Press "Enter" to skip to content

Platon ideal dövlət

ədalət ideyası hər bir şəxs o olmalıdır etməliyik ki; Bu həmçinin şəhər-dövlət vətəndaşları və ruh bir hissəsi aiddir. Platon ideal dövlət mükəmməl təhsil və təlim olmalıdır. Plato sonra hökmdarlarının getmək bilər vətəndaşlar, ən fəal hissəsi kimi əsgərlərin təhsilə böyük əhəmiyyət verir. Tədris hökmdarları fəlsəfə öyrənilməsi ilə praktiki bacarıqları birləşdirmək lazımdır.

Platon məktəbi

Platonu (b . er . əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır. Fəlsəfədən başqa məktəbdə riyaziyyat da tədris edilirdi. Aristotel burada natiqlik sənətindən dərs deyirdi. Akademiya bir növ zəmanəsinin univeristeti idi. Orada tələbələr, professorlar vardı. Platon öldükdən sonra onu rektor (yunanca: sxolart) seçmişdilər. Rektor filosof olmalıydı və ömürlük seçilirdi.
Platon öz fəlsəfəsini üç hissəyə: dialektika, fizikaetikaya bölmüşdü. Dialektika varlıq haqqında, fizika təbiət haqqında, etika isə mənəviyyat haqqında təlim sayılırdı.
Qeyd etmək lazımdır ki, qədim yunanların təsəvvürlərinə görə fizika təkcə təbiət haqqında bilikləri deyil, eyni zamanda insanın təbiəti haqqında– daha dəqiq desək, psixologiya haqqında olan bilikləri də əhatə edirdi.
Platonun əsərlərində «dialektika» sözü iki mənada işlədilirdi. Birincisi, təlimin hissələrindən biri kimi və ikincisi, anlayışların təhlilinin üsulu kimi başa düşülürdü. Dialektike– danışmaq, hərfi mənada isə danışığa aid olan deməkdir. Öz fəlsəfəsini Platon niyə belə adlandırırdı? Görünür, Platona görə, təfəkkür ruhun, qəlbin özü– özü ilə söhbətidir. Bundan başqa, burada yəqin ki, Sokratın da böyük təsiri olmuşdur. Çünki Sokrat tələbələrini söhbətlərlə, danışıqla, dialoqla öyrədirdi. Ona görə də Platon bütün əsərlərini dialoq formasında yazmışdır.
Ümumiyyətlə, Platonun «dialektika» təlimi eyni zamanda ide­yalar nəzəriyyəsi adlanır. Platona görə, hər bir anlayışa varlıq uy­ğun gəlir. Nəinki ayrı– ayrı insan fərdləri– Sokrat, Diogen, həmçi­nin xüsusi varlıqlar, xüsusi mahiyyətlər– insanın ümumi anlayışına müvafiq olan mahiyyətlər də mövcuddur. Yaxud: ayrı– ayrı stollar deyil, xüsusi varlıq– stol anlayışına müvafiq gələn varlıqlar da möv­cuddur. Həmin mahiyyətləri Platon ideyalar (yaxud növlər) adlan­dırmışdır. Platon eyni zamanda predmetlərin ümumi xassəsini işlə­mişdir. Məsələn, stol– «stolluq», at– «atlıq» və s. Platona görə bilik hissi obrazların ümumiləşdirilməsidir. Beləliklə, Platon fəlsəfəsinin mərkəzində qnoseologiya–idrak nəzəriyyəsi durur. Platona görə, ide­yalar həqiqi varlıqdır, ideyaların heç biri yaranmır və məhv ol­mur, ideya öz– özü ilə eynidir. İdeya– hissi qavranılan predmetlərin ma­hiyyəti və səbəbidir. İdeya yoxdursa, haqqında olan şey də yox­dur. Daha dəqiq desək, gözəllik yoxdursa, gözəl şeylər də yoxdur; insan ideyası yoxdursa, konkret adamlar (Platon, Sokrat) da yoxdur.
Beləliklə, ideya müəyyən predmetlər sinfinin formasıdır. Pred­metlər ideyaların olmasına şahidlik edirlər. Özü də ayrı– ayrı pred­metlər yaranır və məhv olurlar (insanlar doğulur və ölürlər), sinif, nəsil isə saxlanılır. Platon bu ideyaların saxlanılmasına bütün şey­lərin saxlanılması səbəbləri kimi baxmışdır. Hər bir ideya hər bir şey üçün bir növ ilk obrazdır (paradiqmadır). Hər bir şey isə bu ide­ya­ların bənzəridir. Məsələn, «ədalət özü», yaxud ədalət ideyası bütün ədalətli əməllərin ilk obrazıdır (paradiqmadır), hər bir ayrıca gö­türülmüş ədalətli hərəkət «ədalətin özünün» bənzəri kimi çıxış edir.
Platona görə, hər bir ideya özlüyündə ayrı– ayrı predmetlərin mükəmməlliyidir. Məsələn, gözəllik ideyası, yaxud «gözəlliyin özü» mükəmməl gözəllikdir. (bu barədə «Pir» dialoqunda ətraflı danışılır). Ayrı– ayrı predmetlər isə nisbi mənada gözəldir, onlar heç vaxt öz gözəlliklərində mükəmməl ola bilməzlər. Platon ideyalar ierarxiyasını tərtib edir. Burada ən yüksək pillədə Ali ideya– xeyrin özü, gözəlliyin özü, mükəmməlliyin özü oturur. Özü bu barədə bir söz deməsə də ola bilər ki, Platon ali ideya dedikdə Allahı nəzərdə tutmuşdur.
Nəticə necədir? Platonun dialektikası bizə nə verir? Konkret cavab versək deməliyik ki, bu dialektika bir– birindən ayrılmış iki dünyanın etiraf edilməsidir. Bu varlıq dünyası ilə əbədi və dəyişməz ideyalar (ideallar) dünyasıdır.
İndi isə Platonun fəlsəfəsinin ikinci– fizika hissəsini nəzərdən keçirək. Yuxarıda qeyd etdik ki, fizika təlimi özünə insan haqqında təlimi də daxil etmişdir. Çünki insan və onun mənəvi dünyası təbiətin bir hissəsi kimi başa düşülürdü.Fizika (yunanca: təbiət) hərfi mənada «təbiətə aid olan» kimi başa düşülürdü. Ona görə də təbiət haqqında bütün fəlsəfi təlimlər fizika adlanırdı.
Platonda «Timey» dialoqu fizikaya həsr olunmuşdur. Platonun qnoseologiyasına görə, təbiət ancaq varlıqdır. Ona görə də bilik predmeti ola bilməz. Onun başa düşülməsi üçün elmi forma, dialektika yox, mif lazımdır. Platonda dialektika elmi təfəkkürün üsullarıdır. Onun üçün bilik riyaziyyatdır, həmçinin metafizikadır. Metafizika– ideyalar, ruhlar haqqında təlimdir. Təbiət haqqında təlim (daha dəqiq desək, bütün təbii elmlər) rəylərə, mülahizələrə (yaxud etiqada) aiddir. İndiyə qədər Platonun bu nöqteyi– nəzəri daha çox tənqid edilir. Həqiqi biliyə ruh haqqında təlim aiddir (bax: «Timey», «Fedon» dialoqları). Ruh özünün təcəssüm olunduğunu cismani təbiətindən əvvəl mövcud olur. O, çox vaxt ideyalarla eyni cinslidir. O da bədənsiz mahiyyətdir, bölünməzdir, görünməzdir, hissedilməzdir, ölməzdir. Ruh haqqında təlimi ilə Platon ruhun ölməzliyi haqqında Sokratın fikirlərini inkişaf etdirir. Məlum olduğu kimi, Sokrat zəhərlə dolu camı ağzına yaxınlaşdırarkən allahlara yalvarırdı ki, onun o dünyaya yaxşı keçməsinə kömək etsinlər. Hətta xahiş edirdi ki, onun sağalması üçün şagirdləri allahlara qurban versin. Platon «Timey» dialoqunda Demiurq (yaradıcı) anlayışını işlədir. Doğrudur, bu anlayış yunanlarda bir çox mənalarda işlədilirdi (sənətkar, heykəltaraş, həkim, gələcəkdən xəbər verən kahin və s.) Lakin dünyanı yaradan memar da həmin mənalar içərisində var idi. Nəhayətsiz dərəcədə xeyirxah olan Demiurq dünyanı ona görə yaradır ki, xeyir ideyalar aləmindən hissi– qavranılan dünyaya keçsin. Bunun üçün o dünya ruhunu yaradır. Onun da köməyi ilə 4 stixiyanı (torpaq, hava, su və od) formalaşdırır.Həmin ünsürlərin qarışmasından cismani təbiət yaranır. İdeyalar haqqında bilik o dünyada, yaxud da transendental dünyada gördükləri xatirələr kimi ruhlarda yaşayır. Yerdə bu xatirələr əvvəlcə unudulur (çünki ruh hissi obrazlar tərəfindən udulur), sonra isə təzədən canlanır.
Əvvəlcə ruh özünün hərəkətsiz ulduzunda yerləşir, sonra isə yerə enir və təcəssüm olunur. Birinci təcəssüm insan bədənində olur. Ruhun sonrakı taleyi onun həmin bədəndəki davranışından asılıdır. Özünün həqiqi vətənini və vəzifəsini (bilirdilər ki, onlar xeyrin özüdür və xeyir yaratmalıdırlar) başa düşən ruhlar bədən öldükdən sonra yenidən öz ulduzlarına qayıdır və təzədən təcəssüm etmək növbəsini gözləyirlər. Əgər ruh bədənin təlabatı ilə yaşayırdısa, sonralar onlar heyvanların bədənində təcəssüm edirdilər (məsələn, sərxoşların və qarınquluların ruhu donuzlarda təcəssüm tapırdı, şair və musiqiçilərin ruhu isə oxuyan quşlarda, təsərrüfatçıların ruhu arılarda, qarışqalarda, tiranların ruhu isə yırtıcılarda və s. təcəssüm tapırdı) Özünün günahlarını yuyana qədər ruhlar cəzalandırılır, günahları yuyulduqdan sonra ruhlar insan bədənində təcəssüm tapırdılar.Deməli, ruhların taleyi onların öz əlində olmuşdur. Xatirələr kimi bilik haqqında Platon təlimi Platonun xatirələr nəzəriyyəsi, yaxud da anadangəlmə ümumi anlayışlar kimi təqdim olunur. Bu təlim Platonun «Fedon» əsərində öz əksini tapmışdır. Burada elmi formada ölümsüzlüyün sübutu verilmişdir: 1) ruh bədəndə təcəssüm olunana qədər yaşadığından onun mövcudluğu bədəndən asılı deyildir, bədənin ölümü ruhun ölməyi deyildir; 2) kosmoloji qanun öyrədir ki, heç nə məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) saf mahiyyətlər məhv olmur; ruh sadə mahiyyətdir. Ona görə də o, tərkib hissələrinə parçalana bilməz. Məhvolma isə tərkib hissələrə parçalanma vasitəsilə olur; 4) ruh həyat ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz.
Platon ruhun bədəndən bədənə keçməsinə (metampsixoz) inanmışdır.Heyvanların mövcudluğu faktını da bununla əlaqələndirmişdir. Onun fikirincə, heyvanlar ruhun günahlarını yumaq üçün yaradılmışdır.
Platonun etika təlimi də maraqlı fikirlərlə zəngindir. Filosofun etikası bizim fəaliyyətimizin ali məqsədi kimi xeyir anlayışının başa düşülməsinə əsaslanmışdır. Yerdə xeyirin həyata keçirilməsinin mənası nədir? O, şəxsi xoşbəxtlik əldə edilməsi ilə ölçülmür, mükəm­məl cəmiyyətin olması ilə əlaqələndirilir. Platon etikası fərdi deyil, sosialdır. O, üzvi şəkildə dövlətin siyasi nəzəriyyəsi ilə əlaqədardır. Pla­ton insanları öz tərkibinə görə hansı ruhun: əqli, affektiv (emosi­o­nal), yaxud ehtiraslı (hissi) onlarda üstünlük təşkil etməsindən asılı olaraq üç tipə bölür. Onlara da ləyaqətin müxtəlif tipləri müvafiq olur. Əgər əqli cəhət üstünlük təşkil edirsə, onda adamlara həqiqi biliyin, ideyalar (ideallar)biliyinin təzahür etdiyi müdriklik xas olur, bu isə hər şeyin xeyirxahlıq üçün olduğunu aydınlaşdırır. Bundan başqa, müdriklik– əql tərəfdən yanlız xeyirxahlığa yönəldilmiş qəra­rın qəbul edilməsidir. Bu tipə mənsub olan adamlar düzlüyə, əda­lətliliyə və hissi həzzlərə mötədil münasibət bəsləyən olurlar.
Platon onları filosoflar– müdriklər adlandırıb, onlara ideal dövlətdə hakimlik rolunu məsləhət görmüşdü.
Ruhun affektiv hissəsinin üstünlük təşkil etdiyi adamlar isə igidlik, mərdlik, ehtirasları borca tabe etdirmək qabiliyyəti ilə fərqlənirlər. Bu keyfiyyətlər döyüşçülər və yaxud dövləti mühafizə edən «gözətçi»lərə xasdır. Ehtiraslı ruhun üstünlük təşkil etdiyi adamlar fiziki əməklə məşğul olmalıdır. Çünki onlar cismani– fiziki aləmə həddindən artıq bağlıdırlar. Bunlar: kəndlilər, sənətkarlardır ki, dövlətin maddi həyatını təmin edirlər.
Platon belə hesab edir ki, hər bir adamda ruhun üç hissəsinin mövcud olmasına baxmayaraq onlardan yalnız biri ayrı– ayrı şəxslərdə üstünlük təşkil edir. Bu, eyni zamanda xalqa da aiddir. Məsələn, başqa xalqlara nisbətən yunanlarda daha çox ruhun əqli hissəsinin üstünlük təşkil etdiyi insanlar doğulur, ona görə də yunanlar elmdə böyük uğurlar qazana bilmişlər. Frakiyalılarda ruhun affektiv hissəsi üstünlük təşkil etdiyindən, bu xalq özünün igidliyi və cəsurluğu ilə seçilir. Finikiyalılar arasında üstünlük ruhun aşağı hissələrinə xas olduğu üçün onlar tamahkar olub, ticarətdə uğur qazanırlar. Ləyaqətin daha çox üstünlük qazanması üçün adamların bu məqsədlə yaradılmış dövlətdə birləşməsi zəruridir. Bu dövlətin məqsədi, onun mövcudluğunun mənası ədalətin təmin edilməsindədir. Belə çıxır ki, dövlətin məqsədi başlıca olaraq etik məqsəddir. Lakin dövlətin meydana gəlməsinin tarixi səbəbləri başqa cürdür. Burada iqtisadi səbəblər üstünlük təşkil edir. Lakin bütün mövcudiyyətin mənası xeyirin həyata keçirilməsi olduğundan, dövlətin də mənası bu olmalıdır.
Platon dövlət quruculuğunun anlaşılmasını da öz etik təliminin prinsiplərinə uyğunlaşdırırdı. Burada ədalətlilik başlıca prinsip kimi verilir. Bu dövlətdə vətəndaşlar ruhun üç hissəsinə uyğun olaraq üç təbəqəyə bölünməli idi. Birinci təbəqə hakimlər, arxontlardır. Ləyaqət– müdriklik onlara xasdır. Ona görə də onlar filosoflardır. İkinci təbəqə hərbiçilər– ləyaqətləri, igidlik və vəzifələri arxonta xidmət, onlara aşağı təbəqəni idarə etməyə kömək etmək, dövləti xarici düşmənlərdən qorumaqdır. Üçüncü təbəqə, cəmiyyətin maddi təminatına qayğı göstərənlərdir. Onların vəzifəsi– cəmiyyətin maddi cəhətdən ehtiyacını ödəməkdir. Bunlar əkinçilər, sənətkarlar, sənayeçilər, tacirlər və b. onlar tamamilə hakimlərə tabe olmalıdırlar.
İki yüksək təbəqə öz vəzifəsini yerinə yetirməkdən ötrü xüsusi şəraitdə yaşamalıdır. Onların xüsusi mülkiyyəti, ailəsi olmamalıdır. Orada qadınlar tam bərabərhüquqlu olmalıdırlar. Öz zəhmətlərinə görə haqqı onlar natura ilə aşağı təbəqədən alırlar. Onlar pula toxunmamalıdırlar. Çünki əks təqdirdə var– dövlət toplamaq hərisliyi yarana bilər ki, nəticədə vəziyyət pis mənada dəyişər. Platona görə, bütün təbəqələrə aid olan bir ləyaqət– ölçü prinsipi hökm sürməlidir. Buna yunan filosofları üçün ümumi prinsip– ölçüdən artıq heç nə– prinsipi qanun olmalıdır.
Platonun ali xoşbəxtlik kimi– mükəmməl, ədalətli dövlət haqqında nəzəriyyəsi belədir. Həyatda belə dövlətin olması qeyri– mümkündür. Qeyd etmək lazımdır ki, Platonun Akademiyası bütün fəlsəfi məktəblərdən çox yaşamışdır. Bu akademiya Platonun ölümündən sonra, yəni b. er. əv. 347– ci ildən bizim eranın 529– cu ilinə kimi, təxminən 8 əsr mövcud olmuşdur.

Platon ideal dövlət

Platon fəlsəfəsi əsasında – fikir onun təqdimat. Platon ideyalarının nəzəriyyəsi Bu zaman və məkan müstəqil əbədi bir ilahi varlıqlar, onları təqdim edir. Onlar kosmos, onlar kainatın bütün həyat yekunlaşdırdı idarə. Bu əbədi nümunələri, əsasən amorf material real, hər şeyi müxtəliflik təşkil etmişdir. Onlar öz varlığını var və onlar bir bu və ya fikir, çünki bu, onların mövcud deyil, çünki dünyada hər şeyi yalnız mövcuddur. həssas şey ilə bağlı fikir səbəb və şəhvətli dünyanın bir məxluq tərəfindən axtarılan məqsədi həm də. Ideas iyerarxiya, koordinasiya və tabeliyindən prinsipi bir-birinə bağlıdır. yüksək – var mütləq ideyası gözəllik, həqiqət və harmoniya yaxşı mənbə.

bilik nəzəriyyəsi Platon yaddaş bir nəzəriyyə kimi inşa rəhbər prinsip qəlbin ağıllı hissəsidir. Plato soul ölməz hesab. insan doğulduğu andan qədər, o, əbədi fikir dünya izləyə bilər fərqli bir yerdə, edir. Yer üzündə həyat zamanı soul o əvvəl görüldü nə necə yaddaş fikir tutmaq olar. Bu doğum əvvəl nə yaddaş, Platon ölməz ruh mövcudluğu sübut biri necə bilmə.

Platon ideal dövlət

ahəngdar vahid nəzəriyyəsi, o, “Dövlət” təqdim sonra “Qanunlar” çevrilmişdir. Hal-hazırda, siyasi incəsənət, nəticədə, qəlbin təhsil və niyə prosesi Plato bu siyasətin əsl əsas fəlsəfəsi ideyasını irəli qoyulur. O, siyasətçi bir filosof, və əksinə yalnız zaman, Yaxşı və haqq ali dəyərlər əsasında olacaq bir real dövlət qurmaq olar ki, deyir. bir ideal dövlət qurmaq, Platon üçün, insan və kainatın onun yer bilmək deyil.

canı kimi eyni şəkildə State mütəfəkkir, üç hissədən ibarət quruluşa malikdir. biznesmen, cütçü, döyüşçülər və hökmdarlarının (filosoflar, stres) şəhər-dövlət bütün əhali üç sinif bölünür. Bu üç dərsləri ahəngdar birgəyaşayışının ədalətli təmin etməlidir siyasi sistemi.

Class-fermerlər biznesmenə lusting başlanğıcı üstünlük insanların formalaşır. olan şəxslərin əmələ Class döyüşçülər iradəli əvvəlində hakim. Duty əsgər – daxili və xarici təhlükə, həm də dövlət qorumaq. Platon görə, dövlət ağıllı və daha yaxşı vətəndaş kimi yalnız aristokratlar idarə edə bilərsiniz. Və hökmdarları daha böyük səylə öz vəzifələrini həyata keçirmək üçün hazırıq digər çox onların şəhər-dövlətlər sevgi olanları olmalıdır. Amma ən əsası, onlar öyrənmək və yaxşı ki, onlar üstünlük təşkil etməlidir səmərəliliyini seyr etmək mümkün idi və onlar stres ilə adlandırmaq olar. Belə ki, Platon ideal dövlət – güc və cəsarət, üçüncü – – hikmət cəmiyyətin birinci sinif ikinci insaf hakim sosial sistemidir.

ədalət ideyası hər bir şəxs o olmalıdır etməliyik ki; Bu həmçinin şəhər-dövlət vətəndaşları və ruh bir hissəsi aiddir. Platon ideal dövlət mükəmməl təhsil və təlim olmalıdır. Plato sonra hökmdarlarının getmək bilər vətəndaşlar, ən fəal hissəsi kimi əsgərlərin təhsilə böyük əhəmiyyət verir. Tədris hökmdarları fəlsəfə öyrənilməsi ilə praktiki bacarıqları birləşdirmək lazımdır.

o Platon ideal dövlət olmalıdır nə, belə ki, əhəmiyyətli deyil yazdı parça sonunda ən azı kimsə bu şəhər-dövlət qanunları ilə yaşayır ki, kifayət qədər deyil ki, yaxşı və yaxşı ədalət qanunları. Əvvəl xarici əslində baş mütəfəkkiri ideal City-State hər insanın qəlbində dünyaya. belə prinsiplərinə görə Platon ideal dövlət inşa edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.