Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ
Video zəngi etmək səs zəngini etmək kimi olduqca asandır. Sadəcə nömrəni yığmaq lazımdır. Yeganə fərq ondan ibarətdir ki, səs zəngi yox, video zəng funksiyasını seçmək lazımdır. Əgər Siz və zəng etdiyiniz abunəçi ən azı 3G texnologiyasını dəstəkləyən mobil telefonlarından istifadə edirsinizsə, telefonunuzu göz qabağında tutun və ekrana baxın.
Poçt xidməti paketimi qəbul edibsə, onu necə ləğv edə bilərəm?
Sevimli nömrə kimi yalnız Bakcell nömrəsi aktivləşdirə bilərsiniz.
Nömrəmin hansı tarif planında olduğunu necə müəyyən edə bilərəm?
Nömrənizin hansı tarifdə olduğunu təyin etmək üçün, lütfən Bakcell tətbiqindən istifadə edin yaxud my.bakcell.com səhifəsinə daxil olun.
Qiymətlərə ƏDV daxildir?
Bəli, bütün qiymətlərə, ƏDV daxildir.
Gizli nömrə ilə edilən zənglərin kim tərəfindən edildiyini öyrənə bilərəm?
Gizli gələn zənglər sizi narahat edirlərsə, və bu barədə məlumat əldə etmək üçün, yaşadığınız rayonun polis bölməsinə müraciət edin. Müvafiq tədbirlər yalnız polis tərəfindən görülə bilər.
Gizli zəngi necə aktivləşdirmək olar?
Gizli nömrə xidməti vasitəsi ilə zənglər zamanı nömrəni gizlətmək mümkündür. Xidmət 2 növə bölünür:
- CLİR (Calling Line Identity Restriction) – Sizə bütün etdiyiniz zənglər zamanı nömrənizi gizlətməyə imkan verir.
- SOCLİR (Subscription of CLİR) – Sizə etdiyiniz müəyyən zənglər zamanı nömrənizi gizlətməyə imkan verir.
Ətraflı məlumat BURADA .
PIN/PUK kodlar itirilibsə, bunları necə əldə etmək olar?
PIN/PUK kodlar haqqında məlumatı Bakcell Məlumat Mərkəzinin 555 qısa nömrəsinə zəng etməklə və yaxud Müştəri Xidmətlərinə yaxınlaşaraq əldə edə bilərsiniz. Nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək vacibdir. Əlavə olaraq Siz heç bir ünvana müraciət etmədən Bakcell tətbiqindən və ya my.bakcell.com səhifəsindən istifadə edərək bu məlumatı əldə edə bilərsiniz.
Məlumat Mərkəzinə zəng edərək öyrənmək istəyirsinizsə, Siz, nömrə hansı sənədlə alınıbsa, onun tam məlumatını təqdim etməlisiniz, əks halda məlumat verilməyək.
Müştəri xidmətlərinə yaxınlaşaraq öyrənmək istəyirsinizsə, nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlisiniz.
Qeyd: Nömrə Sizin adınızadırsa, PIN/PUK kodları sizə təqdim edəcəklər, əks təqdirdə, telefonu koddan açandan sonra kodlar Sizə təqdim edilməyəcək.
Nömrənin dublikatını hansı sənədlərlə əldə etmək olar?
Nömrənin dublikatını əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi yaxud ümum vətəndaş pasportu; xarici vətəndaşlar isə müvəqqəti yaşayış icazəsi, daimi yaşayış icazəsi yaxud xarici vətəndaşın pasportu) təqdim edilməlidir.
Nömrə itirilibsə, onu necə bağlamaq olar?
Siz Bakcell şirkətinin Məlumat Mərkəzinin 555 qısa nömrəsi ilə əlaqə saxlayıb, nömrənin rəsmi sahibinin şəxsiyyətini təsdiq edən sənədinin məlumatını ( əgər nömrə o sənədlə alınıbsa) təqdim etməklə bağlada bilərsiniz. Bundan əlavə, nömrənin rəsmi sahibi istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək nömrəni bağlaya bilər.
İnternet SİM kartı nədir, necə almaq və istifadə etmək olar?
Bakcell şirkətinin İnternet SİM kartı planşetdlərdə, Bakcell Data Kartlarda yaxud smartfonlarda yalnız mobil İnternet, SMS və MMS xidmətlərindən istifadə etmək üçün nəzərdə tutulub və zəng etmək (onlayn zənglər istisna olmaqla) mümkün deyil.
İnternet SİM kartı istənilən Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən əldə etmək mümkünür.
Adıma olan nömrələrin siyahısını necə əldə edə bilərəm?
Adınıza olan nömrələrin siyahısını əldə etmək üçün, şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, müraciət ərizəsini doldurmalısınız. Sizin müraciət müvafiq şöbə rəhbərinə yönləndiriləcək və cavab hazır olan kimi, sizə PULSUZ təqdim ediləcək.
4G (LTE) nədir?
4G LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcədə sürətlidir.
4G (LTE) şəbəkəsini necə aktivləşdirmək olar?
4G texnologiyasından yararlanmaq üçün, abunəçilərin həm SİM nömrəsi, həm də smartfonu 4G şəbəkəsini dəstəkləməlidir. Sizin mobil cihazınız SİM kart vasitəsilə 4G şəbəkəsinə qoşulur və Siz İnternetə çıxış əldə edirsiniz. 4G şəbəkəsindən istifadə etmək üçün 4G texnologiyasını dəstəkləyən telefonların menyusunda “LTE” və ya “4G” rejimi seçilməlidir. Əgər sizin SİM nömrəniz 4G şəbəkəsini dəstəkləmirsə, siz istənilən vaxt hər hansı Bakcell diler mərkəzində və Bakcell Müştəri Xidmətləri Mərkəzində 4G SİM nömrənizi əldə edə bilərsiniz. Xidmət haqqı 3.50 ₼ təşkil edir.
Bakcell-in 4G texnologiyasının əhatə dairəsi nə dərəcədə genişdir?
8000-dən çox 4G baza stansiyası malikdir, 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metro stansiyalarında 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.
Bakcell-in 3G texnologiyasının əhatə dairəsi nə dərəcədə genişdir?
3G şəbəkəmiz ölkə əhalisinin 99.3% ölkə ərazisinin isə 86.5%ni əhatə edir.
3G və 4G ilə mən hansı yeni xidmətlərdən istifadə edə bilərəm?
3G və 4G texnologiyası səs zəngləri ilə yanaşı, daha qabaqcıl xidmətlərdən yararlanmaq imkanını yaradır. Bu xidmətlər mobil mühitdə bütün video və məlumat ötürməni, yəni yüksəksürətli İnternet, video zənglər, mobil televiziya və s. kimi xidmətləri daxil edir.
3G şəbəkəsində İnternetin sürəti nə qədərdir?
3G İnternetinin “meqabayt” sürəti ən tələbkar İnternet istifadəçilərini belə razı salacaq. 3G texnologiyası sayəsində, Siz 42 Mbps qədər məlumat ötürmə sürətindən yararlana biləcəksiniz. Məlumat ötürmə sürəti istifadəçilərin sayı və baza stansiyasına qədər olan məsafədən asılıdır: şəbəkədən istifadə edən müştərilərin sayı və abunəçinin baza stansiyasına qədər məsafəsi nə qədər çoxdursa, o qədər də məlumat ötürmə sürəti aşağı olur.
4G şəbəkəsində İnternetin sürəti nə qədərdir?
Rəsmi kommunikasiyalarımıza əsasən Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.
Video zəng nədir?
“Video zəng” – səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən texnologiyadır. Bu texnologiya sayəsində, abunəçilər bir birini eyni vaxtda eşidib görmək imkanını əldə edəcəklər. Nəzərə alın ki, heç də bütün mobil telefonlar video zəng xidmətini dəstəkləmir. Video zəng funksiyasını dəstəkləyən ən populyar cihazlar Nokia və Samsung tərəfindən istehsal edilir.
Mən necə video zəng edə bilərəm?
Video zəngi etmək səs zəngini etmək kimi olduqca asandır. Sadəcə nömrəni yığmaq lazımdır. Yeganə fərq ondan ibarətdir ki, səs zəngi yox, video zəng funksiyasını seçmək lazımdır. Əgər Siz və zəng etdiyiniz abunəçi ən azı 3G texnologiyasını dəstəkləyən mobil telefonlarından istifadə edirsinizsə, telefonunuzu göz qabağında tutun və ekrana baxın.
Video zənglərin qiyməti neçəyədir?
Adi və video zənglər arasında qiymət fərqi yoxdur. Video zəng üçün əlavə haqq tutulmur.
Digər mobil operatorların nömrələrinə video zəng etmək mümkündürmü?
Digər mobil operatorların nömrələrinə video zəng etmək üçün həm zəng edən, həm də zəngi qəbul edən abunəçinin 3G yaxud 4G şəbəkəsi aktiv olmalı, video zəng funksiyasını dəstəkləyən və quraşdırılmış video zəng kamerasına malik 3G yaxud 4G telefonlarından istifadə edilməlidir. Bu halda sadəcə:
- Zəng etmək istədiyiniz abunəçinin nömrəsini daxil edin;
- Video zəng funksiyasını seçin;
- Video zənginiz, zəng etdiyiniz abunəçi dəstəyi qaldıran zaman başlanacaq.
Mən iPhone markalı telefon işlədirəm. 3G və 4G şəbəkəsini aktivləşdirdikdən sonra, sürətli İnternetdən istifadə edə bilirəm, lakin video zəngdən istifadə edə bilmirəm.
Video zəng – 3G və 4G texnologiyasının səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən ən maraqlı xidmətlərindən biridir. Ancaq nəzərə alın ki, heç də bütün mobil telefonlar, o cümlədən iPhone mobil cihazı video zəng xidmətini dəstəkləmir. Bununla belə, xüsusi proqramlar (application) vasitəsilə iPhone cihazlarında video zəng xidmətindən istifadə etmək olar. iPhone modellərində “Face Time” adlanan proqram mövcuddur. Bu proqram vasitəsilə yalnız Apple istehsalı olan cihazlara video zəng etmək olar. Qeyd edək ki, bu və digər proqramlar vasitəsilə iPhone cihazlarında video zəng funksiyasının yerinə yetirilməsi üçün Wi-Fi internet bağlantısının olması zəruridir.
Mən 3G yaxud 4G-dən istifadə etmək arzusunda deyiləmsə, şəbəkə bağlantısını ləğv edə bilərəm?
Siz istənilən zaman 3G yaxud 4G şəbəkəsini söndürə bilərsiniz. Nəzərə alın ki, 2G şəbəkəsinə qayıdan zaman şəbəkə rejimi “GSM” və ya “yalnız 2G” rejiminə qaytarılmalıdır.
Zəng etmək və ya zəngi qəbul etmək mümkün olmaması, və yaxud SMS göndərmək/almaq mümkün olmaması kimi problemlərlə üzləşəndə nə etməliyəm?
Bu cür hallarda sadəcə “2G” (GSM) şəbəkəsinə qayıdın. Abunəçinin cihazında ikili rejim (dual mode- həm 2G, həm 3G, həm 4G-nin aktiv oması) varsa, ekranda “SOS”, “No Network Coverage” (Şəbəkə xaricində), “Emergency Calls Only” (Yalnız fövqəladə zənglər) kimi mesajlar göstəriləcək və bu halda abunəçi öz telefonunu “2G only” (“yalnız 2G”) şəbəkə rejiminə keçirməlidir.
3G və 4G texnologiyasından CIN, Klass və Business daxil olmaqla bütün Bakcell abunəçiləri istifadə edə bilər?
3G və 4G texnologiyasından bütün Bakcell abunəçiləri faydalana biləcəklər. Müasir xidmətlərdən yararlanmaq üçün sadəcə həmin texnologiyaları dəstəkləyən mobil telefondan və SİM kartdan (4G texnologiyasından faydalanmaq üçün 4G SİM kartı olmalıdır) istifadə etmək lazımdır.
Video zənglər və 3G yaxud 4G İnternet xidmətlərindən rouminq zamanı istifadə etmək olarmı?
3G/4G texnologiyasına aid xidmətlər yalnız 3G/4G şəbəkəsinə malik və Bakcell ilə data/GPRS və 3G/4G rouminq müqaviləsi olan rouminq tərəfdaşların şəbəkələrində mümkündür. Bu standartları dəstəkləyən mobil telefonlardan istifadə edən abunəçilər, Bakcell-in rouminq tərəfdaşlarının 3G/4G şəbəkəsində qeydiyyatdan keçib, adi rejimdə rouminq xidmətlərindən istifadə edə bilərlər. Rouminq zamanı 3G/4G şəbəkəsində İnternetdən istifadə zamanı sərf olunan trafik, rouminqdə məlumatın ötürülməsinə dair müvafiq qiymətlərə əsaslanaraq hesablanır. Rouminqdə olarkən 3G/4G texnologiyasından istifadə, seçilmiş rouminq tərəfdaşın texniki imkanlarından asılıdır.
Bakcell Wi-Fi nədir? İstifadə qaydası və əhatə dairəsi.
Heç bir naqil yaxud kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən evinizdə olan bütün cihazları yüksəksürətli İnternetlə təmin etmək artıq mümkündür.
Yeni Bakcell Wi-Fi modemlə evinizi tam internetləşdirə bilərsiniz. Bu modem sayəsində 32 cihazı (mobil telefonları, planşetləri, televizorları, kompyuterləri və s. simsiz İnternetə qoşulması olan cihazlar) eyni anda asanlıqla İnternetə qoşa bilərsiniz. Bizim Bakcell Wi-Fi paketlərinin sürəti yalnız 4G sürəti ilə işləyir. Əhatə dairəsi açıq yerdə 25-30 metrədək siqnal gücünə malikdir. Bakcell Wi-Fi cihazların satışı bütün Bakcell diler ünvanlarında həyata keçirilir.
Bakcell tətbiqi nədir?
“Bakcell”in yeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı. Bu tətbiqi yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər: Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktivasiya etmək, istifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək, tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq, balans əməliyyatlarını icra etmək və hətta nömrəyə dair izahlı qaimə əldə etmək olur. Abunəçi istifadə etdiyi mobil cihazın modelindən asılı olaraq Android yaxud iOS platformasından mobil aplikasiyanı yükləyə bilər.
Daxil olan zənglərin izahlı qaiməsini necə əldə etmək olar?
İzahlı qaimədə yalnız çıxan zənglər, SMS-lər və ümumi istifadə barədə məlumat əldə etmək olur. SMS-in mətni əks olunmur. İzahlı qaiməyə baxmaq üçün Bakcell tətbiqindən istifadə edin yaxud, nömrə həqiqətən sizin adınızadırsa, şəxsiyyət vəsiqənizlə birgə Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşın.
Bakcell tətbiqində izahlı qaiməyə baxmaq mümkündür?
İstifadə tarixçəsi – abunəçiyə ödənişsiz şəkildə son 3 ayın izahlı qaiməsini əldə etmək şansı verir.
Adıma olan nömrənin izahlı qaiməsini digər bir şəxs əldə edə bilər?
Nömrənin rəsmi sahibindən başqa, heç kəs bu məlumatı əldə edə bilməz. İzahlı qaiməni əldə etmək üçün, nömrə həqiqətən sizin adınıza olmalıdır və bunu təsdiq etmək üçün siz şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.
Bakcell İnternet paketləri haqqında məlumat.
Aylıq internet paketləri haqqında ətraflı məlumat BURADA .
Həftəlik internet paketləri haqqında ətraflı məlumat BURADA .
Gündəlik internet paketləri haqqında ətraflı məlumat BURADA .
Rouminq üçün sərfəli internet və danışıq paketləri.
Rouminqdə sərfəli internet, danışıq paketləri və hansı ölkədə hansı operatorda istifadə etmək qaydası ilə tanış olmaq üçün BURA daxil olub, endirimlər və xüsusi təkliflər bölümündən yararlana bilərsiniz.
Mobil cihazım itirilibsə, mən IMEI kodu necə öyrənə bilərəm?
Abunəçi IMEI kodların siyahısını istədikdə, şəxsiyyət vəsiqəsi ilə birgə Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşmalıdır. Xidmət PULSUZDUR.
Telefonumun IMEI kodunun qeydiyyatdan keçdiyini necə dəqiqləşdirə bilərəm?
Telefonunuzun IMEI kodunun qeydiyyatdan keçməsini öyrənmək üçün, IMEI kodu 1677 nömrəsinə göndərə bilərsiniz, xidmət haqqı 0.30 ₼ təşkil edir və yaxud www.imei.az saytına daxil olub yoxlaya bilərsiniz.
Mənim saatım paketini Wi-Fi Hotspot kimi istifadə etmək mümkündür?
Digər cihazların Wi-Fi Hotspot ilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil.
Limitsiz İnternet paketi var?
Mənim Saatım İnternet paketi ilə siz özünüzə heç bir məhdudiyyət qoymadan, yüksəksürətli İnternetdən faydalana bilərsiniz, üstəlik cəmi 0.59 ₼-ə. İnternet paketin müddəti 1 saatdır. Paketi gün ərzində yalnız 1 dəfə, saat 01:00-19:00 ərzində əldə etmək mümkündür. Ətraflı məlumat BURADA .
Statik IP nədir?
Statik İP dəyişilməyən ünvan deməkdir. Adətən internet istifadəçiləri dinamik İP-dən istifadə edir. Bu zaman internetə hər daxil olub-çıxdıqda istifadəçinin İP ünvanı dəyişir. Bu isə statistik rəqəmlərlə çalışan, eləcə də nəzarət kameraları quraşdırmış istifadəçilərin işinə mane olur. Dinamik İP-dən fərqli olaraq Statik İP-də İP ünvanı dəyişməz qalır.
Statik İP qoşmaq mümkündür?
Bəli, qoşmaq mümkündür. Dəyəri 5 ₼ təşkil edir, istifadə müddəti 1 aydır.
Mən tarifimi necə ləğv edə bilərəm?
Təəssüflər olsun ki, tarifi ləğv etmək olmur, Siz digər bir tarifə keçid edə bilərsiniz. Digər tarifə keçid olunduqda, cari tarifdən çıxmış olursunuz.
Nömrəmin kimin adına olduğunu necə öyrənə bilərəm?
Siz *540# yığmaqla nömrənin kimin adına olduğunu öyrənə bilərsiniz. Xidmət haqqı 0.10 AZN təşkil edir .
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi aprel ayından həyata keçirilsə də, yanvar ayından dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. Bu isə vətəndaşlarda suallar yaradır. Xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?
Vətəndaşları narahat edən digər məqam isə ondan ibarətdir ki, İcbari Tibbi Sığorta Agentliyinin saytında xidmətlər zərfində 2550 tibbi xidmət qeyd olunsa da, həmin xidmətlərin siyahısı və tarifləri aydın şəkildə izah olunmur. Bir çox xəstəliklər üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Vətəndaşlar isə bu portfelə hansı xəstəliklərin daxil olduğunu bilmək istəyirlər.
Qeyd edək ki, ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari sığorta tətbiq olunsa da Şəkidə vətəndaşlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkim qəbuluna, həm də göstərilən digər xidmətlər üçün pul ödədiklərini bildirirlər. Nəzərə alsaq ki, aprel ayının 1-dən icbari tibbi sığorta ölkə üzrə tətbiq olunur, prosesin şəffaflığı vətəndaşlar üçün çox vacib məsələdir. O baxımdan hər bir vətəndaş icbari tibbi sığorta ilə bağlı məlumatların geniş dərc edilməsini, maarifləndirmə işlərinin ciddi şəkildə aparılmasını zəruri hesab edir.
Cəmiyyəti narahat edən suallarla bağlı tibb elmləri doktoru Adil Qeybulla və İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq.
BAKU.WS-ə danışan tibbi elməri doktoru Adil Qeybulla hesab edir ki, icbari tibbi sığortaya keçmək üçün biz Türkiyə modelini götürməliyik: “Biz Türkiyə təcrübəsindən istifadə etməliyik. İndi birdən-birə hər şeyi ora salmaq mümkün olmayacaq. Mən xidmətlər paketi ilə tanış olmamışam. Amma birdən-birə bütün tibbi xidmətləri icbari tibbi sığorta paketinə cəlb etmək imkan xaricində olacaq. Çünki ayrılan vəsait onu həll etmir. Amma birinci növbədə doğuş və təxirəsalınmaz yardım paketə salınmalıdır”.
A.Qeybullanın fikrincə, əslində dövlət məmurları və xüsusi gəlirli biznesmenlər xüsusi qaydada sığorta olunmalıdırlar: “Biz onunla bağlı vaxtında dövlətə təkliflər vermişik. O ki qaldı vətəndaşların sığortasına, dövlət və özəl sektorda işləyənlərin, işsizlərin də öz sığorta qaydaları var. Bütün vətəndaşlar bu şəkildə sığorta olunub, əllərində sığorta vəsiqəsi olandan sonra hamı sığortalanmış olacaq. Ondan sonra sığortanın predmeti müəyyənləşməlidir ki, sığorta paketinə bu gün nə daxildir? Təbii ki, bütün xidmətlərin pulsuz qarşılanması real deyil. Əgər bunu etsələr, bu, əlavə çətinliklər, söz-söhbət yaradacaq və iş keyfiyyətsiz olacaq”.
A.Qeybulla hesab edir ki, aprel ayından xidmət həyata keçirildiyi halda, yanvar ayından sığorta haqqı tutulması ilə bağlı vətəndaşların narazılığı haqlıdır.
İcbari tibbi sığortanın bütün prosesinin sistemli aparılmalı olduğunu vurğulayan A.Qeybulla qeyd etdi ki, vahid bir sistem, proqram olmalıdır: “Qazaxda, Lənkəranda, Bakıda oturan da bu sistemdən tam xəbərdar olmalıdır. Bütün maliyyə xərcləmələri tam şəffaf olmalıdır və hər bir vətəndaş xidmətlərin həyata keçirilməsindən tam məlumatlı olmalıdır və İcbari Tibbi Sığorta Agentliyinin saytını açan insanlar bilməlidirlər ki, hansı xidmətlər pulsuzdur və icbari tibbi sığortanı necə istifadə etmək lazımdır? Bununla bağlı təbliğat çox zəif gedir. Biz televiziya ekranlarında bunu görmürük, maarifləndirmə işi çox aşağı səviyyədədir”.
A.Qeybulla onu da nəzərə çatdırdı ki, təbliğatın aşağı olmasına məsul olan qurumlar var: “Bu məsələdə onlar sorumludur. Bunlar gərək bu işi hər gün, tez-tez geniş təbliğ etsinlər. Biz bu sistemə keçiriksə, insanlar məlumatlı olmalıdırlar ki, sizdən vəsaitlər yığılır, nəyə görə yığılır, nə qədər yığılacaq və hansı kateqoriya insanlar sığorta olunacaq? Biz onu 4 kateqoriyaya bölmüşük. Görək, bunlar onu necə bölürlər, hansı ölkənin modelindən istifadə edirik, paketə hansı xidmətlər daxil olacaq? Bütün bunlar haqqında tam təfsilatlı məlumat olmalıdır. Əgər bu, yetərsiz olsa, həkimlər də keyfiyyətli xidmətdən qaçacaqlar və keyfiyyət aşağı düşəcək, özəl klinikalarda xəstəyə baxmağa gedəcəklər. Yəni sığortaya cəlb olunan xəstəxanalarda peşəkar həkimlərin mərkəzdənqaçma meyilləri yarana bilər. Bu da yaxşı tendesiya deyil”.
Vətəndaşları narahat edən suallarla bağlı İcbari Tibbi Sığorta Agentliyi BAKU.WS-in sorğusunu cavablandırıb, cavabı olduğu kimi təqdim edirik:
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmət qeyd olunur. Ancaq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə tanış olduqda hər kəs üçün açıq suallar qalır. Çoxlu sayda xəstəlik üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Yaxud xəstəliklərin qarşısında “daxildir”, “daxil deyil” deyə qeydlər var. Vətəndaşlar bilmək istəyirlər ki, bu xidmətlərə əsas xəstəliklərdən nələr daxildir?
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Həmin xidmətlər bunlardır:
– İlkin səhiyyə xidməti
– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
– İxtisaslaşdırılmış ambulator yardım xidməti
– İnvaziv radiologiya xidməti
– Stasionar tibbi xidmət
Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb.
Nəzərinizə çatdırırıq ki, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. Bu zaman bütün sığortaolunanlar icbari tibbi sığortadan yararlana biləcəklər.
Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində (cədvəl) tanış ola bilərlər. Sığortaolunan tibbi göstəriş olduğu hallarda cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.
Sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilib. İcbari tibbi sığorta təminatına alınmış xəstəliklərin kodu və cərrahi prosedur kodları müvafiq olaraq “Xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışı (XBT-10)” və “Xəstəliklərin beynəlxalq təsnifatının 9-cu baxışı (XBT-9), prosedurların təsnifatı” üzrə müəyyən edilir. Cədvəldə bəzi tibbi xidmətlərin adının qarşısında kodun yazılmaması həmin xəstəliyin və prosedurun beynəlxalq təsnifatı üzrə kodunun olmamasını ifadə edir.
Nümunə: Cədvəldə 2.6.667 sıra nömrəsi olan “Birtəfəli ovariektomiya” cərrahi tibbi xidmətin XBT-9 üzrə prosedur kodu 65.3 olaraq müəyyən edilib.
“Tibbi Xidmətin Tarifi” xanasında qeyd edilən məbləğlər tibbi xidmətlərin göstərilməsi müqabilində Agentlik tərəfindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi hüququ olan müvafiq tibb müəssisəsinə ödənilən məbləği müəyyən edir.
Cədvəlin “QEYD” xanasında olan abreviaturaların açıqlaması həmin sənədin 128 və 129-cu səhifələrində verilib. Cədvəlin “QEYD” hissəsində tibbi xidmətin göstərilməsi zamanı hər hansı əlavə xidmətlərin tibbi xidmətin tarifinə daxil olub-olmaması müəyyən edilir. Bəzi nümunələri nəzərinizə çatdırırıq:
Sıra nömrəsi 2.1.462 saylı “Yaranın qranulyasiyadan təmizlənməsi (böyük)” tibbi xidmətin qarşısında “QEYD” xanasında *A, *TS, *Dr daxildir” qeyd olunub. Deməli, “*A, *TS, *Dr daxildir” qeydi sözügedən ambulator tibbi xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya xidməti, dərman və tibbi sərfin həmin tibbi xidmətin tarifinə daxil olduğunu bildirir.
– Ötən il hansı xəstəxanaların icbari tibbi sığorta sistemində vətəndaşlara xidmət göstərəcəyi açıqlanmışdı. Buraya özəl xəstəxanaların da əlavə olunacağı qeyd olunmuşdu. Hansı özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşulacaq və Xidmətlər zərfinə daxil edilən 2550 xidməti onlar da həyata keçirəcəklər?
– Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz olaraq göstərilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/files/9/TEBIB_SIYAHI.pdf) yerləşdirilib.
Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Vətəndaşların tibbi xidmətlərlə bağlı ehtiyaclarına uyğun olaraq müqaviləli tibb müəssisələrinin də sayı artırıla bilər. Tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün yeni xəstəxanalarla müqavilələr bağlanıla bilər.
Qeyd edək ki, tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.
– Bakı şəhəri və bir sıra rayonlarda icbari tibbi sığorta aprel ayının 1-dən tətbiq edilir. Ancaq artıq vətəndaşların maaşlarından sığorta haqları tutulur. Vətəndaşlar sual edirlər ki, xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?
– Nəzərinizə çatdırırıq ki, Agentlik həm icbari tibbi sığortanın tətbiq edildiyi, həm də tətbiq edilmədiyi ərazilərdəki tibb müəssisələrini maliyyələşdirir. İcbari tibbi sığortanın tətbiq edildiyi və edilmədiyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlıdır. Belə ki, sığortanın tətbiq edildiyi tibb müəssisələri göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirilir. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılır.
– Məlum olduğu kimi, ən aşağı maaş alandan da, 8 min manat alandan 2 faiz sığorta haqqı tutulur. 10 manat sığorta ödəyənlə 160 manat sığorta ödəyənə xidmətlərdə fərqli yanaşma olacaq?
– 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən sığorta haqlarının toplanılmasına başlanılıb. Sığorta haqlarının əhali qrupları üzrə məbləği aşağıdakı kimidir:
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Bu əhali qrupu üzrə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. 2022-ci ildən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sistemdir. Hər bir sığortaolunan icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən bərabər şərtlərlə istifadə etmək hüququna malikdir.
– Ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari tibbi sığorta tətbiq olunsa da, Şəkidə insanlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkimə ödəniş edib, həm də digər xidmətlər üçün pul ödədiklərini qeyd edirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələrə necə nəzarət edir? Ümumiyyətlə, belə hallarla mübarizə necə aparılacaq?
– Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Habelə stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.
Vətəndaşlar şikayətlərini öncə müvafiq xəstəxana rəhbərlərinə müraciət etməklə bildirə bilərlər. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər.
– Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumatların azlığından, olan məlumatların isə tibbi terminlərlə yazıldığından anlaşılmaz olduğundan narazılıq edirlər. İcbari tibbi sığorta sistemini daha anlaşıqlı şəkildə izah edən sosial çarxlar hazırlanırmı? Ümumiyyətlə, maarifləndirmə işi niyə zəif aparılır?
– Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində tanış ola bilərlər. Sığortaolunan tibbi göstərişi olan hallarda Cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Yuxarıda da bildirildiyi kimi, sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilir.
Məlumat üçün bildiririk ki, Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nin 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunmuş və tibb müəssisələrinə təqdim edilmişdir.
Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verir.
Sığortaolunanların müraciətinə əsasən, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində məlumatlandırılma işi tibb heyətinə həvalə edilir.
Əhalinin maarifləndirilməsi məsələsinə gəldikdə, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi, habelə sistemin əhəmiyyəti, üstünlükləri barədə Agentlik tərəfindən 2019-2020-ci illərdə ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 sayda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və digər mövzularda məlumatlandırılıblar.
Koronavirus pandemiyası səbəbindən ötən ildən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyindən maarifləndirmə tədbirlərinin keçirilməsi təxirə salınmışdır.
Lakin kütləvi informasiya vasitələrində davamlı olaraq Agentliyin əməkdaşlarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müxtəlif mövzularda çıxışları təmin edilir. Eyni zamanda Agentliyin sosial şəbəkələrdəki səhifələrində və kanallarında (Facebook, Instagram, LinkedIn, Twitter, Telegram, YouTube) mütəmadi olaraq icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan xəstəliklər, icbari tibbi sığorta haqqı və s. mövzularda sual-cavab postları və ya videoçarxlar paylaşılır.
Həmçinin “İcbari tibbi sığorta haqları barədə bunları bilmək vacibdir!”, “Mənim ailə həkimim”, “Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər bunlardır!” və “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti hansı hallarda çağırılmalıdır?” adlı çap materialları hazırlanıb.
– İnsanlar xəstəxanalarda hansı xidmətlərin sığorta paketinə daxil edilməsi ilə bağlı anlaşıqlı posterlərin olmasını vacib hesab edirlər. Xəstəxanaların divarlarına bu cür məlumatların vurulması üçün iş aparılırmı?
– Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət barədə məlumat elektron şəkildə Agentliyin saytında yerləşdirilib. Hər bir vətəndaş sərbəst şəkildə bu sənədlə tanış ola bilər. Agentliyin nümayəndələri tərəfindən mütəmadi olaraq Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərlə bağlı suallar cavablandırılır. Eyni zamanda Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, dərman təminatı və s. mövzuları əhatə edən maarifləndirici çap materiallarının hazırlanması, post və videoçarxların Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylanılması həyata keçirilir.
Bir daha qeyd edək ki, sığortaolunan səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət etməlidir. Ailə həkimi də ehtiyac olduğu təqdirdə sığortaolunana müvafiq ixtisaslı tibbi yardım almaq üçün ixtisaslı həkimə göndəriş verir. Sığortaolunan ailə həkimi və ya ixtisaslı həkim vasitəsilə xəstəliyi ilə bağlı ona qoyulan diaqnoz, müalicə, müayinə və digər suallara cavab ala bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.