Press "Enter" to skip to content

Poçt siyahılarından necə çıxmaq olar

– bitki yağları, kərə yağı (az miqdarda);

Öd kisəsi xaric olunduqdan sonra.

İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.

Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.

İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.

Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamalıdır. Öd kisəsi olmadıqda öd yollarında öd yığıla bilməz və bu səbəbdən öd daha tez-tez xaric olunmalıdır. Bu o deməkdir ki, insan daha tez-tez qida qəbul etməlidir ki, öd yollarında öd durğunluğu baş verməsin. Əks halda öd yollarında da iltihab baş verəcək və daşlar əmələ gələcək.

Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır. Xüsusən bu qida qəbullarının tezliyinə aiddir. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.

Bundan əlavə öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Bu səbəbdən belə xəstələrin rasionundan heyvani piyləri (qoyun və mal piyi) qəti surətdə xaric olunmalıdır. Əksinə isə bitki (günəbaxan, qarğıdalı və zeytun yağları) və süd yağları (kərə yağı) belə xəstələr üçün xeyirli hesab olunur.

Bütün qida buğda və ya suda bişirilməlidir. Qızardılmış qidalar isə əks göstərişdir.

Öd kisəsi xaric edilmiş insanın rasionuna aşağıdakı qidalar daxil ola bilər:

– sıyıqlar (qarabaşaq, düyü, darı, yulaf yarmaları);

– yağsız ət, toyuq və balıq (xüsusən dəniz balığı);

– yağsız süd məhsulları (kəsmik, xama, yoqurtlar və s.);

– yumurta (yalnız ilıq şəkildə);

– bitki yağları, kərə yağı (az miqdarda);

– tərəvəzlər (xüsusən kök, balqabaq, qarpız, yemiş), meyvələr (yalnız şirin meyvələr, turş meyvə və giləmeyvələr əks göstərişdir);

– desert kimi mürəbbə, zefir, marmelad (az miqdarda).

Bu qidalar isə qəti surətdə əks göstərişdir:

– mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıran qidalar: soğan, sarımsaq, turp, göbələk, ət və balıq bulyonları, kəskin, duzlu, hisə verilmiş qidalar, ədviyyatlar, konservlər;

– şirniyyatlar (tortlar, pirojnalar, konfetlər və s.);

– yağlı ət, balıq, toyuq;

– noxud, lobya, qara çörək;

– soyuq qidalar və içkilər (dondurma və s.) – onlar öd yollarının sıxılmasına (spazmına) səbəb olur.

Saglamolun.Az

Poçt siyahılarından necə çıxmaq olar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb.

FED.az xəbər verir ki, nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Beləliklə…

Pensiya hüququ əldə etmə şərtləri

1. Normal şərtlərdə – 25 il sığorta stajı topladıqda

2. Normal şərtlərdə – minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksələcək)

3. 1-ci qrup əlillərdə – minimum 5 il sığorta stajı olduqda

4. 2 və 3-cü qrup əlillərdə – minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda

Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək – 25 il əmək pensiyası toplamaq kifayətdir.

Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki pensiya kapitalı tələb olunan həddə çatsın.

1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlarhazırda məbləği 130 manatdır.

Pensiya əldə etmə növləri

1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65 manata yüksələcək.

2. Şəxs əlil olduqda

3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)

3. Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtləri

1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərəli işdə işləyənlər, liliputlar və s.) – 5-20 il daha tez hüquq əldə edirlər

2. Hüquq mühafizə orqanlarında işləyənlər – müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt hüquq əldə edirlər

4. Pensiya məbləğinin hesablanması qaydası

1. Normal şərtlərdə – şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə alınan məbləğdə

2. Xüsusi şərtlərdə (dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlər və s.) – 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında

5. Pensiya kapitalının toplanması qaydası

1. Şəxsin muzdlu işdən gəlirlərinin 25%-i miqdarında

2. Vəkillərin, sərbəst mühasiblərin və s. gəlirlərinin 10-15%-i miqdarında

3. Fərdi sahibkarlar minimum əməkhaqqının 10-25%-i miqdarında

4. Pay torpaq mülkiyyətçiləri hər hektara görə MƏH-nın 6%-i miqdarında

6. Nəticə və tövsiyyələr

1. Göründüyü kimi pensiya bir çoxlarının düşündüyü kimi sadəcə qocalıqla əlaqəli bir hüquq deyil. Pensiyaya istənilən yaşda ehtiyac yarana bilər.

2. Maaşlarınızdan ödənilən 25% məbləğ vergi kimi dövlətə əvəzsiz ödənilən bir rüsum deyil. Ödədiyiniz 25%-in 90%-i pensiya zamanı sizə geri ödəniləcək məbləğdir. Üstəlik sizin pensiya hüququnuz yarananadək həmin məbləğ hər il indeksasiya edilərək artırılacaqdır.

3. Başqa sözlə desək maaşlarınızdan ödənilən 25% məbləğ 3-15% illik gəlirliliyə (indeksasiya) malik və arxasında dövlət dayandığı üçün olduqca etibarlı bir investisiya alətidir.

4. Odur ki, sizdən asılıdırsa gəlirlərinizi tam məbləğdə rəsmiləşdirin, sizdən asılı deyilsə rəsmiləşdirilməsini tələb edin.

5. Ödədiyiniz 25%-i itki kimi deyil, əksinə özünüzün və ailənizin bir zəmanət fondu kimi hesab edin.

6. Zəmanət fondunuzda olan məbləği mütəmadi olaraq e-sosial.az portalından izləyin.

7. Mövcud olan pensiyaların azlığına da fikir verməyin. Bunun səbəbi yaşlı nəsilin zamanında kiçik əməkhaqları ilə çalışması və fərdi uçot sisteminin olmamasındadır. Hazırda isə fərdi uçot sistemi var və sizin pensiyanız sizin ödədiyiniz haqlardan asılı olacaq və kifayət qədər yüksək olacaq.

Poçt siyahılarından necə çıxmaq olar

Müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qızalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.
Qərbin bəzi iqtisadçıları hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı respetdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür. Almaniyanın kansleri Angela Merkel də bir müddət öncə Avropa İttifaqı ölkələrində pensiya yaşının yuxarı qaldırılması təklifi ilə çıxış etmişdi. Onun fikrincə, bu, Avropa ölkələri üçün vacibdir. Kanslerin təklifinə görə, bütün Avropa ölkələrinin qadın və kişilərində yaş həddi 67 olmalıdır.

Elə Avropa İttifaqının üzvü olan bəzi digər ölkələr də pensiya yaşını 65-dən yuxarı qaldırmaq istəyirlər. İttifaqın üzvü olan ölkələrdə 2050-ci ilədək pensiya yaşı qadınlarda 64,4, kişilərdə isə 64,6 olacaq.

Qeyd edək ki, Azərbaycanda da pensiya yaşı bu ilin yanvarında artıb.

Modern.az saytı bəzi Avropa ölkələrində pensiya yaşının həddini təqdim edir:

Avstriya da kişilərin pensiya yaşının artırılması həddi 61,5-dən 65 yaşa qədərdir. Qadınlarda isə 56,5-dən 60-ə qədərdir. Amma 2029-cu ildən sonra yaş həddi artırılacaq və həm qadınlar, həm kişilər üçün yaş həddi 65 olacaq.

Bolqarıstan da kişilər pensiyaya 63 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar.

Danimarkada qərara alıblar ki, 2024-2027-ci illərdə qədər pensiya yaşı həm kişilər, həm qadınlar üçün 65-dən 67-yə qaldırılsın.

Estoniyada kişilər 63, qadınlar isə 61 yaşında pensiyaya çıxırlar.

Finlandiyada kişilər və qadınlar 63 yaşında pensiyaya çıxırlar.

Fransada pensiya yaşı 60-dan 62-ə qaldırılıb, amma islahat tamamilə 2018-ci ildə həyata keçiriləcək.

Yunanıstanda hazırda pensiya yaşı həm qadınlar, həm kişilər üçün 60-dır, ancaq bu rəqəmi 65-ə qədər qaldrımaq istəyirlər.

Niderlandda kişilər kimi qadınlar da 65 yaşında pensiyaya çıxa bilər, amma hökumətin bu rəqəmi 2020-ci ildə 66, 2025-ci ildə isə 67 yaşına qaldırmaq niyyəti var.

Maltada qadınlar 60 yaşında, kişilər isə 61 yaşında pensiyaya çıxırlar. Amma 1962-ci ildən sonra doğulanlara yeni qanun tətbiq edilir, onlar 65 yaşında pensiyaya çıxacaqlar.

Almaniyada Bundestaq 2007-ci ildə pensiya yaşının 65-dən 67-ə qaldırılması haqqında qərar qəbul edib, amma hər hansı şəraitdə 63 yaşında da çıxmaq olar. Alman islahatı 2030-cu ilə kimi davam edəcək.

Portuqaliyada qadın və kişi pensiyaçılar üçün yaş həddi 65-dir.

Rumıniyada qadınlar 60, kişilər isə 63 yaşına qədər işləyirlər. 2014-cü ildə bu yaş həddi 65-ə qədər qaldırılacaq.

Slovakiyada kişilər 60, qadınlar isə 57 yaşında pensiyaya çıxırlar. 2014-cü ildən sonra burada pensiya yaşı 62-ə qaldırılacaq.

İsveçrədə qadın və kişilər 61 yaşında pensiyaya çıxırlar.

Böyük Britaniyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 60-dır. 2018-ci ildə pensiya yaşı hər iki cinsin nümayəndələri üçün 66 olacaq.

Yeri gəlmişkən, Avropa İttifaqının üzvü olmayan Azərbaycanda pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarımdır (59 il 6 ay). Qeyd edək ki, 2013-cü ildə Azərbaycan qadınları 59 yaşı tamam olduqda pensiyaya çıxa bilirdilər. Bu ildən isə qadınlar üçün təqaüd yaşı artıb. İndi pensiya almaq istəyən azərbaycanlı qadınlar daha 6 ay gözləməli olacaqlar. Amma bu da son deyil.
Azərbaycanda 2010-cu ilin 1 yanvarından “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərdən biri də odur ki, qadınların pensiyaya çıxma yaşı 2015-ci ilin 1 yanvarından 60 yaşa çatdırılacaq.
Beləliklə, 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60 olacaq.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.