Press "Enter" to skip to content

Pişəvər gecələri və əl Müraciət

amma bir sualim var ..Piwavar mantaqasi indi ahli sunna di ya Shia(Ahlibeyt davamcilari) a?

Pişavər gecələri

*********PİŞAVƏR GECƏLƏRİ******** (səhifə 43) Bilin ki, bu əməllərin, qətillərin məs᾽uliyyətini, «şiələr Əlipərəst, müşrik və kafirdir» deyən sizin kimi alimlər daşıyır. Hər şeydən xəbərsiz saf və avam sünnilər də bu cür sözləri qəbul edib, savab qazanmaq qəstiylə, bu növ əməllərə təşəbbüs göstərirlər». İSLAM HƏR CÜR İRQÇİLİYİ QADAĞAN ETDİ Əvvəldə söylədiyiniz sözün cavabını verdikdən sonra əsl mətləbə keçəcəyəm. «Siz hicazlı, Məkkədən və mədinəli olduğunuz halda, nə üçün iranlıları müdafiə edirsiz?» deyə buyurduğunuz sözünüzə gəlincə, bu aydındır ki, məkkəli, mədinəli və məhəmmədi olmaq iftixarımdır; yalnız cəhalət və ağılsızlıqdan qaynaqlanan irqçilik təəssübü qətiyyən məndə yoxdur. Çünki uca cəddim Xatəmul-ənbiya (s) hər millətin qövm və vətən sevgisini nəzərə alaraq, «Vətənin sevgisi imandandır» cümləsini buyurmaqla, hər qövm və millətə vətəni sevməyi əmr etmişdir. Rəsulallahın (s), insanların birliyi və onlardan hər növ mə᾽nasız düşüncələri aradan aparmaq yolunda atdığı ən böyük addımlardan biri də, irqçilik və cahilyanə təəssübləri tamamilə aradan aparması idi. Uca bir səslə bütün insanların diqqətini, buyurduğu bu sözə cəlb etdi: «Ərəbin əcəmə, əcəmin ərəbə, ağ dərilinin zənciyə, zəncinin də ağ dəriliyə elm və təqvadan başqa heç bir üstünlüyü yoxdur». Yenə Rəsulallah (s), alim və təqvalı şəxslərin məsələni səhv başa düşüb, buyruğundan sənəd ittihaz etməmələri, təvazökarlıqdan uzaqlaşıb, başqalarına qarşı kibr və mənəmçilik göstərməmələri üçün belə buyurdu: «Ərəbdən olmağım iftixar deyildir; Adəm övladlarının seyidi (ağası) olmağım da iftixar deyildir». Zikr edilən bu cümlənin məxsus mə᾽nası budur ki, ərəb və Adəm övladlarının ağası ‒ şərəflisi olmağıma baxmayaraq, bu məqam və soyla başqalarına qarşı öyünmürəm. Peyğəmbərin (s) iftixarı, sadəcə Allahın itaətkar qulu olmasıdır. Allaha yalvarışlarında belə ərz edirdi: «Allahım! Sənə qul olmağım mənə iftixar olaraq yetər». Allah-təala «Hücurət» surəsinin 13-cü ayəsində belə buyurmuşdur: «Ey insanlar! Həqiqətən biz sizi bir kişi və bir qadın olaraq yaratdıq və bir-birinizlə danışmağınız üçün sizi xalqlar və qəbilələr halında olmağınızı qərar verdik. Heç şübhəsiz, Allah qatında sizin ən üstün [kərim] olanınız, təqvaca ən irəlidə olanınızdır». Gördüyünüz kimi, Allah-təala fəzilət, üstünlük və ucalığı təqvada qərar vermişdir. Yenə «Hücurət» surəsinin 10-cu ayəsində belə buyurur: «Həqiqətən mö᾽minlər qardaşdırlar. Belə isə, aralarında sülh yaradın». Ağ, qara, sarı və qırmızı dərili irqdən olan kəndli, şəhərli, Afrikalı, Asiyalı, Avropalı və Amerikalı olan bütün insanlar, İslam bayrağı və «La ilahə illallah Məhəmməd Rəsulallah» kəlməsi altında bir-biriylə qardaşdırlar və heç birinin başqa birisindən ‒ təqva xaric olmaqla ‒ üstünlüyü yoxdur. İslamın uca rəhbəri Xatəmul-ənbiya (s) da əcəmdən olan Salman Farsini, Rumdan olan Sühayb Rumini və Həbəşədən olan zənci Bilalı məhəbbət və sevgiylə qəbul etməyi əməlində açıq göstərmişdir. Lakin ərəblərin ən yaxşı irqindən, şərif soydan olan əmisi Əbu Ləhəbi özündən uzaqlaşdırdı və onun haqqında bir surə belə nazil oldu və aşkar belə buyurdu: «Əbu Ləhəbin iki əli qurusun və qurudu da…». BÜTÜN POZĞUNÇULUQ VƏ SAVAŞLAR İRQÇİLİK SƏBƏBİNDƏNDİR Bütün fitnə, fəsad, savaş və çəkişmələr, irqləri ilə öyünmələrdən və cahillik təəssübünə görədir. Almanlar deyirlər ki, Ariya və Cirmin irqi bütün irqlərdən üstündür. *********PİŞAVƏR GECƏLƏRİ******** (səhifə 44) Japonlar deyirlər ki, ağalıq haqqı sarı dərili olan irqindir. Avropalılar da deyirlər ki, ağ dərili olanlar böyük və üstündürlər. Ucqar Amerikada zəncilər insan haqlardan məhrumdurlar; hətta ağların kafe, kinoteatr və mehmanxanalarına girməyə belə haqları yoxdur. Bir xristian zəncinin ağların kilsəsinə girməyə haqqı yoxdur. Təəccübləndirici şey budur ki, məbəddə də bir səviyyədə oturmağa haqqları yoxdur. Zəncilərin ziyalı və alimləri ağ dərili ziyalıların elmi toplantılarında iştirak edərlərsə, məclisin arxa tərəfində oturmalı, ağ dərililərin qarşısında elmlərini izhar etməməlidirlər. Zənci olan bir ziyalı, ağ dərili gəncin qarşısında tə᾽zim edib, təslim olmalıdır. Zənci tələbələri, ağ dərililərin məktəblərinə buraxmırlar; hətta qatarın vaqonlarının arasında olan keçidə bir zənci durub qalsa da, onun ağ dərililərin boş olan vaqonlarına keçmək haqqı yoxdur. Qısaca desək, Amerikadakı zəncilərin öz azadlıqları üçün apardıqları mübarizəyə baxmayaraq, heyvanların cərgəsində sayılırlar. Ağ dərililər kimi mövcud imtiyazlardan yararlanmaq haqları yoxdur . Lakin müqəddəs İslam dini azğın və xurafat bütün əqidələri, 1400 il bundan əvvəl aradan aparmış və «bütün müsəlmanlar, hansı irq və qəbildən olursa-olsunlar, möhtərəmdirlər», -deyə buyurmuşdur. Avropalı, Asiyalı, Afrikalı müsəlmanlar bir-birlərinə qarşı məhəbbət bəsləyib, ədalətli davranmalıdırlar; dünyanın harasında olurlarsa-olsunlar, daima bir-birlərinə yardımçı və dərdlərinə şərik olmalıdırlar. İslam məkkəli, mədinəli və hicazlı müsəlmanlar ilə digər məmləkətlərin müsəlmanları arasında heç bir fərq qoymamışdır. Bu səbəbdən, soyum Hicazi, Qureyşi, Haşimi və Məhəmmədi olduğuna görə, haqqı gizlətməyim və təkzim etməyim doğru deyildir. Qətiyyətlə deyirəm ki, saxta hicazlıları mərdud sayır və iranlı müsəlmanları isə sevirəm. Biz insanların qəlbinə və imanına baxırıq, zahirinə yox! Üstəlik, siz iranlı ğulatları heç bir dəliliniz olmadan, pak, müvəhhid və xalis şiələrlə qarışdırdınız. ĞULATIN ƏQAİDİ, ONLARIN QINANILMASI VƏ ƏBDULLAH BİN SƏBANIN LƏ᾽NƏTLƏNMƏSİ TAMAM BAŞQA MƏSƏLƏDİR Də᾽vətçi: «Əmirəl-mö᾽minin həzrəti Əlinin (ə) bütün şiələri, Allah-təalanın seçilmiş qulları, Allah-təalaya, Onun qulu və rəsulu olan Məhəmmədə (s) itaət edən və Əli ibn Əbu Talib (ə) haqqında həzrət Peyğəmbərin buyurduğundan başqa bir şey söyləməyən kəslərdir. Bizlər həzrət Əlini (ə) Allahın saleh qulu və Rəsulallahın (s) da vəsisi və xəlifəsi bilirik. Biz, bu əqidədən başqa bir əqidəyə sahib olan kəsi özümüzdən uzaq sayır, onu mərdud bilirik. Məsələn, səbaiyyə, xətabiyyə, ğarəbiyyə, ulyaviyyə, muhamməsə, buzəyğiyyə və İranın bə᾽zi kənd və şəhərlərində, Mosul və Suriyada Əhli-Haqq adıyla tanınmış və sair bu kimi bə᾽zi ğulat qruplar da vardır. Bütün şiələr bu inancdadırlar; onları kafir, mürtəd və nəcis bilirlər. Şiə müctehidləri bütün fiqh və əhkam kitablarında ğulatı kafirlər cərgəsində zikr edirlər; çünki onlar artıq dərəcədə azğın inanclara sahibdirlər. Məsələn, deyirlər ki: «Ruhani şeyin, cismani halda zühur etməsi mümkün deyildir. Cəbrail «Dehyei-Kəlbi» surətində həzrət Peyğəmbərə zahir olurdu; Haqqın (Allahın) hikməti həkimanəsi, zatı əqdəsinin bəşər surətində aşkar olması lazım gəlirdi. Buna görə, həzrət Əlinin surətində zahir oldu!». *********PİŞAVƏR GECƏLƏRİ******** (səhifə 45) Bax bu səbəbdən, həzrəti Əlinin (ə) məqamını həzrət Peyğəmbərin (s) müqəddəs məqamından daha uca bilirlər. Həzrəti Əlinin (ə) yaşadığı dövürdən e᾽tibarən, insu-cin şeytanlarının aldatmalarıyla, bir qrup insanlar bu əqidəyə sahib olmuşlar. Həzrəti Əlinin (ə) özü Hindistan və Sudandan gələn və o həzrətin ilahlığını iddia edən bir qrup insanlara xeyli nəsihət etdi. Bu nəsihətlərin bir fayda vermədiyini gördükdə, onların dumanlı quyularda (tarix kitablarında nəql edildiyinə görə) öldürülmələrini əmr etdi. Bu hadisənin izahı, «Biharul-ənvar» kitabının VΙ cildində ətraflı şəkildə zikr edilmişdir. Əmirəl-mö᾽minin həzrət Əli və digər mə᾽sum imamlar (Allahın salamı olsun onlara), onlara lə᾽nət edib, özlərindən uzaqlaşdırmış və onlardan təbərri etmişlər. Yenə bizim mö᾽təbər kitablarımızda mövlamız Əmirəl-mö᾽minin Əlinin (ə) belə dua etdiyi nəql olunmuşdur: «Allahım! İsa bin Məryəmin Nəsaradan (Xristianlar) təbərri etdiyi kimi, mən də ğulatdan uzağam. Allahım! Onları daima zəlil et və heç birinə yardım etmə». Digər bir rivayətdə də, həzrət Əli (ə) belə buyurmuşdur: «Mənə görə iki qrup insanlar həlak olacaqdır (bu işdə mənim heç bir günahım yoxdur): Sevgidə həddini aşanlar (yə᾽ni ifrat və ğuluv edənlər) və sevməyib geri qalanlar (yə᾽ni düşmən olanlar). Biz, haqqımızda həddini aşacaq dərəcədə ğuluv (mübalağa) edən kəslərdən, İsa bin Məryəmin nəsranilərdən təbərri etdiyi kimi təbərri edir və Allaha sığınırıq». Həzrət Əli (ə) yenə buyurmuşdur: «Mənə münasibətdə ifrata varan iki qrup insan həlak olacaqdır: Ğuluv edərək sevən və nifrət edərək düşmənlik edən». Bax bu səbəbdən, on iki imam şiələri, Əmirəl-mö᾽minin Əli (ə) və mütəhhər Əhli-beyti haqqında nəzm və nəsir olaraq ğuluv edən, onları Allah və Rəsulunun müəyyən etdiyi məqamın kənarına çıxaran və übudiyyət məqamından rübubiyyət məqamına yüksəldən kəslərdən təbərri edirlər. Belə bir əqidəyə sahib olan kəslər bizdən deyilər; onlar ğulat və məl᾽unlardandırlar. Sizlər şiə camaatını onlardan ayrı bilməlisiniz. Çünki imamiyyə alimləri, ğulatın kafir və nəcis olmalarına icma etmişlər. Əgər şiə fəqihlərinin «Cəvahirül-kəlam», «Məsaliq» və digər kitablarına, mərhum Ayətullah Yəzdinin (quddisə sirruh) «Urvətul-vüsqa» və Ayətullahil-uzma İsfahaninin (muddə zilluhul-ali) «Vəsilətun-nicat» adlı risalələrinə (kitablarına) müraciət etsəniz, «Təharət», «Zəkat», «Nigah» və «İrs» bablarında müctehidlərimizin onların kafir və nəcis olduqlarına dair fitvalarını görərsiniz. Bütün müctehidlərimiz, onların qüsul və dəfnində iştirak etmənin, onlarla evlənmənin, müsəlmanın miras haqqının və hətta sədəqə və zəkatın onlara verilməsinin caiz olmadığına dair fitva vermişlər. Qurtuluş əhli olan şiələr, kəlam və əqaid kitablarında, bu fasid və kafir firqədən təbərri etmənin hər müsəlmana, xüsusilə əqidələri xalis olan şiələrə fərz və lazımlı olduğu, geniş bir şəkildə, dəlillərlə açıqlanmışdır. *********PİŞAVƏR GECƏLƏRİ******** (səhifə 46) Ğulatın inkarına dair kifayət qədər ayə və hədis mövcuddur; biz onlardan bə᾽zisini sizlərə bildiririk. Allah-təala, Maidə surəsinin 77-ci ayəsində belə buyurur: «De ki: «Ey kitab əhli, haqqsız yerə dininiz mövzusunda [İsanı nübuvvət məqamından ilahlıq məqamına qaldıraraq] ifrata getməyin və əvvəldə, bir çoxunu azdırmış və düz yoldan çəkindirmiş bir qövmün [xristian keşişlərinin] həvayi-nəfslərinə uymayın». Mərhum Əllamə Məclisi (quddisə sirruh) şiənin elm ensiklopediyası olan «Biharul-ənvar» kitabının 30-cu cildində onların (ğulat) qınanması və risalət ailəsinin onların iddia etdiyi şeydən uzaq olmaları xüsusunda bir çox rivayətlər nəql etmişdir. Məsələn, imam Cəfər Sadiqdən (ə) nəql etmiş olduğu hədisin mə᾽nası məxsus olaraq belədir: «Biz, Allah-təalanın bizi yaratdığı və seçdiyi qullarıq… Biz mütləq öləcəyik, sorğu-sual olunacağıq (biz də sizin kimi bəşərik). Ğulatı sevən bizə nifrət etmişdir; onlara nifrət edən bizi sevmişdir. Kafir və müfəvvize olan ğulat, müşrikdirlər; Allah ğulata lə᾽nət etsin». Yenə şiənin böyük rəhbərlərindən olan İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql etmişlər: «Allah, Əbdullah bin Səbaya lə᾽nət etsin; o Əmirəl-mö᾽minin Əli (ə) haqqında rübubiyyət (ilahçılıq) iddiası etdi. Allaha andolsun ki, Əmirəl-mö᾽minin Əli (ə), Allahın itaət edən qullu idi. Bizə böhtan deyən qullara yazıqlar olsun! Bə᾽zi kəslər, söyləmədiyimiz şeyi bizim haqqımızda söyləyirlər. Biz onlardan təbərri edib, Allaha sığınırıq. Yenə biz onlardan təbərri edib, Allaha sığınırıq». Şiə fəqihlərinin iftixarı olan Əbu Cəfər Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babeveyh Qummi (quddisə sirruh) «Əqaidi-Səduq» kitabında şiənin e᾽tibarlı ravilərindən, Əhli-beytin elmini qoruyanlardan və həzrət Baqirul-Ulum və həzrət Sadiqin (ə) əshabından olan Zürarə bin Ayəndən belə bir rəvayət nəql etmişdir: «İmam Sadiqə (ə), «Əbdullah bin Səbanın övladlarından biri təfvizə inanır»deyə ərz etdim. İmam (ə); «Təfviz nədir?» deyə soruşdu. Belə deyirlər deyə ərz etdim: «Allah-təala Məhəmməd və Əlini yaratdı, sonra qulların işlərini onlara təfviz etdi (öhdəsinə buraxdı), onlar da yaratdılar, rızq verdilər, diriltdilər və öldürdülər». İmam (ə) bu sözü eşidcək, belə buyurdu: «Allahın düşməni yalan söyləmişdir; gedib Rə᾽d surəsindəki bu ayəni ona oxu: «Yoxsa Allaha bir sıra şəriklər qoşdular ki, Onun (Allahın) yaratdığı kimi [guya onlar da] yaratdılar və sonra da [bu iki] yaranmışlar [qarışıb] bir-birinə oxşadılar. De: «Hər şeyin yaradanı yalnız Allahdır və O, təkdir, hər şeyə qadirdir» . Daha sonra buyurdu: «Bu ayə, Allah-təalanın birliyinə aşkar şəkildə dəlalət etməkdədir». Zürarə belə deyir: «Onun yanına qayıtdıqda, İmamın (ə) buyurduğu bu ayəni ona oxudum. Bu ayəni oxumaqla, sanki onun ağzına bir daş qoydum, beləcə, susub qaldı». Ğulat firqəsini qınamaq və onları lə᾽nətləmək xüsusunda buna bənzər bir çox rəvayətlər bizim e᾽tibarlı kitablarımızda yer almaqdadır. Avam xalqın aldadılmasına səbəb ola bilən sözləri ağzınıza almamağınız və ədli ilahi məhkəməsində mühakimə edilməməniz üçün bizim sizin alimlərinizin kitablarını oxuduğumuz kimi, sizin də şiə alimlərinin e᾽tibarlı kitablarını oxumağınız yaxşı olardı. *********PİŞAVƏR GECƏLƏRİ******** (səhifə 47) Möhtərəm ağaların insafla danışmaqlarını istəyirəm; görəsən, imamlarımızın, şiələri hidayət etmələri üçün belə bəyan etdikləri və həqiqi şiələri, yə᾽ni həzrəti Əlinin (ə) tə᾽qibçiləri və övladları, rəhbərlərindən belə rəvayətləri eşdikləri halda, yenə də onları Allah və ya İlahilik məqamına ucaldarlarmı? Ğulat firqəsi tamamilə bizdən uzaqdır, biz də onlardan uzağıq. Zahirdə şiəlik iddiasında olsalar da, Allah-təala, Peyğəmbər (s), Əli (ə) və Əli övladları hamısı və bütün şiələr onlardan uzaqdırlar. Çünki mövlamız Əmirəl-mö᾽minin həzrət Əli (ə) ğulatların rəhbəri olan məl᾽un Əbdullah bin Səbanı üç gün həbs etmiş, tövbə etməsini istəmiş, qəbul etmədikdə, məcburən onu oda atıb yandırmışdır. Allah xatirinə, e᾽tiraf edin, alimlərinizin təəssübkeşliklərindən və keçmişlərinə uyaraq «şiə məktəbinin qurucusu məl᾽un Əbdullah bin Səbadır» demələri və ya yazmaları utandırıcı deyilmi? Şiə alimləri bu məsələ ilə bağlı bütün kitablarında imamlarına bağlanmış, Əbdullah bin Səbanı məl᾽un bilmişlər. Əbdullah bin Səbaya uyan kəslər də məl᾽undurlar, çünki onlar ğulatdırlar. Peyğəmbərin (s) Əhli-beyti haqqında ifratçı düşüncəyə sahib olanlardırlar. Əgər sizin təəssübkeş alimlərinizin yazdığı və digər şəxslərin də kor-koranə onlara bağlanaraq tədbirlərdə və minbərlərdə söylədikləri kimi, məl᾽un Əbdullah bin Səba şiə məktəbinin qurucusu və şiələr də onun tə᾽qibçiləri olsaydı, o zaman ən azından şiə kitablarından birində o vəsf edilərdi. Əgər siz şiə alimlərinin kitablarının sadəcə olaraq birində məl᾽un Əbdullah bin Səbanı mədh etdiklərini göstərsəniz, mən bütün sözlərinizə təslim olacağam. Amma əgər göstərməsəniz (qətiyyən göstərə bilməzsiniz), o zaman hesab günündən və ədli ilahi məhkəməsindən qorxun və pak müvəhhid şiələri məl᾽un Əbdullah bin Səbanın tə᾽qibçiləri kimi tanıtmayın və məsələni hər şeydən xəbərsiz avam xalqa yanlış çatdırmayın. Yenə alicənab qardaşlardan ricam budur ki, elm əhlindən olduğunuz üçün daima qayda, elm, məntiq və həqiqət üzərində danışın; düşmənlərin inadkarcasına şiələrə nisbət verdikləri azğın və məntiqsiz sözlərdən çəkinin». Hafiz: «Sizin qardaşcasına söylədiyiniz nəsihətlərinizi ağıllı olan hər kəs qəbul edib, diqqət edir. Lakin icazənizlə, məndə həmahənglik olması üçün bə᾽zi şeyləri ərz edim». Də᾽vətçi: «Çox şad olaram, buyurun». Hafiz: «Siz söhbətlərinizdə daima; «Biz imamlar haqqında ğuluv etmirik» deyirsiniz, ğulatı məl᾽un və cəhənəm əhli bilirsiniz. Amma bu iki gecədə dəfələrlə imamlar haqqında sizdən bə᾽zi sözlər duyulur; bəyan etdiyiniz görə, onlar bu cür sözlərə razı deyildilər. Mümkünsə, siz də danışdığınızda qınanmağa yol açacaq sözlər söyləməməniz üçün diqqətli olun». Də᾽vətçi: «Mən təəssübkeş və cahil bir kəs deyiləm, danışığımda yanlışlıq olarsa, deyin, çox şad olaram. Çünki insan yanılan və unutqan bir varlıqdır. Bu iki gecədə hidayət imamlarının rizasına zidd olan, elm, əqil və məntiqlə uyğun olmayan şeylər görsəniz, rica edirəm ki, açıq şəkildə bəyan edin». Hafiz: «Bu iki gecədə dəfələrlə imamlarınızın adını dedikdə, «Rədiyallahu ənhum» yerinə «Salamullahi əleyhim» və ya «Salavatullahi əleyhim» buyurdunuz. Bu isə, özünüz də bildiyiniz kimi, Əhzab surəsindəki bu ayənin hökmüylə «Heç şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat edirlər. Ey iman edənlər, siz də ona salat edin və tam bir təslimiyyətlə ona salam verin» salat və salam sadəcə Rəsulallaha (s) məxsusdur. Amma siz danışığınızda imamlar haqqında salat və salam söyləyirsiniz. Etdiyiniz bu əməlin Qur᾽anın tə᾽birinə zidd olması, çox aşkar görünür. Sizə qarşı irəli sürülən iradlardan biri, bax elə bu məsələdir. Belə bir şey bid᾽ətdir, «bid᾽ət əhli də, zəlalət əhlidir» deyirlər». Ardı (iltimasi-dua)

Комментарии 16

9 июн 2015
Поделиться 0
9 июн 2015
Salamun Eleykum Halal et şekili kopiravat etdim tşk
Поделиться 0
10 июн 2015
atın ortaya şie sünnü söhbetini qıraq bir birimizi.Amerika Fransa İsrail baxıb lezet alsınlar
Поделиться 0
10 июн 2015
Muxtar Səqəfi ответил serdar

Əyər biz bu kitabdakıları qəbul etsək, Vəhdət yaranar və adın çəkdiylərini bir yerdə yox məhv edərik.Vəhdətimiz bu kitabdadır onlar bu kitabın kökünü kəsmək istiyirlər.Amma biz şiə sünni qırır bir-birini adını veririk bu kitab üçün.Adını belə yazıblar yaddaşımıza.Amma lazım olan bütün sualların cavabı məsh bu kitabda var.

Поделиться 0
10 июн 2015

bütün sualların cavabı Qurani kerimdi..bu yazılan kitabdasa cavab yoxdu.bu kitab iki tireliyi tebliğ edir..Allah bir birinizi sevin bir birinize kömek edin deyir..bu kitabdasa « men iranlıları sevirem » yazılır.

Поделиться 0
10 июн 2015
Muxtar Səqəfi ответил serdar

Sənə and verirəm Allaha heç bu kitabı oxumusan axıra kimi ? Qurani Kərimnən gətirdiyi dəlilləri görmürsən ?

Поделиться 0
11 июн 2015

men bu kitabı oxumamışam sadece burda yazılanları oxudum.Qurannan yazıldığı ayetleri çıxmaq şertile qalan sözler iki tirelikden başqa bir şey deyil.

Поделиться 0
11 июн 2015

meselen sünnüleri saf ve avam adlandırır,onları bidet zelalet ehli adlandırır,men iranlıları sevirem deyir halbuki 30 milyon Azerinin orda bir mekteb açmasına icaze vermiyenleri nece sevmek olar

Поделиться 0
11 июн 2015

hezreti Elinin makamını ««Alemlere rehmet olaraq gönderilen,ümetim ümetim deye üzülerek öz şefaet duasını qiyamete saxlıyan nur üzlü Peyğamberimizin makamınnan nece üstün tutar»

Поделиться 0
11 июн 2015

peyğamberlik gelerken hezreti Elinin 9 yaşı vardı Hezreti Cabrayıl onun simasında nece gele bilerdi..mence saf avam sünnüler yox şielerdi ağıllarına ne geldi yazırlar

Поделиться 0
11 июн 2015

Qardaşlar, ilk öncə qeyd edim ki, bir şey haqda rəy bildirərkən heç vaxt tələsməyin və bildirdiyiniz rəydən başqa düzgün yoxdur kimi fikrləşməyin. Bu təkəbbürlük əlamətidir. Allah bizləri təkəbbürlük edib Allahın öz kəlamlarına qarşı çıxanlardan olmaqdan qorusun.

Поделиться 0
11 июн 2015

Serdar haciyev, Bu kitabı tam oxusanız orda vəhdət barədə olan təbliği və kitabın nəhəyətində sünni şiə qardaşların qucaqlaşıb görüşərək biri- birindən ayrıldıqlarının şahidi olarsız. Kitabda yazılanların həqiqət olduğunu bilmək üçünsə saf qəlblə, doğru baxışla, həqiqət axtaran gözlə bu kitabı oxumaq lazımdır. Allah hidayət olmaq istəyənləri hidayət edər.

Поделиться 0
11 июн 2015
Biz Hüseyndən ! Bəs Sən ? ответил Boz
Ələykum Salam, buyurun soruşmağa ehtiyac yoxdur.
Поделиться 0
12 июн 2015
Boz Qurd ответил Biz Hüseyndən ! Bəs Sən ?
Allah razi olsun
Поделиться 0
13 июн 2015
Biz Hüseyndən ! Bəs Sən ? ответил Boz
Allah cəmiən razı olsun.
Поделиться 0
13 июн 2015

Kebela torpaginin Merdi Merdani Huseyn,
Gozunde yaş dolanan govheri Zehradi bu,
Xalis eşqiyle qiyam Allaha xatirdi Huseyn,
İffeti qeyretledi Zeynebi Kubradi bu.

Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 2 марта в 19:35
Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin.
добавлена 24 февраля в 06:33

Əssəlamu əleykum va rahmətullahi va bərakətuh bu gün iki mübarək gün üst üstə düşüb bu mübarək günün biri Cümədi digəri isə İslam Peyğəmbərinin.s.ə. nəvəsi 3cu imamımız İmam Hüseynin.ə.s. mövlududu (ad günü) bu mübarək günlər münasibəti ilə başda İmam Zaman Ağa.ə.f. olmaqla və siz əzizləri təbrik edirik Allah bu günlərin hörmətinə özümüzdən ailəmizdən heç birini ibadətsiz itaətsiz quransiz imansız bu dünyadan aparmasın inşəAllah iltimasi dua.

Pişəvər gecələri və əl Müraciət

bilindiyi kimi vovkalar Pişəvər gecələri adlı kitabın yalan və uydurma olduğunu, şilərin özləri tərəfindən yazıldığını iddia edirlər. bu isə onların beyinsizliyindən xəbər verir. çünkü o söhbətlərin hamısı vaxtı ilə qəzetlərdə çap olunubdr. o qəzet səhifələrindən bəzilərini tapa bilmişəm. buraya yükləyək ki, şagirdləri aparıb şərəfsiz qamətin gözünə soxsunlar

söhbətlərin çap olunduğu “Dürrü Nəcəfi” jurnalının 1 və 2-ci səhifləri

  • al-Islam , master_ier и fidan это нравится

bloqlarım:

#2 Elmeddin

Muqaddam – Lieutenant Colonel

Отправлено 07 Сентябрь 2010 – 09:42

yenə onlar eyni iddianı əl Müraciət haqqında da edirlər. və kitabda adı çəkilən sünnü alimi Şeyx Səlimin əslində olmamış bir adam olduğunu deyirlər. həqiqətdə isə Şeyx Səlim əl Bişri əl Əzhərin 31-ci şeyxi olub. bunu əl Əzhər şeyxlərinin siyahısından da görmək olar. aşağıda isə Şeyxin şəklini yerləşdirirəm

  • al-Islam и Almir это нравится

bloqlarım:

#3 Shemsi

Muqaddam – Lieutenant Colonel

Отправлено 07 Сентябрь 2010 – 12:51

ƏHSƏN!
Allah razı olsun.

  • Elmeddin это нравится

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#4 Elmeddin

Muqaddam – Lieutenant Colonel

Отправлено 07 Сентябрь 2010 – 16:34

amin əcməin

bloqlarım:

#5 Muslimanin

Muslimanin

Jundi Awwal – Soldier 1st class

Отправлено 01 Октябрь 2010 – 23:22

Allah Razi olsun ..amma bir sualim var ..Piwavar mantaqasi indi ahli sunna di ya Shia(Ahlibeyt davamcilari) a?

#6 Elmeddin

Muqaddam – Lieutenant Colonel

Отправлено 02 Октябрь 2010 – 13:54

amma bir sualim var ..Piwavar mantaqasi indi ahli sunna di ya Shia(Ahlibeyt davamcilari) a?

bu haqda məlumatım yokdur

bloqlarım:

#7 Kanan_313N

Kanan_313N

Отправлено 26 Октябрь 2010 – 21:41

Bismillah,xahish edirem kimdese varsa onun elektron versiyasini menim ucun qeyd etsin(sayti ve ya linki).Yalniz III hisse lazimdir,digerlerini oxumusham,amma 3-u tapa bilmedim

#8 xmikail

Отправлено 04 Ноябрь 2010 – 00:04

Bismillah,xahish edirem kimdese varsa onun elektron versiyasini menim ucun qeyd etsin(sayti ve ya linki).Yalniz III hisse lazimdir,digerlerini oxumusham,amma 3-u tapa bilmedim

Pesaver Geceleri ama turkce.

. A кoгдa oни coбpaлиcь вce
тaм, тo дpyгoй cкaзaл o пepвoм:
“Гocпoди! Эти cбили нac, пoшли жe им
нaкaзaниe двoйнoe из oгня”. Oн cкaзaл:
“Kaждoмy – двoйнoe, тoлькo вы нe
знaeтe!”(7:38)

#9 Kanan_313N

Kanan_313N

Отправлено 04 Ноябрь 2010 – 20:54

Bismillah,xahish edirem kimdese varsa onun elektron versiyasini menim ucun qeyd etsin(sayti ve ya linki).Yalniz III hisse lazimdir,digerlerini oxumusham,amma 3-u tapa bilmedim

Pesaver Geceleri ama turkce.

Bismillah,Allah razi olsun.

#10 samral

Отправлено 24 Июнь 2014 – 17:32

Kitabın adı: Pişavər gecələri
Müəllif: Seyid Məhəmməd Musəvi Şirazi
Tərcümə edən: Beytul-Hikmət TM
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Çap növbəsi: Birinci
Tiraj: 3000
ISBN 964-5934-92-3

Kitabın adı: Pişavər gecələri (2-ci cild)
Müəllif: Seyid Məhəmməd Musəvi Şirazi
Mütərcim: Beytul-Hikmət TM
Naşir: Fəcri-Quran
Çap növbəsi: Birinci
Tiraj: 3000
ISBN 964-2603-14-4

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#11 qeriban2

Отправлено 24 Июнь 2014 – 21:57

bilindiyi kimi vovkalar Pişəvər gecələri adlı kitabın yalan və uydurma olduğunu, şilərin özləri tərəfindən yazıldığını iddia edirlər. bu isə onların beyinsizliyindən xəbər verir. çünkü o söhbətlərin hamısı vaxtı ilə qəzetlərdə çap olunubdr. o qəzet səhifələrindən bəzilərini tapa bilmişəm. buraya yükləyək ki, şagirdləri aparıb şərəfsiz qamətin gözünə soxsunlar

söhbətlərin çap olunduğu “Dürrü Nəcəfi” jurnalının 1 və 2-ci səhifləri

bu ne qezetidir ve orada ne yazilib? meyer neyinse qezetde cixmasi neyi ise subut edir? ozunuze teselli verirsiniz yeqin.

#12 samral

Отправлено 27 Июнь 2014 – 04:27

bu ne qezetidir ve orada ne yazilib? meyer neyinse qezetde cixmasi neyi ise subut edir? ozunuze teselli verirsiniz yeqin.

Qəriban Elməddin qardaş demək istəyib ki, yəni bu kitab uydurma deyil. O dövrə aid qəzet səhifələri həqiətən belə bir münazirənin olduğunu sübut edir. Belədi ki, kitabı oxuyub mövzularla da tanış ola bilərsən.

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#13 samral

Отправлено 27 Июнь 2014 – 04:37

Orijinal Adı: Şebha-i Peşaver
Hazırlayan: Seyyid Muhammed Musavî
Mütercimler: Fahrettin Altan, Kadri Çelik, Arslan Başaran, Serdar
Aytekin, Yusuf Töre, Mehdi Aksu
Yayınlayan: İmam Ali (a.s) Müessesesi

  • Arif это нравится

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#14 samral

Отправлено 27 Июнь 2014 – 04:45

Kitabın adı. Əl-Muraciat
Müəllif. Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi
Nəşr edən. Şəhriyar
Çap növbəsi. İkinci
Çap tarixi. 2007
Tiraj. 3000
ISBN. 964-5934-48-6

  • Arif это нравится

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#15 tatar.

Amid – Brigadier General

Comments are closed, but trackbacks and pingbacks are open.