Press "Enter" to skip to content

İxtisas seçimi: Memarlıq

Əgər siniz də bacı – qardaşınız, dost – tanışınız, oğul – qızınız ixtisas seçməkdə çətinlik çəkirsə ona məsləhət verin bu ixtisası seçsin. Həm zövqlü ixtisası olar həm də gələcəyini təmin etmiş olar.

Расшифровка VIN

VINformer работает только 17-значными VIN, которые соответствуют стандарту ISO 3779-1983. Введите VIN в форму на странице и нажмите кнопку Проверить авто. Начиная с 8 версии декодера мы ушли от многоступенчатой расшифровки (когда требовался выбор одной из нескольких марок автомобилей или модификаций двигателей, указание рынка сбыта и т.д.), теперь иногда может потребоваться только выбор из нескольких вариатнов готовых отчётов.

Пожалуйста, не пытайтесь “пробить” номера кузовов автомобилей с правосторонним расположением рулевой колонки, которые произведены для внутреннего рынка Японии, номера двигателей и т.д.

Идея, программирование и поддержка сайта – x0pek. Дизайн – FotA. © 2005-2023 VINformer.SU

Права на изображения логотипов и торговых марок принадлежат их владельцам. Вся информация, использованная в VINformer и представленная на сайте, взята из различных окрытых источников и может содержать ошибки и неточности. Вы принимаете эту информацию по принципу “как есть”, используете на свой страх и риск и несёте всю финансовую и правовую ответственность самостоятельно. Владелец сайта не несет никакой ответственности за использование материалов и данных, представленных на сайте vinformer.su. Вы предупреждены!
Если информация, размещенная на сайте нарушает Ваши авторские права – пишите. Разберёмся.
Также информируем Вас, что все платные отчёты Вы приобретаете на сайтах, не связанных с vinformer.su. Мы не несём ответственности за их работу.

İxtisas seçimi: Memarlıq

Abituriyentlərin bu ərəfələrdə ixtisas seçiminə başlamalarını nəzərə alıb öz məsləhətimi vermək istəyirəm. Təbii ki, mənim məsləhətim memarlıq ixtisasını seçmələridir, amma bu ixtisasın yaxşı və çətin tərəflərini də əvvəlcədən deməyi özümə borc bilirəm.

  1. Əvvəla yatmağı yaddan çıxarın : ) adətən memar tələbələr, hətta memarların özləri də gecə yuxusuna həsrət qalan ixtisas sahibləri kimi tanınırlar, amma onu da deyim ki, işini sevən memar üçün bu ayrıca ləzzətdir.
  2. Azərbaycan dilində ədəbiyyat tapmaq çətin olacaq. Rus və ya ingilis dilində nə qədər istəsən taparsan, amma Azərbaycan dilli tələbəsənsə bu bir az çətin olacaq.
  3. Layihə işləyərkən çalışın tək olun, yanınıza yaxınlaşan əzizlərinizə kobud davrana bilərsiniz : ) səbəb, adam çox gərgin olur.
  4. Öz üstündə çalışmağa hazır olmalısan, bu elə ixtisasdır ki, müəllimdən çox şey gözləməsən yaxşıdı. Çalışmalısan ki, özün öyrənəsən.
  5. Biraz pul gedəcək. Əllə çəkmək tələb olunsa biraz bahalı vasitələrə ehtiyac olacaq, gərək simiclik etməyəsən, nəticədə iş rahat gedəcək. Məsələn xəttləri çəkmək üçün qələm (rapidoqraf) 50-60 manatdır, layihə çəkmək üçün lövhə 200-250 manatdır və s, amma daha ucuz alternativlər də var.
  6. Mütləq kompüter proqramları öyrənməlisən. İlk üçlük var ki, onları mütləq bilmək lazımdır (Autocad, Archicad, 3dMax)
  7. Qızlara bu ixtisas bir az çətindir, ağır gələ bilər, amma dünya şöhrətli və yerli qadın memarlar da az deyil. Məsələn Zaha Hadid, Əhmədova Fatma, Mustafayeva Aydan, Hacıyeva Yeganə, Məmmədova Gülçöhrə və digər adını çəkə bilmədiklərim.
  1. Bu ixtisas elit ixtisaslar içərisindədir, və birincilərdəndir. Memar olduğunuzu deyəndə hamının sizə qarşı münasibəti bir az yaxşıya doğru dəyişəcək : )
  2. Perspektivləri çoxdur. İş tapmaq problem deyil. Oxuduğum yerdə 3-cü kursdan tələbələr iş tapırlar özlərinə.
  3. Məvacib barədə heç bir narazılıq olmayacaq, ən çox qazanan sənət sahiblərindən biri memarlardır. Hətta dünya şöhrətli elə memarlar var ki, bir layihəyə görə 8-10 milyon dollar qonorar alırlar. Məsələn Santiaqo Kalatrava, Frenk Qehri və s.
  4. İstər-istəməz zövqlü insan olursan, paralel olaraq interyer dizayner kimi də işləyə bilirsən.
  5. Memarlar prezidentlə dostlaşa biləcək nadir sənət sahiblərindəndir : )
  6. Öz ofisin olur, ofislərdə ən az işləyib ən çox qazanan aparıcı işçi ola bilərsən.
  7. Fəza təsəvvürün səni həyata qarşı münasibətdə digərlərinən fərqləndirəcək.
  8. Zehni işlə məşğul olduğun üçün uzunömürlü olursan. Məşhur memarların çoxu 90 yaşını keçiblər.
  9. Memarların çoxu lüks həyat yaşayırlar.
  10. Dizayn memarlıq ofislərində ən üstdə duran ixtisasdır memarlıq.
  11. Dünyanın 7 möcüzəsi memarların yaratdıqlarıdır, memar möcüzələridir.
  12. Özündən sonra iz qoymaq üçün ən yaxşı vasitə memarlıq yaratmaqdır.
  13. Şəhərin, ölkənin hətta qitənin simvolunu yarada bilərsən (Məsələn: Sidney opera teatrı, Dubayda Burj Al Arab oteli, Parisin Eyfel qülləsi və s.)
  14. Və bəşəri sənət sahibi olduğun üçün özünlə fəxr edirsən : ) insan yaranandan bu günə qədər memarlıq aktualdır və heç vaxt öz aktuallığını itirməyəcək.

Əgər siniz də bacı – qardaşınız, dost – tanışınız, oğul – qızınız ixtisas seçməkdə çətinlik çəkirsə ona məsləhət verin bu ixtisası seçsin. Həm zövqlü ixtisası olar həm də gələcəyini təmin etmiş olar.

Universitet kimi bir neçə yerdə memarlıq ixtisası tədris olunur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakıdan kənarda bəzi şəhər universitetlərində və ya texnikomlarda və s.

Məsləhətim özümün də oxuduğum Rəssamlıq Akademiyasındakı memarlıq və dizayn fakultəsidir. Sorğu aparıb öyrəndim ki, akademiyada memarlıq daha müasir və ciddi tədris olunur. Amma hamısından vacibi, tələbə mütləq öz üzərində çox çalışmalıdır.

QEYD: Siyahıya əlavələr ola bilər. Ola bilsin ki memar kimi siz də məsləhət verə bilərsiniz nəyisə əlavə etməyimə.

Zhala Jjjj Najafova / Cavabla 31 Oktyabr, 2010 saat 09:37

Çoooox sağol Urfan, qardaşım da universitetə hazırlaşır, ona məsləhət görərəm 🙂 Məncə marağı olar :)) Lap mən də memar olmaq istədim ))

ruyam yilmaz / Cavabla 1 Dekabr, 2015 saat 20:53

salam.Menim hele 12 yasim var.Boyuyende Dizayin-Memar olmaq isteyirem.Yazdiqlarinizi oxudum.Evvela bildirmek isteyirem ki,cox qeseng yazmisiz.Men bu senetden biraz solmusdum.Yazdiginizi oxuduqdan sonra bu senete maragim artdi.Isterdim ki, fenlerini qeyd ederdiz:
1-ci qrupdur :azerbaycan dili
fizika
kimya
riyaziyyat
xarici dil

Urfan / Cavabla 14 Yanvar, 2016 saat 00:46
Həvəsdən heç vaxt düşməyin. Bu yolda sizə ən çox lazım olan bu olacaq 🙂
Merhemed Quli-eff / Cavabla 23 İyun, 2016 saat 23:48
Salam qaqaş bağışla narahat edirəm V qurupda var da dizayın memarlıq neçə di keçid balı bilmirsiz
weliw ka / Cavabla 10 Dekabr, 2015 saat 20:44

men 7 ci sinifde oxuyuram 😀 ama heqiqeten memar olmaqi cox issdeyirem) el qabiliyyetimde cox yaxsidi) ama diyesen cetindi ( ama memarliqdanda el cekmek isdemirem

Urfan / Cavabla 14 Yanvar, 2016 saat 00:41
Elə bu işin ləzzəti onun çətinliyindədi 🙂
mehemmed kerimli / Cavabla 15 Avqust, 2016 saat 14:50

Salam.gelen il imtahan verecem memar olmag en boyuk arzumdur urfan qardas sene teskkur edirem.mesletlrin ucun insallh bir gun mende memar olaram ☺

hilal / Cavabla 26 Sentyabr, 2016 saat 03:10

Salam men mimarlık 10 cu sınıfta okuyorum. Ben mimar olmak istıyorum ama cok cetin deyirler.men yötle turkıyede okumak ver mimar olmak istiyorum el qabiliyetim iyi ama korkuyorum ki Türkiye’de okuyama bana yardımcı olun

Murad / Cavabla 22 Aprel, 2016 saat 22:17

salam sizə 2 sualim var:
1)Mən memar olmaq ucun rəssamlığa gedməliyəm yoxsa oyrədəcəylər ?
2)Nece bal yigmaliyam ?

urfan / Cavabla 31 Oktyabr, 2010 saat 11:49

Mənim üçün xoşdu, Jalə 🙂 Hə denən mütləq memar olsun, sonra sənə çox sağ ol deyəcək 😉 özün üçün də gec deyil, yaxın bildiklərimə həmişə məsləhət verirəm, əgər həvəsin varsa mütləq bu sahəyə get, peşman olmazsan)

ruyam yilmaz / Cavabla 24 Dekabr, 2015 saat 17:20
memar olmaq ucun rus ve ingilis dilini oyrenmek mutleqdir. yeni yalniz rus dili ola bilmez.
Urfan / Cavabla 14 Yanvar, 2016 saat 00:41

Salam. Hər iki dili bilsəniz yaxşıdı. Həm ölkəmizdə həm də xaricdə iş imkanları baxımından vacib dillərdin. Amma ikisindən birini seçməli olsanız, ingilis dilini seçin

Rəman / Cavabla 2 Noyabr, 2010 saat 15:45

Urfan qaqa mende memarliqda oxuyuram cox gozel zovqlu,maraqli ixtisasdir menim ucun cox dogmadir mene. meslehet gorerem stedadli usaqlarin bura gelmesine.ugurlar herkese….

urfan / Cavabla 3 Noyabr, 2010 saat 07:35
Çox gözəl Rəman, memarlıq doğrudan da zövqlü, maraqlı sənətdir. Hər adama memar olmaq qismət olmur
Pərviz / Cavabla 7 Noyabr, 2010 saat 08:35

Bizim universitetin nəyi pisdir ki, Urfan? :)) Adınnan məlum “Memarlıq və İnşaat” :)) Özüdə bildiyim qədər politexnikdə memarlıq yoxdur.

urfan / Cavabla 7 Noyabr, 2010 saat 09:32

Politexnikdə təməli qoyulub, sonra ayrıca Memarlıq İnşaat universiteti yaradılıb. Memarlıq-inşaatın pis olduğunu demədim, deyə də bilmərəm çünki orda oxumamışam 🙂 tələbələrin işlərindən fərqi bilmək olur

Samir / Cavabla 18 Noyabr, 2010 saat 05:57

Bele gozel sirf memarliga aid blok yaratdiginiz uchun Size derinden minnetdaram. Yeniyetmelere de ixtisas sechiminde duzgun yol gosterirsiz.Amma teessuf ki, her kim istese bu sherefli senete layiqince yiyelene bilmez.Chun ki, memar olmaq uchun riyazi-fiziki hesablamalardan elave rengleri ve hecmleri hiss etmek lazimdirki bu istedadida Allah her adama bexsh etmir.Demek istediyim budur ki, memar olmaq uchun ilk novbede tonlari hiss etmek uchun ressam, hecmleri ve plastikani duymaq uchun ise heykelterash olmaq lazimdir. Bu senete yiyelenmek isteyen her bir kese ugurlar arzulayiram………….

urfan / Cavabla 18 Noyabr, 2010 saat 09:13

Çox sağ ol, Samir. Düz deyirsən, əsas çətinlik ondadır ki bu sənətdə qabiliyyətə, istedada ehtiyac var. Razıyam ki, hər adamın fəza təsəvvürü, rəng-həcm, işıq-kölgə duyumu o dərəcədə olmur ki bu sənətlə məşğul olsun. Digər yandan unutmaq lazım deyil ki öz üzərində çalışmaqla bir çox şeyə nail olmaq olar. Məsələn qrafik-rəssam Frank Miller 25-30 yaşlarından sonra özündəki istedadı inkşaf etdirərək dünya şöhrəti qazanıb. Əsas odur ki istək, həvəs olsun, onda çox şey əldə etmək olur.

efqan / Cavabla 5 Avqust, 2016 saat 12:50
memar olmaqdan otru hansi fenleri oxumaq lazimdi .
nilufer / Cavabla 3 Dekabr, 2010 saat 12:56

mence duz qeyd edirsiz usaqlar men de sizinle raziyam men hele de oz ixtisasima alternativ olaraq gozel senet tapmiram memarliq cox gozel senetdir.Bu saheye daxil olan her bir sexs xosbextdir amma bir sey var ki insan bura ozu geldikde yeni sirf bu seeti sevib geldikde daha gozel olur o zaman daha basqa cure yanasirsan her seye.Dogrudan maraqli bir ixtisasdirki oyrendikce etraf muhite qarsi fikirler tesevvurler hamisi 180 derece istiqametin deyisir ve heyat terzin deyisir butun memarlari salamlayiram her kese ugurlar ve blokda sirf el islerinden qoysaydin Urfan daha maraqli olardi)))…..

urfan / Cavabla 3 Dekabr, 2010 saat 13:26

Razıyam Nilufər, adamın ətraf mühitə yanaşmasını tamam dəyişir. Gələcək yazılarımdan birində yəqin ki bizim tələbələrin sayma-seçmə işlərini yerləşdirəcəm, siz də bu cür yaxşı davam edin, layihələrinizi bütün Azərbaycan görsün 🙂

jonah wrens / Cavabla 4 Dekabr, 2010 saat 04:39

gozel analiz ve gozel neticeler))) Bir sual maraglandirdi. Bes imtahan zamani hansisa gabiliyyet imtahani vermelisen?

urfan / Cavabla 4 Dekabr, 2010 saat 06:59

Aha, qabiliyyət imtahanı var. 3 imtahan – rəsm, rəngkarlıq, kompazisiya. Universitetdən asılı olaraq çətin və ya nisbətən asan ola bilər. Memarlıq sahəsində mühəndislik, inşaat fizikası ixtisaslarını seçsən qabiliyyət lazım olmayacaq, amma Memar-dizayner, rəssam-memar ixtisasları təbii olaraq qabiliyyət tələb edir

Rza / Cavabla 25 Yanvar, 2016 saat 21:24
Salam 11 sinifde oxuyuram memarliqa hazirlasiram mene komek ola bilersen
Urfan / Cavabla 27 Mart, 2016 saat 18:10
Necə kömək lazımdır?
Anonim / Cavabla 6 Dekabr, 2010 saat 14:24

Salam xanimlar ve cenablar. Yazdiqlarinizi oxudum,duzdu tecrubenize esaslanaraq yazirsiniz.Men bu senetin derinliklerine bash vurduqca ozum ozluyumde bir sual ve bir cavab yaranir. Sen bunlari bilirsen? Cavab: Men bu senetden hecde anlayisim yoxdur. Ezizlerim hecvaxt ozunuze Memar deyib bu xesteliye tutlmayin,siz bir avropa,dunya memarligini oxuyun.Inandirim sizi bugun Memarliq ve Insaat universiteti dediymiz bir tehsil ocaginda sizlere hecne oyretmirler. Men o universitete bir universitet yox Kolbasa sexi deyerdim . Bu olkede biz getdiyimiz senete qiymet vermirler ve vermiyeceklerde. Gun gelecek avropali memarlar bizim Shirvansahlarin,Qiz Qalasinin yerinde layiheler layihelendirecekler. Bugun Azerbaycanda Memar dediyimiz senet sahibleri 3-5 neferden ibaretdir. Meslehet gorerdim avropada en azindan turkiyede tehsil alardiniz. Calisin oyrenmeye,oxumaga bu gozeldir,pisi odur ki axtarisda oldugunuz zaman qarsilasdiginiz cetinlikde sizin suallariniza cavab veren memar tapmaginiz cetin olacaq. Bugun uzluk dash vuran ozune memar deyir,oboy magazasinda isleyen satici ozune memar-dizayner deyir. Senetlerin sahi bu olkede en irgenc senete cevrilib. Bu senet haqda gunlerle danismaq olar,sadece yazdiqlarinizdan yan kece bilmedim. Bir Cenab Memar demisdi. Memar anadan olanda insan kimi qorxaq dogulmamalidir! Sozunuzu hecvaxt demekden cekinmeyin. Heyfki bu senete sevgisinden behs eden “Memarlarimiz” coxdur. Bu senetin geleceyi bu olkede bizim elimizdedirse xaish edirem esl senete koklenin,yiyelenin. Sizlere ugurlar! Sayqilarla Senetini seven bir genc!

urfan / Cavabla 7 Dekabr, 2010 saat 07:24

“Anonim”, hardasa düz hardasa səhv yanaşırsan. Özün dediyin kimi Azərbaycanda əgər 3-5 nəfər normal memar varsa gərək özünü o siyahıya salmağı bacarasan. bir də məsləhət bilirəm ikinci təhsil kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memarlıq təhsili alasan. Çoxları Memarlıq-İnşaat universiteti barədə sən deyənləri təstiqləyər, amma bizim akademiyada təhsil kifayyət qədər yaxşıdır. təbii ki qeyd etdiyim kimi öz üzərində çalışmaq mütləqdir

Anonim / Cavabla 7 Dekabr, 2010 saat 15:26

Sehv yanasmam hardadir? Bugun biz o 3-5 neferlerin siyahisina daxil olmasi uchun bize o dediyim 3-5 neferde tehsil vermeli idi! tessuf ki onlarinda oz isler,gucleri. onlar heyatda olmuyandan sonra o dediyin 3-5 nefer biz yox xaricden gelib burda koklenmish memarlar olacaq ezizim. quyuya su tokmekle quyu dolan deyil.

Anonim / Cavabla 7 Dekabr, 2010 saat 15:27

Resulaga muellim size ne dersi kecir? a qaldi ki Urfan ezizim gormusem sizin ushaqlardan. men dediyim memarliqi burada axtarma.))

urfan / Cavabla 9 Dekabr, 2010 saat 13:53

Rəsulağa məllim bizim konstruktor müəllimimizdi həm də inşaat fizikası, sən hardan tanıyırsan? )
bəs necə olur ki bizim tələbələrdən 3 nəfər universiteti quaran kimi azərdövlətlayihədə işə düzəldilər amma sizdən heç kim yoxdu )) universitetin fərqi yoxdu, oxuyan hər yerdə oxuyur, universitet ancaq müəyyən istiqamət verə bilər

yusif / Cavabla 9 Dekabr, 2010 saat 12:18

qaqa cox guzel meslehet verirsen men de memarliqda oxuyurram .muellimlerden hec bir sey ala bilmiremmm. savaadsizdirlar ona gore men internetde axtaribbb oyreniremmm…

urfan / Cavabla 9 Dekabr, 2010 saat 13:55
Yusif, əhsən sənə, həmişə oxuyan tələbə seçilir, hətta müəllimlər çox savadsız olsalar da..
Ayshen / Cavabla 30 Yanvar, 2012 saat 00:17

İstər Memarlıq istərsədə başqa ixtisas.kimnənsə heç nəyi ummaq lazım deyil.Gərək hər zaman axtarışda olasan.Memarlğı mənə heç kim məsləhət görməyib əksinə mane olmağa calışıblar,ama hecnəyə baxmayaraq mən Memarlıq və İnşaat Universitetində tələbəyəm.Sozümün əvvəlində dediyim kimi heç kimnən bilik ummaq lazm deyil bax elə bu səbəbdəndir ki,mən burdayam.baxdım meni onları öyrətdikləri qane etmir məndə axtarışa çıxdım.Məni narahat edən məsələlərdən biridə qəbul qaydalarıdır açıq desəm test imtahan ballarının qabiliyyət ballarından üstün tutmaqları.məs:biri testdən 252 toplayıb qabiliyyətlərdən 7_8.bu abituriyent ödənişsizde oxuyur.digəri 223 qabiliyyət 10_10.bu isə odənişlidə.Tələbəlik vaxtı özunu biruzə versədə bu tələbəyə 1500 AZN”ə başa gəlir.

Urfan M?mm?dov / Cavabla 30 Yanvar, 2012 saat 19:58

Əlbəttə şagirddən şagirdə də çox fərq var. Bəzilərinə istiqamət vermək lazımdır amma ağıllı abituriyent özü ən düzgün qərarı verir. Bu baxımdan Rəssamlıq Akademiyasındakı memarlıq ixtisasına qəbul yaxşıdır. Bizdə qabiliyyət imtahanı əsas götürülür və siz deyən problem yaranmır. Yenə də əsas odur ki, bu ixtisasa qəbul olasan və özünü doğruldasan. Cəmi 4 illik tələbəlik illərində ödənişli oxusan da olar amma 60-70 illik iş həyatına universitetdən gözəl bünövrə qoymaq lazımdır.

Ayshen / Cavabla 2 Fevral, 2012 saat 21:27

Söhbet illikden getmir mence qabiliyyet daha üstün tutulmalıdır.Mən bunları hal-hazırkı müşahidələrimə əsasən deyirəm.Universitetə daxil olduqdan sonra o fənləri qeyri ixtisas fənni kimi keçsəkdə bizə əsas vacibli olan qabiliyyətdir.hal hazırda qabiliyyətdən aşağı testdən yüksək bal toplayan tələbələrin ixtisas fənlərindən aldıqları ballara baxanda onların universiteti necə mütəxəsis kimi bitirəcəklərini düşünməmək əldə deyil.Təbiidir ki həmişəki kimi mən öz doğru bildiyimi edəcəm.”General olmaq istəməyən əsgərdən yaxşı əsgər belə olmaz”düşüncəsindəyəm

Ramin / Cavabla 17 Avqust, 2012 saat 05:28

salam,qabiliyyet 8_10 test ise 373 bal mene bes eliyerki men memarliq fakultesinde oxuyum . (evvelceden minnetdaram.

Urfan / Cavabla 17 Avqust, 2012 saat 09:25

Salam Ramin. Bizim vaxtımızda bəs edərdi. Amma bu ilin nəticələri ilə təəssüf ki, xəbərim yoxdur. Siz ən yaxşısı universitetlə əlaqə saxlayıb aidiyyatı admalardan bunu soruşun

Gunay / Cavabla 7 Sentyabr, 2012 saat 18:39

salam urfan! men bu il memarliga qebul olmusam.. bilmek isteyirem goresen dersler cetindi? xahis edirem bu barede melumat veresiniz.. indiden tesekkur edirem!

Urfan / Cavabla 10 Sentyabr, 2012 saat 18:18

Salam, Günay. Əvvəla sizi ürəkdən təbrik edirəm, Memarlığa xoş gəlmisiniz 🙂 Əlbəttə, dərslər çətindi. Asan heç bir ixtisas yoxdur, bir halda ki, bu sənətdə nəyəsə nail olmaq istəyirsiniz. Xüsusilə memarlıqda. Bu sahənin dərinlikləri hədsiz çoxdur, buna görə ən yaxşısı olmaq üçün əlinizdən gələni etməlisiniz. Bu çətin və məsuliyyətli yolda sizə uğur arzu edirəm

Ferman / Cavabla 26 Oktyabr, 2012 saat 15:24

Salam, Urfan! ADRA-da memarliq, bir de dizayn ixtisasi ucun hansi qruplara imtahan vermeliyem. Biraz melumatlandira bilersen?

Urfan / Cavabla 26 Oktyabr, 2012 saat 21:18

Salam, Fərman. Memarlıq 1-ci qrupda, Dizayn isə 3-cü qrupda olmalıdı. Amma bilmirəm son illər dəyişiklik var ya yox, aidiyyatı mənbələrdən mütləq dəqiqləşdirin

Авторы S.T.A.L.K.E.R. 2 отрицают информацию о заморозке разработки

Менеджер по работе с сообществом GSC Game World сообщил в Discord-сервере S.T.A.L.K.E.R. 2, что информация о заморозке разработки не соответствует реальности.

Он призвал не верить слухам, добавив, что процесс производства идёт в прежнем темпе — «ничего не изменилось». Ранее хакеры опубликовали почти 17 ГБ материалов по игре, а в сети появилась информация, что разработка проекта в лучшем случае завершена на 25%.

Тогда же сообщалось о всевозможных проблемах новинки, включая переделку материалов, переработки в студии и тому подобное. Авторы в прошлом уже прокомментировали масштабную утечку информации, попросив пользователей не распространять данные файлы и дождаться полноценного релиза.

В «сливе» содержались не только детали сюжета, но и скриншоты, арты, карта игрового мира, анимации и многое другое. Релиз самой S.T.A.L.K.E.R. 2 всё ещё ожидается в этом году для Xbox и PC, а ещё игра появится в подписке Game Pass.

Больше на Игромании

  • В бета-версии Diablo 4 обнаружили легендарного босса серии
  • Хуже «Морбиуса»: сиквел «Шазама!» очень слабо стартовал в прокате США
  • Трой Бэйкер рассказал об эмоциях от финального эпизода The Last of Us

Comments are closed, but trackbacks and pingbacks are open.