Press "Enter" to skip to content

Plastik kütlələrin emalı

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev

Plastik kütlələrin emalı

You are using an outdated browser. Please upgrade your browser to improve your experience and security.

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev

“Şirvan Araz zavodu” MMC

Əli Bayramlı Araz zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən Uzaq rabitə Elmi-İstehsalat Birliyinin filialı kimi Uzaq rabitə adı altında fəaliyyətə başlamışdır.

1991-ci ildə Leninqrad Uzaq rabitə EİB-in əmrinə əsasən Əli Bayramlı Uzaq rabitə filialı həmin birliyin Əli Bayramlı şəhərində yerləşən Araz zavodu ilə birləşdirilərək Əli Bayramlı Araz zavodu adlandırılmış və Bakı Ulduz EİB-in tabeliyinə verilmişdir.

1993-cü ildə zavod Ulduz EİB-in tərkibində Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.

1995-ci ildə zavod Ulduz EİB-in tərkibindən çıxarılmış və müstəqil müəssisə olaraq Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.

2006-cı ildən Əli Bayramlı Araz zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir.

Şirvan Araz zavodunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı.
  • Rabitə avadanlığı üzrə coxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı.

Şirvan Araz zavodunun texnoloji imkanları:

  • metalların mexaniki emalı;
  • metalların ştamplama ilə emalı;
  • plastik kütlələrin emalı;
  • elektrik-qövs qaynağı;
  • qaz qaynağı;
  • ağac emalı;
  • mebel hazırlanması.

Plastik kütlələrin emalı

16 марта 2014

В группе 321 участник

İntiqam Əliyev: Polimer Məmulatları Zavodu Azərbaycanın su ötürmə kollektor xətləri problemini həll edib Şirifti böyüt Şirifti kiçilt Şirifti böyüt Çap et İntiqam Əliyev: Polimer Məmulatları Zavodu Azərbaycanın su ötürmə kollektor xətləri problemini həll edib Hazırda ölkəmizin hər bir bölgəsində kanalizasiya, su sistemlərinin yenidən qurulduğu, qazlaşdırma işlərinin aparıldığı göz önündədir. Hələ də çoxları bilmirlər ki, bu işlərin həyata keçirilməsində istifadə edilən borular yerli istehsaldır. Bəs həmin boruların istehsalçısı kimdir? Bu borular əhalini uzun illər davamlı su və qaz ilə təmin etməyə imkan verən keyfiyyətə malikdirmi? Polimer Məmulatları Zavodu Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən 17 zavoddan biridir. “Marja”nın əməkdaşı həmin müəssisədə olaraq zavodun direktoru İntiqam Əliyevdən fəaliyyətləri haqqında ətraflı məlumat alıb. Polimer Məmulatları Zavodu ilə ilk tanışlığımız kollektor xətlərində istifadə edilən kanalizasiya, su və qaz borularının istehsal olunduğu sexdən başladı. İntiqam Əliyev bildirdi ki, sexdə təzyiqə davamlı və təzyiqsiz borular istehsal olunur: “Bu gördüyünüz üç xətt Almaniyanın “Unicor” firmasından alınıb, saatda 1250 kiloqram polipropileni emal etməyə gücü çatır. Bu xətlərdə diametri 15 santimetrdən 1,2 metrə qədər təzyiqsiz borular istehsal olunur. Bu boruların xammalı polipropilendir. Dünya təcrübəsində kanalizasiya borularının istehsalında polietilendən uzaqlaşırlar. Polietilendən istehsal olunan kanalizasiya boruları polipropilendən geri qalır. İki böyük xətlərimizin hər biri saatda 1250 kiloqram polipropileni istehsal etməyə gücü çatır. Bu xətlərin misli yoxdur, Rusiya və Türkiyədə belə mövcud deyil. Xaricdən gələn qonaqlar Azərbaycanda belə xətlərin alınıb istehsalın təşkil olunduğuna təəccüblənirlər. 2030-cu ilə kimi Azərbaycan Prezidentinin sərəncamları ilə ölkəmizin kanalizasiya və su təchizatı sistemi dəyişilməlidir. Xətlərimiz bu ehtiyacı tamamilə ödəyir. Bir müddətdən sonra biz xaricə ixraca başlayacağıq. Ukrayna, Qazaxıstan və Türkəmənistandan istehsal etdiyimiz kanalizasiya və yüksək təzyiqli borular ilə maraqlanırlar”. Zavodun direktoru avadanlıqlar haqqında daha ətraflı məlumat verərək bildirdi ki, alınıb quraşdırılmış avadanlıqlar almanların “nou-hau”sudur: “Bu avadanlıqda istehsal olunan boruların iç və çol nayihələri ayrı-ayrı vurulur. Buna görə də, bu boruların fiziki-kimyəvi xassələri keçmişdə buraxılmış kanalizasiya borularından kəskin fərqlənir. Burada polipropilendən vurulan 2 təbəqə var. İç təbəqənin üzərindən möhkəmlik həlqəsi vurulur. Bu xətlərin digər bir üstünlüyü ondan ibarətdir ki, boruların baş hissələrində birləşdirici muf açır. Yəni borular “qız-oğlan”dır. Bir borunu digər boruya asan birləşdirmək mümkündür. Mufa rezin qoyulur və borular birləşdirilir. Bu rezin EPDM deyilən xammaldan alınır. 100 il yerin altında qalır və keyfiyyətini itirmir. Qələvilərə və turşulara qarşı dözümlüdür”. Zavodun direktoru əlavə etdi ki, polipropilenin fiziki-kimyəvi xassələri muf açılmasına imkan vermir. Təzyiqsiz borular, yəni kanalizasiya boruları muf ilə, suyun ötürülməsi sistemlərində istifadə olunan təzyiqə davamlı borular isə qaynaq ilə birləşir. Amma ölkəmizdə çəkilmiş su kollektor xətlərində istifadə edilmiş təzyiqə davamlı borular muf ilə birləşdirildiyindən, bu gün həmin borularda problemlər var, su sızıntısı baş verir. Təzyiqsiz borular mütləq qaynaq üsulu ilə birləşdirilməlidir. Polimer Məmulatları Zavodunda alınıb quraşdırılmış avadanlıqlar respublikamızda su ötürmə kollektor xətlərinin çəkilməsi sahəsində bir sıra çətinlikləri aradan qaldırıb: “Biz Almaniyanın “battenfeld-cincinnati” firmasından 1000 – 1200 mm diametrli (1 m – 1,2 m) təzyiqə davamlı boruların istehsalı üçün avadanlıqlar da alıb quraşdırmışıq. Təzyiqli borular Polietilen 100 (PE 100) deyilən xammaldan istehsal olunur. Bu borular qaynaq aparatının köməyilə birləşdirilir. Əgər 1200 diametrli dəmir boruların birləşdirilməsinə bir gün vaxt tələb olunursa, Polietilen 100-dən hazırlanmış bu boruların qaynaq edilməsi 50 dəqiqə çəkir. Söhbət bundan gedir ki, qeyd etdiyim avadanlıqların zavodumuzda quraşdırılması ilə Azərbaycanın kollektor xətlərinin problemi həll olundu. Bu gün Oğuzdan, İsmayıllıdan, Şahdağdan 16 atmosfer təzyiqinə dözümlü 1200 diametrlik yerli boru ilə su çəkmək mümkündür. Bu avadanlıqlarla məsələni həll etmişik. Ölkəmizdə yaxın gələcəkdə icra olunacaq su xətlərinin çəkilişi layihələrində boruları xaricdən almayacağıq. Artıq ölkəmizdə istehsal qurulub. Bu zavod olmasaydı, boruları xaricdən gətirməli olacaqdıq, böyük maliyyə vəsaiti xərclənəcəkdi. Təkcə bunu qeyd edim ki, hazırda polimer xammalının tonu 1500 avrodur. Bu həcm boru formasına çevrilib satıldıqda 2500 avro edir. Əgər bu zavod tikilməsəydi, hər tonda ən azı 1000 avro xaricilərin cibinə gedəcəkdi. Həmçinin zavod işsizlik probleminin həllinə töhfə verib, hazırda bizim zavodda 600 nəfər işləyir. Ən son bu avadanlıqların Azərbaycana alıb gətirilməsinin və bu zavodun qurulmasının əsas səbəbkarlarından biri cənab Prezidentimiz İlham Əliyev olub. Preditentimiz olduqca uzaq görən insandır. Əgər vaxtında bu zavod qurulmasaydı, kanalizasiya, su və qaz borularının çəkilişinə dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi xaricə axacaqdı. Bu zavod əvəzsizdir”. İntiqam Əliyev Polietilen 100 xammalının üzərində dayanaraq qeyd etdi ki, bu xammal da “nou-hau”dur: “Ümumiyyətlə PE100 maddəsi 6-7 il öncə sintez nəticəsində alınmış məhsuludur. PE 100 o deməkdir ki, bu xammaldan istehsal olunan boru 10 atmosfer təzyiqindən yuxarı təzyiqlərə dözür. Hazırda suyun ötürülməsi sistemlərində istifadə olunan təzyiqli borular PE 100 xammalından əldə edilir. Sifarişə uyğun olaraq, 10 və 16 atmosfer təzyiqinə davamlı borular istehsal ediriksə, bu borular yalnız divar qalınlığına görə bir-birindən fərqlənəcəklər, təzyiq artdıqca boruların divar qalınlğı artırılır”. İntiqam Əliyev zavodda istehsal prosesi haqqında məlumat verərək bildirdi ki, burada Almaniyanın “Sabig”, “Bazel” və “Boreolis” firmalarından alınan polimer xammalının fasiləsiz texnoloji prosesdən keçməsi (ekstruziya edilməsi) nəticəsində boru alınır: “İlk öncə PE 100 xammalı kisələrdən hər biri 200 ton tutan 7 silosa (çənlərə) verilir. Xammal avtomatik qaydada kisələrdən siloslara boşaldılır. Çənlərdən də avtomatik üsulla qovucular vaitəsilə istehsal prosesinə göndərilir. Bir daha xammal təmizləndikdən sonra eksturiderə-borunu istehsal edən avadanlığa verilir. Bərk maddə-xammal avadanlıqda amof halına keçir, sonra qəlibə verilir. Qəlibdə forma aldıqdan sonra 220 dərəcə tempratur ilə vakuma göndərilir. Vakumda kalibrləmə olunur və sonra soyutma sisteminə daxil olur. Bu sistemdə üzərinə su vurulmaqla boru soyudulur. Sonra 12 metrdən bir kəsilərək anbara verilir. Burada qapalı sistem qurulub. Bu sistem ətrafdakı tozların polimer xammalının üzərinə qonmasına imkan vermir. Əgər toz qonarsa, istehsal prosesi zamanı problemlər əmələ gəlir, istehsal olunan boruların təzyiqə davamlılığı aşağı düşür. Bu sistem qurulduğundan xammal toz görmədən istehsal prosesinə verilir və buna görə də bizim məhsullar keyfiyyətlidir. İkincisi bizim ən müasir laboratoriyamız var. MDB məkanında belə bir laboratoriya Rusiyada, bir də Azərbaycandadır. Hər bir boru ilk öncə laboratoriyada test edilir, boru stendə qoyulur, təzyiq veririlir. Əgər boru təzyiqə dözürsə ,deməli keyfiyyətlidir. MDB məkanında ən keyfiyyətli borular bizdədir. Alman texnologiyası, Alman xammalı, Azərbaycan malı!”. İntiqam Əliyev əlavə etdi ki, zavodun 32 xətt quraşdırıldığı sexlərində 24 saat istehsal prosesi davam edir: Bizim əvəzsiz qəliblərimiz var. Məsələn, 630 diametrlik boru sifarişi qəbul etdiyimiz zaman xətlərin 5-6-na 630-luq qəliblər quraşdırılır və sifariş qısa müddətdə təhfil verilir. Bu bir xətlə yerinə yetirilsəydi, xeyli vaxt lazım gələrdi”. Hazırda zavodda yeni avadanlıqların alınıb quraşdırılması davam etdirilir. Sonuncu dəfə Almaniyanın “Krax” firmasından alınıb quraşdırılmış yeni avadanlıqlarda 800-3500 mm diametrə malik olan boruların istehsalına başlanmışdır. Zavodun direktoru belə bir maraqlı informasiya da söylədi ki, Sumqayıt Texnologiyalar Parkı, o cümlədən Polimer Məmulatları Zavodu azərbaycanlı mütəxəssislər tərəfindən quraşdırılıb. Eyni zamanda istehsal prosesinə yerli mütəxəssislər tərəfindən nəzarət olunur. Amma, onların sayı elə də çox deyil. “Bu avadanlıqları quraşdırmaq və işlətmək üçün kadr tapmaq elə də asan deyil. Bu baxımdan böyük problemlər var. Mütəxəssis axtarsan, çox azdır. Plastik kütlələrin emalı deyilən elm var. Bu elm SSRİ zamanında həmişə hərbi sənayeyə xidmət edib. Sonradan hərbi sahədən çıxaraq, real tətbiq sahələrinə daxil olub. Hazırda mən və buradakı mütəxəssislər yeni kadrlar yetişdirməklə də məşğul oluruq”. Polimer Məmulatları Zavodu təyinatına görə müxtəlif məhsullar istehsal edən iki istehsal sahəsindən ibarətdir. İntiqam Əliyev zavodun ikinci istehsal sahəsi ilə bizi tanış edərək bildirdi ki, burada ev daxili kanalizasiya boruları, 20 atmosfer təzyiqinə dözən isti və soyuq su boruları, drenaj boruları, telefon, elektrik enerjisi xətlərinin mühafizəsi üçün kommunikasiya boruları və aksesuarları (dirsəklər, keçidlər və s.) istehsal olunur. Xırda diametrli su boruları, kompozit borular və aksesuarlar “STP” ticarət nişanı ilə satışa göndərilir. “Biz kompleks işlər görürük. Hər bir növdə borular istehsal edirik. Almaniyanın dünyada boru avadanlığı istehsal edən ən məşhur 3 şirkəti var- “Krauss – Maffei”, “Weber” və “battenfeld-cincinnati”. Bu üç şirkətin hər birinin avadanlığı bizdə var”. Polimer Məmulatları Zavodunda müxtəlif çeşidli məişət qabları, stadion oturacaqları da istehsal olunur. Bizim injeksiya üsulu ilə məhsul almağa imkan verən 60-a yaxın avadanlığımız var. Bu avadanlıqlarda müxtəlif çeşidli məişət qabları, stadion oturacaqları istehsal edirik. Hazırda stadion oturacaqlarını “Baku Crystal Hall”a veririk. Gözlənilir ki, Bakıda tikilən Olimpiya Stadionunu da oturacaqlarla biz təmin edək. Bizim qəliblərimizdən respublikamızda heç kimdə yoxdur. Bunun xammalı Avropadan alınır, polipropilendir. İstənilən rəngdə oturacaqların istehsalı mümkündür. İstehsal etdiyimiz meyvə qabları isə meyvəçilik və tərəvəzçiliyin taralara olan tələbatını ödəyir. Bağlardan yığılan meyvələri qablaşdırmaq üçün çox sərfəli olan bu taralar da polipropilendən alınır. Polipropilen xammalından istehsal olunan meyvə qabları taxtadan düzəldilən qablardan daha yüngüldür. Taxtanın selloziyasının xüsusi çəkisi ağırdır. Taxtadan düzəldilən taralar əlavə yükdür, daşıma xərclərini artırır. Amma bu taralar 350-400 qramdır, yüngül olduğndan daşınma zamanı mal əzilmir. Həm də görünüşü gözəldir. Artıq Qusar-Xaçmaz zonasında çalışan fermerlər istehsalı etdiyimiz meyvə qablarını gilas, alma, pomidor, xiyar və digər məhsulları daşımaq üçün almağa başlayıblar. Zavoda ekskursiyamızın sonunda İntiqam Əliyev bildirdi ki, bu gün boru istehsalı sistemi fundamental bir elmdir. Onun xammalının, təzyiqə davamlılığının, avadanlığının və aksesuarlarının seçilməsi bu günkü gündə əsas şərtlərdən biridir. Polimer Məmulatları Zavodu günün tələblərini uğurla yerinə yetirir və istənilən iri layihənin icrasında üzüağ çıxacağına əmindir. Satış üzrə mütəxəssis Rəsul Rəsulov +994 50 2640344 r.rasulov@stp.az

Комментарии 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 19 февраля в 15:10

PE 100 boruları topdan satışı
dn 32 10atm 0,70 azn
dn 40 10 atm 1,98 azn
dn 50 10 atm 1,45 azn
Bakı və Abşeron rayonuna Çatdırılma pulsuzdur.
055 309 03 44⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
rr4833619@gmail.com

Comments are closed, but trackbacks and pingbacks are open.