sənayenin təşkili və idarə olunması ixtisası – 1800 manat
Dünya iqtisadiyyatı – 1800 manat
2 beynəlxalq proqram üzrə pullu təhsil:
ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen universitetinə hazırlıq üzrə aparılan ixtisaslar -1800 manat
Digər ixtisaslarda isə təhsil haqqı 1600 manatdır.
Xəzər Universiteti
Humanitar və sosial elmlər – 2500 manat
İqtisadiyyat – 4000 manat
Təhsil – 3500 manat
Mühəndislik – 3500 manat
Göstərilən ixtisaslar üzrə magistr təhsili isə 3000 manatdır.
Tibb Universiteti
Müalicə işi fakültəsi – 3000 manat
Əczaçılıq fakültəsi – 2000 manat
Stomotologiya – 3000 manat
Tibbi profilaktika – 2000 manat
Turizm və Menecment Universiteti
Qida məhsulları mühəndisliyi -2500 manat
Turizm və otelçilik – 3000 manat
Regionşünaslıq – 2500 manat
Beynəlxalq münasibətlər – 2500 manat
Menecment – 3000 manat
Marketinq – 3000 manat
Maliyyə – 3000 manat
Biznesin idarə edilməsi – 2800 manat
Nəqliyyat servisi – 2500 manat
Tərcümə – 3000 manat
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 2500 manat
Sosial iş – 2500 manat
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Planlaşdırma
1. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
2. Strateji planlaşdırma.
3. Taktiki planlaşdırma.
4. Cari planlaşdırma.
Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir:
1. İstehsalın planlaşdırılması.
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3. Maliyyənin planlaşdırılması.
İstehsalın icrası üçün maddi ehtiyatlar elə planlaşdırılmalıdır ki, işi görmək üçün pul vəsaitləri çatdırıla bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən də hər üç funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma zəruridir. Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə ayırmaq olar: a) strateji; b) orta müddətli; v) cari (operativ).
Strateji plan – (strategiya – latınca “sərkərdənin məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırmasıqdır. Bu plan olmasa, orta və cari planların hazırlanması və həyata keçirilməsi mümkün olmaz. O, idarəetmənin təşkili və planlaşdırılmasının əsasıdır. Strateji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı sxemdə verilmişdir (Şəkil 10).
Daxili zəif və güclü tərəflərin təhlili
Şəkil 10. Strateji planlaşdırmada ardıcıllıq
Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsini izah edək:
1.Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər – bazar, bank, biznes və s. vacibdir.
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir:
– Məramın nəzəri əsaslandırılması.
– İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin yararlı-yararsız olması və iqtisadi mühitin nəzərə alınmasının vacibliyi.
– Siyasi mühitin nəzərə alınması.
– Sosial vəziyyətin öyrənilməsi.
– Estetik və intelektual mühit.
– Dini və milli xüsusiyyətlər.
2.Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
3.Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur. Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə nail olmağa kömək edir.
4.Zəif və güclü amillərin tədqiqi. Öz vəziyyətimizi yoxlayırıq, zəif və üstün cəhətləri araşdırırıq. Zəifi aradan götürmək, üstünü daha da yaxşılaşdırmaq lazımdır.
5.Strateji alternativin təhlili.
Çatışmamazlığı aradan qaldırmaq üçün alternativ variant seçmək. Alternativ – hər hansı bir tədbirdə variantların olmasıdır. Burada seçim imkanı vardır.
6.Strategiyanın seçilməsi.
7.Strategiyanın həyata keçirilməsi
8.Strategiyanın qiymətləndirilməsi.
Strategiyanın həyata keçirilməsi üçün bəzi addımlar vacibdir (Şəkil 11):
Strategiyanın qiymətləndirilməsi görülən işin müzakirə və müqayisə edilməsidir. Əgər qiymətləndirmə müsbətdirsə razılıq əsasında iş davam etdirilir, əks halda isə, ya işin icrası, yaxud da tutulmuş plan dəyişdirilir.
Şəkil 11. Strateji icra mexanizminə daxil olan amillər
Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq edilmiş tədbirdir.
Siyasət – taktikanın necə icrası üçün atılan addımdır, seçilən yoldur.
Proses – bilavasitə işin icrasıdır, işin mərhələlərlə, texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsidir.
Qayda – prosesin həlli üçün müəyyən edilmiş normativ və hüquqi aktdır. Qabaqcadan qoyulmuş qaydaları özbaşına dəyişdirmək və ya pozmaq olmaz. Əks halda, həm inzibati, həm də istehsal rejimi pozula bilər və istənilən nəticəni əldə etmək olmaz.
Strateji planlaşdırma adətən qlobal məsələlərin uzunmüddətli həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların, istehsal vəsaitlərinin, texnika və texnologiyanın son məqsədə çatmaq üçün birgə istifadəsinin alqoritmi başa düşülür.
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati – strateji qabağıgörmə.
– Ehtiyatların bölüşdürülməsi – bu proses özündə fond, idarəçilik, kapital, kadrlar və texnoloji təcrübə kimi məhdud ehtiyatları əks etdirir.
– Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah edilməlidir. Ətraf mühitə uyğunlaşma, təşkilatın ətraf mühitlə münasibətlərini yaxşılaşdıran strateji xarakterli bütün fəaliyyəti özündə əks etdirməlidir. Belə ki, təbiətin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması, əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib amillər nəzərə alınmalıdırlar.
– Daxili əlaqələndirmə – daxili əməliyyatları effektiv birləşdirməyə nail olmaq məqsədilə firmanın zəif və güclü cəhətlərini ifadə etdirmək üçün strateji fəaliyyətin əlaqələndirilməsini özündə əks etdirir.
– Təşkilati – strateji qabağıgörmənin dərk edilməsi, təşkilatın formalaşması və yaşadılması üçün menecerlər tərəfindən onun müntəzəm və dinamik inkişafının həyata keçirilməsini nəzərdə tutur.
Strategiyanın mahiyyəti. Strategiya, təşkilatın tapşırıqlarının həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərdən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə (göstəricilərə) əsaslanmalıdır. İndiki biznes dünyasında effektiv rəqabət aparmaq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik) verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji planlar elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini təkmilləşdirmək və yenidən istiqamətləndirməklə dinamikliyi və elastikliyi təmin etmiş olsunlar.
Ümumi strateji plana firmanın uzunmüddətli dövr üçün fəaliyyətini istiqamətləndirən kompleks tədbirlər proqram kimi baxmaq lazımdır.
Strategiyanın seçilməsi. Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Risk – qazanc və yaxud itki verə bilən fəaliyyətdir. Kifayət qədər ölçülüb-biçilməmiş və əsaslandırılmamış yüksək dərəcəli risk təşkilatı müflisləşdirib dağıda bilər.
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması və onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur.
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez konkret strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik, bazarın tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar ata bilər.
Vaxt amili. Qərar qəbul edilməsi zamanı vaxt amili müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər.
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına görə qurula bilər.
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin gedişinə mütənasib qurulmalıdır.
Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007
Comments are closed, but trackbacks and pingbacks are open.